1005 dəfə oxunub

Şengen ölkələrinə viza alarkən nələrə diqqət etməli

Əziz dostlar ????,

 Eynitipli sualların çoxsaylı sorğusu nəticəsində mühüm bir məsələyə toxunmaq istəyirəm 

(Mövzu Şenqen ölkələrinə şamil olunur????)

#asansəfirlik #viza

- Hansı ölkə asan viza verir ?
- Hansı səfirlikdən viza almağı məsləhət görürsüz ?
- A ölkəsindən viza alıb, orda qalmayıb B ölkəsinə gedə bilərəm mi ?
- İlk girişi başqa ölkədən etsəm problem olar mı?

Əvvəla hansı ölkəyə (və ya bir neçə ölkə) getməyi və ya harda daha çox qalmağı planlaşdırırsızsa, həmin ölkənin səfirliyindən viza almalısız. Vizanın giriş çıxışını tam dəqiq və aydın şəkildə qeyd edirsiz. Məsələn, Çexiyaya vəya Danimarkaya getmək istəyirsiz, siz giriş kimi Budapeşt və ya İtaliyanı göstərə bilərsiz lakin o ölkədə viza aldığınız ölkədə çox qalmamaq şərtilə. Ancaq məqsədə uyğun olardı ki, girişi viza aldığınız ölkədən edəsiz (çıxışı başqa ölkədən etsəz də olar).

Digər mühüm məsələ isə çalışın səfirliyə turist olduğunuzu sübut edin. Normal qaydada sənədlərinizi hazırlayın. İlk növbədə, marşrutunuzu dəqiqləşdirin, məsələn, siz Macarıstan səfirliyindən viza almısız və Budapeştə (və ya hər hansı bir şəhərində) gedib orada 4 gün qalmağı planlayırsız, ordan isə hər hansı bir ölkəyə keçə bilərsiz (Macarıstandakı gün sayından az olmaq şərtilə və şenqen sazişinə daxil olan istənilən ölkəyə). Lakin bəzi dostlar bunu bildirmək istəmir. Niyə? Nəyə görə? Burda qorxulu heç nə yoxdu inanın mənə. Mən tərəfdarıyam ki, səfirliyə qarşı hər zaman dürüst olun. 5-6 ədəd A4 verməyin, əgər bir neçə ölkəyə səfər edirsizsə. Onlar sevir ki, detallı informasiya verəsiz onlara. Fikrimcə çətin və ya kaprizni səfirlik yoxdur, onları qane etməyən turistik namizəd vardır deyə düşünürəm. Bəlkə də yanılıram amma şəxsi təcrübəmdən nəticə çıxarıram hələki. Yəni bir ölkə niyə turistin önünü kəsib ölkə büdcəsinə zərər vursun.

Getdiyiniz ölkədə qalacağınız yerin Hotel və ya hostel olması fərq etməz, əsas odur sənədli-sübutlu olsun. Booking.comHostelsworld.com kimi saytlar etibarlıdır.
Bank hesabı məsələsinə gəldikdə isə, əvvəla onu deyimki aldığınız maaşa uyğun bir rəqəm göstərməyiniz daha məqbuldur və arzuolunandır. Yəni şərt deyil, 700 AZN maaş alıbda 1 həftə üçün 3000 AZN göstərəsiz, 1000-1500 AZN (ölkədən asılı olaraq) göstərsəz kifayətdir.

- Əgər siz otel/hostel, avtobus/qatar biletlərini, təyyarə biletlərini ödəniş etmisizsə, bank hesabında qalacağınız gün sayına görə 40-80 euro/1 gün vəsait yerləşdirməlisiz, yox əgər bunları almamısız bron etmisizsə, o zaman həmin xərcləridə günlük xərcinizin üzərinə əlavə etməlisiz.

