1495 dəfə oxunub

Şəhər bələdçisi - Moskva, St. Petersburg, Minsk, Brest, Lvov, Odessa, Kiyev

Hər kəsə salamlar.

Bu yay: Bakı---Moskva---St. Petersburg---Minsk---Brest---Lvov---Odessa---Kişinyov---Kiyev---back to Bakı bu marşrut üzrə aşağı büdcə ilə tək başıma səyahət etdim. Cəmi 481$. Bu postda mən sizə bu şəhələrdəki görməli yerlərdən çox necə getmək olar, nələrə diqqət etməli, sərhəd keçərkən nə soruşdular, onlardan yazmaq istəyirəm.

İlk öncə BBAK-dan 100 manata bilet alaraq Bakıdan Moskvaya yola düşdüm. 23 İyulda Bakıdan çıxıb 2 gün sonra Moskvaya çatdım. Moskva---3 gün qaldım. Qısası çox bahalı şəhərdi.

69496162_1319838524850816_9178400585349595136_n

Bir yerə getməyin ən yaxşı yolu metrodu. Məhşur yerlərin hamısı demək olar ki, metro Teatralnayada yerləşir. Ostan-Kino isə metro VDNX. 28 İyul 1200 rubla kupeyə (online) aldığım biletlə St. Petersburga yola düşdüm (Leningradski vagzal). Həmin gün axşam üstü ora çatdım. Bura da bahalıqda Moskvadan geri qalmır. Burda da həmçinin ən yaxşı nəqliyyat metrodu. Sizə lazım olan isə Nevski prospekt stansiyasıdı. Ordan başlayaraq şəhəri piyada kəşf edə bilərsiniz.

3 Avqustda isə Qatarla Minskə yola düşdüm. Bilməniz gərəkən vacib məlumat isə St. Petersburgdan Avtobusla və ya Blablacarla getmək olmur. Yalnız Rusiya və Belarusiya vətəndaşları. Mən bileti 3030 rubla (online) almışdım (rzgd.ru). Qatar Vİtebski vağzaldan yola düşür. Minskdə o qədər də görməli yer çox deyil. Demək olarki əsas görməli yerlər dəmiryolu vağzalına çox yaxındı. Bir də Minskə 40 km məsəfədə Xatun adlı kənd var 2-ci dünya müharibəsindən qalma maraqlı yerdi.

6 Avqust axşam qatarla Brestə yola düşdüm (Hostel Gravedskoe predmit 2 gecə 25 rubl). Qatar seçimi çox idi, mənsə ora tezdən çatmaq üçün ən gec çatan reysi aldım. Bileti həmin gün tezdən vağzaldan almışdım - 17 belarus rubl. Brestdə ən görməli yer Brest Qalası (5№ marşrut) və Sovetskya küçəsidi (xüsusən axşamlar). Brestdə vağzala düşən kimi srazu bir polis 1000 nəfərin içindən birdənə məndən passport istədi. Mən də bütün biletlərimi falan göstərdim ki, burda sadəcə turistəm.

69456432_1319838094850859_2713159075998203904_n

Sonra Avtovağzala gedib (dəmiryolu vağzalına 200 metr məsəfədə) 2 gün sonra Lvova bilet avtobus bileti (25 rubl) aldım. Hə bir də, dostlar, Belarusiyada yalnız 5 gün qeydiyyatsız qalmaq olar. Ona görə də, qaldığınız hosteldən qeydiyyat kağızı almağı unutmayın.
8 Avqust tezdən Ukranya şirkətinə məxsus sınıq-salxaq bir avtobusla Lvova yola düşdüm. Sərhədi keçəndə Rusiyanın verdiyi migrasiyon kartı Belarusiya alıb peçat vurdu, dedi- yaxşı yol. Ukranyaya keçəndə isə başladılar məni əməlli-başlı sual-cavab etməyə. Nə isə, bunlara da bütün avtobus qatar biletlərimi, hətta fotolarımı göstərib inandırdım ki, sadəcə turistəm. Sonra əlimi sıxıb dedilər ki, gülə-gülə. Yolda hansısa bir şəhərdə Lvova gedənləri düşürdüb daha köhnə bir avtobusla yola saldılar. Nəhayət axşam üstü Lvova çatdım. Mərkəzə isə 15№ avtobusla getdim.

