848 dəfə oxunub

Tourism Students Meetup

Tourism Students Meetup turizm sahəsində ixtisaslaşan tələbələr üçün Azərbaycanda iri həcmdə keçiriləcək ilk və tək platformadır.
Bu platforma turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradacaq, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrinə qulaq asacaq, müzakirə edəcək, açıq qalan suallarını verə biləcəyi bir platforma olacaqdır.

Tourism Students Meetup 400 nəfər turizm ixtisaslı tələbənin iştirakı ilə 23 Fevral, 12:30 tarixində Caspian Business Otelində keçiriləcəkdir.

Tourism Students Meetup-da iştirak PULSUZdur, qeydiyyat mütləqdir.

Qeyd 1: Yalnız turizm ixtisası istiqamətində oxuyan tələbələr iştirak edə bilər.

Qeyd 2: Gələrkən şəxsiyyət vəsiqənizi və tələbə biletinizi gətirməyi unutmayın, əks halda zala buraxılmayacaqsınız.

Daha ətraflı: www.tourismstudentsmeetup.com

Tələsin, qeydiyyatda yalnız 400 nəfər iştirak edə bilər.

DİGƏR BLOQLAR

Yunanıstana Olan Sevgim

Mənim Yunanıstana olan sevgim 1998-ci ildə başladı.Uşaqlıqda anam tez-tez yunan mahnılarını dinləyirdi.O, həmişə deyirdi ki, yunan musiqisi həm rəqs etdirmək, həm xəyal etdirmək, həm də kədər vermək qabiliyyətinə malikdir.Anamın köhnə vinil plastinkaları və kasetlərdən ibarət yunan musiqi kolleksiyası var idi və o, onları səsləndirəndə, bütün ev bu möcüzəvi melodiyalarla dolurdu.Mənim ürəyimdə əbədi olaraq yer tutan bir müğənninin kasetini qardaşım evə gətirəndə 10 yaşım vardı.Müğənninin adı Giannis Ploutarchos idi.Hər dəfə onun səsini eşidəndə, izah etmək çətin olan bir istilik və sevinc hiss edirdim. Onun mahnıları duyğularla və hekayələrlə dolu idi və mən mahnının bir sözünü belə başa düşmədiyim halda,onlar yenədə məni heyran edirdi.Evimizi tez-tez hip-hop və R&B musiqisindən başqa, böyük dinamiklərdən gələn yunan melodiyaları doldururdu.Yunan melodiyalarında bütün ailəni dayandırıb dinləməyə vadar edən bir şey var idi. Yəqin ki, uşaqlıq xatirələri və evdəki xoş atmosfer mənim Yunanıstana olan sevgimi yaratdı. Bu yalnız musiqi deyildi; anamın danışdığı Yunanıstanın tarixi və mədəniyyəti haqqında hekayələr də var idi.Böyüdükcə, Yunanıstanı ziyarət etmək arzum daha da gücləndi.Anamın həmişə təsvir etdiyi dostcanlı atmosferi hiss etmək, dənizin qoxusunu duymaq və dar küçələrdə gəzmək arzusunda idim.Beləliklə, Yunanıstana olan sevgim musiqi, xəyallar və hekayələrlə dolu bir evdə başladı.Bu, həyatım boyunca mənimlə bərabər gedəcək bir sevgi idi. #Thessaloniki Paylaşan: Nigar Balashzadeh

