83 dəfə oxunub

Thailanda 12 Günlük Tətil Səfərim

17 Noyabr 2025 tarixində Thailanda 12 günlük tətil səfərimdən yazıram bəlkə getmək istəyənlər üçün faydası ola.
Vizanı 4-5 gün ərzində onlayn thaievisa.go.th saytından təxminən 43 dollara aldım.


İşdən vaxtım olmadığı üçün elə də ətraflı araşdırma etmədim, sadəcə əsas məqsədim öncə Phuketə gedib, bir neçə gün orda qalıb, sonra Phi-Phi, Krabi, Koh Samui və s. digər xırda adalara getmək idi. Oteli Phuketin ən turistik yerindən birində - Patongun mərkəzində tutdum. Phuketə gəldiyim gündən hər gün demək olar ki, dayanmadan yağış yağdı (həmin vaxtı Thailandın cənubundakı bir çox bölgələrədə olduğu kimi) və bu səbəbdən planladığım heç bir ada turlarına gedə bilmədim. Phuketdə 4 gün qalıb ümidlə gözlədim amma. Həmin 4 gün ərzində sadəcə qiymətləndirmək üçün plajlarına, şəhərin bir neçə turistik yerlərinə getdim, gecə həyatına nəzərdən keçirdim. Diqqətimi çəkən, şəhərdə Muai-Thai döyüşlərinin genişi promosunun aparılması idi. Döyüşə biletlər təxminən 1500baht (80 manat) idi.


Ümumilikdə, şəxsən mənim Phuket heç xoşuma gəlmədi. Bura gələnlər üçün ən yaxşısı elə növbəti gündə ada turları götürüb getməkdi. Ada turlarının ən məşhur paketlərindən biri "Phi-Phi, Khai, Bamboo island, Maya Bay"-dir. Bundan başqa "James Bond" adası və "Similan" adası məşhur. Similan ən yaxşısıdır, amma Phuketdə çox uzaqdır (gəmi ilə 3 saat dedilər).
Broşurlarda qiymət 3900baht (təxminən 200 manat) göstərilsə də, adətən 2500bahta qədər endirim edirlər. Phuketdə qiymətlər Thailandın digər yerləri ilə müqayisədə ümumilikdə bahadı.


4 gün yağışlı havada qaldıqdan sonra spontan olaraq, günəşin bol olduğu Thailandın başqa bölgəsini google'də axtardım və şimaldakı Chiang Mai'ı tapdım.
Chiang Mai əsasən dağlarla əhatə olunmuş, mənzərəli, spiritual, peaceful şəhər təəssüratı yaratdı məndə. Burda fillərin olduğu sığınacaqlara turlar məşhurdur. 5-6 saatlıq (half-day) belə turların broşurlardakı qiyməti təxminən 1700bahtdır (90 manat). Amma burda Phuketdəki qədər çox endirim etmirlər, maksimum 100-200baht düşürlər. Mən də 1500bahta belə bir tur götürdüm. Chiang Maidan təxminən 1.5 saatlıq məsafədə yerləşir və çox bəyəndim. Ümumilikdə, Chiang Maia gedib qalmağa yer seçəcəksinizsə, ən məşhuru Nimmanheim (daha modern və nisbətən bahalı otellər) və Old City'dir (daha tarixi, məbədlər, daha ucuz qiymətə nisbətən köhnə otellər). Piyada gəzməyi sevdiyim üçün oteli Old City'də seçdim, sonra sadəcə görmək üçün Nimmanheim'a getdim. Qərar olaraq kəsinliklə Old City-də qalmağı tövsiyə edirəm.
Old City'də həmiçinin hər həftənin bazar günləri Sunday Walking Street deyilən Night Market keçirilir. Bu indiyə qədər gördüyüm ən böyük və ən "crowded" night market'di. Amma çox maraqldı. Ümumilikdə, burda 3 gün qaldım və bəyəndim.
Yenə spontan olaraq Chiang Maidan birbaşa Pattayaya bilet aldım. Planım burda da 4 gün qalmaq idi. Qəribədir ki, mərkəzdə otel tapmaqda çətinlik çəkdim biraz, qiymətlər də bahalanmışdı. Sonra öyrəndim ki, 28-29 noyabrda, Pattayada Beynəlxalq Atəşfəşanlıq festivalı keçirilir və bu səbəbdən Pattaya Beach yaxınlığındakı (3km.dan az məsafədə) bütün otellər 28-29-u tarixlərində tam dolu idi.
Pattayanın gecə həyatı başqa leveldi




