1163 dəfə oxunub

SLOVENİYA - Bled və Lyublyana

Lyublyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bleddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Axşamınız xeyir, əziz Gəzəyənlər. Bugün sizlə SLOVENİYA səyahətimi bölüşmək istəyirəm. Biraz uzun olacaq ama oxusanız əminəmki bucket listinizə salacaqsınız ????. Sloveniya olmayanlara məsləhət görəcəyim yerlərdəndir. Təbiəti çox gözəldir və qədim tarixi var ????
Qiymətlər də digər Avropa ölkələri ilə müqayisədə çox ucuzdur. Pul vahidi € olduğuna görə exchangelərdə əlavə pul da itirməmiş olacaqsız.

50072424_2232797070372532_668161529593462784_n

Sloveniyada ümumilikdə 2 yerdə oldum: BLEDLYUBLYANA. Lyublyanaya 6€ ya avtobuslar gedir Bleddən. Hostellərin qiyməti min. 10-15 €-dan başlayır. Aşağıdakı şəkillərdən Bledin necə də gözəl olduğunu görmək olar ???? ????????????

Şəhər o qədər maraqlıdır ki, hər növ turist üçün (sevgililər, dostlar, qocalar, uşaqlar və s. ) ƏYLƏNMƏYƏ nəsə tapmaq olar: Velosiped ilə hiking mi deyim, canyoning mı deyim, rafting mi deyim, alp dağlarından rollercoster ilə düşmək mi deyim (poletno sankanje) mağaramı, şəlaləmi deyim nə deyim? ????????????????????Bizim vaxtımız az olduğu üçün heyf gedə bilmədik ama əgər Bledə gedəcəksinizsə çalışın isti vaxtlarda gedin çünki biz qışda getdik və sadaladıqlarımım demək olarkı hamısı bağlı idi ???? birdə Triglav parkı var mütləq görün yuxarıda saydıqlarımın çoxusunu o parkda tapacaqsınız ????????Hə bir də cütlüklər üçün ideal yerlərdəndir ???? Əsl evlənmə təklifi ediləsi yerdir ???? ????????

49895923_2232797163705856_4547920966855950336_n

İndi isə Lyublyana haqqında məlumat verim ????
Əvvəlcədən deyim Praqa ilə müqayisə olunacaq dərəcədə gözəl şəhərdir ????????. Kanallarla, körpülərlə doludur . Gözoxşayan arxitekturası var. Hiss olunur ki, şəhəri turistik məkana çevirmək üçün hər şey edirlər ???????? Ən maraqlı yerləri mərkəz meydanı (Prešeren square), lyublyana qalası (Ljubljanski grad), illuziya muzeyi, Tivoli parkı və xüsusi olaraq kampingçilər üçün nəzərdə tutulmuş Boutique Camping Ljubljanadır. Az olmağına baxmayın (bunlar ən əsaslarıdır to do in Ljubljana) elə bu 5 yeri gəzmək üçün 1 gündən çox vaxt lazımdır. Biz Lyublyana qalasına getdik (şəkillərin çoxusu o qaladandır). Qala şəhərin ən üst hissəsində yerləşir və çox qədim tarixi ilə yanaşı həm də mifiylə də məhşurdur. Bu arada şəhərin simvolu da elə o miflə əlaqədar olaraq Əjdahadır ????????.

49411185_2232797347039171_521009073789861888_n

Deməli qalanın içini gəzmək üçün bir adı bilet almaq olur, bir də 10€ ya ‘Escape castle’ bileti almaq olur hansıki o biletlə qalanın həm tarixini, həm dəki mifi daha dərindən öyrənmək olur. Biz də 2-3 € artıq verib o bileti aldıq ????????‍♂️???? Deməli oyunda əvvəlcədən verilmiş ipuclarından istifadə edərək qalanın 5 fərqli yerindəki kodları tapmalısan və ən sonda o kodları yazanda qapı açılır və oyunun son hissəsi orada davam edir. Aşağıdakı videoda spoiler vermishem ama çox azca ????????

