632 dəfə oxunub

Sözlərlə ifadə olunmayacaq şəhər - Bratislava

Bratislavadkı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

SLOVAKIA

Bəlkə də çoxlarınıza adi gələcək amma bu ölkə mənim həyatımda çox böyük yerə malikdir. Dostlarla gecələr Bratislavanın qaranlıq küçələrində gəzməkdən tutmuş, Miladı qeyd etmək üçün köhnə Slovak qatarı ilə Tatra dağları istiqamətində getməyimə kimi bu ölkə ilə bağlı xatirələrim sözlərlə bitməz.

Sonuncu dəfə iyulda orda olmağıma baxmayaraq, Slovakiyasız qala bilmirəm, burnumun ucu göynəyir. Bakida Slovakiyanın bir hissəsini küçələrdə, binalarda, insanların simasında tapmağa çalışıram, amma hamısı yad gəlir mənə.. Mənim kimi bir neçə insan hər hansısa şəhərə, ya da ölkəyə bağlanır, bir növ özlərini həmin yerdə tapırlar, və fikrimcə, həmin insanlar ən xoşbəxt insanlardı.

Bu yazıda isə Slovakiyanın paytaxtı Bratislava haqqında yazmağa çalışacam.

slovakia

Bratislava – dünayada yeganə paytaxt şəhərdir ki, 2 ölkə ilə - Avstriya və Macarıstan – sərhədi var. Vyanadan maşınla 45 dəqiqə, Budapeştdən 2 saat, Praqadan isə 3 saatlıq məsafədə yerləşir. Ərazi və əhali sayına görə çox kiçik şəhərdir və əgər siz də mənim kimi kiçik və turistik olmayan yerləri sevirsinizsə, onda Bratislavaya baş çəkməlisiniz. Bratislava  həmin şəhərlərdəndir ki, sanki ruhu var, yalnız binalar və  küçələrdən ibarət deyil. Vəhşi gecə həyatından tutmuş sakit parkda gəzintilərinə kimi vurulmuşam bu şəhərə...İcazənizlə istərdim bu yazımla Bratislavaya sizin üçün bələdçilik edim.

ƏYLƏNCƏ/CLUB:

- Bratislavada əyləncə deyən kimiç fikrimcə hamının ağlına ilk Subclub gəlir. Bratislava qalasının altındakı bir neçə ehtiyyat bunkerlərinin birində tikilən, girişi tuneldən başlayan və tunelə girən kimi sanki adamı bir növ transa salan Subclubda daha çox elektronik, techno və bəzən də alternative musiqilər səsləndirilir. Həftənin günündən aslı olmayaraq, Subclub həmişə cavanlarla dolu olur, amma ən yaxşı vaxt Yeni il gecəsi olan electro/techno partilərdir.

-Subclub yaramırsa, Bratislavada ən böyük klub The club Bratislava yarayacaq.

GÖRMƏLİ YERLƏR:

-Bratislvaský Hrad – Bratislava qalası. Dunay gölünün üzərindəki təpədə yerləşən Bratislava Qalası9- 9-18-ci əsrə aiddir. Vyanadan Bratislavaya gecəylə gələndə hələ hec sərhəddə çatmamış bu möhtəşəm qalanı uzaqdan işıqlandırılmış görəndə içimdə izah edə bilməyəcəyim bir fəxr hissi yaranır.

-Devin Qalası. Avstriya ilə sərhəddə yerləşən bu qala özündə çoxlu tarıx daşıyır, amma mən tarixindən danışmayacam. Ora hiking edib yuxarıdan mənzərəyə baxsanız, elə kifayətdir.

slovakiaxmas

-Most SNP ve ya UFO körpüsü. Görünüşüylə UFOya bənzəyən bu körpünün yuxarısına liftlə çıxıb Bratislavanı (hətta Avstriyanın bir hissəsini) sey edə bilərsiniz.

