2675 dəfə oxunub

Gəzəyən məsləhəti- Səyahət zamanı qarşılaşa biləcəyiniz sözlər məcmusu (Part 1)

✈
Səyahət zamanı lounge, IATA, boarding kimi sözləri tez-tez eşidirik. Bəs bunlar nə deməkdir?
Status “hərşey bilənlər” üçün deyil ))
????
1. Rezervasiya: Eynilə restoranda yer rezerv etdiyimiz kimi aviabilet, hotel, gəmi, qatar, avtobus biletləri və s. yerlərin rezerv edilməsinə deyilir.
????
2. Bilet: Səyahət üçün lazımi ödənişin ödənildiyini göstərən, səyahət haqqında məlumat və təfərrüatları ehtiva edən səyahət sənədidir. Hava yolu ilə səyahət etmək üçün alınan sənədə aviabilet də deyilir. Aviabiletdə gediş / gəliş məlumatları, PNR və rezervasyon nömrəsi, oturacaq nömrəsi və uçuş vaxtı kimi məlumatlar olur. Aviabiletləri aviaşirkətlərdən, vasitəçi qurumlardan, veb sayt vasitəsilə və mobil tətbiqetmələrdən istifadə etməklə əldə etmək olar. Aviabiletlər paket şəklində satıla bilər və bu paketlər müxtəlif olur. Ekonom və biznes sinfi sektorda ən çox istifadə olunan iki növdür.
????
3. Pasport: Xaricə səyahət edərkən istifadə olunan beynəlxalq səviyyədə qəbul edilmiş şəxsiyyəti təsdiq edən sənəddir.
????
4. Viza: Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, işləmək, təhsil almaq və s. üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə.. Viza müraciətləri konsulluqlar və ya vasitəçi təşkilatlar kimi xarici nümayəndəliklər və ya havalimanları və sərhəd qapılarındakı xüsusi yerlər vasitəsi ilə həyata keçirilir. Elektron viza metodu ilə də müraciət etmək mümkündür.
Check-in (Onlayn qeydiyyat): Bu prosesə təyyarədə yer seçmək, hava limanında baqaj vermək və bilet kontroldan keçirmək-yoxlamaq və təsdiqləmək aiddir. Bir sözlə, check-in sərnişinin təyyarəyə minəcəyini bildirməsidir. Qeydiyyatdan keçmədən təyyarəyə minə bilməzsiniz. Qeydiyyat prosesi iki mərhələdən ibarətdir: internet vasitəsilə edə biləcəyiniz onlayn qeydiyyat və havalimanında qeydiyyatdan keçmək.
????
5. Baqaj: Sərnişinlər tərəfindən daşınan hər şey. İki növü var: Əl ilə götürəbiləcəyimiz (backpack və s.) və qeydiyyat masasında təhvil verilən baqaj.
Sərnişinin təyyarəyə daxil ola biləcəyi çantalara əl baqajı (kabin baqajı), qeydiyyat masasında araşdırılaraq yük hissəsinə aparılanlara baqaj deyilir.
Aviaşirkətlər sərnişinlərə ödənişli olaraq müəyyən kiloqramlıq qeydiyyatdan keçmiş baqaj ehtiyatı təklif edirlər. Baqajın çəkisi və ölçüsü həddi keçərsə, qeydiyyat masasında əlavə haqq tutula bilər.
????
6. Gate (qapı): Sərnişinlərin təyyarəyə minəcəkləri ərazinin adıdır.
????
7. Gate number: Aviabiletdə hərflərdən və rəqəmlərdən ibarət olan kod. Bu kodu istifadə edərək müvafiq əraziyə doğru hərəkət edə və təyyarəyə minmək üçün son əməliyyatları edə bilərsiniz. Bu nömrəni tapmaq üçün uçuş məlumatları ilə terminalın içərisindəki monitorlara da baxa bilərsiniz. Monitorlarda təyyarələrə minmək üçün hansı qapılara getmək lazım olduğu göstərilir. Uçuş vaxtı yaxınlaşdıqca qapı nömrələri ilə bağlı elanlar da verilir. Uçuşdan əvvəl qeydiyyatdan keçmə prosedurlarınızı tamamladıqdan sonra müvafiq qapıya (gate) gedib uçuş vaxtınızı gözləməyə başlaya bilərsiniz.
????
8. Boarding: (təyyarəyə minmə): təyyarəyə minmədən əvvəl son yoxlamadır. Təyyarənin uçuş vaxtından bir müddət əvvəl sərnişinlər növbə ilə son yoxlama məntəqəsindən keçərək təyyarəyə minirlər. Boarding vaxtı keçdikdən sonra heç kim içəri buraxılmır.
????
9. Hava limanı: Təyyarələrin qalxdığı və endiyi, yükləri endirdiyi və boşaltdığı və sərnişinlərin təyyarələrini gözlədiyi bütün sahələri əhatə edir.
