3059 dəfə oxunub

Sehirli bir qış nağılı - Laplandiya bələdçisi

Karantindən istifadə edib yazılmış post:

Gələn il üçün edilecek gəzinti listinizə Laplandiyanı əlavə edin
Çoxdandır etmək istədiyimiz amma heçvaxt zaman tapmadığımız Laplandiya turumuzu 28/02-03/03 tarixlərinə reserv etməyimiz əslində təsadüf deyildi. Öncədən məlumatlanmağımız (həm hava şəraiti, həm Qütb işıqlarını görmə şansı) bizi bu tarixləri seçməyimizə imkan verdi.



Biz Laplandiyanın paytaxtı sayılan Rovaniemi 'ye getməyi seçdik, çünki ediləcək çox aktivitelər var idi. Rovaniemiyə uçuşlar heç də az deyil. Biz Helsinki-Rovaniemi uçuşunu seçmişdik.

Bilməlisiniz ki, əvvəldən edəcəyiniz aktiviteləri, hoteli, restorani, maşın, avtobus hərşeyi reserv etməlisiniz. Əgər sürücü vəsiqəniz varsa, özünüzlə götürün. Maşın reserv etmək mağazaya və ya şəhər mərkəzinə getmək üçün, və ya gecə Aurora izləmək üçün mərkəzdən uzağa getməyə sizə kömək olacaq . Yox əgər maşın reserv etmək istəmirsinizsə nəzədə saxlayın ancaq seçdiyiniz tur şirkətləri sizi gəlib oteldən götürüb ele otele de qaytaracaqlar, sadəcə reserv edərkən buna diqqət etmək lazımdır. Yox əgər maşın reserv etmeseniz onu nəzərə alın ki şəhərdə taxi çox bahadır, biz 3km üçün 20 euro ödəmişdik. Qalacaq yeri şəhər mərkəzində seçmədiyimiz üçün mərkəzə avtobus 3,50€dur. Bundan əlavə sürücü vəsiqəsi sizə qarda moto ve s kimi aktivitelər etməyə lazım olacaq.

Qalmaq üçün cottage seçdik biz, 4 güne 220€ bir nəfər üçün. Içərisində sauna, odun peçi (qiş bund gözəl ola bilməzdi) və yemək bişirmək üçün avadanlıqlar var idi. Biz bunu seçdik çünki ayrıca restoranda yemək hərgün baha olardı, beləcə evdə bişirib, evdə yedik ???? və sauna, hər gecə 90° saunadan çıxıb qarın içində yerimək necə hissdir? Bu elə Laplandların Sauna kültürleri imiş.



Biz aktivite olaraq,Husky Park, Reindeer park, Santa Claus Village , Ice restaurant və möhtəşəm Aurora Borealis turları etdik. Getyourguide - saytında turların qiymət ve servis ferqlerinə baxaraq istədiyiniz turu reserv edə bilersiniz. Yazacagim qiymətlər 1 nəfər üçün nəzərdə tutulub.Her biri ayrı ayrı olsa da biz ilk 3 turu, Husky, Reindeer və Santa klaus turunu birlikdə seçmişdik 169€. Öncə Reindeer'lər haqqında məlumat verilir, isti bir otaqda,isti içki və cookie'lər təklif edilir. Sonra marallarla biraz vaxt keçirirsiniz (məsafeli) ve daha sonra marallarla tur edirsiniz. Daha sonra huskylərlə eyni proses, ve nisbətən daha yaxından toxuna bilirsiniz huskylərə.

Daha sonra Santa village istədiyiniz qədər vaxt keçirə bilərsiniz sadəcə saat 17:00 de evə qayıdış vaxtı olur çünki Santa Klaus evinə qayıdır ???? və istəsəniz Santa baba ilə şəkil çəkdirə bilərsiniz 1 şəkil -32€ , fürsətdən istifadə edib babadan saqqalının həqiqi olub olmadığını soruşdum "all is really' cavabını aldım, ve s suallar vardı beynimdə, inancım onu maşınına minib evə gedəndə görənə qədər idi???? (bəs marallarla uçmurdu o?), daha sonra Ice Restaurant'da yemək möhtəşəm idi, doğrusu yemək gəlib 5 dəqiqəyə də donurdu, elə biz də donurduq, ancaq yeməyi çox dadlı idi???? 1 adam 99€ .

