3466 dəfə oxunub

Şri Lanka-ya səyahət barədə “ip ucu”ları.

Kandydəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli dostlar, qeyd eliyim ki, Sri Lanka qətiyyən qorxulu bir yer deyil, heç bir iynə (vaccination) falan da lazım deyil. İki ay İndoneziyada qalmış bir adam kimi deyə bilərəm ki, Sri Lanka daha rahat və daha təmiz bir ölkədir.

Sri Lanka səyahətinizi mükəmməl etmək üçün yaxşı marşrut qurmağı bacarmalısınız. Mən 12 günlük marşurtu dostlarımla birgə qurmaq üçün yəgin ki, 100-ə yaxın blog və videolara baxmışam və şəxsi fikrimi, baxışımı sizlərlə rahatlıqla bölüşə bilərəm.

Uçuşdan əvvəl:

Təyyarə biletlər çox müxtəlifdir. Amma Bakıdan uçuş, qayıdış üçün qiymət və komfort baxımından ən rahatı Airarabia.com -dur. 550 ABŞ dolları etdi bizdə 1 adama. Dirəşsəniz, tarixlərlə biraz da oynasanız, 500 civarında da tapa bilərsiniz. Qeyd edim ki, low coster-di, yəni yalnız əl baqajı daxildir və yemək içmək olmur təəssüf amma mən əlavə ruqzak da götürmüşdüm (içində yeyib içmək və s.) heç bir problem olmadı. Baku – Şarjah – Colombo. Şarjada gözləməni qeyd etməsək ümumi uçuş 7 saat 30 dəqiqə edir.

Viza. 10 dəqiqə vaxt alır. Onlayn bütün lazım olan məlumatları qeyd edirsiniz. 30 günlük səyahət vizası üçün 35 dollar rəsmi rüsumdur, 3 dollarda sayt özü nəsə atış gəldi, oldu 38 dollar.

Marşrut:

Hansı fəsildə getməyinizdən çox şey asılır. Bizim halımızda bu yaya təsadüf etdiyi üçün həmin temperatura uyğun olaraq şəhəri və vaxtlarını planladıq. İyul ayının ortalarına qədər yağışlar davam edir adanın qərb və cənub tərəflərində. O baxımdan biz başladıq mərkəz və şərqdən ki, cənub-dakı o möhtəşəm çimərliklərə gedənə qədər yağışlar azalsın. O boyda pul xərclə və zaqar almamış qayıt?! No babe.

Colombo paytaxtdır. 2 həftə və ya daha azdırsa səyahətinizin müddəti, təklif edirəm ki orada qalmayın təyyarə enən kimi gedin növbəti şəhərinizə. Həmin o yorğunçuluğun qarşısını almaq üçün isə mini van sifariş vermişdik elə Bakıdan, whatsapp vasitəsi ilə. Sri Lanka Airport Services (+94773571443).

Colombodan Sigiriyaya (ilk kəşf edəcəyimiz şəhərə) 10.500 Rupiyə apardılar bizi (1 manat = 100 rupi). Baha səslənə bilər amma səhər tezdən çatacağmızı bilib biraz güvənli yol axtardıq və qiymət baxımından da bundan sərfəli şəxsi transfer tapmaq mümkün olmadı. 5 nəfər idik, adam 21 manat, luks həyat.

Sigiriyada əsas məqsəd Lion Rock-u görmək idi. Amma möhtəşəm şəkil üçün Lion Rocka 50 manat verib qalxmaq yox da, onunla üzbəüz daha möhtəşəm mənzərəsi olan Pidurangala-ya dırmaşmağı məshələt görürük, cəmi 5 manatdı. Rahat deyil həmin yolu qət etmək amma dəyər, mənzərə nəfəskəsicidi.img-8179

 
Növbədə əsas getmək istədiyimiz yer Ella şəhəri idi. Amma gördük ki yol çox uzun olar ora, ona görə fikirləşdik ki, bir gecə Kandy şəhərində qalaq. Həm adı çox çəkilirdi bloqlarda həm də işimizin adı nədi.
Yaxşı ki Kandy-ə getdik, evimiz yıxılardı. Şoppinq falan elədik o heç, səndemə 2 ildi haqqında oxuduğum məşhur “blue train” burdan gedir Ellaya. Biz də elə bilirik ki, o train Elladan harasa gedir və yolüstü o məşhur körpü, 9 arches bridge-dən keçir. Bir gün Kandy-də kapsula formasında olan hosteldə qaldıq 9 manatdan, adı Bunk Planet idi səhv etmirəmsə, KFC-də adam balası kimi yedik, və qatara bilet aldıq Ella-ya. 3 klass var. Ən ucuzu 3-cüdü, hardaki adam adamı minir 1 manat 70 qəpik. Biz 2-ci klassa aldıq, yarı minildik 3 manata. 1-ci klass isə 11 manat idi. Sri Lankada 20 qəpiyin söhbətini edən dostlar kimi təbii ki, 1-ci klass barədə heç düşünmədik.
 

Qatara minəndə camaat bir birini əzir. Amma yerlilərdən çox o sarı-sarı mədəni avropalılar var ha, bir oyun çıxarırlar ki pəncərənin yanında oturmaq üçün, nəsə..