Thailandın heç bir bölgəsi (hətta Bangkok belə) rəqabət belə apara bilməz. Amma mənim burda ən çox bəyəndiyim geniş Pattaya plajı və ətrafındakı saysız-hesabsız restoranlar, barlardı. Plajda dincəlib istədiyin vaxt sadəcə yolu digər tərəfə keçib yemək yeyib təkrar qayıda bilərsən plaja. Plajda şezlonqlar ödənişlidi (günlük 100baht). Məhz elə Fireworks festival'ı da bu plajda keçirildi. Çox xoşuma gəldi bu festival. Hər il burda keçirilir səhv etmirəmsə, yenə getməyə dəyər.


Sonuncu gündə isə North Pattaya Bus Terminal'dan (Rong Reaung) Bangkoka (Ekkamai stansiyası) avtobusla bilet alıb (150baht) getdim. Avtobus təxminən 2 saata gedir. Bangkokda daha əvvəl olduğum üçün heç yerə getmədim, sadəcə dönüş uçuşuma qədər qalıb dincəldim. Ümumiyyətlə, Bangkoku bəyənmirəm, və yəqin ki, heç vaxt tətilimi orda sərf etmərəm
P.S. yazdıqlarım subyektiv fikrimdi, ola bilsin, kimlərinsə qeyd olunan yerlərdə öz zövqünə uyğun daha fərqli təəssüratları olub.
P.P.S. olduğum bəzi yerlərdən şəkilləri də əyani vasitə kimi əlavə etmişəm. Bundan başqa əgər kiməsə əlavə məlumat lazım olsa, şəxsi mesaj bölməsinə yazar, comment'lərə baxa bilməyəcəm böyük ehtimalla.


Paylaşan: Intiqam Qurbanov

DİGƏR BLOQLAR

Fransanın qastronomiya mərkəzi - Lyon

Lyondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bu il iyunFukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getməkplanım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi - nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir "bon jour" deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

