1123 dəfə oxunub

Səyahət əhvalatları - Parisdən qalan xatirə

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Qalmaqallı Paris səfəri postumdan sonra, Parisdə başıma gələn hadisəni sizlərlə paylaşım. Təcrübə olsun sizlərə və sizin də başınıza gəlməsin. Deməli belə)

Disnaylandda günün sonudur, axşam saat 9-a qalıb uje. Biz çıxdıq ki, Disnay World tərəfdə oturaq yemək yeyək və çıxaq) Birdən qarınqulu canım buloçnıda bulka gördü???????? yaxınlaşdım ki, alım. Kaşelyoku çıxartdım ki, ödəniş edim, podruqam arxadan yaxınlaşdı və məndən öncə ödənişi etdi. Vəəəəə mən kaşelyoku unudub qoydum orda) keçdik, getdik restorana çatdıq. Elə əyləşmək istəyəndə niyəsə yadıma düşdü ki, kaşelyoku yoxlayım. Baxdım ki, yox) Üstündən də cəmi 5 dəqiqə keçmişdi. Qaçdım qızın yanına. İngilisce soruwdum kaşelyoku, mənə bülbül kimi cavab verdi ki, burda görməyib. Hətta gördü isterikaya düşdüm kömək etmək də istəyini bildirdi. Mən isə çox sağ ol deyib, getdim polis və ya security axtarmağa. Və 20 dəqiqə axtarışdan sonra tapdım) dərdimi danışdım)) onlar da gedib soruşdular dedi ki, xanım qızcığaz ki, bəs burada heç bir kaşelyok görməyib) və bizim bu hərarətli söhbəti eşidən bir xanım yanımdan keçərkən mənə dedi ki, mən sizin kaşelyoku tapmışam???? Mənim halımı təsəvvür edin))) Xanımla qucaqlaşdıq , ağlaşdıq, halallıqdan falan dəm vurduq)) Və xanım məni apardı ki, kaşelyoku mənə versin. Məni hara aparsa yaxşıdır sizcə???? Həmin bulka satan qızxanımın yanına???????????? Xanımca bizi gördü şok oldu . Kaşelyoku tapan xanım ondan soruşdu ki, bəs ay xanımca sənə bayaq tapıb kaşelyok verdim, qaytar sahibi budur. O da cavabında dedi ki, bəs bir ərəb xanım gəldi dedi kaşelyok itirib, guya bu da kaşelyoku verib o qadına. Mənim halımı təsəvvür edirsiniz?????????????Aləm dəydi bir-birinə. Ağlıma gələn azəricə, rucsa, ingiliscə qatı açılmamış sözlər yağdırıram ünvanına, kefini pozmadam at kimi üzümə durub???????????? Kaşelyoku tapan, hətta securitylər belə dedi ki, kaşelyoku sən götürmüsən qaytar, dedi yox ki, yox????????????Deyirəm ay it qızı bəs 5 dəq sonra səndən gəlib soruşdum dedin görməmisən, elə onda deyərdin ki, tapıb kiməsə vermisən də) Mənə dedi I don't speak English???????????? bayaq mənimlə ceh ceh vururdueee. Hələ bir dedi ki, polkanın qabağını tutmayın alverimə mane olursunuz???? Dedim polis gəlsin, dedilər gözləmə, sən polisə getməlisən???????????? gecə saat 12 biz yaxınlıqdakı polis məntəqəsinə getdik əlqərəz))) konsert orda başladı))) deməli məntəqədə 2 polis var , Heç biri də İngilisce bilmir???????????? Biz bunları necə başa salmışıq onu bir Allah bilir))) Polisdə ki Əlimərdan qardaş (adını özümüz qoyduq) başa düşdüklərindən bir ərizə yazdı fransızca və mən də qol çəkdim. İndi onun təxəyyülünün güclü olmağına buraxırıq o ərizənin doğruluq payını???????????? Dedi bir ay ərzində baxılacaq gözləyərsiz???????? Hələ bir xəbər ətər yoxdur???? olmayacaq da bilirəm????Kaşelyokun içindəki məbləği soruşmayın, çox idi???? Niyə kart işlətmirsiz deyə də deməyin, kart sevmirəm))) Dedilər Allahına şükür elə ki, dokumentlərin itməyib???? buna da şükür) Necə deyərlər başımın gözümün sədəqəsi olsum, amma o boyda da sədəqə olmurdu???? Bax beləcə Parisə qarşı allergiya var içimdə????????????????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
 
