2541 dəfə oxunub

Tayland bələdçisi

Mənim üçün 2020-ci il yadda qalan illərdən biri olacaq. Yanvar ayında Baliyə 10 günlük səfərim virus səbəbilə bir ay çəkdi. Bir ay Balidə qaldıqdan sonra Taylanda gəldim və artıq 7 aydır ki, burdayam.

BALİ

Bali mənim ən çox sevdiyim yerlərdən biridir. Bu mənim Baliyə üçüncü səfərim idi və əvvəlki illərdə olduğu kimi bu səfərdən də böyük zövq aldım. Balidə ən çox zövq aldığım şey Kecak rəqsini izləməkdir. Kecak ənənəvi Bali rəqsidir və bu rəqsdə heç bir musiqidən, instrumentdən istifadə olunmur. Bali haqqında geniş , ətraflı postlar olub deyə, bu postu əsasən Tayland haqqında edəcəm. İlk dəfə gedənlər Balidə 10 gün qalmaq üçün səyahətinizi üç yerə bölün. 3 gün Ubud, 2 gün Nusa Penida adası və 5 gün Seminyakda qalmaq daha əlverişli olardı.

TAYLAND

Posta başlamamışdan öncə deyim ki, Taylandda əksər insan Azərbaycanı Azerrail voleybol klubuna görə tanıdı:) Pandemiya dövründə ən çox Taylandda olan turistlərin bəxti gətirdi. Belə ki , Tayland tez bir zamanda özünə gəldi və artıq üç aydır ki, daxili yoluxma yoxdur. Taylandda sərt karantin rejimi iki aya yaxın çəkdi və bu müddət ərzində çölə çıxmaq qadağasi yalnız gecə saatlarında oldu. Karantin bitən kimi isə məbədlərə, qoruqlara , atraksionlara giriş bir müddət pulsuz oldu. Ancaq Taylandda turizm hal-hazırda ,,ölüb ". Mart ayından Tayland turistlər üçün girişi bağlayıb. Normalda gecəsi 20 dollar olan otel otağı indi səhər yeməyi daxil 6- 10 dollar civarındadır. Hər şeyin qiyməti 2-3 dəfə düşüb. Tayland hökuməti turizmi canlandırmaq üçün ölkədə olan xaricilər üçün Sentyabrın axırına kimi viza amnestiyası elədi və belədə turistlərin çoxu Taylandda qalmağı üstün tutdular. Belə fürsətdən istifadə edib bütün Taylandi gəzmək qərarına gəldim. Taylandda ən çox sevdiyim yer Chiang Mai , ən az bəyəndiyim isə Pattaya oldu.

Chiang Mai

Ən dadlı və ucuz Tay yeməkləri , ən gözəl masaj , ən mehriban insanlar, ən ucuz otellər ,Taylandın ən uca zirvəsi, ən çox Buddist məbədləri , məşhur Karen qəbilələri, fil düşərgələri , hamısını Chiang Maida görə bilərsiz. Karen qəbilələri daha çox boyun halqasi geyindikləri üçün tanınırlar. Etnik Tibetli olan bu qəbilələr daha çox Myanmar və Tayland sərhəd bölgələrində yaşayırlar. Boyun halqasini ilk dəfə 5 yaşı olanda taxırlar və illər keçdikcə kiçik halqani daha böyüyu ilə əvəz edirlər. Halqa taxma səbəbləri haqqında bir çox versiya olsa da, əsas səbəb gözəl görsənmək göstərilir.

Pattaya

Taylanda ilk dəfə gedənlər üçün Pattayaya getməmək məsləhətdir. Digər şəhərlərlə müqayisədə çimərlikləri çox çirklidir və şəhər cəlbedici deyil.Taylandda ən gözəl və təmiz çimərliklər Krabi, Samui və Phangan adalarındadir.

Krabi

Krabi daha çox adalari ilə məşhurdur. Krabidə bir günlük 4 ada turunu götürüb çox gözəl bir gün keçirə bilərsiz. Phangan Nga adasındaki çimərlikdə üzmək zövq vericidir. 90-ci illərin məşhur Mortal Combat filminin bəzi döyüş səhnələri Phangan Nga çimərliyində çəkilib.

