614 dəfə oxunub

Səyahət əhvalatları - Hamburg

Hamburqdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli sonunda evdəyəm sağ-salamat oturmuşam dincəlirəm. Hamburg səfərini beynimdə planlaşdırdığım gündən "uğursuzluq" adlandırdığım şeylər ardı-arası kəsilmədi. Biletimi aldığım gündən başladı hər şey bir-bir gəlməyə. Nəysə nə uzadım, Almaniyanın məşhur musiqi alətləri firması olan Thomann-dan gitar sifariş etdim vaxtında gəldi, düşündüm uzun müddət sonra yenidən qayıdaram. Gəldiyi günü zavod defekti olan bir hissəsi oldu və ürəyimdə qaldı. E-mail yazdım şəklini yolladım əlaqə saxladılar və öncəkini qaytarmadan sizə yenisini göndərəcik dedilər düzü inanmadım bu qədər müştəri məmnuniyyəti mi? Köhnəni də düzəltdim bu arada hazırda 2 gitaram var 

Sonra sizə danışım növbəti uğursuzluq olan Amazondan sifariş verdiyim Panasonic əl fotokamerası ilə 18 avroya aldığım smart selfie stickdən. Hamburga gedərkən ilk düşdüyümdən sonra başıma gələn o oldu. Baxdımkı yoxdur ya kimsə götürüb ya da hardasa düşürmüşəm (düşürməyimə və kiminsə götürməyinə inana bilmirəm mümkün olmayan birşeydir). Nəysə qoyuldum yola getdim gəzməyə kameram birdən olaraq beyni qarışdı və cihazı charge etmək üçün qayıdanda başladı çox yüksək temperatura qədər qızmağa və beyni dondu işləmədi. Amazona zəng etdim yeni sifariş qəbul etdilər artıq dünən şikayətimə baxmayaraq səhər mən yuxudan duranda yeni fotokamera gəldiyini gördüm hələki problemsizdir.

Hamburgda online bilet aldım günlük bilet 6.40avro. 25-30 km gəzən biri olaraq kameram da işləmədiyindən telefonla çəkirdim bütün şəkilləri və videoları. Geri dönəndə uzun bir yol qət etdim çatacağım stansiyada düşənə 5saniyə qalmış yoxlama gəldi və xahiş etdim çölə çıxaq çöldə heç olmasa danışaq növbəti dayanacağa getməyim ən azından mənə lazım olan platformada danışaq. Tələbə olduğumu da sübut etdim sadəcə telefonumun batareyası olmadığından sübut edə bilmədim. Sonradan başa düşdülər əvvəl mənimlə sərt danışsalar da. Yenə də protokolu ləğv etmədilər yazdılar qeydləri də etdilər hansı bilet aldığımı qeyd etdilər neçədə aldığımı. Həftənin 6-cı günü olduğundan getdim İnformation Centeri tapdım bir təhər ki, yoxlasın və sübut edim. Dedilər ki yox sən ödəməlisən 60avronu biletsiz minmək filan. Əsəblərimi cilovlayıb 2-3kəlmə dedim və getdim məni dinləmədikləri üçün. Keyfimi pozmadan məşhur Glühwein içib Halben Meter Wurstlarından yeyib bərpa olundum  Gəldim e-mail yazdım həm mənə pis davranan alman metro işçisindən həm də biletim barədə. Cəriməni hazırda ləğv ediblər baxıblar sistemə görüblər doğurdan biletim var imiş. Bu arada dostlarım dedilər əgər Hamburg qeydiyyatındasınızsa 150avro digər vətəndaşlar isə biletsiz minməyə görə 60avro dəyərində cərimə edilirsiniz. Və dayanmadan Hochbahndan çoxlu zənglər gəlir o işçiyə görə artıq 4-cü rəsmi sayılan almanlar zəng edib üzr istəyirlər bu hala görə. Həqiqətən də mənə sərt davrandıqları üçün bir neçə dəfədir zəng gəlir.