Beynəlxalq havalimanı: Gömrük məntəqələrinin və beynəlxalq terminalın yerləşdiyi hava limanıdır. Beynəlxalq havalimanları beynəlxalq uçuşlarla birgə daxili uçuşlarda da istifadə edilə bilər. Bu iki sahə beynəlxalq terminal və daxili terminal olaraq bir-birindən ayrılır.
????
10. Duty free: Beynəlxalq terminalda məhsullar vergidən azad olduqları üçün daha əlverişli qiymətlərlə satılır. “Duty free” vergisiz alış-veriş deməkdir. Vergilərdən azad olan bu mağazalarda alış-veriş etmək üçün pasportunuzu göstərməlisiniz. Bu cür mağazalardan ala biləcəyiniz şeylərə qanun çərçivəsində məhdudiyyətlər təyin olunduğundan, aldığınız hər məhsul pasportunuzda işlənir.
????
11. Lounge (istirahət otağı): Xüsusi şərtlərlə girilə bilən sahələr. Əsasən yaşayış, əyləncə və aviasiya sektorlarında olan xidmətlər, standart gözləmə otaqlarına nisbətən daha rahat yerlərdir. Havalimanlarnda lounge xidmətləri həm beynəlxalq həm də daxili terminallarda olur. Lounge bölməsi daha tənha və sakit hissədə yerləşir.
????
12. Jet lag: Əsasən uzun uçuşlardan sonra meydana gələn və bədənin bioloji saatı eniş vaxtı ilə uyğun olmadığı üçün yaranan xəstəlikdir.
????
13. Tranzit uçuş. Birbaşa uçuçun olmadığı üçün təyinat məntəqəsinə iki və ya daha çox uçuşla getmək.
????
14. Business class/Econom class (Biznes və ekonom sinifləri):
Nisbətən ucuz uçuş biletləri ilə hava səyahətini mümkün edən uçuş paketidir. Ekonom sinif aviabiletləri həm daxili, həm də xarici uçuşlar üçün əldə edilə bilər. Xüsusi xidmətlər təklif edən bir neçə aviaşirkət istisna olmaqla, bütün hava yolları ekonom sinifinə malikdir. Ekonom sinif qısa məsafəli uçuşlar üçün idealdır. Daha uzun məsafəli uçuşlarda daha rahat olmaq üçün biznes sinif aviaşirkət biletlərinə üstünlük verilə bilər. İkisi arasındakı fərqlər imtiyazlarla əlaqədardır. Biznes sinifi daha çox baqaj, yemək, istirahət xidmətləri və daha geniş oturacaqlar təklif edir. Ekonom sinifində belə imtiyazlar yoxdur. Bundan əlavə, biznes sinifi və ekonom sinif bölmələri bir qapı və ya panel vasitəsi ilə ayrılır. Bu tip təyyarələrdə xüsusi şərtlər olmadığı təqdirdə digər tərəfə keçə bilməzlər.
????
15. Low-cost (aşağıbüdcəli aviaşirkətlər): Ekonom sinifindən də əlverişli aviabilet qiymətləri təklif etmək üçün müxtəlif strategiyalar hazırlayan və bunun üçün min oyundan çıxan aviaşirkətlərə “lowcost” deyilir.
????
16. Pilot: təyyarəni idarə edən şəxs (təyyarə, helikopter, planer, hava gəmisi və s.).
????
17. Exit / Çıxış qapısı: Təyyarəyə minmək və enmək üçün qapılardır. Xüsusi bir mexanizmə sahib olan bu qapılar uçuş zamanı açılmayacaq və təzyiq itkisinə səbəb olmayacaq şəkildə dizayn edilmişdir. Təyyarələrdə üç növ qapı var: sərnişin qapısı, xidmət qapısı və təcili minmə qapısı. Təyyarəyə giriş təmin edən sərnişin qapıları, xüsusən də böyük sərnişin təyyarələrində gövdənin ön, orta və arxa hissələrində yerləşir. Bu qapılar sayəsində sərnişinlər fərqli qapılardan təyyarəyə minə bilirlər.
????
18. IATA ( International Air Transport Association) kodu: Hava nəqliyyatında sərnişin və yük daşınmasına nəzarət etmək üçün hava limanlarına iki kod verilir. Bunlardan biri də IATA agentliyinin təyin etdiyi IATA kodudur. IATA tərəfindən hava limanlarına verilən IATA kodu 3 hərfdən ibarətdir. Bu hərflər şəhər və hava limanı tərəfindən təyin olunur. Kod şəhərin adından seçilən hərflərə uyğun olaraq ortaya çıxır. Hava limanlarına ilk dəfə 1930-cu illərdə iki hərfli kod verilmişdir. Daha sonra, üç hərfli kod sistemi qəbul edildikdə, mümkün olan qarışıqlığın qarşısını almaq üçün köhnə kodların sonuna X əlavə edilib.
????