108 dəfə oxunub

5 aylıq uşaqla Karib Səyahəti

5 aylıq uşaqla Karib Səyahəti necə olar? 5 ay əvvələ kimi belə bir post yazacağım ağlıma gəlməzdi.Bu Yeni ilə siz də məni bağışdıyun, evdəkilərnən Karibə getməyə qərar verdik. 5 aylıq uşaqla 16.5 saat Dubay – Mayami və 14 saat geriyə olan əsas uçuşlarımız idi. Ümumi cəmdə 40 saata yaxın uçuşlarda olduq.Səyahət Ölkələri: ABŞ (Mayami), Puerto Riko, British Virgin və Dominikan Respublikası oldu.Viza: Tək ABŞ vizası bütün ölkələr üçün kifayətdir. Mən və yoldaşımda son 3 ildə aktiv B1/B2 vizamız olduğu üçün onlayn problemsiz uzadırdıq amma ortaya bir vizasız uşaq çıxdı. Hansıki, son 3 ildə nəinki vizası, heç özü də olmamışdı. Bu hal üçün adını reklam xarakterli olduğu çəkmədiyim viza şirkəti konsulluğa mənim adımdan yaxşı bir məktub yazdı və sağolsun konsulluq əməkdaşları, uşaq üçün də yer açdılar və vizaları aldıq.Biletlər: Dubay-Mayami-Dubay biletini Emirates ilə gözlədiyimdən 2 qat ucuz qiymətə 634 Dollara aldıq. Normalda bu bilet 1200 dollar ətrafı olur. Bileti uşaqlı aldıq deyə, Emirates ilk sıranı pulsuz verdi. Uşaq üçünsə, xüsusi yataq quraşdırır. Uşaq elə bil First Classda gedir. Emirates ürəhdir!Karib adaları arasındakı uçuşları isə loukosterlərlə etdik və hər uçuş təxmini adambaşı 100 dollara başa gəldi.Otellər: Dominikan xaric hamısı baha başa gəldi. Mayami və Puerto Rikoda Yeni İl günlərinə düşdüyü üçün çox baha oldu. Günlük 250 Dollar+. British Virginin isə normal vəziyyəti də elə bahadır, ona görə guya ki, daha ucuz olan Airbnb ilə kotec tutduq. Ora da bir Nivanın pulunu qoyduq. Aralarında ən budget-friendly olan Dominikan Respublikası oldu. Santo Domingoda tam mərkəzdə 2 queen bedli geniş bir otağa günlük təxmini 95 Dollar ödədik. Punta Kanada isə limitsiz içki və yemək daxil olan super cool bir otelə (Bavaro Hotel Group) ailəlikcə kotec üçün 250 dollar ətrafında bir məbləğ ödədik.Ölkələri analizi:Mayami – düşünürəm ki, hamının “must see” listində olmağa layiq şəhərdir. Əsas görməli yerləri Miami Beach (GTA Vice City oynayanlar yaxşı xatırlayar o küçələri), Design District və tamamilə Kubanı xatırladan Calle Ocho – Little Havanadır.Puerto Riko – Mənə Kubanın tam təmirli versiyası kimi təsir bağışladı. Maraqlıdır, gözəldir amma ucuz deyil. Büdcəni nəzərə alın. Özlərini ABŞ-ın 52-ci ştatı sayırlar və US passportları var.British Virgin – Bura gizli cənnətdir. Gələn azdır və əksəriyyət yaxtalarla və kruizlərlə gəlir. Həm təhlükəsizlik, həm qiymətlər yüksək səviyyədədir.Dominikan Respublikası – mən çox sevdim. Müstəqil ölkədir, ucuzluqdur. Santo Domingo tarixi, Punta Kana istirahət, çimərlik mərkəzidir. Santo Domingo Kolumbun ailəsi ilə birgə Amerikalarda ilk məskən saldığı yerlər olub və oğlu uzun müddət burada yaşayıb. Bütün Amerikaların ilk pabı (1505-ci ildə salınıb) məhz bu şəhərdədir. Punta Kana isə “all inclusive” gözəl otelləri ilə ad qazanıb.Hər ikisinə getməyə dəyər. Oteldə Santo Domingodan Punta Kanaya transfer qiyməti 180 dollar dedilər. Açdım, UBER sifariş etdim, 100 dollara çatdırdı bizi. Nəzərə alın.Uşaqla səyahətin çətinlikləri? 1. “Təyyarədə səs-küy salıb, hamını narahat edər” deyib, uşaqlarını bu yaşlarda səyahətlərə aparmayan yüzlərlə valideyn var. Ala, kef edin! Sizə uşağınız dəyərlidir, yoxsa təyyarədə olan həyatda bir daha rastlaşmayacağınız insanlar?! Sizə deyim ki, xaricilər bu mövzuda çox etikdirlər və uşağın ağlamasına sifət etmirlər.2. Uşağın yeməyi? 6 qab smes aparmışdıq 15 günlük səyahət üçün) Hamısını məhv etdi) Mən şəxsən uşaqla səyahətdən zövq aldım və davamlı edəcəm! P.S 5 aylıq oğlum Pamirin səyahətlərini Instagramda izləyə bilərsiniz. @pamir.aghayev Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Baba Aghayev