 
Paylaşdı: Gulka Ayashka

DİGƏR BLOQLAR

Avtostopla macəra dolu Fəthiyə turu

Fethiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Uzun zaman könüllü işlədiyim yerdən ayrıldıqdan sonra orda tanış olduğum biri ilə yola qoyulduq. Yola çıxdıqlarını yolda tanıdıklarına dəyişmə misalını bir kənara qoyub yeni bir macəraya yelkən açdıq.  Beləliklə rotamızı bəlirləyib yola qoyulduq. İlk dayanacağımızFethiye oldu. Dalyandan öncə Ortaca yoluna çıxıb ordan da Fethiyeyə keçmək idi planımız, amma şansımıza bir başa gedən birisi oldu. İlk gecə üçün çadırımızı gün batımını bütün möhtəşəmliyi ilə izləyə biləcəyimiz “Çalış plajı”nda qurmağa qərar verdik. Səhər saat 9da Fəthiyəyə gəlib çatdığımız üçün axşama qədər mərkəzi və bir çox tarixi yerləri gəzdik. Beləki qaya məzarlarına getdik və “Fethiye kalesi”nə çıxdıq. Səfərimizin birinci günü üçün xərcim ancaq 10tl oldu.İkinci gün üçün planımız Kayaköy => Ölüdeniz=> Kelebekler Vadisi =>Yeşil vadi şəklində idi. Ondandır ki, sabah saat 8də yola çıxdıq. Otostopla çox gözəl bir insanın sayəsində 15-20 dəqiqəyə Kayaköy-ə çatdıq. Türkiyədə mübadilə zamanı boşaldılan bu kənd indilərdə tamamilə boşdur. Heç bəzi yollarında turistə də rast gəlmədiyimiz bu yerə giriş 5tldir. Amma girişdən bir az daha irəli gedib bulağın yanından pulsuz daxil ola bilərsiz. Kabusların belə küsüb getdiyi bu yerdə çox gözəl mənzərələrə rast gəldik. Məlumatlandırma lövhələrindən oxuduqlarımla bir çox suallarıma cavab tapmasam da hər kəsin mütləq gedib görməli olduğu bir yerdir.Dünyanın ən gözəl səyahət rotası olan Likya yolunun üzərində yerləşən Kayaköydən Ölüdənizə doğru yola çıxdıq. Likya yolunun ancaq 6km kimi qısa bir hissəsini yerimək yolun sonunda bizi məhv etdi. İnsan yolundan çox keçilər üçün uyğun olan bir yol idi. Siz siz olun belinizdə 10+kq bir çanta ilə bu yolu yeriməyi ağlınızdan belə keçirməyin. Bir neçə saatlıq hikingin ardınca tamamilə tükənmiş halda Ölüdənizə vardıq. Yol bizi özəl bir plaja çıxardı, amma onun yanındakı bir boşluq hissədə gözəlcə dənizə girdik. Bir az dincəlib Ölüdənizdə ünumilikdə paraplan enişlərinin olduğu bir plaja getdik, orda doyunca yedikdən sonra otostopla digər bir rotamıza doğru irəlilədik.Gəzənfərd 2. Avtostop: Nəriman Niftəliyev və Tofik Eynullayev[youtube https://www.youtube.com/watch?v=4SCBWHs_Fu8&w=560&h=315]Yenə şansımız yavər getdi, otostopda çox gözəl bir insanla tanış olduq və Kələbəklər vadisi üçün yola çıxdıq. Daha çox insanların gəmi ilə getməyi tərcih etdiyi bu vadiyə maşınla 20dəqiqəyə çatdıq. Gəmi turlarının qiyməti 15-25tl arası dəyişir. Yolun