Məncə bu qədər məlumat bəs edər çox yazıb başınızı da ağrıtmaq istəmirəm atalar deyir 100 dəfə eşitməkdənsə 1 dəfə gedib görmək yaxşıdır ????. Onsuzda inanmıram hələ bu qədərini axıra kimi oxumağa həvəsi olan tapıla ????????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Toghrul Akbarov

DİGƏR BLOQLAR

Montenegero: Kotora Səyahət

Gəlin sizlə qəşəng Montenegronun çox əntiqə Kotor şəhərindən bir iki kəlimə təcrübə bölüşüm Kotorda mütləq ediləcəklərKotora getmisizsə mütləq Adriatik dənizində çoxlu üzüb, günəşlənməli və dəniz aktivitelərindən istifadə etməlisizAdriatikin Kotor sahilləri təmiz ama nisbətən daşlıdı ona görə gedəndə uyğun dəniz ayaqqabısı aparın özünüzlə.Dənizsahili çox qəşəng restoranlar var, dənizə qarşı günbatımında balıq supu və balıq steak mütləq dadmalısız Bunun üçün Dobrota qəsəbəsini seçsəz peşman olmazsızMütləq gəmi turu götürün, turun qiyməti bir nəfər üçün 30 euro müddəti isə 3-3,5 saat olur. Gəmi turuna daxildir:Our lady of rocks-Dənizin ortasında adadır içərisində qədim kilsə yerləşir.Perast Mamula adası-həbsxana kimi istifadə olunub. Blue Cave- mavi sularda 15 metr dərinlikdə 30-40 dəq üzmək üzə bilmirsizsə sizə jilet verirlər və su çox duzlu olduğunda batmırsızSubmarine Cave- ordunun gizlənməsi üçün istifadə olunub.Adrenalin sevirsizsə qəşəng musiqi sədaları altında yüksək sürətlə gedən gəmidə oynamağa cəhd sizi lap çox xoşbəxt edəcəkKotor şəhər mərkəzində gəziləcək yerlər;Kotor old townCathedral of Saint TryphonClock TowerChurch of Saint NicholasCastle of San GiovanniThe Old City Walls and BastionsKotor Cats MuseumKotor BazaarBoka (Bay of Kotor) Church of St.LukePiazza of the ArmsRestoranlarKonoba PortunPescaria DekaderonCesaricaTanjga Kotor ölmədən mütləq görüləsi və dənizində üzüləsi şəhərdi, mütləq gedin. Sualiniz varsa yaza bilərsiz, daha çox insan postdakı informasiyadan xəbərdar olub, gəzib xoşbəxt olsun deyə paylaşa bilərsizDaha ətraflı məlumatları və şəkilləri instagram (https://instagram.com/hilalabdullayeva?utm_medium=copy_link) hesabımdan izləyə bilərsizPaylaşan: Hilal Abdullayeva

