160 dəfə oxunub

Tokyo, Kyoto, Osaka və Nara

Sizə bu yaxınlarda Tokyodan başlayıb, Kyoto, Osaka və sonunda marallar şəhəri sayılan Narada yekunlaşan səyahətimdən danışım
İlk öncə onu qeyd edim ki, Yaponiya elə bir ölkədir ki, oradan qayıdanda sanki başqa planetdən gəlmiş kimi hiss edirsən özünü
Ən çox ziyarət edilən 4 şəhər var: Tokyo, Kyoto, Osaka və Nara. Mən hər birinə təxminən 4-5 gün ayırmışdım (Nara isə qatarla cəmi 1 günlük səfər üçün idealdır). Sizə də məsləhətim: Yaponiyaya gedəcəksinizsə, minimum 2 həftə vaxt ayırın.


Ən vacib məqamlar:
1. Viza
Azərbaycan vətəndaşları üçün Yaponiya vizası ödənişsiz və çox sadədir. İndiyə qədər aldığım ən rahat viza oldu. Sadəcə rəsmi saytda yerləşdirilən bir neçə standart sənəd və iki viza sorğusu doldurmaq kifayətdir. Hətda aylıq gəliriniz 2000 manatdan yuxarıdırsa, yalnız iş yerindən arayış təqdim etmək kifayətdir – bank çıxarışına belə ehtiyac qalmır.



2. Təyyarə biletləri
Ortalama olaraq bir nəfər üçün gediş-gəliş biletləri 1000-1500 manat arası dəyişir. Mən Azalın Bakı–Pekin, oradan isə ANA hava yolu ilə Pekin–Tokyo marşrutu seçdim və ümumilikdə 950 manata başa gəldi.


3. Qidalanma
Yapon mətbəxi çox zəngin və müxtəlifdir. Gözləntilərimin əksinə olaraq, yeməklər bizim ağız dadımıza çox yaxındır. Restoranlarda 2 nəfər üçün orta hesab 30–50 manat arası olurdu
4. Nəqliyyat
Metro — şəhərdaxili hərəkət üçün ən ideal vasitədir. Dəqiqliyi saniyə ilə ölçülür. Apple istifadəçiləri üçün isə əlavə rahatlıq var: Wallet-ə “Suica” adlı metro kartını əlavə edib, sadəcə telefonla ödəniş edə bilirsiniz. Yəni əlavə metro kartı almaqa ehtiyac olmur. Bir gediş 2 manatdan başlayır


5. Səfər tarixi
Yaponiyada ən məşhur mövsüm Sakura dövrüdür, amma mən sentyabr ayını daha çox bəyəndim. Bu dövrdə təbiət qızılı tonlara bürünür. Yay ayları isə yağışlı və rütubətli olur
6. Büdcə
Orta hesabla 1 nəfər üçün (təyyarə, viza, qidalanma, otel və fəaliyyətlər daxil olmaqla) 2000–2500 ₼ kifayət edir. Təbii ki, bu rəqəm komfort və seçimlərə görə dəyişə bilər
Bir söznən hər kəsə xoş və yadda qalan səyat arzulayıram