1158 dəfə oxunub

Flamenkonun vətəni - Sevilya bələdçisi

Tekst uzun olacaq, sorry :)⌚Səfərin vaxtı - noyabr 2019???????? #visitseville Sevilla İspaniyanın ən ehtiraslı regionun - Andalusiyanın paytaxtıdır. Karmen, Don Juan, Fiqaro, flamenko və korrida məhz bu şəhərdən dünyaya göz açıblar. 500 il ərzində müslim mavr şəhəri olub, buna görə də həm arxitekturasında, həm incəsənətində (xüsusən keramikada) Şərqin və Qərbin üslublarının miks stili ilə tanınır (mudejar style = moorish (mavritan) + european art deco). Əfsanəyə görə, Sevilla Gerkules tərəfindən qurulmuşdur və Kolumb öz Amerikaya səyahəti üçün burada icazə alıb və ona ğörə də onun qızılla bəzədilmiş qəbri burada quraşdırılıb.️✈ Buraya çatmaq üçün ən asan, rahat və ucuz yolu Vueling low-cost aviaşirkətinin Barcelona-dan reysini istifadə etməkdir (gündə bir neçə dəfə uçur, qiyməti 10€ -dan başlanır), aeroportdan isə hər 15 dəqiqə mərkəzə ????avtobus çıxır və bütün əsas nöqtələrdə saxlayır, bir tərəfli qiyməti 4€, iki tərəfli isə 6€. Mərkəzi Cathedrala-a kimi yol təxminən 30 dəqiqədir.????Mənim şəxsi Sevilla-da #mustsee siyahım:1.???? Mavritan sarayı Real Alcazar de Sevilla (ispan kralının yay rezidensiyası), mütləq əvvəlcədən online bilet alın www.realalcazarsevilla.sacatuentrada.es/en saytında, yoxsa növbədə 2-3 saat da gözləyə bilərsiniz. Hər bazar ertəsi giriş cəmi 1 avrodur (başqa günlərdə 12€), amma bu ancaq online bileti ilə keçərlidir, ən azı 2 həftə qabaq alın, çünki kassada birinci günlərə biletlər satılmır. Saray özü çox fotoqenik və möhtəşəm bir yerdir, buranın şərq hamamları, tovuz quşlu bağları, terrasaları, tavanları, palmaları hələ ki yadımdadır... Game of Thrones həvəskarları üçün - burada Dorn-a aid epizodları çəkirdilər. Şəxsən, Granadaki Alhambradan qat qat çox xoşuma gəlib, çünki rəngarəng, canlı, gül-çiçəkli bir yerdir. Biz audioqid göturmüşük amma qulaq asmadıq, tez keçmək istəsək də, yenə də 2,5 saat gəzmişik.2.⛪Seville Cathedral (15-ci əsr) və La Giralda (12-ci əsr) (bell tower, Məscidin Minarəsi kimi tikilmişdir, Cathedraldan da məşhurdur) – yenə də birinci günlər pulsuzdur, biletləri online almaq məsləhətlidir, Cathedral çox genişdir, bonus kimi bağında portağal ağacları ilə şəkil çəkdirə bilərsiniz. Orqana, Kolumbun qəbrinə, Goya və Velaskesin rəsm əsərlərinə baxmaq yadınızdan çıxmasın. Həm də oranın xaçı həmin Kolumb Amerikadan gətirdiyi qızılından düzəldiblər.Bundan sonra dərhal Giralda qalasına qalxın! 35 mərtəbəlidir amma yaxşısı odur ki, heç bir pilləkanı yoxdur, çünki oraya həmişə atnan qalxırdılar, piyada yox. Pəncərələrdən və zirvədən mənzərələr superdir, qalxmağa dəyər.Bu qala şəhərin ən məşhur binasıdır, bütün şəkillərinizdə background-da o görsənməlidir, aşağıya düşəndə fayton götürə bilərsiniz özünüzü kral kimi hiss eləmək üçün.3.????Ispaniya meydanı Plaza de Espana – ənənəvi ispan üslubunda 1914 və 1928-ci illərin arasında Dünya yarmarka üçün tikilmiş gözəl və super böyük bir meydandır. Burada alfavit qaydasında bütün İspaniyanın regionların və böyük şəhərlərin adları var və hər bir yerə aid keramikadan düzəldilmiş simvolika və ya tanınmış hadisə göstərilir. Meydanda kanal və şirin körpülər var. Star Wars-un Amidalanın