138 dəfə oxunub

Solo Barselona Səyahətim

Solo Barselona səyahətim
ilk olararağ tək səyahət etmənin mənə görə ən gözəl tərəfi öz daxilimə etdiyim səyahətdir...Özünü tapmağdı.Özünlə danışırsınız, özüvə əsəbləşirsiz və özünüzü olduğunuz kimi qəbul edirsən.



Bunu tək yəmək yəyəndə avtobusda tək oturarkən edə bilərsiz.Yaxud hər hansı bir şəhərin ən məşhur meydanında tək başına çantanız belinizdə , ətrafi insanlari seyr edərkən...İnanın, başqa cür mümkün deyil. Yanınızda söhbət etməli olduğunuz biri və ya insanlar varsa, nə qədər çalışsanız da, özünüzü nə istədiyinizi sakitliyi tapa bilməzsiniz….



Indi gecek gezintime
Men qaca qaca gezmeyi hec sevmirem düzü qaldigim seherlerde en azi 5 gün qaliram cünki en azi 3 günden sonra o weherin ruhunu hiss ede bilirsen yollar tanis gelir eyaglarin özü seni hotele dogru yöneldir ve men bu duygunu cox sevirem




ve Barselonada bu 5 gün o qeder dolu dolu kecdiki .Bu 4 gecəni hostelde qaldim otagimi 10 tanimadigim qizla bölüşdüm yene yeni insanlar tanis oldum ve yeni seyler öyrendim.Barselona seyahet edeceksinizse mütleq esyalarini diqqetli secmelisiz burda ogurlug coxdu .Men bel cantami öne taxaraq gezdim.Gün ərzində əhtiyacim olacaği qədər məbləğ götürdüm yanimda vacib sənədləri hosteldə qoydum.




Park Güell müzeyine biletlerimi 3 həftə öncə aldiç online və çox bəyəndim.Mənim üçün daddli yemək səyahətin yarisidi
Foodbloger ola bilerem yene .
Ciutat comtal restorani bu səyahətimdə ən sevdiyim məkan oldu
La Pallarese çox qədim restorandi burda daddli şirniyyat Chrurros yeye bilersiz
La Papa sağliğli səhər yeməyi yeyə bilərsiz çox moderm idi .



Özümü Flamenco şosuna aparidim çox təsirləndim mükəmməl idi.Qiyməti 30 € idi dəyərdi öncədən almamisdim bileti şəhərin mərkəzində gördüm sizində qarşiniza çixacaq mütleq və aldim :)Zara Bershka Massimo Dutti Mango Pull Bear və sairə menim yadima düşənler bunlardi ispan markalari olduğu üçün qiymətlər münasib idid bol bol alişveriç elemek olar
Və bu səyəhətimdə bol bol sangria içdim.



İspanlarin hazirladiğlari bir içkidi.
Bura bol bol şəkillər yükləyəcəm :)
Qoy şəkillər danişsin

Paylaşan:

Günesch Kroeger

DİGƏR BLOQLAR

Özbəkistan - Səmərqənd

Səmərqənddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, əziz gəzəyənlər!Çoxdandır istəyirəm paylaşım nəsə, amma tənbəllik edirəm. Amma Özbəkistan səfərindən elə xoş abu-hava ilə qayıdacağam ki, paylaşmasam ürəyim partlayar????1) Elə də çox hava yolu şirkəti uçmur bura. Mənim səyahət günlərimə yalnız THY uyğun idi. Sağ əllə sol qulağı qaşıyan kimi, Xəzərin bu tərəfinə İstanbuldan gəlmişəm. Çox yorucudur, eyni səhvi eləməyin. Bakıdan həftədə bir dəfə birbaşa reys var.2) 5 ulduzlu hoteldə belə internet normal işləmir, restoranlarda da internet çox vaxt olmur. İzolyasiya olunmağa hazır olun.3) Mənim əsas səfərim Taşkentə idi. Amma burada o qədər də görməli bir şey yoxdur. Hamı deyirdi ki, görmək üçün mütləq Səmərqənd, Buxara və Nukusa getmək lazımdır. Mən iş üçün səfərdəyəm və artıq qalmağım mümkün deyil deyə böyük mübarizə nəticəsində digər kolleqalarımı təşkilatdaxili iclasımızı Səmərqənddə eləməyə razı saldım. Yaxşı ki, razı salmışam. Əfsanədir!Deməli, səhər Taşkentdən Səmərqəndə təyyarə ilə getdik. Bilet 10 avrodur təxminən. Uçuş müddəti isə 45 dəqiqə. Axşam qayıdanda isə qatarla 4 saata qayıtdıq. Bilet 5 avrodur təxminən. Amma bir də Özbəkistanın Afrosiyab adlı sürət qatarı var, daha yaxşıdır. Lakin bilet tapmaq mümkün deyil. Gedəsi olsanız azı bir həftə əvvəldən alın. Həm Özbəkistan hava yolları, həm də dəmiryolları çox peşəkar təşkil olunub. Çox rahatdır. Küçələri təmiz olduğu kimi, airport, vağzal, qatar, hər yer tərtəmiz idi.3) Səmərqənddə hər şey 14-15-ci əsrdə tikilib. Bildiyiniz kimi, Əmir Teymur dünyada nə qədər yaxşı memar, elm adamı, aşbaz var imişsə yığıb gətirirmiş Səmərqəndə. Bu gələn ağıllı başlar da nələr nələr tikib düzəldiblər. Xüsusilə Əmir Teymurun mavzoleyinə və Registan adlanan,şəhərin mərkəzindəki qədim əraziyə, Bibi Xanım Məscidinə, Şaxizinda kompleksinə, Registanda Əmir Teymurun nəvəsi Ulug bəyin tikdirdiyi məhşur mədrəsəyə getməyi tövsiyyə edərdim.4) Mən yemək mövzusunda çox seçiciyəm. Çox vaxt harasa gedəndə ya bir italyan kafesində tapıram özümü, ya da ac qalıram. Bura Albaniyadan sonra yeməkləri ən dadlı olan ölkə oldu. Özbək plovuna söz yox. ???????? Taşkentdə Plov Mərkəzinə və ya Navat restoranına getmək olar. Amma plovu yalnız günorta bişirirlər.5) insanlar öz dillərindən çox rusca danışırlar. İngilis dili ilə navigate eləmək çətindir. Lakin, o qədər qonaqpərvərdilər ki, anlatamam???? Səmərqəndə səhər 7də çatmışdıq, özbək həmkarımız bizi valideynlərinin evinə dəvət etdiƏvvəldən planlamamışdıq deyə şəxsən getməmək üçün çox təkid elədim. Amma sağ olsun həmkarım, 9 nəfər hərəsi bir ölkədən olan adamı səhər açılmamış sürüyə-sürüyə apardı. İclası onların evində eləyəsi olduq. 4-5 saatlıq müzakirəmiz ərzində dayanmadan isti çay və kofe gətirirdilər, bəlkə 100 litr içmişik. O qədər soyuq idi ki hava!???? hələ bu qədər əziyyət çəkdikləri azmış kimi, günorta bizi plova da qonaq edib, elə yola saldılar.????6) Həm Taşkentdə, həm də Səmərqənddə ictimai nəqliyyat yaxşıdır. Amma taksi də çox ucuzdur. Maksimum 1-1.5 avro.7) Yerli pul Som'dur. 1 avro təxminən 9000 som edir. Hər yerdə mübadilə kursu eynidir. Dövlət tərəfindən tənzimlənir. Amma çalışın səfərin sonunda sizdə som qalmasın. Geri çevirmək olmur.8 ) Bizim qiymətlərlə müqayisədə bura ucuzdur. Əsas məsələ. :) bir də at ətindən hazırlanan dadlı kolbasaları var, yoxlayın 9) Mən bazara getməyi də məsləhət görərdim. Amma nəsə alanda qiymətlə oynayın. Aldatmasınlar :) 20 mindən 10 minə düşmüşdü bir nəfər məsələn :)Ümid edirəm, oxuyanda yorulmadınız. Hələlik????‍♀️#lamiisinUzbekistanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lamiya Rzayeva 

