14 dəfə oxunub

Siciliya, İtalyaya səyahət

Siciliya, İtalyaya səyahət edin.
Dağ, dəniz, çay, təpə, meşə, tarix, yemək, gözəl təbiət və s. Hər birini birlikdə tapmaq olur.
Yaxşı olar ki, avtomobil kirayə edib bütün adanı gəzəsiniz. Hər şəhər və bölgəsindən başqa ilham almaq olur.


İspaniyadan fərqli olaraq avtomobil kirayəsi bahadır. Xüsusən tam sığorta ucuz deyil. O da başa düşüləndir. Küçələr dardır və xeyli yolun vəziyyəti yaxşı deyil. İtalyanlar lap azərbaycanlılar kimi sürür. Qaydalara əməl etməyən çoxdur.
Mən xeyli yeri gəzmişəm. Ətraflı yazsam post çox uzun olacaq. Qısa-qısa bir-iki qeydlər edim.

Palermo (paytaxt şəhər): Bura Siciliyanın ən böyük şəhəridir. Mərkəz burada canlı olur. Həftə sonları meydanlarda partylər də olur. İtalyanın ən böyük opera binası buradadır. Bazarları da maraqlıdır. Burada mərkəzdəki restoranlarda dadlı yemək çətin tapılır. Amma çox vaxt lokal restoranlarda yeməklər ucuz və xeyli dadlı olur. Məsələn, Trattoria da Piano restoranı (lokal və ucuz).


Cefalù: Bura çox balaca, amma çox romantik şəhərdir. Çox gözəldir. Dəniz sahili də əladır. Çimərliyi də var. La Rocca qayalığından möhtəşəm mənzərə görünür.
Taormina: Çox turistikdir. Amma qəşəng instagram şəkilləri çəkmək istəyənlər bura gəlir. Girişdə qəşəng bir restoran var. Küçələri gəzməlidir. Adam da çox olur. Uzaqdan Etna dağı da görsənir.
Agrigento: Dünyanın ən böyük arxeoloji tapıntılarından birinin yanında yerləşir. “Temples of the Valley”(>2km) şəhərin yaxınlığındadır. Ən salamat qalmış yunan mədəniyyəti qalıqları burdadır. Məsələn, Concordia abidəsi ən yaxşı saxlanılmış yunan abidələrindəndir ([https://en.wikipedia.org/wiki/Valle_dei_Templi](https://en.wikipedia.org/wiki/Valle_dei_Templi)).


Ragusa: Təpəlikdə şəhərdir. Barok mədəniyyəti abidələri çoxdur. Adam az olur.
Etna yanardağı: Təəssüf ki, biz gedəndə duman idi. Buna görə çox şey yaza bilməyəcəm. Avropanın ən aktiv və ən böyük yanardağıdır.
Bura məxsus yeməklər: Arancini, cannoli, granita, pasta alla norma və dəniz məhsulları.
P.S. Ara şəhərlərdə 1.50 avroya cappucino içdik

