323 dəfə oxunub

Trabzon, Rize Bələdçisi

Hər kəsə salam!
6-7 ilə öncə digər profilimlə bu qrupda aktiv paylaşımlar edirdim, o vaxt hələ Covid də yox idi, dollar da 0.78 idi, yəni xeyli gəzirdik. İndi külfət də çoxalıb, xərclər də artıb, amma yenə də gəzirik
2025-ci ilin ilk səfərini Trabzon və Rize tərəflərə etdik. İllər öncə yay fəslində öz maşınımla 2 həftə oraları tam gəzmişdim. Videolardan qış fəslinin də möhtəşəm olduğunu görmüşdüm. Noyabr ayında Azal endirim elan etdi və gediş gəliş biletini cəmi 150 aznə aldıq.

Səfərə dostumla 2 ailə yola düşmüşdük, nadir səfərlərdən idi ki, uşaqlarsız çıxırdıq. Bu formatda getməyimiz bəzi xərcləri azaltmağa da kömək edirdi, məsələn maşın icarəsi kimi. Maşını hava limanın çıxışından günü təximini 100 azn götürdük.


İlk getdiyimiz yer Uzungöl idi, illər öncə qaldığımız Yeşil Köşk oteli oranın ən hündürdə yerləşən oteli idi. Bizim bəxtimizdən həmin gün ora qar yağmışdı və Uzungölün ətrafı ağa bürünmüşdü. O vaxtkı kimi bu dəfə də şərait və xidmətdən çox razı qaldıq.


İki gecə orda qalıb, yola düşdük Rize tərəflərə. Yaylalara qalxmamış Çamlıhemşində təbiətin qoynunda iki gün bungalovda qaldıq. İnstagram səhifələri : peakbungalov, airbnb-dən bron etmişdik.
Son iki günü isə bu səfərin ən gözəl hissəsi idi, çünki Ayder yaylasının ən yuxarı hissəsində olan Elizan dağ evlərində qalırdıq. İnstagram səhifəsi : ayderelizandagevleri. Qarın hündürlüyü 1.5 metrə çatırdı. Otaqlara gedən yolu cığır kimi açırdılar, otaqlar şomine (odun peçi) ilə qızırdı. Gecə səhərə kimi 2-3 dəfə oyanıb odun atırdım ki, soyuqdan ölməyək ))

Əyləncə hissəsi isə dağda snowmobile sürmək idi. Qiyməti baha olsa da, dəyərdi. 2 nəfər üçün 30 dəqiqəsi 4000 tl. İnstagram səhifələri : snowcrossturkey. Sürərkən çəkdiyim videonu ray ban meta eynəyi ilə çəkmişəm, iki əliniz də məşğul olanda çəkiliş üçün ən gözəl vasitələrdəndi.
Hər kəsə xatirələrlə dolu gəzintilər arzulayıram. Kimin nəsə sualı olsa məmnuniyyətlə yardımçı olmağa çalışaram.— Trabzon, Türkiye'de.

