240 dəfə oxunub

Şəki Səyahətim – Gəzilməli və Görülməli Yerlər

Şəki Səyahətim – Gəzilməli və Görülməli Yerlər
Salam, dostlar!
Ölkəmizin ən gözəl və tarixi şəhərlərindən biri olan Şəkiyə səyahət etdim. Bakıdan qatarla gedib, elə qatarla da geri döndüm.
Şəkiyə gedərkən ekonom sinfi seçmişdim. Əgər siz də bu siniflə səyahət edəcəksinizsə, mütləq yüngül paltar götürün, çünki içəridə çox isti olur. Standart+ sinfi isə daha komfortludur və qismən daha rahatdır. Qatarın zəif də olsa Wi-Fi xidməti var və işləyir.

Qatar Şəkiyə səhər çox erkən çatır. Vağzaldan şəhərə getmək üçün hər adam üçün 5 AZN-ə taksi xidməti var. Şəhərdə səhər saatlarında açıq olan yerlər məhdud olduğuna görə Central Hostelin kafesində oturub saat 08:00-dan sonra qəhvə içərək gəzintiyə başlaya bilərsiniz.
Biz daha erkən saatlarda Ablan Məbədini ziyarət etdik. Daha sonra Cümə Məscidini, oradan isə Xan Evi, Xan Muzeyi və Xan Məscidini gəzdik. Bu hissədə çox sayda tarixi evlər və küçələr var. Yolüstü İmam Əli Məscidini də ziyarət edə bilərsiniz. Şəkinin gözəl mənzərəsini izləmək üçün Ana Abidəsi (Şəhidlər Xiyabanına yaxın yerləşir) əla seçimdir.
Şəhərin digər hissəsinə piyada rahatlıqla gedərək Yurd Evi (Miniatür Şəki Abidələri Muzeyi) və Karvansaraya baş çəkə bilərsiniz. Buradan sonra Güllü Təpəyə qədim fayton yolu ilə qalxaraq unikal mənzərənin şahidi ola bilərsiniz.
Gəzintidən sonra Şəkinin məşhur Qagarin restoranında şəhər mənzərəsi ilə piti yeməyi tövsiyə edirəm. Daha sonra Şəki Qalasına gedərək Şəki Xan Sarayı, Şəki Qalereyası və ABAD Mərkəzində tarixi sənətkarlıq nümunələrini izləyə bilərsiniz. Əlavə olaraq, qala ərazisində yerləşən Azərbaycan Milli Yemək Muzeyi çox maraqlıdır və görməyə dəyər.
Şəki Xan Sarayının həyətində istirahət etdikdən sonra 15 nömrəli avtobusla Kiş kəndinə getmək mümkündür. Təxminən 15 dəqiqəlik yol getdikdən sonra Kiş Alban Məbədinə tarixi yollarla 15-20 dəqiqəyə piyada qalxmaq olar. Məbəd hazırda muzey statusundadır və saat 18:00-a qədər açıqdır.
Bundan əlavə, yol boyu Şəki halvası satan məşhur brendləri görəcəksiniz. Şəkidə çox sayda coffee shop var, amma ən məşhuru Illy Espresso Housedur.


Gedə biləcəyiniz restoranlar arasında ən məşhurları:
• VIP Karvan
• Qagarin
• Arı Məmməd

Ən sərfəli və sürətli taxı - *0066
Şəkidə çox sayda ev muzeyi var, ona görə hamısını qeyd etmədim – öz zövqünüzə seçib ziyarət edə bilərsiniz.
Əgər Şəkiyə səyahət etməyi düşünürsünüzsə Farid Mustafayev sosial şəbəkələrini izləməyi tövsiyə edirəm A-dan Z-yə bütün lazımi məlumatları paylaşır.
Uğurlu və maraqlı səyahətlər!