Hamburg sadəcə möhtəşəm şəhərdir. Hər başıma qəribə iş gəldikcə keyfimi pozmadan onsuz da düzələr deyib yola qoyuldum. Bu qədər Hamburg səfərinə görə negativ şeylər baş verib xaos kimi birşeylər yaşatmaq istədi həyat amma vecimə olmadı Weihnachtsmarkt Hamburg sadəcə möhtəşəm idi. Hamburga getsəniz mütləq Hard-Rock cafesinə gedin maraqlı gəldi digər şəhərlərə baxanda. Mütləq girişi pulsuz olan o möhtəşəm arxitekturası olan Hamburg Filarmoniyasına gedin baxın. Qayıdanda avtobusumuz Qəza etdi amma yolumuza yenə davam etdik Flixbus 4ever haha Mənə qalmağa yerini paylaşdığı üçün Elvinə də təşəkkür edirəm! Gəzəyənlər qrupu birləşdirir! Nağıl kimi şəhərdir. Dresden və Hamburg bugünə qədər getdiyim şəhərlər arasında liderdir. Berlin isə həmişəki kimi məni açmır və xoşuma gəlmir. Hərşeyə rəğmən üzünüz gülsün hamınıza xoş həftə arzu edirəm! 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Chicharito Huseynow

DİGƏR BLOQLAR

Səyahət əhvalatı - Vilnüs

Vilnüsdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Gəlin sizə təxminən 2 il əvvəl getdiyim Vilnius səfərimdən danışım. Bir az uzun çəkə bilər, üzrlü hesab edin.Avropada oxuyanlar bilər universitetləri olan hər şəhərdə Erasmus Student Network (ESN) adlı təşkilat olur ki,xarici tələbələr üçün tədbirlər, səfərlər təşkil edirlər. Rigada oxuduğum vaxtlar idi, dostlarım xəbər verdilər ki, bəs noyabrda iki günlük Litva səfəri təşkil edirlər, yolpulu hostel, səhər yeməyi daxil 60 euro. Sevinə-sevinə razılaşdıq Rigada tanıdığımız, tanımadığımız Erasmuslu tələbələr hardasa 50 nəfər birlikdə gedəcəyik, əyləncəli olacaq, razılaşmaz olaydıq Səfərin ilk hissəsi pis keçmədi, avtobusda uşaqlarla deyə-gülə 4 saat filan yol getdik, Trakai adası deyilən yer var, Vilniusa çatmamış, gölün ortasında xudmani adadır ortasında da orta əsrlərə aid qala. Getdik qalanı gəzdik, şəkil zad çəkdirdik, yola düşdük Vilniusa. Şimal ölkələrində hava tez qaralır deyə saat hardasa 5 idi artıq qaranlıq idi biz Vilniusa çatanda, hava da buz kimi, buna baxmayaraq başladıq şəhərin qədim hissəsini gəzməyə, Uzupis adlı maraqlı bir yer var (şəkildəki yer) bizim içəri şəhər kimi yerdir, şəhərin içində süni balaca respublika qurublar guya, divarda 40 maddədən ibarət konstitusiya. Hər kəsin isti suyla çimmək haqqı var zad Müsibət bundan sonra başladı. Məlum oldu ki, ESN xərcləri ucuz gəlsin deyə şəhərdəki ən ucuz hostellərdən birini tutub, "5 Euro" hostel-adı üstündə  hostel də dəmir yol vağzalının yanındadı, hansı ki, alkaş ruslar zad doludur oralarda, ən pisi də odur ki, biz şəhərin mərkəzindən ora kimi ayaqla getməliyik, avtobus yoxdur. 