Lvovda mərkəzdən Booking.comdan tapdığım Hostel 7-dən (2 gecə 270 qrivin) hər yerə demək olarki piyada gedə bilirdim.

10 Avqust axşam üçün Lvovun avtovağzalından Odessaya 600 qrivinə avtobusa bilet aldım. Avtovağzal və dəmiryolu vağzalı yan-yanadı. Mərkəzdən 1№ tramvayla gedə bilərsiniz (5 qrivin). Lvovun avtovağzalı çox pisdi bileti necə gəldi satırlar. Ona görə diqqətli olun əgər kartınız varsa Busfor.ua saytından online alın. Yenə də köhnə bir ekarusla 795 km yol qət edərək 16 saat sonra Odessaya çatdım. Yolda nə bir servis, nə wifi, nə monitor. Heç bir şey, yəni ağlınız türk şirkətlərinə getməsin????. Ukranyada bir Ecolines şirkəti standartlara cavab verir.

11 Avqust tezdən Odessaya çatan kimi piyada Hostelimə getdim????(Hostel Hobbit 2 gecə 200 qrivin). Bir az dincəlib pul dəyişdikdən sonra təzədən avtovağzala qayıdıb, 2 gün sonraya 250 qrivnə Kişinyova bilet aldım. Odessada görməli yerlər - Opera House, Derebasovskya küçəsi və plajlar. Amma plajlar bir o qədər təmiz deyildi.

69852199_1319838278184174_2850013750709190656_n

13 Avqust tezdən sprinter mersedeslə Kişiniyova yola düşdüm. Sərhədi keçərkən yenə bir xanım başladı məni sorğu-suala, Moldovaya hara? Kimə? Niyə? gedirsən. Öz -özümə güldüm ki, Moldovaya bax iqdisadiyyatı bizdən bəlkə 100 dəfə kiçikdi məni bunlar miqrant hesab edir. Nə isə köhnə üsulla burdan keçib bərbad yollarla 2 saat sonra Kişinyov Gara de Nord avtovağzalına çatdım. Burdan da 3 ley verib marşurtla Couchsurfing hostmun evinə getdim. Orda hostumdan öyrəndim ki, Moldova Avropaya vizasız səyahət edir ????. İ am shock. Sonra şəhərə çıxanda Birliyin bayrağını hər yerdə gördüm və sərhəddə nəyə görə sorğu-sual olduğumu başa düşdüm. Kişinyov müasir, təmiz, normal bir sovet şəhərdi, amma marketlərdə qiymətlər bizdən 2 dəfə baha, maaşlar isə bizdən 4 dəfə azdı. Şəhərdə ən yaxşı nəqliyyat trolleybusdu-2 ley. Kart sistemi yoxdu, konduktor sizə bilet verir. Ümumiyətlə Moldovanın avtobus sistemi daha yaxşı idi. Ruminiya və Polşaya lüks avtobuslar var idi.

69542378_1319838314850837_5301624007169146880_n.jpg

14 Avqust axşam saat 11-də yenə köhnə bir ukrayna ekarusu ilə tək sərnişin mən idim???? yola düşüb tezdən Kiyevə çatdım (Hostel Boston 5 gecə 550 qrivin).

Kiyev - əsas görməli yerlərin demək olar ki, 80% metro Zolotoy Vorotada yerləşir. Maidan Nezalejnosti eyni adlı metroda Çernobıl muzeyi metro Kontarktova Rodina Mat abidəsi isə Drujbi Narod metrosunda. 5 gündə burda qalıb Avqust 21-i əvvəlcədən tapdığım azərbaycanlı sürücü ilə 100$ verərək çerez Rusiya-Gürcüstan Gəncəyə çatdım. Ümumilikdə 30 günə 8300 km məsafə qət etdim. Əsas vacib məqamlar, dostlar, əgər bu yolla səyahət etsəniz aldığınız bütün biletləri saxlayın, deməyin ki, vizasız ölkələrdi problem olmayacaq. Uzun oldu, ümid edirəm faydalı olar. Sualınız olsa məmuniyyətlə cavablandıraram. Getdiyim yerlərdə özümçün videolar çəkmişəm, alınsa youtuba yükləyib linki sizinlə paylaşacam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mesud Qaradagli