Sonrasında gördüyümüz mənzərə bizi heyrətə gətirdi, dənizə düşmək üçün olan yol isə bizi şoka saldı. Dağçıların sevəcəyi qayalarla düşmə və çıxmadan ibarət olan bu yolun ancaq birinci ipin enə bildik. Əgər sona qədər getmək fikriniz varsa hiking ayaqqıbılarınızı özünüzlə götürüb, yaxşıca məşq edərək yola çıxın.Bütün yorğunluğumuza baxmayaraq o gün üçün planımızda növbəti dayanacaq olan Yaşıl vadiyə doğru yola çıxdıq. Bir çox blog yazısında haqqında oxuduğum bu ünvana çatdığımızın ilk anında təəssüflənməyə başladıq. Yazılanlarla və ya internetə yerləşdirilən şəkillərlə heç bir əlaqəsi olmayan bu yerdə qalmaq planını ləğv edib yenə geri döndük. Bu arada qeyd edim ki, Yaşıl vadiyə mərkəzdən gedib geri dönməyimiz 2 saatdan çox vaxtımızı aldı. Nə isə uzun sözün qısası heç getməyə dəyməyəcək bir ünvandı, itirdiyimiz zamana yazıq. Ümumən 2ci gün 8.50 tl xərclədim, bu da ancaq yemək və su üçün. Fəthiyəyə yolu düşənlərə məşhur bir yerdə tost yeməyi deyirlər amma elə də bir xüsusi ləzzəti olmadığı üçün burda adın yazmıram yerin ????Gecəni yenə Çalış plajında keçirib səhər günəşin ilk şüaları ilə yuxudan durduq. Öncədən aldığımız abur-cuburla səhər yeməyini atışdırıb, Saklıkent-ə doğru, eləcə də Fəthiyə ilə bağlı son ünvanımıza doğru yola düşdük. Saklıkent Fethiye ile Kaş arasında mərkəzdə yerləşir. Ondandır ki, hər iki şəhərdən oraya turlar olur. Yenə otostopla və ümumilikdə 4 maşın dəyişərək bizə gərək olan ünvana çatdıq.  Dolmuşla buraya gəlmək sizə 11tl başa gələcək. Saklıkent milli parkına giriş isə 3tldir. (Tələbələr 3tl, ümumi 6tl; çox təəssüf ki, müzekart işləmir) Saklıkent 21km uzunluğunda olan, minilliklər əvvəl geoloji parçalanma nəticəsində yaranmış Türkiyənin 5 ən gözəl kanyonundan biridir. 200metrəyə varan kanyon yüksəkliyinin bəzi yerlərində ancaq tək bir insan keçə bilir, ümumilikdə isə 20-30metrə eni var. Oraya gedən hər kəs ancaq ilk 2-3 km yeriyə bilir sonrasında yenə çox çətin yollar başlayır. Bu arada soyuğa mənim qədər həssazsizsa heç getmək üçün burayı listənizə almayın. Çünki sadəcə ilk keçiddən sonra artıq ayaqlarımı hiss etmirdim ???? Günün ikinci yarısında biz artıq yeni bir şəhərə doğru yola çıxmışdıq və nəticə etibarı ilə Fəthiyədə xərclədiyim pula son olaraq su üçün istifadə etdiyim 2tl əlavə olundu.Əgər ki, yolunuz bir şəkildə Fəthiyəyə düşərsə bütünü ilə valeh olacaqsız. Burda həm tarix, həm də təbiətin bütün gözəllikləri göz oxşuyur. Digər bütün rəsimlərə isə tezliklə facebookda “Bilməzin macəraları” səhifəsindən baxa biləcəksiz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nil Azim 