5736 dəfə oxunub

Hurghada bələdçisi

Hurgadadkı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Piramidalar... Nil çayı... Qırmızı Dəniz... Aralıq Dənizi... Çəkici gəlir, həm də çox çəkici. Elə məni də bir neçə il öncə özünə çəkdiyi üçün götür-qoy edib, planımı cızdım və maraqlı olsun deyə, hamı kimi nə Qahirəyə, nə də Şarm-Əl Şeyxə deyil, Hurghada şəhərinə getməyə qərar verdim. Bakıdan birbaşa uçuş olmadığı üçün bileti Tbilisi-Hurghada olaraq aldım. Çantamı da yığıb, yol aldım Misirə tərəf. Hurghada hava limanına endik. Elə hava limanında anladım ki, buranın insanı başqa aləmdir. Baqajımı təhvil alandan otelə çatana qədər hər üzünü gördüyüm ərəb mənə baxıb, “baxşiş” istəyirdi. Hər addımbaşı aldadılmaq, kələk qurbanı olmaq burda adi haldır. Odur ki, bir an öncə otaqda uzanıb, doyunca dincəlmək və ən əsası da burdakı fırıldaqları öyrənmək üçün internetdə balaca bir araşdırma eləmək istədim.Booking etdiyim otel düz Qırmızı dənizin sahlilində idi. Otelin həyəti tamamilə Qırmızı Dənizə bitişik idi. Receptionda isə mənə dedilər ki, bəs otel ağzına qədər doludur, sizin üçün planladığımız otaq saat 11:00-da boşalacaq. Heç nə demədən, razılaşdım və lobbidə oturub interneti açdım, wifi kodunu istəyəndə isə həmin ərəb qardaş mənə dedi ki, burda qalacağın müddətdə wifi istəyirsənsə pul ödəməlisən, tariflər çox idi, nə isə 15 dollar ödəyib bir həftəlik tarif aldım. Oteldə nömrəmə yerləşəndən sonra, bir azca dincəlib, düşdüm Qırmızı Dənizə. Şəkillərdən də göründüyü kimi, dəniz o qədər təmiz, o qədər şəffaf idi ki, dərin yerlərdə də dənizin dibini görmək mümkün olurdu. Dənizin sahilində addımladıqca, ayağımın altından sağa-sola qaçan rəngli balıqlar və xırda dəniz həşəratlarına baxmaqdan doymurdum. Hurghada sakit, həm də yeni salınmış şəhərdir. Belə eşitmişdim ki, bu şəhər sırf turistlər üçün qurulmuş şəhərdir və buranın əhalisi bütünlükdə turist axınından dolanır. Ona görə də sözün həqiqi mənasında ora gələn turistə yerli ərəblər, “nə qoparda bilsəm qənimətdir” kimi baxırlar. ))) İnanın ki, gedəcəyim bir yer üçün yaxınlaşıb, yol soruşduğum hər 4 ərəbdən 3-ü yolu göstərdiyi üçün də məndən pul istədi) Nə isə keçək şəhər təbiətinə. Hurghada əsl istirahət şəhəridir. Bura nə alış veriş üçün nə də səyahət üçün münasib seçim deyil. Bu şəhərə yalnız dəniz üçün, dincəlmək üçün gəlmək lazımdır. Onu da deyim ki, misirlilər rusları çox sevir. Rus dilində mağaza adları, restoran menyuları, xidmət sferalarındakı rusdilli işçi sayı çoxdur. Rus dilini bilirsinizsə burda rahat-rahat gəzə bilərsiniz. Oteldə ölkədaxili tur xidməti var idi. Yaxınlaşdım və Qahirə turu üçün rezerv etdim. Toplam tur üçün 70 dollar ödədim. Tura daxil idi –Hurghada – Qahirə - Hurghada istiqamətində komfortlu avtobus, gün ərzində yemək (yeməyə su daxil deyildi, yəni restoranda