Phi Phi adalari

Phi Phi adalari və onun gecə həyatı çox gözəldir. Ada 2000-ci ildə çəkilmiş "Cimərlik" filmindən sonra məşhurlaşıb. Phi Phi adalarına getmək istəsəz bir günlük tur yox adanın özündə minimum iki gecə qalmaq daha yaxşı variantdir.

Phuket

Phuket gözəl və maraqlıdır , ancaq bir az bahalı yerdir. Çimərlikləri, Böyük Budda məbədi və Bangla küçəsi Phuketin əsas gediləsi yerləridir. Karen Noi və Freedom Phuketdə ən təmiz çimərliklərdir.

Samui adası

Taylandda ən təmiz və şəffaf çimərlikləri Samuidə gördüm. Bəzi çimərliklərdə çəhrayı delfinləri görmək olar. Çimərliklərdən əlavə şəlalələri , məbədləri də çox gözəldir.

Phangan adası .

Hal-hazırda olduğum Phangan adası daha çox Full Moon party ilə tanınır. Hər ay bir dəfə olan partidə 5000- 30000 arasi insan iştirak edir. Adanın çimərlikləri və viewpointləri çox gözəldir. Buraya təzəlikcə gəlmişəm ve ada çox gözəl təəssürat bağışlayır.

Bangkok

Bangkok Taylandda ən gəziləsi yerlərdən biridir. Buddist məbədləri , üzən bazarlar, Chinatown , Khao San küçəsi Bangkokun əsas gəziləsi yerləridir. Taylandda ən ucuz paltar və yaxud suvenir almaq istəyən Bangkokdaki Chatuchak həftə sonu bazarına gedə bilər. Bu tip bazar dünyada ən böyüyü sayılır.

Ayuthayya

Ayuthayya Bangkok dan bir saat aralı məsafədə yerləşir. Bangkokdan bir günlük tur götürmək bəs edir. Ayuthayyani Kambocadaki Angkor Wata bənzədirlər. Əslində Angkor Wat kimi möhtəşəm olmasa da, Ayuthayyaya bir günlük getməyə dəyər.


Taylandda 10 gün qalmaq üçün səyahətinizi 4 yere bölün. 4 gün Chiang Mai, 4 gün Krabi , 2 gun Phi Phi adalari fikrimcə ən əlverişli variantdir. Mənim fikrimcə Taylandda top 5 gəziləsi yerlər aşağıdakı kimidir :

1-Chiang Mai

2-Krabi/Phi Phi adaları

3-Bangkok

4-Phuket

5-Samui adası

Ümumən deyim ki, Bali və Tayland hər ikisi çox gözəldir. Hansının daha yaxşı olduğunu deyə bilmərəm ( Messi və Ronaldo söhbəti kimi ???? ) Lakin ikisinin arasında seçim edənlər üçün müqayisə etmək istərdim :

1# Qida və içkilər Taylandda nisbətən ucuz və dadlıdır.

2# Otellər Taylandda bir az ucuzdur.

3# Gecə həyatı Balidə bir az üstündür.

4# Mənzərələr və çimərliklər Balidə daha gözəldir , lakin üzmək üçün Tayland daha yaxşıdır. Balinin çimərlikləri dalğalidir ve daha çox surfing üçün yaxşıdır.

Yəqin, 51/49 faiz nisbətilə Balini seçərdim ???? Bir şeyi də qeyd edim ki , Bali və Tayland 2021-ci ilə kimi turistlərə bağlı olacaq. Sonda isə müxtəlif vaxtlarda Balidə ve Taylandda çəkdiyim şəkilləri və videoları paylaşıram. Sualları olan buyurub yaza bilər. Hamınıza xoş istirahətlər ????