151 dəfə oxunub

20 Günlük Bali Səyahətim

Salam əziz Gəzəyənlər!Sizinlə Sentyabr ayında olan Bali səfərimiz barədə bölüşmək istəyirəm. Maraqlı və faydalı bir post olacağına inanıram.İlk öncə onu qeyd edim ki, əgər həqiqətən dadını çıxarmaq istəyirsinizsə, uzun müddətli getmək lazımdır. Mən çox detallı araşdırıb, çox yaxşı bir planla 20 günlük getmişdim amma görmədiyim, edə bilmədiyim o qədər şey qaldı ki. Təbiət o qədər möhtəşəmdir ki, hər şeyi görmək istəyirsən. Mütləq bir də gedəcəm. Bu adada insanlar həddindən artıq mehriban, yardımsevərdilər, turistlərə xüsusilə yaxşı davranırlar, çünki əhalinin əsas gəlir mənbəyidir. Mən Bali xalqını, mədəniyyətini, düşüncələrini çox bəyəndim, yerlilərlə çox söhbət etdim, çox başqa dünyaları var.Bildiyiniz kimi Balidə müxtəlif populyar qəsəbələr var. Biz 3 fərqli locationda (Ubud, Seminyak, Nusa Dua) qalaraq, adanın mərkəzini, cənubunu və qərbini yaxşı gəzdik deyə bilərəm. Səyahətimizə Ubudda başladıq. Airbnb-dən cəngəlliyin içində, şəxsi hovuzu da olan çox qəşəng villa tutmuşdum. Ümumiyyətlə qeyd edim ki Bali həddindən artıq turistik bir yerə çevrilib. O qədər ekspat var ki, yerlidən çox turist görürsən. Xüsusilə də Canggu, Seminyak kimi sahil qəsəbələrində. Ona görə də burada sakit bir Airbnb tutmaq daha məntiqli idi mənimçün. Ubud yamyaşıl bir kənddir deyə bilərəm, amma xeyli inkişaf edib. Təbiətdə olmaq, o “spiritual” abu havanı hiss etmək, yerli xalqla iç-içə olmaq istəyirsinizsə buranı çox bəyənəcəksiniz. Düyü tarlaları, yelləncəklər, şələlələr kimi bir çox popular turist “destination”ları da buradadır. Təkcə Ubuda minimim 1 həftə vaxt lazımdır.İkinci qaldığımız Seminyak isə adanın qərbində yerləşən bir sahil qəsəbəsidir. Public çimərlikləri də var, bahalı beach clubları da. Qiymətlər dünya standartına baxanda normaldır, amma Azərbaycandakı beach clublar ilə müqayisə eləsək daha ucuz və daha gözəldir. Burada isə çox uyğun qiymətə otel götürmüşdük. Biz Seminyakda qalarkən adanın qərb sahili boyunca bütün qəsəbələri gəzdik demək olar, yaxındır. Ən çox Uluwatunu bəyəndim. Bir də getsəm Seminyakda yox, məhz Uluwatuda qalaram. Seminyakda həddindən artıq sıxlıq, çox adam, çox turist var idi. Uluwatu isə qayaların üstündə bir sahil qəsəbəsidir və Balidəki ən qəşəng çimərliklər burdadır. İnanılmaz gözəl, vəhşi, əl dəyilməmiş çimərliklər var idi, yolları bir az çətindi və buna görə də az adam var. Biz bir neçəsində olduq (Padang Padang Beach, Nyang Nyag Beach, Green Bowl Beach, Suluban Beach, Uluwatu Beach). Uluwatu “surfer”lərin məşhur məskənidir. Biz hər gün Seminyakdan Uluwatudakı çimərliklərə gedirdik, ona görə də məncə Uluwatuda qalmaq daha məntiqlidir. Çox adam sahil qəsəbəsi kimi Seminyak və Cangguda qalmağı seçir, amma Canggu artıq Amerikalılar və Rusların əlindən başqa bir yerə çevrilib demək olar Mənimçün adanın öz ruhunu hiss etmək daha maraqlıdır. Səyahətimizin son 4 günü isə sırf passiv istirahət etmək üçün adanın resortlar olan bir hissəsini seçmişdik - Nusa Dua adlanır. Burada birbaşa çimərliyə çıxışı olan otel seçmək məsləhətdir.Balidə ictimai nəqliyyat yoxdur. Maşın məsləhət görülmür, yollar həddindən artıq dardır, saatlarla tıxacda qala bilərsiniz. Ən yaxşısı motordur. “Gojek” applicationu var, 2-3 manata motor taksi sifariş edirsiniz, sizi sürətli hər yerə çatdırırlar, çox da əyləncəlidir. Bu appdən yemək, maşın, hər şey sifariş edə bilərsiniz, çox əla işləyir. Biz bütün səyahətimiz boyu bundan istifadə etmişik. Özünüz sürə bilirsinizsə günü 2-3$-a motor da kirayələyə bilərsiniz. Yalnız uzaq kəndlərdəki şəlalələri görməyə gedəndə 2-3 gün maşın kirayələmişdik, çünki motorla təhlükəli olardı. Maşını da böyük ehtimal qaldığınız evin sahibi ya otel sizinçün təşkil edəcək.Diqqət etməli olduğunuz tək məqam “money exchange”dir. Kamerası olmayan, digərlərindən daha yüksək rate təklif edən yerlər çoxdur, orada pul dəyişməyin, çox professional şəkildə aldadırlar insanları. İnternetdə bu barədə kiçik bir axtarış etsəz çox məlumat görə bilərsiniz.Sizinçün aşağıda kiçik bir görülməsi gərəkənlər siyahısı yazıram:* Sekumpul şəlaləsi* Fiji şəlaləsi* Banyumala şəlaləsi* Leke-Leke şəlaləsi* Git-Git şəlaləsi* Ulun Danu Beratan məbədi* Pura Taman Pecampuhan məbədi* Lempuyang məbədi* Pura Tirta Empul məbədi* Uluwatu Temple* Tegallalang düyü tarlası* Luwak coffee tasting* Kecak Fire Dance (Uluwatu Temple)* Bali massageAşağıda isə Ubudda gedə biləcəyiniz çox gözəl mənzərəli bir neçə restoran paylaşıram:* Taman Dedari* Sayan Restaurant* Cretya Ubud* Indus Restaurant* Rüsters RestaurantSizə xoş səyahətlər arzu edirəm! Aşağıda səyahətimdən fotolar yerləşdirirəm. Suallarınızı postda cavablamağa hazıram.Daha detallı məlumatları və paylaşımları isə aşağıdakı instagram hesabımda görə bilərsiniz. https://instagram.com/sevinjaghja...Paylaşan: Sevinc Ağca

