1028 dəfə oxunub

Səyahət əhvalatları - Uçuşa gecikmə təlaşı

Sizlərə ilk dəfə ölkə xaricinə yol sərgüzəştimdən danışım..Xarici ölkə dediyim siz "Gəzəyənlər" (bəziləri )üçün "Sahil", "İçəri Şəhər" anlayışı ifadə etsə də mənim üçünsə Tüüürkiyə idi???? Əlbəttə ki, təcrübəsiz biri olduğum üçün tək getmirdim qohum+qohumun tanışı.. O da sağ olsun əmanət olduğum üçün orda göz açıb yummağa imkan verməmişdi,şükür ki, 3saatlıq birlikdəliyimiz olub...Nə isə bu tanış xala orda 1həftə qalacaq deyə özünə yemək də aparırdı...Allah canın sağ eləmiş axşamdan kotlet bişirib necə qaba qoymuşdusa + (əl çantasında götürüb)2saat yarım yeməyin iyindən (Allaha ağır getməsin dilinə kotlet vurmayan birindən söhbət gedir) birtəhər olmuşdum...İndiyə qədər də o iyə görə yenə də kotlet yemirəm????????‍♀️...Söhbət hardasa 2014dən gedir..

Amma dünyanın ən xoşbəxti idim,çünki ilk dəfə təyyarəyə minmişdim + hava o qədər gözəl idi ki, buludların möhtəşəmliyi kəlmələrlə ifadə oluna bilməz, bir sözlə özümü mələk hesab edirdim.. Hələ-hələ təyyarə qalxanda qəribə bir hiss sanki ürəyin yerindən çıxır, və yenidən qayıdır????amma həyəcan, qorxudan yox, sevincdən...☺️

İllər keçdi ....Yüksəkliyin,gözəlliyin dadı bu qızın damağından getmədi...Vəə ,nəhayət, ikinci səyahətinə hazırlaşır...Bu məsələ də belə olub.Atam çaşıb demişdi ki, gələn dəfə pulunu yığıb gedərsən, day düşünməmişdi ki, bu sözləri ciddiyə alacam???? Nə isə...Yol pulunun 20 qəpik olan vaxtı bu qız sadəcə dərsə gedib, qayıdır..O dərəcə ki, anam deyir," Tələbəsən, bu günlər bir də qayıtmayacaq ,get, yoldaşlarınla görüş, yadda qalan vaxt keçir...Elə hər gün səhər gedib 2də evdəsən???? Belə tələbəlik olar?".Hətta metroya qədər olan yolu da avtobusa minmirdim ki, pul yığıram????Günə 40 qəpik xərcləyirdim...Nə gəzinti, nə rəfiqə, nə kafe, nə restoran, nə təzə bir şey almaq ....Heç nə???????? aylar keçib qəşəng pulu yığmışam...Manatın hörmətli vaxtlarından gedir söhbət???? Gəlib çatdıq əsas məsələyə... Qoymurlar ki , tək gedəm... "Azərbaycan mentaliteti" axı 2saatlıq yolda başıma nəsə gələr, halbuki burdan yola salınıb orda qarşılanıram... Olmaz ki, olmaz...Birtəhər oldum deməkdən ki, ay başınıza dönüm, mən öləsi olsam ,Bakıda da evin içində ölə bilərəm, yəni qorumaqla deyil...Çooox uzun sürən siyasi, iqtisadi , sosial, fiziki, psixoloji, mənəvi söhbətlərdən sonra güc bəla ilə icazə aldım... Sağ olsun "xalxın" qızları ki, onları misal çəkmişdim????