 

 

 

 

 

 

DİGƏR BLOQLAR

Günəşin doğulduğu diyar - Cənubi Koreya

Hər kəsə Salam ????????‍♂️Fikir verdim qrupda Cənubi Koreya ilə bağlı paylaşım azdır.Qərara gəldim ki, bugün sizə 2 il öncə həyata keçirdiyimiz uzaq Koreya səfəri barəsində bir qədər yazam ????????. Başlayaq!????İlk öncə onu qeyd edim ki, Bakıdan Seula birbaşa reyslər təəssüf ki yoxdu, ona görə hər hansısa bir tranzit şəhər seçməlisiz. Biz Pekini seçdik, amma siz seçməyin. İndiyədək gördüyüm ən problemli staff orda oldu????????‍♂️. Alternativ olaraq Moskva, Tokyo və ya 2 saat uzun olsa belə İstanbulu seçməyi məsləhət görərdim, amma Pekin yox. Yol biraz uzundur, amma o əziyyətə dəyər????10 günlük səfərimizdə Koreyanın Seul da daxil olmaqla 5 fərqli şəhərində olduq. Ölkəyə ilk addım atdığınız andan etibarən tam fərqli bir dünyaya düşdüyünüzün fərqinə varacaqsız. İnsanlar çox gülərüz,turistlərə qarşı mehribandır, şərq qonaqpərvərliyinin ilk dəfə burda canlı şahidi oldum. Təhlükəsizlik cəhətdən Seul dünyada criminal rate'in ən aşağı olduğu paytaxt şəhərlərindən biridir. Gecə saat 2-də belə tək, tam rahat şəhərdə gəzə bilərsiniz. Məqsədiniz əylənmək, cavanlıq eləməkdirsə Gangam Station (aha PSY'nin "Gangam style" hitinin çıxdığı yer ????) buna ən uyğun, gənclərin çox getdiyi yerdir. Yox əgər fikriniz görməli yerləri dolaşmaqdırsa, İmperator sarayı ????, Namsan tower, Samsung'un innovasiya muzeyi maraqlı məkanlardır. Paytaxtda 1 tək bəyənmədiyim havasının bir qədər ağır olması oldu. Yerli əhali bunu yalnız şəhərdəki əhali sıxlığıyla yox Çinin əksər zavodlarının ölkənin şimal-şərqində tikməsi ilə əlaqələndirirlər.Ən önəmli məqamlardan biri- yemək məsələsi. Bunu mütləq nəzərə alın ki, Koreyalılar çox acı sevirlər. Yeni bir təam sınayacaqsızsa, su yanınızda mütləq olsun. Ən məşhur yeməkləri kim-çi, bibimbap və balıq məhsullarıdı????. Amma gördüyünüz hər çiy balığa bizim kimi suşi deməyin, yaponları çox da sevmirlər burda  Bir də getmişkən okean balığının da dadına mütləq baxarsız, tam fərqli olur????????. Əgər Koreya mətbəxi ağız dadınıza uyğun gəlməsə, şəhərdə bizə daha yaxın olan Özbəklərin və Türklərin restoranları da var, onları yoxlaya bilərsiniz.Səfərimizin ən maraqlı hissəsi dostumla 1 günlük sadə Koreya ailəsində qalmağımız oldu. Axşamüstü söhbət edəndə ailə üzvlərimizi falan soruşdu, səhər oyananda gördük ki, hər ikimizin ailə üzvləri üçün ayrıca hədiyyələr hazırlayıb ???? Digər maraqlı bir məqam Şimali Koreya ilə sərhədə yaxın ərazidən keçəndə oldu. Uzaqdan görünürdü ki, sərhəd boyunca şimallılar gözəl görünüşlü, əzəmətli binalar tikiblər. İşin ən maraqlı tərəfi odur ki, o binalarda realda yaşayış yoxdu, sadəcə olaraq sərhədboyu görüntü xarakteri daşıyır, bircə gecələr işıqları yandırılır???????????? Məndən məsləhət söhbət düşmədikcə Koreya problemindən danışmayın, həssas məsələdir onlar üçün.İndiyədək olduğum 11 ölkə arasında Koreya Respublikası həqiqətən də ən fərqlisi və əsrarəngizidir. Əgər nə vaxtsa "monoton" Avropa şəhərlərindən bezsəz, istiqaməti şərqə-Asiyaya yönləndirməyi məsləhət görərdim ????#yoladami #KoreyaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mayıl Mammadli