19. ICAO (International Civil Aviation Organization) kodu: Dünyadakı bütün hava limanlarının identifikasiya kodu var. Bu kod ICAO kodu adlanır və ICAO qurumu tərəfindən müəyyən edilir. ICAO kodu hava limanına verilən 4 hərfdən ibarətdir. Bu kodlar təyin edilərkən ölkələr və bölgələr arasında edilən təsnifatlar istifadə olunur. Birinci hərf hava limanının yerləşdiyi bölgəni, ikinci hərf isə yerləşdiyi ölkəni göstərir. Digər 2 hərf adətən sırayla verilir.
????
20. Air Hub, Hub Airport: Aviaşirkətlərin qərargahları xaricində istifadə etdiyi havalimanlarına verilən addır. Transfer və ya transfer mərkəzi də demək olar. Bir havalimanı nə qədər çox istiqamətə uçuş həyata keçirərsə və uçuş tezliyi nə qədər yüksək olarsa, bir o qədər də HUB sayılır.
????
21. HUB: Hub nəqliyyatlararası transfer yerinə deyilir. Yəni sərnişinlər və yüklər mərkəzlər sayəsində təyyarədən metroya, metrodan avtobusa, avtobusdan qatara keçə bilər. Digər tərəfdən hava qovşağı, hava yolu şirkətlərinin mərkəzindən başqa, hava nəqliyyatında ikinci dərəcəli hava limanlarıdır. Məsələn, Pegasusun baza aeroportu Sabiha Gökçen havalimanıdır və Atatürk havalimanını HUB olaraq istifadə edir və ya Pegasus, Berlin istiqamətindəki uçuşlarını Schönefeld havalimanından yerinə yetirir və Berlindən yola düşür. Başqa sözlə, Schönefeld Havalimanı, Pegasus'un Almaniyadakı baza havalimanlarından biridir. Dünyanın ən böyük hava limanları həm də meqa mərkəzlər olaraq xarakterizə olunur. OAG tərəfindən hazırlanan hesabatlara görə, London Heathrow havalimanı siyahıda birincidir.
????
22. Turbulent. Təyyarənin uçmasına kömək edən elementlərdən biri olan hava axınının pisləşməsi səbəbindən təyyarənin silkələnməsi deməkdir. Təyyarənin birdən-birə yüksəkliyi itirməsinə səbəb olur. Bəzən şiddətli, bəzən isə çox mülayim olur. Pilotlar bu zaman təhlükəsizlik kəmərinizi bağlamağınızı xahiş edirlər. Bu vəziyyətdə təhlükəsizlik kəmərinizi bağlamağınız çox vacibdir.
ABŞ-da aparılan bir araşdırmaya görə, 2015-ci ildə səyahət edən 800 milyon sərnişindən yalnız 58-i turbulentdən zərər görüb və bu yaralanan sərnişinlərin əksəriyyətinin təhlükəsizlik kəməri taxmadığı müəyyən edilib. Təyyarələr hər cür təlatümlü vəziyyətə tab gətirmək üçün hazırlanmışdır. Şiddətli təlatüm qorxulu görünə bilər, ancaq pilotlar xüsusi turbulentlik təhsili almış insanlardır. Başqa sözlə, təhlükəsizlik kəmərinizin bağlandığından əmin olmaq və təlatümün bitməsini gözləmək kifayətdir.
????
23. İldırım vurması: Araşdırmalara görə, hər sərnişin təyyarəsinə ildə orta hesabla bir dəfə ildırım vurur. Təyyarəni havada ildırım vursa yüksək səslə müşayiət olunan parlaq bir işıq görünəcək və sarsıntılar ola bilər. Təyyarələr Faraday konsepsiyasına uyğun dizayn edilmişdir. Başqa sözlə, ildırım sərnişin təyyarəsini vurursa, içərisinə zərər verə bilməz. Bundan əlavə, hava karkasındakı boya da antistatik xüsusiyyətlərə malikdir. Bu, elektrik enerjisinin təyyarəyə keçməsinin qarşısını alır. İldırımlara qarşı xüsusi hazırlanmış avadanlıq sayəsində ildırım vurması təyyarənin vacib hissələri üçün təhlükəli bir vəziyyət yaratmır.
Şimşək çaxması və ya təlatüm halında oturacağınız yerdən qalxmayın. Kabin heyəti tərəfindən verilən təlimatları izləyərək sakit olun.
Şimşək çaxması kimi vəziyyətlərdə, elektrik yükü boşaldıqda partlayışa bənzər səslər meydana gələ bilər. Bu səslərə görə qorxmaq lazım deyil.
ildırım vurmasının sizə təsir etməsi qeyri-mümkündür.
İldırım vurması zamanı və ya sonrasında çaxnaşma edən sərnişinlər varsa, onları sakitləşdirə və ya kabin heyətindən dəstək gözləyə bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Elşən İsmayılov

