1168 dəfə oxunub

Soyuq İsveçrə "sınağı"

Budəfəki səyahətimin şüarı:
"Tanrı məni cəzalandırmaq üçün İsveçrəyə göndərdi" ????

20 saatlıq aclıq, BlaBlaCar'ın sifarişi ləğv etməyi, buna görədə Bern şəhərinə gedə bilməməyim və əvəzinə Zurixə yola düşməyim, orada isə Couchsurfing'in anidən evə qəbul etməməyi və Zurixdə bir gecə 0-2 dərəcə soyuqda çöldə qalmaq, Lokau'da bir skamya tapmışdım ki oturum yemək yeyim, elə bir qısmat ???? yemişdim ki, mənimlə üzbəüz evdən bir qadının çıxaraq şəklimi çəkib "İ am calling police" deməyi ilə işıq sürəti yığıb dağın başına tərəf bir əlimdə ağır çanta bir əlimdə canım norveç balığı dağıla-dağıla necə qaçmışamsa, sonda balığın özünün yox ədviyyatlarının qalmağı, Lindau şəhərində mastercard/visa ilə ödəniş qəbul olunmadığı üçün "bir balaca" da aclığın dibinə düşməyim, Lindau - Munxen qatarında polisin 40 dəfə pasport / bilet kontrol etməyi nəticəsində yata bilməməyim və heçnə anlamadım bu çoxsaylı yoxlanışdan...

77388413_2667049636689683_8958781663211421696_o

370 AZN / 4 şəhər 3 ölkə / 7 gün / Noyabr 2019

Deməli bu səyahətimdə ilk dəfə idi ki, yalnız təyyarə biletlərini əvvəlcədən almışdım vəssalam gediş-gəliş cəmi 40 AZN (Kutaisi - Basel / Munich-Kutaisi)
Qalan hərşeyi yerində aldım və ilk dəfə planı pozaraq Münxendən olan geri dönüşü təxirə salıb yol aldım doğma "last station" Budapeştə ???? Bura getməkdə ən əsas məqsəd dostuma sürpriz etmək idi ????

79329110_2667051180022862_2192158656567443456_o

1. İSVEÇRƏ: Zurix
2. AVSTRİYA: Bregenz, Lokau
3. ALMANİYA: Lindau, Munich

Nəqliyyat vasitələri və xərcləri: 230 AZN

✈ WIZZAIR: Kutaisi - Basel 17 AZN
✈ WIZZAIR: Budapeşt - Baku, 66 AZN
✈ WIZZAIR: Munich - Kutaisi, 23 AZN
???? FLİXBUS: Basel - Zurix, 14 AZN
???? FLİXBUS: Zurix - Bregenz, 20 AZN
???? FLİXBUS+Regiojet: Munich - Budapest, 40 AZN
???? Qatar (OBB): Lochau - Lindau, 4 AZN
???? Qatar (DBB): Lindau - Munich, 48 AZN (Bayern ticket - bu biletlə Bayern ərazisində - Ulm, Lindau, Memmingen, Munxen və s. şəhərlərdə metro və qatardan 9am-3am arası limitsiz istifadə etmək olar)

Yerləşmə: Hostellər və xərcləri: 141 AZN
- Isveçrə
???? Backpack hostel, 65 AZN / 1gecə, Zurix