50 nəfərin 50-si də yorğun, soyuq adamı kəsir, təxminən 1 saat yolu piyada getdik. Bütün yolu da xəyal edirik ki, hostelə çatanda rahatlayacağıq. Hostelə çatdıq...hostel nə hostel... it iyi verir, içi də dolu hər cürə əndrəbadi adamlar, alkaşlar zad, hamısı da bizim 50 nəfərlik qrupa mənalı-mənalı baxır. Hosteli işlədən özü də elə bil Pablo Eskobarın əmisi oğludur Qalacağımız otağa gətirdilər, ilahi, elə bil Somali qaçqınlarının müvəqqəti saxlanım məntəqəsi, böyük bir zalda matrasları atıblar yerə, kim harda yatdı-yatdı, nə qapı var nə locker zad. Mən, türk, fransız, alman qızlar da daxil olmaqla 5-6 qız özümüzü öldürdük ki, belə yerdə yatammarıq, dedilər yaxşı sizi aşağı mərtəbədə 6 nəfərlik otağa göndərərik. Razılaşdıq, daha bilmirdik ki, bizi orda nə gözləyir, səssiz bir koridor, 4-5 otaq, biz koridora girən kimi üzündən əyyaşlıq yağan, bomjdan bir az fərqli rus kişilər çıxıb bizə "Ooo devoçki krasivıe" zad deməyə başlamadılarmı, qorxudan ölürük, gecəylə burda təcavüzə uğrasaq yuxarıdakıların ruhu da duymaz  Gecəni necə yatmışıqsa,qorxudan qapının dalına şkafı zadı çəkib qoymuşuq, çünki gecə ara-sıra "Devoçki,otkroyte" deyib qapımızı tıqqıldadırdılar. Getsin o gecə gəlməsin. Natəmizlik bir yandan, pis bir mühit bir yandan...çətinlik insanları yaxınlaşdırır deyirlər, alman, fransız qlzlarla əziz bacı olmuşuq uje, ağlayıb qucaqlaşmaq zad Yuxarıdakı zalda yatan uşaqlar da deyirdi ki, səhərə kimi telefonumuzu, kaşloyukumuzu əlimizdə tutub yatmışıq ki, soyulmayaq Nəysə, səhəri gün it sifəti ilə yola düşdük ordan Kaunasa. Elə bir az gəzmişdik ki, bir leysan yağış başladı, kəsmək də bilmir, bizi geriyə aparacaq avtobus da şəhərin o biri ucunda, məcburən piyada getməliyik, təpədən-dırnağa su içində, buz kimi havada 3-4 kilometr yol getdik avtobusa qədər.Rigaya çatanda artıq ikinci dünya müharibəsindən sağ çıxan yəhudi əsirlərə oxşayırdıq... Məşəqqətli iki gündən sonra bir həftə xəstə yatdım... Bu da mənim Litva səfərim.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Ayten Aliyeva