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Vusal Mustafayev


DİGƏR BLOQLAR

Bali- Tanrıların adası-Part 2

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birinci yazıdan sonra gələn çoxsaylı suallardan sonra ikinci yazının yazılması qaçınılmaz oldu. Qatar Airvvays ilə Baliyə 13-14 saata getmək mümkündür, lakin Baliyə ucuz bilet axtaranlar AirAsia vasitəsilə istənilən ayda 650 dollardan başlayan qiymətlərlə Baliyə gediş-dönüş bileti tapa bilərlər.Bu zaman aeroportlardakı gözləmə saatını nəzərə alaraq təxminən 1 sutkaya adaya çata bilərsiniz ama sizin üçün sərfəli olar. Həmçinin THY ilə İstanbul-Jakarta və Airasia ilə Jakarta-Bali reysindən istifadə edə bilərsiniz. (kiwi.com-dan bilet qiymətləri ilə maraqlanıb sizə ucuz olanı seçin)Bali haqqında ümumi məlumatı keçən dəfə yazmışdım. Bu dəfə isə ada haqqında ətraflı məlumat, gedə biləcəyiniz yerlər, adanın hansı səbəbdən dünyanın ən gözəl yerlərindən biri sayılması barədə danışmaq istərdim. Deməli adaya getməmişdən əvvəl Elizabeth Gilbertin “Eat, Love, Pray” kitabını oxumağınızı və J.Robertsin baş rolda olduğu həmin adlı filmi izləməyinizi məsləhət görərdim. Həm kitab, həm də ki, film sizin Baliyə olan baxışınızı daha da müsbət mənada dəyişəcəkdir. Bu adada bir sehir var və oraya getdikdən sonra bunu hiss edəcəksiniz. Baliyə gedərkən 1 həftəlik getməyin mənası yoxdur. Çalışın 10 gündən çox edin müddəti, adada qiymətlər onsuz çox ucuzdur. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.Bu bölgələrin hər birinin yüzlərlə gözəl və gəzməli yerləri vardır. Lakin bunlardan birində qalıb digərlərinə taksi ilə gedib-gəlsəz bu nisbətən baha olar. Ən yaxşısı 4 gün Nusa Dua, 5 gün Kuta və Seminyak, 4 gün Ubud, 1 gün isə daha sonra ətraflı məlumat verəcəyim Gili adalarında qalın. Beləcə yolxərcləriniz xeyli azalacaqdır. Məsləhət görə biləcəyim oteller: Nusa Dua bölgəsində Santika Siligitai oteli(Okeana 5 dəqiqəlik məsafədədir, gecəsi 2 nəfər üçün 50 manat civarındadır. Ubud bölgəsində isə gecəsi 25 dollar olar linkini atacağım bu villanı tutmağı məsləhət görərdim. (https://www.youtube.com/watch…) Əvvəlcə deyim ki, Bali dünyanın ən gözəl sörf edilə biləcək yerlərindən biri, bəlkə də birincisidir. Bütün Avstraliya və dünyanın bir çox ölkələrindən insanlar sırf sörf üçün bu adaya gəlirlər. Sörf eşidib gözünüz qorxmasın, çünki 10-20 manat ödəyib təxminən 2-3 saatlıq hazırlıq keçməklə rahatca sörf etməyi öyrənmək mümkündür. (Kuta plyajında yeni başlayanlar rahat öyrənə bilərlər). Sörfdən alınacaq həzzi isə sözlərlə ifadə etmək istəməzdim, yaşamaq lazımdır. Ada 4 bir tərəfdən hind okeanı ilə əhatə edilibdir və bütün hissələr sörf üçün yararlıdır. Balidə getməyinizi məsləhət bildiyim yerlər: Sahillər- 1)Padang-padang beach- Mavi suyu, qızılı qumları ilə üzmək və istirahət üçün ideal sahildir. “Eat, Love, Pray” filminde Julia Roberts’ın oğlanla tanış olduğu sahildir.2) Dreamland beach- Sahilə Nusa Dua bölgəsindən taksi ilə 10 dəqiqəyə getmək mümkündür. Narın qumları və çox az adamın olduğu bu sahili mütləq görmək lazımdır. 3) Jimbaran Beach- Günəş çıxması və batımını izləmək üçün ideal məkandır. Minlərlə turist səhər gün çıxmamış sahildə öz yerini tutur. 