1157 dəfə oxunub

Səfərim Hindistandan keçmişdi: Delhi və Mumbay

Mumbaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hamı getdiyi yerin görülməsinin mütləq olduğun vurğulayır, amma Hindistan ölmədən gedilməsi gərəkən yer olsa gərək, ən azından Tac Mahal üçün. Mən üstünlüyü Delhi və Mumbaya verdim. Aralarındakı məsafə 22 saat edir deyə yerli hava yollarından istifadə edə bilərsiz. Ən ucuzu Spicejet-dir. Çox koloritli, mədəniyyəti fərqli yerlərdir. Təsəvvür edin, azı 800 dilləri (22si rəsmən təsdiqlənib), 9dan çox dinin hökm sürdüyü məkan! Və ən maraqlısı, 300mln allahları var. AllahlarBelə deyim, hər adamın öz sevib bəslədiyi Allah. Biri öz sevgisin bədəninə tatoo edərək bildirir, biri “tuk-tuk”una (rikşa-yerli 3 çarxlı ən ucuz taksi, minərkən metraj-ın olub olmadığını soruşun, yoxsa bütün şəhəri fırladacaqlar, bütün səyahət pulunuzu kaptırmış olacaqsız :) ) qəribə fiqurlar yığıb. Nə isə, bizə də hörmət etmək düşər deyib çox fikir vermədim. Deyirlər çox təhlükəlidi oralar, amma yanınızda yerli bələdçi olarsa və bu səfər üçün mütləqdir, heç bir qorxusu yoxdur. Ruslara mafioz deyib dururlar, türkəm desəm də inanmırdılar, amma Cahan şah-dan bir az danışın, dostlaşarsınız :) . Mumbayda elə də özəllik yoxdu. Əsas Gateway of İndia ora gedin, elə o meydanda məşhur Tac Mahal otelin də görmüş olarsınız. Şopinq üçün əla olsa da özünüzü Delhiyə saxlayın, ora lap ucuz idi. Mumbaya əsas Leopold restoranın görmək üçün getdim, “Şantaram” romanını oxuyanlar oranı gözəl tanıyar, 2 əsrlik restoran necə var elə də qalıb. Delhi bir az şimal tərəfdi deyə, havası daha sərin və təmiz yerdi, müsəlmanlar daha çoxdur. (14% əhali islam dininə sitayiş edir) Onu da 2-ə bölüblər, müasir və köhnə. Yeni Delhidə 2-ci böyük məscid deyib tutdurduqları Jama mosque, bir də Cahan şahın iqamətgahı Red Fort əsasdı və dəyəri 10mln olan Lotus məbədi. Çox möhtəşəmdir həqiqətən, nə əcəbsə bunun girişi pulsuz idi. Tac MahalAqraya ordan minik avtomobili ilə getsəz həm yolüstü yerli kəndlər olan Mathura, Krişnanın (əsas allahları, onun haqqında qəşəng əfsanə qurublar) doğulduğu yer Vrindavanı görərsiz. Və Aqra və Tac Mahal, möhtəşəmdir. Girişi turist üçün 15$, özləri üçün heç 1$-da eləmir, ona görə sıxlıq dəhşətdir. İçinə girmək üçün növbədə durmalısan amma dəyməz, içində təmir gedir və mərkəzdə Cahan şahla, Mumtazın qəbridi. Uzun sözün qısası, bura haqda çox danışmaq olar amma gedib gözünlə görmək ömür boyu bəs edər...