2572 dəfə oxunub

Ən ucuz Praqa səyahət planı

Avropanın mirvarisi, əsrarəngiz qırmızı damları ilə məşhur olan, Çexiya Respublikasının paytaxtı və ən böyük şəhəri olan Praqa Mərkəzi Avropanın ən cazibədar və romantik şəhərləri arasında ilk sıralarda gəlir. Gəzib görməli yerləri isə saymaqla bitməz. Əgər ilk dəfə Avropaya səyahət edirsinizsə həm ucuz, həm çox rahat ictimai nəqliyyatı, təhlükəsiz açıq hava muzeyləri ilə ad salmış, Vlata çayı üzərində biri-birinin ardınca düzülmüş qədim körpüləri ilə bu mədəniyyət paytaxtı sizin siyahınızda ilk olmalıdır. Praqada 3 günlük bir gəzinti planlasanız, bu şəhəri doyunca gəzmək üçün bəs edəcək. Möhtəşəm ambiyansı, tarixi yerləri, qalaları və gözalıcı tayı-bərabəri olmayan memarlığı ilə hər anı sizdə sanki tarixdə səyahətə çıxmış hissini oyandıracaq.Praqa harada yerləşir?Mərkəzi Avropanın gözü olan Praqa şəhəri, Çexiyanın mərkəzində Vltava çayının sahilində yerləşir. Çexiya Resublikası qərbdə Almaniya, cənubda Avstriya, şərqdə isə Slovakiya və şimalda Polşa ilə sərhəddir. Praqa Mərkəzi Bohemiya bölgəsində yerləşir.Praqaya hansı fəsildə getmək lazımdır?Dənizə çıxışı olmayan Çexiya Respublikası 2 vilayətdən Bohemiya və Moraviyadan ibarətdir və digər Mərkəzi Avropa ölkələri kimi qışı sərt keçən quru iqlimə malikdir. Qışda hər zaman havanın temperaturu sıfır dərəcədən aşağı olduğu üçün bu fəsildə Praqaya gedəcəyiniz zaman uzun-uzun gəzintiləri unudun. Çünki yağıntıları da bu soyuq fəsildə həmişə qar şəklində olur. Ancaq Yeni ili qeyd etmək üçün Milad bayramı ərəfəsində göz oxşayan Milad bazarları üçün biraz soyuğa qatlanıb gəzintiyə çıxa bilərsiniz. Çox üşüsəz, onun da çarəsi olan isti şərabları hər addımbaşı alıb içinizi isidə bilərsiz. 2 il bu şəhərdə yaşamış biri olaraq şəxsən mən 4 fəslin hamısından həzz alıram. Praqanı bütün gözəllikləri ilə gəzmək istəyirsinizsə, hər fəsildə bura səyahət edin deyərdim. Bir dəfə bura gəlib onun möcüzəsinə qapılsanız, həm qızılı payızını, xəzanını, qarlı qışını,yeni il qeyd etmələrini, Pasxa əvvəli qurulan rəngarəng bazarları, yeni açmış ''cherry blossom'' fəslini və ən əsası da çox isti keçməyən doyunca həm ətraf kəndləri, həm də digər şəhərləri də gəzə biləcəyiniz yay aylarını bu şəhərə təkrar- təkrar gələrək keçirəcəksiz. Ancaq yenə də mənim ən sevimli fəslim Pasxanın təzə çıxıb, havaların isinməyə başladığı aprel-may aylarıdır. Yayda qiymətlər yaz fəslinə nisbətən daha yüksək olur.Praqaya ən ucuz hansı yolla və necə getmək olar?