222 dəfə oxunub

Müqəddəs şəhər - Qüds

Yerusəlim (Qüds)Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər!Çox şəhərlərdə olmuşam) Arxitektur gözəllikləri, təbiəti gözlərimi qamaşdıranı da olub, nəfəsimi dayandıranı da. Gəzib dolanırsan, qayıdandan sonra şən,qayğısız, pozitiv, hansısa sərgüzəştnən əlaqədar dolğun duyğular qalır. Amma elə şəhərlər var ki, yadıma salanda ürəyim çəkilir, elə bilirəm ki, mənim qəlbimi sevindirən bir qəşəng nəyimsə var) Bax elə bu “ürəyimi çəkən , qəlbimi sevindirən nəyimsə var” olan məkanlardan biri də - Yerusəlimdir! Düzünü heç bilmirəm, Qüds haqqında nələr yaza bilərəm, nələri anlada bilərəm... Yerusəlimi ancaq hiss edərək, onun aurasında itərək anlamaq mümkündür) Birinci tanışlığım deyildi bu şəhərlə, amma bu dəfə özümə söz verdim ki, Qüdsün hər daşının altına baxacam. Məlumat: Viza- RF vətəndaşı olduğuma görə viza problemi yaşamadımMoskva-TelAviv baha olduğundan, tranzit reysə bilet aldım. Aviabilet /TURKISH AIRLINES/ 2 tərəfli Moskva-Stambul-TelAviv - 17000₽=273$; 30 kq baqaj, 8 kq əl yükü National Hotel -Jerusalem, Booking’den bron etdim, 5 qecə -30000₽=483$ , səhər yeməyi daxil. Çox rahat uçuşum oldu , səhər 04.10 Moskvadan , 12.15 TelAviv’ə endim.Gəzəyənlik həyatımda ilk dəfə idi ki, əl yükümü (kitabın vərəqələrinə qədər) və məni (qulaqlarıma kimi) Stambul aeroportunda yoxladılar, yani İzrailə uçan hər sərnişini.TelAviv aeroportundan çöle çıxan kimi, sağ tərəfdə ( 15 addımlıqda) qatar stansiyası var.17 şekelə = 4.90$ bilet aldım, 23 dəqiqəyə Yerusəlimdə oldum. Oradan da 50 şekelə taksiylə otelə getdim)Yerusəlim - 3 səmavi dinin şəhəridir. Ayaqları torpağına dəyən, sözləri söylənilən, qovulan, döyülən, öldürülən, sayılan, sevilən Peyğəmbərlərin diyarıdır Qüds.Dünya görüşümüz 2 şeydən ibarətdir: mütaliə 95% təşkil edir və gəzmək 5% (mənim fikrimcə).Qüdsün tarixindən, bizə çatan keçmişindən, indisindən bixəbər olaraq ora getsəniz, siz ancaq adi bir şəhər görəcəksiniz- bazarlarıyla, dar küçələriylə, qırıq-sökük abidələriylə, daşıyla-divarıyla, fərqli insanlarıyla. Qüdsü Qüds edən, tarixini indiyə qədər yaşadan möhtəşəm bəndələrin həyatını, talehlərini oxuyaraq, əsrler boyu o diyarda yaşanan və nə yaşanacaq hadisələrlə tanış olub ora səyatə çıxın.Anlayışsız getsəniz belə, Yerusəlim kimi şəhərlərin qeyri-adi enerqetikası var, sözsüz o sizdə bir iz qoyacaq...Yerusəlimin ən qədim hissəsindən söhbət açacam, Qüdsün qəlbi sayılan - Köhnə Şəhərdən.Gördüyünüz divarlar Köhnə Şəhəri əhatə edir- Davudun (hz.Davud peyğəmbər) divarları adlanır ( 4,5km uzunluğu, 5-15 m hündürlüyü, 5m eni, 35 qülləsi). Bir neçə dəfə məhv olmasına baxmayaraq, demək olar ki, I əsrdə olduğu yerdədir.Sonuncu dəfə Osmanlı İmperatorluğunun sultanı Möhtəşəm Süleyman tərəfindən 1538-1540 illerde inşa edilib.Divarın 11 qapısı olub .