Paylaşan: Ali Ismayilov

DİGƏR BLOQLAR

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Ismailova

915 dəfə oxunub

Maldiv bələdçisi

#Maldives #MaldivlərSalam əziz gəzəyənlər!Bu postda 10 ildən sonra birtəhər uşaqların əlindən qaçmış valideynlərin #Maldiv səyahətindən danışım.1. Yaşadığımız Özbəkistandan Maldivə normalda birbaşa reyslər olur, amma pandemiya səbəbilə yetəri adam yığılmadığı üçün Dubay tranziti ilə uçduq. Dubaydan ora demək olar ki, hər gün uçuş var. Adətən uçuşlar paytaxt Maleyə olur. Cənub tərəfdə başqa beynəlxalq aeroport da var. 2. Maldivlər 1200-ə yaxın adadan ibarətdir və bunun hardasa 100-dən bir az çoxu turistik istirahət mərkəzləridir. Adətən bir ada bir otel olur, amma bəzi böyük adalarda bir neçə otel ola bilər.3. Maleyə çatdıqdan sonra ya su təyyarəsi ilə (seaplane) ya da kiçik gəmilərlə (seaboat) öz adanıza gedə bilərsiniz. Seaplane daha tez və adaları yuxarıdan görə bildiyin üçün daha maraqlıdır. Amma bir az yorucudur, xüsusilə motorun səsi adamın başına düşür. Maleyə yaxın ada seçsəniz daha rahat olar. 4. Maldivlərdə hər qiymətə otellər var. Həftəsi 300$ 3 ulduzlu otellər olduğu kimi həftəsi 15000$ olanları da var. Bookingdə baxa bilərsiniz. Hətta airbnb-də də villalar tapmaq olur. Amma burda nüans çoxdur. Maleyə düşən kimi dərhal adaya sizin aparılmanızı əvvəlcədən düz qoş etməlisiniz və adətənbinlar ayrı hesablanır. Ən yaxşısı turizm şirkəti vasitəsilə getməkdir, biz elə etdik. Qiymətlər də bookinglə təxmini eyni çıxırdı, hətta bir az ucuz.5. Bizim qaldığımız resortda və əksər digər adalarda bir neçə növ villalar olur - A) Hovuzsuz/Hovuzsuz cəngəllikdə villalar Sahilin kənarında hovuzlu/hovuzsuz villalarC) Suyun üstündə hovuzlu/hovuzsuz villalarHovuzlular nisbətən baha olur. Suyun üstündəki villalardan adətən birbaşa okena pilləkanlar olur.6. Adaya düşdükdən sonra qalırsınız ancaq otelin ümidinə ona görə də əgər çox yeyənsinizsə elə başdan ya full board ya da all inclusive paket alıb gedin. Tək tək alsanız çox baha çıxır və alternativiniz olmur. Hər şey də satılmır. Özünüzlə şokoladdan zaddan da götürün, axşam çayla içməyə 7. Maldivlərdə əsas insanlardan uzaq qalma, təbiətlə iç-içə olma turistlərin əsas istəyi olsa da maraqlı aktivitələr var A) Kayaking, snorkeling, diving, jet ski, fly board və s. tipli su aktivitələri. Cütlüklər üçün diving fotosessiyaları da olur. Adanı seçəndə maraqlı diving yerinə yaxın olmasına da diqqət edin ki, fərqli su canlılarını görə biləsiniz köpək balığı yemləmə, gün batımı delfinlər üzən tərəfə kruiz turlar, balıq tutma və s.C) yerli adaya səyahət edərək əsl maldiv insanlarının həyatı ilə tanış olmaqD) axşamları karaoke, diskoteka və s. tipli ənənəvi otel əyləncələr. İyul - Noyabr arası musson yağışları aəbəbiylə sezon sayılmır və qiymətlər bir qədər aşağı olur. Maldivlər il boyu istidir, amma bu aylarda şiddətli yağış yağa bilər. Proqnoz etmək də olmur, bəxt məsələsidir. Misal üçün bizim 7 günün 2sində yağmışdı. 1 gün tam 1 gün yarım. Digər günlər isə çox isti idi. 9) Adada adətən kərtənkələ, yarasa, yengəç (krab) tipli canlılar çox olur. Kərtənkələlərin villalara girmə ehtimalı da çoxdur zərəri olmasa da, qorxursunuzsa ən yaxşısı su villalarıdır.10) Dubay üzərindən uçursunuzsa qayıdan zaman 2-3 gün qalıb gəzib qayıda bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ceyhun Cabbarov