1259 dəfə oxunub

İstanbula gedən yol əhvalatı

Istanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli belə. Xeyli müddətdir hər gün deyirəm yazım amma ki hər dəfə niyəsə alınmırdı. Ömrü-həyatımda ilk dəfə ölkə sərhədlərini aşaraq hansısa ölkəyə getmişəm ki, bu da çox istədiyim İstanbul oldu. ????Fevralın 1-i uçuş idi və çox macəralı bir yolçuluq keçirdim. Gediş biletim Bakı-Naxçıvan-Igdır-İstanbul idi. Naxçıvana uçmaq "okey" tamam rahat oldu. Ondan sonra başladı macəra. ???? Naxçıvandan demişdilər ki, avtovağzala taksi ilə ya da şəhər daxili marşrut, ordan da Igdır hava limanına avtobuslar gedir. Mən də təbii ki, rahat gedirəm taksidə. Vağzala çatdım ki, nə? Avtobus yoxdur və heç bir gedəcək başqa taksi də yoxdur. Elə həmin taksi ilə qiymət də bazarlıq edib məni gömrüyə qədər aparmasını xahiş etdim. Ordan da demişdim ki, ilk dəfədir gəlirəm mənə maşın tapmaqda kömək edərsiz. Sağ olsun yaxşı adam oldu kömək etdi. Gömrükdən də bir başqa maşına mindim ki, "vse" da rahat gedirəm. ???? Beh nə getmək, ???? bəxt sözünü deyir. Mindiyimiz maşın qırmızıya düşüb (nə olduğunu bilmirəm) buraxmadılar gömrükdən. Maşında da 2 qadın var idi. Şərurdan alverçidirlər hər gün Igdıra siqaret, çay filan aparırlar satmağa. Gömrükdəkilər də bunları tanıyır deyə növbə gözləmədim tez keçdim.İndi maşın tapa bilmirik. Nə isə bir avtobus var idi ona minib Türkiyə sərhədinə getdik (pulsuz), sonra sərhəddə də bizimkilər bildilər ki, hava limanına gedirəm yol verdilər birinci keçdim amma nə hacət maşın yoxdur. Çox axtarandan sonra TIRlar var idi, onların birini saxladıb mindik. Sağ olsun 35-40 dəqiqə ərzində məni çatdırdı Igdıra ordan da "servic"-lə hava limanına. P.S: avtostop sayılırsa əgər ilk dəfə avtostop macərasını da daddım. Bəxtim gətirdi gecikmədim, çox narahat idim amma çox gözəl yol yoldaşlarım var idi. Nə isə. Saat 6-ya qalmış "uje" İstanbuldaydım amma qarşılamağa gələn düşüb "probka"ya gəlib çıxmır. ???? 1 saat aeroportda yerlərə sərilib kitab oxumaq, camaatı analiz etmək zad ???? vaxt keçdi gəldilər və evə gedə bildim."Money"ə gəldik də, qalmaq üçün ev var idi deyə ona xərcim çıxmadı. Ümumilikdə demək olar ki, mən orda heç pul xərcləmədim. Ancaq özüm tək gəzməyə gedəndə hə biraz, birdə ki hədiyyə filan alanda. Vaxt o qədər sürətlə keçirdi ki, həm də yollar çox uzaq gedəcəyim yerlərə bacardığım qədər əsas görməli yerləri görməyə çalışdım. (Amma doymadım - yayda mütləq təkrar gedəcəm)Sonra Izmite getdim 2 gün də orda qaldım - elə də böyük olmayan bir şəhərdi amma sakit, sevimlidir. ???? Orda da yetərincə gəzdim, hər küçəsini demək olar ki. Tam yaşanılacaq bir yerdi.Və geri dönüş ???????? Azalmi deyim, ya bilet alanmı məndən 1 həftə boyunca xərcləmədiyim pulu cığırda-cığırda aldı.P.S: Uzun və səhvlər oldusa "I'm çox sorry"P.P.S: Ölkə daxili həttda, Bakı daxili hər yerə adaptr və "powerbank"la gedən mən uzaq yerə heç birini aparmadan gedib orda sürünmüşəm ona görə də şəkillər az və belə "keyfiyyətlidir".Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Əsmər Mammadova

1807 dəfə oxunub

Səyahət əhvalatları - "Hər şeyə rəğmən"