İndi 8 qapısı var: Damask (Şhem), Yaffa, Sion (David qapıları), Zibil (Zərər), müqəddəs Stefan(Aslanlar), İrod (Gül), Yeni və Qızıl.7-si aktivdir ve bu qapılardan Köhnə Şəhərə keçə bilərsiniz. Divar boyu gedib, çatacam David qalasına ve Yaffa qapılarına.Davud qalasıDavud qalası Yaffa qapısı yaxınlığında, şəhər divarının içərisində yerleşir, e.ə. II əsrdə inşa edilmişdir. Sonralar xristianların, müsəlmanların Qüdsün fəthləri zamanı dəfələrlə məhv edilmişdir və yenidən qurulmuşdur.Axırıncı dəfə 15-ci əsrdə sultan Süleyman tərəfindən tamamlanmışdı, yəni İndiki gördüyümüz , bizə çatan haliyle.1898-ci ildə Alman İmperatoru Vilhelm şəhərə böyük atlı arabalarla girmək istəyir. Belə bir gəliş üçün orta əsr qapıları dar olduğundan, Yerusəlim divarının davamlılığı Yaffa qapılarına çox yaxın bir yerdən yırtılır.Fotoda’ki hemen yerdir. Yaffa qapıları Köhnə Şəhərin ən işlək qapılarından biridir. Qapılardan xristian və erməni məhəlləsine keçmək olur.Ərəblər “Bab əl-Xəlil” (Dostun qapısı) adlandırırlar . Dost - hz.İbrahim peyğəmbəri nəzərdə tuturlar. Hz. İbrahim peyğəmbər Hevronda yaşamış və dəfn edilmişdir, bu səbəbdən Yaffa qapılarına Hevron qapıları da deyilir. Ərəblər həm də bu qapını “Bab Mihrab Daud”( hz.Davud peyğəmbərin duası qapısı) adlandırırlar. Yaffa qapısı iç tərəfdən (qırmızı işarə)Qapının sağ tərəfində Yerusəlim divarlarına gəzinti biləti satılır. Qiyməti 20 şekel-5,78$. Qeyri günlər, bir biletlə divarın hər iki tərəfini gəzə bilərsiniz. Nəzərinizdə olsun ki, şimal tərəf saat 16.00 İrod qapıları yaxınlığında bağlanır.P.S.2-ci mərtəbədə tualet var ( yaşıl işarə)Zeytun dağı (Helleon dağı ) -bir təpədir.Qədim dövrlərde zeytun əkilərmiş, bu səbəbdən belə adlanır).Bütün yamac qədim yəhudi qəbiristanlığıdır. Çox bahalı qəbirstanlıqdır, 1m² torpaq 500000$ qiymətləndirilir. Deyilənə görə, Qiyamət günü birinci bu qəbirlərdən bəndələr oyanacaq.Dini baxımdan Zeytun dağı hz.Davud, hz.Süleyman, hz.Ezekiel, hz.Zəkəriyyə, hz. İsa peyğəmbərlərlə əlaqesi olan məkandır.David divarının cənub hissəsindən mənzərəni çəkmişəm.Zeytun dağına qalxsanız, Köhne Şeheri çox gözel göre bilersiniz)Müqəddəs Stefanın qapısı. Qapının ikinci adı - Aslan.Aslan Qapısı, Köhnə Şəhərin şərq divarındakı yeganə açıq qapıdır. Aslan Qapısı 1538-39-cu illərdə Osmanlı İmperatorluğunun sultanı Süleyman tərəfinden inşa edilib.Burdan Via Dolorosa boyunca səyahəte başlaya bilersiniz.Onların vasitəsi ilə şəhərdən Zeytun dağına’da getmək asandır. Qapının ərəbcə adı - "Bab Sittti Mariam" (Müqəddəs Məryəmin Qapısı).Qapının yaxınlığında Müqəddəs Məryəmin qebri yerleşir.Qapının sol terefinde qebrstanlıq var.P.S. Şəhərdə birinci günümdü) Otelə yükümü qoyub, düşdüm küçələrə) Aza-aza necə gəlib çıxmışam bura, heç anlayışım yox. Qabaqdan gelen iki yaponmu, kitaymı turıstlerinden xahiş etdim şəklimi çəkməyə. Bərbad fotodur, “Aslan qapılarıyla” birge yeganə şəkildir)Qızıl qapılarHz.