İlk müddət 2 oğlan ayaqüstə qaldıq, amma yerli camaatdan bir neçəsi təklif elədi ki, biz Ella-ya qədər getmirik, növbəti stansiyada əyləşin bizim yerimizə. Sağolsunlar elə də oldu. Amma oturmaq maraqsız olur. 155 km yolu qatar 6 saat 20 dəqiqəyə getsə də, elə istəyirsən ki, dayanmadan yola baxasan. Əmin olun ki, həyatınızda unutmayacağınız mənzərə və tunellərdən keçir qatar.

5bafa25c-e636-4ce4-ab2b-c66694777957

Ella, you are Bella! (c) @runawaylelik ????

Ella-da qaldığımız yeri 2 əlli hamıya məsləhət görürük. Ella Hide View. Ucuz deyil, gecəsi adama 25 manata gəlir, amma elə mənzərəsi və səhər-axşam yeməyi var ki, oteldən çıxmaq istəmirsən.

Ella-da çoxlu çay plantasiyaları, məşhur 9 arches körpüsü var ki, mütləq getmək lazımdı. Piyada gəziləsi istiqamətlərdədir. Amma onu da deyim ki, vaxtınız bol olarsa Nuwara Eliya adlı şəhər də var yaxınlıqda, hansı ki deyilənə görə mükəmməldir və ordan Adam pik-ə çıxmaq olur (biz özümüzə əziyyət vermək istəmədik.) Şri Lankada bir deyim var, “Sri Lankaya gəlib Adam pik-ə çıxmayan dəlidi, amma ikinci dəfə çıxan da dəlidi”. İstənilən halda, bizə söyüş keçmədiyi üçün, 2 gün qalıb yolumuza davam etdik.

9eb77faf-ac8d-4f0d-bd7d-681b2a793ad8

Ella-dan sonra məqsəd fil görmək idi və son olaraq passiv istirahət edəcəyimiz cənnət məkanı idi. Uzun yollardan biraz qorxandan sonra, bir qrup komfort sevən Azərbaycanlı gənc daha bir mini van daşınıb 120 manata, getdilər həm filə baxmağa, ordan da növbəti şəhərə “Unawatuna”ya.

Fillər milli parklarda olur, standart olaraq giriş 30 manatdı adam başı deyəsən, və Jeep falan da kirayələyəndə qalırsan belə. Əslində gedirdik ora, sadəcə öyrəndik ki, onun yanında balaca fillərin evi var (yetimxana kimi) harda ki, onları yemləyirlər və sən baxırsan, 5 manat verib ora getdik ora. İnstaqramda adı “Udawalwe Elephant transit home” kimi çıxırdı. Yolüstü isə məşhur Udawalawe Milli Parkının yanından keçirdik və içəridəki nəhəng fillər düz yolun qırağına qədər gəlmişdi. Sürücü saxladı, düşdük şəkil çəkdirdik sağlığınıza, qoyduq instaqrama. Məndə çox da yaxşı alınmamışdı deyə şəkil, story kimi atdım. ???? 30 manat da qaldı cibimizdə.

Və, və, və çatdıq cənub sahilinə. Unawatuna-ya. (Nooit Gedacht Heritage Hotel).

4 nəfərlik idi otaq, Bakıdan yazıb soruşmuşduq, dedilər 5 nəfər də qalsa okaydi. Amma 1 nəfər üçün səhər yeməyinin pulunu verdik. 10 dollar deyirdilər, 5 dollara saldıq. Adam başı 3 gecə 4 günə 100 manat çıxdı. Baha deyil. O biri yerlərdə qırtmışdıq ki, burda baseyn və s. kimi yaxşı yerdə qalaq. Dostlarım okean-okean deyib dil tökürdü, amma yaşıllıqda olan o baseynin möhtəşəm isti suyu min dənə hind okeanına dəyərdi.

