371 dəfə oxunub

Thailand seferi

Size Thailand seferim haqqinda yazim. Biraz uzun yazdim amma herseyden yazdim ki, kimse Thailanda gedende artiq tam xeberi olsun.
Xercleri sonda qeyd edecem


3 ay arasdirib sorusmaq videola baxa baxa axir ki bir yer sece bildik. Noyabr ayi COB 29 harasa getmeyu dusunurduk. Planda Bali, maldivi shirlanka ve thailand var idi. Icinde eylence aktivite olan Thailand secdik. Hemde noyabr ayinda yagislar az olan Thailand idi.



- Wat Chalong (rəsmi adı Wat Chaiyathararam) Tailandın məşhur məbədlərindən biridir və Phuket adasında yerləşir. Bu məbəd, həm yerli əhali, həm də turistlər üçün əhəmiyyətli bir dini və tarixi məkandır. ən məşhur və müqəddəs məbədlərdən biridir. Bu məbəd Taylandın dini və mədəni irsini təcəssüm etdirən bir məkandır və həm yerli sakinlər, həm də turistlər üçün vacib bir ziyarət yeridir. Gedib baxib gezib sekil cekdire bilersiz.




- Thailanda gedibsize mutleq o meshur phi phi adalari gezin turlarla gedib cox maraqlidir ve turlar o qeder nezaret edirler telimatlar kecirler ki yeni hec kesi gozden nezerden buraxmirlar tam mesuliyyetle yanasirlar. kristal təmiz suları, ağ qumlu çimərlikləri və möhtəşəm əhəng daşı qayalıqları ilə tanınır. Adalar qrupuna ümumilikdə 6 ada daxildir, lakin əsas turist məkanları Koh Phi Phi Don və Koh Phi Phi Leh adalarıdır. Phi Phi adaları Taylandın cənnət parçasıdır və tropik ada təcrübəsi yaşamaq istəyən hər kəs üçün mütləq ziyarət edilməli bir yerdir.



- He cimerlikleri dehset coxdu mutleq imkan daxilde coxlu cimerliklere gedib gun batimi izleyun mohtesem menzere goreceksiz.



- Yanui Beach - qaldigimiz otele yaxin idi. Tez getmek lazimdir. Gec gedende yer tapmaq olmur. Qumu iste super idi. Deniz de mohtesem derinlik ne qeder olsa da ayaqlarin gorunur. Orda dondurma ya soyuq ferqli meyve sirelerin dadina baxa baxa vaxt kecire bilersiz.



- A blanket Phuket- gun batimi ucun en gozel menzeresi olan yerdi. Orda gun batimi izlemek sekil cekdirmek ucun gelirler( biz orda olanda gunun batim ani ucun sekil cekdirmek ustunde dava idi) mohtesem idi sevgilinizle o anda sekil cekdirmek yerine duser. Orda ise nese almalisiz biz coffee aldiq coffeeler cox gozel ve dadli idi hemde ucuz. Latte ve mocha goturduk 150 bath ( 4-5$ ). Bele yerler coxdu amma icersinde size yaxin yeri tapib gede bilersiz.



- Old town Jui Tui Shrine- axsam gezmek ucun en gozel yerlerden biridi. Tunk Ka Cafe (Rang Hill) Məkanın üstünlüyü: Rang Hill-dən Phuketin şəhər işıqlarına möhtəşəm bir mənzərə təqdim edir. Sevgilinizle bura gedib gozel vaxt kecire bilersiz. Amma cox gec gedende saat 10 dan sonra musteri qebul elemirler bagli olur.



- 4 gun sonra otelmizi deyisdik, teze otel hem private room idi, hem denizin yaninda idi. Otel secende dusndum ki 3 gun passiv istirahet ederik amma ki thailandi phuketi gorende her gun gezmek maraqli yerlere getmek isteyur bir sozle gun sonu olanda adam heyifslenit ki gun bitir).