-Old Town. Bratislava ümumiyyətlə kiçik olduğundan hər yerə ayaqla gedə bilərsiz, və Old Town'da da hər yeri görmək üçün ən yaxşı plan heç bir planın olmamasıdır. Ayaqlarınız size hansı küçəyə aparırsa ora da gedin, əminəm ki, ürəyinizə uyğun bir şeylər tapacaqsınız.

-Zlaté Piesky gölü. Bratislavanın kiçik olmasına baxmayın, öz gölü də var. J 4 nömrəli tramvayın sonuncu dayanacağı olan bu göl yerli slovakların yayda dincəldiyi Xorvatiyalarıdır.        Qarşı tərəfdə nudist çimərliyi, giriş tərəfdə isə clothing optional çimərliyidir. Pivə də ucuzdur.

YEMƏK/İÇMƏK:

-Bryndzové halušky. Hələ yadıma gəlir birinci dəfə Bratislavada olanda dostlarım mənə halušky qonaqlığı vermişdilər. İndiyə qədər hər dəfə Slovakiyada olanda ağzıma halušky dəyməsə evə qayıtmıram. Bryndza pendirindən hazırlanır və üzərinə Bacon doğranılır. Bacon olmadan da yeyə bilərsiz amma ele bil ki dolmanı yarpaqsız yeyəcəksiz.

-Kapustnica. Çoxlu kələm :)

İçməyə Kofola. Kofola bir növ yerli (Çexslovak) Koladır. Daha şirin olur, və heç vaxt əsl bir slovakın əlində lola görməzsiniz, diqqətlə oxuyun, kofola olacaq.

-Slivovica/medovina. Araq içənsinizsə özünüzə güvənirsizsə Slivovica sınayın. Mən exsevgilimin babası ilə baş-başa slivoviça şotları vururdum, və həyatımın ən böyük səhvlərindən biri olmuşdur. J Medovina baldan hazırlanır və nisbətən yüngüldür.

csm_hotel-zell-am-see-n-03_a62576d751

NƏQLİYYAT

Bratislavada hər yerə ayaqla da çatmaq olar əgər vaxtınız boldursa amma yazımı bəyənib ora köçməyi düşünürsünüzsə bəlkə 1-2 şeyi bilsəz yaxşı olar. Şəhərdə tramvay və avtobus sistemi dəqiqə bə dəqiqə vaxtında işləyir, eləcədə marşurutları. Bu yaxınlarda Slovnaft in sponsorluğu ilə Bratislavada yenicə bike-sharing formatlı velosipedlər istifadəyə verilib, amma Bratislava velosiped sürənlər üçün cəhənnəm ola bilər, velosiped xəttinin birdən-birə yolun ortasında bitməsini nəzərə alsaq J Buna baxmayaraq, ictimai nəqliyyat qərbi Avropa ölkələrinə nisbətən çox ucuzdur.2 zonaya kimi 30 dəqiqəlik single ticket = 0.90 euro, nəzərə alsaq ki, tram ilə 30 dəqiqəyə hər yerə çatarsız.

 

SHOPPING:

-Tesco

-Lidl. Ən ucuzu Lidl'dır.

-IKEA. Slovakiyadakı yeganə İKEA Bratislava Aeroportu yaxınlığında yerləşir. (ps Aeroport Zlate Piesky dayanacağından heç də uzaq deyil)

Bratislava haqqında fikrimcə biraz məlumat verə bildim. Gedin görün feedbacklarınızı verin. Bəlkə kimsə sevəcək, bəlkə də kimsə deyecək ki, bunun nəyinə vurulmuşam, amma bu şəhər həmişə ürəyimdə yaşayacaq ( öz səbəblərim var), və bu yaxınlarda artıq ora köçməyi artıq düşünürəm. Lebo milujem Slovensko!