planeti burada çəkilmişdir, səhər gedin ki, maksimum boş olsun, şəkillər gəşəng alınsın. Giriş pulsuzdur. Çox fotoqenik İnstagrammable yerdir. Arxasında gözəl Mariya Luiza parkı var, hava yaxşı olanda, orada dincəlmək olar.4.????Triana məhəlləsi, burada street flamenko əmələ gəlib və bugünə kimi flamenkonun səsi hər axşam oranın küçələrində səslənir. Oraya çatsaz, mütləq Keramika muzeyinə də dəyin (ya da heç olmasa onun yanındaki mağazasına). Üstəgəl Trianada şəxsən mənim çox xoşuma gələn İnkvizisiya Muzeyi - Castillo de San Jorge var, 300 il ərzində ən qorxulu yer olub şəhərdə, indi isə müxtəlif interaktiv installyasiyaları sınayıb özünüzü inkvizisiyanın qurbanı rolunda hiss eləyə bilərsiniz. Giriş pulsuzdur.5. Əlavə foto spotlar - Pilatın Evi Casa de Pilatos – 15-ci əsr, çox gözəl mavritan arxitektura və interyer, amma biz oraya getmədik, skip elədik. +????Torro del Oro (Qızıl Qala) düz Guadalquivir çayın sahilində. Və bunlardan əlavə bu çayın sahillərinin və körpülərinin mənzərələri.6. ????Modern arxitektura fanatlarına isə Metropol Parasol, ya da sadəcə Sevilla Göbələklərinə :) baxmaq lazımdır. Orada həm də Seville Past View 3D attraksion var, şəhərin keçmişinə qayıtmaq üçün ən ləzzətli interaktiv bir filmdir.7. ????Qışda getmirsizsə çalışın korridaya bilet alın (təxminən 1 bilet 100 avrodur amma) Plaza de Toros Arenasında, doğurdan da bir dəfə baxmağa dəyər, həmin arenadan üzbəüzdə Karmenın heykəli quraşdırılıb və...8. ???? ...Elə düz çayın sahilində təzəlikcə restavrasiyadan çıxmış glamur və zövqlü Mercado Lonja del Barranco adlı qastronomiya bazarı (gastromarket) Sizi gözləyir. Orada Sizin qabağınızda bişirilən müxtəlif ölkələrin və ənənəvi İspan yeməklərini alıb, elə orada da rahat oturub yeyə bilərsiniz. Bazar kimi heç görsənmir, elə bil ki, məşhur restorana gəlmişsiz. Mən vuruldum.9. ????Flamenko!!! İndi ona çatmışamsa o demək deyil ki, vacib deyil. Bəlkə də 1-ci yerdə olmalıdır. Sevillada mütləq Karmen mövzülu flamenkoya getmək lazım, onlar elə ehtirasla rəqs edirlər ki, elə bil doğurdan da sevişirlər. Triananın tarixi bazrında miniteatrını çox tərifləyirlər, www.groupon.es endirimli biletləri tapmaq üçün Sizə kömək edəcək.10. ????Yemək‼ Sevillada tapas - tək qəlyanaltı və kanape yox, həm də menyunun hər yeməyinin mini porsiya sayılır. Bir insan maksimum 3 ədədi yeyə bilər (biri 3-4 avro olur), mənim kimi hər yeməyin dadına baxmaq istəyən görməmişlər üçün nəzərdə tutulub. Cathedralın yanında Tripadvisor-a inanıb El Librero Tapas restoranına getdik və xoşbəxt çıxdıq (business lunch - Menu del Dia 13 avro, uşaqlar üçün ayrı menyu, dizayn, personal, abu-havası - hər şey super idi)! Məsləhətlidir.????Harada qalmaq – Booking və Agoda-ya tez-tez baxın, elə mini-hotel axtarın ki, Giraldadan maksimum 300 m. uzaq olsun, rooftop terrace olsun və foyenin dizaynı mavritaniya stilində olsun. Onlar çoxdur deyə, rahat 60-70 avroya belə bir yer tapa bilərsiniz. Mən nə qədər büdcəli səyahətçi olsam da, Sevillada tövsiyyə edirəm ki, location-da qənaət etməyəsiz. Büdcəniz bir az artıqdırsa, ən trendli otel indi Melia Sevilla sayılır (hovuzdan mənzərələr inanılmazdır).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova

2623 dəfə oxunub

Xəyallar adası - Mavriki

Dünyanın ən möhtəşəm 10 adalarından birinə uyğun qiymətə getmək istəyərdiniz ? Mavrikiyə (Mauritius) gedə bilərsiniz. Amma tələsməlisiniz. Çünki bir-başa ən ucuz bilet Noyabrın 27-dir. Biletin detalları haqqında bir neçə abzas aşağıda oxuya bilərsiniz.Hind okeanında vulkanik bir ada olan Mavriki, çimərlikləri, laqonları, qayaları, flora və faunası ilə məşhurdur. Mavriki adalarına gedənlər, asanlıqla ordan ucuz bilet tapıb Seyşellərə, Madaqaskar və Reunion adalarına da baş çəkə bilərlər.  Ölkə haqqında qısa məlumat:Beynəlxalq aləmdə ölkənin adı "Mauritius" kimi gedir. Adanın adının mənşəyi Hollandiya müstəmləkə dövründə adanı idarə edən Şahzadə Maurits van Nassau'nun adından götürülmüşdür. Sonralar İngilis müstəmləkə dövründə "Mauritius" adını almışdır.Ölkənin rəsmi dili İngilis dili olaraq qəbul edilsə də, insanlar mavriki- kreol və fransız dillərində də danışırlar. Ölkədə 1.238.000 insan yaşayır və hər il təxminən 1 milyon turist qəbul edir.Avtomobillər sağ tərəfdən idarə olunsa da, son 10 ildə heçbir ölüm hadisəsi qeydə alınmamışdır.(İstinad Hürriyət.tr)Müharibə edəcək qonşuları olmadığından orduya büdcədən pul ayrılmır və ordusu yoxdur.Viza:AZ vətəndaşları qapıda 60 günlük on-arrival viza alır; ancaq ölkəyə gəlməzdən əvvəl geri dönüş biletinizi və otel rezervasiyasını edin, girişdə göstərməyinizi istəyəcəklər. Harda qalmalı ?Airbnb-də kifayət qədər uyğun qiymətə evlər/otellər var. Məsələn, noyabr 27-29 tarixlərində gecəsi 23 euroya normal şəraitli ev var. Bunları etmədən geri dönməyin tövsiyyələri:????‍♀️Hind okeanının büllur kimi şəffaf sularında hər gün üzmək.????‍♀️Skuba dayvinq edib okeanın altının mənzərəsinə baxmaq. Bu adaların olmazsa olmaz əyləncələrindən biridir. Daha sonra snorkellə üzmək, zipline kayt uçurmaq, katamaran gəzmələri ilə digər adalara getmək, açıq dənizdə balıq tutma turlarına qoşulmaq. Çox şanslısınızsa, balinalar, kitləri görə biləcəksiniz.????Xalqa açıq şəkər qamışı tarlalarında dolaşıb, əsl instagramlıq şəkillər çəkmək. (Open to public fields)????????Gecələr çimərlikdə yandırılan atəşin ətrafında "Sega" rəqsi edən yerliləri izləmək, hətta onlara qoşulub stress atmaq. (Reqsə baxmaq üçün https://www.youtube.com/watch?v=lKzMZk53vgs)????Mavrikiyə qədər gəlmişkən adadakı rom fabrikinə baş çəkin və ətirli romların dadına baxın və evdəkilərə hədiyyəlik 1 neçə şüşə alın (vanilya, kakao və ədviyyəli).☕️Nəhayət, Mavrikinin klassik bananlı qəhvənin dadına baxmağı unutmayın (Şəkil aşağıda ⬇️)Mark Tven deyib : (“Mauritius was made first, and then heaven; and that heaven was copied after Mauritius.”)Tərcüməsi: “Əvvəlcə Mavriki adaları yaradılıb, sonra isə cənnət ; cənnət yaradılarkən də Mavriki'dən kopya çəkilib” Vallah adam haqqlıdır, çünki çox gözəldir. Adamın lap orda ölüb-qalmağı gəlir. Ən uyğun bileti satan istiqamət : Frankfurt – Mauritius – FrankfurtTarix : 27 Nov – 16 Dec, HY : Condor2tərəfli bir-başa bilet qiyməti: 370 Euro; 1-tərəfli 140 euro.Həmçinin Praqadan (Çexiyadan) və Münhendən (Almaniyadan) MAURITIUS-a Condor-un Noyabrin 27-si gediş olmaqla, dönüş 23 və 26 Dekabra ucuz uçuşları var.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