Paylaşan: Ruslan Memmedov

DİGƏR BLOQLAR

İspaniya - Granada bələdçisi

İspaniyaya yolunuz düşübsə, Madridlə, Barselona ilə kifayətlənməyin deyərdim. İspan mədəniyyətini, ruhunu duymaq üçün Əndəlüs bölgəsinin şəhərlərindən ən az birinə mütləq gedin. Mənim Əndəlüsdə ilk seçimim Granada oldu. Cəmi 23 dollara və 4,5 saata Madriddən Granadaya çatdım. Granada elə ilk andan bizi isti qarşıladı. Axşam saat 11 radələri, yol kənarında dayanıb taksi gözləyən 3 qız. Bu vaxt avtobus gəlib düz qaşımızda saxladı və sürücü çamadanlarımıza baxıb hara getdiyimizi soruşdu. Sürücü ingilis dilində bilmir, biz ispan, amma birtəhər əl qol hərəkəti ilə dil tapdıq. Otelin onun marşurutu üzərində olduğunu dedi. Avtobusdakı digər sərnişinlər də özlərinə borc bilib otelimizin adını soruşub, onlar da əl-qol dili ilə söhbət etməyə çalışdılar. Sanki bütün avtobus əhli bizi ünvana çatdırmaq üçün səfərbər olmuşdu. Xülasə, gəlib çatdıq mənzil başına. Avtobusun istiqaməti fərqli olduğuna görə 100-200 metr piyada getməli idik. Həngamə də burda başladı. Yaşlı avtobus sürücüsü az qala özünü yerdən-yerə vurub təkrar-təkrar hansı tərəfə getməli olduğumuzu göstərməyə çalışdı. Üstəlik avtobusu sürməyib gözlədi ki, bizim düz gedib-getmədiyimizdən arxayın olsun. Elə ki gördü bir-birimizi düz başa düşmüşük, düz gedirik, sevinə sevinə bir xeyli arxamızca əl elədi. İnsanlarının qonaqpərvərliyini, səmimiliyini çox sevdim Granadanın.Hər addımbaşı qaşımıza çıxan portağal ağaclarını, bu portağal qoxulu şəhəri çox sevdim.Bəs Granadada gəzməli haralar var? Əlbəttə ki, ilk növbədə Alhambra Sarayı. Ərəbcə adı “qırmızı” deməkmiş bu sarayın. Gün batanda günəşin şəfəqləri ilə qırmızıya-narıncıya bürünən, mistik bir havası olan saray təsəvvür edin. İspaniyada ərəblərin izini daşıyan, inşası 1232-ci ildə başlayıb düz 200 il davam edən bir saray... Burada özünüzü “1001 gecə” nağıllarındakı kimi hiss edəcəksiniz. Hələ sarayın bağçalarını demirəm. Şəhər içində şəhərdir sanki bu saray. İl boyu turistlər məhz bu sarayı görmək üçün Granadaya axışırlar. Ərəblərin yadigarı olan bu saray nəinki Granadanın, bütün Əndəlüs bölgəsinin yaraşığıdır. Təbii ki, Granada yalnız Alhambradan ibarət deyil. Granadaya bir şəhər demək də günah olar. Matruşka kimi şəhər içindən şəhərlər çıxır. O matruşkadan çıxan şəhərciklərdən biri təpədə böyük ərazidə qurulan Alhambra sarayıdırsa, o biri təpəsində yerləşən, bəmbəyaz evləri olan Albaicin də matruşkadan çıxan bir başqa şəhərciyidir. Vaxtilə ərəb məhləsi olan Albaicində hazırda yəhudilər məskunlaşıb. Albaicin matruşkasından isə bir başqa aləm olan Sacromonte çıxır... Sacromonte məşhur qaraçı məhəlləsidir.Bütün İspaniyada ən çox diqqətimi çəkən cəhətlərdən biri eyvanların gözəlliyi olmuşdu, Granada eyvanları da gözəllikdə digər ispan şəhərlərindən geri qalmır.  Granadada müşahidə etdiyim bir maraqlı məqam isə Albaicin bölgəsindən şəhər mərkəzinə gəlişim oldu. Ensiz, dar, enişli-yoxuşlu yollarda tikilən, bəmbəyaz evləri olan Albaicində sanki labirintdəymişik kimi hiss edərək gəzdikdən sonra şəhər mərkəzinə getmək üçün avtobus və ya taksi dayanacağı axtaranda birdən-birə özümü şəhərin düz göbəyində tapdıq. Bir andaca bəmbəyaz dünyadan, ensiz və adamsız küçələrdən geniş, haylı-küylü, turist qaynayan meydana çıxdıq…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rena Karimova