DİGƏR BLOQLAR

Avropanın möhtəşəm üçlüsünə gəzəyən turu

Salam, əziz səyahətçilər. 6 günlük Praqa-Vyana-Karlovı Varı səyahətindən sonra bəzi əsas məqamları yazmaq qərarına gəldim. Son günki axşam yeməyinə və bizi Praqanın "дальний" küçələri ilə tanış etdiyinə görə Farid Amiraliyevə xüsusi təşəkkürlər.Karlovı Varı : Əgər Praqaya getmisiz və heç olmasa yarım gün belə vaxtınız varsa, mütləq Karlovı Varını görməyə gedin. Bunu sizə təkidlə tövsiyyə edirəm. Biz Florensiyadan (bus station) 6 euroya tələbə avtobusu ilə 2 saata ora çatdıq.Mütləq gediləsi yerlər1.Dianaya qalxın- şəhər ovucunuzun içində görünəcək (giriş qiyməti 90 KR) və  ağciyərlərinizi Karlovı Varının təmiz havası ilə sevindirin...2.Mary Magdalena kilsəsini ziyarət edin. Kilsədə canlı musiqi olmasa da orqan musiqi alətində ifa olur və bu kilsəyə xüsusi gözəllik verir.3.Mütləq Paul & Peter kilsəsini də ziyarət edin. Ümumiyyətlə, insan özünü Karlovı Varıdə nağıldakı kimi hiss edir. Bir-birindən gözəl arxitekturalı villalar və s..4. Wax house da maraqlıdır. (giriş addambaşı 6 euro) Ən bəyəndiklərimiz Kennedi və Rasputin oldu, onları çox canlı yaratmışdılar. Təəssüf ki, şəkil çəkməyə icazə yoxdur.Praqa haqqında bir-iki sözQeyd edim ki, səyahət boyu nəqliyyatdan qaydalara uyğun şəkildə istifadə etdik. (pulsuz girişlər etmədik) Praqada 24 saatliq metro biletinə 110 KR verib, qatar və metrodan bolluca istifadə etdik.Praqanın məşhur "Goulash" deyilən yerli xörəyinin dadına baxdıq və deyim ki, mən heç bəyənmədim. Məşhur Praqa qalasına piyada qalxıb-endik, yaxınlıqdakı Strahov monastrından şəhərə gözəl mənzərə açılır, mütləq gedərkən oraya qalxın. Çarls körpüsünə sevgimi sadəcə belə ifadə edə bilərəm❤Mənim üçün Praqadakı rəqs evini ziyarət isə sadəcə vaxt itkisi idi.Gözəl VyanaPraqadan Vyanaya yenə tələbə avtobusu ilə getdik və xidməti çox bəyəndik. Wifi və isti içkilər pulsuz idi. Vyanada nəqliyyatdan 24 saatlıq istifadə üçün biletə 7.60 euro ödədik;Gəzintiyə Stefan kilsəsi ilə başladıq və ona vurulduq. Kilsədə şam yandırmaq istəsəniz 0.70 euro xərcləməli olacaqsınız. Biz oraya gecə də getdik, hava qaralanda kilsə daha mistik olur. Xüsusi qoxusu, səsi bir də  süni yaradılmış duman insanı heyran edir;Daha sonra Albetina galeriyasında olduq. Giriş qiyməti 13 euro idi.Məşhur rəssam Pikassonun əsərləri olan otağı ziyarət etməyə dəyər;Hofburg kitabxanasına giriş 7 eurodur.Tək bir sözlə ifadə edə bilərəm, MÖHTƏŞƏM!!!Central cafe & Aida cafe-nin birində mütləq Ştrutel və Saçertortenin dadına baxın. 2-ci qeyd etdiyim şirniyyatın dadı adi olsa da Ştrutelin dadı mmmmm;Şokolad üçün Xocolat magazasını ziyarət etdik. Bir sözlə, barmaqlarınızı yalayacaqsız, qiymətlər baha olsa da buna dəyər;Hotdog üçün küçə kafesindən yararlandıq, qiyməti 5.50 euro idi. Dadına baxmaq istəsəniz pendirli olanını seçin, çox dadlı və doyumludur;Velosiped götürmək istəsəniz şəhər velosipedindən icarəyə götürə bilərsiniz.Birinci saat pulsuz olsa da 2-ci saat bir eurodur. Yəni bizim şəhərdəki velosipedlərdən daha ucuz :-) Hətta Vyanalı xanım bizə pulsuz sürə biləcəyimizi dedi. Yəni bir saatdan bir velosipedi istənilən stansiyada dəyişib yenisini götürməklə. Düşünürəm ki, xanımın çoxlu azərbaycanlı dostları var:-) Dunay çayının sahilində mütləq gəzin, maraqlı graffitlərin şahidi olacaqsız;Vyanadakı Downtown Franz otelini tövsiyyə edirəm. Bu otel barədə məlumatı Orel və reşka verilişindən götürmüşdüm. Otelin bir gecəsi 21 AZN idi. Təmizlik və otağın təravətinə söz ola bilməz. Elə oteldə 6.9 euroya səhər yeməyi yeyə bilərsiz. Mən çox bəyəndim. Oteldən Dunay çayına 5 dəq-lik piyada yoldur;Ilk dəfədir bu qədər uzun yazı yazdım, ümid edirəm cansıxıcı yox, yararlı oldu.P.S. Hər iki ölkəni səyahət etməzdən əvvəl Orel və Reşkanın 4 buraxılışını (travel & shopping) və digər bloggerləri izləmişdik. Deyirdilər Avropa acından ölür :-) gedib gördük ki, həqiqətən "ajından ölürlər".Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Xurremi Xurremi