1714 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Malik Abdullayev

1437 dəfə oxunub

Qışda Antalya səyahəti

2021 ilk qış səyahəti, gönül istərdiki KKC olsun ama məlum səbəblərdən dolayı ölkədaxili olmuş oldu.Antalya- ruslar və azərbaycanlılara görə ancaq çimərlik şəhəri olaraq təsəvvür edirdim, qış fəslində Türkiyədə isti şəhərlər arasında ən çox gəziləcək yerlər listəsində ilkdə görüncə və detaylı araşdırmalar finalı olaraq onu seçmiş olduq.6günlük bir plan hazırladım, 1ci gün. 2.günPerge antik kent. Side antik kentKursunlu şəlalə. Manavgat şəlaləKöprülü canyon. Green canyon Tazı canyon. Land of Legends3.gün. 4.günAkvarium. Doyran göletDuden şəlalə. SaklıkentKaleiçi(ps həftəsonları türkiyədə sokağa cikma yasagi oldugundan iki günü evdə diger aktiviteleri ederek dinlendik )1. Müzekartı ilə tüm müzey və antik kentler freedir giris.2. Canyonlara giris free3. Kursunlu selale -4.50tl4. Manavgat selale-7tl5. Land of Legend biz atraksiyonlara minmedik ona gore de normal giris free6. Akvarium sansimiza 4atraksyonluk paket 55tl aldiq normalda 200tllik olani(1ayliq bir kompaniya)Yeməklər-1. Antalya yöresel yemeyi-piyaz ama sarımsağı bol və çox qəribə bir ingredients olduğundan yemədik, 2. SirdanciCebo adlı bir restoran var, şırdan yedik orda, görünüşü anormal ama dadı mükəmməl bir fərqli təam,(heyvanın mədəsinin dərsindən hazrlanır)- sirdanin biri 18tl ama doyumculdur3. İrmik helvasi+dondurmalı -dadlıdırQiymətlər isə şəhərə görə normaldır.Airbnb dən 6günlük bir villa kiraladiq,(05326006855-Turgut abi, ev sahibi,hetta danisdiqda endirim de edir,cox yardimsever ve nazik adamdir,) Antalyanin Serik adli bir bolgesinde idi, iki günü həftəsonunu bağçada günəşli havada kofemizi içib kitabımızı oxuyaraq hem passive hem active tətili yaşamış olduq, arada o iki gün sayəsində çox da yorulmamışıq olduq.Antalyada gezilecek yerler coxdur ve bunlari təəssüfki masinsiz gezmek qeyri-mümkün,və yerli birisiylə gəzmək daha əlverişli olur, bizim sürücümüz şansımıza Azərbaycanlı Mahir -05436999954 (həm də yerlim Gəncəli və onun türk girlfriendi Nurseli oldu( qizin adını 3cü gün mesaj olaraq birbirimizə atdıq ki unutduqda baxaq) biz yola 3dost olar çıxdıq ama 5 dost olaraq davam etmiş olduq, gənclər o qədər yardımsevər,səbirli, gülərüz qısacası nə qədər positivlik varsa onlardadır, Mahirə mən planı göndərdim rotanı o çizdi hətta digər extra məkanları o özü əlave etdi, Ödəmədə isə olduqca çox güzəşt etdi.Listede olan məkanlar Antalyaya getdinizsə mütləq gəzilməli yerlərdir(Saklıkent qışda gedib qar görmək istəyənlər üçün) zatən şəkillərdən anlaşıldığı kimi şəhərə heyran qalmamaq nə mümkün, antik kəntləri gəzərkən çox qəribə tarifi zor olan hisslər yaşayirdiq, m.ö olan roma kəntlərinə ayaq basmaq və onları yaşamaq(izlədiyim filmləri, oxuduğum kitabları xatırladıqca sanki onları yaşayirdim) bu hissləri ilk dəfə piramidləri görərkən yaşamışdım. Yani texnikanin olmadigi bir zamanda bu insanlar bu möhtəşəmliyi necə yaratmişsa artik..daşlar,sütunlar arasındakı sm/m dəqiqliyi də ayrı bir incəlik.Təbiət aləlvanlığına gprə də Antalya özəlliklə seçilir, canyon/şəlalə/göl bolluğudur, həmdəki mənzərəsi də ən əlası. Şəkillərə extra effekt vermeyə gərək olmur yani o dərəcə bir gözəllik.Şansımıza restoranlar bağlı idi, ama yol üstü olan restoranlarda oturmaga icazə var və aylar sonra qismət oldu restoranda oturub normal nahar etmək,o da çox qəribə hiss idi Digər səyahətsevərlər kimi mən ümid edirəm bu çətin və stressli günlər geridə qalar, normal həyata zamanla geri qayıda bilərik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Bunyatzada