4) Green Bowl Beach- Buranı az adam tanıdığından sahil çox sakitlikdir. Bu sahilin ən fərqli cəhəti sahilin kənarında mağaraların olmasıdır. Bu da sahilə ayrına bir gözəllik verir. (Balidə olan digər məhşur sahillər- Balian Beach, Bias Tugal, Karma Beach, Kuta Beach, Nyang Nyang, Sanur Beach, Geger Beach- Maraqlısı odur ki, heç bir sahil digərinə bənzəmir və hər birinin özünəməxsusluğu var. Netdə maraqlanıb sizə maraqlı olanlara gedə bilərsiniz).Mərkəzi Kuta və Seminyak şəhərlərində yerləşən eyni adlı kilometrlərlə məsafədə olan qumsallarda hər tərəfdə səslənən canlı musiqilərə qulaq asaraq günboyu Balinin məhşur pivəsi Bintang və muxtəlif meyvə shakelərdən (banana və cocos shake mütləq için) içib, okeanın və günəşin dadını almaqdan gözəl nə ola bilər. Bu arada içkilərin qiyməti çox ucuzdur.Məbədlər- Tanah Lot Temple- Sahildən 800 metr məsafədə, okeanın içində olan qayalıq üzərində yerləşən bu məbədə girmək üçün bəzi vaxtlar okean suyu səviyyəsinin aşağı enməsini gözləmək lazım olur. Möhtəşəm görünüşü vardır. Yaxşı fotolar çəkmək istəyirsinizsə buraya gün batımından 1 saat əvvəl getməyiniz məsləhətdir. Kuta şəhərindən 20 km məsafədə yerləşir.Tirta Ganga Temple- Möhtəşəm heykəlləri, hovuzları, yaşıllığı olan bir yerdir. Burada yerdən çıxan suyun yerli xalq tərəfindən Hindistanda olan Gaj çayından gəldiyinə inanılır və suyu müqəddəs sayılır.(http://www.bali-indonesia.com/attractions/temples.htm) -Bu adres vasitəsilə Balidə yerləşən 30 möhtəşəm məbədin fotolarına baxa, giriş saatlarını və günlərini öyrənə bilərsiniz.Secret Canyon Bali- Təsəvvür edin ipdən körpülər, kanyonlar və kanyonların arasında olan tərtəmiz su ilə gedərək kanyonlar arasında olan şəlaləyə çatırsınız. Şəlalənin arxasına keçdikdə isə sonu görünməyən mağara var. Buranı az adam tanıdığından və kanyonda az adam olduğundan mağaranın dərinliklərinə çox adam getməyə cəhd etmir.)))Tegallang Rice Terrace Bali- Baliyə olan hər turistin gəldiyi yerlərdən biridir. Möhtəşəm düyü terrasları ilə gəzib terrasın üzərində açıq havada yerləşən mini restoranda kokonut içib bu möhtəşəm mənzərəni izləyə bilərsiniz. Giriş haqqı 2-3 manatdır.Bali Safari and Marine Park- Fillərin üzərində gəzib, zebra, meymun, gərgədan və marallara yemək yedirtmək, aslanlarla fotolar çəkmək, dünyada çox az sayıda qalan ağ aslan görmək, eyni zamanda möhtəşəm adrenalinli aquapark istifadə etmək istəyirsinizsə buraya gələ bilərsiniz. Digər yerlərlə müqaisədə buranın paket qiymətləri nisbətən bahadır. (Muxtəlif paketlər var, təxminən 50 manatdan qiymətlər başlayır)Bundan başqa fəaliyyətdə olan vulkan olan Batur dağı, dağın aşağı hissəsində yerləşən Batur gölü və Rinjani dağına vaxtınız olarsa qalxmağınız məsləhətdir. Batur dağı və düyü terrasları arasında yerləşən kofe plantassiyalarına da mütləq gedin. Orada sizə 12 ayrı kofe və çay növlərini pulsuz içmək üçün təqdim edirlər. Xoşunuz gəldiyi olarsa mağazaya girib ala bilərsiniz, ölkəyə gətirmək üçün. Dadları möhtəşəmdir)).Balidə 20-dən çox möhtəşəm şəlalələr yerləşir. Tegenungan Waterfall, Gingin waterfall, aling-aling waterfall, Blahmantung waterfall, Singsing waterfall, Munduk Waterfall öz möhtəşəmliyi ilə seçilir.Baliyə gedənlər üçün Maldivlərdən heç də fərqlənməyən, hətta daha əyləncəli yer olan Gili adalarına getməyi yadddan çıxarmasınlar. Bu haqda da gələcəkdə ətraflı yazaram. Bali haqqında bu yazdıqlarım fikrimdəkilərin heç 10 faizi də deyil. Ama vaxtım az olduğu üçün bu qədərini çatdıra bildim. Gələcəkdə Gili adalarına getmə qaydaları və həmin adalar barəsində ətrafllı məlumat verərəm. Ümid edirəm kiçik də sizi məlumatlandıra bildim. Bu arada birinci hissəni oxumayanlar bu linkdən istifadə edərək həmin yazımı da oxuya bilərlər. (https://web.facebook.com/groups/gezeyenler/permalink/383096612085561/)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе 