1546 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Bu dəfə gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini necə minimum endirmək, səyahəti necə ucuza başa gətirməyin yolları haqqında yazını sizlərlə paylaşım. İlk öncə deyim ki, otel qiymətləri hostel və mənzil qiymətlərindən nisbətən baha olduğundan bu yazıda otellər haqqında danışmayacağıq.[caption id="attachment_590" align="aligncenter" width="551"] Budapeştdəki hostellərdən birinin lobbisi[/caption]Başlayaq… Xaricə səfər edərkən gecələmək üçün ağıla gələn ilk yer otel olur. İndiki zamanda otelə pulumuz çatmadığı üçün onun alternativi olan hostellər ən ideal seçim ola bilər. Əgər Hostel filminə baxmısınızsa, filmdə olanları unudun. Hostellər tam rahat və təhlükəsizdir, şəxsən mənim tərəfimdən bir neçə dəfə sınanılıb ???? Hostellər az xərclə, soyal mühitli qonaqlama imkanları verən gecələmə yerləridir. Otaq tiplərinə görə müxtəlif formada xidmətləri hostellərdə kirayələyə bilərsiniz. İstəsəniz 1-2 nəfərlik otaq və ya 4 nəfərdən 10 nəfərədək olan otaqda (shared room) yataq kirayələyə bilərsiniz. Həm 1-2 nəfərlik kiçik otaqlar, həm də 4-10 (və daha çox) nəfərlik böyük otaqlar daxili və ümumi hamam otağı ilə təmin olunur. Yəni mümkündür ki, siz otaq kirayələmisiniz amma hamam otağı ümumidir, otaqdan kənarda, həm də mümkündür ki, hər otağın öz hamamı olsun. Bundan başqa hostel otaqları 2 nəfərdən çox adam üçün nəzərdə tutulubsa bir çox hallarda hər bir qonaq üçün şəxsi əşyalarınızı qoruya biləcəyiniz kiçik qıfıllı seyflər olur. Bundan başqa hostellərdə bir çox hallarda qab-qacaqla təmin olunmuş mətbəx də sizin xidmətinizə verilir. Bu mətbəxdə qidalanma xərclərinizi minimuma endirmək üçün istədiyiniz ərzağı alıb özünüz üçün nahar və ya qəlyanaltı hazırlaya bilərsiniz. Bəzi hostellərdə səhər yeməyi qiymətə daxil olur, hosteli kiralamadan öncə bunu yoxlamaqda fayda var ????[caption id="attachment_591" align="aligncenter" width="551"] Hostel otağı[/caption]Hostellərdə yerləşdiyi ölkədən asılı olmayaraq, oğlanlar və qızlar üçün ayrı otaqlar olur (amma bu heç də bütün hostellərdə belə deyil). Yəni tutalım 8 nəfərlik otaqda yataq kirayələmək istəyirsiniz və qarşı cinsdən kiminsə həmən otaqda gecələmisini istəmirsinizsə rahat-rahat single-sex (yəni tək bəylər/tək xanım üçün) otaqları seçə bilərsiniz. Mixed otaqlarda isə hər iki cinsin nümayəndələri eyni otaqda qalırlar. Çoxadamlı otaqlarda otaq kirayələmisinizsə bu o demək deyil ki, bütün yerlər dolu olacaqdır. Məsələn mən Tiflisdə 6 nəfərlik otaqda daha 2 dostumla yer kirayələmişdim və bizdən başqa heç kim yox idi otaqda hətta mən deyərdim ki, hosteldə. Eyni hadisəylə Vyana və Krakovda da qarşılaşmışam. Vyanada 6 nəfərlik, Krakovda isə 4 nəfərlik otaqda sadəcə 2 nəfər gecələmişik. Bu hallar adətən şəhərin tam mərkəzində olmayan, mərkəzdən 1-1.5 km piyada məsafəsində olan və ya tətilin qeyri-pik vaxtlarında mümkündür. Əgər şəhərdə hansısa bir idman,  ya musiqi tədbiri və ya festival varsa çox güman shared roomlar dolu olacaqdır. Shared roomlarda qalmağın üstünlüyü odur ki, hostelin digər qonaqları, ən çox isə “otaqyoldaşların” ilə sosyallaşırsan, bəzən şəhəri birlikdə gəzib kəşf etmək təklifi alırsan ya da sən edirsən. Turistlər müxtəlif ölkələrdən gəldiyindən və hərənin müxtəlif səyahət hekayəsi olduğundan maraqlı söhbətlərin iştirakçısı ola bilərsiniz.