img-9512

DİGƏR BLOQLAR

Yeyilmək istəyənlər üçün hannibal xəritəsi

Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşdığımı düşünür. Nə yalan deyim, Yer üzündə hanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o hannibal iqamətgahları?1. Cənub-Şərqi Papua-Yeni QvineyaKorovai qəbiləsindən olanlar hal-hazırda yaşayan hannibalların ən ləyaxlısıdırlar. Vaxtaşırı kimisə tutub yeyirlər. Çay boyunca məskən salan korovailar arabir yolun azmış, ya hər yerə burnunu soxan turisti də tutub desert menyularına əlavə edə bilirlər. İsti insan beyni isə onlar üçün əsil delikates sayılır.Niyə insan əti yeyirlər? Ağacdan yıxıldı, vəhşi heyvan parçaladı, başına fil düşdü öldü - bu kimi səbəblər korovailar üçün anlaşılandı. Amma vay o gündən ki, kimsə hər hansı xəstəlikdən ölə!.. Belə olanda dərd götürür onları ki - bu adam niyə durduğu yerdə ölsün ki? Həmən bir səbəb gəlir ağıllarına: qara magiyanın əməli! Bu cür ölən insanı da, əlbəttə ki, sağ qalanlardan qorumaq üçün ne etmək lazımdır? Düzdür, basıb yemək.Maraqlı fakt: 1961-ci ildə Nyu-Yorkun qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller qəbiləyə məxsus artefaktları yığarkən qəfil yoxa çıxıb. Hələ də meyiti tapılmayıb. Ehtimal ki, korovaiların bayram süfrəsinin bəzəyinə çevrilib.2. HindistanHindistanın şimalındakı aqhori sektasının üzvləri, sağ olsunlar, heç kimi məcbur tutub yemirlər. Öz xoşlarıyla daxili orqanlarını vəsiyyət etmiş könüllülərin könüllərini qırmayıb ədəb-ərkanla yeyirlər. 2005-ci ildə Hindistan jurnalistləri xəbər tutublar ki, aqhorilər hətta Qanq çayındakı çürüməkdə olan meyitləri və krematoriylərdəki insan orqanlarını də yeyirlərmiş.Niyə insan əti yeyirlər? Aqhorilərin fikrincə, bu, insan orqanizminin qocalmasının qarşısını alır.Maraqlı fakt: insan sümükləri və kəlləsindən çox gözəl bəzək əşyaları düzəldirlər. Subaylara qismət.3. Fici adasıLap əvvəllər adı elə, belə pis çıxmasın, Hannibal adası idi. İndinin özünədək yerli əhali arasında dədə-baba adət-ənənəsini davam etdirənlər olur. Amma kimi gəldi yemirlər. Ancaq düşmən qəbiləsindən olanları.Niyə insan əti yeyirlər? Qisas ritualıdır.Maraqlı fakt: Ficidəki hanniballar elit hanniballardır. Adamı da adam kimi çəngəl-bıçaqla yeyirlər. Yediklərindən qalan əşyaları da kolleksiya kimi saxlayırlar. Pensilvaniyadakı Arxeologiya və Antropologiya muzeyində bu cür kolleksiya nümunələrinə rast gəlmək olar.4. BraziliyaBraziliya sizdə karnaval, bikini, çimərliklərlə assosiasiya olunur, amma, görürsüz ki, tutub yeyilmə ehtimalınız da var. Vari qəbiləsi 1960-cı ilədək eksklüziv olaraq ancaq möminlərin meyitlərini yeyirdilər. 1960-cı ildən sonra hansısa missionerlər qəbiləni, demək olar ki, tamamilə qırıblar. Amma buna baxmayaraq indinin özündə də Brazilyadakı yoxsulluq ucbatından hələ də hannibalizm faktları qeydə alınır.Niyə insan əti yeyirlər? Yoxsulluq və aclıq ucbatından.Maraqlı fakt: 2012-ci ildə aparılan sorğunun nəticələrinə görə, bir çox insanlar «filankəsi öldür və ye» kimi səslər eşidirlər. Ona görə də Braziliyada tanış olanda əvvəl bir soruşun görün 2012 sorğusunda iştirak ediblər ya yox.5. Qərbi AfrikaAktiv hanniballar cəmiyyəti var, adı da «Leopard» (bəbir). Keçən əsrdən adam yemək havasına düşüblər. 80-cı illərədək Syerra-Leone, Liberiya, Kot-d’İvuar həndəvərlərində hannibalların yeyib-içmək yadıgarları olan insan qalıqları tapılırdı. Qəbilə üzvləri bəbir dərisindən geyimdə olur.Niyə insan əti yeyirlər? İnsan ətinin onları daha güclü və cəld etdiklərinə inanırlar.Maraqlı fakt: aktiv davamçıları da var. «Human Alligator» cəmiyyəti.6. KambocaJurnalist Nil Devis xəbər vermişdi ki, Kambocada hanniballıq 1960-1970-ci illərdə Cənub-Şərqi Asiyadakı müharibələr zamanı əl-ayaq açıb. Hal-hazırda çox nadir hallarda rast gəlinir.Niyə insan əti yeyirlər və ya yeyirdilər? Kamboca ordusunda düşmən ciyərini yemək kimi ritual vardır.Maraqlı fakt: «Qırmızı Kxmerlər» ölkədə bütün qida ilə bağlı məqamları nəzarət altında saxlayaraq bilərəkdən kütləvi aclıq halı yaratmışdırlar.7. KonqoKonqoda hanniballıqla bağlı sonuncu fakt 2012-ci ildə qeydə alınıb. O vaxtdan yəqin tövbəlidirlər. Amma hanniballığın ən moda düşdüyü dövr 1998-2002-ci illər olub.Niyə insan əti yeyirlər və ya, tərgidiblərsə, yeyirdilər? Səbəbi çox sadədir. Müharibə vaxtı üsyançılar hesab edirdilər ki, düşmənləri tutub yemək lazımdır. Əsasən də xüsusi ədvalarla hazırladıqları ürəklərini.Maraqlı fakt: konqolular indi də əmindirlər ki, insan ürəyi orqanizmə xüsusi qüvvət verir və onu yeyəndən düşmənləri it kimi qorxur.Sizə xoş səyahətlər! :)P.S. Fotodakı massailər adam yemirlər a. Onlar - qardaşdı!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Ali Akbar

2528 dəfə oxunub

Avropanın ən məşhur şəhərləri (II hissə)