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jale Valehova

DİGƏR BLOQLAR

Bir gəzəyənin İtaliya günlüyü - Florensiya

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Next stop #Florence ❤️Möhtəşəm şəhər, super atmosfera, hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer. İtaliya şəhərləri arasında ən çox həvəslə gözlədiyim yerlərindən biri idi. Və yenə də sağolsun ki, peşman etmədi məni. Deməli Roma-Florence yolunu ən sərfəli Flixbus və ya Buscenter avtobusları ilə gəlmək olur. Biraz gecikmişdik deyə Flixbus-a bilet yox idi artıq. Tiburtina stationnan Florence elə Buscentre-nin öz kassalarından biletimizi aldıq.Florencedə bus station Villa Cistanzadadı və ordan şəhərə gəlmək üçün traindən istifadə etmək lazımdı. Bileti almaq üçün burda uzun növbələr olur və vaxt itirməmək üçün elə stationın içində cafe var. Ora girirsin və kassirə yaxınlaşıb train ticket istiyirsiz, vəssalam. Eyni qiymətə və əsası sırasız biletlərinizi götürüb minirsiz trainə. Düz şəhər mərkəzinə kimi gətirir sizi.Qaldığımız yer Soggiorno Pitti duz Piazza Pitti ilə üzbəüz idi və qədimi binanın içində yerləşirdi. Super məsləhətdi apartment-di, əla personal, hər gün təmizlik, otaqlarda hər gün pulsuz şirniyyat, çay, kofe. Bir sözlə super yer ????????Vaticanda olduğu kimi, burada da #Uffizi qalereyasına uzun növbədə dayanmamaq üçün biletleri evvəlcədən online almışdıq - https://www.uffizi.it/en/ticketsDaha bir #tip - muzeylərə getməmişdən əvvəl Bakıdan oranın planını print edin və dahilərin əsərlərinin nümayiş olunduğu zalları da özünüz üçün qeyd edin. Bu həm vaxt həm də pulunuza qənaət edəcək, çünki bütün muzeylerde map-lər pulla satılırdı, ya da ümumiyyətlə qalmamışdı.Ən çox görmək istədiyimiz yerlərdən biri Basilica of Santa Croce idi ????Deməli çaşıb bazar günü gəlsəz saat 2PM-ə kimi gözləməli olaceysiz çünki səhərdən kilsədə messa keçirilir. Buranın biletlərini elə sırada gözləyib almaq olur. Maksimum 15 dəqiqə vaxtınız gedəcəy. Kilsənin möhtəşəmliyi, oranın sakit atmosferası nəyə istəyirsiz dəyər. Və əlbəttə ki Galileo Galilei, Michelangelo, Rossini, Dantenin qəbirleri #mustsee . Bir maraqli fakt qeyd edim ki, Dantenin qəbri burada olsa da, içi boşdu. Dante Florence anadan olub amma yaradıcılığının hələ əvvəllərində siyasi görüşlərinə görə buradan qovulur və Rivonna şəhərinə köçür. Və elə məşhur "İlahi komediya"sını da burada yazır. Öldükdən sonra isə Florence hakimiyyəti nəşinin gətirilməsini tələb etsə də, hələ də Rivonna onu geri vermir (1321-ci ildən ☹️).Digər tarixi yerlər arasında bu şəhərin xüsusi bir yeri də var ki mütləq baxmaq lazımdı. Bu Michelangelo parkıdı. Bizim Dağüstü parka çox oxşuyur amma qalxmaq və düşmək üçün ayrılan yollar möhtəşəmdi ❤️Florence restoranlarına gəldikdə isə mən bir Hard Rock Cafe fanatı olaraq və ad günü bu gözəl şəhərə düşən birisi olaraq Florencedəki bu yerə getmiyə bilməzdim. Yeməklər hər yerdə olduğu kimi super, əlavə traditional Legendary burger və Flatbread sifariş etməyiniz məsləhətdi ????Roma və Florensiya müqayisə edəndə Romanı daha çox Moskvaya, Florensiyani isə Sankt-Peterburqa oxşatdım. Fərqli şəhərlər olsalar da hərəsinin öz ayrıca yeri var ❤️ Hər iki şəhərdə #gelato alıb mərkəzi meydanlarda daşların üzərində oturub musiqiçiləri dinləmək vacibdir ☝????Sərhəddən çıxanda bunu mütləq yoxlayırlar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suriya Alizade‎