Məsələn,
70-80 euro / 1 gün Skandinaviya, Qərbi və mərkəzi avropa ölkələri - Fransa, Belçika, Hollandiya, Ispaniya, Avstriya, İsveçrə və s.
40-60 euro / 1 gün daha çox Şərqi Avropa və Baltikyanı ölkələr - Macarıstan, Polşa, Çexiya və s. üçün keçərlidir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Royal Planck

DİGƏR BLOQLAR

Gəzəyən məsləhəti- Səyahət zamanı qarşılaşa biləcəyiniz sözlər məcmusu (Part 2)

Səyahət zamanı “Resort”, “all inclusive”, “bungalov” kimi sözlərlə tez-tez rastlaşırıq. Bəs bunlar nə deməkdir? 1. Resort Otel Tətil Kəndi mənasını verir. Tətil kəndi ilə əlaqəli bütün xüsusiyyətlər Resort otellər üçün də keçərlidir. Yəni əyləncə dolu böyük bir kompleksdir, əyləncə üçün oteldən çıxmağa ehtiyac duyulmur. 2. Hostel Şəhər mərkəzində və ya şəhərdən kənarda daha ucuz gecələmək yerləri təklif edən, bir yaxud bir neçə nəfərin bir yerdə qaldıqları ümümi yataq yerləri olan kompleksdir. Hostellər kiçik oteller kateqoriyasına aiddir. Bəzi hostellər ayrıca çarpayılara malik olmasına baxmayaraq, adətən 6-10 nəfərlik bir otaqda yerləşmə təklif edirlər. Ümumi vanna otağı da bu xidmətə daxildir. 3. BungalovMüəyyən ərazilərdə dəmir-beton tikililərə icazə verilməməsi səbəbindən taxta konstruksiyalardan inşa edilən otaqlardır. Bəzi hallarda bungalovların bir yerdən başqa yerə daşınması mümkündür. Ekoloji təmiz materiallardan inşa edildiyi üçün bungalovlar təbiətin bir hissəsi kimi görünür və bu otaqların da özünəməxsus müştəriləri olur. 4. Single Room ya da Single Bed Tək otaq və ya tək yataq mənasını bildirən bir nəfərin qala biləcəyi otaqdır. 5. Double Room - Double BedOtel otağında iki nəfərlə qalmağın mümkünlüyünü, yaxud iki nəfərlik bir cüt çarpayının olmasını bildirir. 6. Twin Room - Twin Bed Otel otağında iki nəfərin qala biləcəyi iki ayrı çarpayının olması deməkdir. 7. Triple RoomOtel otağında üç nəfərin qala bilməsini göstərir. Bu otaqda bir cüt çarpayı və bir tək çarpayı ola bilər. Və ya hər kəs üçün 3 ayrı tək çarpayı ola bilər. Bəzi hallarda da bir cüt çarpayı və divan çarpayı təklif edilə bilər. 8. Sofa Bed Otel otağında açılan divan-çarpayının olmasını bildirir. 9. Quadruple Room – Quad Room 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room, 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room,dörd ayrı çarpayı varsa Quad Room otaq deyilir. Bundan başqa, otellərdə otaq qiymətləri təklif edərkən otaq növləri və otaq tipləri üçün fərqli qiymətlər ola bilər. Suite otağı, ailə otağı, kral dairəsi, president suite və s. Adətən belə hallarda qiymətlər bir nəfərin qiymətindən 2-3 dəfə baha olur. 10. BО, RO və BB ekonom-variantƏgər siz qənaət etmək istəyirsinizsə, bu zman sizə RO, BО və BB qidalanma növləri uyğun gələcək. 11. OB – “only bed” – yalnız gecələməyi nəzərdə tutur,RO – “room only” – yalnız yaşayışı nəzərdə tutur,BB – “bed and breakfast” – yaşayışın dəyərinə yalnız səhər yeməyi daxildir. 12. HB, HB+, FB+ pansionHB, HB+, FB+ tipli pansionlar əsasən istirahət zamanı spirtli içkilərdən az istifadə edən və isveç masasına üstünlük verənlər üçündür. Bu üç və dörd ulduzlu otellərdə ən çox yayılmış qidalanma tiplərindəndir. НВ – “half board” – səhər və şam yeməyi, həmçinin ödənişsiz çay, kofe və su təklif edən yarım pansion növüdür, HB+ – “half board+” – səhər və şam yeməyi, həmçinin bütün gün ərzində yerli istehsallı alkoqollu və alkoqolsuz içkilər təklif edən yarım pansion növüdür. FB – “full board” – səhər yeməyi, nahar və şam yeməyi təklif edən tam pansion növüdür. Burada içkiləri əlavə ödənişlə əldə etmək mümkündür. FB+ – “full board+” – səhər yeməyi, nahar, şam yeməyi və pulsuz içkilər təklif olunan tam pansion növüdür. 13. ALL, Al, UAL, UAI hər şey daxilİstirahət zamanı özlərinə heçnədə imtina etməyənlər üçün ideal variant – Al, UAL, UAI, ALL tipli qidalanma növləridir. ALL, Al – səhər, nahar və şam yeməyindən (isveç masası) başqa, gün ərzində sizə yerli istehsal olan spirtli və spirtsiz içkilər, əlavə qidalanma, yüngül qəlyanaltılar, barbekü və s. təklif edilir. UAL, UAI – “ultra all inclusive” – bu halda sizə restoranda 5 dəfəlik tam qidalanma, bundan əlavə gün ərzində yerli və xarici istehsallı içkilər, geniş çeşiddə qəlyanaltı və şirniyyat seçimi təklif edilir.#uçmaqüçündoğulanlar #travelblogger #bookings #bookinghotels #airbnb #hotelsandresorts #hostel #entryhouse #resort #Bungalow #allinclusive #ultraallinclusiveƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