- Phuketde meshur olan “Ma doo boa “deyilem yer var yarpaqlarin ustunde sekil video cekirsrn. Amma deyim ki, dehset novbe olur biz seher 12 de getdik uje 17:20 kimi yerler dolmusdu gerek tezden gedib yer tutasan. 2 nefere 1500 bath verdik bizim pulla 75 manat. Sekil ve video. Amma deyerdi sekiller videolar dronla cekilirdi 20 deq vaxtin olur.
- Three monkeys restaurant “var hundur bir yerdedi gozel ferqli yemekleri ickileri var xosumuza geldi ve ordan seher menzeresi gozel gorunur getmeye deyer. 2 nefere 1500 thb verdik. Chillva Market deyilen yer var axsam gezinti ucun maraqli yerdi amma cox gec getsez bagli olur saat 10 kimi gede bilersiz.
- Seherde maraqli yerleri tam gormek ucun tur goturdik duzdu yenr baha deyirdi amma danisdiq adamjn biri 3000 thb deyirdi ikimize 3400 thb verdik) otelden goturub axsam otele qaytarmaq serti ile. Maraqli yerlere aparir. Big budha getmek istedik duzdu getdik amma qalxmaga qoymadilar orda bizden qabaq adam dusub olub deye bagli idi amma asagi hissesinde seheri yaxsi gormek olur sekil cekdire bilersiz. Ve tiger parka getdik pelengle sekiller cekdirdik dogurdan ora temzi ve insanlara nece guleruzle xidmet gosterir isciler. Ve sonra ise fillere mindik sekil cekdirdik maraqli eylenceli idi.
- Cafe de mar var mohtesem bir yerdi. Cimerliyin yaninda hem cime bilersiz hem gun batimi izleye bilersiz hemde mohtesem axsam eylence olur party olur ve yemekleri cox daldir baha deyildi amma orda oturmaha deyir mutleq gedin.
- Carnaval magic deyilen bir yer var coox mohtesemdi orda yer tapmaq ucun evvelden bilet almalisan duzdu bahadi 2 nefere 100$ kecmelisen amma mutleq gedun. Biz bilet ala bilmedik hemin gun bagli idi. Burda umiyyetce her gun aciq yerler olmir xususi gunler var ki islemir.
- Gedeceyiniz yerlerden biri de “Monkey Hill Viewpoint” deyilen yerdi. Siz bura gedib meymunlara yemek vere bilersiniz amma diqqetli olmalisiz elnizde nese olsa dartib aparir( biz olanda bir turist xanimin sirgasini ogurlamisdi) masinla qalxmag icaze yoxdu 4km yolu piyada qalxmalisan. Amma ordan seher super gorunur.
- Ve Thailanda gedibde mutleq masaj etdirmeden gelmeyin. Adam basi 1000bth bizim pulla 50 manat teqribidir. Orda kuceler doludur yaxsisi da var piside. Baxanda secmek olur amma mutleq masaj edin 90 ve 120 deq edirler. En yaxsi sport masaj ve thai masaj moddu ve adam cox rahatlasir.
- Marojnalari da bambasqa dadi olur yoxlaya bilersiz. Butub meyve sirelerin dadina baxa bilersiz cox gozeldiler. Passion fruit 500 q burda 35-36 manatdi. Amma orda 80 bth ( 4-5 manat)1 kq alirsan.
- Maraqli fitness street var gede bilersiz. CrossFit mesqleri olur ki mohtesemdi. Muaythai mesqleri de maraqlidi.
Thailanda gedirsizse arasdirin ozunuzle yer otel secin gezmeye aktivite ucun gelirsizs bahali otel secmeye deymez 3 max 4* bes edir. Seher cixib axsam yatmaga gelirsen. Passive ucun gelirssense he onda deyer bahali secmek.
Thailandda usaq boyuk yasli qadinlar coxi moto ile gedib gelirler. Taksi cox bahadi. İnDirve ve Bolt yukleyin qiymeyler muqayise edin. Taksiler cox gozeldi bahali masinlardi. Umiyyetce tayota ford honda en cox suruler masinlardi( sukan sagda olur) taksiler trafik cox olanda yazirlar ki propka coxdu artiq verirseense gelirem. Bizde en cox xerci taksiler oldu moto surmemisdim deye orda risk elemedim.
Umiyyetce harasa gedeceksiz ve planiniz varsa ilk novbede coxli arasdirin. Hecneyi bacarmirsansa bu qrupda axtaris yerine yazib postlari ce komentleri oxu sagolsun yoldaslar yaziblar. Evvel hemin ay ucun ora necedi ona baxin, ve nece istirahet edeceksiz meselen aktiv ve ya passiv. Sonra budceniz necedi ona uygun hereket edin. Bunlar okaydisa googla map qoyun qabagniza olkeni seheri secdizse indi otel secin meselen gedeceyiniz yer hardadi evvel bookingde baxin sonra googlde map yerine eraziya baxin sizin ucun okaydi? Cox uzaq deyil ki?
ogurluq da cox az vobshe yoxdu sevyesindedi. Hem telkukesiz hemde uyumuludur.
Tayland xalqı qonaqpərvərliyi və mehribanlığı ilə tanınır. Ölkə “Gülümsəmələr ölkəsi” kimi məşhurdur. Yüksək mövsüm (noyabr-mart): Bu aylarda, xüsusilə qış mövsümündə, Tailand daha çox turist qəbul edir. Hər ay təxminən 3-4 milyon turist gelir
2 nefer ucun yol pulu ve 2 otelde qalmaq viza transferler hamsi bir yerde 6500 manat.
Ucuslar Qatar Airways ile oldu.
2 nefer 7 gece 8 gun ucun xercler 2200 manat
( en cox taksi xerci cox oldu)