4362 dəfə oxunub

Vyana, Praqa turu

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.Salam, əziz gəzəyənlər, bu mənim ilk postumdur, ümidvaram ki, şəkilləri bəyənərsiniz, mən universitetin təşkil etdiyi turla bir aylıq təmizliyin, gözəlliyin və tarixin mərkəziolan Avstriyanın Vyana şəhərinə gəlmişəm, visa işi çox rahat oldu, sənədləri düzgün təqdim etdim və 9 gün sonra visa'm hazır idi, gəldik yataqxanaya yerləşdik, yataqxana Praterin tam yanıdı vəə maalesef ki, gecələr uşaqların o attraksiyonlardan gələn qışqırıqlarından yatmaq olmur????????Burda mağazalar, marketlər 6-dan sonra bağlanır, hətta Karlsplatzda metrodan çıxandan bir az sonra bir ayaqqabı mağazasına girmək istəyirdik bizi qovaladılar????bazar gününü də sözün əsl mənasında istirahət veriblər özlərinə, hər tərəf bağlı olur, (bəzi yerlər istisna)Pizza - L'osteria adlı italyan kafesindəndir, pizza dadlı idi, amma normal ölçü anlayışı bizdəki kimi deyil onlarda???? işçilər deyəsən ingilis dilində tam bilmirlər ????Metro bir aylıq 51 avrodur, alırsan, və sadəcə üstündə gəzdirirsən, ildə, ayda bir dəfə normal geyimli biri yaxınlaşır yoxlayır metro biletini, ümidvaram ki, nə vaxtsa yaxınlaşıb biletimin olub olmamasını soruşacaqlar ????????????Baxmayaraq ki, 3gündür gəlmişik, amma demək olar ki çox yerlərə getmişəm, 3addımlığımda olan Praterdəki attraksiyonlara isə ürək edib minə bilmirəm ????Schoenbrunn sarayı- bir sözlə möhtəşəmdi, necə böyük həyəti var, hər yeri yaşıllıq ????qrupdan ayrı düşüb biraz itmiş fason olduğuma görə saraya girə bilmədim, içində zoopark var, hər cür heyvan var, ancaq qrupla daha ucuzdu, tək idim deyə ona da girə bilmədim ????Bəzi şəkillər isə Çexiyanın paytaxtı Pragadandır, bir günlük dedik Pragaya səfər edək, ancaq çox az vaxtım oldu gəzməyə sadəcə 4-5 saat, havası çox qəribədi, körpünün bir tərəfi günəşli idi, bir tərəfi tutqun buludlu ????yağış da yağdı, tam oldu????Nisbətən Vyanaya görə ucuzdu (1avro-26.5kron), vaxtım az olduğuna görə heçnə ala bilmədim, sadəcə yemək və dondurma, inşAllah nə vaxtsa yenidən gedərəm ora, yuxardan mənzərə super görünür, şəhər sanki ayaqlarının altındaymış kimi..Hələki ayın 30-na kimi Vyanadayam, amma bəzi günlərdə başqa Şengen ölkələrə səfər var, amma mənə Vyananın başqa haralarını gəzməyi və hansısa dadlı yeməyi, şirniyyatı olan cafeni məsləhət görə bilərsiniz? ????????????(maps.me sağolsun, çox kömək olur istənilən yeri tapmağa, sadəcə xəritəsini köçürürsən həmin şəhərin və internetsiz də işləyir, hara desən də aparır????)P.S. Vyanada hər tərəfdə demək olar ki, free wifi var, çox əla bir şeydi????Ümidvaram ki, post yorucu olmadı, ilk postumdur deyə biraz uzun yazmış ola bilərəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Mirvari Askerova  