DİGƏR BLOQLAR

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1377 dəfə oxunub

Mavi qübbəli kilsələr adası - Santorini

Santorinidəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Daha öncə Santorini barədə yazılan posta və postlara qüvvət olaraq, ora getmək istəyənlər üçün istərdim ada barədə daha geniş məlumatlar verim.Santoriniyə Naxos adasından gəldik, biraz yorğunçuluq olduğu üçün əvvəlcədən adanı gəzəcəyimiz marşrutu belə planlaşdırmamışdım. Yalnız adaya çatmağımıza yarım saat falan qalmış, fikirləşdim ki, girib internetdə baxım görüm nə məlumatlar tapıram.İlk qabağıma çıxan blogdan aşağıdakı xəritəni tapdım, hansında ki, əsas qaymaq yerləri göstərilib. Yerlərin şəkillərini və məlumatlarını tapıb baxdım və adanın bir ucundan digər ucuna qədər ardıcıl gedilə biləcək məkanları seçdim.Adada cəmi 10-11 saat vaxtımız olacağına görə, düşündüm ki, ən salamatı icarəyə maşın götürməkdir (sürə bilmək və vəsiqənin olmağı yaxşı şeydi ????). Başladım Santorinidə olan bütün kirayə maşın ofislərinə bir-bir zəng etməyə. “Late booking” olduğuna görə, üstəlik də 1 gecəlik heç kəs maşın vermək istəmirdi. Ən sonda ümidlərim ölənə yaxın, ofisin birindən “hə” cavabı aldım. Nissan Micro/avtomat qutu, 1 sutkalıq kirayə 70 avroya götürdüm.Adaya çatdıq və gecələyəndən sonra, səhər saat 7-dən etibarən düşdük adanın canına. Təyin etdiyim marşrut üzrə gəzməyə başladıq. Arada yeməyə yer lazım olduqca, Tripadvisor istifadə edirdim. Açığını desəm, məncə maşın götürməsəydim, adadan bu qədər həzz və xoş təəssürat almazdım bəlkə də. Yəni götürməyimə dəydi.Firada “Skaros Rock”a qalxdıq. Çox bomba məznərə açılır ordan və qayanın ən təpəsinə qalxmaq ayrı bir adrenalin verir. Videoda həmin mənzərəni görə bilərsiniz. (aşıq musiqisini sevməyənlər səssiz baxsınlar ???? - https://www.facebook.com/cuvarov/videos/pcb.832509447144273/2375217885870159/?type=3&theater&ifg=1) Skarosun özündə köhnə qala tikilisinin qalıqları hələ də qalmaqdadır.Daha sonra nahara Oiada yerləşən “Lioyerma pool adlanan” adlanan pulsuz hovuza getdik. 1 dənə dondurma alaraq saatlarla vaxt keçirə biləcəyiniz yerdir.Ordan Amoudi Bay restoranlarından birinə getdik. Həmin kiçik körfəzdə 4 dənə yanaşı restoran var, hansılar ki, dəniz məhsullu yeməkləri dəhşətli dərəcədə dadlıdır və adam əlindən tərpənmək olmur. Yeri çox gözəl, servisi də çox yaxşı idi. Lobsterin yanında verdikləri xüsusi sousda vermişel isə dəhşət... onu mütləq dadın ???? 76 avro xərcimiz çıxdı salat, yemək və içki qarışıq hamsına.Ammoudidən sonra isə adanın aşağı küncündəki maraqlı çimərliklərə getdik.Yeri gəlmişkən, adanın yuxarı nöqtəsindən aşağı nöqtəsinə qədər təxmini 20-25 dəqiqəyə çatırdıq. Yollarda bir dənə də olsun işıqfor, polis və s. yox idi. Sürət nişanları olsa da, sürəti hamı özü seçirdi ???? Bir mənfi cəhət, yolların gecə ümumiyyətlə işıqlandırılmaması idi.Əlavə olaraq qeyd edim ki, nağd pul bizə demək olar ki, lazım olmadı. Hər yerdə pos terminal var. Sadəcə ictimai nəqliyyatda məncə nağd pula ehtiyac olur.Ümumilikdə ada çox xoşumuza gəldi. Santorinini tam yaşamaq üçün 2 gün bəs edər, amma məncə kirayə maşınla.#Santorini #GreeceDaha geniş məlumat, əlavə muzeylər və ideyalarla keçiddən tanış ola bilərsiniz: https://santorinidave.com/best-things-to-do-santoriniƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Cuvarov