1974 dəfə oxunub

Qatarla Londona səyahət

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Çıx qatar yoluna, məni qarşıla.. Amsterdam-London səyahətiBu həftəsonu on beş illik Amsterdam macərama nöqtə qoyub Londona çörəkpulu qazanmaq üçün yola düşdüm. Bilet aldığım ərəfədə təyyarə biletləri sərf eləmirdi Londondaki hava limanlarının evə uzaq olması səbəbilə. Eurostar qatarının Londondaki dayanacağı yaxın olduğu üçün qatarla səyahət qərarına gəldim. Həm də hər sərnişinə istənilən ölçüdə 2 böyük baqaj, bir də əl çantası icazəsi var deyə daha uyğun oldu. Amma gömrükdə heç yoxlamadılar kim nə qədər çanta keçirir.Qısaca Eurostar barədə. 1994-də istifadəyə verilən bu qatar marşrutu Avropada Fransa və İngiltərəni dəmiryolu ilə birləşdirən yüksək sürət qatarlarından istifadə edir. Bakı-Gəncə qatarı qədər bərkgedən olmasa da, saatda 320 km ilə dünyada ən yüksək sürətli qatarlardan sayılır. Sadəcə Eurotunnel bölgəsində, dənizin altında təhlükəsizlik səbəbilə sürəti bir az azaldırlar. Ümumiyyətlə Eurotunnel xüsusilə Böyük Britaniya üçün ciddi əhəmiyyət kəsb edir. Gələn idxalın 25 faizi bu tuneldən keçən ticarət mallarından ibarətdi. Eurotunnel dənizin altından iki tunellə İngiltərə ilə Fransanı birləşdirir və hazırda dünyada ən işlək yolu sayılır: ildə 2.5 milyon maşın, 1.5 milyon yük maşını və 20 milyon sərnişin daşınılan iki tuneldən biri Eurostar üçün nəzərdə tutulub. Tunelin 37 kilometri dəniz səviyyəsindən 100 metr aşağıdadı amma qatarda ümumiyyətlə hiss eləmirsən bunu.Marşrutların şəklini aşağıda əlavə eləmişəm. Amsterdam-London istiqamətində hələki birbaşa qatar yoxdu, amma London-Amsterdam istiqamətində var. Səbəb Amsterdamda Birləşmiş Krallığın gömrük nəzarət nöqtəsinin olmamasıdı. Amma onu da 2019-un sonunda həll edəcəklər deyəsən. Amsterdamdan gedəndə Fransızların Thalys qatarı Brüsselə aparır. Orda düşüb həm Belçika gömrüyündən EU-nu tərk edirsən, 2 metr gedib UK gömrüyündə pasport kontrola girirsən. Avropa Birliyi vətəndaşı olmaq işimə yaradı: normalda non-EU vətəndaşları olan yerdə sıra var idi, amma EU vətəndaşları biometrik pasportla 10 saniyədə kontroldan keçdi. Sonra baqaj yoxlanılır, ardınca da terminala gedirsən. [gallery ids="1200,1199" type="rectangular"]Yeni il ərəfəsində səyahət edənlər çox olur deyə fikirləşirdim ki, adam çox olar, amma kupe demək olar ki bomboş idi. Qatar təmiz, keyfiyyət və s yaxşı idi. Biletdən asılı olaraq kupeyə yeməklər də gətirib xidmət göstərirlər. Amma kupelərin çoxunda restoran-kafe də mövcuddu. Eurostar qatarında mobil app-la kinolar izləmək, kitab oxumaq, maraqlananlar üçün Virtual Reality ilə qatarın balıqlarla əhatələnməsini "görmək" olur. Uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər heç imkan vermir Qiymətlərə gəlincə, mən bir az gec aldım deyə bir tərəf üçün 130 euro ödədim. Amma Amsterdam-London-Amsterdam biletini rahatlıqla 90-100 euroya almaq olar. Amsterdamdan Londona hardasa 4 saat yarım, Londondan Amsterdama 3 saat 20 dəqiqəyə səyahət mümkündü Eurostarla.Qısacası, təyyarə ilə 45 dəqiqəlik yol yerinə maraqlı macəra yaşamaq istəyənlər üçün məsləhətdi PS. Artıq Amsterdam sakini sayılmasam da, ana yurd barədə suallarınızı həmişə olduğu kimi yenə ünvanlaya bilərsiz Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