Paylaşan: Türkay Məsimli

DİGƏR BLOQLAR

Sankt-Peterburq, qısaca Piter bələdçisi

Sank-Peterburqdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə!Əgər siz tarix, memarlıq, incəsənət aşiqisinizsə, o zaman mütləq şəkildə ölmədən görüləcək şəhərlərdən biri olan Sankt-Peterburqa baş çəkməlisiniz. Şəhərin haqqında googleda, youtubeda, bloqlarda kifayət qədər məlumat verilib deyə mən mümkün olduğu qədər praktiki məlumatlar verəcəm. Avropaya getməkdən ötrü viza prosedurlarında o qədər pul, vaxt, əsəb xərcləməkdənsə, burdan bura, necə deyərlər əlimizin altındakı Piterlə gəzəyənlik tarixçənizi zənginləşdirə bilərsiniz, nə viza istəyir, nə də çoxlu pul.Buta hava yolları ilə 3 ay əvvəl bileti aldığımıza görə ucuz başa gəldi, gediş-gəliş 241 manat. Butanın saytı fokus-mokus çıxarıb donmasaydı 200 manata da almaq olardı (nəysə). Qalmağa yer üçün gəldikdə Piterin mərkəzində çoxsaylı hostellər var, hostelworld saytından ucuz qiymətə hostellər tapa bilərsiniz. Əsas reytinq balına baxın, rəylərə baxın, locationun tam mərkəzdə olmasına baxın. Bizim qaldığımız hostel çox da əla olmasa da idarə edərdi, 8 gecə üçün 120 azn normaldır məncə.Gəzməli yerlərə gəldikdə, Piterə gedib Ermitaja getməmək günahdır. Mütləq şəkildə 1 gününüzü Ermitaja ayırın, dünya incəsənətinin ən məşhur nümunələri bu möhtəşəm sarayda saxlanılır, bundan başqa Ermitaj həm də çarların yaşayış binası olduğu üçün otaqlardakı möhtəşəmliyə baxdıqca ağlınızı itirəcəksiniz  :D (Ermitaja giriş 700 rubldur)Digər bir gününüzü Peterhof və ya Petrodvorets adlanan yerə ayırın (1-ci və 2-ci şəkillər). Burada Rus çarlarının yay sarayı yerləşir. Sarayın möhtəşəmliyi qarşısında valeh olmamaq mümkün deyil. Rusca bilirsinizsə nə yaxşı, çünki bələdçi xanımlar hər bir otaq haqqında ərtaflı məlumatlar verirlər. Saray daxilində hər bir yarımsaatdan bir qrup halında pulsuz ekskursiyalar olur. Saraydan çıxdıqdan sonra Fin körfəzinə qədər olan böyük parkda gəzib o möhtəşəmliyə bir daha valeh olun. (Saraya giriş 450 rubldur) Bu saraya getməkdən ötrü Avtovo metrosundan çıxıb mini avtobuslara minib 1 saata gedə bilərsiniz.Digər bir gününüzü Çarskoe Selo adlanan yerə ayırın, Bu Piterə təxmini 1 saatlıq məsafədə yerləşən kənddir belə deyək. Yekaterinanın məşhur sarayı bu yerdə yerləşir. (3-cü şəkil). Burada da saray daxilində pulsuz ekskursiyaya qoşulub bələdçi