- Almaniya
???? Euro youth hostel, 46 AZN / 2 gecə, Munxen

- Macarıstan
???? Unity hostel , 30 AZN / 2 gecə, Budapeşt

78297247_2667053786689268_5634556441592332288_o

Deməli çatdım Isveçrənin BASEL şəhərinə, yazdım ki BlaBlaCar şoferinə hardasan qadan alım bəs nə vaxt gəlirsən ???? Dediki qaqa sən 1 nəfərsən sərf eləmirsən (elə bil Maştağa, Bilgəhə gedən manatlıq taksi zaddı ????) Pahoooo qaldıq pis vəziyyətdə, Bernə gedən qatarın qiyməti 36 $ olduğunu görüb dedim flixbus hara mən ora ???? Berndəki ev sahibinə dedim ki bəs mən gələmmiyəcəm bu şofer mənə atdı, dedi no problem. Nəysə o şoferi yad edə edə aldım flixbus bileti və Zurixə yola düşdüm, acından da can verirəm???? Zurixə çatıb ev sahibinə yazıram ki, gəldime gəldim adresi atın görüm, mənə nə yazsalar yaxşıdır ? Biz evdən indi çıxası olduq çox üzr istəyirik, mən də dedim ayıb söhbətdir, sözü belə olmaz ???? Bunlar nə danışır a kişi, çöldə neyniyəcəm bu norveç soyuğunda mən (baxmayaraqki soyuğu sevirəm)?! Aclıqdan soyuğu vapşe hiss edirəm özüdə nəyi var ????
Üz tutdum qatar stansiyasına 2 saat orda qaldıqdan sonra polis gəldiki stansiya bağlanır çölə çıxmalısız. İlahi bu nə temadı???? Nəysə çıxdım bayıra Zurixin mərkəzində 2-3 kruq vurmuşam artıq, barmaqlarımın ucu buz bağlayıb əlimi hiss eləmirəm, getdim biraz gəzəndən sonra gördümki bir ATM bölməsi var, içərisində də bir qız yatıb dedim əla bir isti yer tapdım nəhayət, ordada 2 saat falan keçirəndən sonra səhər ilk açılan restorana daxil oldum, ac adam təəssüf ki qiymətləri yox yeməyi gördüyü üçün məğlubiyyətə uğradı ???? 2 keks və 1 çay cəmi 21 AZN ???? heçnə, çoxda şey eləmirəm ???? Zurixi gecə o qədər gəzmişdim ki, səhər gəzəndə artıq ürəyim bulanırdı, o çətin "vaxtlarım" yadıma düşürdü.

79845572_2667050843356229_7221553445944164352_o

Avstriyada hər şey əla keçdi, Lokau və Bregenzə mütləq baş çəkin, Hər ikisini 1 günə sığdırmaq mümkündür.

Almaniya barədə isə, Lindau kiçik və əhalisi az ola bir şəhərdir, Konstanz (Almanca, Bodennsse) gölünün sahilində yerləşir. Bu şəhərə gəlsəniz mütləq surətdə üzərinizdə nəğd pul götürün. Kart çox məhduddur burda. Munxeni heç sevmədim, böyük, əhalisi çox bir şəhər, tipik avropa şəhəri, eynən Paris.

Deməli mən Munxendən artıq geri qayıtmalı idim, səhər yuxudan durub tez getməli idim Memmingen aeroportuna. Həmin vaxt dostum da orda idi, dedim gedim ona bir jest edim ???? Dedim vapşe getmirəm, nəsə heç getmək qayıtmaq istəmirdim ümumiyyətlə, girdim flixbus saytına baxdım Budapeşt reysinə aldım ilk bileti getdime ver əlini Budapest, hələ hələ Bakıya ucuz bilet tapmisdim????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Royal Planck

DİGƏR BLOQLAR

Ölü şəhər "Eindhoven"

Fukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli belə, mən də Avropa birliyinə qəbul olmuş ölkələrdə təhsil alan tələbələr kimi gəldiyim gündən içində bir “travel” aclığı olan azərbaycanlı kimi gəzməyə başladım və hər dəfə bir “action” yaşadığımdan bu qrupa sərgüzəştlərimi yazmağı düşünürdüm amma necəsə olurdu yazmırdım.Bu sonuncu "travel"dəki aksiyonlar artıq son damla oldu. Deməli Amsterdam hələ qurulmamışdı, mən ad günümü Amsterdamda keçirməyi xəyal edirdim həmişə ???? Artıq bu il şükür o arzum gerçəkləşdi. Yalnız ad günümün son saatları çox da ürək açıcı olmadı, əsas da elə bu səbəbdən yazmaq qərarına gəldim ki, bilməyənlər varsa aranızda məlumatlı olsun bizim çəkdiyimizi çəkməsinlər. Dərd mənasında ????.Deməli biz bir dostumla Amsterdama Eindhovendən gedək dedik, tələbə adamlarıq, başa düşərsiz yəqin. Təyyarədən endikdən sonra Eindhovendə cəmi yarım saat keçirdik və yollandıq Amsterdama. İlk öncə deyim ki, hər gözəlin bir eybi var, Amsterdam da gözəl olduğu qədər bahalı şəhərdi. Turist olduqda isə 2 qat uduzursan, bunu deməyə ehtiyyac yoxdu yəqinki. Amsterdamda görüləsi yerləri çox eşitmişik. Biz demək olar ki, heç 2 gün qalmadıq orada. Ona görə hər yeri gəzmək şansımız olmadı. Gördüklərimizdən:"China town" deyilən yer var, buddistlərin məbədi yerləşir, çox sakitləşdirici mühiti və musiqisi var. Qapıda qoyulan kağızlardan birini seçib, kağızda verilən mesajı oxuya və ya bizim dildə desək falçıya müraciət edə bilərsiz. Kartda yazılanlar isə, tamı tamına Cem Yılmaz demiş, "mutluluk içimizde" türündən bir şeydi, ara yerdə 50 cent qazanırlar mənim kimilərdən :) ) Şəhər özü elə gözəldi ki, elə kanalların ətrafını gəzdikcə, binaları seyr etdikcə sehrlənirsən.P.S.: Sehrlənmə bir az da kanalların ətrafında hər addımda olan "coffee shop"lardan gələn qoxulardan ola bilər ????????. Qidalara gəldikdə çox dadlı pivələri var və pivə ilə içmək üçün "snack" axtarsanız mütləq “bitterballen” dadmağı məsləhət görürəm. "Селёдка“ (herring) deyə bildiyimiz balıqları ilə məhşurdular və çörəyin arasında zövqə görə turşu ilə və ya sadə “serve” edilir, çox dadlıdır. Ən məhşur yeməkləri isə "Stampot" adlanır, ondan yeməyə zamanımız çatmadı, ümid edirik gələn səfərə ????Transport 1 günlük 7.50 eurodur. Müqayisə üçün deyim ki, Milanda bu 4.50 idi.Keçək arzuolunmaz və gözlənilməz hadisələrə. Uçuşumuz Eindhovendən səhər olduğuna görə axşam qayıtdıq Eindhovenə və dedik biraz gəzək sonra da yollanaq “airport”a uçuşa qədər qalaq orada və ba-bammm :) . Saat 12-də yaxınlaşdılar ki, bizim hava limanı bağlanır və bir də 5-in yarısı açılır, mədəni surətdə hava limanını tərk edin. “Airport e airport”, gecə bağlanmaq ???? Bizim də əvvəldən bundan xəbərimiz olmadığına görə qalacaq yerimiz yox idi. Elə həmin gündən başlayaraq, bütün Hollandiyada güclü külək müşahidə olunub və bunun da üstünə yağış yağmağa başlasa nə olar? Gözəllik! ????Yenidən şəhər mərkəzinə qayıtmaqdan başqa bir çarə yox idi. (Qeyd üçün mərkəzdən airporta birdəfəlik gediş 4.50 euro idi.) Dedik day keçib gedək heç olmasa bir yerdə oturub bir şey içərik vaxt keçər. Və budur ikinci ba-bam! Sən saydığını say məsəli. Şəhərdə saat 2-dən sonra heç bir açıq məkan yox idi. “Night club”lar ən geci 2-də bağlanır. (Biri bunlara başa salmalıdı ki, “night” saat 2-dən sonra başlayır) Mən başa salardım da, şəhərdə adam tapmadıq həmin vaxt. Eindhoveni şəhər olaraq "dead city" adlandırdım elə bu vaxtdan sonra. Saat 04.00-a qədər küçədə köhnə maraqlı hekayələrlə, qiybətlərlə ???? vaxt keçirməyə çalışdıqdan sonra yollandıq taksi ilə “airport”a (25 euro). Ondan sonra normal həyata geri döndük amma bir daha Eindhovendən harasa yola düşərikmi heç əmin deyiləm, pis xatirələrimiz var o şəhərlə əlaqəli. Səbri çatıb bura qədər oxuyanlara və yarıda “give up” edənlərə, qısacası hamıya təşəkkürlər :) .Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zulya Abdullayeva