2541 dəfə oxunub

Azərbaycanlıların ən sevdiyi viza - ŞENGEN - (1)

Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.Əlavə məlumat üçün yazıya daxil olunÜmumilikdə 26 ölkənin də bu müqaviləyə qoşulması ilə tək bir bölgə halına gəlmiş Şengen Ərazisini, əldə etdiyiniz viza müddətində istədiyiniz ölkəni rahat bir şəkildə gəzə bilərsiniz. Bu ölkələr hansılardır:BelçikaAvstriyaÇexiyaDanimarkaEstoniyaFinlandiyaFransaAlmaniyaYunanıstanMacarıstanİslandiyaİtaliyaLatviyaLitvaLüksemburqMaltaHollandiyaNorveçPolşaPortuqaliyaSlovakiyaSloveniyaİspaniyaİsveçİsveçrəLixtenşteyn     Azərbaycan vətəndaşları  bu ölkələrə turist vizasına müraciət etmək üçün aşağıda qeyd edilən siyahı üzrə ölkələrin səfirlik, konsulluq və ya viza mərkəzlərinə müraciət edə bilərlər:        1.  Fransa, İspaniya,  Lüxemburq, Belçika, Portuqaliya və Hollandiya turistik vizasını Fransanın ölkəmizdəki səfirliyi verir. Müraciət etmək üçün link        2.  Çexiya turistik vizasını həmin ölkənin, ölkəmizdəki səfirliyinə müraciət edə bilərsiniz. Həmçinin VSF GLOBAL viza mərkəzi nə müraciət etməklə       3. Latviya, Litva, Sloveniya, Slovakiya və Estoniya turistik vizasını Latviyanın ölkəmizdəki sefirliyi verir. Viza müraciəti üçün yalnız linkə daxil olaraq edə bilərsiniz.       4. İtaliya və Malta üçün turistik vizanı İTALİYA səfirliyi verir. Müraciət etmək  linkə daxil ola bilərsiniz.      5. İsveçrə vizası üçün qeyd edilən linkə ə daxil olmaqla müraciət edə bilərsiniz.      6. Almaniya və Lixtenşteyn öklələrinə səyahət etmək istəyirsinizsə, o zaman qeyd edilən linkə daxil olmaqla ətraflı məlumat alıb, müraciət edə bilərsiniz.      7. Skandinaviya ölkələri olan Norveç, Danimarka, Islandiya və Finlandiyanı görmək istəyənlər də həmçinin VSF GLOBAL AZERBAIJAN viza  mərkəzinə müraciət etməlidirlər. Qeyd edim ki, bir müddət əvvəl Norveçin ölkəmizdəki səfirliyi fəaliyyətini dayandırdığı üçün viza sənədləri Ankara, Türkiyəyə göndərilir və viza cavabı 1 ay müddətində məlum olur. Müraciət zamanı bütün bunları nəzərə almaq lazımdır.      8. Polşa vizası üçün linkə daxil olmaqla müraciət edə bilərsiniz.      9. Yunanıstan vizası üçün bütün ətraflı məlumatı qeyd edilən linkə daxil olmaqla, əldə edə bilərsiniz     10.   Avstriya vizası üçün görüş almaq, aplication form doldurmaq, həmçinin ətraflı məlumat əldə etmək istəyirsinizsə, qeyd edilən linkə daxil ola bilərsiniz.     11. Macarıstan vizasını ölkənin Azərbaycandakı konsulluğu verir. Və bu ölkəyə viza əldə etmək üçün qeyd edilən linkə daxil olmaqla rahatlıqla bütün məlumatı əldə edə bilərsiniz     12. Daha bir Skandinaviya ölkəsi olan İsveç  vizası üçün qeyd edilən linkə daxil olmaqla, müraciət edə bilərsinizViza müraciəti zamanı diqqət etməli olduğumuz bir çox nüanslar var. Yazılan və ya yazılmadığı halda çox vacib olan qaydalar haqqında onu deyə bilərəm ki ...ARDI VAR .....  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: tourexpert 