Və Aurora Borealis turu, düşünmüşdük otelden izləyərik ama şəhərdən kənarda daha qəşəng görünür düşüncəsi ilə tur götürdük 89€. Çünki emin idik ki o gece göreceyik. Axşam 19h30da tur şirkəti bizi evdən götürüb geyimlərimizi verib uzaq bir kəndə apardı, hərterəf qaranlıq, -21°, 15-20 nəfər idik, dizə qədər olan qarın içi ilə hərəkət edib kiçik bir dağa qalxdıq Qütb işıqlarını yaxşı görmək üçün. Öncə məlumat verildi hərkəsə və daha sonra kiçik kamplarda manqal etdik və isti içki və o barbecue 'dən dadli heçnə ola bilməzdi, bir de Aurora göre bilsəydik lap xoşbəxt olardıq,hərkəs həyəcanla gözləyirdi kampda. Əslində göy üzündə olan təmizlik bizi ümidləndirmişdi.Birdən tur bələdçimiz kamplardan tez çıxmağı qışqırdı inanmazsınız hərkəs əlindəki barbecue şişlərini bir tərəfə atdı, sosiskalar yerdə idi???? qaçan kim,qarda boğulan kim???? və nəhayət Qütb işıqlarının necə hərəkətli necə incə rəqs etdiyini gördük.



O an qeder mükəmməl an yaşamamışam. Bir sürü şəkillər çəkəndən sonra eləcə susub baxmağa önəm verdim. Bir de kiçik bir dağdan baxanda sanki əlini uzatsan dəyəcəkmiş kimi hiss edirsən,o qədər yaxındır. 2saat boyunca eşq yaşadıq  gecə 11de başlayıb saat 1ə qədər seyr etdik və gecə 2də evə qaytardılar bizi. Bəs şəkil necə çəkdik ? Telefonla çəkməyə üstünlük verdik biz, telefonun kamerasini 10 saniyəlik gecə rejiminə qoyursunuz, flash olmadan və əlinizi əsdirmədən,hərəkət etmədən saxlayırsınız. Düzü, əliniz donur ancaq,hər dəfə şəkillərə baxanda 'yaxşı il,getmişəm' cümləsini təkrarlayırsınız ???? Elə həmin gecə bizim cottage'dan da görünmüşdü Aurore. Və növbəti gün şəhərdən evə 1 saat yeriyərək gəldik, burnumuz, kirpiklərimiz,saçlarımız donmushdu amma evə çatarkən yenə möhtəşəm Aurore gördük, necə belə incə incə hərekətli idilər ???? Aurore Boréales applicationunu yükləyib, yaşadığınız ərazidə aurora olub olmağını izləyə bilersiniz. Sadəcə görmək üçün göyün üzü təmiz, qarsız və buludsuz olmalıdır.

Laplandiya insanları, yaşayış tərzi ilə bir təcrübə oldu, 5 gün boyu üzgün, esebi, négativ bir insana rast gəlmədim hərkəs gülərüz ve həyat şəraitindən məmnun idi ????Bes Laplandiyada -20 dərəcədə səyahəti üşüyərək keçirməmək üçün necə geyinməli? Laplandiya mətbəxi? Bu haqda melumat lazımdır mı sizə?



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gunay Guliyeva

DİGƏR BLOQLAR

Çilov adasına necə getmək olar?