Xoş istirahətlər,

Tofik

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tofik Eynullayev 

DİGƏR BLOQLAR

Wieliczka - Duz mədəni bələdçisi

Krakovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Mənə hər zaman yardımcı olan gəzəyənlər! Mən də istədim ki, bu statusumla digər gəzəyənlərə Polşanın Krakov şəhəri barədə bir neçə məlumat verim. Əvvəlcədən qeyd edim ki, Krakova getməmişdən öncə qrupun yaradıcısı Babək bəyin bu şəhər barədə yazısını oxumuşdum. O, çox təəssüf hissi ilə Wieliczkaya gedə bilməməsini qeyd etmişdi. Ona şərh yazanlar isə oranın təsirindən bir neçə gün çıxa bilmədiklərini yazırdılar. Mən də bu şərh və yazıları oxuduqdan sonra şəhəri gəzdiyimin ilk günün ardınca növbəti gün yollandım bu duz mədəninə. Mərkəzdəki otelimizin düz yaxınlığında 304 nömrəli avtobus bizi həmin yeraltı mağaranın düz 100 metrliyinə apardı. Bu məqamda qeyd edim ki, Krakovda şəhər daxili transport kifayət qədər ucuzdur. 24 saatlıq biletin qiyməti 15 polşa manatıdır ki, bu da euro ilə təqribən 3.7 € edir. Şəhər mərkəzindən duz mədəninə qədər avtobusla təqribən 35-40 dəqiqə yol qət etdik.İçəri daxil olmaq üçün 2 nəfər üçün Standart biletə 178 polşa manatı ödədim ki, bu da euro ilə təqribən 44€ edir. Yəni adam başına 22 €. Ekskursiya təqribən 3 saatlıq vaxt aparır. İstədiyiniz dildə gəzintini seçə bilərsiniz. Ancaq ingilis dilli qruplar yarım saatdan bir, rus dilli qruplar isə 2 saatdan bir içəri daxil ola bilir. Mən daha tez olsun deyə zəif bildiyim ingilis dilini götürməli oldum.???? İçəri daxil olarkən ilk mərhələyə daxil olmaq üçün 53 mərtəbə (hər mərtəbə 6 pilləkəndən ibarət idi) aşağı enməli olduq.Burdaca adamın başı qaranlıq pilləkənlərlə hərəkət edərkən bir balaca fırlanmağa başlayır. Sonra isə ziyaretçiləri dar yollarla mağaranın qədim tarixi ilə, duzun emalı prosesi, duzdan yonulmuş müxtəlif heykəllər və bu mağaranı ziyarət etmiş insanların duz heykəlləri ilə taniş edirlər.Hər növbəti mərhələni yenidən daha dərinə enməklə ziyarət etməli olursan. Qaranlıq, taxta dayaqlarla möhkəmləndirilmiş yer altı dünyada yaşayan insan və atların iş həyatı ilə tanış olursan. 130 m dərinlikdə ilk süni duz gölünü görürsən ki, onun da dərinliyinin 9 m olduğunu və orada çimməyin qadağan olduğunu diqqətə çatdıran gidin növbəti hissələrdə daha kiçik iki əlavə göllə də tanış olacağımızı diqqətə çatdıran yorğun səsini eşidirsən. Gidimizin sözün həqiqi mənasında yorğun olduğu diqqətdən qaçmırdı. Çünki orada işləyən ingilis dilli gidler hər gün ən azı 2 qrupa bütün mədəni gəzdirməli və dayanmadan danışmalı olurlar. Çox zaman qrupun içərisində mənim kimi insanlar olur ki, mağaranı gəzdikdən sonra yorulmur və bu duz mədəninin muzeyini də gəzmək istəyir.Bu zaman həmin gid birinci mərhələdə gəzdiyi 2 km məsafə qədər yenidən gəzib bu sehirli mağaranın muzeyini də ziyarətçilərə göstərməli olur. Bu dünyaca məşhur duz mədənindəki digər iki göldən birinin dərinliyi cəmi 1 m-dir. Mədəndə çalışan atlar bu yeraltı dünyaya Qədəm qoyduqdan sonra bir daha işıqlı Dünyaya çıxmırdılar.Bu gün də sağlamlıq mərkəzi kimi istifadə olunan mədənin insan yaşayışı üçün hər bir şəraiti var. İstəyənlər mədənin lap aşağı qatında restoranda oturub yemək yeyə və ya bu sehirli mağaranın bir sıra elementlərini əks etdirən şoping yerindən alış-veriş edə bilərlər. Mağaranın geniş ərazisindəki ən dərin yerləri gəzib bitirdikdən sonra isə səni liftlə geri yer üstü dünyaya qaytarırlar. Bu liftə də mağaranın özü qədər sehirli və bəzən də kimlər üçünsə vahiməli olur????.Sonda onu da qeyd edim ki, Krakovda olduğum 2 günlük bir zaman mənə bəhs etmədi. Hamının getdiyi Şindlerin fabrikinə, Auschwitz kampına gedə bilmədim. Bunun üçün vaxt yetmədi. Yeməkləri barədə onu deyə bilərəm ki, göylü pierogiləri çox dadlı idi. Şirniyyatları isə müxtəlifliyinə və gözəlliyinə görə insanı heyran edirdi. Restoran qiymətləri çox münasib olduğundan harda istəsəniz rahat əyləşib bir cür münasib qiymətə yemək yeyə bilərsiniz. Sonda bələ uzun statusu oxuyanlara təşəkkür edirəm.( Təbii əgər hövsələsi çatıb oxuyan olarsa????)Yekun olaraq sizləri yazının bütün detallarını əks etdirən şəkil və videolarla baş-başa qoyuram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramina Mammedova