2605 dəfə oxunub

Dubaya səyahət: Dubay Bələdçisi

24-29 yanvarda Dubaya 5 gecə 6 günlük səyahət etdik. Gedənə kimi qrupdakı Dubayla bağlı bütün paylaşımlara baxmışdım amma çoxu köhnə idi və istədiyim cavabları tam ala bilməmişdim. Ona görə bəlkə faydalı olar deyə bir paylaşım etmək istədim.1. Biletləri Wizzairle Bakı-Abu dhabi - Bakı olaraq aldıq. 5 nəfər 1224 azn (yanvarın əvvəli daha da ucuz idi. Oğlumun sənədindəki problemə görə biraz gecikdik)2. Evi Airbnb-də hostel olaraq seçdik. (5 gecə, 5 nəfər üçün 626 dollar) Biraz tərəddüd etsək də bizim üçün çox maraqlı təcrübə oldu. Yataq otağımız, tualet hamam ayrı idi, amma mətbəxtlə oturma otağı ümumi. Onsuz da səhər çıxıb axşam qayıtdığımız üçün bizə kifayət elədi. Ayrıca fərqli millətdən olan insanlarla söhbət etmək həm uşaqlara, həm də mənə çox maraqlı oldu.3. Qidalanma. Bir rəfiqəmin məsləhəti ilə bəzi quru qidaları özümüzlə götürmüşdük və demək olar ki, qidalanmaya çox pulumuz çıxmadı. (Paket çay, kofe, makaron, şəkər, konfet, peçenye tərzi şeylər). Balaca oğlum kaşa istəyirəm deyə ağladığından süd, düyü, şəkəri ordan alqıq bir də çörək və yumurta.4. Gəzməli yerlər. Mən daha öncədən Dubayın öz səhifələrindən safari və cruise turu aldım (20 və 30 usd). Baxmayaraq ki, qrupda 50 dollardan aşağı safari yaxşı olmurdu deyirdilər, biz çox məmnun qaldıq. Evdən götürüb evə qaytardılar. Dəvələrlə gəzinti, ciplə safari, qumda sürüşmə, xına və axşam yeməyi mənim üçün Dubay səfərinin ən maraqlı xatirəsi oldu.Marinaya yaxın qaldığımızdan cruise-a ayaqla getdik. 1 saat 40 dəqiqə gəzinti, axşam yeməyi, şou, rəqs artıqlaması ilə qiymətin haqqını verdi.Miracle Garden, Butterfly Garden combo bilet aldıq. Miracle Gardenda azərbaycanlı dondurmaçı var. Bizi çox mehribanlıqla qarşıladı. Hətta məsləhət də verdi ki, burda dondurma çox bahadır, almayın. Bakıda alarsız yemək üçün əsasən fast foodlar idi. Ailə paketi aldıq. 4 burger+4 free+bir naget (5parça)+1.5 litr içkiyə təxminən 115 AED verdik. Məncə Dubay üçün, hətta Azərbaycan üçün çox normal qiymət idi. İki bağ arasındakı məsafə ayaqla iki dəqiqədi. Bütün hallarda yoxladım ki, online bilet daha ucuz gəlir. Yerində baha təklif edirlər.Motiongate atraksiyon sevərlər üçün inanılmaz seçimdir. Bir günümüzü tamamilə ora ayırdıq, amma gəzib qurtara bilmədik. Bu bileti də Legoland su parkı ilə birgə aldıq. Bu da paket şəklində və online alındıqda daha sərfəli olur. Bütün attraksionlar limitsizdir. İstədiyiniz qədər minə bilərsiz. Su parkı həm uşaqlar həm də böyüklər üçündür. Diqqətimi