Əslində məsələ başqa ölkəyə getmək arzusu deyil, açığını deyim, məsələ o təyyarəyə minmək istəyi idi ..Bu dəfə bəxtim gətirmədi, gediş bileti axşam alınmışdı deyə pəncərə tərəfdə otursam belə gördüyüm təyyarənin qanadında olan işıqlar oldu ????Gələk faciəli dönüş gününə... Uçuş səhər saat 7də olacaq.. Xanım saat 5də evdən çıxıb.. Yükü də o qədər ağırdı ki???? (konkret görməmiş)..Bir il özünə heçnə almayan biri söz vermişdi ki, son qəpiyinə qədər xərcləyəcək. 4sezonluq alış-veriş edib... Tək ayaqqabı 9 cüt idi???? əlbəttə ki, ağlına da gəlmiyib ki, yük ağır olanda pul ödəməlidir.Deyirdim nolacaq 5-10manat pul tutar da ..əlavə 25+ kq yükümə alınan pulun acısını o ayaqqabılardan çıxdım????... Bel çantam da 10 kq özümü o yerə qoymuram ki, bu saat bunu da alıb çəkəcəklər... ????Nə isə qeydiyyata çatanda gördüm ki, məndən əvvəl 70+ nəfər var bu surətlə getsək vəziyyət gül olacaq...Şükür əvvəldə gözləyən bir sərnişinin uçuşuna 10 dəq qalmışdı deyə, qırğın elədi ki, "uçağı kaçırıram " yavaş işləyirsiz+ bütün güvənliyi tökdü ora ,aləm dəydi 1-1nə ..Buna pis olurammi? Əlbəttə ,yox, xeyirimə idi...Əks halda o uçağı mən qaçıracaqdım+ görüb görəcəyim son təyyarə olacaqdı ki, buna görə səni tək qoymurduq...Allah razı olmuşun sayəsində iş bir az sürətləndi, birtəhər qeydiyyatdan keçdim uçuşa qalıb 20 dəq.. Axtara-axtara da getdim gözləmə yerimə.. Sevinirəm ki, 15 dəqiqəm var..Hər şey əla.. Biletdə göstərilən yer, nömrə,mən ,amma məndən başqa heç kim yox????Yenə də sevinirəm ki, gör e tez gəlmişəm, fəxr eləyirəm özümlə ki ,birinciyəm... Bir az gözlədim gördüm yox ,nəsə anormallıq var, heç kim gəlmir, qoy bir adamdan soruşum...Nəhayət məlum oldu ki, bizlərin təyyarəyə minmə yeri dəyişib.. 10 dəqiqə vaxtım var+ 10kq çanta + əlimdə də yeməli şeylər... Məsafəni özünüz bilirsiz Atatürk Hava Limanı ... Sanki 1ci yerdəydimsə 80-ci gözləmə yerinə getməliyəm.... Zülmlə, ölə -ölə ,qorxu ,həyəcanla+ ağır yüklə qaçmışam ki, bu dəfə ,Nərmin ,ölümündü... Həqiqətən,minə bilmədinsə, evdəkilərin dilindən qurtara bilməyəsən???? Şükür Allaha , ən birinci mənəm deyə sevindiyim təyyarəyə ən sonuncu mindimm..Gözümə nə bulud görsənir, nə mələk olmaq...+ hamıdan gec qeydiyyatdan keçdiyim üçün gəldim düşdüm orta yerə... Dörd bir tərəfim ərəb uşaqları... Susmurlar????????‍♀️.. Xahiş edərək, yerimi dəyişib 2li boş yerə keçdim+ üstümü örtüb sanki Baku busda gəlirmiş kimi yatıb çatdım Bakıya....və söz verdim bir də qismət olarsa harasa gedərəmsə, özümə bir qara çöp də almayacam.. Səyahətin dadını çıxaracamm.. Bugünə qədər də deyirəm bu camaat niyə 4saat əvvəldən gedir axı hava limanına????Deməli, bildikləri bir şey varmış... Məndə hər şeyin ilki belə olur, amma dəyişməyən tək şey Təyyarə sevgisi... Gedəcəyim məkan,ölkə çox da önəmli deyil, o yüksəklikdə olmaq başqa bir xoşbəxtlik????

Vəə ,əziz Gəzəyənlər,Sizlərə də tezliklə bu çətin müddətdən çıxıb yeni səyahətlər arzulayıram???? Sizlərin paylaşımın oxumaq gedib gəzmək qədər olmasa da, maraqlıdır????
Səbriniz çatıb sona qədər oxuduzsa ,minnətdaram... 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…