1043 dəfə oxunub

Moda və sənət mərkəzi - Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.İtalyanın moda və sənət mərkəzi sayılan Milana ilk səyahətimdə oranı sevməsəm də ikinci səfərimdə müsbət xatirələrlə qayıtdım. Xüsusən alış-veriş sevənlər üçün Milan əsl cənnətdir. Normalda kənardan ürək ağrısı ilə qiymətlərinə baxılan markalar Milanda ildə 2 dəfə keçirilən shopping festival zamanı bəzən 90%-dək çatan möhtəşəm endirimlər zamanı əlçatan olur. Milanda rəsmi alış-veriş festivalı ildə 2 dəfə, qış və yay aylarında olur və 6-8 həftə aralığında davam edir. Qış festivalı yanvarın əvvəlindən fevralın ortasına, yay festivalı isə iyulun əvvəlindən avqustun ortasına qədər davam edir və bu müddət ərzində üzərində “saldi” yazısı gördüyünüz yerlərdə çox gözəl endirimlər edilir. Milanın əsas hava limanı Malpensa şəhərə 35-40 dəqiqəlik məsafədə, əsasən low cost təyyarələrin uçduğu Milan Bergamo (Orio al Serio) hava limanı isə şəhərdən qatarla və avtobusla təxminən 1 saat aralıda yerləşən Bergamo şəhərindədir. Bir dənə təxminən 20-25 dəqiqəlik məsafədə Linate hava limanı var, adətən ora uçuşlar az olur. Milanda olarkən əşyalarınızdan ehtiyatlı olun, xüsusən arxa cibinizə kaşeloku qoyub gəzməyin.P.S: Milanda gecə həyatı hərəkətlidir və səhərin ilk işıqlarına qədər əylənmək mümkündür.Bu arada təxminən 1 il əvvəl gəzdiyim şəhərlər haqqında postlar yazmağa başladım və bu post səhv etmirəmsə artıq 50-cidir. Postlarda mənfi saydığınız xüsusiyyətlər varsa rəylərdə göstərin ki, gələcəkdə aradan qaldırım. 1) Ucuz necə getməli - Kutaisidən Milan Bergamo hava limanına Wizz Air birbaşa uçuşlar edir və qiymətləri çox sərfəlidir. 2019-cu ilin noyabr ayından etibarən isə birbaşa Tiflisdən-Milan Bergamo hava limanına Ryanair uçuşlara başlayır və bilet qiymətləri çox sərfəlidir. Tiflisə avtomobil və qatarla getmək sizə yorucu gəlirsə xatırladım ki, Buta air səhv etmirəmsə hər gün Tiflisə uçur və əvvəlcədən alsa bilet qiyməti 60-70 manat olacaq (baqajsız). Bergamodan Milana qatarla və avtobusla 4-5 avroya gedib 1 saata çatmaq olur. Bergamoda otellər ucuz olduğundan bəzən turistlər orada qalıb gündəlik Milana gedib qayıdırlar. Həm Bergamo, həm də Malpensadan taksilər şəhərə çox baha aparır, Məsləhət görmürəm. Milanda ictimai nəqliyyat çox rahatdır, şəhərin hər tərəfinə metro və avtobusla rahat gedib çatmaq olur, google vasitəsilə getmək istədiyiniz yerə hansı ictimai nəqliyyat vasitələrinin getdiyini rahatca öyrənə bilərsiniz. İnternet üçün Bakcellin 30 manata 2 gb+ free whatsapp tarifini istifadə edə bilərsiniz, sürət əladır.-Nələri görməli və nə etməli-1) Duomo katedralı və Galleria Vittorio Emanuele II - Milan deyəndə ağıla gələn bu 2 yerdə vaxtın necə keçdiyini unudacaqsınız. Duomonun tikintisi təxminən 500 ilə yaxın davam edibdir. Giriş saatları-09-18:15 arasındadır və katedralın üzərinə çıxan liftlə birlikdə olan bilet qiyməti 14 avrodur. Binanın üzərinə çıxmaq istəməsəniz səhv etmirəmsə liftsiz bilet 7 avrodur. Şortiklə giriş qadağandır))). Galleria Vittorio Emanuele II isə Duomonun sol tərəfində