Çilov adasına necə getmək olar? Adaya spirtli içki gətirmək, almaq, satmaq, içmək qadağandır. Qadınların və kişilərin avtobusu ayrıdır. Söhbət Əfqanistan Əmirliyindən yox, Çilov adasından gedir Adada üç polis, iki icra nümayəndəsi və bir lotu var. Adaya səyahət etmək üçün orada qeydiyyatda olan sakin sizə icra nümayəndəsindən alınmış dəvət məktubu göndərməlidir. Məktubda sizin səyahət tarixləriniz, passport məlumatlarınız, qalacağınız yer göstərilməlidir. Təxminən şengen vizası kimi. Yerli sakini necə tapaq? Hər gün səhər tezdən saat 07.30-09.00 arasında Zığ limanına gələrək orada ada sakinlərindən biri ilə tanış olaraq dəvət məktubu göndərməsini xahiş etmək olar. İcazəni həll etdikdən sonra gəmi, yoxsa helikopterlə gedəcəyinizə qərar verməlisiniz. Hər ikisi pulsuzdur. Helikopterlə getmək üçün SOCAR-ın baş ofisindən tanış taparaq tapşırıqla məsələni həll etmək olar. Aznefti ağlınızdan keçirməyin, onların sözü keçmir. Koroğlu metrostansiyası ətrafında Bakı kəndlərinə gedən taksi sürücülərindən Artyoma (Pirallahı) gedənləri tapın və “Vertolyotnu”-da düşəcəyinizi deyin. Qiymət adambaşı 3 manatdır, hər beş-on dəqiqədən bir taksilər hərəkət edir. Vertolyotla səyahət 8-12 dəqiqə çəkir. Gəmi ilə getmək istəyirsinizsə Zığ limanına getməlisiniz. Buradan Zəfər və Üfüq gəmiləri 4-5 saata, digər sovet dövründən qalan gəmilər isə 6-7 saata gedir. Gəmi ilə səyahət heç də asan deyil. Fiziki olaraq hazır deyilsinizsə gəmini yaddan çıxarın. SOCAR-ın yeni saqqallı komandası gəmiləri yeniləsə yaxşı olardı. Hər iki halda adada sizi ilk olaraq Socar Təhlükəsizlik idarəsi-nin əməkdaşları qarşılayacaq, sonra içəri keçəcəksiniz. Özünüzlə notebook və spirtli içki aparmayın, notebook-un oğurluq olmadığını sübut etmək məcburiyyətində qalacaqsınız. Spirtli içki isə olmaz Əvvəllər rusların daha çox yaşadığı adada hazırda əksəriyyət Masallı, qismən Qazax və digər rayonlardan miqrasiya edib buraya yerləşənlərdir, ruslar isə yenə də var. Xüsusilə şiələr üstünlük təşkil edir, az sayda sünnülər, gizli sələfilər, gizli nurçular, provoslav xristianlar, və ateistlər də var. Adanın maraqlı yerləri:1. Taxta evlər. Adanın özünəməxsus taxta evləri əslində buranı Santorini, Amalfi edəcək qədər gözəl ola bilərdi, ancaq baxımsızlıqdan çoxu dağılıb gedir.2. Mayak. XIX əsrdə tikilib, adanın hər yerindən görünür.3. Urnos. Burda insan yaşamır, qayalıqdır, ağac da yoxdur, gözəl çimərliyi var. Bəzən bura flaminqo sürüləri gəlir.4. Köhnə qəsəbə. İlk sakinlər burada, yəni adanın şimal hissəsində məskunlaşıblar. Bura üç hissədən ibarətdir. Milyonerlər məhəlləsi, aşağı-sahil hissəsi və Akifə xalanın dükanı olan hissə.5. Yeni qəsəbə. Neft tapıldıqdan sonra yeni yaradılan və müasir qəsəbə. Məktəb, bağça və xəstəxanalar, stadion, yeməkxana, Çay evi, yataqxanalar, FHN, İcra nümayəndəliyi, polis