xanımların gözəl izahatı ilə tanış ola bilərsiniz. Burda da sarayın ətrafı böyük bir ərazidə park var, yayda getsəniz böyük gölün ətrafında zövqlə istirahət edə bilərsiniz. (saraya giriş 700 rubldur) Bundan başqa Çarksoe Seloda Yekaterinanın sarayının yanında Puşkinin oxuduğu Litsey binasına da girə bilərsiniz. Şəxsən məni çox təsirləndirmişdi (giriş 150 rubldur). Bu saraya getməkdən ötrü Moskovski metrosundan çıxıb mini avtobuslar ilə 1 saata gedə bilərsiniz.Şəhərin mərkəzində getməli məşhur kilsələr: Kazan Cathedral, Saint İsaac Cathedral, Spas na Krovi adlanan məşhur kilsələrə mütləq baş çəkin. Birinci kilsəyə giriş pulsuz, digər ikisinə giriş 400 rubldur. Saint İsaac kilsəsinə bilet alanda Kolonada deyilən damına çıxmağa da bilet alın. Ordan şəhəri hündürdən müşahidə etmək olur. bütün bu kilsələrə mərkəzdən ayaqla asanlıqla getmək olur.Bundan başqa Piterdə mütləq getməli məkan Grand Maket Rossiya adlı böyük maket muzeyidir. 4 saata ancaq gəzib bitirdiyimiz Rusiyanın bütün bölgələrinin maketidir. Elə möhtəşəm bir məkandır ki, ağzımız açıq qalmışdı. Giriş 480 rubldur. Bu məkan Moskovskiye Vorota adlı metroya yaxın yerləşir.Digər must see yer isə Okeanarium adlı böyük akvariumdur ki, mütləq zövq alacaqsınız.Giriş 600 rubldur. Zveniqorodskaya metrosuna yaxın yerləşir.Əgər dinə bağlı insansınızsa Piterdə çox möhtəşəm məscid də var, ora da baş çəkə bilərsiniz. Biz mərkəzdən ora ayaqla getmişdik deyə hansı metroyla ora getmək olar bilmirəm.Digər getməli yer Petropavlovskaya Krepostdur ki, Ermitajın yanından körpünü keçib ayaqla gedə bilərsiniz. Ayrıca adada yerləşir, bu ada məşhur dovşan heykəlləri ilə məşhurdur.Piterdə nə yeyim, nə içim deyirsinizsə bu barədə korluq çəkməyəcəksiniz. Hər addımda kiçik kafelərdə istər fast food,istər yerli xörəklər, dadlı isti şokoladlar, bitki çayları,blinçiklər, bulkalar yeyə bilərsiniz  :)Metro sistemi çox rahatdır, getməzdən əvvəl googledan Piterin metrosunun sxeminin şəklini telefona yükləyin və rahatlıqla gedə biləcəyiniz yeri tapın. Metroda 1 gediş 45 rubldur. Bundan başqa yandex maps programını mütləq şəkildə yükləyin, çoooox işinizə yarayacaq. Avtobusları da 40 rubldur. Bircə cibgirlərdən muğayat olun, pasport, pul kisəsindən muğayat olun. Qalan elə deyildiyi kimi təhlükəli deyil, ən azından Avropa şəhərlərindən daha təhlükəsizdir.Paylaşdı: Aytən Əliyeva