[caption id="attachment_592" align="aligncenter" width="552"] Maraqlı dizayn edilmiş hostel otağı[/caption]Hostellər ucuz qonaqlama obyektləri olsa da bu ölkədən ölkəyə dəyişir. Ölkədə nə qədər qiymətlər bahalıdırsa hostellər də bu qiymətlərə uyğun daha yuxarı qiymətə olur. Məsələn Kiyevdə 2 nəfərlik hostel otağının qiyməti gecəsi 11 avro olduğu halda, Danimarkanın paytaxtı Kopenhagendə 8-10 nəfərlik otaqda bir yatağın gecəsi 32-35 avro ətrafındadır. Yəni səfər planlamamışdan öncə çalışın bu detalları nəzərə alın ki, gedib qərib ölkədə “nağayrım, neyniyim” deməyəsiniz ???? İndi isə gəldik, bu hostellərin qiymətini haradan tapmalı məsələsinə. Hostellərin qiymətinə baxmaq üçün ən yaxşı çox işlənən saytlar hostelworld.com və booking.com-dur. Hosteli seçirsiniz, tarixləri daxil edirsiniz və otaq tiplərinə görə sistem qiymətləri sizə göstərir. Kiçik bir tövsiyyə verim, booking.comda hostel sifariş edərkən çalışın reytinqi +7.0 olan hostelləri seçin və sizdən öncə orada qalmış turistlərin qeydlərindən heç olmasa 5-6-na nəzər salın ki, hostel haqqında daha ətraflı məlumatınız olsun.[caption id="attachment_593" align="aligncenter" width="550"] Praqadakı Mad House hosteli[/caption]Hosteldən fərqli konseptə malik digər ucuz üsul isə Airbnbdir. Airbnb hosteldən fərqli olaraq ev abu-havası ilə təmin edir. Daha doğrusu elə kirayə verilən evlərin axtarış sistemidir. Brno səfərimdə məhz elə Airbnbdən otaq kirayələmişdim. Airbnbdə də təklif edilən xidmətlər çox müxtəlifdir. İstəsəniz yalnızca mənzil, istəsəniz mənzildə otaq, istəsəniz də hostel abu-havasını evdə yaşayıb, otaqda yataq (çox nadir hallarda olur bu) kirayələyə bilərsiniz. Airbnbdə də bütün online icarə saytları kimi turistlərin qaldığı ev sahibləri və ev haqqında rəylərini yazdığı bölmə var. Bu rəylərdən evin mərkəzə nə qədər yaxın olması, səs-küylü ərazidə yerləşib yerləşməməsi və ya ev sahibinin təmizliyi haqqında məlumat əldə edə bilərsiniz. Yaxşı olar ki, otaq ya mənzili siftariş etməmişdən öncə bu rəylərə göz gəzdirəsiniz. Burada kirayəyə verilən mənzillər olduğundan otel ya hosteldə olan standart xidmətlərin mənzildə olmaması mümkündür (məsələn, çox nadir hallarda olsa da wifi kimi).[caption id="attachment_594" align="aligncenter" width="550"] Airbnbdə kirayə verilən otaqlardan biri[/caption]Airbnbdə kirayə edilən ev ya mənzilin üstün cəhəti ümumi hamamın olmaması və ya sadəcə hamamın siz və evda olan 1-2 nəfər tərəfindən istifadə olunması, bütün avadanlıqlarla təchiz olunmuş mətbəxin olması və yerli əhaliylə mədəniyyət alış-verişidir. Əgər sadəcə otaq kirayələmisinizsə, digər otaqda qalan ev sahibi ilə ünsiyyət saxlaya, maraqlı söhbətlər edə və ya şəhərin çox da turistik olmayan amma mütləq görülməli yerləri haqqında məlumat ala bilərsiniz.Indi uzaqdan da olsa “bəs pulsuz qalmağa yerlər yoxdur?” sualını eşidirəm ???? deyirlər pulsuz pendir siçan tələsində olur amma bizim bloqumuzda tələlər yoxdur. Çox güman nə vaxtsa Courchsurfing haqqında eşitmisiniz, eşitməmisinizsə bir az da daha yaxına əyləşin.[caption id="attachment_595" align="aligncenter" width="550"] İsveçrə, Berndə Couchsurferlər fondu yeyərkən ????[/caption]Deməli Couchsurfing 4 nəfər tərəfindən qurulan pulsuz qonaqlama saytıdır. 2004cü ildə yaradılmasına baxmayaraq 2014-cü ildə həftədə 400 000 adam həftədə azı bir dəfə Courchsurfing hesabını yoxlayıb. 