bölməsi, gəmi limanı buradadır.6. Çimərliklər. Adanın neftdən sonra ən böyük sərvəti təmiz çimərlikləridir. Tər-təmizdir, mənim kimi üzməyi sevən adamlar üçün buranın qiyməti yoxdur.7. Rus qəbiristanlığı. Maraqlı köhnə qəbir daşları və xaçlar var, əslində tarixdir, qorunmalıdır.8. Park. Mövcud şəraiti nəzərə alsaq çox gözəl parkdır, ümumiyyətlə adanın yaşıllaşmasında əməyi keçənlərə zəhmətkeş MKT (JEK) əməkdaşlarına böyük təşəkkür düşür.9. Stadion. SOCAR-ın ada əhalisinə etdiyi ən böyük yaxşılıqlardan biri bu stadiondur. Gənclər axşamlar burada futbol və voleybol oynayırlar, bəzən maraqlı yarışlar da keçirilir.10. Göz yaşları restoranı. Adada bir turistin yemək yeyə biləcəyi yeganə yer “Göz yaşları” restoranıdır.Burada toyuq ətindən hazırlanmış dolma, küftə, şordan hazırlanmış ayran, ətsiz kotlet, sümüklü piti və digər qeyri adi dadları test etmək olar. Spirtli içki isə qadağandır. Ad günü keçirənlər, dostlarla yeyib-içmək istəyənlər əziyyət çəkirlər, məclislərini gecə keçirirlər, spirtli içkini isə gizli satıldığına görə dükanlardan iki-üç qat baha qiymətə alırlar.Əvvəllər “Muxtar kafe” var idi, həm yemək, həm də spirtli içki verilirdi, indi isə rəqabət yoxdur. Restoranın adını burada yemək yeyən fəhlələr qoyub. Bura əslində Xəzər İaşə adlı aşağı səviyyəli (yeyinti, pul silmək üçün yaradılıb) bir qurumun nəzdindədir. Adamları olduğuna görə SOCAR onları qova bilmir. Yeni saqqallı komanda isə dəyişmək üçün hazırlaşır. Adada sifarişlə çox dadlı kütüm, berj, vobla, kefal, sületka, zalom və imkanınız varsa nərə balığı da yeyə bilərsiniz.11. Məscid. Keçən əsrdə tikilmiş Şiə məscidi. Hazırda da əzan oxunur, namaz qılınır, ehsan verilir.12. Hərbi hissə. Burada qulluq edənlərin böyük əksəriyyəti tapşırıq, ya da müəyyən məbləğ pul ödəməklə vətənə olan borclarını ödəyirlər. Hərbi dildə desək kef edirlər.Adanın hər tərəfində yaşıllıqlar salınır və yüksək səviyyədə qulluq olunur. Quraqlığa davamlı olduğu üçün adanın küçələri iydə və yasəmən, zeytun, əncir ağaclarıyla doludur və hər tərəfdən gözəl iydə və yasəmən qoxusu gəlir. Son onillikdə ümumilikdə 100 mindən çox zeytun, küknar, eldar şamı, əncir və digər həmşəyaşıl ağaclar əkilmişdir, bu da adanı gözəlləşdirir və daha maraqlı edir. Çilov sakit yerdir. Ancaq avtobuslar, idarə maşınları və bir neçə şəxsi avtomobil var. Adada üç polis, iki icra nümayəndəsi və bir lotu var, yol polisi, radar yoxdur.Adada gəzərkən adamın ruhu dincəlir. Sakit, təmiz, baxımlı küçələri, yaşıllıq, köhnə evlər, dənizin, qağayıların səsi və s.Adada əsas maraqlı əyləncələr: - Balıq tutmaq. - Kiçik balıqçı gəmilərində adanın ətrafını dövr etmək. - Qaşqaldaq və çöl ördəyi ovlamaq. - Futbol, voleybol, stolüstü tennis oynamaq. - Tər-təmiz çimərliklərdə istirahət etmək. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