623 dəfə oxunub

Vyana, Praqa turu

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.Salam, əziz gəzəyənlər, bu mənim ilk postumdur, ümidvaram ki, şəkilləri bəyənərsiniz, mən universitetin təşkil etdiyi turla bir aylıq təmizliyin, gözəlliyin və tarixin mərkəziolan Avstriyanın Vyana şəhərinə gəlmişəm, visa işi çox rahat oldu, sənədləri düzgün təqdim etdim və 9 gün sonra visa'm hazır idi, gəldik yataqxanaya yerləşdik, yataqxana Praterin tam yanıdı vəə maalesef ki, gecələr uşaqların o attraksiyonlardan gələn qışqırıqlarından yatmaq olmur????????Burda mağazalar, marketlər 6-dan sonra bağlanır, hətta Karlsplatzda metrodan çıxandan bir az sonra bir ayaqqabı mağazasına girmək istəyirdik bizi qovaladılar????bazar gününü də sözün əsl mənasında istirahət veriblər özlərinə, hər tərəf bağlı olur, (bəzi yerlər istisna)Pizza - L'osteria adlı italyan kafesindəndir, pizza dadlı idi, amma normal ölçü anlayışı bizdəki kimi deyil onlarda???? işçilər deyəsən ingilis dilində tam bilmirlər ????Metro bir aylıq 51 avrodur, alırsan, və sadəcə üstündə gəzdirirsən, ildə, ayda bir dəfə normal geyimli biri yaxınlaşır yoxlayır metro biletini, ümidvaram ki, nə vaxtsa yaxınlaşıb biletimin olub olmamasını soruşacaqlar ????????????Baxmayaraq ki, 3gündür gəlmişik, amma demək olar ki çox yerlərə getmişəm, 3addımlığımda olan Praterdəki attraksiyonlara isə ürək edib minə bilmirəm ????Schoenbrunn sarayı- bir sözlə möhtəşəmdi, necə böyük həyəti var, hər yeri yaşıllıq ????qrupdan ayrı düşüb biraz itmiş fason olduğuma görə saraya girə bilmədim, içində zoopark var, hər cür heyvan var, ancaq qrupla daha ucuzdu, tək idim deyə ona da girə bilmədim ????Bəzi şəkillər isə Çexiyanın paytaxtı Pragadandır, bir günlük dedik Pragaya səfər edək, ancaq çox az vaxtım oldu gəzməyə sadəcə 4-5 saat, havası çox qəribədi, körpünün bir tərəfi günəşli idi, bir tərəfi tutqun buludlu ????yağış da yağdı, tam oldu????Nisbətən Vyanaya görə ucuzdu (1avro-26.5kron), vaxtım az olduğuna görə heçnə ala bilmədim, sadəcə yemək və dondurma, inşAllah nə vaxtsa yenidən gedərəm ora, yuxardan mənzərə super görünür, şəhər sanki ayaqlarının altındaymış kimi..Hələki ayın 30-na kimi Vyanadayam, amma bəzi günlərdə başqa Şengen ölkələrə səfər var, amma mənə Vyananın başqa haralarını gəzməyi və hansısa dadlı yeməyi, şirniyyatı olan cafeni məsləhət görə bilərsiniz? ????????????(maps.me sağolsun, çox kömək olur istənilən yeri tapmağa, sadəcə xəritəsini köçürürsən həmin şəhərin və internetsiz də işləyir, hara desən də aparır????)P.S. Vyanada hər tərəfdə demək olar ki, free wifi var, çox əla bir şeydi????Ümidvaram ki, post yorucu olmadı, ilk postumdur deyə biraz uzun yazmış ola bilərəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Mirvari Askerova  