1970 dəfə oxunub

Yeyilmək istəyənlər üçün hannibal xəritəsi

Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşdığımı düşünür. Nə yalan deyim, Yer üzündə hanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o hannibal iqamətgahları?1. Cənub-Şərqi Papua-Yeni QvineyaKorovai qəbiləsindən olanlar hal-hazırda yaşayan hannibalların ən ləyaxlısıdırlar. Vaxtaşırı kimisə tutub yeyirlər. Çay boyunca məskən salan korovailar arabir yolun azmış, ya hər yerə burnunu soxan turisti də tutub desert menyularına əlavə edə bilirlər. İsti insan beyni isə onlar üçün əsil delikates sayılır.Niyə insan əti yeyirlər? Ağacdan yıxıldı, vəhşi heyvan parçaladı, başına fil düşdü öldü - bu kimi səbəblər korovailar üçün anlaşılandı. Amma vay o gündən ki, kimsə hər hansı xəstəlikdən ölə!.. Belə olanda dərd götürür onları ki - bu adam niyə durduğu yerdə ölsün ki? Həmən bir səbəb gəlir ağıllarına: qara magiyanın əməli! Bu cür ölən insanı da, əlbəttə ki, sağ qalanlardan qorumaq üçün ne etmək lazımdır? Düzdür, basıb yemək.Maraqlı fakt: 1961-ci ildə Nyu-Yorkun qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller qəbiləyə məxsus artefaktları yığarkən qəfil yoxa çıxıb. Hələ də meyiti tapılmayıb. Ehtimal ki, korovaiların bayram süfrəsinin bəzəyinə çevrilib.2. HindistanHindistanın şimalındakı aqhori sektasının üzvləri, sağ olsunlar, heç kimi məcbur tutub yemirlər. Öz xoşlarıyla daxili orqanlarını vəsiyyət etmiş könüllülərin könüllərini qırmayıb ədəb-ərkanla yeyirlər. 2005-ci ildə Hindistan jurnalistləri xəbər tutublar ki, aqhorilər hətta Qanq çayındakı çürüməkdə olan meyitləri və krematoriylərdəki insan orqanlarını də yeyirlərmiş.Niyə insan əti yeyirlər? Aqhorilərin fikrincə, bu, insan orqanizminin qocalmasının qarşısını alır.Maraqlı fakt: insan sümükləri və kəlləsindən çox gözəl bəzək əşyaları düzəldirlər. Subaylara qismət.3. Fici adasıLap əvvəllər adı elə, belə pis çıxmasın, Hannibal adası idi. İndinin özünədək yerli əhali arasında dədə-baba adət-ənənəsini davam etdirənlər olur. Amma kimi gəldi yemirlər. Ancaq düşmən qəbiləsindən olanları.Niyə insan əti yeyirlər? Qisas ritualıdır.Maraqlı fakt: Ficidəki hanniballar elit hanniballardır. Adamı da adam kimi çəngəl-bıçaqla yeyirlər. Yediklərindən qalan əşyaları da kolleksiya kimi saxlayırlar. Pensilvaniyadakı Arxeologiya və Antropologiya muzeyində bu cür kolleksiya nümunələrinə rast gəlmək olar.4. BraziliyaBraziliya sizdə karnaval, bikini, çimərliklərlə assosiasiya olunur, amma, görürsüz ki, tutub yeyilmə ehtimalınız da var. Vari qəbiləsi 1960-cı ilədək eksklüziv olaraq ancaq möminlərin meyitlərini yeyirdilər. 1960-cı ildən sonra hansısa missionerlər qəbiləni, demək olar ki, tamamilə qırıblar. Amma buna baxmayaraq indinin özündə də Brazilyadakı yoxsulluq ucbatından hələ də hannibalizm faktları qeydə alınır.Niyə insan əti yeyirlər? Yoxsulluq və aclıq ucbatından.Maraqlı fakt: 2012-ci ildə aparılan sorğunun nəticələrinə görə, bir çox insanlar «filankəsi öldür və ye» kimi səslər eşidirlər. Ona görə də Braziliyada tanış olanda əvvəl bir soruşun görün 2012 sorğusunda iştirak ediblər ya yox.5. Qərbi AfrikaAktiv hanniballar cəmiyyəti var, adı da «Leopard» (bəbir). Keçən əsrdən adam yemək havasına düşüblər. 80-cı illərədək Syerra-Leone, Liberiya, Kot-d’İvuar həndəvərlərində hannibalların yeyib-içmək yadıgarları olan insan qalıqları tapılırdı. Qəbilə üzvləri bəbir dərisindən geyimdə olur.Niyə insan əti yeyirlər? İnsan ətinin onları daha güclü və cəld etdiklərinə inanırlar.Maraqlı fakt: aktiv davamçıları da var. «Human Alligator» cəmiyyəti.6. KambocaJurnalist Nil Devis xəbər vermişdi ki, Kambocada hanniballıq 1960-1970-ci illərdə Cənub-Şərqi Asiyadakı müharibələr zamanı əl-ayaq açıb. Hal-hazırda çox nadir hallarda rast gəlinir.Niyə insan əti yeyirlər və ya yeyirdilər? Kamboca ordusunda düşmən ciyərini yemək kimi ritual vardır.Maraqlı fakt: «Qırmızı Kxmerlər» ölkədə bütün qida ilə bağlı məqamları nəzarət altında saxlayaraq bilərəkdən kütləvi aclıq halı yaratmışdırlar.7. KonqoKonqoda hanniballıqla bağlı sonuncu fakt 2012-ci ildə qeydə alınıb. O vaxtdan yəqin tövbəlidirlər. Amma hanniballığın ən moda düşdüyü dövr 1998-2002-ci illər olub.Niyə insan əti yeyirlər və ya, tərgidiblərsə, yeyirdilər? Səbəbi çox sadədir. Müharibə vaxtı üsyançılar hesab edirdilər ki, düşmənləri tutub yemək lazımdır. Əsasən də xüsusi ədvalarla hazırladıqları ürəklərini.Maraqlı fakt: konqolular indi də əmindirlər ki, insan ürəyi orqanizmə xüsusi qüvvət verir və onu yeyəndən düşmənləri it kimi qorxur.Sizə xoş səyahətlər! :)P.S. Fotodakı massailər adam yemirlər a. Onlar - qardaşdı!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Ali Akbar