866 dəfə oxunub

Bali- Tanrıların adası-Part 2

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birinci yazıdan sonra gələn çoxsaylı suallardan sonra ikinci yazının yazılması qaçınılmaz oldu. Qatar Airvvays ilə Baliyə 13-14 saata getmək mümkündür, lakin Baliyə ucuz bilet axtaranlar AirAsia vasitəsilə istənilən ayda 650 dollardan başlayan qiymətlərlə Baliyə gediş-dönüş bileti tapa bilərlər.Bu zaman aeroportlardakı gözləmə saatını nəzərə alaraq təxminən 1 sutkaya adaya çata bilərsiniz ama sizin üçün sərfəli olar. Həmçinin THY ilə İstanbul-Jakarta və Airasia ilə Jakarta-Bali reysindən istifadə edə bilərsiniz. (kiwi.com-dan bilet qiymətləri ilə maraqlanıb sizə ucuz olanı seçin)Bali haqqında ümumi məlumatı keçən dəfə yazmışdım. Bu dəfə isə ada haqqında ətraflı məlumat, gedə biləcəyiniz yerlər, adanın hansı səbəbdən dünyanın ən gözəl yerlərindən biri sayılması barədə danışmaq istərdim. Deməli adaya getməmişdən əvvəl Elizabeth Gilbertin “Eat, Love, Pray” kitabını oxumağınızı və J.Robertsin baş rolda olduğu həmin adlı filmi izləməyinizi məsləhət görərdim. Həm kitab, həm də ki, film sizin Baliyə olan baxışınızı daha da müsbət mənada dəyişəcəkdir. Bu adada bir sehir var və oraya getdikdən sonra bunu hiss edəcəksiniz. Baliyə gedərkən 1 həftəlik getməyin mənası yoxdur. Çalışın 10 gündən çox edin müddəti, adada qiymətlər onsuz çox ucuzdur. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.Bu bölgələrin hər birinin yüzlərlə gözəl və gəzməli yerləri vardır. Lakin bunlardan birində qalıb digərlərinə taksi ilə gedib-gəlsəz bu nisbətən baha olar. Ən yaxşısı 4 gün Nusa Dua, 5 gün Kuta və Seminyak, 4 gün Ubud, 1 gün isə daha sonra ətraflı məlumat verəcəyim Gili adalarında qalın. Beləcə yolxərcləriniz xeyli azalacaqdır. Məsləhət görə biləcəyim oteller: Nusa Dua bölgəsində Santika Siligitai oteli(Okeana 5 dəqiqəlik məsafədədir, gecəsi 2 nəfər üçün 50 manat civarındadır. Ubud bölgəsində isə gecəsi 25 dollar olar linkini atacağım bu villanı tutmağı məsləhət görərdim. (https://www.youtube.com/watch…) Əvvəlcə deyim ki, Bali dünyanın ən gözəl sörf edilə biləcək yerlərindən biri, bəlkə də birincisidir. Bütün Avstraliya və dünyanın bir çox ölkələrindən insanlar sırf sörf üçün bu adaya gəlirlər. Sörf eşidib gözünüz qorxmasın, çünki 10-20 manat ödəyib təxminən 2-3 saatlıq hazırlıq keçməklə rahatca sörf etməyi öyrənmək mümkündür. (Kuta plyajında yeni başlayanlar rahat öyrənə bilərlər). Sörfdən alınacaq həzzi isə sözlərlə ifadə etmək istəməzdim, yaşamaq lazımdır. Ada 4 bir tərəfdən hind okeanı ilə əhatə edilibdir və bütün hissələr sörf üçün yararlıdır. Balidə getməyinizi məsləhət bildiyim yerlər: Sahillər- 1)Padang-padang beach- Mavi suyu, qızılı qumları ilə üzmək və istirahət üçün ideal sahildir. “Eat, Love, Pray” filminde Julia Roberts’ın oğlanla tanış olduğu sahildir.2) Dreamland beach- Sahilə Nusa Dua bölgəsindən taksi ilə 10 dəqiqəyə getmək mümkündür. Narın qumları və çox az adamın olduğu bu sahili mütləq görmək lazımdır. 3) Jimbaran Beach- Günəş çıxması və batımını izləmək üçün ideal məkandır. Minlərlə turist səhər gün çıxmamış sahildə öz yerini tutur. 