2015ci ildə istifadəçilərinin sayı 10 milyonu keçib. Saytın 3 funksiyası var; səyahət etdiyiniz ölkədə ev sahiblərinin evində qonaq qalmaq, yaşadığınız şəhərə gələn qonaqları öz evinizdə qonaqlamaq və şəhərlərdə keçirilən müxtəlif əyləncə tədbirlərində iştirak. Mən hardasa 4-5 dəfə Budapeştdəki evimdə Couchsurfingdən qonaq qəbul etmişəm, 2 dəfə isə özüm İsveç və Danimarkada qonaq qalmışam.Məsələn hansısa ölkəyə gedirsiniz, o zaman saytın axtarış bölməsində getdiyiniz şəhərin adını yazırsınız, sonra sağ tərəfdə çıxan seçimlərdən evində qonaq olmaq istədiyiniz adamın xüsusiyyətlərini seçirsiniz: kişi/qadın, haqqında yazılmış rəyi olsun və ya olmasın, son dəfə nə vaxt saytda olub və s. Sonraq qarşınıza çıxan profilləri bir-bir gözdən keçirərək evində qalmaq istədiyiniz adamı seçirsiniz.Saytda qeydiyyatdan keçərkən hər kəs özü haqqında olan bölmələri doldurur, beləcə evində qonaq qalmaq istədiyiniz şəxsin və ya evinizdə qonaq edəcəyiniz şəxsin bütün detallarını ətraflı yoxlaya bilərsiniz. Qonaq qalarkən çox təvsiyyə olunan odur ki, profil sahibinə çoxlu MÜSBƏT rəylər yazılmış olsun. Çoxlu deyərkən, nəzərdə tutduğum ən azı 3 və ya 4 müsbət rəydir. Profil sahibini tam əhatəli araşdırın, sonucda tanıyıb, bilmədiyiniz adamın evində qonaq qalacaqsınız.[caption id="attachment_596" align="aligncenter" width="551"] Maraqlı Couchsurfing məkanlarından biri[/caption]Digər bir araşdırmalı olduğunuz məsələ isə ev sahibin sizi hansı formada qonaqlayacağıdır. Ev sahibinin imkanları daxilində bu ayrıca otaq, ayrıca yataq/divan və ya yataq kisəsi (sleeping bag) ola bilər. Ona görə də məsləhətdir ki, öncədən ev sahibinin profilini əməllicə ələk vələk edəsiniz ???? Sonradan ürəyinizə yatan ev sahib(lər)inə sizi filan tarixlərdə qonaq edib edə bilməyəcəyi haqqında sorğu göndərirsiniz, o sizi qəbul etdikdən sonra qalmaq yeriniz hazırdır.Couchsurfingin digər bir funksiyası isə yerli əhali ilə görüşməkdir. Məsələn tutaq ki, getmisiniz Berlinə və hara gedəcəyinizi, nələri görəcəyinizi bilmirsiniz. O zaman Couchsurfingdə axtarış edib yalnızca görüşmək istəyənləri seçirsiniz və həmin adamlara sorğu göndərirsiniz tarixləri müəyyənləşdirib şəhərdə bir yerdə görüşürsünüz və həmin adam sizə şəhəri gəzdirir.[caption id="attachment_597" align="aligncenter" width="551"] Couchsurferin sleeping bagi ????[/caption]Təbii ki, hamımız azərbaycanlıyıq, elə mənim də ağlıma gələn ilk sual bu oldu: “Sizi evində pulsuz qonaqlayan adamın xeyri nədir bu işdə?” ???? Bu işdə heç bir maddi maraq yoxdur, güdülən yeganə maraq mənəvi xeyirdir. İnsanlar başqa ölkədən, başqa mədəniyyətdən gələn adamları öz evlərində qonaqlayaraq onların ölkəsi, mədəniyyəti və ya mətbəxi haqqında məlumat əldə edirlər. Sırf bu işdən zövq alırlar desəm yanılmaram yəqin. Sonda Couchsurfingdən istifadə edəcəksinizsə evində qalacağınız adama qaldığınız ölkədən kiçik bir hədiyyə aparmağınız sizi daha xoşagəlimli edər. Bahalı olması vacib deyil bu 2-3 manatlıq hansısa bir şokolad və ya şirniyyat da ola bilər. Və təbii ki, qaldığınız evin sahibinə yemək bişirməkdə və ya qabları yumaqda ən azı özünüzdən sonra işlətdiklərinizi təmizləməkdə yardım etmək artıq sizin “öhdəliyinizə” çevrilir.Bununla da bu yazımın da sonuna gəldik. Ümid edirəm ki, faydalı ola bildim. Vaxtınızı sərf edib, oxuduğunuz üçün təşəkkürlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh 