yerləşir və dünyanın ən qədim alış-veriş mərkəzlərindən biri sayılır.2) Museo Novecento - Duomo meydanı yaxınlığında yerləşən bu muzeyə mütləq baş çəkin. Sənət sevərlər üçün çox gözəl muzeydir. İçəridə Picasso, Matisse, Modiglianinin gözəl əsərləri vardır. Giriş qiyməti 6 avrodur. Yuxarı mərtəbəsində çox gözəl Duomo meydanı mənzərəsi vardır. Axşam saat 7-dək açıqdır.3) Santa Maria delle Grazie - Da Vinci möhtəşəm “Son axşam yeməyi - The last supper” əsərini Santa Maria delle Grazie kilsəsinin divarlarında yaradıbdır. Paris üçün “Mona Liza” nə deməkdirsə Milan üçün qarşılığı - The last supperdir. Şəkil İsanın çarxıma asılmadan əvvəl tərəfdarları ilə son axşam yeməyi barədədir. Təəssüf ki, rəsmi saytdan bilet tapmaq çətindir. Görməyi çox istəyib girə bilmədiyim yerlərdən biri oldu. Ucuz bilet üçün bir neçə ay əvvəl rəsmi saytdan bileti almaq lazımdır. Bilet tapa bilməyənlər turlarla 30-50 avro ödəyib içəri girmək mümkündür.4) Piazza Mercanti - Duomo meydanından təxminən 6-7 dəqiqədə yerləşən bu meydana gəlib küçələrini gəzərkən özünüzü orta əsrlərdə hiss edə bilərsiniz. Tarixi binalar çox gözəl qorunub saxlanıbdır.5) La Scala - Dünyanın ən məhşur opera salonlarından biri sayılan La Scala düzü məndə biraz xəyal qırıqlığı yaratdı. Oranı axtaranda 2 dəfə binanın qabağından keçsək də La Scala olduğunu bilmədik. İçəri hissəsi gözəldir amma fərqli bir yer gözləyirdim.6) Pinacoteca di Brera və Biblioteca di Brera - Sənət sevərlər üçün möhtəşəm yerlərdən biridir. G.Bellininin “Pieta”, Rafaelin “The marriage of the virgin”, Francesconun “Kiss” Mantegnanın, Caravaggionun və daha bir çoxlarının möhtəşəm əsərlərini eyni anda görə bilərsiniz. Giriş qiyməti 10 avro.7) Sforzesco qəsri - Avropanın ən böyük qəsrlərindən biri sayılır. Girişi pulsuzdur amma bəzi hissələrinə giriş pulludur. Qəsrdə böyük və gözəl Sempione parkı yerləşir. Məhşur Arco della Pace burada yerləşir.8) Brera bölgəsi - Milanın ən gözəl yerlərindən biridir. Sərfəli otel tapsaz mütləq bu bölgədən tutun. Milanın məhşur yerlərinə buradan piyada gedə bilərsiniz. Sırayla çox gözəl kafelər, restoranlar vardır. Brera botanik bağı da görüləsi yerlərdən biridir. Həmçinin Navigli bölgəsini də mütləq gəzin.9) Galleria d’Arte Moderna - Bonapartın bir vaxtlar yaşadığı bu saray hazırda muzey kimi işləyir. Giriş 5 avrodur.10) San Siro (Guizeppe Meazza) stadionu - Xüsusən futbol sevərlərin mütləq getmək istəyəcəyi yerlərdən biridir. Muzey və stadion turunun qiyməti 22 avrodan başlayır.-Sənət və modanın paytaxtı olan bu gözəl şəhərdə göstərdiklərimdən əlavə onlarla muzeylər və gəzməli yerlər vardır. Yemək qiymətləri normaldır. Restoranlarda ortalama bir böyük pizza 10-15 avro, su qiymətləri 1,5-3 avro, cola 3-5 avro arasındadır. Otel qiymətləri kifayət qədər yüksəkdir, hostel qiymətləri isə pis deyil. Sənətə marağınız yoxdursa, alışveriş etməyəcəksinizsə Milana 1 gün ayırmaq yetərlidir, yox bunlara maraqlısınızsa 3-5 gün rahat ayıra bilərsiniz. Başqa suallarınız varsa rəylərdə yaza bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Gəzgin Həyat