6150 dəfə oxunub

Lissabon yaxınlığındakı qəsəbələr

Bu dəfə isə sizə Lissabon yaxınlığındakı qəsəbələr və görməli yerlərdən danışacağam ????Avropanın ən uc nöqtəsindən baxarkən...Keçən dəfəki yazılardan birində sizinlə Lissabon haqqında bölüşmüşdüm. (https://seyahetci.com/tarixle-muasirliyin-kesisdiyi-lissabon/).O tarixlə müasirliyin kəsişdiyi, möcüzəli Lissabonun ətrafı özündən də gözəldir.Lissabonu gəzməyə 2-3 gün ayırandan sonra biz növbəti gün maşın kirayələdik və ətrafdakı qəsəbələrə üz tutduq. İlk gün yolumuzu Coba Da Roca burnu və kiçik, şirin sahil qəsəbəsi Cascaisdən saldıq. Ericeira, Sintra və Mafra qəsəbələrini doyunca gəzə bilmək üçün bir gün sonraya saxladıq. Elə bu 3 qəsəbə barədə yazmağı da gələn dəfəyə saxlayıram.ANS demiş, indi isə yaxın əyləşin, Cascais və Cabo Da Roca barədə daha ətraflı ☺️Zənginlərin, mühacir yazar və sənətçilərin məkanıCascais qəsəbəbəsi Taxo (Tejo) çayının girişindən başlayıb, düz Oeiras şəhərinədək uzanır. Hazırda qəsəbənin 200 mindən artıq sakini var. 19-cu əsrin əvvəllərində Cascaisin əhalisi az olub. Bura kiçik, balıqçı qəsəbəsi kimi tanınırmış. Az keçməmiş ingilis tacirlər və avropalı aristokratların tətil məkanına çevrilib.İkinci Dünya Müharibəsi ərəfəsində isə döyüşdən qaçanların - siyasətçilər, aristokrat, sənət adamları və yazarların sığınacağı olub. Öz adıma deyim ki, burada yaşayan hər gün yazıb, yaradar.Zənginliyin gətirdiyi qumarxana və limanCascais yay aylarında Avropanın varlı ailələrinə ev sahibliyi edir. Onu da deyim ki, Avropanın ən böyük qumarxanası “Casino Estoril” də buradadır. Zənginliyin gətirdiyi daha bir məkan isə Marina de Cascais limanıdır. Bu liman 650 qayığa ev sahibliyi edir. Cascais yay aylarının həftə sonları avtomobili olan lissabonluları da qonaq edir.Gözəl və ürəkaçan sahillər buranı ideal çimərliyə çevirir. “Balıqçı Çimərliyi” (Praia dos Pescadores) yayda adam qaynayır. Həftə sonları ümumiyyətlə, yer tapmaq çətin olur. Vaxtımız az, getməli yerlər çox olduğu üçün biz çimərlikdə vaxt keçirə bilmədik. Həm də getdiyimiz gün səhər tezdən yağış yağmışdı. Hava azcana soyuq idi.“Cəhənnəm Ağzı” - The Boca do InfernoElə Cascaisin özündə də görməli yerlər çoxdur. Qəsəbə uzun-uzun, tənbəl-tənbəl gəzilməli yerdir: bura gəldinsə, gərək hər nöqtəsinin dadını çıxardasan. Məsələn, “Cəhənnəm Ağzı” deyilən yerin adına yox, mənzərəsinə baxın siz. Qəsəbənin ən gözəl yerlərindəndir. Atlantik Okeanına açılan dəhlizindən görünən mənzərəni yemə, içmə saatlarca seyr elə. Qayalara çırpılan dalğalar ağ köpüklər yaradır. Elə bil okeana vanna köpüyü tökmüsən. Yuxarıdan baxanda adama elə gəlir ki, okean qaynayır. Sağa-sola, aşağı-yuxarı hərəkətlər edir. Gözünü ayırmadan baxanda adam vahimələnir. Üzə bilsəm də, ayağım sürüşsə, yıxılsam boğulub, ölərəm deyə, düşünürdüm.Bura həm də balıqçıların məkanıdır. Şəkil çəkdiyimizi görüb, bizə gün batımını buradan seyr etməmizi təklif etdilər. Təəssüf ki gözləməyə vaxtımız yox idi.“Ev deyil, şato, şato, canım”Qəsəbədə çox gözəl bir ev də var. O məşhur türk serialında deyildiyi kimi, əslində ev deyil, şatodur ????Adı Casa de Santa Mariadır. 1902-ci ildə tikilib. Yerli sakinlərdən öyrəndik ki, bura keçmişdə varlı bir irlandiyalı tacirə məxsus olub. Həmin dövrlərdə Cascaisin ən göstərişli və lüks tikilisi sayılırmış.Santa Marta Mayak Muzeyi - Farol Museu de Santa MartaEvin, pardon, şatonun düz qarşısında Santa Marta adlı mayak (gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə, dəniz fənəri) ucalır. Francisco Pereira da Silva adlı şəxs tərəfindən inşa etdirilib. 