4) Green Bowl Beach- Buranı az adam tanıdığından sahil çox sakitlikdir. Bu sahilin ən fərqli cəhəti sahilin kənarında mağaraların olmasıdır. Bu da sahilə ayrına bir gözəllik verir. (Balidə olan digər məhşur sahillər- Balian Beach, Bias Tugal, Karma Beach, Kuta Beach, Nyang Nyang, Sanur Beach, Geger Beach- Maraqlısı odur ki, heç bir sahil digərinə bənzəmir və hər birinin özünəməxsusluğu var. Netdə maraqlanıb sizə maraqlı olanlara gedə bilərsiniz).Mərkəzi Kuta və Seminyak şəhərlərində yerləşən eyni adlı kilometrlərlə məsafədə olan qumsallarda hər tərəfdə səslənən canlı musiqilərə qulaq asaraq günboyu Balinin məhşur pivəsi Bintang və muxtəlif meyvə shakelərdən (banana və cocos shake mütləq için) içib, okeanın və günəşin dadını almaqdan gözəl nə ola bilər. Bu arada içkilərin qiyməti çox ucuzdur.Məbədlər- Tanah Lot Temple- Sahildən 800 metr məsafədə, okeanın içində olan qayalıq üzərində yerləşən bu məbədə girmək üçün bəzi vaxtlar okean suyu səviyyəsinin aşağı enməsini gözləmək lazım olur. Möhtəşəm görünüşü vardır. Yaxşı fotolar çəkmək istəyirsinizsə buraya gün batımından 1 saat əvvəl getməyiniz məsləhətdir. Kuta şəhərindən 20 km məsafədə yerləşir.Tirta Ganga Temple- Möhtəşəm heykəlləri, hovuzları, yaşıllığı olan bir yerdir. Burada yerdən çıxan suyun yerli xalq tərəfindən Hindistanda olan Gaj çayından gəldiyinə inanılır və suyu müqəddəs sayılır.(http://www.bali-indonesia.com/attractions/temples.htm) -Bu adres vasitəsilə Balidə yerləşən 30 möhtəşəm məbədin fotolarına baxa, giriş saatlarını və günlərini öyrənə bilərsiniz.Secret Canyon Bali- Təsəvvür edin ipdən körpülər, kanyonlar və kanyonların arasında olan tərtəmiz su ilə gedərək kanyonlar arasında olan şəlaləyə çatırsınız. Şəlalənin arxasına keçdikdə isə sonu görünməyən mağara var. Buranı az adam tanıdığından və kanyonda az adam olduğundan mağaranın dərinliklərinə çox adam getməyə cəhd etmir.)))Tegallang Rice Terrace Bali- Baliyə olan hər turistin gəldiyi yerlərdən biridir. Möhtəşəm düyü terrasları ilə gəzib terrasın üzərində açıq havada yerləşən mini restoranda kokonut içib bu möhtəşəm mənzərəni izləyə bilərsiniz. Giriş haqqı 2-3 manatdır.Bali Safari and Marine Park- Fillərin üzərində gəzib, zebra, meymun, gərgədan və marallara yemək yedirtmək, aslanlarla fotolar çəkmək, dünyada çox az sayıda qalan ağ aslan görmək, eyni zamanda möhtəşəm adrenalinli aquapark istifadə etmək istəyirsinizsə buraya gələ bilərsiniz. Digər yerlərlə müqaisədə buranın paket qiymətləri nisbətən bahadır. (Muxtəlif paketlər var, təxminən 50 manatdan qiymətlər başlayır)Bundan başqa fəaliyyətdə olan vulkan olan Batur dağı, dağın aşağı hissəsində yerləşən Batur gölü və Rinjani dağına vaxtınız olarsa qalxmağınız məsləhətdir. Batur dağı və düyü terrasları arasında yerləşən kofe plantassiyalarına da mütləq gedin. Orada sizə 12 ayrı kofe və çay növlərini pulsuz içmək üçün təqdim edirlər. Xoşunuz gəldiyi olarsa mağazaya girib ala bilərsiniz, ölkəyə gətirmək üçün. Dadları möhtəşəmdir)).Balidə 20-dən çox möhtəşəm şəlalələr yerləşir. Tegenungan Waterfall, Gingin waterfall, aling-aling waterfall, Blahmantung waterfall, Singsing waterfall, Munduk Waterfall öz möhtəşəmliyi ilə seçilir.Baliyə gedənlər üçün Maldivlərdən heç də fərqlənməyən, hətta daha əyləncəli yer olan Gili adalarına getməyi yadddan çıxarmasınlar. Bu haqda da gələcəkdə ətraflı yazaram. Bali haqqında bu yazdıqlarım fikrimdəkilərin heç 10 faizi də deyil. Ama vaxtım az olduğu üçün bu qədərini çatdıra bildim. Gələcəkdə Gili adalarına getmə qaydaları və həmin adalar barəsində ətrafllı məlumat verərəm. Ümid edirəm kiçik də sizi məlumatlandıra bildim. Bu arada birinci hissəni oxumayanlar bu linkdən istifadə edərək həmin yazımı da oxuya bilərlər. (https://web.facebook.com/groups/gezeyenler/permalink/383096612085561/)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе 