1129 dəfə oxunub

Gəzəyənlər üçün mobil tətbiqlər (Part 1)

1. CouchsurfingSəyahət edənlərin bir nömrəli yardımçısı olan və xərcləri minimuma endirə biləcək ən önəmli tətbiqlərdən biridir. Proqram vasitəsilə gedəcəyiniz yerlərdə yerli insanların evində pulsuz qonaq ola bilər, onlarla birlikdə ərazini kəşf edə bilərsiniz. Təbii ki, bunları hər ev sahibinə aid etmək olmaz. Eyni zamanda həmin müddətdə orada qalan biriləri də sizi qonaq edə bilər və ya qonaq etməsə belə tətbiq daxilindəki "Hangout" bölməsi gəzəyənlərin bir-birini tapıb səmərəli vaxt keçirməsi üçün düşünülmüşdür. Məsələn siz "Eyfel qülləsi yaxınlığında qəhvə içmək istəyən?" kimi hangout postlar açıb insan toplaya bilərsiniz. Həmçinin başqaları tərəfindən yaradılmış bu görüşlərə qoşula bilərsiniz.Couchsurfingin taktikasına görə qonaqlar ev sahibinin profilində öz təəsüratlarını (References) qeyd etməlidirlər. Belə ki, kimsə qonaq qəbul etdiyi zaman onun öz profilindəki məlumatlardan əlavə başqalarının fikirlərinə diqqət yetirir. Hər halda siz özünüz də bələd olmadığınız adamla eyni evdə qalmağın nə qədər təhlükəli ola biləcəyindən xəbərdarsınız  Bu məqamda tətbiqin tək "mənfi" tərəflərindən biri olaraq bunu qeyd edə bilərik ki, siz killer, oğru və s. olmasanız belə əgər özünüz kimisə qonaq edib müsbət rəylər toplamamısınızsa sizin host tapmağınız olduqca çətindir (Bəzi hallarda bəxtiniz gətirə bilər) . Həmçinin bəzi istifadəçilər bu platform vasitəsilə kiçik məbləğ müqabilində sizi qonaq edə bilərlər.Sadəcə bir dəfəyə məxsus 60$ ödəməklə siz Verified account ala bilər və bütün imkanlardan yararlana bilərsiniz. Sadə accountlar isə həftədə cəmi 10 hosta ilk mesajı yaza bilərlər. App Store: https://apple.co/1P3uKdH Play Store: https://bit.ly/1z1AESz2. ShowaroundBir növ sizi tur bələdçiliyi işi ilə təmin edən proqram həm yerli əhali həm də turistlərə fayda gətirə bilər. Konsepti əsasən insanların getdiyi yerlərdə vaxtını daha səmərəli keçirməsi və yüksək məbləğlər ödəmədən şəhəri kəşf etməsi yönündədir.Proqram iki yönlüdür, siz həm turist kimi çıxış edə bilərsiniz həm də local people kimi.Həvəskar tur rəhbərliyi edə biləcəyiniz bu tətbiqdə istər saatbaşı ödənişlə və istərsə də könüllü bir formada şəhərinizə gələnləri gəzdirib şəhərinizlə tanış edə bilərsiniz. Ödənişlərə limit tətbiq olunmayan bu platformada siz öz saatlıq qiymətinizin minimum və maximumunu seçə bilərsiniz. Beləliklə program sizin boş vaxtlarınızda qazanc əldə edə biləcəyiniz bir işə çevrilə bilər.Qazancdan əlavə həmçinin tələbələr və s. öz xarici dil biliklərini inkişaf etdirə bilər və ya müxtəlif ölkələrdən dostluqlar yarada bilərlər. Əsasən tələbələr FREE bələdçiliyi seçərək öz dillərini inkişaf etdirirlər. Əlbəttə ki, tur rəhbəri olmaq üçün sadəcə xarici dil bilmək kifayət etmir. Gələn turist gedəcəyi yerlərin tarixi haqqında da məlumat tələb edə bilər. Yaxşısı budur ki, müştərinizlə hər şeyi öncədən danışıb razılığa gələsiniz P.S: Əgər istifadə etsəniz heç kimə görüşdən öncə online pul köçürməsi etməyin!App Store: https://apple.co/2WoDGlwPlay store: https://bit.ly/2VTKOpxƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Reshad Farzali

1175 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!