2456 dəfə oxunub

Səyahətin kabusu - itmiş baqaj

Əziz səyyahlar. Səyahət sezonunun başlanması ilə əlaqədar olaraq belə bir yazının çoxlarına faydalı olacağını sanıram. Hər kəs səyahətini planlaşdırarkən onun ideal keçməsini və səyahətin ancaq pozitiv tərəflərini düşünür. Aylar öncədən planlaşdırdığımız səyahətin ən gözəl xatirlərlə yadda qalması hər kəsin arzusudur. Bütün səyahəti ən gözəl şəkildə yaşayırsan və sonda içərisi yaxınlarına aldığın hədiyyələrlə və xoş xatirələrinlə dolu baqajın itir! Bax bu zaman əsl kabus başlanır və...Bütün bunların yaşanmaması və qabaqlayıcı tədbirlərlə zərəri minimuma endirmək öz əlimizdədir. Çalışmışam ki, bildiyim bütün təcrübəmi ətraflı şəkildə izah edim ki, xatirələrimiz ziyan olmasın. Göstərilən problemlər, bir çox sərnişinlər tərəfindən vaxtaşırı rastlanan problemlərdir və tez-tez təcrübədə yaşandığı üçün tədbirli olmaqda fayda var. Hər kəsə öncədən bol-bol səyahətlər arzulayıram. Gənclərimizin daha çox yerlər gəzərək, gördükləri müsbət təcrübələri ölkəmizdə tətbiq etmələrini ümid edərək əsas məsələyə qayıdaq.1) Səyahətə başlamamışdan öncə ilk iş uçuş marşrutunu planlaşdırarkən, əgər bir və yaxud bir neçə transfer məntəqədən istifadə edəcəksinizsə əsas diqqət etməli məqamlardan biri “Connection time” yəni, transfer məntəqəyə enmə vaxtı ilə qalxma vaxtının 2 saatdan çox olmasına diqqət etmək lazımdır. Təcrübə göstərir ki, böyük aeroportlarda 2saatdan az vaxtda baqajların bir təyyarədən boşaldılması və bir sıra işləmdən keçərək digər borta yüklənməsi qeyri-mümkün ola bilər. Bu hadisə ən çox fərqli terminallardan uçuş yerinə yetirilən zaman daha da çox rastlana bilər. Məhz bu səbəbdən də bilet alarkən baqajınızın sizinlə birgə təyinat məntəqəsinə çatmasını istəyirsinizsə, bu hallara diqqət etmək lazımdır. Əgər uçduğunuz aviaşirkət o istiqamətdə hərgün uçuş yerinə yetirmirsə bu halı xüsusilə diqqətdə saxlamaq lazımdır, çünki baqajınız gəlməzsə onu həmin aviakompaniyanın növbəti uçuşu ilə göndərəcəklərini bilməlisiniz. Adətən aviakompaniyalar riski minimuma endirmək üçün öz baqajlarını başqa kompaniyalarla deyil öz reysləri ilə göndərməkdə maraqlı olurlar. Bileti alarkən uçduğunuz şirkətin növbəti reysinin nəvaxt olacağını dəqiqləşdirməkdə fayda var. Məsələn, Wizzair aviakompaniyasıyla London-Budapest-Bakı istiqamətində uçuş yerinə yetirisinizsə baqajınızın gəlməməsi halında nəzərə almaq lazımdır ki, sizin baqajınız əksər hallarda bu kompaniyanın 3gün sonrakı növbəti reysilə göndərilə bilər.2) Baqajınızın təyinat məntəqəsinə sizinlə birgə çatmaması (itmə) hallarında, gəliş zalını tərk etmədən Lost&Found ofisinə gedərək bildirməlisiniz. Zalı tərk etdikdən sonra olunan müraciətlər aviakompaniyalar tərəfindən qəbul edilməyə bilər. Bütün iddialar zalı tərk etmədən bildirilməli və sənədləşdirilməlidir. Sizə PİR adlanan sənəd tərtib olunacaq, çalışın baqajınızın xarici görünüşü (brendi, rəngi, üzərindəki nişanələri) və içərisindəki əşyalarınız haqqında ətraflı (brendi,rəngi, əlamətləri) məlumat verəsiniz. Yaxşı olar ki, səyahətdən öncə baqajınızı yığarkən belə detallara fikir verəsiniz və ehtiyyat üçün şəklini çəkəsiniz. Bu sizə uçuş sonrası yorğunluq və stres halında yaddan çıxan detalları xatırlamağa köməklik edəcəkdir. Baqajın xarici görüntüsünün şəklini çəkmək də sizin sənədinizi rəsmiləşdirən şəxsə yardımçı olacaqdır.3) Qeydiyyata verdiyiniz baqajın üzərinə vurulan birkanın bir sıra səbəblərdən (qulpun qopması, birkanın düzgün vurulmaması) düşməsi və baqajınızın tanınmaması hallarının qarşısını öncədən gördüyünüz tədbirlərlə alarsanız, baqajın itmə şansını minimuma endirmiş olarsınız ki, bunun da bir sıra effektiv yolları vardır. Baqaj aldıqda üzərində, (adətən arxa hissəsində) kontakt yazılan yarlık olan baqajlara üstünlük verməyiniz və həmin hissəyə ad, soyad, telefon nomrəsi (beynəlxalq kodla) və email adresinizi oxunaqlı səkildə yazmağınız bu işlə məşğul olan işçilərin sizi tezliklə tapmasına və baqajınızı əldə etməyinizə yardımçı olacaq.