Salam, dostlar. Başıma gələn maraqlı hadisəni paylaşmaq istədim. Bu yazı biraz uzun olacaq. Ümid edirəm sıxılmazsınız. Hadisələri olduğu kimi danışacam. İndiyədək xaricdə olmamışam və Mingəçevirdə yaşayıram. Bakıya belə az-az, bayramdan bayrama gəlirdim. Daim Avropa həvəsi ilə yaşayan biri olmuşam və hələ də eləyəm. Mən keçən il İspaniyada "ERASMUS +" mübadilə proqramı ilə oxumuşam. Pasxa zamanı digər şəhərləri, ölkələri gəzmək istədik. Səyahəti planlamağım tam 1 həftəmi almışdı. Hostellər, biletlər və s. Başlayanda bilirdim ki, başıma nələrsə gələcək ????????????‍♀️ İlk planımız Venesiya oldu. Madrid -Lyon-Venesiya və səhər 32 saatdan sonra, saat 06:00-da Venesiyaya çatdıb, hostelə yollandıq. Heç ağlımızdan da keçməzdi ki, hostel bağlı olar. 3 saat binanın qarşısında oturub gözləyəndən sonra bir müştərinin yazığı gəlib pəncərədən açar atdı. Biz daxil olduq foyede hostel işçisini gözlədik və nəhayət gəldi. 2 gecə 3 gün orda olduq çox da maraqlı oldu  bizim üçün. Sonra yollandıq Kölnə (gəzdiyim yerlərin içəridində ən rahat və təhlükəsizi). Orada Hard Rockda qaldıq. Ucuz və tam mərkəzdə idi deyə tutmuşduq oranı. Təsadüfən sahibinin azərbaycanlılar olduğunu öyrəndik. Nəisə çox uzatmayım, oradan yollandıq Brüsselə. Çox gözəl şəhər idi, lakin axşamüstü gərək tək şəhərə çıxmayasan (homelesslər, oğrular dəhşət çox idi). Hətta qaldığımız oteldə bizə iranlı oğlan bildirdi ki, Şimal stansiyasından gedəcəksizsə ehtiyatlı olun. Bizim də bəxtdən biletimiz orda idi və ehtiyatlı şəkildə ora yollandıq. Yolda görmədiyimiz hadisə olmadı. Sağ-salamat ora çatdıq. İçəridə gözləməyə başladıq. Avtobusumuza tam 2 saat var idi, birdən yaxınlıqdakı qızların passportlarının oğurlandığını gördük. Security tərəfdə gözləməyə başladıq və buranı da sağ salamat atlatdık )) Sonra isə Parisə yollandıq, 2 gün yol getdik. Ən qorxduğumuz bu şəhər idi amma rahat yola verdik. 3 gecə də burda qaldıq.Və son məntəqə - kaş getməz olaydım dediyim yer, bu postun kuliminiyasiya nöqtesi - Marsel (Le petit Marseillais markasını da görəndə qorxuram????????????‍♀️) Google'deki dəniz limanı görüntüsünə aldandım????             Nəisə əslində peşman deyiləm, düşünürdüm ki, heç vaxt tək başına nəyisə həll edə bilmərəm amma yola verdik. Onu deyim ki, gedəcəyim yerə hər çatdığımızda anama xəbər verirdim. Marselə də çatanda yazdım və anamın cavabı bu oldu "İnternetdə baxmışam, qızım, ora biraz təhlükəlidir, ehtiyatlı ol." Necə də hiss edib canım anam❤️ Biz yarım günlük yoldan sonra stansiyaya çatdıq. Fikirləşdik ki, çox gəzmişik. Dua edirəm ki, sağ-salamat, xatasız-balasız yola verdik və İspaniyaya - evə qayıdırıq. Dedik bu şəhəri gəzməyə tələsməyək, biraz dincələk, stansiyada oturaq. Stansiyada uzandıq növbə ilə yanımdaki qız ilə. Mən fikirləşdim ki, gedib su, yemək alım və mübahisə elədik. O dedi mən gedəcəm, mən dedim mən. Mən getdim sonda.Uzaqlaşalı 15 dəqiqə olmuşdu ki, qız zəng etdi: "Rasta, de ki, sumkanı özünlə aparmısan". Elə o andaca fsoo dedim getdi sumka, pul, pasport, hər şey????????