"Səyahət etmək əvvəl səni lal edir, sonra səni daha yaxşı hekayəçi halına gətirir" - İbn BattutaNömrə 3- TürkiyəMarmarisBu şəhərdə olduğunuz zaman elə bil Türkiyə istirahət zonasında deyil, Palma de Malyorka kimi yerdəsiz- yəni elə bil İspaniyanın gözəl istirahət zonasındasınız. Egey dənizi sahilində yerləşən bu şəhər əsasən avropalıların istirahət etdiyi şəhərdir. Digər kurort zonalarında olduğu kimi burada əksinə postsovet ölkəsindən az adam görmək olar.İzmirTürkiyənin avropa paytaxtı bu şəhərə desək heç yanılmarıq. Burada insanlar, yaşayış tərzi çox avropasayağıdır. Egey dənizi sahilində olan şəhərin çox gözəl mənzərələri, dəniz gəzintiləri və baxılacaq yerləri var. Assansör adlanan məşhur yerdən şəhəri hündürdən görmək imkanınız var və bir az aralı getsəz Efes kilsələrini görə bilərsiz.İstanbul/Bodrumİstanbul Türkiyənin ən böyük şəhəridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. Sultanəhməd rayonunda eyni adlı məbəd turistlərin ən diqqətini çəkən yerlərdəndir. Turistlər həm də bu ərazini Mavi məsçid kimi tanıyırlar.Bodrum klassik istirahət mərkəzidir, 7/24 limitsiz yeyib-içmək və dəniz qırağında günəş vannası almaq istəyirsizsə, Bodrum tam sizin üçündür  Amma nəzərə almaq lazımdır ki dəniz suyu çox duzludur, əksər insanlar belə dənizdə çimmək əvəzinə, gözəl hotellərdə olan hovuzlara üstünlük verir.Nömrə 4- PortuqaliyaLissabon - Portuqaliyanın paytaxtı olan Lissabon şəhəri avropanın ən ucuz və ən gözəl şəhərlərindəndir. Hətta havası belə ideal sərin keçən Avropa şəhərlər arasında ən mülayim hava klimatına malik şəhərlər arasında öndədir. Burada yay 6 ay və hətta arada daha da çox müddət olur. Pena Palas adında təbiətdə yerləşən saray turistlər üçün ideal yerdir. Burada gözəl kafelər, təbiət qoynunda istirahət yerləri və qalaların önündə keçirilən tamaşalar ilə turistlərin könlünü oxşayır.Almada Teju çayı sahillərində yerləşən gözəl şəhərin mənzərəsi nəyə istəyirsizsə deyər. Ən baxılacaq və turistləri cəlb edəcək yerlərdən biri İsa Məsihin abidəsi olan yerdir. Braziliyada Rio de Jenairo-da olan eyni abidənin bir az kiçik versiyasıdır. Əlavə ödəniş etməklə həmin abidəyə daha yaxın qalxa bilərsiz, mütləq qalxıb bu zəhmi hiss edin.Nömrə 5- AlmaniyaHamburq şəhəri mənə bir az boz gəldi və buna da səbəblər var. Şəhərdə daim yağış yağır. Axşam 5-6-dan sonra həyat demək olar dayanır, küçədə çox az insan olur, gecə heyatı demək olar yoxdur və əksər obyektlər bağlanır, hətta restoranların əksəriyyəti. Mənim şəxsi fikrim budur ki, şəhər daha çox yaşlı nəsil üçün nəzərdə tutulub. Amma şəhəri gözəl edən körpüləridir. Ən çox körpü sayına sahib şəhər Venesiya deyil, məhz Hamburq şəhəridir. İnsanlar burada Almaniyanın digər şəhərlərindən fərqli olaraq daha gülərüz və yardım sevəndilər.Taksi şoferlərinin hər ikincisi türkiyəlidir. Şəhərdə bankomat qıtlığı var və özünüzlə daima nağd pul gəzdirməlisiz. Əks halda, əsasən də restoranlarda kart qəbul edilməyəndə ( belələri az deyil ) pis vəziyyətdə qalacaqsız.Nömrə 6- MisirŞarm El Şeyx istirahət, qədimlik, dəbdəbəli otellər, əsrarəngiz səhralığı özündə birləşdirən şəhərdir. Burda olduğunuz zaman mütləq meyvələrin dadına baxın, əsasən də mango yeməyi unutmayın. Bu şəhərdəki kimi dadlı mango əminəm daha heç yanda yeməyəcəksiz. Qırmızı dənizin sahillərində yerləşən bu şəhərdə həmişə demək olar yaydır və yağıntıların minimum olan yeridir. Köhnə bazar adında turistik olan yerə getmək məsləhətdir. Ən azından ordan xüsusi ətirlər və xanımlar üçün dəvə kremi almağa dəyər. Səhra zonasında xüsusi maşınları sürmək isə ayrıca bir həzz verəcək. Hətta gəzinti zamanı dəvə üzərində şəkil çəkmək belə daxildir. Özünüzü Ərəb şeyxi və ya qulduru hiss etmək üçün gözəl məkan.Nömrə 7- İngiltərə/BƏƏ/RusiyaLondon İngiltərənin paytaxtı olan bu şəhər öz alicənabları ilə seçilir. Köhnə krallıq adətlərin saxlanılması və buna misal çay mərasimi, kraliçanın olması və böyük işlər görmüş insanları “SER” adı ilə təltif olunması buna bariz nümunədir. Şəhər daima duman içindədir. Boşuna buranı Dumanlı Albion adlandırmırlar. Londonda yağıntı çox olduğundan pessimist olmaq təəccüblü deyil. Temza çayının sahil boyunda çox maraqlı və baxmalı yerlər var. Bunlara misal Big Ben saatı, London Eye karuseli, Madam Tüsso muzeyi və sairə..Dubaya Ərəb Əmirliyinin Monakosu desək, yanılmarıq. Yəni dəbdəbə də, bahalı maşınlar və eksklüziv mağazalara görə Monakodan geri qalmayan şəhər. Bircə fərq burada çox istidir. İlin əksər hissəsini bayırda keçirmək mümkün deyil, ancaq mall və restoranlarda rahat nəfəs almaq olur. Mütləq dünyada ən hündür bina olan 163 mərtəbəli Burj Al Khalifa-ya qalxın. Musiqili fəvvarəni da izləməyi unutmayın, belə bir fəvvarə əmin olun görməmisiz. Son olaraq da milyonçular məhləsi olan JBR -i (Jumeirah Beach Residence) ziyarət edin və Fransız xalqı necə kef etdiyini canlı görün Rusiyanın paytaxtı olan Moskva şəhəri isə hamımıza tanış olan Qırmızı meydan, Lenin mavzoleyi, Kreml və kilsələri ilə göz oxşayır. Moskva çayı ətrafında yerləşən bu şəhərdə demək olar hər millət, təriqət və inanca rast gələ bilərsiz. Son olaraq Tbilisi və Sofiya bir az köhnə sovet tipli şəhərlər olduğundan (mənim fikrimə görə) daha geniş yazmayacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asif ibrahimov