İsa peyğəmbər bu qapılardan Yerusəlimə girib. Köhnə Şəhərin ən qədim qapısı sayılır. Hal-hazırda, onlar daşla hörülüb, amma girişini göstərən tağlar divarda aydın görünür. Qızıl qapı "tövbə qapısı" və "mərhəmət qapısı" adlanan iki girişdən ibarət idi.Qapılar nə üçün hörülüb, nədən qabağında müsülman qəirstanlığı salınıb - maraqlı səbəbi var)İrodun qapısı ( Çiçəkli də deyilir)Qədim Şəhər divarının şimal-şərq hissəsindədir. Qapılar müsəlman məhəlləsinə aparır.Çiçək qapısına yaxın Rokfeller muzeyi və Yerusəlim üçün fəlakətli proqnozlar yazdığı hz.Ermiye peyğəmbərin mağarası yerleşir.Zibil Qapısı -Yəhudi Məhəlləsi və Ağlama Divarın əsas qapısıdır.Zibil qapısı Köhnə şəhərin ən dar və ən alçaq qapısı idi. 1952-ci ildə Qüdsün bu hissəsinə nəzarət edən iordaniyalılar Zibil Qapılarını genişləndiriblər.Köhnə Şəhər - Qüdsün qəlbi sayılan, ən qədim hissəsidir.Burada üç dininin əsas ziyarətgahları yerleşir:Yəhudi - Ağlama Divarı, İslam məscidləri Əl-Əqsa və Qaya Qübbəsi və xristian- Məsihin Dirilməsi Kilsəsi.Köhnə Şəhər məhəllələrə bölünüb - müsəlman, xristian, yəhudi və erməni.Qüdsdəki Ağlama Divarı (Fəryad Divarı ) yəhudiliyin və İsrailin ən məşhur dini məkanlarından biridir.Ağlama Divarın rəsmi adı- Qüds Məbədinin Qərb Divarıdır.Əgər tarixin dərinliklərinə getsək, yəhudilərin əsas ziyarətgahı Məbəd Dağında tikilmiş Birinci Qüds Məbədidir (hz.Süleyman peyğəmberin məbədi). Ağlama Divarı o məbəddən qalmış bir parçadır. Əsrlər boyu yahudilər Birinci Qüds Məbədin dağılması üçün fəryad etdilər, Uca Allaha dua etmək üçün divarın üstünə gəldilər. Ərəblər də bu səbəbdən divarı "Ağlama divarı" adlandırdılar.Ağlama Divarı iki hissəyə bölünüb : kişi, qadın.Bura insanların ALLAHA dua etdikleri bir yerdir, bu səbəbdən davranış qaydalarına riayət etmək vacibdir.Zəvvarlar, turistlər Ağlama Divarının daşları arasına istəklərini yazıb qoyullar.Bir məlumat da deyim:Şabbat, yəhudilikdəki həftənin yeddinci günüdür - şənbə günü. ALLAH Tövratda həmən gün yəhudilərə işdən çəkinməyi əmr edib . Şabbatın öz qayda-qanunları var. Bayram əhval-ruhlu bir gündü, bizim Cümə günümüz kimi mübarək sayılır.Yadınızda olsun ki, Şənbə günü yahudiliyə aid olan dini yerlərdə nə şəkil çəkə, nə də çəkdirə bilməzsiniz- qadağandır.Yerusəlimdəki Məsihin Dirilməsi Kilsəsi dünyada xristianların ən əhəmiyyətli ziyarətgahlarından biridir.Məsihin Dirilməsi Kilsəsi Via Dolorosa yolunun son nöqtəsidir. Hz.İsa peyğəmbərin çarmıxa çəkildiyi ve sonra dəfn edildiyi yer üzərində qurulmuşdur. Kilse Qolqofa adlanan təpədə yerleşir. Bu məbədə gedən yol Qüdsün şərqindəki Müqəddəs Stefanın qapılarından başlayır və Müsəlman məhləsindən keçir.Via Dolorosa - hz.İsa peyğəmbəri çarmıxa çəkilməyə aparan bir yoldur. Köhne Şeherde yerləşir.Yol müqəddəs Stefanın Qapılarından başlayır. müsəlman və xristian məhəllələrindən keçir, Məsihin Dirilməsi Kilsəsinde bitir.Edama gedərkən, hz. İsa peyğəmbər 14 yerde dayanır. Dolorosa'da 14 dayanacaqdan 9-u var. Son beş dayanacaq Məsihin Dirilməsi Kilsəsinin ərazisində yerləşir.P.S. Via Dolorosa latın dilinden tercümede “kədər yolu” deməkdir.Hz.