Əgər siz rahat şəkildə birbaşa uçuşla getmək istəyirsizsə, AZAL mövsümü olaraq Bakı- Praqa reyslərini cümə və bazar ertəsi həyata keçirir. Uçuş 5 saat yarım davam edir. Gediş-gəliş 1 sərnişin üçün 1000-1100 AZN arasında dəyişir. Ukrayna Hava Yolları, Belavia, Air Baltic ilə daha sərfəli uça bilərsiniz ancaq bir dəfə təyyarə dəyişib, transfer etməli olacaqsınız. İndi isə gələk '' Ən ucuz yolla Praqaya necə getmək olar? '' sualının cavabına. Wizzair ilə Bakı-Budapeşt-Bakı reysinə maksimum 100-130 avro ödəməklə bilet alıb, oradan isə ya qatar ya da avtobus ilə Praqaya gedə bilərsiniz. Avtobus biletləri 13-15 avro arası, qatar isə 15-20 avro arası dəyişir. Budapeştdən Praqaya avtobusla 7 saata çatmaqla həm də Mərkəzi Avropanın bir ölkəsini də görmüş olursunuz, hələ ayaq üstü tridelnik ilə çay içib, naharda qulyaş yeməyə də vaxtınız olur Macar torpaqlarında.Praqaya çatdıqdan sonra ucuz maşın kiralaya bilərsiniz.Faydalı olsun deyə sizin üçün linki əlavə edirəm.https://www.discovercars.com/czech-republic/prague?keyword=%2Bcar%20%2Brenting%20%2Bprague&network=g&gclid=Cj0KCQjwirz3BRD_ARIsAImf7LMeB9GQeB42cJDWkt37e06DkSkL3ZmqPjO16rgB6vvsfOyK22tEYdEaAubgEALw_wcB Avropada ən ucuz avtomobili Praqada kiralayacaqsınız. Bu arada Vaclav Havel hava limanından şəhər mərkəzinə taksi ilə gəlmək istəsəz 27 dəqiqəlik bu məsafə üçün 30 avro ödəməli olacaqsız. Uçuşlar birinci terminaldan həyata keçirilir. Əgər qənaət edib avtobusla gəlmək istəsəz 100 nömrəli avtobusla 6 dayanacaq getdikdən sonra Zlicin metro stansiyasının avtobus dayanacağında düşüb, elə B (sarı rəngli istiqamətində) hərəkət edib Cerny Most yazılan istiqamətdə metro qatarına minib, Namesti Republiky stansiyasına çatacaqsınız. Bura artıq şəhər mərkəzidir. Artıq istədiyiniz yerə tramvay və yaxud avtobusla rahat çata bilərsiniz. Bu yola təqribi 2,20 manat ödəniş edəcəksiniz. Praqada ictimai nəqliyyatdan istifadə necədir? Praqada 1-3 günlük və tək gedişli biletlər isə 30 dəqiqə və 90 dəqiqə olmaqla 2 yerə bölünür. Əgər çox qalacaqsınızsa ən sərfəlisi 3 günlük biletlər almaqdır. 3 günlük biletin qiyməti təqribi 12 avro edir. Bu biletləri qaldığınız otelin qeydiyyat şöbəsindən, metrodan, tramvay və yaxud da avtobus dayanacaqlarından ala bilərsiniz.  30 dəqiqəlik - 1,64 AZN  90 dəqiqəlik- 2, 19 AZN  1 günlük- 7,52 AZN Əgər nəqliyyata biletsiz daxil olsaz və nəzarətçilər bunu yoxlasa cəzası 1500 CZK yəni 102 AZN təşkil edir. Bu biletlər metro, tramvay, avtobus, funiklyor və bəzən də ferry boat istifadəsində limitsiz nəzərdə tutulub. Metro səhər saat 5 - dən gecə 12 - ə qədər fasiləsiz fəaliyyət göstərsə də avtobuslar da gecə növbəsində işləyir. 501 və 513 nömrəli avtobuslar gecə avtobusları sayılır. Praqa haqqında nə qədər yazsam da bitməz deyə bu yazımı 2 hissəyə böldüm. ikinci hissəsində isə sizi maraqlandıran digər sualların cavabı olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

3215 dəfə oxunub

Britaniya səfərimiz!