3740 dəfə oxunub

Sərfəli London

Londondakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.KUTAİSİYƏ QƏDƏRUçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).AVİABİLET VƏ UÇUŞGediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.LUTONDAN LONDONALuton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.GECƏLƏMƏKGecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .VİZABritaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.QİDALANMALondon dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur ????SONDABu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl  

947 dəfə oxunub

Aşağı büdcəli səyahət bələdçisi - II hissə

Dostlar, salam!Sizə kurs işi kimi, 6 səhifəlik Avropada səyahət planlaması yazmışam, cəmi 500-700 manata. Bunu turizm şirkətləri 2000-3000 eurodan aşağı satmır.Əsasən ilk dəfə səyahətə çıxanlar üçündür, bunu oxumasaz, Kutaisiyə necə gedəssiz⁉️?Avropada necə minimal büdcə ilə səyahəti planlamalı?Səyahət çox fərdi bir zövq məsələsidir, hər kəsə görə bu fərqli ola bilər. Kiminə görə bütün Paris Eyfeldən ibarətdir, kiminə görə Heminqueyin oturduğu kafedə oturub içmək vacibdir, kiminin əsas arzusu gedib Eskobarın məzarına baş çəkməkdir, hiking, əyləncə, sevdiyi dj’in konsertinə tələsən, Fridanın yaşadığı evi görmək istəyən, həyatda ən böyük arzusu Barca oyunlarının keçirildiyi Kamp Nounu görmək istəyənlər də az deyil.Ona görə heç kimin səyahət zövqünü bilmədiyim üçün, sərfəli və təcrübələrimdən çıxış edərək belə bir planlama edirəm. Mən Avropada yaşayanda gəzmişəm, heç vaxt Kutaisi aeroportundan itifadə etməmişəm, amma yaxşı planlama belə olur.İlk dəfə Avropada səyahətə başlayanlar belə bir planlama edə bilərlər, mən sizə 3 formada bələdçi yazacam:✅Bir ölkə 6-8 şəhər✅Dörd ölkə 5 şəhər✅Bir ölkə 1 şəhər✅Baltikyanı ölkələr və ya balkanlar variantı⭕️ Bir ölkə 6 şəhər, 1 həftə yoxsa 10 gün? - Italiya!⁉️İtaliyada şəhərlərarası avtobus xərcləri: 45 euroGünləri və şəhərlərin sayını artırıb azaltmaq, şəhərləri dəyişmək sizin öz əlinizdədir. Bunlar sadəcə mənim alternativlərim və misallarımdır. Bunu məmnuniyyətlə İspaniya, Əndəlüslə də əvəz edərdim.Yaz, yayın əvvəlləri İtaliyaya getmək üçün ən gözəl vaxtlardan biridir. İyul, avqust ayları çox isti olur, və uzun müddət gəzmək mümkünsüzləşir. Pandemiya vəziyyətini də nəzərə alaraq, gələn ilin martı üçün sizə fikir olsun deyə, İtaliyaya bir səyahət büdcəsi hazırladım.Komputerimizdə 3 pəncərə açmaqla başlayırıq, wizzair.com, flixbusın saytını və İtaliyanın xəritəsini, valyuta konvertorunu da unutmuruq.Gürcüstandan Kutaisi hava limanından İtaliyaya ən ucuz gediş və dönüş vaxtlarını araşdırırıq. 7 martda Kutaisidən Milana bilet 29 eurodur. Əla! Milana bilet alırıq, bəs haralara gedə bilərik, gedəcəyimiz yerləri necə müəyyən edəcəyik? Xəritəni açıb qoyuruq qarşımızda. Məsələn mən Milandan cənuba, Romaya hətta Napoliyə doğru yol üstündəki bir çox getmək istədiyim şəhərlərdən keçdim: Venesiya, Verona, Sienna, Piza, Florensiya, Romaİtaliyada səyahətin ən gözəl tərəfi odur ki, şəhərlər arası məsafə azdır, bir çoxu 1-3 saat arasındadır. Və bu kiçik şəhərlərin çoxunda 5-7 saat kifayətdir ki, gəzib bitirəsiniz, görməli yerlərini görə biləsiniz. Yəni, sübh çağından səyahətinizə durub başlasanız, eyni gündə yaxın 2 şəhəri rahatlıqla gəzə bilərsiniz.Mən flixbus avtobusu ilə belə bir marşurut cızdım, şəhərlərarası qiymətləri və məsafələri yazdım:????Milandan Veronaya- 2 saat, 5 euro????Veronadan Venesiyaya- saat yarım, 5 euro????Venesiyadan Siennaya- 4 saat yarım, 12 euro və ya,????Venesiyadan Florensiyaya– 3-4 saat arası, 9 euro????Siennadan (seçiminizdən asılı olaraq və ya Florensiyadan) Pizaya- 1 saat, 5 euro????Pizadan Romaya- 5 saat, 9 euro????Romadan Napoliyə- 2 saat, 9 