662 dəfə oxunub

Sicilya bələdçisi - I hissə

Sicilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.Hamımızın planımızda mütləq gəzəcəm dediyimiz bəlli ölkələr və şəhərlər var. Hələ “La vita e bella”, “Il bisbetico domato” , “Nuovo cinema paradiso” filmlərinə baxarkən mütləq İtaliyaya gedəcəm qərarına gəlmişdim. Məlahətli, emosional italyan dili, üzüm bağları, mavi dəniz, pesto sosu, hər fürsətdə sizə-turistlərə kömək etmək istəyən istiqanlı cənub insanları. Amma Siciliya…Siciliya heç vaxt planımda olmayıb.Sicilyadakı otellərəAralıq dənizinin ən böyük adası olan Siciliyanı görmək 2017-ci ilin Noyabrına qismət imiş. Erasmus+ Youth Exchange proqramı çərçivəsində Catania şəhərindən 1 saatlıq məsafədə yerləşən Messinanın bələdiyyəsi olan Sant’Alessio Siculo-ya iki Turkish Airlines, bir Ryanair- toplam 10-15 saatlıq səyahətlə çatdıq. Siciliya torpağına ayaq basarkən qaranlıq olduğundan ilkin təəssüratımız aydın görsənən, ulduzlarla zəngin açıq səma və dəniz üzərinə yol açan ay işığı idi. Noyabr nə qədər qulağa soyuq səslənsə də əslində Siciliya üçün tam bir yaz havası idi. Dedilər ki, isti hava buraları asanlıqla tərk etmir və çimərlik sezonu yazın əvvəlindən başlayır payızın sonuna kimi davam edir.Proqrama əsasən Sant’Alessio Siculo qəsəbəsində bizim üçün ayrılmış üç ulduzlu təvazökar, sahildən otuz addımlıq məsafədə yerləşən, çiçəkli, terraslı, palma ağacları ilə qarşılanan, sarıya boyanmış Hotel Solemar-da qaldıq. Qəsəbədə ən bərkgedən hotellər cəmi üç ulduzludur, səbəbi isə sahilinin turistləri qarşılamaq üçün elə də böyük olmamasıdır. Dörd şezlonq arxa-arxaya düzsən divara dəymiş olacaqsan. [gallery ids="186,187,188,189,190" type="rectangular"]Filmlərdə də gördüyümüz kimi İtalyanlar evlərini günəş işıqlarından qorumağı sevirlər. Balkonumuzdan dənizə açılan mənzərini görmək üçün əməlli vaxt sərf etdik. Bunun iki qat pərdəsi, pəncərəsi, taxtadan digər pəncərəsi… Və budur! Sabah günəşi ilə parıldayan mavi dəniz.ALMAN YAZIÇISI HÖTE HAQLI İMİŞ. “SİCİLİYANI GÖRMƏDƏN İTALİYANI GƏZMƏK, ÜMUMİYYƏTLƏ İTALİYANI GƏZMƏMƏK DEMƏKDİR. SİCİLİYA HƏR ŞEY ÜÇÜN İPUCUDUR”.Qeyd edim ki, Sant’Alessio Siculo 6 km2 ərazi və 1500 nəfər əhalidən ibarət kiçik bir qəsəbədir. Biz qeyri-turistlik mövsümdə getdiyimizə görə qəsəbə 50 nəfərdən ibarət görsənirdi və ortalama yaş 65-in üstündə olardı. Səhər bələdiyyədə sədr gördüyünüz xanımı günorta kafedə nahar edərkən, axşam isə turist agentliyində işçi kimi görə bilərdiniz, bu da qaldığımız komunanın nə qədər böyük olması haqqında təsəvvür yaradırdı.Franz Kafka “hüzur istəyirsən?