Paylaşan: Miraziz Seyidov

DİGƏR BLOQLAR

Keçmişini unutmayan şəhər - Lissabon

… Çayın kənarında, yaşıllığı bol bir Avropa şəhəri xəyal edin. O şəhərin tarixi, ensiz küçələrində, sarı, köhnə, birvaqonlu tramvaylar var. Şəhər müasirləşir, inkişaf edir, eyni zamanda, qədim üzünü də qoruyur: tarixinə hörmət edir, köhnə tikililərə toxunmur, incitmir… Qısası, gəzdikcə şəhərin ruhunu duyursan.Tarixlə müasirliyin kəsişdiyi şəhərBir tərəfi çay, mavilik, yeni tikililər, müasirlik, digər tərəfi isə tarixi tikililər, yüksəklik…Söhbət Taxo (Tejo) çayının sahilində, yeddi təpə üzərində yerləşən Lissabondan (Lisboa) gedir. Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. İstanbul və Roma kimi 7 təpə üzərində qurulub.“Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”Bu yaxınlarda fransız jurnalist dostumun “Instagram”da Lissabondan foto paylaşdığını gördüm. Təxmini belə bir başlıqla: “Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”.Bənzəri olmayan gözəllikŞəhərin müasir tərəfini modern binalar, restoranlar, mağazalar, tarixi hissəsinin ensiz küçələrini sarı tramvaylar bəzəyir.O sarı tramvaylar var ha, bax, onlar Lissabonun bütün görməli yerlərindən keçirlər. Mən bir dəfə şəhəri piyada gəzdim, doymadım. İkinci dəfə isə tramvaya minib, 2-3 dövrə vurdum. Lissabona səyahətimin 31-ci günü gəldiyimi, həmin günlərin hamısını dayanmadan gəzdiyimi düşünsək, pis nəticə sayılmaz.Lissabonun görülməli üzləri…“Alfama” – Lissabonun “Sao Jorge” qalası ilə Taxo çayı arasında, yoxuşda qurulmuş köhnə məhəlləsidir. Adı ərəbcədən götürülüb (Al-hamma), “hamam” deməkdir. Burada çoxsaylı tarixi binalar və barlar var.Bir də çay kənarında, yeni salınmış, müasir yaşayış bölgəsi və yaxınlığındakı “Belem” adlanan yerə gedə bilərsiniz. Buradakı “Belem” qalasını da ziyarət etmək olar. Muzey sevənlər, tarix və dənizçilik muzeyinə baş çəkə bilərsiniz. Bilirsiniz, Portuqaliya dənizçilik sahəsində dünyada məşhurdur. Yox, muzeyə xərcləməyə pulunuz qalmayıbsa, üzülməyin. Şəhər özü canlı muzeydir elə. Gəzməklə də Portuqaliyanı, portuqaliyalıları, Lissabonu, bu şəhərin sakinlərini tanıya bilərsiniz.Görülməyi gözləyən Müqəddəs Məryəm Katedralı (Santa Maria Maior) da var. Lissabonlular buranı “Se” - deyə də adlandırırlar. Şəhərin ən köhnə kilsələrdəndir.Alış-veriş etmək istəyirsinizsə, “Rua Agusta” küçəsinə gedin. Sağı-solu brend markalara aid mağazalarla doludur. Buradan Portuqaliya, Lissabona aid suvenirlər, dostlarınıza əl işlərindən olan hədiyyələr də tapa bilərsiniz. Küçənin ortasını kənardakı restoranların rəngli masaları bəzəyir. Canınız yemək çəkirsə, burada qarnınızı doyura bilərsiniz.Lissabonla İstanbulun bənzərliyi nədədir?“Rua Agusta”nın sonu Taxo çayına açılır. Başlanğıcını İspaniyadan götürən çay Lissabondan Atlantik Okeanına tökülür. Bu arada, İspaniya Portuqaliyanın yeganə qonşusudu. Burada sizi “Praça do Comercio” meydanı salamlayır. Çoxu Lissabonu İstanbula bənzədir. Elə İstanbula bənzəyən yeri də burasıdır məncə. Körpüsü, maviliyi… Meydanda “Ribeira” sarayını da görə bilərsiniz. Möhtəşəm tikilidir.Saray 1755-ci ildə tikilsə də, bir dəfə zəlzələdə dağılıb, sonradan yenidən restavrasiya edilib. Bununla belə gözəldir.Meydanın yaxınlığında Pivə Muzeyi də var (Museu da Cerveja). Muzeyin kafe hissəsində pivələrin və balıqdan hazırlanmış kekslərin (görünüşü Kiyev kotletinə bənzəyir) dadına baxa bilərsiniz.5 avroya yüksəklik keyfiLissabon dərə-təpə şəhər olduğundan məhəllələr arasında liftlər var. Ən məşhur turistik lift isə “Santa Justa”dır.Liftə mindiyimiz hissə “Baixa”, yuxarı çıxdığımız bölgəsi isə “Bairro Alto/Chiado” adlanır. Yuxarıda otel tikilib. Buradan aşağıdakı mənzərəni seyr etmək üçün otel ərazisinə keçmək gərəkir. Təbii, icazə var. Liftlə qalxıb-enmək 5 avrodur. Nə isə “Bairro Alto”dan şəhərə açılan mənzərə sadəcə möhtəşəmdir. Həm çay, həm də “Rossio” meydanını görmək olur. Burada foto çəkdirə, ya da eləcə mənzərəni seyr edə bilərsiniz. Dəqiq yadımdadır, məni qolumdan çəkə-çəkə endirmişdilər.Dadı damaqda qalan dəniz məhsulları və sangriyaMətbəxləri də çox dadlıdır. Ən azı mənim yediklərim elə idi. 3 gün ərzində ancaq dəniz məhsullarından olan yeməklərinin dadına baxa bildim. Burada da İspaniyadakı kimi paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov) var. Rəngi İspaniyadakından bir az fərqli, tünd, qarayaçalan idi. Dadına isə söz ola bilməz. Eynilə İspaniyadakı kimi burada da az qala hər restoranda sangriya (adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz, limon qoyulmuş forması) verilir. Balıqları isə sadəcə möhtəşəmdir, q iymətləri də çox baha deyil. Lissabonda yediyim “cheesecake”-li dondurmanın dadı isə yəqin bir ömür yadımdan çıxmayacaq.Lissabona getsəniz, harada qala bilərsiniz?Lissabonda qalmaq üçün 5 ulduzlu otellərdən tutmuş, hostellərə, qonaq evlərinə qədər hər cür seçim var. Şəhəri tanımaq, havasını, ruhunu duymaq istəyirsinizsə, sizə mərkəzdə qalmağı tövsiyə edirəm. Belə deyim, pəncərəniz şəhərin mənzərəsinə, mərkəzinə, ürəyinə açılsın. Şəhərlə oyanıb, şəhərlə yatmağın ayrı bir ləzzəti var çünki… Həm də kənarda qalmaq vaxt itkisidir.Biz düz şəhərin mərkəzində, qonaq evində qaldıq. 2 nəfərə gecəsinə 75 avro ödəməklə. Pensao Elegantenin təmizliyi, şəraiti, yerləşdiyi bölgə əla idi.Yaz-payız – Lissabonla görüşün ən yaxşı vaxtıAvropanın ən isti paytaxtı sayılır Lissabon. Məncə, ora getməyin ən gözəl zamanı aprel-may və sentyabr-oktyabrdır. Yəni yaz və payız fəsilləri. Bununla həm yaşıllığı görə, dəniz kənarında üşümədən gəzə, həm də kəskin istidən və soyuqdan qoruna bilərsiniz.Necə gedək?Portuqaliya şengen vizası tələb edir. Bu ölkəyə vizanı Bakıdakı Fransa Səfirliyi verir. Getməyə gəlincə, Bakıdan Lissabona “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər tez almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Biz başqa cür etdik. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya keçdik. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndük.Portuqaliya bununla bitmədiPortuqaliya yaddaşımda əyləncəli və ən sevimli səyahətlərimdən biri kimi qaldı. Hələ səyahətin ən gözəl tərəfini, Lissabon yaxınlığındakı qəsəbələri – Cascais, Ericeira, Sintra, Mafra, Cabo De Roca burnu, şərabları ilə məşhur Porto şəhəri barədə yazmadım. Növbəti yazıların birini buna həsr edəcəm. Lissabona gəlincə, mütləq və mütləq getməlisiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Güler Mehdizade