euroMilan və Verona 6-7 saata gəzib bitiriləcək şəhərlərdir. Saat məsafəsini də nəzərə alaraq, bu iki şəhəri 1 günə gəzib bitirə bilsəniz, digər günü də Venesiyaya həsr edə bilərsiniz. Əgər Kutaisidən Milana gecə və ya səhər tezdən çatsanız, yorulmayassızsa, həmin günü hostel tutmağınıza ehtiyac yoxdur. Milanı gəzdikdən sonra Veronaya gedə, gecə də Veronadan avtobusla nisbətən uzun məsafəli yolu seçib Venesiyaya gedə bilərsiniz.Venesiya üçün 1-2 gün kifayətdir. Mən gedəndə 1 yoxsa 2 gün qalacağıma orda qərar verəcəkdim, şəhərə çatanda səhər saat 5 idi, axşama qədər şəhəri gəzdim və qərar verdim ki, 1 gün mənə bəsdir. Bütün gün ərzində dayanmayan leysan yağışın da bunda az rolu olmadı.Əgər Venesiyada gecə qalmağa qərar verməsəniz, yenə də gecə avtobusu ilə Siennaya ya da Florensiyaya gedə bilərsiniz. Siennada gəzmək üçün bir neçə saat, Florensiyada isə azı 2 gün kifayətdir.Florensiya İtaliyanın ən gözəl şəhərlərindəndir. Bu şəhərdən transit etsəm də, dayanmadım, çünki Florensiya üçün ayrıca səhayət edib, 3-4 gün qalmaq istəyirdim. Renessans dövrünü hiss etmək, o dövrdən qalan must see’ləri görmək üçün 2 tam gün lazımdır, 3-4 gün isə əla olar.Sienna Roma arası istəsəniz Pisaya da baş çəkə bilərsiniz.Roma mənim ən sevimli şəhərlərimdəndir. 2 bütöv gün ərzində “must see” yerləri gəzib bitirmək, küçələrində doya-doya gəzmək olar, 3-4 gün isə əladır. Mən 2 gün ərzində dayanmadan, piyada bütün muzeyləri, tarixi abidələri gəzib bitirmişdim. Romadır, Viennadır, bu şəhərlər tarix qoxuyur, gəzdikcə özünü tarixin hansısa dövründə hiss edirsən. Bu arada papanın şəhərinə də baş çəkməyi unutmayın.Əgər Romadan doyunca həzz alsanız, gəzib bitirsəniz, Napoliyə də baş çəkə bilərsiniz, 1 gün görməyə kifayət edir.⁉️Hostel xərcləri: max. 85 euroSadaladığım bütün şəhərlərdə 17-18 avroya yaxşı hostellər tapmaq olar. Əvvəlcədən və ya sonradan booking.comda book edə bilərsiniz. Bacardığımız qədər şəhərlərasası məsafəni gecə avtobusda keçirsək, yenə də 4-5 gün üçün hostel xərcləri yazıram, və sizin seçiminizə buraxıram. Mən təkcə 1 həftəlik səyahətim boyunca təkcə Romada 2 günlük hostel tutmuşdum.⁉️Cib xərci: 70 euro+ 50 muzey xərcləri (120)Əgər İtaliyada 1 həftə qalassızsa, gündəlik 10-12 euro da cib xərci (metro bileti, yemək ) kimi hesablayın. İtaliyaya gedib muzeyləri görmədən qayıtmaq da böyük günah olar. 50 euro da muzey biletlərinə və suvenirlər almağa ayıra bilərsiniz. Yadıma gəlir ki, Kolizeydə 20 euroya bilet almışdım və onla 5 muzeyə də pulsuz girmişdim.Yaxşı bütün bu planlamaları etdik, bəs Kutaisiyə necə gedirik?⁉️Ölkələarası uçuş və nəqliyyat xərcləri: 100 euroBakıdan ucuz olsun deyə avtobusla 12 manata (7 euro) Tiflisə gedirik. Istəsəniz, 1-2 gün də Tiflisdə qala bilərsiniz. Tiflisdən Kutaisiyə shuttle qiymətləri isə 20 gel (6 euro) dir. Bileti alarkən, Kutaisiyə gedəcəyiniz vaxtı, shuttle’ların vaxtını da nəzərə alın. Kutaisi aeroportundan Milana getmək sizə 29 euroya başa gələcək. Milanda aeroportdan mərkəzi getmək isə avtobusla 13 euro tutacaq. Qayıdışı hansı şəhər və aeroportdan edəcəyinizi yazmadım, çünki İtaliyanın müxtəlif şəhərlərindən Kutaisiyə Wizzairin uçuşları var. Onu da 30-40 euro arası düşünsək, və yenidən Bakıya qayıtmağı da hesablasaq, ümumi məbləği 100 euro kimi hesablaya bilərik.Beləliklə bütün xərcləri maximumdan hesablasaq belə, 1 həftəlik 1 ölkə bir neçə şəhər üçün bizə 350, ən çox halda 400 euro lazım olacaq, bu isə o deməkdir ki, biz 650-700 manatla İtaliyanı kəşf edə bilərik.⭕️ Bir neçə ölkə və bir neçə şəhər. Neçə gün? Bəlkə 1 həftə ? Bunu sizin öz öhdənizə buraxıram. Mən 7 gecə 8 gün üçün səfər xərclərini yazıram.