-az insan, az əşya” deyib. Sant’Alessio Siculo nadir hallarda moped, fiat maşınları keçən boş küçələri, az insanları, “vendere”, “affitto” elanları asılmış kimsəsiz evləri ilə məhz hüzur hissi yaratmışdı. Səssizliyin dadını çıxartmışdım.Əlbəttə ki, bütün günümüz o qəsəbədə keçmirdi yoxsa Siciliyada həyat maraqsız olardı. Qaldığımız bir həftə ərzində Castelmola, Taormina, Forza D’agro, Savoca, Catania kimi şəhərləri, qəsəbələri gəzdik. Havalar günəşli, sərin keçdiyindən Siciliya torpağında atdığımız hər addımdan zövq alırdıq.CASTELMOLAAvtobusla dağı dolanaraq qalxdıq bir tərəfdən möhtəşəm İoniya sahili, başı qarlı Etna dağı, digər tərəfdən isə Giardini-Naxos körfəzi və Sant’Alessio Siculo qalasına açılan mənzərəli kiçik Castelmola qəsəbəsinə. Norman qalasının qalıqları ətrafında dağın başından ta yamacına kimi qurulan qəsəbə təbiət terrasını xatırladırdı. O qədər hündür idi ki, hətta məktəb vaxtı bizə xəritədə sapoqi kimi göstərilən İtaliyanın dabanını və pəncəsini üfüqdən seçə bilirdik. Bir otaqlıq sahəni əhatə edən üç mərtəbəli kafedə bizi məhz Castelmolya məxsus hazırlanan yerli badam şərabına qonaq etdilər. Castelmolaya gedib o şərabı dadmamaq, Zaqatalaya gedib fındıq yememək kimi bir şeydir.TAORMINACASA CUSENI MAISON DE CHARMEƏsrarəngiz! Boşuna Siciliyanın turist paytaxtı demirlər. Taormina ilə tanışlığımız gözəl sənətlər muzeyi olan Casa Cuseni-dən başladı. Tarixin, mədəniyyətin, incəsənətin, tolerantlığın beşiyi olan bu malikanə hər birinin danışmağa öz hekayəsi olan antik əşyalarla dizayn edilib və xüsusi zövqlə salınmış papirus, mandarin, limon ağacları, çiçəklərdən ibarət İtaliyanın ən möhtəşəm bağının əhatəsində qorunub saxlanılır və sizə şəhərə quşbaxışı mənzərə, Etna dağına əzəmətli görüntü bəxş edir. Pablo Picassodan tutmuş Ziqmund Freydin qızı Annaya kimi mötəbər şəxsiyyətləri, yazarları, rəssamları, Koko Şaneli qonaq edən bu malikanə hazırda muzey-hotel kimi Taormina turistlərinə xidmət göstərir. Hoteldən çox, doğma ev abu-havasını yaradan malikanə sizə burada yaşamdan çox, öz dövrünün dahi şəxsləri ilə birgə tarixi, yaradıcı səyahət vəd edir. Məsələn, adına uyğun olaraq tərtib olunan, barokko üslublu balkondan Etna dağı və şəhərə açılan mənzərəli Pablo Picasso otağında gecələmək istəyisinizsə təqribən 510 manatınızdan keçməlisiniz. Bundan başqa amerikalı rəssam Henry Faulkner, isveçli aktrisa Greta Garbo, ingilis yazarı Daphne Phelps adına müxtəlif üslublarda dizayn edilmiş otaq seçimləriniz də var. [gallery ids="191,192,193,194,195,196" type="rectangular"]20-ci