Hər kəsə salamlar Sizə oğlumuz ilə birlikdə 10 günlük Britaniya səfərimizdən və planlamadan danışmaq istəyirəm.İlkin olaraq Azal ilə London Gatwick hava limanına oradan isə Şotlandiya- Edinburga çatdıq. Edinburga 2 gün ayırmışdıq amma bilsəydik bu qədər gözəldi 3-4 gün edərdik. Biz Edinburgu həddindən çox bəyəndik. Sanki keçmiş dövrlərə düşürsən. Nağıl kimi yerdi. Xüsusilə də Harry Potter fanları üçün.İlk olaraq qeyd edim hava çox tez qaralır təxmini3-4 arası qaralmağa başlayır. Və gec işıqlanır. Şotlandiyada Temperatur Londona nisbətdə soyuqdu. Gəzdiyimiz yerlər:1. İlk çatdığımız gün hava qaralmışdı deyə Christmas marketlərə üz tutduq. Princee street Garden-da əyləncəli, atraksiyonlu marketlər düzəldiblər. Daha çox atraksona üstünlük verilib.2. İkinci gün Viktoria küçəsi, Diagon yolunu gəzib, Edinburg qalasına getdik. 19,50 funtdu bir nəfər.3. Üçüncü gün isə Dean Village-ə getdik. Çox gözəl bir yer idi. Günorta qatar ilə Glasgow şəhərinə keçdik. Iki nəfərə 36,80 funt idi qatar bileti.Glasgow şəhəri gözəl idi amma Edinburg qədər yox daha modern şəhər idi. Mən 3 günü Edinburga ayırmağa üstünlük tutardım. Ancaq Glasgow nu da görüb fikirlərim formalaşdığı üçün peşman deyiləm.Burada 1. George Square- də Christmas market-ə getdik.2. St Enoch Square- də Christmas market var idi ora getdik.3. Buchanan Street- fərqli markaların yerləşdiyi məşhur küçə3. Glasgow CathedralGlasgow-da çox möhkəm yağışlar olduğu üçün bəzi yerlərə gedə bilmədik. Həddindən artıq çox yağış idi.Və Glasgowdan təyyarə ilə Londona uçduq. Londona 6 gecə ayırmışdıq.Otelimiz Regent Park yaxınlığında olduğu üçün ilk olaraq oranı gəzdik. Parkları həqiqətən gözəldi. Həm də Hyde Park. Düşünürəm yayda daha gözəl olar. Nəqliyyat baha idi. Zona 1 də qalsaq belə görməli yerlə bir birindən uzaq olduğu üçün metro və avtobua çox istifadə etdik. Bəzi metrolarda lift yoxidi uşaq arabasın özümüz qaldırırdıq ya da kömək edən olurdu.Londonda gəzdiyimiz yerlər:1. Ikonik yerler Westminister, Big ben, Trafalqar meydani, Tower Bridge2. Oxford street(xüsusilə axşamlar bura çıxırdıq),Covent Garden, picadilly circus, regent street3. Chinatown - çin məhəlləsi çox rəngli, maraqlı yer idi4. Winter Wonderland - Hyde parkda yerləşir giriş 7 funt idi5. Hamley oyuncaq dükkanı- çox böyük əyləncəli oyuncaq dükkanı idi6. Camden Market- çox fərqli antik və vintage əşyalar satılırdı çox bəyəndim buranı7. Britaniya muzeyi buranı tam gəzə bilmədik. Bağlanmağına az qalmışdı. Pulsuzdu amma əvvəlcədən book edin.8. Şerlokun muzeyi.9. Kings Cross station - Harry potter fanları buranı sevəcək. 9 3/4 platformasında olan çəkilişin getdiyi yer. Çəkiliş amma arxa tərəfdəki stansiyada olub. Həddindən çox növbə olur. Yenə də gözlədimÜmumi məlumatlarım bu qədər https://www.instagram.com/mini.toorist/profilecard/...Paylaşan: Aydan Hamidova