⁉️ 4 ölkə arasındakı ümumi avtobus xərcləri: 43 euroYenə də Avropanın xəritəsini açıb qoyuruq qarşımızda, sərhəd ölkələrə baxırıq. Məsələn, hamı çox istəyir ki, Avropanın əzəmətli ölkələrini, şəhərlərini görsün. Şəhərlərarası məsafəni, səfər xərclərini düşünüb, mən olsaydım, Macarıstan (Budapeşt)- Avstriya (Vyana)- Çexiya (Praga) – Almaniya (Drezden, Berlin) marşrutunu seçərdim, baxmayaraq ki, Vienna Avropanın ən bahalı şəhərlərindəndir.Və Wizzairdə Bakıdan və Kutaisidən Budapeştə uçuş qiymətlərini müqayisə edirik. Apreldə Bakıdan da 29 euroya Budapeştə biletlər var, nə gözəl, Kutaisiyə getmirik! Bileti Bakıdan alırıq.İndi isə yenə də bu seçdiyim marşrut üzrə flixbusla olan avtobus qiymətlərini və məsafələri araşdırırıq.????Budapeştdən Vyanaya - 3 saat, 9 euro????Vyanadan Pragaya- 4 saat, 15 euro????Pragadan Berlinə- 19 euroVə ya alternativ kimi????Pragadan Drezdenə- 2 saat, 11 euro????Drezdendən Berlinə- 2 saat, 8 euroBu ölkələrin hər biri qışda soyuq iqlimi olan ölkələr sırasındadır. Gəzmək, səyahətdən zövq ala bilmək üçün mənə görə gediləcək ən gözəl fəsillər yaz və yay aylarıdır. Budapeşti çıxmaq şərtilə, bu şəhərlərin hər birində 2 dəfə, həm soyuq, həm isti fəsillərdə olmuşam, qışda nə qədər sevməmişəmsə, yayda o qədər zövq almışam! Amma onu da qeyd edim ki, Praga yeni ili qeyd etmək üçün ən gözəl Avropa şəhəridir.Əgər tempiniz surətlidirsə, bu şəhərlərin hər birində 2 gün 1 gecə qalmaqla əsas “must see” yerləri görə bilərsiniz, 3 gün isə Praga, Berlin və Vyana üçün ideal olardı.Budapeşt çoxları tərəfindən çox sevilən şəhər olsa da, mən çox sevə bilmədim. Praganın daha kiçik versiyasını xatırladırdı. Əgər çox Budapeşt marağında olan biri deyilsinizsə, 1 tam gün də kifayət edər.Əgər tarixi sevirsinizsə, Berlin və Vyana Avropanın ən zəngin tarixə malik olan şəhərlərindəndir.Muzeylər, kilsələr, xüsusilə də bir neçə cərəyanın birləşdiyi Vyananın arxitekturası, tarixi binaları sizə çox uzaq tarixlərə aparacaq. Vyananın küçələrində yeridikcə hər dəfə yeni bir mədəniyyət nümunəsi kəşf edəssiniz. Zəngin kofe house ənənəsinə sahib olan Vyanada mərkəzdəki traditional kofe houslarda qaymaqlı apfelstrudellə einspanner də içməyi unutmayın.Berlin də zəngin tarixi, muzeyləri, gözəl parkları ilə yanaşı Avropanın, hətta dünyanın ən multikultural şəhərlərindən biridir. Küçələr, parklar həmişə küçə musiqiçiləri ilə qaynayır. Almanlar həftəsonu əyləncəsinin haqqını verən millətdirlər. Müqayisəsiz demək olar ki, Berlinin gecə həyatı, həftəsonu əyləncələri, klubları heç hara ilə müqayisə oluna bilməz. Berlinə getmək üçün 5 və 6-cı günləri seçsəz, bəxtiniz çox gətirər.Praga barədə isə çox uzun danışmağa ehtiyac yoxdur. Kafkanın sevimli şəhəri dünyanın ən romatik şəhərləri arasında ilk 10luqdadır.Drezden Almaniyanın gözəl şəhərlərindən biridir, alternativ kimi onu da yazmağımın səbəbi Praga və Berlinin arasında yerləşməkləri, avtobusların bu şəhərdə transit etməkləridir.⁉️ Hostel xərcləri: 48 euroBütün hostel xərclərini 1 gecə 2 gün üçün hesablayıram. Hostellərdə check-in vaxtları günorta saat 12-3 arası olur. Check-out vaxtları isə səhər saat 10-12 arasında. Bir gün üçün hostelə ödəniş etdikdən sonra, 2-ci gün pul ödəməyinizə gərək yoxdur, çantalarınızı qoyub gecə gəzdikdən sonra götürə bilərsiniz. Və yenə də gecə ən gec yola düşəcək avtobusu seçib növbəti şəhərinizə yola düşə bilərsiniz.Budapest- 6 euro (11 manat)Vyana- 20 euro (38 manat )Praga- 8 euro (14 manat)Berlin 14 euro (26 manat)Bu hostellərin hər birininin qiymətini araşdırarkən mərkəzə yaxınlığına diqqət etmişəm.⁉️ Cib xərci: 84 euro+ 50 euro (134)Şəhəriçi avtobus-qatar qiymətlərini, yemək xərclərini nəzərə alaraqdan günlük 10-15 euro arası, 12 euro orta qiymət çıxarıram.Budapeştdə təktərəfli tram, qatar qiymətləri 1.20, Vyanada 2.40, Pragada 2.16, Berlində isə 3 eurodan başlayır. Siz 1 neçə saatlıq, 1 günlük, 2 günlük biletlər də ala bilərsiniz.Və bu şəhərlərə gedib muzeylərə getməmək də günah olar. Min. 50 euro da muzeylərə ayırıram.Planlamanı bitirdik, bəs Budapeştə necə gedirik?