1409 dəfə oxunub

Şəhər bələdçisi - New York

New Yorkdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.New York barəsində maraqlı postlar bundan əvvəl də paylaşılmışdı. Paylaşılan fikirlərin davamı və təstiqi, təkrarı olaraq mən də 1 ay ərzində gördüklərimdən bunları deyə bilərəm;- Şəhər yeni gələn turistlər və immigrantlar üçün olduqca bahalı, NYC’də normal işlərdə işləyənlər üçün isə normal şəhərdir. (Minimum əmək haqqı 15 USD)- Nyu Yorkda maşın sürmək əsəb, parking tapmaq problemdir. Digər ştat və şəhərlərdən fərqli olaraq insanlar yeraltı nəqliyyat və ya avtobuslardan istifadə edir. Şəhərdə 450+ metro xətti var və demək olar ki, bir çox yerə metro ilə rahat getmək mümkündür. Bir gedişlik 2.75 USD, bir həftəlik 34 USD, bir aylıq 125 USD)- Ərzaqdan geyimə bütün məhsulları alarkən kassada üzərində yazılan qiymətə 9%’ə yaxın city tax gəlir.- Nyu Yorkda bütün restoran, kafe, taksi başda olmaqla demək olar ki, bütün servis xidmətlərindən istifadə edərkən “çayvoy” verməlisiniz. Bu artıq bir mədəniyyətə çevrilib.- Məsələn çaşıb kafedə 50 USD’lik yemək yediniz. Tips (çayvoy), vergilər verildikdən sonra bu rəqəm 60-70’ə çıxa bilər.- Azərbaycandan fərqli, marketlərdə bir çox məhsullar, meyvələr, tərəvəzlər qablaşdırma ilə satılır. Məs; Bakıda kilo-kilo aldığınız üzümü burda 2 salxımı bir paketin içinə qoyulmuş vəziyyətdə 4-5 USD’ə nuş edə bilərsiniz.- Nyu Yorkun havası olduqca dəyişkəndir. Bir saat hava çox isti olduqdan sonra anidən şiddətli yağış yağa bilər. Yağış isə 10 dəqiqə sonra anidən kəsə bilər.- Nyu Yorku Bakıdan fərqli edən maraqlı cəhətlərdən biri; burada demək olar ki, toz deyilən bir şey yoxdur. (Mən görmədim) Nə maşınlar çirklənir, nə də evdə əşyaların üzərinə toz yığılır.- Nyu Yorkda millətlərin sıx məskunlaşdığı bölgələr var. Məsələn; Chinatown’a getsəniz özünüzü Çində, Koreatown’da Cənubi Koreyada, Brooklyn’in orta hissələrində İsraildə, Brightonda isə özünüzü Rusiyanın hansısa bir bazarında hiss edəcəksiniz.- Şəhərin küçələrində alkoqollu içki butulkası ilə içki içmək qadağandır. Narkotika satmaq qadağan, qəbul etmək isə səhv etmirəmsə leqaldır.- Gəzmək üçün kifayət qədər yerlər var. Bunlardan bir neçəsi; Time Square, Central Park, Empire State Building, Statue Liberty, Rockfeller Center və digərləridir.- Bir otaqlı evlərin qiyməti 1300-1500 USD, roomların qiyməti 500-600 USD’dən başlayır. Ev və ya otaq rent edərkən sizdən deposit qoyulması, kirayə üçün əlavə haqq ödənişləri alına bilər.Bir çox xüsusiyyətlər var ki, yadıma düşdükcə yaza bilərəm. Və ya əlavə etmək istəyən varsa edə bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Anar Aliyev