4527 dəfə oxunub

Dağların qoynunda əsl kənd turizmi - Yangshuo

Çinin bu bölgəsini səyahət etməmiş adam özünə səyahətçi deyə bilməz. Bizim millət üçün o qədər də tanınmayan turizm məkanı olsa da, digər millətlərin Çində ən çox üz tutduğu bölgədi. Çin pul vahidinin (20 yuan) üzərində belə bu dağların şəkli ks olunub.Nə qədər möhtəşəm olmasını yazmağa söz tapa bilmirəm, şəkil və videolardan aydın olacaq. Amma bura səyahət etmək istəyənlər üçün bəzi məlumatlarım olacaq."Yangshuo" bölgəsi "Guilin" şəhərinə (Guangxi province) 1 saat yarımlıq məsafədə böyük bir ərazini əhatə edir. Guilindən hər saatdan bir aeroportdan avtobuslar çıxır, bir gedişi 50 yuan~12 azn. Otellər çox ucuzdu, hətta gecəsi 60 yuan~14 azn olan otellər də varki, şəraiti çox yaxşı səviyyədə (məsələn şəkildəki romantik otaq ????). Bölgə dağlıq ərazi olsa da infrastruktur yüksək səviyyədə inkişaf edib, yaxşı olardı ki, e-bike icarə edəsiniz (1 günü 30 yuan~7 azn) ve bununla hər yeri görmək daha əlverişlidi. Şəhər mərkəzində local restoranlarda verilən yeməklər çox dadlı və ucuzdu, hər gecə night market fəaliyyət göstərir və burda çoxlu küçə mətbəxini və xüsusi içkilərini barlarda dada bilərsiniz. Çinin bir çox provinsiyalarında olmuşam, ən çox ağız dadımıza uyğun mətbəx məhz burdadı. Dağlara tərəf getdikdə yol qırağında ailəvi kafelərdə əsl kənd mətbəxini dada bilərsiniz, hər şey təzə və gözünüzün qabağında hazırlanır. 1 gecəlik yemək 4 nəfər üçün təxmini 250 yuan~64 azn edəcək. E-bike ilə səyahət edərkən yol boyu müxtəlif attraksionlara rast gələcəksiniz, məsələn Kəpənək mağarası, rock climbing, bamboo qayıqlarla səyahət və s. Bir sözlə bu bölgə bir "rural tourism" nümunəsidir. Gəlib görməyə dəyər. Xoş istirahətlər!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turaj Dadayev  