1644 dəfə oxunub

Coldplayın Vyana Konserti: Vyana Bələdçisi

Hərkəsə salam. Nəhayət məndə bir maraqlı post ilə qarşınıza çıxa bilərəm. Avgust Ayında Coldplayın Vyanadakı konsertine getdim və mənə Avstriya visa üçün bütün köməkliyi Elşən İsmayılov etdi İlk şengen visa təcrübəm idi ona görə çox narahat idim. Ama bütün sənədləri qaydasına qoyub apardım verdim səfirliye(o zaman hələ sefirlikdə idi visa müracieti) , Ordakı xanım dedi ki 14 günə gəlib passportuvuzu götürersiz) Çox rahat dedi elebil uje approve edibler , helede oldu 1 aylıq multivisa verdiler.Ən çox dəstəkləyici məqam xarici şirkətdə işləməyimdi və konsertin biletini əlavə etməyim oldu.Bakı-İstanbul-Vyana Bileti alaraq yollandım o gözəl şəhərə. Vyanaya 3 gün ayırmışdım , ona görə oranı doyunca gəzdim . Hava limanından şəhərə 17 avroya qatar var , bunan əlavə o qiymətə 2 avtobus gedişii hədiyyə edirlər. Ən möhtəşəm yerləri isə Prater parknan , Belvedere palace idi. Onu nəzərinizə çatdırım ki , mən bütün biletlərimi online alırdım . Daha sonra Zigmund Freydin və Mozartın ev muzeyine və St. Stephan cathedralına , İmperial Palace getdim. Mən özum Sankt Peterburgda doğulmuşam deye Vyanada sanki İkinci Piterdi çox doğma gəldi mənə, havasıda dağ havasıdı eləbil çox freshdi, avgust ayında yağışın olmasına baxmayaraq nəmişdik yox idi. Gəldik əsas səbabkara bu Coldplay konserti idi. Ümumiyyətlə mənim arzum idi onların o möhtəşəm konsertində olum . Dəyərmiydi ? Dəyərdi hər qəpiyinə qədər. Bileti Ticketmasterin Avstriya saytınan almışdım. Fevral ayında aldığım üçün 150 avroya başa gəldi ön sıra oturacaq yer ( halbuki konsert günü o yerlər 300 avro idi) Şəhər özü avropanın digər şəhərlərini müqayisə etsək bir tık bahadı. Onu deyim ki Romada ərzaqlar daha bahalıdı. Biletlərə ortalama 7-15 avro civarındadı muzeylərə. Avstriyada təəbiki maceralarım bitmədi, yollandım daha sonra Munxene oradanda Alp daglarına daha sonra İtaliya maceralarım başladı. Əgər maraqlı gəldisə 14 günlük tək avropa tripimi bölüşərəm. Onu deyim ki heçdə qorxulu deyil, əsas odu sənədlər pul telefom ustünezde güvencekli şəkildə olmalıdı yoxsa cibgirler ogurlaya biler. Axşam 11 geder gezirdim çünki artıq çox yorgun olurdum , hemdə təhlukesizlik baximindan. Şəkilləri sizinlə bölüşürəmP.S Snitzellerini yememiş şəhəri tərk etməyinPaylaşan: Lyaman Yakh

199 dəfə oxunub

Los Anceles Səyahətim

Lentamıza bir az qlamurluq verək, bunsuz heç cür olmaz. Belə ki, mən sizə bizim sevimli filmlərimizin çəkildiyi və Oskar verildiyi bir şəhər haqqında danışmaq istəyirəm. Bəli, bu “Los Anceles” şəhəridir. Hansı ki, Amerikanlar onu fəxrlə “LA” adlandırırlar. Şəhərin tarixində heç vaxt olmamışdı ki, küçələr belə insanlarsız olsun. Bunu mənə burada yaşayan bir oğlan dedi.Şəkillərdə isə 3 müxtəlif hekayə var.1) Bura “Beverly Hill” mehmanxanasıdır. Harada ki, 6 “Qremmi” mükafatçısı, 15 “Bilboard Music Awards”, 21 “America Music Awards” mükafatını almış müğənni, aktrisa Uitni Hyuston fevralın 11-də dünyasını dəyişib. O, bu mehmanxanada turist kimi qeydiyyata düşüb.2) “Beverli Uilşir” otelini isə məşhur “Krasotka”(Gözəlçə) filmindən tanıyırsınız. Burada kinonun qəhrəmanı Riçard Qir Los Anceles gecələrində itmiş gözəlçəni, yəni filmin digər qəhrəmanı Culİya Robertsi bu otelə gətirir.3) “Bijan” kişi geyim brendinin yeganə dükanı burada yerləşir. Bu eksküliziv dükan 1976-cı ildə Beverliy Hill-də Radeo Drayvda yaradılıb. Dükana gəlmək üçün əvvəlcədən zəng vurub qeydiyyatdan keçmək lazımdır. Zəng vurduğunuz zaman isə verilən ilk sual “siz kimsiz?” sualıdır. Əgər özünüz haqqda dedikləriniz bu brendə uyğundursa, sizi qeydiyyata alıb, növbəyə yazırlar. Bu brend çox məşhur və varlı kişilər üçün geyim hazırlayıb. Bunlar Barak Obama, Corc Buş, Ronald Reyqan, Arnold Şvartsenegger, Tom Kruz, Antony Hopkinsdir. “Bijam” dükanından Rusiyanın prezidenti Vladimir Putin, Bruney sultanı, İngiltərə şahzadəsi Çarlz və Microsoftun yaradacısı Bill Gates də özlərinə kostyum alıblar. Dostluğumda olan varlı dostlarım bu mağazadan heç olmasa bir pencək almağa cəhd göstərin, təbii ki, əgər alınsa. Bax burada deyirlər ki, “Pul hər şeyi həll etmir”. #gezeyenler #lifeisbeautiful #losangeles #beverlyhills #hollywood #consciousness #california— Los Angeles/Hollywood California'da.Paylaşan: Oruc Ibrahimov

181 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!