Paylaşdı: Nermin Muradlı

DİGƏR BLOQLAR

Hindistan - Səyahət əhvalatı

Bəs siz heç Hindistanın TV-lərində Xəbər proqramlarına çıxmısız? Videoda baş verənləri anlamaqda çətinlik çəkir, lakin baş verənlər diqqətinizi çəkirsə, onda bu yazını oxuyun. Deməli, bir il ərzində (2017-2018) işimlə əlaqədar Hindistanda yaşamışam. Bu ölkə o qədər rəngarəng və hər mənada gözlənilməzdir ki, demək olar ki, burada hər gün bir əhvalat yaşayırsan. Yaşadığım müddətdə bir çox qeyri-adi, gülməli və bir o qədər də kədərli hadisələrlə rastlaşmışam. Lakin məhz bunu sizlərlə bölüşmək istədim. 2018-ci ilin avqustunda Hindistanın şimalına səyahətimiz zamanı dostum ilə Jaisalmer şəhərinə getdik. Elə oteldə yerləşmək istəyirdik ki, otelin baş meneceri bizə yaxınlaşaraq polis məntəqəsinə getməyimizi xahiş etdi. Sən demə, avtobus dayanacağında bizi qarşılamaq üçün gözləyən otelin digər əməkdaşı əlində adım yazılan A4 kağızı tutduğuna görə həbs olunub. Deyə bilərsiniz ki, nə qəribə cinayətdir, buna görə adamı tutarlar? Biz də belə soruşduq. Otel işçilərinin sözlərinə görə, uzun müddətdir həmin polislə aralarinda ədavət varimiş. Otelin gəlirlərinin çox olması və heyətin müsəlmanlardan ibarət olması polisi qıcıqlandırırmış. Bu dəfə də guya otel işçisinin tutduğu adım yazılan kağız avtobus danacağında olan camaatı çaşdırıb və o bu bəhanə ilə həbs edilib. Məsələni eşidəndə vicdanımız dözmədi, eyni zamanda macəra yaşamaq həvəsi bizə üstün gəldi, ədalətli addım ataraq kömək etmək qərarına gəldik. İlk olaraq oğlanın həbs edildiyi polis məntəqəsinə yollandıq, baş polis ilə görüşdük. Orada izah etdik ki, kağızın üstündə adı yazılan Firuza mənəm və bizi qarşılamasını özümüz oteldən xahiş etmişik. Polis bizim məsələyə qarışmağımızdan heç də məmnun qalmadı və bizi "go to your resort" sözləri ilə yola saldı. Bu rəftardan sonra əsəbiləşdik, məsələni belə qoymamağa qərar verdik. Artıq yavaş-yavaş şəhər kommunası, media nümayəndələri, yoldan keçən hər kəs oraya toplaşırdı. İnsanlar məsələyə biganə yanaşmadığımız üçün bizə təşəkkür edir, müsəlman olub-olmadığımız ilə maraqlanırdı. Biz də əlbəttə ki, "yes, yes, muslim, mashallah, inshallah" filan şəklində cavab verirdik Bir neçə saat ərzində müxtəlif məntəqələr dolaşdıqdan sonra, nəhayət ki, şəhərin baş polisi ilə görüşə bildik. Həmin şəxsə məsələni izah etdim, kobud polis əməkdaşından şikayətimi bildirdim, o da öz növbəsində, lazımi tədbirlərin görüləcəyi və otel işçisinin azad ediləcəyinə dair söz verdi. Əslində, çox yorulduq, gecəni "sleeper bus"-da keçirdikdən sonra özümüzə gəlməyə vaxtımız olmadı, hava da ki çox isti (Jaisalmer şəhəri Tar səhrasında yerləşir). Bütün bunlara baxmayaraq, bu qəribə macəradan zövq aldıq və ən əsası da pulsuz otaq və səhər yeməyi qazandıq Onu da qeyd edim ki, videonu səhifəmdə paylaşdıqdan sonra, yüzlərlə mesaj aldım, hamı bizim cinayətə qarışdığımızı, təhlükədə olduğumuzu düşünüb narahat olmuşdu. Sağ olsun hindlər, xəbər proqramında bütün hadisənin mərkəzinə bizi qoydularhttps://www.facebook.com/100005928302888/videos/1262812263926372/?extid=eJQb5JcPJc6wxrQVƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Firuza Harunova