231 dəfə oxunub

"King's landing" - Dubrovnik bələdçisi

Salam, ilk dəfə səyahətim haqqqında mən də bir şeylər yazmaq istədim. Ötən bir həftə Dubrovnik/Xorvatiya, Kotor/Monteneqro,Mostar/Bosniya&Hersoqovina da oldum.Xorvatiya barədə qısa məlumat:- Avropa Birlİyinə daxildirlər. Şengenə daxil deyillər. 2025-ci ilə kimi daxil olmağı planlaşdırırlar- Öz pul vahidlərini - kuna işlədirlər. Növbəti ilə avroya keçməyi planlaşdırırlar. Əhali arasında Yunanıstanın gününə düşəcəyik kimi narazıçılıqlar var.Dubrovnik: - Dubrovnik əsasən yay turizmi ilə məşhurdur. Digər aylarda da tarixi və ya “Game of Thrones” turları olur, amma çox kiçik həcmdə- Dubrovnik 14-19 cu əsrlərdə Osmanlıya vergi və hədiyyələr verməklə öz müstəqiliyyini qoruyub, saxlamışdır - “City Wall Tour“ etsəniz Dubrovnikin tarixi barədə, öz müstəqilliklərini necə qoruduqlarını və sonda Napoelona necə uduzduqları barədə hekayələr eşidəcəksiniz- Dubrovnik qala divarlarının uzunluğu təqribən 2km (1940 m) və təqribən 940 pilləkəndən ibarətdir (Ümumiyyətlə Dubrovnik köhnə şəhərdə 5000 pilləkan var). Instagram şəkilləri çəkmək üçün də Qala divarlarına getmək olar. Mənzərə yaxşıdır. Qala divarlarında həm də Daenerys-in əhdahalarla bir səhnəsi çəkilib. - Köhnə şəhərdə (old town) yaşayanların 50%-i evlərini turistlərə kirayə verir və özü başqa yerdə qalır. Orta aylıq maaş 800 avro civarındadır. Köhnə şəhərdə bir günlük kirayə 100 avro civarındadır. Bir yerli bu bizi tənbəl öyrədir deyə mənə şikayət belə etdi - Dubrovnikdə turizm uzun müddət olsa da şəhər “Game of Thrones” çəkilişlərindən sonra daha çox məşhurlaşdı və turist axını başladı- Əgər “Game of Thrones” azərkeşisizsə, “Game of Thrones” turu götürə bilərsiz. “Walk of Shame”, “Joffreyin toy mərasimi”, “Little finger ilə Cersei dialoqu” və s çəkiliş yerlərini yaxından görə bilərsiz. Əgər orijinal “Iron Throne”-u görmək istəyirsinizə, Lokrum adasına getmək lazımdır. Məndə buna vaxt çatmadı. - Amma Lokrum adasını yaxından görmək üçün “Kayak turu” etdim. Kayak turu ilə ilk öncə Dubrovnik divarlarını dəniz tərəfdən yaxından görürsüz, sonra Lokrum adasının ətrafına dövrə vurub, ordakı mağarada biraz istirahət edib/instagram şəkilləri çəkirsiz. Ada həm də “Nude qaya çimərliyi” ilə məşhurdur. Tur sonda Dubrovnik sahilində başqa mağaraya gəlir. Orda üzüb, eyni zamanda “snorkeling” edə bilərsiz. - Günəşin batmağını və şəhərin panoramik görüntüsü üçün Srd dağına getmək məsləhətdir. Orada ponarama restoranında romantik yemək də yeyə bilərsiz- Dağda biraz irəlidə “axırıncı qala” var. Ora yollar yaxşı olmadığına görə çox tur getmir. Ya yürüyüş etməklə, ya da “Buggy Safari“ turları ilə getmək olur. Qala son Balkan müharibəsində dağılıb və hələ də bərpa olunmayıb. Bərpa edək yoxsa müharibənin xatirəsi kimi saxlayaq şəklində debatlar gedir. - Dubrovnikdə bir neçə çimərlik var, çimərliklərin keyfiyyəti yaxşıdır. Bundan əlavə Dubrovnik adalarındakı çimərliklərə də turlar var.- Əgər əylənmək istəyirsizsə, ən məşhur klub, “Club Revelin”-dir. Covid-ə görə gecə 12-də bağlanır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Ismayilov

1297 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!