Əgər baqajınızda belə bir hissə yoxdursa, narahat olmağına dəyməz, bunu özünüz də bir çox aviakompaniyanın (məs THY) yarlıkını əldə etməklə aradan qaldıra bilərsiniz ( bunu həmçinin özünüzlə salona apardığınız əl baqajına da tətbiq edə bilərsiniz). Sadəcə bir şeyə diqqət edin ki, qeydiyyatçı agent normal birkanı siz yarlıkı vurduğunuz qulpa yox digərinə vursun ki, bir qulp zədələndikdə digərinin baqajda qalma şansı olsun. Daha çox ehtiyatlı sərnişinlər bütün hallardan sığortalanmaq üçün əlavə böyük bir A4 vərəqinə iri hərflərlə uzaqdan diqqəti cəlb edəcək şəkildə ad, soyad, reysinin nömrəsini və gedəcəyi marşrutu, kontaktlarını yazırlar və baqajın üzərinə qopmayacaq şəkildə skoçla bərkidirlər (eytiyat üçün bir kopyasını da baqajın ön cibinə qoymaq olar). Nəzərə almaq lazımdır ki, istifadə etdiyiniz transfer məntəqələrin baqaj saxlama otaqları təsəvvür etməyəcəyimiz şəkildə böyük ola bilər və sizin də birkasız baqajınız onların arasında sıradan bir baqaj kimi it-bat ola bilər. Onu bu işlə məşğul olan işçinin nəzərini cəlb edəcək şəklə gətirmək sizin fantaziyanızdan asılıdır. Ümumiyyətlə yeni baqaj aldıqda xarici görünüşü uzaqdan diqqət cəlb edə biləcək nişanələr olan baqajları seçmək faydalıdır. Məsələn üzərində fərqli şəkillər, adlar, şəhər simvolları olan baqajlar bu iş üçün əvəzolunmazdır.4) Baqajınızı plastiklə bağlatmağınız sizi bir sıra yaşana biləcək problemdən sığortalaya bilər. Bu prosedur çox aeroportda, xüsusən də avropada tətbiq olunmadığı üçün bunu əvvəlcədən alınmış selofanla özünüz evdə edə bilərsiniz. Bu xüsusən yağışlı havalarda baqajınızın islanmasının, təyyarənin yük bölməsindəki başqa baqajın partlayaraq, içərisindəki mayenin digər baqajları çirkləndirməsinin, baqajınız normadan artıq yüklənmişsə onun partlamasının və baqajınızın içərisinə müdaxilənin qarşısını almış olar. Ancaq bu halda baqajınızı yığarkən bir şeyə diqqətli olmanız, baqajınıza aviakompaniyanın qadağan etdiyi və ya tövsiyyə etmədiyi əşyaları qoymamağınız vacibdir. Çünki sonradan baqajınız yoxlamadan keçərkən açıla bilər və bu halda ödədiyiniz məbləği boşuna vermiş olacaqsınız. Baqajın içərisinə sizin üçün çox önəmli olan əşyaları (xüsusən də pulla alınmayacaq mənəvi dəyəri olan) və sənədləri qoymamağa çalışın ki, itgi hallarında buna görə daha çox peşmançılıq yaşamayasınız. Əgər sizin bir baqaj haqqınız varsa ancaq iki kiçik baqaj aparmaq məcburiyyətindəsinizsə, o zaman icazə verilən çəkini və ölçüləri keçməmək şərti ilə iki baqajı biryerdə plastik paketlə bağlatmaq effektiv üsulladan sayılır.5) Qeydiyyatçı baqajınıza birkanı vurmamışdan öncə onu nəzərdən keçirməyiniz, üzərindəki detalları (soyad, reys, marşrut) yoxlamağınız sizi, çox rastlanan baqajınıza səhv birkanın vurulması hallarından sığortalamış olacaqdır. Bəzi hallarda qrup şəklində qeydiyyata gələrkən bu hallar yaşana bilər. Başqasının birkasının sizin baqajınıza vurulması, sizin baqajın tamamən fərqli istiqamətdə hərəkətinə səbəb olacaqdır(bundan əlavə bəzi səbəblərdən uçuşa buraxılmadığı hallarda başqasının birkası sizin baqaja vurulmuşsa, bu zaman o uçuşdan kənarlaşdırıldıqda avtomatik olaraq onun adına olan sizin baqajınız da kənarlaşdırılacaqdır). Bundan əlavə qeydiyyatçıdan birkanın sizdə qalan hissəsini aldığınıza əmin olun, çünki bu sənəd baqajınızın itməsi halında sizdən tələb olunacaqdır. Həmin “əl birkasının” səklini çəkməyiniz onun itirilməsi halında sizin işinizi asanlaşdıracaqdır. Baqajın elektron tərəzidəki dəqiq çəkisi (qramla), itmə hallarında baqajı tapmaq üçün həlledici detallardandır və sizdən soruşula bilər, çünki birkanın üzərində yuvarlaq kg-la rəqəm yazılır. Əlavə olaraq, birkanın üzərində yalnız barkod və birka nömrənizdən ibarət kiçik “minitag-lar” olur ki, bunları da baqajınızın ən az 2 fərqli tərəfinə vurulmasına diqqət edin. Bu barkodlar lazer şüası tərəfindən oxunaraq, baqajın lentdə düzgün istiqamətə getməsini təmin edir və əsasən də birkanın düşməsi halında baqajınızın tapılması üçün çox önəmli rol oynayır.6) Səyahət zamanı pasportunuzun, bank kartlarınızın itirilməsi sizə böyük problemlər yarada biləcəyi üçün bu halları da, əvvəlcədən gördüyünüz tədbirlərlə aradan qaldıra bilərsiniz. Bunun üçün sənədlərinizin görünən hissəsinə, üzərinə nömrəniz qeyd olumuş kağız parçasını yapışdırmağınız kifayətdir. Ancaq bir şeyə diqqət etmək lazımdır ki bu, bank kartının maqnit lentinin üzərinə düşməsin. Bir çox aviakompaniya salonda itən əşyalara məsuliyyət daşımadığı üçün təyyarədən düşərkən sənədlərinizi və əşyalarınızı yenidən kontrol etməyiniz sizə faydalı olacaqdır. Nəzərə almaq lazımdır ki, sizin təyyarəniz terminaldan uzaq dayanacağa enə bilər və əşyalarınızın sizə geri gətirilməsi (əgər tapilarsa) sizi pasport kontrolunda və digər proseslərdə ləngidə bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elcin Meherremli 

1635 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!