1816 dəfə oxunub

Səyahət əhvalatları - Hamburg

Hamburqdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli sonunda evdəyəm sağ-salamat oturmuşam dincəlirəm. Hamburg səfərini beynimdə planlaşdırdığım gündən "uğursuzluq" adlandırdığım şeylər ardı-arası kəsilmədi. Biletimi aldığım gündən başladı hər şey bir-bir gəlməyə. Nəysə nə uzadım, Almaniyanın məşhur musiqi alətləri firması olan Thomann-dan gitar sifariş etdim vaxtında gəldi, düşündüm uzun müddət sonra yenidən qayıdaram. Gəldiyi günü zavod defekti olan bir hissəsi oldu və ürəyimdə qaldı. E-mail yazdım şəklini yolladım əlaqə saxladılar və öncəkini qaytarmadan sizə yenisini göndərəcik dedilər düzü inanmadım bu qədər müştəri məmnuniyyəti mi? Köhnəni də düzəltdim bu arada hazırda 2 gitaram var Sonra sizə danışım növbəti uğursuzluq olan Amazondan sifariş verdiyim Panasonic əl fotokamerası ilə 18 avroya aldığım smart selfie stickdən. Hamburga gedərkən ilk düşdüyümdən sonra başıma gələn o oldu. Baxdımkı yoxdur ya kimsə götürüb ya da hardasa düşürmüşəm (düşürməyimə və kiminsə götürməyinə inana bilmirəm mümkün olmayan birşeydir). Nəysə qoyuldum yola getdim gəzməyə kameram birdən olaraq beyni qarışdı və cihazı charge etmək üçün qayıdanda başladı çox yüksək temperatura qədər qızmağa və beyni dondu işləmədi. Amazona zəng etdim yeni sifariş qəbul etdilər artıq dünən şikayətimə baxmayaraq səhər mən yuxudan duranda yeni fotokamera gəldiyini gördüm hələki problemsizdir.Hamburgda online bilet aldım günlük bilet 6.40avro. 25-30 km gəzən biri olaraq kameram da işləmədiyindən telefonla çəkirdim bütün şəkilləri və videoları. Geri dönəndə uzun bir yol qət etdim çatacağım stansiyada düşənə 5saniyə qalmış yoxlama gəldi və xahiş etdim çölə çıxaq çöldə heç olmasa danışaq növbəti dayanacağa getməyim ən azından mənə lazım olan platformada danışaq. Tələbə olduğumu da sübut etdim sadəcə telefonumun batareyası olmadığından sübut edə bilmədim. Sonradan başa düşdülər əvvəl mənimlə sərt danışsalar da. Yenə də protokolu ləğv etmədilər yazdılar qeydləri də etdilər hansı bilet aldığımı qeyd etdilər neçədə aldığımı. Həftənin 6-cı günü olduğundan getdim İnformation Centeri tapdım bir təhər ki, yoxlasın və sübut edim. Dedilər ki yox sən ödəməlisən 60avronu biletsiz minmək filan. Əsəblərimi cilovlayıb 2-3kəlmə dedim və getdim məni dinləmədikləri üçün. Keyfimi pozmadan məşhur Glühwein içib Halben Meter Wurstlarından yeyib bərpa olundum  Gəldim e-mail yazdım həm mənə pis davranan alman metro işçisindən həm də biletim barədə. Cəriməni hazırda ləğv ediblər baxıblar sistemə görüblər doğurdan biletim var imiş. Bu arada dostlarım dedilər əgər Hamburg qeydiyyatındasınızsa 150avro digər vətəndaşlar isə biletsiz minməyə görə 60avro dəyərində cərimə edilirsiniz. Və dayanmadan Hochbahndan çoxlu zənglər gəlir o işçiyə görə artıq 4-cü rəsmi sayılan almanlar zəng edib üzr istəyirlər bu hala görə. Həqiqətən də mənə sərt davrandıqları üçün bir neçə dəfədir zəng gəlir.Hamburg sadəcə möhtəşəm şəhərdir. Hər başıma qəribə iş gəldikcə keyfimi pozmadan onsuz da düzələr deyib yola qoyuldum. Bu qədər Hamburg səfərinə görə negativ şeylər baş verib xaos kimi birşeylər yaşatmaq istədi həyat amma vecimə olmadı Weihnachtsmarkt Hamburg sadəcə möhtəşəm idi. Hamburga getsəniz mütləq Hard-Rock cafesinə gedin maraqlı gəldi digər şəhərlərə baxanda. Mütləq girişi pulsuz olan o möhtəşəm arxitekturası olan Hamburg Filarmoniyasına gedin baxın. Qayıdanda avtobusumuz Qəza etdi amma yolumuza yenə davam etdik Flixbus 4ever haha Mənə qalmağa yerini paylaşdığı üçün Elvinə də təşəkkür edirəm! Gəzəyənlər qrupu birləşdirir! Nağıl kimi şəhərdir. Dresden və Hamburg bugünə qədər getdiyim şəhərlər arasında liderdir. Berlin isə həmişəki kimi məni açmır və xoşuma gəlmir. Hərşeyə rəğmən üzünüz gülsün hamınıza xoş həftə arzu edirəm! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