1729 dəfə oxunub

Barselonaya Gələnlər Üçün 10 Əsas Maddə

Barselonaya gələnlər10 əsas maddə:1) Çantanızla çoox ehtiyatlı olun.(xüsusilə metro və mağazalarda) Şəhər təhlükəsiz olsa belə bunun oğurluqla əlaqəsi yoxdur. 2) Şəhərə gəlmək: ▪︎|Azalın yeni reysi ilə gəlirsinizsə Terminal 2-ə eniş edirsiniz və bu o deməkdir ki, 20 dəqiqəyə R adlı yer üstü qatarla şəhərin mərkəzinə gedə bilərsiniz. ( Aeropuerto- Estación Sants) Santsda isə Metro var. və ya Paseo de Graciada enə bilərsiniz. (şəhərin mərkəzidir) Sayt:https://www.aeropuertobarcelona-elprat.com/.../accesos...♡♡Ən uyğun və rahat Bu seçim adi nəqliyyat qiymətinədir. 10 gediş 11,35 olan T- casual kartını almaqla istifadə edə bilərsiniz. ▪︎|Hər iki terminaldan Plaza de Cataluñaya gedən avtobusa da minə bilərsiniz. ( 7 avro) ▪︎|Qeyd: T1-T2 arası avtobus ödənişsizdir. ▪︎|Ən sıxıcı yol isə hər iki Terminaldan şəhərə tərəf gedən yeraltı metrodur. qiyməti 5 avro olmalıdır.3) Gecələmə: Şəhərin hansı hissəsində gecələməniz çox fərq etmir əsas Barselona şəhərinin içində olsun. Nəqliyyat vasitələri əla çalışır. İstənilən yerdən şəhərə 30 dəqiqəyə gələ bilərsiniz. Tam mərkəzdə qalsanız da gəzməli yerlərə 30,40 dəqiqə piyada çata bilirsiniz. 10 gediş 11,35 avro. Məs: Bookingdə ən az 700 şərh üzərindən 8,5 bal alan istənilən bir yer.4)Qidalanma:▪︎| Məşhur yerli kafe zəncirlər : 365 , El Fornet,Buenasmigas, Santagloria. El Fornet və Santagloria daha yaxşıdır. ▪︎|Turistik daha baha, amma gözəl dadlı Brunc kafelər: Billy Brunch, Equilibrium café ( vegeterian) , Kilele, Camelia art cafe▪︎|Maraqlı tarixi Kafe: Granja Petitpo▪︎|Bir şeylər içmək üçün mütləq: El Bosc de los Fades.▪︎|Restoranlar: Honest green ( sağlam qidalanma),Konig Barcelona (əsl ispan - katalan)▪︎|Maraqlı restoran: El Nacional daxilində: La tabería. ▪︎|Paella və milli yemək üçün: Restaurante Arrocería las Arenas, L Arroseria Xativa.▪︎|Axşam musiqili bir yerlər deyirsinizsə: La Taverna de Barcelona. 5) Gəzməli yerlər: 2 gündə gəzə biləcəyiniz xəritə: https://maps.app.goo.gl/zraSYvbi7uknHARB9Əlavə seçimlər: Montjuic; Parqguell; Tibidabo6)Məsləhət gördüyüm xüsusi yerlər:▪︎|Unlimited Barcelona: https://www.unlimitedbarcelona.com/▪︎|Montjuic ərazisində gəzinmək. ▪︎|Tibidaboya Peu de Funiculardan getmək: S2,S1 + Funikulyor + 111 avtobus ( sadəcə 1 gedişə Tibidabodasınız)7) Çimərlik ( Şəhərin mərkəzindən kənar olanlar) Başqa şəhərlərə getmək istəyənlər:▪︎| Renfe uzaq qatarları( rəsmi sayt) https://www.renfe.com/es/es -Bütün şəhərlər▪︎|Rodalies yaxın qatarlar https://rodalies.gencat.cat/es/horaris/index.html( Sants stansiyada satış) Sitges; Tarragona; Girona və s.▪︎|Alsa avtobus( rəsmi sayt)https://www.alsa.es/▪︎|Bla Bla car ( proqram)9) Barselonanın əhalisi 1 milyon amma illik turist qəbulu 8 milyondur. Odur ki, küçədə ispan görməniz ehtimaı çox azdır. Yerli əhali katalandır.10) Yayda gəlirsinizsə istin nəzərə alaraq günortanı qapalı yerdə keçirin. Mümkünsə yayda gəlməyin) Başqa fəsillər idealdır.))#Barselona #Barcelona #ispanya #İspaniya— Barselona, İspanya'da.Paylaşan: Aysu Española

163 dəfə oxunub

Camogli – Liguriya sahilində Cənnət

Camogli – Liguriya sahilində sakit, rəngarəng bir cənnət Öncəliklə salamlar hər kəsə!Uzun zamandır sizə səyahət təəssüratlarımı paylaşmırdım, bu dəfə isə İtaliyanın Liguriya sahillərində yerləşən Camogli adlı kiçik, rəngarəng, amma çox sevimli bir balıqçı şəhərindən yazmaq istəyirəmCamogli Genuyaya yaxın yerləşir və qatarla 30–40 dəq-lik məsafədədir. Mən Romedan qatarla gəldim təxmini 6 saata. Dəniz sahili, rəngli binaları və sakit atmosferi ilə məni valeh etdi. Bura daha çox italyanların özlərinin istirahət etdiyi bir məkandır(xaricilər cox az gördüm) – hələ "kəşf edilməmiş" incilərdən biri desək, yanılmarıqCinque Terre və Portofino sahillərinə çox yaxındır, Və ən önəmlisi – onlarla müqayisədə xeyli daha münasib qiymətlidir! Boatlarla rahatlıqla bu sahillərə gedə bilərsiz.Ev kirayəsi və otel qiymətləri:Mən Airbnb-dən 3 gecəlik ev götürdüm – qiymət total 338$ (2 nəfərlik). Ev düz mərkəzdə yerləşir. Şəkillərdən evin viewsun görə bilərsizhttps://www.airbnb.com/l/Gh4C4cQtYemək:Şəhərdə dəniz məhsulları ilə məşhur balıq restoranları çoxdur. 12-14 euro arası qarışıq balıq məhsulları almaq olur. Pizzalar 8eurodan başlayır. Mağazalarda su qiyməti 0,50 euro. Gündəlik 2nəfərə qidalanma 50-60 euro civarı cıxır. Bir sözlə qiymətlər cox münasibdir. Yemək qiymətləri barədə ətraflı mina.frzll instagram səhifəmdə paylaşım etmişəm.Kiçik məsləhət:Yayda getsəniz, çimərlik ayaqqabısı götürün – çünki çınqıllı çimərlikdir.Paylaşan: Mina Farzali

274 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!