2614 dəfə oxunub

İtaliya bələdçisi - Birinci hissə

"The sun under Tuscan", "Letters to Juliet", "To Rome with Love" və bu qəbildən olan sairə kinolara baxan hər bir romantik qızın arzusudur ki, ömründə heç olmasa bir dəfə də olsa İtaliyanı görsün P.S.Postum çox uzun olacağından, 2 pərdəli etməyi düşünürəm:) İstəyirəm ki, İtaliya arzusunda olanlar texniki məsələlərlə yanaşı, küçədəki tanımadığımız insanların bizə münasibətini də görsün:)Birinci hissə:Sizə keçən ilin elə avqust ayında etdiyim İtaliyaya səyahətim və xüsusilə də italyanlar barədə danışmaq istəyirəm İtaliyaya gedib düşəndə başa düşürsən ki, onları niyə Avropanın Qafqazlıları adlandırırlar, adamlar bir sözlə möhtəşəmdirlər, qanun yox, qayda yox, hər şeyi öz keflərinə uyğunlaşdırıblar! Almaniyanın yağışı, havası qədər də soyuq insanları məni o qədər bezdirmişdi ki, İtaliyaya getməyi iplə çəkirdim. Getmək üçün qərar verdiyim gün biletlərin qiymətinə baxdım, ucuz hava yollarının hərəkət etdiyi aeroportlar mənim şəhərimdən uzaq olduğu üçün, 30 avroya avtobus bileti alıb plansız-bronsuz Milana yola düşdüm. 3 şəhərdən - Almaniyadan, Fransadan, İsveçrədən keçərək, İtaliyaya gəlib çatdım. Həyatımda bəlkə də indiyə qədər atdığım ən düz addımlardan biri ölkələrarası bu 13 saatlıq məsafəni avtobusla getməyim oldu. Cənnət deyilən bir yer elə burnumuzun ucunda, İsveçrə İtaliya sərhədi imiş. Fərhadın Şirin üçün oyduğu qədər gözəl, sıldırım dağ-qayalıqlardan oyulmuş, göllə eyni səviyyədə olan fovqelade yollar, şiş uclu dağların başına qədər uzanan, kiçik, səliqəli, eyni formada olan american style evlər, yaşıllıq, göyün üzü ilə eyni rəngdə olan "əməzinq" göllər, göldə qayıqla üzən, paraşüt, çərpələng uçuran insanlar, göydəki buludların bütün bu gözəlliklə ahəngi adama nağıllar aləmindəki kimi hiss etdirir.İstiqaməti necə müəyyən etməli: Yay vaxtı olduğundan, bütün tanışlarım tətil üçün ölkəyə döndüklərindən İtaliyani tək səyahət etməli oldum (tək səyahət sevməyənlər üçün belə bir ölkəyə tək getməyi məsləhət görmürəm:)). İtaliyada səyahət etmək çox rahatdır, xəritəni və bus app'ni (mən daha çox Flixbus istifadə edirdim) açıb qoyursunuz qabağınıza, xəritədə ardıcıl olaraq getmək istədiyiniz şəhərlərin yerinə baxırsınız və getdiyiniz şəhərdən (from) gedəcəyiniz şəhərin adını yazırsınız (to). Bu zaman qiymətlər və həmin şəhərə necə gedəcəyiniz çıxır. Məsələn Milan-Florens-Roma-Napoli marşrutu və yaxud istəyinizə uyğun müxtəlif marşrutlar seçə bilərsiniz. Tutaq ki, Milandan Veronaya 1 saat 50 dəqiqə, 7 avro, Veronadan