İsa peyğəmbər çarmıxa çəkilməyə gedəndə dayandığı yerlər belə nişanlanıb.Kubbat Əs-Səhra məscidi (Qaya Günbəzi; Qaya üzərindəki günbəz)Əl-Əksa məscidinin yanında yerleşir.Kubbat Əs-Səhra məscidi səkkizguşəli bir binadır. Binanın içərisində bir qaya-daş var, buna görə məscid "Qübbə Əs-Səhra" adını almışdır. Qayanın başı məscidin ən mərkəzində yerdən 1,5 metr məsafədə qalxır.İndiki məscidin əzəlini hz.Davud peyğəmbər, sonra onun oğlu hz. Süleyman peyğəmbər qoymuşdur.Əl-Əksa (Uzaq məscid)- Məbəd Dağında yerləşən məsciddir. Məkkədəki Əl-Haram məscidi və Mədinədəki Peyğəmbər məscidindən sonra İslamın üçüncü ziyarətgahıdır. 5000-ə qədər mömin eyni vaxtda burada namaz qıla bilər.Quranda yazılanlara esaslanaraq:Hz. Peyğəmbər (s.a.s) bir gecə Cəbrail (as) tərəfindən Məkkədəki Məscid-i Haram’dan Qüds’dəki Mescid-i Aksa’ya götürülür.Burada onu ondan öncəki peyğəmbərlər qarşılayır. Sonra mələklər Məhəmməd ( s.a.s) peyğəmbərin üreyini çıxarıb pak edirlər.Hz. Peyğəmbər (s.a.s)Mescid-i Aksa’dan səmalara yüksəlir“Kulu Muhammed’i bir gece Mescid-i Haram’dan alıp Mescid-i Aksâ’ya götüren Allah her türlü kusurdan ve ortaktan uzaktır. O Mescid-i Aksâ ki biz onun etrafını bereketli kıldık ve bu gece yolculuğunu o seçkin kula büyük işaret ve delillerimizden bir kısmını gösterelim diye yaptırdık. Şüphesiz ki O, evet O, her şeyi hakkiyle işiten, kemâliyle görendir.”Qurani Kerim 17:1Miraç gecəsindən, İsradan bəhs edir bu ayət.Kubbat Əs-Səhra məscidi’nin içindəki qaya-daş. Yazılan tarixə görə “Əhd Sandığının” dayandığı, hz.İbrahim peyğəmbər oğlu İsmaili üstündə qurban verməli olduğu daşdır. Köhne Şəhərdə qara geyimli , müxtəlif formalı baş örtüyündə çox yahudi görəcəksiz. Geyim mövzusuna heç girməyim, uzun ve qəliz gedən bir söhbət olar.Ümumi bir məlumat verim.Yəhudi dini həyatının bütün qaydaları Yəhudiliyin əsas kitabında - Tövratda (Pentateuxos , 5 kitab daxildi ) yəni Levit kitabında yer almışdır.Geyim və davranışa dair əsas və ən ümumi qayda "Uca ALLAH qarşısında təvazökar olun." Təvazökarlıq, geyimlərin səliqəli və təmizliyini və hər hansı bir "cəlbedici" zonanın gizlədilməsini nəzərdə tutur.Geyimlərində olan hər bir aksessuarın mənası var.Ac qalmayacaqsınız))) Köhne Seherin 40% küçələri bazardı)25-30sm çörəyin içinə 6-7 tike toyuq veya mal eti kababı (gözünüzün qabağında köz üstünde bişirirler)+xiyar, pomidor, zeytun,turşu - 30 şekele=8,68$ ala bilersiniz. Her addımda meyvə soku, meyvəni seçin, çəkdirin)Otelden razı qaldım- temizliyi, rahatlığı. Köhne Şəhərin İrod qapılarına yaxın.Səhər yeməyinə söz ola bilməzdi- qoz ləpəsindən tutmuş pomidor-yumurtaya qədər)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi

4242 dəfə oxunub

Yunanıstan - Afina bələdçisi

Afinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Aviabilet.Yunanıstana, xüsusilə də Afinaya getmək lap balacalıqdan arzum idi. Ölkənin antik tarixi, adaları, dənizləri, təbiəti hər zaman maraq dairəmdə idi. Ancaq Yunanıstana gedib çıxmaq o qədər də ucuz deyildi. Düzdür Kutaisidən 20-30 avroya gedib çıxmaq olar. Ancaq Gürcüstanla quru sərhədimizdə barbar davranış, vaxt itkisi, yorğunçuluq kimi səbəblərə görə Kutaisinin üstündən birdəfəlik xətt çəkmişəm.Biraz araşdırma aparandan sonra ucuz biletlər tapdım. Bakı-Sofiya (Buta airways) 29 avro, Sofiya-Afina (Ryanair) 15 avro. Tarixlər də üst-üstə düşürdü. Üstəgəl həm Bolqarıstanı, həm də Yunanıstanı tura daxil etmək olur.Viza.Deyilənlərin tam əksinə gülərüzlü konsulla görüş. Heç bir sual soruşmadı, cəmi 2-3 dəqiqə vaxtımız getdi, o da şəkil çəkdirməklə, barmaq izlərinin götürülməsi üçün.İki gündən sonra zəng etdilər ki, hər üçünüz viza almısınız.Əsas sürpriz də oldu ki, viza 1 illik multi oldu.Afina havalimanı "Eleftherios Venizelos" səliqəli, müasir, geniş bir sözlə rahatdır. Pasport kontroldan (personal çox professionaldır) cəmi bir neçə saniyəyə keçdik. Burdan şəhərin mərkəzinə həm metro (10 avro), həm də avtobuslar (95 nömrəli, 6 avro) var. Taksi ilə getmək 40 avroya başa gəlir.Otel, ev.Afinada qalmaq üçün ən uyğun yerlər Omonia, Plaka, Syntagma və Monastirakidir. Bu yerlər Afinanın mərkəzi Akropolisin ətrafıdır və hər yerə yaxındır. Qiymətlər də normaldır. Təxminən 30 avroya iki-üç nəfərin qalacağı, hər şəraiti olan ev və ya otel tapmaq olar.Yemək.Afinada qiymətlər qərbi avropa ilə müqayisədə ucuzdur. Həm marketlər, həm də restoranlarda ucuzluqdur. Ən yadda qalan yeməkləri Kalmar qızartması oldu. Akropolisə çıxan yolda (ancaq piyada mümkündür) adı yadımda qalmayan restoran var. Zeytun ağaclarının altında zevs məbədinə baxa-baxa yunan musiqisi və dadı yaddan çıxmayan Kalmar qızartması. Xidmətə söz ola bilməz. Qiymət də ucuz.Afinanın mərkəzi də bir çox avropa şəhərləri kimi miqrant istilasına uğrayıb. O dərəcəyə çatıb ki, şəhərin mərkəzində ərəb, hindu dillərində yazılan reklamlar da görünür. Küçə ticarəti də onların əlindədir. Marixuana isə günorta vaxtı da xeyli insan tərəfindən istifadə olunur.Ancaq Akropolisə yaxınlaşdıqca hər şey dəyişir. Elə təəssürat yaranır ki, eradan əvvəlki illərdəsən. 2400 il əvvəl tikilən Parthenon lap təpənin üstündədir. Demək olar ki, Afinanın hər yerindən görünür. Ancaq piyada çıxmaq mümükündür. Aşağıda mütləq təbii portağal şirəsi içib sonra çıxmaq lazımdır, yoxsa adam çox yorular. Girişdə satılır. Bilet 20 avro. Bu qiymətə Parthenon, Erecthenion, Hephasteus kimi tikililəri və ümumilikdə kompleksi (Akropolis) gəzmək olar.Muzey sevənlər üçün National Archaeological Museum giriş 10 avro. Burda istədiyiniz qədər tarixi əsərlər görəcəksiniz. Şəhərdə çox sayda muzey var. Hamısını gəzmək üçün xeyli vaxt lazımdır.Monastiraki bizim 8-ci kilometr (vasmoy) bazarı kimi bir yerdir. Burada 10, 15 avroya Burberry, Gucci, Ralph Lauren və s. brendlərin məhsullarını almaq olar.Ermou küçəsinə isə Afinanın Neftçilər prospekti ya da Port Bakusu demək olar.Kifissia. Bura Afinanın milyonerlər məhəlləsidi. Bahaçılıq, villalar, sakitçilik.Pirey. Bura Afinanın Kubinkası ya da sovetskisi demək olar.Syntagma meydanı yaxınlığında isə uşaqlar üçün çox maraqlı ola biləcək National Garden var. Bura 1836-cı ildə kraliça Amaliya tərəfindən inşa etdirilib, şəhərin ən yaşıl hissəsidir. İçəridə kiçik də olsa zoopark da var.Glyfada. Afinada ən gözəl çimərlikləri burdadır. Mərkəzdən 10 km aralıdadır. Tramvay və metro (Elliniko stansiyası) ilə rahat gəlmək olar.Plaka. Bura şəhərin ən turistik yeridir. Antik tikililər, Bizans dövründən qalan məbədlər, muzeylər, instaqram şəkilləri üçün ideal yer. Bir də dəniz məhsulları sevənlər üçün ən dadlı, gül-çiçəkli butik kafelər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elshan Ismayilov 

3352 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!