çəkən bir məqam oldu. Biz Bakıda su parkına gedəndə paltara heç nə demirdilər, amma orda oğlumun şortikini dəyişdirdilər ki, pampıq olmaz, neylon tərzi olmalıdır.Dubai Aquarium. Düzü gözləntimin biraz altında qaldı. Tuneli daha uzun təsəvvür edirdim çox qısa idi. Biz 4 nəfərə 800 AED nəqədərsə online ödədik, amma yerində 1100 neçəsə dedilər. Yəni, online alın Uşaqlar üçün balıqları görmək və toxunmaq çox maraqlı idi. Biletin içində 20 AED hədiyyə məbləği var. Çıxışdakı mağazada istifadə edirsiz. Bizdə 4 bilet idi. Dedilər hədiyyə balansında istifadə etmək üçün 100 aed-lik məhsul almalısız. Bilmədim bütün hallarda belə idi, yoxsa bilet sayına görə. Yenə də sərfəli alış veriş oldu.Aquarium Dubai Mall-Un içərisində olduğundan biraz gəzdikdən sonra Burj Xalifa bulvarında çıxdıq. Ənənəvi fantan şousu və şəkillər çəkdirdikdən sonra böyük səhv edərək metroyla getdik metroya çatana kimi binanın içərisində az qala bir kilometr yol getdik. 28 maydan Xətai xəttinə qədər gedən yolun neçə qatı 5. Xidmət, ünsiyyət. Xidmətin yaxşı olmadığını çox eşitmişdim amma mən tam əksini gördüm. Küçədə yol soruşduğumuz mühafizəçilərdən bütün getdiyimiz məkanlarda yüksək gülərüzlülük və xoş ünsiyyət gördük. Bizdə də müştəriyə yalandan gülürlər amma Dubayda işi bir neçə səviyyə yuxarı daşıyıblar. Salam necəsiz elə tonda deyirlər elə bilirsən nə qədər vaxtdır səni gözləyirdilər çıxışda necə idi? Zövq aldız? Xoş istirahətlər, yenə gözləyirik tərzində çox yüksək səviyyədə qarşılama və yola salma gördüm.6. Təhlükəsizlik. Üst səviyyədə. Həm qaldığımız məkanda, həm də getdiyimiz yerlərdə heç bir mənfi halla qarşılaşmadıq. Atraksiyonlara minərkən pul qabını və telefonu ümumi bir yerə qoyurduq. Çıxışda unutdum. Qayıtdım. Gördüm yerindədi. Çox təəccübləndim. Parkda anam oğlanlarımla birlikdə itdi. İki dəqiqədə elan verərək tapıb yanımıza gətirdilər.7. Transport. Biz 5 nəfər olduğumuzdan və uşaqlar balaca olduğundan əsasən taksidən istifadə etdik. Bir gün maraq üçün metroyla getdik. Baxdıq ki həmən xərc olur. Abu Dhabi dən Dubaya 200-213 dirhəm gəldik. Təxminən 95-100 manat. Şəhər daxili məkanlara da 30-40 manat arası.Əslində yazacaq çox şey var, amma daha da uzadıb sizləri sıxmaq istəmirəm. Qısacası Dubay məndə çox gözəl izlər qoydu. Əsasən də səhranın ortasında belə şəraitin qurulması. Düşündüm bu cür təbiəti olan ölkədə nələr etmək olar hamıya xoş istirahətlər. Yenə də kiminsə nəsə sualı olarsa cavablayaram Paylaşan: Türkan Əzimova

155 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!