əsrin əvvəlində tikilən Casa Cuseni birinci və ikini dünya müharibələri dövründə tətbiqi incəsənətin beynəlxalq mərkəzi olmuşdur. Britaniyalı rəssam Robert Hawthorn Kitson-nun şəxsi kolleksiyasını özündə saxlayan malikanədə yemək otağının interyeri məhz özü tərəfindən çəkilən, hazırlanan, dizayn edilən dünyada yeganə interyerdir. Qeyd edim ki, həm bağ, həm də malikanə rəssam tərəfindən qurulub.Casa Cusenini gəzəndən sonra özümə söz verdim ki, bir gün mütləq yenə gələcəm amma bir saatlıq muzeyi gəzmək üçün deyil məhz Pablo Picasso otağında bir gecə də olsa qalmaq üçün…TURIST PAYTAXTI- TAORMINAGirişi və çıxışı iki şəhər qapısı ilə müəyyənləşən 13 km2 sahəni əhatə edən turistlərlə zəngin Taormina. Mərkəzi küçədə gəzərkən addımbaşı limonad, vespa suvenirləri, xaç atası film, mahnı diskləri, limon sabunları satan kiçik köşk və mağazalarla rastlaşa bilərsiniz. Xoş limon ətrini şəhərin əksər hissəsində duymaq mümkündür. Taorminanın gözü amfiteatrdır. Ən çox turist növbəsini də elə orada gördüm. Amfiteatra gedərkən diqqətimi fransız turistlərin yaş qrupu çəkdi: 65-75 yaş. Qarşımda tipik avropalı nənə başqa bir qadının qolundan tutub enişli, yoxuşlu pilləkənləri aramla qalxır, bir tərəfdən bələdçinin fransızca turuna qulaq asır, digər tərəfdən də günəşin qızıl saat ərəfəsində amfiteatr üstünə saldığı şəfəqi seyr edirdi. Kənardan baxsanız düşünərdiniz ki, amfiteatr qadının axırıncı səyahətidir. Həmin nənə sevincli-kədərli qəribə hisslər yaşatdı. İnsan ömrünün nə qədər qısa, zamanın isə qəddar olduğunu xatırlatdı…Günəş batırdı mı, yoxsa amfiteatr günəşdən uzaqlaşırdı mı bilmirəm. Hər halda biz də digərləri kimi “me time” yaşamaq üçün fərqli pilləkənlərdə oturub günəşin həmin gün üçün olan son şüalarından zövq aldıq…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nata Hasanova

718 dəfə oxunub

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ???????????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ???????? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.????????Restoran və yeməklərHər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.Restoranlar ????Que Rikas 6 AznLos Platos De Frida 10 AznVips 8 AznEl taurino 5 AznCafe montejo 9 AznAlabama mamma 6AznMi viejo molino 10 AznLos trompos, 6 AznLa casa de los abuelos 7 AznLa Reina İtzalana 6.50 AznYemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️Dadlı yeməklər.Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrAƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

761 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!