oturub, istədiyin hər şeyi pulsuz sifariş edə bilərsən, amma su istəsən onun pulunu ödəməlisən), Qahirədəki bir neçə muzeyə giriş biletləri, Piramidalara və Sfinks məbədinə səyahət və s. İnsaf naminə onu da demək lazımdır ki, Qahirə və ümumiyyətlə Misir – səyahət üçün gözəl yerdir. Misir Tarix Muzeyi çox möhtəşəmdir, muzey daxilində çəkiliş aparmağa icazə vermirlər. Lakin sizə əminliklə deyə bilərəm ki, bir gün başdan-başa, 24 saat bu muzeyi gəzsəniz belə, bütün eksponantların hamısına baxmağa vaxt çatmaz. Nələr yoxdur ki muzeydə ? – Fironların mumiyaları, Kleopatranın qızıldan taxtı, mumiyalanmış kahinlər və s. Və maraqlısı odur ki, mumiyalar xüsusi soyuq otaqlarda və şüşə altında saxlanılır, şüşələrin hər iki tərəfindən süni şəkildə soyuq hava sirkulyasiyası vurulur. Mumiyalardan gələn ətir o qədər xoşdur ki, indiki “bərkgedən” parfümlərin heç birindən belə gözəl qoxu gəlmir. Bu bir daha qədim Misirdə olan mədəniyyətin hansı səviyyədə inkişaf etməsindən xəbər verir. Bir sözlə yolunuz Misirə düşsə bu Muzeyə baxmadan geri gəlməyin. Çünki bu muzeydə görəcəklərinizi dünyanı 10 dəfə fırlansanız da başqa yerdə görə bilməyəcəksiniz.​İkinci məntəqəmiz ecazkar Misir ehramları – piramidalar idi. Piramidalar Qahirə mərkəzindən çox da uzaqda olmayan Gizada yerləşir. Bəzən filmlərdə, yaxud şəkillərdə piramidaları düz Nil çayının sahilində təsvir edirlər, əslində isə belə deyil. Piramidalar Qahirədən bir az yüksəklikdə, demək olar ki, səhralıqdadır. Ehramların ətrafında dağılmış məbədlər, sınmış sütunlar, məhv olmaqda olan tarix izləri saysız hesabsızdır. Ehramların yanında dəvə ilə gəzən ərəblər sizə fotoşəkil üçün dəvə təklif edəcəklər, qəti şəkildə qiymətini əvvəlcədən danışmadan dəvəyə minməyin. Və əgər bunu etmək istəsəniz əlinizdəki əşyaları kömək üçün “verin saxlayım” deyən balaca ərəb uşaqlarına verməyin, yoxsa bu qarabalalar sizdən 10-15 dollar almasalar sizin əşyalarınızı geri qaytarmayacaq. Zorla istəsəniz onsuz da ala bilməyəcəksiz ))). Piramidaların ən böyük olan Xeops ehramıdır. İçinə girməyə dəyməz, çünki maraqlı heç nə yoxdur. Dar bir koridora bənzəyən pilləkənli yerdən keçib, balaca bir otağa daxil olacaqsız və orda da heç bir şey yoxdur. Əvəzində isə 15 USD alacaqlar.Alış veriş üçün bazarlarda qiymət danışa bilərsiniz həm də əsl azərbaycansayağı formada. Almaq istədiyim bir qab üçün tələb olunan 55 USD əvəzinə 12 USD ödəyib aldım. Yəni sizə hər deyilən, hər üstündə yazılan qiymət mütləq şəkildə şişirdilmiş qiymətdir. Çəkinmədən bazarlıq edin. Mətbəxləri dadlıdır. Ədviyyatdan çox istifadə edirlər. Başqa ölkələrə nəzərən burda “nə yeyim” sualı verməyəcəksiniz özünüzə. Ət yeməkləri boldur. Bir sözlə, bu ölkədə çox diqqətli olun, hörmətli olun )))) Ümid edirəm yorucu yazı yazmamışam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl

1347 dəfə oxunub

Avstriya, Vyana turu

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.1. Ümumi təəssüratlarım.Vyananı haqqında eşitdiklərimə uyğun olaraq çox gözəl təsəvvür edirdim. Gördüklərimdən sonra da qətiyyən yanıltmadı bu şəhər məni.Rahatlıq, gözəl binalar, saraylar, insanlarda olan alicənablıq, küçələrin təmizliyi, səliqəsi, nəqliyyatın uyumluluğu və sair. Bir sözlə Vyana 'Vyana' idi.2. Gəzib gördüklərim.2 günlük tura nəyi sığışdıra bildiksə onları görməyə çalışdıq. Schönbrunn sarayına elə bir gün sərf olundu. 24 avroluq gəzinti paketi almışdıq (adını xatırlamıram) və həmin paketlə saray ərazisində 5 məntəqəyə giriş şansı var idi - Sarayın öz daxili gəzintisi, Orangerie, Qapalı bağ ərazisi, Labirintlər və Gloriette. Mənim kimi şəkil çəkmək həvəskarı üçün o pula dəyərdi, ancaq sadəcə sarayın xarici ərazisini görmək istəyənlər üçün giriş pulsuzdur. Pulsuz ərazi özü sarayın təxminən 70-80 faiz ərazisini əhatə edir. 2-ci gün Rathausplatz, Hofburg sarayı, Parlament binası, Qızılgül bağı, Stephansplatz kilsəsi, Belvedere sarayı və Luna parka gedə bildik. Hər biri gözəl idi. Yolunuz düşsə mütləq bu yerlərə gedin.3. Məsləhətlərim.Vyanaya gedirsinizsə ən azı 4-5 günlük gedin ki, rahat gəzə biləsiniz. Nordsee restoranına gedin, Paolo Bortolotti dondurmalarını dadın, turistlər üçün şəhər avtobus turlarından istifadə edin. Vyanada olanda təcrübəsiz idik deyə bu turlardan istifadə etməmişdik, ona görə də 2-ci gün görməli yerləri axtarıb tapana kimi çox vaxtımız getmişdi. Gedəsi olsanız 20-25 avronuzdan keçin və rahat şəkildə gəzintinizin dadını çıxardın.4. Nəqliyyat sistemi haqqında.Əsas məsələ)) yerin altında və üstündə 6 xətli, 4-5 mərtəbəli metro xətləri, dəmir yolu, tramvaylar, avtobuslar, maşın yolları, velosipedçilər üçün zolaqlar, piyada keçidləri və bunları birləşdirən ümumi bir cəhət - rahatlıq. Şəhərin demək olar hər bir nöqtəsinə metro gedir. Xətlərin çoxluğuna baxmayaraq xəritə çox sadədir, çətinlik çəkmədən istənilən yerə getmək olur. Metroya bilet 2,20 avro idi səhv etmirəmsə. Maraqlı olan o idi ki, biletləri yoxlayan yox idi. Biz 2 gün ərzində 2 dəfə bilet aldıq. Birincini alıb aparata vurduq, sonra gördük ki, heç kim bilet vurmur (yerli əhali 1 aylıq biletlər alır deyə vurmağa ehtiyac yoxdur). Ona görə 2-ci bileti alanda aparata vurmadan keçdik və 2 gün ərzində özümüzlə gəzdirdik. Yaxınlaşıb yoxlayan olsaydı 'turistik, aparata vurmaq lazım olduğunu bilmirdik' deyə bilmək üçün)) Amma yoxlanılsaydıq bu cavabla cəzadan qurtula bilərdikmi onu bilmirəm, cəza da nə az, nə çox 60 avrodur.Digər məsələ dəqiqlikdir. Əgər biletinizdə 09.03, 10.24 və sair, nə yazılıbsa dəqiqliklə həmin vaxtda orada olun. Bakıdakı kimi heç kimin göz yaşlarına baxmırlar, avtobusa 1-2 dəqiqə gecikmə ilə çatdınızsa, gözünüzün qabağında avtobusunuz getdisə, arxasınca əl eləməkdən başqa çarəniz yoxdur, necə ki, bizim başımıza gəldi (( Alman dəqiqliyi hər yerdədir.5.Bəyənmədiklərim.Bura nəsə yazmış olsam, günah etmiş olaram. Vyananın bəyənilməyəsi bir yanı yoxdur. Sadəcə atlardan gələn qoxular diskomfort yaradırdı. Bir də bahalıq.... O da avstriyalıların günahı deyil, sadəcə biz 'kasıbıq'))6. Gələcəkdə etmək istədiklərim.Dəfələrlə və dəfələrlə Avstriyaya getmək... Vyana zooparkını gəzmək, yerli yeməklərdən dadmaq, Vyanada gecə gəzintisinə çıxmaq, Lunaparkdakı bir çox attraksionlardan istifadə etmək, Hallstatt, Salzburq və digər şəhərləri gəzmək. Qismət olar, ya olmaz onu bir Allah bilir. Mənə ümid edib dua etmək düşər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nərgiz Müzəffərova

3172 dəfə oxunub

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibzade

1301 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!