3999 dəfə oxunub

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Ismailova

1171 dəfə oxunub

Roma, Venesiya, Piza, Florensiya

Salam 28 avqust-4 sentyabr tarixlərində İtaliyada (Roma, Venesiya, Piza, Florensiya) şəhərlərində olmuşam. Romada 4 gecə, Venesiyada 1 gecə, Pizada cəmi 5 saat, və Florensiyada 1.5 gün (1 gecə).Görüş gününü 30 maya götürə bilmişdik (çətinliklə), ancaq ilk şengen vizam olsada problemsiz verdilər.İtaliyanın möhtəşəmliyindən danışmayacağam, məncə bunu hər kəs bilir İlk öncə qiymətlər barədə demək istəyirəm, bir çox insanın dediyi qədər “qorxunc” deyil. Əlbəttə məqsəd şoppinqdirsə - brend məhsullar bahadır, hər yerdə olduğu kimi. Otel qiymətləridə çox da münasib deyil, ancaq yemək və s. normaldır.Öncəliklə məsləhətim odur ki, bir neçə şəhərə gedəcəksizsə qatar biletlərini öncədən alın. Məsələn biz 1.5 ay öncədən almışdıq, Roma-Venesiya 1 adam 45 avroya. Getmədən bir gün öncə baxdıqda isə qiymət 1 nəfərə 98 avro idi.Biletləri İtalotreno, Trenitalia-dan almışdıq. Roma möhtəşəm şəhərdir, hər bir küçəsi sanki tarixdir. Kolizey və Vatikan muzeylərinə biletləri öncədən almağ lazımdır, yoxsa dəhşət növbələr olur. Vatikanda St.Peter’s Basilica-da kupola qalxmağı məsləhət görürəm, bütün şəhərə gözəl mənzərə açılır. Biz biletləri online almağımıza baxmayaraq səhər 7-8də artıq yola düşürdük ki çox adam olmasın, səhər tezdən getməyi məsləhət görürəm.Otelləri helə yerdə seçmişdik ki, həm tarixi yerlərə, həmdə vağzallara yaxın olsun. Cəmi 3 dəfə metro+avtobusdan istifadə etmişik bu müddətdə. Bunuda qeyd edim ki, Pizaya 4-5 saat tam bəs edir, Piazza de Miracoli-dən başqa gəziləsi yer tapa bilmədik.Və mütləq Gelatto yeməyi məsləhət görürəm Yeməklərdən isə Pizzalardan başqa heç nəyi bəyənmədiyim üçün bir söz deyə bilməyəcəyəm, lakin zövqlər müxtəlifdir Paylaşan: Valida Sadigzade