1617 dəfə oxunub

Vietnam Bələdçisi

Salam dostlar, Size Vietnam yolculugumdan danisim biraz, Ilk once biletler , biz Baki-Abu Dhabi - Delhi - Hanoi almisdiq etihad airlines ile ancaq bizi Abu dhabiden Hindistana buraxmadilar ki tranzit vizamiz yoxdu , biz dusunduk ki eyni airportdan gedirikse problem olmaz, her neyse netice olaraq yeni bilet aldiq Cinden ucduq (transit visa lazim deyil) buda risk idi cunki gov seyfelerde melumat yox idi, amma siz rahat alin bilet. Hanoi coxxx beyendim, ve umumi olaraq vietnam safe yerdi, men podruqam ile getdim bir qram narahat olmadiq. yemekler - biz random gedib hardasa oturub yeyirdik, Pho onlarda her yerde yaxsidir, sadece biraz pintilik hiss olunur olkede umumi hazir olun En beyendiyim yemek Bun cha oldu sekili de paylaştım, mohtesem idi.transport olaraq sleeping busla gedirdik olke icinde , oldugunuz her seherin tur agencyne yaxinlasib ala bilersiz , online risk elemirdik cunki yalanci doludu olke, exotic meyveler alanda bele local adamdan xahis edin komek elesin, qiymet ferqi unreal di. Nese alanda voopwe mutleq bazarliq edin. Ha Long bay adalarina mutleqqq gedin, biz yene random tur aldiq sehv etmiremse 40$ idi , ve cox gozel gun kecirtmish olduq. Ba na Hills en meshur Golden Bridge olan yer, Da nangda yerlesir , nezere alin ki boyuk eylence merkezidi , tek eller deyil yani gunun yarsi rahat gedecek ora, giriş 35$ idi. Amma deyer. Hoi an cox sirin bir yer idi, bu arada her seherin oz pivesi var, biz hanoi icirdikBamboo suyu zektun dadir meslehet gormurem,yumurtadan olan kofeni men beyenmedim podruqam beyendi. Ho chi min city hec beyenmedik, bilseydik cixis seheri de Hanoi gorsederdik visada, ho chi mine baxin diqqetle ki waste of time olmayasiz.Hanoide o qatar kecen yer gesengdir amma stresslidi, yer tapmaq cetindi, seher tezden meslehet gormurem cunki hami o vaxti gedir , biz 11den sonra getdik yer taptiq. Ta van Village gede bilmedik cunki tsunami olmusdu dagilmisdi oralar, ancaq cox isteyirdik. Podruqamla olan sekildeki yer Dang Thi Hoa , cooox dexilisiz yerdi, o yere gore butun bizim travel bloggerleri sildim ozumde Cunki yer men dusundum ki maraqli yerdi, cunki instagramda bizimkilerde ele gordum, ancaq bildiyiniz qaraj, icini doldurublar ki insanlar sekil ceksin. heyif bizim vaxtimiza , gunun yarsi yola getdi. Neyse instagramda geseng sekil isteyirsizse gedin. Ancaq orani isleden dayidan biraz melumat almaq istedik dedi tarixi falan yoxdu sekil ucun yerdiUmumi olaraq yemekleri gozeldi, insanlari sirin amma yalanci , orda uzun muddet qalan xaricilerle calisin tanis olun geseng meslehet verirler. Hotelleri ucuzdu, biz onceden book etmirdik hec bir yerde , gedib yerinde merkezde baxirdiq, ancaq siz ele etmek mecbur deyilsiz.Cox geseng experience idi ve minimum 2 hefte ayirin Vietnama:) cox detallara girmedim ancaq suallariniz olsa commentde cavablayaram.sevgiler