1598 dəfə oxunub

Türkiyənin ən möcüzəli və mənzərəli məkanı - Ölü dəniz

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Ölü dəniz- Fethiye/Muğla- Bu gün sizə qonşu Türkiyənin ən möcüzəli və mənzərəli yerlərindən biri olan Ölü dəniz sahillərindən yazmaq istəyirəm. Heç şübhəniz olmasın ki, ölü dəniz sahilləri(Fethiye/Muğla) bölgəsi Türkiyənin ən gözəl dəniz sahilidir. Burada olan möhtəşəm mənzərə ölmədən öncə mütləq görülməsi lazım olan yerlərdən biridir. Bir gün avtomobillə Türkiyəyə yolunuz düşərsə və Antalyaya qədər getsəniz mütləq özünüzə əziyyət verib Antalyadan 2 saatlıq məsafədə yerləşən Ölü dəniz sahillərinə gedin, buna heç vaxt peşiman olmayacaqsınız və təbii ki, geri qayıtmaq istəməyəcəksiz. Ölü dənizə Antalya havalimanından avtomobillə 2-3 saata(200 km), İStanbuldan avtobusla 10-11 saata (814km), Dalaman havalimanından 30 dəqiqəyə gələ bilərsiniz. Ölüdəniz açıq mavi suları, sarı qumları, ətrafındakı gözəl meşələr və dağları ilə insanı heyran qoyur. Amma bu mənzərə dəniz qırağında durub izləmək üçün deyil təbii olaraq. Deməli 2000 metr hündürlükdən bütün turistlərin istifadə etdiyi tam təhlükəsiz olan yamac paraşutları vasitəsilə ölü dənizin üzərində yarım saat müddətində uçduqdan sonra insanın görüb görəcəyi ən gözəl mənzərənin şahidi olacaqsız. Əvvəlcə deyim ki, yüksəklik qorxunuz yoxdursa paraşut istifadə etməyə heç çəkinməyin. Onsuz təlimçi ilə birlikdə uçursunuz. Tam təhlükəsizdir. Rahat 2 nəfərlik oturacaq var. Sizə qalan tək 2000 metrdən cənnəti izləyərək ağzıaçıq şəkildə bu unudulmaz anları kameraya çəkmək olur. Kameraya yaxşı düşmək istəyirsinizsə mənzərəni gördükdən sonra ağzınızı qapamağı unutmayın)))). Maşınla dağın üzərinə qalxmaq və paraşutu istifadə etmək qiyməti təxminən 200 lirədir. Ama yaxşı bazarlıqla bu qiyməti 100-150 lirəyə endimək olur.Bundan başqa katerlə 12 ada turuna qatilmağı unutmayın. 20 lirədən-1000 lirəyədək kater turu edənlər var. Təxminən 150 lirə ödəyib all inclusive paketli katerlərdən istifadə edə bilərsiniz. Dəniz çox duzludur. Üzdükdən sonra ancaq su içmək istəyəcəksiniz. Və daima gunəş kremi istifadə edin yoxsa bir müddət sonra aynada özunüzü tanimarsınız. İndi isə oranın möhtəşəm şəkillərini yükləyib şərhi sizə buraxıram. Səyahət yolunuz hər zaman açıq olsun….(əlavə məlumat və yeni səyahətlər barədə paylaşımları instagramda gezgin_hayat hesabından izləyə bilərsiniz. https://www.instagram.com/gezgin_hayat/) (Mən 2011-də getdiyim zaman video çəkməmişdim amma paraşut həyəcanı necə olur görmək istəsəniz bu linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=cLYNIwqTV-M ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

7358 dəfə oxunub

Sri-lanka seyahetim

Axsaminiz xeyirli olsun.yenice bitirdiyim Sri-lanka seyahetim barede paylasmaq istiyirem.Ilk gunum Colombo ve Anuradhapurani gezmekle kecdi.2ci gun Wilpattu milli parkina safari(yari gunluk safari seher 5den 11 12 arasi bitirdik. safari edeceksizse ne Yala nede Wilpattu-da edin.en yaxsisi Minneriya yada Udawalewe parklaridi.leopard gorne sansiniz 5 10% olar ya olmaz.yene Minneriya/Udawalawede fil bufalo kimi heyvanlar gormek daha zovqlu olar.cunki maral ceyran kimi heyvanlari demek olar her yerde gore bilersiz)Hemin gun Dambulla Cave-de ziyaret etdikden sonra geceni Sigiriyada qaldim3cu gunum seher saat 5de hosteldeki yoldaslarla Lion Rock-a qalxmaqla basladi.Lion Rock-u bitirib 200 300 lkr odeyib avtobusla yollandim Polonnaruwa-ya.dayanacaq duz muzeyin yaxinligindadi.Ancident city-ni bitirib Kandy-e yol aldim.geceni Kandy-de qaldim4cu gunum hemiseki qaydada saat 5de acildi Kandy-deki mebedleri gezib bitirib "meshur" qatarla Ellaya yola dusdum.bu qatar niye bu qeder populyardi anlamiram.o yolu avtobusla yari vaxta gelmek olardi.demek olar bir gunumu o qatar yedi geceni Ellada kecirdim.qatar qeyd edilen vaxtdan en azi 1saat gec catdi5ci gun Ella-daki 9 arch bridge ziyaret etdim(leysanda ) Ella-ni bitirib yol aldim Matara-ya Nilwala cayinda safari.safari bitdikden sonra cimerliye yollanib hind okeanin sularinda uzdum.gunu bitirib getdim Mirissa-ya6ci gun Mirissa-da seheri Balina/Delfin turuna getdim yene siddetli yagisda balina gormesekde cox sayda delfin izlemek cox heyecan verici idi.turu bitirib cimerliye gedim gunun qalanin cimerlikde kecirib.esyalarimi topluyub son dayanacagim olan Galleye gedib bir nece saati orada kecirdikden sonra havalimanina dogru hereket basladi.10cu olkem olan Sri-lanka ister tebieti ister tarixi/dini abideleri istersede yerli insanlari ile seyahet etdiyim en beyendiyim olke olduPaylaşan Isi M-ov

186 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!