295 dəfə oxunub

SLOVENİYA - Bled və Lyublyana

Lyublyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bleddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Axşamınız xeyir, əziz Gəzəyənlər. Bugün sizlə SLOVENİYA səyahətimi bölüşmək istəyirəm. Biraz uzun olacaq ama oxusanız əminəmki bucket listinizə salacaqsınız ????. Sloveniya olmayanlara məsləhət görəcəyim yerlərdəndir. Təbiəti çox gözəldir və qədim tarixi var ????Qiymətlər də digər Avropa ölkələri ilə müqayisədə çox ucuzdur. Pul vahidi € olduğuna görə exchangelərdə əlavə pul da itirməmiş olacaqsız.Sloveniyada ümumilikdə 2 yerdə oldum: BLED və LYUBLYANA. Lyublyanaya 6€ ya avtobuslar gedir Bleddən. Hostellərin qiyməti min. 10-15 €-dan başlayır. Aşağıdakı şəkillərdən Bledin necə də gözəl olduğunu görmək olar ???? ????????????Şəhər o qədər maraqlıdır ki, hər növ turist üçün (sevgililər, dostlar, qocalar, uşaqlar və s. ) ƏYLƏNMƏYƏ nəsə tapmaq olar: Velosiped ilə hiking mi deyim, canyoning mı deyim, rafting mi deyim, alp dağlarından rollercoster ilə düşmək mi deyim (poletno sankanje) mağaramı, şəlaləmi deyim nə deyim? ????????????????????Bizim vaxtımız az olduğu üçün heyf gedə bilmədik ama əgər Bledə gedəcəksinizsə çalışın isti vaxtlarda gedin çünki biz qışda getdik və sadaladıqlarımım demək olarkı hamısı bağlı idi ???? birdə Triglav parkı var mütləq görün yuxarıda saydıqlarımın çoxusunu o parkda tapacaqsınız ????????Hə bir də cütlüklər üçün ideal yerlərdəndir ???? Əsl evlənmə təklifi ediləsi yerdir ???? ????????İndi isə Lyublyana haqqında məlumat verim ????Əvvəlcədən deyim Praqa ilə müqayisə olunacaq dərəcədə gözəl şəhərdir ????????. Kanallarla, körpülərlə doludur . Gözoxşayan arxitekturası var. Hiss olunur ki, şəhəri turistik məkana çevirmək üçün hər şey edirlər ???????? Ən maraqlı yerləri mərkəz meydanı (Prešeren square), lyublyana qalası (Ljubljanski grad), illuziya muzeyi, Tivoli parkı və xüsusi olaraq kampingçilər üçün nəzərdə tutulmuş Boutique Camping Ljubljanadır. Az olmağına baxmayın (bunlar ən əsaslarıdır to do in Ljubljana) elə bu 5 yeri gəzmək üçün 1 gündən çox vaxt lazımdır. Biz Lyublyana qalasına getdik (şəkillərin çoxusu o qaladandır). Qala şəhərin ən üst hissəsində yerləşir və çox qədim tarixi ilə yanaşı həm də mifiylə də məhşurdur. Bu arada şəhərin simvolu da elə o miflə əlaqədar olaraq Əjdahadır ????????.Deməli qalanın içini gəzmək üçün bir adı bilet almaq olur, bir də 10€ ya ‘Escape castle’ bileti almaq olur hansıki o biletlə qalanın həm tarixini, həm dəki mifi daha dərindən öyrənmək olur. Biz də 2-3 € artıq verib o bileti aldıq ????????‍♂️???? Deməli oyunda əvvəlcədən verilmiş ipuclarından istifadə edərək qalanın 5 fərqli yerindəki kodları tapmalısan və ən sonda o kodları yazanda qapı açılır və oyunun son hissəsi orada davam edir. Aşağıdakı videoda spoiler vermishem ama çox azca ????????Məncə bu qədər məlumat bəs edər çox yazıb başınızı da ağrıtmaq istəmirəm atalar deyir 100 dəfə eşitməkdənsə 1 dəfə gedib görmək yaxşıdır ????. Onsuzda inanmıram hələ bu qədərini axıra kimi oxumağa həvəsi olan tapıla ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Toghrul Akbarov

1217 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!