2214 dəfə oxunub

Şəhər bələdçisi - Mərakeş Krallığı

Kasablankadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İlk dəfədir bir şeylər yazmağa çalışacam. Sıxıcı və səhvlərlə dolu cümlələr üçün öncədən xəbərdarlıq etmiş olum ki, bilin sizi qarşıdakı cümlələrdə nələr gözləyir Şimali Afrika qitəsində Atlantik okean sahili boyu uzanan Mərakeşə çatan kimi elə airport-da reqistrasiyadakı qaqaş pasportuma baxdı və heyatında ilk dəfədir belə bir ölkə eşidən adam kimi "Aserbayjan Aserbayjan" deyib getdi otağa. Uzun sözü qısası məni 1 saat sual cavab edəndən sonra son dərəcə səmimi bir gülüşlə "welcome" deyib passportumu geri verdilər. Ölkəmizi çox da tanımırlar yəni :)Səfərim başladı Kasablankadan. Onu deyim ki, əgər Kasablankada həqiqətən önəmli bir işiniz yoxdursa orda günün sonuna qədər hər yeri görüb başqa şəhərə keçməyiniz məsləhətdir. Çox da maraqlı şəhər deyil.Ordan qatarla El Jadida şəhərinə keçdim. Çimərlikləri ilə məşhur olan El Jadida balaca və özünə görə maraqlı bir yerdir. Şəkillərdə yerdə uzanan uşaqlar buz kimi okeandan çıxan kimi isti asfalta uzanıb qızınırlar, anaları isə onlara nəzarət etməklə məşğuldurlar. Bu uşaqların 10-15 metr hündürlükdən suya tullandıqlarını tez-tez görmək olar. Şəhər bir növü Mumya kinosundakı səhnələri xatırladır. Çox ucuzdur. Şəkillərdəki balıq izqara içki və salatla birlikdə 8 manata başa gəlir. Olduqca dadlıdır.Daha sonra Mərakeş şəhərinə gəldik. Onu deyim ki, heç bir halda şəhərlər arası ucuz yerli avtobuslardan istifadə etməyin əks halda mənim kimi avtobus fobianız yaranacaq. Həmin gün bədənimdə olan bütün su ehtiyatı o avtobusda tər olaraq tükəndi. Mən yandım siz yanmayın. Ama Köhnə avtobusların yanı sıra Supratour və CTM şirkətləri biraz əlavə ödənişlə sizi kondisionerli və lyuks avtobuslarla istədiyiniz şəhərə çatdıra biler. Mərakeş ölkənin ən maraqlı və ən çox turist qəbul edən şəhərlərindəndir. Hava 50+ olduğu üçün orda həyat gecə başlayır səhərə qədər davam edir. Olduqca aktiv şəhərdir. Old Madina-nın dar küçələrində motosikletlərlə gəzən nənə-baba görsə təəccüblənməyin. Hər saniyə yanınızdan bir motosiklet/mopet keçəcək. Amanın bir günüdü bu şəhərdə yerli camaat sizdən nəsə soruşsa cavab verəsiz. Əgər belə bir səhv etsəniz dalınızca düşüb sizə ev vermək və ya sizə haranısa göstərib əvəzində pul almaq istəyən biriləri ilə həyatınızın ən az yarim saatını bölüşməli olacaqsınız.Ən gözəl pambıq, dəri və taxta istehsalı bu şəhərdədir. Hədiyyə almaq üçün ideal şəhərdir. Portağal suyu çox ucuzdur. Su əvəzinə təmiz sıxılmış və 1 manata başa gələn meyvə suyu üçün, vitaminlənin ???? Çox yazaram ama keçək o biri şəhərə. A unudurdum az qala, burda biraz pulun varsa bir dənə benzin kalonka alıb atırsan yemiş qarpızın yanına və köşeyi dönürsən????Növbəti məkan Agadir şəhəri. Agadir biraz daha lyuks həyat sevənler üçündü. Hətta mən də özümü oranın lyuksuna uyğunlaşdırıb (biraz buraxıb) villa tutdum????‍♂️ 5 ulduzlu all inclusive otellər, gecə klubları, qumarxanalarla məşhur Agadir bir növü Türkiyənin Antalya şəhərinə bənzəyir. Alkoqollu içkilər axşam saat 8-ə qədər Carrefour maqazinlərindən tapa bilərsiz. Bu fransız maqazinidi, nəzərə alsaq ki Mərakeş Fransa müstəmləkəçisidir burda fransız məktəbləri, maşınları, maqazinləri tez-tez görəcəksiniz. Rahatlıq və lyuks sevənlər bu şəhərdə qalsılar, biz digər şəhərlə davam edək.Sidi Ifni və Tiznit şəhərləri arasında yerləşən Legzira çimərlikləri arklarla məşhurdur. Arklar zamanla dalğaların qayaların ortasını yuması nəticəsində yaranır (şəkillərdə var). Burda dağlardakı mağaralarda özlərinə ev düzəldən balıqçıları görmək olar. Onlardan biri ilə tanış olduq. Çox qonaqpərvər insanlar idilər və hətta bizi bir gecə mağarada qalmağa dəvət etdilər. Gecə birlikdə okeana balıq tutmağa getdik. Midye və hər cür su nemətləriylə dolu okeanda seafood-a doymaq olar. Balıqçı bizə gözəl balıq bişirdi. Atlantik okean sahilində mağara içərisində yatmağın ləzzətini özünüz təsəvvür edin məncə.Paradise Valley - Cənnət Bağı adlanan yerə mütləq gedin. Dağların arasında palmalarla örtülü və dağ suyundan əmələ gələn göllərdə mütləq çimin. Gözəl xatirəsi var. Şəkillərdə var bu məkan.Daha sonra Taghazout- getdim. Şəhər balaca və olduqca şirin bir şəhərdir. Bu şəhər surf ???? ilə məşhurdur. Dünyanın hər yerindən bura surf öyrənməyə gələn gənc grupları görmək olar. Burda hosteller-də daha maraqlı aura olur. Canlı musiqisi olan balaca restoranlarda şam yeməyini yeyə və ya bir şeylər içə bilərsiniz. Musiqiləri çox gözəldir.Mərakeşlilər şəkər və çörəyi çox sevirlər. Dövlət tərəfindən onlara pulsuz un və şəkər verildiyi üçün adamlar işin ustası olublar və çox dadlı və fərqli çörəkləri var. Burda çay sifariş edən isti su, qənd və nanəni gətirirlər ki , özün dəmlə iç!????Kim Mərakeşə getmək istəyirsə və ya sualı varsa buyursun, hər zaman yardım etməyə hazıram. Ümumiyyətlə ora gedəndə çalışın aktiv bir tətil seçin bir şəhərlə anlamaq olmur ölkəni.Oxuduğunuz üçün təşəkkür edirəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mushfig Ismayilov 

2756 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.Salam hər kəsə ☺✋Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər????☺ Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.Keçək digər ölkəmizə????2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək✋????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

2424 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!