4527 dəfə oxunub

Hollandiya bələdçisi - Amsterdam və Haarlem

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Amsterdam Hollandiya mənim 14-cü ölkəm oldu. Bu şəhərə düşdükdən sonra başa düşdüm ki, həyat burada qaynayır  hər axşam mərkəzdə çoxlu eventlər keçirilir. Bizi Amsterdamda qarşıladıqları üçün Fuad və Yasinə dərin təşəkkürümü bildirirəm! Bizi gözəl yerlərlə tanış etdilər və birlikdə gözəl vaxt keçirdik. Ümumilikdə 4 gün keçirdik Amsterdamda və qalmağa yer üçün Couchsurfingdə Haarlemdə qaldıq.Haarlem kiçik şəhər olmasına baxmayaraq mütləq gediləsi görüləsi şəhərdir. Qaldığımız ev isə sadəcə möhtəşəm idi. Tarixin bir parçası olan evlərdə qalırdıq yerli pendirləri və digər şeyləri birlikdə yoxladıq. Hollandiyada olan ən böyük çətinliklərdən biri də gecə 2-dən sonra heçkəs çöldə alkohol içərək restoranların qarşısında otura bilməz. Hər yeri yığışdırırlar. 24 saat işləyən yerlər demək olar ki, yoxdur. Evimiz Haarlemdə olduğu üçün ilk gecə qatarı buraxdıq düşündük səhərə qəədər oyaq qalaq. Saat 4-5-ə qədər işləyən barlar tapdıq mərkəzdən bir xeyli uzaqlıqda Couchsurferlər ilə gecə yazışdıq 20-25 arası adam toparlaya bildim və getdik. Nə halda getdik, necə getdik o 25 adamla bilmədik  Çalışın ayıq qalın bu şəhərdə  Səhər 7də Haarlemə çatdıq və onda başa düşdük ki, günəş çıxır insanlar hələ çox azdır şəhərdə və sən demə transport mərkəz küçələrdə icazə verilmirmiş sadəcə ayaqla gəzə bilərsən ya da velosiped. O şəhər məni gözəlliyi ilə valeh etdi.Amsterdamın Legendi Isa da o müddətdə orda olacaqdı əvvəldən danışmışdıq görüşəcik təsadüfən o da həmin günü Haarlemdə idi və biz birlikə hamımız görüşdük. Oturduğumuz restoran Jopenkerk Haarlem yalan olmasın 50 tip pivə təqdim edir sizə menyuda  Pivə qiymətləri çox bahadır Hollandiyada amma siz bunu tətil bitəndən sonra hiss edəcəksiniz narahat olmayın Və sonda isə bizim eXclusive görüşümüz dostumuz canımız Azərbaycanı gözəl təmsil edən Milli Dəstənin gözü ürəyi Shamil ilə görüşdük  Bizi çox gözəl yerlərə apardı  Gözəl experience olan bir şəxslə həm də həmvətənlərimlə başqa ölkələrdə görüşmək mənə çox xoşdur. Gələcəkdə sizin də şəhərlərə gəlsəm adamyeyən deyiləm çoxlu gözəl memories ola bilər  Bu yaxınlarda Amsterdamlılar şikayət etdikləri üçün demək olar ki Amsterdamda Deturizm gedir. Deyəsən turistləşdirmə onlara baha başa gəlir deyə artıq əsas I  Amsterdam yazısını da bildiyiniz kimi götürüblər və bu yaxınlarda artıq Red Light Streeti də sökməyə hazırlaşırlar. Şəhərdə polis heroin və digər maddələrin təsirində olan insanların leşini daşımaqla məşğuldur  Hərə bir tərəfdə uzanıb təsirindən ayılacağı saatı gözləyir gecə saatlarında  Gecə səhərə qədər qalacaqsınızsa 1-ə qədər öz yemək ehtiyyatınızı tutun yoxsa səhərə qədər ac qala bilərsiniz. Bu cəhətdən gec saatlara qədər işləməyən restoranlar tərəfdən Amsterdamı bəyənmədim. Bir klub tapıb 2ci gecəmizi səhərə qədər küçədə yox ən azı orda keçirə bildik. Həyatımda ilk dəfə Tesla elektrocarını taksi kimi xidmət göstərən gördüm Amsterdamda  Qatar Transport sistemi bərbad vəziyyətdə deyərdim Amsterdam barədə. Ən azı isə Haarlem və Amsterdamdaxili gedişləri nəzərdə tuturam. Hər addımbaşı azərbaycanlılara rast gəlib 2dəqiqə ayaqüstü xoş mehriban söhbətlərimiz oldu hamınızı tanımasam da hamınıza səmimiliyiniz üçün təşəkkür edirəm. #səyyaholmagəzəyənol #gezeyenler #gəzəyənlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

2559 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!