2007-ci ildən bu yana Santa Marta Mayak Muzeyi kimi işləyir. Vaxtınız olsa, içinə girib, gəzə, hətta mayaka qalxa, oradan Cascais mənzərəsini seyr edə bilərsiniz.Portuqaliya okeansahili ölkə olduğundan burada mayak, dənizçilik muzeyləri, limanlar, gəmilər, balıq, balıq yeməkləri məşhurdur. Hər addım başı dənizçilik mədəniyyəti ilə qarşılaşırsan. Havada asılı qalan dəniz, yosun qoxusu da bunu unutmağa imkan vermir.Bu arada, unutmadan deyim ki, Santa Marta Mayak Muzeyinə giriş təxminən 5 avro civarında idi.Cascais Qalası - Cidadela de CascaisBundan başqa qəsəbədə Cascais Qalası da var. Düz mərkəzdə, limanın arxasındadır. Binanın üzündən tarix, qədimlik yağır. Yerləşdiyi ərazidə başqa hökumət binaları da var. Daş döşənmiş meydanın mərkəzindəki tarixi bələdiyyə binası kimi.Avropanın ən uc nöqtəsindəCascaisə səhər saat 8-də gəlmişdik. Günortadan sonra, təxminən 3-4 arası buradan Cabo Da Roca burnuna tərəf yola düşdük. Təxminən 30 dəqiqəlik yol idi.Bura “ən xoşbəxt olduğum yer” də deyirəm. Xoşbəxtlik deyəndə nədənsə ağlıma bura gəlir. Kimi Avropanın, kimi dünyanın sonu adlandırır. Söhbət Avropanın Qərb tərəfdən ən uc nöqtəsi, sonu olan Cabo da Roca-dan gedir. Qısacası, Roca burnu.Xoşbəxtliyi xatırladan və “sonsuzluğa” açılan pəncərə...Ərazidə dəniz fənəri və balaca bir kafe var. Bir də suvenir satılan mağaza... Başqa da heç nə. Amma möhtəşəm abu-havası adamı sərxoş edir. Uçurum boyu ağac parçalarından çəkilən çəpər uzaqdan baxanda dəhlizə bənzəyir. Uçurum Atlantik Okeanına açılır. Uzaqdan gələn, dalğaların qayalara çırpılarkən çıxardığı səs səni ovsunlayır və tamamilə öz abu-havasına salır. Qonaqlar şəkil çəkdirir, mənzərənin dadını çıxarırlar. Havasından isə heç danışmayım, tərtəmiz, ləzzətli, çək ciyərlərinə...Bir xeyli gəzib, şəkil çəkdirəndən sonra buradakı kafedə okean mənzərəsində qəşəng bir Porto şərabı içdik. Porto Portuqaliyanın şəhərlərindən biridir. Həm gözəlliyi, həm də şərabları ilə məşhurdur. Şərabları xüsusi şirin olur. Nəticədə, nə qədər içdiyinin fərqində olmursan, bir də ayılırsan ki, hazırsan ????Nə isə, Roca burnuna mütləq getmək lazımdır. Mən hətta ora ikinci səyahət planlayıram. Oradan aldığım foto isə yazı masamın üzərində, ən görməli yerdədir. Nə vaxt keyfim olmur, baxıram, baxanda xoşbəxtliyi xatırlayıram ????Bura sonsuzluğa açılan pəncərə kimi qalıb yadımda. Hər ağlıma gələndə, “hələ ümid var, tükənməyib” – deyib, təskinlik tapıram.Bu yerlərə necə gedə bilərik?Biz yaxın qəsəbələri gəzmək üçün 2 günlük maşın kirayələmişdik. Günü 60 avroya (Fiat Punto). Mühərriki kiçik olduğundan günlük benzin sərfiyyatı da aşağı idi. 2 günə benzinə 30 avro xərclədik. Pullu yollardan istifadəyə görə 2-3 avromuz çıxdı.Cascaisə qatarla da getmək mümkündür. Eləcə də Roca burnuna avtobusla getmək olar. Mən isə deyərdim ki, istədiyiniz yerdə saxlayıb, şəkil çəkdirə-çəkdirə getmək, rahat gəzmək üçün avtomobil kirayələyin.Bakıdan Lissabona isə “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər öncədən almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Mən başqa cür etdim. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya getdim. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndüm. Gediş-gəlişə təxminən 300 manat xərclədim.Nə yeyək-içək?Yeməyə gəlincə, Portuqaliya Avropanın balıq məkanıdır. Balıq və qırmızı ət məbəxlərinin olmazsa olmazıdır. Yanında müxtəlif növ paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov növü), souslu tərəvəzlər və s. ilə servis edilir. Mən Portuqaliyada olduğum müddətdə yalnız dəniz məhsulları yedim. Sizə də məsləhət görürəm. Bir sözlə, dənizdən çıxan hər şeyi bişirir, çox gözəl də servis edirlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Guler Mehdizade