365 dəfə oxunub

Cənubi Amerika səfəri - Argentina, Peru, Boliviya, Çili

ÜRƏYİ ZƏİF OLANLAR OXUMASIN. ????Bu dəfə həyatımın planlaşdırılmamış ən maraqlı səyahətini yaşadım. 6 ildən sonra rəngarəng Cənubi Amerikaya qayıdıb, materikin 5 möhtəşəm nöqtəsinə dəydim. 35 günlük dəli səfəri Buenos Airesdə başlayıb, elə orada da bitirdik. BA-də Recoleta qəbiristanlığı, La Boca ərazisi və yatmayan gecə həyatının olduğu Palermoda olduq. Daha sonra Mendoza şəhərinə və dağlara üz tutduq. Argentinaya gəlməkdə əsas məqsədimiz qitənin ən hündür nöqtəsi olan Akonkaquanın (6961m) zirvəsində dayanmaq idi. Normalda 12-14 gün çəkən proqramı 9 günə tamamlayıb, qardaşımla Azərbaycan Milli Geyimlərində zirvədə dayandıq. Hələ qayıdanda bonus kimi Rusiyalı əfsanəvi alpinist Viktor Boboku da gördük.Sivilizasiyaya qayıtdıq. Mendozanın tanınmış Merlot Çaxırının və yerli brend steyk və qrillərinin dadına baxdıq. Pasportumuza Akonkaqua ştampı vurdurduq.Oradan Çiliyə yollandım. Santyaqo, Vine del Mar, Vakparaisio şəhərlərini gəzib, Lonely Planetin məsləhət gördüyü 3 kafe/restorana baş çəkdik. Yerli Ceviche-nin və Meksikadan bəri dadı ağzımda qalan Miçeladanın dadına təkrar baxdım.Növbəti stansiya Peru idi. Limanı gəzib, İnkaların tarixi mərkəzi olan Cuscoya yollandıq. Bu şəhərdə yəqinki rahat, sıxılmadan 2 həftə qala bilərəm. Sakit, tarixi, rəngarəng, ruhlu 1 şəhərdir. 3 gün burada qaldıq. Günlərin birini şəhərə, birini ATVlərlə ətrafdakı maraqlı abidələrə səfərə, birini isə Dünyanın 7 Möcüzəsindən biri - Maçu Pikçuya ayırdıq. O dövrün insanlarının primitiv texnikalarla belə hündürlükdə yaratdıqları yaşayış məskəninə valeh olmamaq mümkün deyil. Maçu Pikçu dağlar arasında, dağlar başında 1 şəkildir, otur saatlarla bax.Növbəti dayanacağımız dünyanın ən hündür (3810m) gölü olan Titikakanın Peru sahilindəki Puno şəhəri oldu. Buradan qayıq götürüb, gölün ortalarında yer alan, üzən Uros adalarına yollandıq. Bu insanlar əsrlərlə bu adalarda yaşayıb, yaşayır. Bu adaların saxlanılması ciddi əziyyət tələb edir. Belə ki, bu üzən adaların bazisini saxlamaq üçün sakinlər hər 15 gündən 1 altdakı (dərinə gedib, suya batırlar) qamış qatlarını təzələyirlər. Düşünün bu insanlar bu işi əsrlərlə 15 gündən 1 təkrarlayıblar. Amma yerlilərlə söhbətdən bu nəticəyə gəlinir ki, artıq gənclər burada yaşamaq istəmir və sahillərə, torpağa üz tuturlar. Odur ki, 15-20 il sonra bu adalar ümumiyyətlə tarixə qovuşa bilər. Buralara səyahət planlayırsınızsa, tələsin!  Peruda ən çox sevdiyim tərəflərdən biri də tropik meyvələr idi. Hərgün Marakuya yeməkdən bomba nə ola bilər?! ????Punodan Boliviya sərhəddində tez bazar viza alıb, (100 dollar, heşzat) keçdik Titikakanın digər sahilindəki Kopakabana şəhərinə. Bura da kiçik, maraqlı və ucuz bir şəhərdir. Ümumiyyətlə Boliviya ucuzdur. Bu günlərdə mənim üçün yadda qalan hadisə Titikaka gölündə buz kimi suda qardaşımla çimməyimiz oldu. Dedik, bir də nə vaxt Titikaka görəcik. ????Oradan ölkənin paytaxtı və dünyanın ən hündür paytaxtı olan La Paza (3600m) gəldik. Şəhərin çox maraqlı quruluşu var. Mərkəz çökəkdə yerləşir. Hər tərəfi isə üstləri favellalarla örtülü dağlar əhatə edir. Bu şəhərdə həm də dünyanın ən hündür Cable yolu yerləşir. Minəndə istər-istəməz hündürlükdə insanı vahimə basır. ????La Pazdan cənuba - Uyuniyə gəldik. Cənubi Amerikanın ən "must see" yerlərindən biri - Uyuni Gölü burada yerləşir. Günün birini bu göldə keçirib, gün batımında şaqqaşaq dəli şəkillər çəkdirdik. Unudulmaz bir gün oldu. Uyunidən cənub sərhəddə gəlib, Villazondan Argentinaya keçdik. Oradan Argentinanın digər maraqlı, tarixi şəhəri olan Saltaya gəldik. Şəhəri yüngülvari gəzib, növbəti həyəcanlı nöqtəyə - İquazu şəlaləsinə tərəf uçduq. Bu gözəllik dünyada görülməli 5-6 şəlalədən biridir. Hava limanında maşın kirayələyib, Milli Parka daxil olduq. Yaxşı bir Speed Boat turu ilə şəlalənin altına girib, yaxşıca çimdik (burada hansısa şampun brendinin reklamı ola bilərdi). İquazu Milli Parkının fərqli Flora və Faunası var. Qarşınıza timsah çıxsa təəccüblənməyin. Sadəcə qoyun belinə! ????Buralara gəlməyi planlasanız, elə minimum 1 gün bu Milli Parkı tam gəzməyə ayırın.Buradan isə Buenos Airesə uçduq. Səfərin son günü Boca Juniorsun tarixi "La Bombonera" stadionuna gedib, bu klubun və ölkənin tarixi futbolçuları olan Batistuta və Veronun adlarını klubun original formalarına yazdırıb, aldıq. ✌Ümumi müddət: 35 günGəzilən ölkə sayı: 4Ümumi xərclər: Heşzat. Nə siz soruşun. Nə mən deyim. İpucu o ola bilər ki, gedəndə evi satmışdım. ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Baba Aghayev

1837 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!