‍♀️ (mənim də yekə qəhvəyi rəngdə rukzakım var idi. Dedim gedib yemək alıb gələcəm qızın yanında qoyum, gedib- gələrəm. Halbuki yanımdan ayırmırdım) Ağlıyaraq gəldim qışqır-bağır sumka, içərisindəkilər hər şey gedib təkcə telefonum qalıb. Deməli iki oğlan yaxınlaşıb qıza biri saat soruşib, sonra da qorxudub sumkamı götürüb gediblər. Mən ağlaya-ağlaya çatdım ki, qız hələ şokdadır. Əsəbləşdim, incidim amma anladım ki, əldən nə gələr olan olub. Bir yandam deyirdim ki, məşhur deyimdə olduğu kimi - Kişinin başına iş gələr. Bu an orda dərdimizi başa salmağa çalışdıq amma heç kəs ingiliscə bilmirdi, Sonda fransız oğlan bizə yaxınlaşdı başa saldı ki, gedin polisə itkiyə aid rapor alın , sağolsun bizi polis idarəsinə apardı gözledi bizlə. Elə bu anda 20 nəfərin passport çantası itdiyini də öyrəndik (tək mən deyilmişəm deyə özümə təsəlli verirəm????) Tam 5 saat gözlədik və bizə rapor verdilər sonda. Qaça-qaça gəldik ki, Madridə gedən avtobusuma çataq, Flixbus idi adı amma Öiubus adı ilə tərpənib artıq avtobus. Bizim kimi neçə adam da gözləyib bilməyib. 100 € da belə batdı. Sumka itib (İspaniyadakı ev açarları, kartlarım, passport Az kartları və s), avtobus gedib, biz o lanetli stansiyadayıq yenə.????????‍♀️ Artıq itirməyə də heç nəyimiz qalmıyıb, qorxuruq.  Bu anda türk qızlar yaxınlaşdı və "birlikde beklesek olur mu" dedilər. Təbii ki yaxınlaşdıq və ünsiyyət qurduq. -Avtobusun belə etməyi, passport itməyi, əsəblər gərgin anama atama da heç nə deyə bilmirəm (Təzyiq və ürəkləri narahatdı. Onları da tələşlandırmaq istəmədim????). Ancaq zəng edib bacıma dedim. O da 1-2 dəqiqə danladı sonra çıxış yolları dedi .Sonra türk qızlar ilə gözlədik. Gecə düşürdü. Türk qızlar mənim passport məsələmdən sonra lap qorxdu. Səfirliklərinə zəng etdilər və gəlib götürdülər bizi. Gecəni səfirlikdə qaldıq. Sürücü səhər-səhər bizi yenidən stansiyaya gətirdi. Yanımdakı qızın kartı ilə bilet aldıq, Madridə yollanırdıq. Tam sevinmişdim ki, artıq vso rahatam, evə çatıram. Çünki, avtobusda indiyədək gəldiyim yerlərdə sərhəddə passport yoxlamırdılar. Bu cəhətdən rahat idim, Elə Marselin çıxşında polis saxladı və o ürkütücü cümlə "Passport Control". Əlim-ayağım keyidi. Həll yolu axtarırdım. Fransada yolda məni düşürtsələr nə edəcəm? Ağlayıram, heçnə fikirləşə bilmirəm polis yaxınlaşdı passport istədi . Başa sala bilmirəm. "Lost lost" deyirəm. Fransızlar da ingiliscə bilmir, başa düşmür. Ömrümdə hələ elə çarəsiz hiss etməmişdim. Yanımdakı qıza çöndüm dedim ki "nəsə edək izah et, bir şey elə". Bu anda Polisin biri əlini çiynimə qoydu ki, "Korkma, anlat bakıyım noldu?" Bu hissi izah edə bilmərəm həqiqətən - Polisin birinin türk olması????????dərdimizi dedim. Dedi "rapor filan bir şey varsa keç sən, sorun yok" Biz sənədi təqdim edib keçdik. Madridə çatdıq Səfirlikdən gün aldım. Azərbaycana getməmişdən 3 öncə gedib sənədəri götürməli idim. İnternetdə hər şeyi qaydasına salıb getdim Madridə 3 saat gözlədim. İyun ayı idi və bildim ki, qeyri-iş günü imiş???? off Rasta, yenə bəxtin gətirmədi deyirdim ki, Səfirlik nümayəndəsinin (Adil Şükürov, burdan bir daha öz təşəkkürümü bildirirəm) əlaqə nömrəsini tapıb ona zəng etdim. Sağolsun axşam gəldi və sənədləri həll etdi???????? Nəyahət evimə - Mingəçevirimə gəldim çıxdım.Xülasə mənim kimi heç vaxt evdən qırağa çıxmamısızsa çıxın, komfort zonanızı tərk edin. Desəydilər ki, getmə itirəcəksən passportu yenə gedərdim. Hər gördüyümüz, yaşadığımız bir təcrübədi. Nəyi yaşamamışıqsa onu mütləq yaşayırıq. Yeni ölkələr, şəhərlər, yeni macəralar diləyi ilə#gəzəyənlər #aviasalesazƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Rasta Pashayeva