Venesiyaya 1 saat 20 dəqiqə 6 avro. İtaliyada şəhərlər arası məsafə maximum 4-5 saatdır və avtobus biletləri 4-5-6 avroya başa gəlir, sezondan asılı olaraq qiymətlər dəyişir (arta və azala bilər, xeyli müddət əvvəl almaq daha yaxşıdır) və kampaniya dövrlərində 1 avroya da bütün İtaliya şəhələrini gəzmək olar. Kiçik şəhərləri gəzib bitirmək üçün 5-6 saat kifayət edir və siz 4-5 gün ərzində 5-6 və daha çox şəhəri də görə bilərsiniz. Telefonunuzdakı map proqramlarından və turist maplardan istifadə edərək, çox rahatlıqla gəzəcəyiniz yerləri tapa bilərsiniz.Çox rahat və xoşbəxt şəkildə, bəzən dostlar taparaq, demək olar ki, 5 gün ərzində 6-7 şəhər gəzdim və bir-iki xırda detaldan başqa məni narahat edəcək heç bir şey olmadı. Ən uzun müddəti Romada keçirdim, daha çox qalmağı planlayırdım amma muzeyləri, şəhəri görmək üçün 2 gün kifayət etdi. Şəhərdə heç bir mapdan istifadə etmədim, elə şəhərdə gəzə-gəzə bütün muzeylərin, memarlıq abidələrinin üstünə gedib çıxdım Səhv etmirəmsə hər ayın sonuncu bazar günü Romada muzeylər pulsuzdur, bunu muzeylər üçün xeyli fee ödəyəndən çox zaman sonra bildim Vyanadan sonra Romanı da açıq səma altında muzey adlandırmaq olar  Şəhərdə sanki Tanrı Romanı yaratdı və muzeylər, heykəllər sıxılmasın deyə, sakinləri, küçə rəssamlarını, musiqiçiləri, bal ayına gələn çütlükləri əlavə etdi deyə bir abu-hava var Qalacaq yer: İtaliyada hotel və hostellər çox ucuzdur, 10 avroya şəhərin mərkəzində hostellər və ya ucuz qiymətə airbnb tapa bilərsiniz. Couchsurfingdə qeydiyyatınız varsa və inanılır usersinizsə, sizi qonaq edənlər də tapıla bilər.Nəqliyyat: Avtobus olaraq, Flixbus, Meqabuslardan istifadə edə bilərsiniz. Qatarla avtobus demək olar ki, məsafəni eyni saata gedir və qiymətləri eynidir, qatar bəzən daha bahadır. Blablacarda qeydiyyatdan keçib, ratingsi yüksək olan sürücülərlə səyahət edə bilərsiniz.Yemək: Kafe və restoranlar demək olar ki, xeyli bahadır və qiymətlər 6-7 avrodan başlayır.Muzeylərə giriş: Əksər muzeylərin girişi pulludur və 10 avrodan başlayır qiymətlər, bir neçə muzeyə girişi paket şəklində alsaz, daha ucuza başa gələr.Xərclədiyim məbləğ: 5 gün ərzində ümumi olaraq 200 avroya yaxın pulum çıxdı.P.S.S. Suallariniz olarsa, ikinci hissədə cavablaya bilərəm.P.S.S.S. Şəkillər olan telefonum xarab olduğu üçün googledan bir neçə şəkil atıram   Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı:Narmin Kamilsoy     

623 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

1373 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!