⁉️ Ümumi gediş-dönüş xərcləri: 83 euroBu dəfə uçuşumuz Bakıdan olacağına görə 28 Maydan avtobusla 1 manat (60 sentə yaxın) ödəniş edib hava limanına gedirik. Budapeşt uçuşumuzun qiyməti 29 eurodur. Budapeştə çatdıqdan sonra isə hava limanından şəhərin mərkəzinə olan qiymət avtobusla 3 eurodur. Qayıdanbaşı uçuşunu mən seçmədim, bunu sizin öhdənizə buraxıram. Siz yenidən Berlindən Budapeştə qayıdıb, elə də Bakıya geri dönə bilərsiniz və ya Berlindən, digər yaxın şəhərlərdən Kutaisiyə qayıdıb, elə Bakıya qayıda bilərsiniz. Bunun üçün də 50 euro ayırırıq.Cəmi 308 euroya, yəni 600 dən də az bir məbləğə siz 4 Avropa ölkəsini və 4 şəhəri görə bilərsiniz.⭕️ 1 şəhər 7 gün! Barcelona!Bəzi adamlar ölkələr, şəhərlər arasında gediş-gəliş edib yorulmağı artıqdan sayırlar, sadəcə bir şəhərdə qalmaq, onu kəşf etmək istəyirlər. Mən seçim edərkən canlı, əyləncəli bir şəhər seçməyə diqqət edərdim ki, həm kompakt olsun, həm də orda qalanda çoxlu seçimlərim olsun. Barcelona bu şəhərlərdən biridir.Port şəhəri olmağı, günəşi, dənizi, binaları, arxitekturası, kulinariyası, parkları, ara küçələrində Bethovenin bəstələrinə qarışan Şopenin bəstələrinin skripkada ifaları, yaraşıqlı oğlanları, gözəl qadınları, və ən əsası Gaudinin memarlığı bu şəhəri nağıllar aləminə çevirir.Pragadan sonra Avropada ilk şəhəridir ki, mən orda 1 həftə qalmışam və qalmağa və yeməyə cəmi 100 euro xərcləmişəm. Çimərliyə görə mən yaydan getməyi məsləhət görərdim. Amma hava bütün fəsillərdə yumşaq isti olur.Hardan uçuşumuzu həyata keçiririk? Yenə də Kutaisi.⁉️ Uçuş xərcləri: 72 euroWizzairin saytında yayboyu uçuşlar 79 gel (22 euro) göstərir. Amma fərqli tarixlərə də baxa bilərsiniz, bu zaman rəqəmlər dəyişəcək. Bakıdan Kutaisiyə getmək və gəlmək xərclərini yazmışdım. Qayıdanbaşı biletləri isə 29 eurodan başlayaraq göstərir. Barcelona hava limanından şəhərin mərkəzinə avtobusla olan qiymət 4 eurodur.Bakıdan Kutaisi Barcelona və Barcelona Kutaisi Bakı xərclərimiz cəmi 72 euro, yəni 132 manatdır.⁉️ Hostel xərcləri: 105 euroMən 4 il qabaq dənizdən 10 saniyəlik arada, şəhərdən 15-20 dəqiqəlik piyadalıq məsafədə hostel üçün 10 euro ödəyirdim. İndi qiymətlər bir az qalxıb, yenə də 15-16 euroya şəhərin mərkəzində hostellər tapa bilərsiniz, dəniz yaxın olmağına xüsusi diqqət edin.⁉️ Cib xərcliyi: 70 euro+50 (cəmi 120 euro)Gedəcəyimiz yerlərin çoxunun bir-birinə yaxınlığına görə, metro avtobusdan çox istifadə etmirik. Restoranlar isə çox baha olduğuna görə, mümkün qədər hosteldə yeyirik. Amma bu bizi sangrianın dadına baxmaqdan, məşhur Barcelona bazarından bol-bol ekzotik meyvə tərəvəzlər alıb yeməkdən çəkindirməməlidir. Gündəlik cib xərcini 10 euro kimi hesablayıram, amma azalda da bilərik.Barcelona Gaudinin cənnətidir, ora gedib Gaudinin binalarına girməmək ayıb olar. Amma növbələrə görə biletləri çox əvvəldən almaq lazımdır, mən əvvəlcədən almadığıma görə bir çoxlarına girə bilmədim. 50 euro az olsa da, bunlar üçün ayırırıq.Tək ölkə, tək şəhər heç vaxt ağlımızdan çıxmayacaq Barcelona səfəri bizə 300 euroya, 600 manatdan da az məbləğə başa gəlir.⭕️ Dördüncü seçimimiz isə baltikyani ölkələr və balkanlar variantı idi, bu ölkələlər məni cəlb etməyib deyə heç vaxt olmamışam, amma 1 həftəlik səfərlər planlamaqla çox ucuz şəkildə onları gəzib bitirə bilərsiniz.Post çox uzun olduğu üçün daha detallı yenə də gələn mövzularda bəzi şeylərə toxunacam. Sizə rahat olsun deyə, Avropanın xəritəsini də yerləşdiriəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Kamilsoy

2847 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!