614 dəfə oxunub

Səyahət əhvalatları

Əsl #hollandpendiri nin narıncı* olduğunu düşündüyümüz vaxtlar idi. Yəni hələ Hollandiyada olmamışdıq, amma futbola çox baxan vaxtlarımız idi. İl 2012. Elə bilirdik orda hər şeyi narıncı olur. Elə easyJet kimi. Amma easyJet sayəsində çox diyarlara uçmuşduq, sağ olsunlar müsəlmançılıqla qoyurdular qiymətləri.Günlərin bir gecəsi uçuş Parisdən Londona idi. Daha doğrusu Luton'a. Hələ də bilmirəm o aereportu niyə London hesab edirlər. Ordan evə gəlib çıxmaq üçün qatar, sonra subway, sonra avtobus lazım olurdu, xərci isə easyJetle uçuşdan ikiqat baha.Dosta tanışa təriflədiyim lowcoster bu dəfə əməlli başlı pozmuşdu planları, daha doğrusu əhvalı. Maceralarla dolu Avropa turunun dönüşündə artıq sadəcə evə çatıb uzanıb yatmaq istəyirdim. Amma easyJetin planları başqa imiş.. Düz 2 saat 50 deq gecikmə ilə baş tutan uçuşu gözləyən sərnişinlər artıq deyinməkdən bir-biri ilə söhbət eləməyə, dostlaşmağa başlamışdılar ki, mən də xəbərim olmadan bir neçə dost tapmışdım, elə onlarla maraqlarda ortaq nöqtələr axtarırdıq ki, birdən bir qadın yaxınlaşdı mənə, bilmədim niyə məhz mənə, amma o vaxtlar heç orasını düşünməzdik, cool vaxtlar idi. Nə isə, dedi bəs telefonu yanmır, məndən onu Londonda gözləyənlərə yazsın ki, nigaran qalmasınlar. Heç ordan da ağlıma heç nə gəlmədi ki nigarançılıq hara London hara.. Nəsə telefonumu verdim mesajlasdi qaytardı, qoşulduq digər sərnişinlərlə söhbətə və minik başlayanda hamı döndü əvvəlki ciddiyyətinə. Heçnə olmamış kimi.Gecikmə nəticəsində qatarı da buraxmışdım, başqa qatar tapmağa qarışan baş heç fikirləşmədi ki bəs görüm o nə sms yazdı, aldı. Nə də olmasa Avropa mentaliteti həqiqətən adamın üstünə oturmuşdu. Başqalarının nəyinəsə olan ac göz azəri marağı yox idi (düzü heç Avropadan əvvəl də yox idi elə də). Telefonuma sms gələndə gördüm ki Azərbaycanca. Sən demə bu xanım Azərbaycanlı imiş. Yazılarında olan səhvlərdən, yadıma saldığım söhbətlərimizdən başa düşdüm ki çoxdandı tərk edib bu doğma diyarı, amma hələ də öz dilimizi işlətməsi xoş idi, isti idi.Beləcə artıq üzdə təbəssüm vardı :) yeni qatar axtarmaq, sonradan metro stansiyada gecələmək və s. qanqaraçılığı getmişdi :) amma günün, daha doğrusu gecənin marağı bitməyibmiş.. Ardı var.* bir pendir manyakı kimi deyə bilərəm ki ən dadlı pendir, elə narıncı olandı. Amma o Holland pendiri deyil. İngilis pendiridi. Leicester (Lester) pendirini yesəniz digər pendirlerə xəyanətiniz davamlı hal alacaq) Bakıda uzun illər yox idi o pendir (hətta məşhur restoranlar pendir assortidə cheddar ilə yola verirdilər. Qiymətlər də yola verməsələr də). Ta ki, Port Bazaar açılana qədər. Amma ondan sonra da elə yox kimi oldu)) çünki kg.ını 138-165 manat arası satırdılar. Sonradan Bravoda da satılmağa başladı, daha münasib qiymətə, təqribən 30 manata. Amma orda satılan waitrose malıdır ki hansı ki heç ingiltərədə onun yaxınına durmurduq. Yaxşı vaxtlar idi Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ziya Bey 

569 dəfə oxunub

Qaranohura gəzəyən turu – Səfər qeydi

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq. Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

1908 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!