2331 dəfə oxunub

Siciliya, İtalyaya səyahət

Siciliya, İtalyaya səyahət edin.Dağ, dəniz, çay, təpə, meşə, tarix, yemək, gözəl təbiət və s. Hər birini birlikdə tapmaq olur.Yaxşı olar ki, avtomobil kirayə edib bütün adanı gəzəsiniz. Hər şəhər və bölgəsindən başqa ilham almaq olur.İspaniyadan fərqli olaraq avtomobil kirayəsi bahadır. Xüsusən tam sığorta ucuz deyil. O da başa düşüləndir. Küçələr dardır və xeyli yolun vəziyyəti yaxşı deyil. İtalyanlar lap azərbaycanlılar kimi sürür. Qaydalara əməl etməyən çoxdur.Mən xeyli yeri gəzmişəm. Ətraflı yazsam post çox uzun olacaq. Qısa-qısa bir-iki qeydlər edim.Palermo (paytaxt şəhər): Bura Siciliyanın ən böyük şəhəridir. Mərkəz burada canlı olur. Həftə sonları meydanlarda partylər də olur. İtalyanın ən böyük opera binası buradadır. Bazarları da maraqlıdır. Burada mərkəzdəki restoranlarda dadlı yemək çətin tapılır. Amma çox vaxt lokal restoranlarda yeməklər ucuz və xeyli dadlı olur. Məsələn, Trattoria da Piano restoranı (lokal və ucuz).Cefalù: Bura çox balaca, amma çox romantik şəhərdir. Çox gözəldir. Dəniz sahili də əladır. Çimərliyi də var. La Rocca qayalığından möhtəşəm mənzərə görünür.Taormina: Çox turistikdir. Amma qəşəng instagram şəkilləri çəkmək istəyənlər bura gəlir. Girişdə qəşəng bir restoran var. Küçələri gəzməlidir. Adam da çox olur. Uzaqdan Etna dağı da görsənir.Agrigento: Dünyanın ən böyük arxeoloji tapıntılarından birinin yanında yerləşir. “Temples of the Valley”(>2km) şəhərin yaxınlığındadır. Ən salamat qalmış yunan mədəniyyəti qalıqları burdadır. Məsələn, Concordia abidəsi ən yaxşı saxlanılmış yunan abidələrindəndir ([https://en.wikipedia.org/wiki/Valle_dei_Templi](https://en.wikipedia.org/wiki/Valle_dei_Templi)).Ragusa: Təpəlikdə şəhərdir. Barok mədəniyyəti abidələri çoxdur. Adam az olur.Etna yanardağı: Təəssüf ki, biz gedəndə duman idi. Buna görə çox şey yaza bilməyəcəm. Avropanın ən aktiv və ən böyük yanardağıdır.Bura məxsus yeməklər: Arancini, cannoli, granita, pasta alla norma və dəniz məhsulları.P.S. Ara şəhərlərdə 1.50 avroya cappucino içdikPaylaşan: Ali Ismayilov

245 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!