2076 dəfə oxunub

Naples Səfərim

Naples ( Napoli in Italian )Italiyanin en gozel sheherlerinden biri hetta menim fikrimce ilk uclukde ola bilecek sheherlerindendi. Duzdu tehlukesizlik baximindan deye bilerem ki tehlukeli sheherdi amma gormeye deyecek qeder goze almaq olar )) esas odur ki hec bir yerde adamlar qarshisinda cibinizdeki pullari numayish etmesez sag salamat gezib sheherden hezz ala bilersiniz. Napoli Italyanin en gozel ve tebieti ile taninmis bolgelere meselen; Amalfi Coast ( Ravello, Positano, Amalfi, Sorento ) , Capri Island , Ischia Island, Pompeii yaxin mesafede yerlesir. Meselen Napoliden Amalfi Coast tour ucun 80 euro odenis elemekle bir gunluk full packet almaq mumkundu. Ve yaxud ferry ile adalara gede bilersiz. Napoliden Vezuvi daginin ( Vezuvio italyanca ) menzereside goz qamasdirir. Hemcinin Vezuvi dagina turlarda var hele istifade etmemisem amma dag heveskarlari ucun mence maraqli olar. Ordanda Pompeii ( kul altinda qalan sheher )cox yaxin mesafededi.Bildiyimiz kimi ilk Pizza Napolide hazirlanib hal hazirda Napolide qedim pizza medeniyyetini qoruyan bir iki aile qalib bunlardan en meshurlari ; 1. Pizzeria Antonio e gigi Sorbillo ( ortalama qiymet 5-10 euro)2. Pizzeria Di Matteo ( ortalama qiymet 6-12 euro ). Hetta onu deye bilerem ki Neapolitan Pizza qedim pizza medeniyyetini qorudugu kimi dunyada en meshur pizza kimi de taninir. ( qeyd edim ki novbe hemise uzun olur ona gore bunu nezerde tutun gedende ). Hemcinin Napoli Italiyada taninmis iki esas shirniyyatina gore de taninir bunlar 1. Baba ( with alcohol Rum ) 2. Sfogliatelly ( inside sweet cheese ). Dadina baxmaga deyer )) Napoli hemcinin deniz mehsullarinin istifadesine gore (yemekde) Italiyada birinci yerde gedir. Siz Napolide istenilen nov deniz mehsullarini tapa bilersiz ve uygun qiymete ( ucuzluqdu ) . Napolide hemcinin iki maraqli ve gormeli ve hemcinin girishi pulsuz olan Castle yerleshmekdedir. 1. Castel del Ovo 2. Castel Maschio Angioino. Hele ki Napoliye aid shekiller paylasa bilerem 2 gune hemcinin Amalfi Coast haqqinda yazacam. So enjoy guys ))Paylaşan: Kenan Piriyev

198 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!