1664 dəfə oxunub

Vizasız Niaqara səfəri

2 gün əvvəl Niaqara şəlaləsinə gedəndə olmazın bir hadisə yaşadım. Niaqara şəlaləsinin Kanada - ABŞ sərhədini əmələ gətirən körpüdən çəkiliş etmək istəyirdim və bu səbəbdən 50 sent atıb, turniketdən keçdim. Tək deyildim, yanımda alman bir xanım vardı (tədbirdən tanış olmuşuq). Mən də, kişi-kişi çəkirəm, danışıram ???? Nəsə, bu xanım keçdi ABŞ tərəfə ki, işim var, biz filan vaxtı Kanada tərəfdə olan Hard Rock kafenin qabağında görüşək. Həmin gün də dayanmadan yağış yağırdı və passportu, pulu maşına qoymuşdum ki, zədələnməsin. Kanada tərəfə gələndə məlum oldu ki, passport yoxlaması var. Təsəvvür edin ki, Gürcüstan-Azərbaycan sərhədini Gürcüstan tərəfdən keçirsiz (yoxlamasız) və bilirsiz ki, Azərbaycan tərəfə vizanız yoxdur, amma geri qayıtmağa passport lazımdır. Yağış yağır, məni də babat “lomka” basıb. Öz-özümə deyirəm ki, bu şəlaləni gördün, vacib idi körpüdən çəkmən? İçim-içimi yeyir ki, 45 gün viza cavabı gözlə, sonra da gəl sərhəddən deport olun. Növbə mənə çatanda gömrük əməkdaşı ilə aramızda belə bir dialoq baş tutdu:- Salam- Salam- Mən Azərbaycan vətəndaşıyam. Kanada tərəfdən heç bir yoxlamağa olmadığı üçün elə zənn etdim ki, körpünün üstünə çıxmağa sənəd tələb olunmur. Passportum Kanada tərəfdə maşında qalıb.- Ölkəyə hardan girmisiz? (elə sifət aldı ki, dedim vəssalam)- Bakı-Franfurt-Montreal ilə gəlmişəm- Amerika vizanız var?- Yoxdur.- Kanada ərazisini niyə tərk etdiniz bəs?Bu sözü deyəndə cin necə vurdusa quracağım cümlə yadımdan çıxdı ????Bu sözü demişdi ki, qaqa telefonu götürüb zəng elədi. 2 dəqiqə sonra hündür bir gömrük məmuru dalımca gəldi və məni apardı. Kanada tərəfdə sənədlərində problem olanların saxlanıldığı yerə. Sizə yer deyirəm, ərəb, afrikalı və başqa millətdən olan adamları yığıblar bir otağa. Baxan kimi bilinir ki, bu adamların sənədlərində ciddi problem var. Dərdimi kimə izah etdimsə yaxın duran olmadı. Axırda bir təhər internet tapdım və dostlara SOS siqnalı göndərdim.1 saata passport gəlib çıxdı və məni buraxdılar. İşin gözəl tərəfi isə adım sistemə salınmadı və gömrük məmuru passportda olan vizanı görəndən sonra mənimlə bağlı ilkin yazmış olduğu sarı vərəqi gözümün önündə cırdı. Heç adam vizada olan məlumatları kompüterlə dəqiqləşdirmədi belə. Həmin an qorxudan çox böyük bir təəssüf hissi vardı ki, günün sonunda o da yoxa çıxdı. Vəziyyət barədə xəbər tutan kimi Torontodan Niqaraya gəlməyə hazır olduğunu bildirən Alı qardaşıma da buradan hər şey üçün təşəkkür edirəm. :) )Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nihat Valizada

823 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!