1035 dəfə oxunub

Misir Bələdçisi

Salam, gəzəyənlər. Misirdə faydalı ola biləcək bir neçə məlumatı sizinlə bölüşmək istəyirəm. We mobil operatoru götürmüşdük. Hava limanında 6$ 22 gb internet təklif etdi lakin 2 günə bitdi. Başqa mobil operatoru tövsiyyə edərdim ( orange və ya vodafone kimi). Qahirəyə getmək üçün vizanı hava limanında həll edə bilirsiz 25$ və əlavə 5 $ blankı doldurmaq üçün ( blankı özünüz də doldura bilərsiz ). Bələdçiniz əlavə möhür istəyə bilər 15$ amma inanmayın pul tələsidir. O möhür Qazaxıstan vətəndaşları üçün keçərlidir. Sizə hava limanında verilən vizayla problemsiz gedə bilirsiz. Bələdçinizdən tur almayın. Çox baha tur təklif edirlər. Suntour24.com bu saytda istədiyiniz Şarm Əl Şeyx turu tapa bilərsiz. Turu whatsapp vasitəsiylə rezerv edib ödənişi sizi götürdükləri gün verə bilərsiz. Bələdçinin təklif elədiyi turdan 2 qat ucuz. Qahirədə piramidalarda diqqətli olun. Yalnız turun təklif elədiyi əyləncələrdən faydalanın. Məsələn dəvəyə minmək. Əgər turun təklif eləmədiyi sadəcə sizə yaxınlaşaraq təklif edilən dəvəyə minsəz, minmək üçün 10$ istəsələr də düşmək üçün 30 və ya 50 $ isətəyə bilərlər. Əks halda dəvədən düşürmürlər . Yalnız turun təklif elədiyi dəvə 10$ gəzdirir hətta rahatlıqla telefonu verib şəkil də çəkdirə bilərsiniz. Əlavə tips verə bilərsiniz. Free free deyə deyə arafat və ya qolbaq kimi şeylər təklif edirlər inanmayın sonra arxanızca düşüb 5-10$ ala bilərlər. Free heçnə yoxdur. Bir də Qahirədən qayıdanda yeni qaydaya görə digər tur avtobuslarıyla bir yerdə qayıtmalı olursunuz. Onları gözləmək çox vaxtınızı alacaq öncədən deyim. Bütün tur avtobusları yığılır və polis müşayiət edir. Soruşduq turistlərin təhlükəsizliyi üçündür dedilər. Bu qədər gəzəyənlər, ümidvaram faydalı məlumat verə bildim, sizə xoş istirahətlər .Paylaşan: Fuad Abasov

Saxurların gözü Mamrux

Bugün çoxdan arzuladığım bir səfəri reallaşdırdım. Velosipedlə aramızda bir dağətəyi kənd olan Mamruxa getdim. Belə yerlərdə iki ya 3 nəfərlik qruplar arzuolunandır. Mən də hər zamankı kimi Şıxəmirlə getdim. Səfərimizi səhər 6 - da düşünsək də tez olduğuna görə 8 - ə dəyişdik. Bir saata kəndə çatdıq.Öncə kənd məscidinə, onun həyətindəki köhnə Alban məbədinə baş çəkdik. Məscid bölgə memarlığı üslubunda tikilib. Doğma olan üslubu burada da görmək ruhumuzu oxşadı. Karantin dövründə olduğumuz üçün təəssüf ki, bağlı idi. Sadəcə həyətində gəzə bildik.Deyilənə görə, Alban məbədi sovet dövründə tövlə kimi istifadə olunub. Hazırda isə baxımsız vəziyyətdədir. Ancaq bir həyətdə həm saxurların xristian olduqları dövrdə tikilən köhnə bina, onunla eyni həyətdə yenə saxurların müsəlman olduqları müasir dövrdə tikilən məscid vardı. Bu tandem xoş təəssürat yaradır.Ondan sonra məscidin sol tərəfindən 150 metr aralıqda yerləşən, divarında ərəbcə məlumat lövhəsi olan körpüyə baş çəkdik. Ətrafı iri ağaclarla əhatə olunan bu körpünün altından su axmırdı. Bu bir növ körpünü yararsızmış kimi göstərir. Amma çay yatağının dərinliyi maşın və hətta at arabasının da keçidinə əngəl törədir.Daha sonra kənd mərkəzində biraz gəzdikdən sonra çay içməyə getdik. Kənd əhalisinin mehribanlığı, hər kəsin bir-birilə salamlaşmağı diqqətimdən yayınmadı. Bizim də kənddə hamı bir-birinə salam verir. Bu çox bəyəndiyim adətdir. Allahın adını bir-birimizə ötürürük. Burada isə bu hərəkət xüsusi mehribanlıqla edilirdi. Yorğunluğumuz, çayın ləzzətli dəmi, havanın istiliyi, hər zamankı zarafatlarımız deyərkən bir saata yaxın vaxt keçdi, dincimizi alıb, yola çıxdıq.Ordan çıxarkən Mamrux kənd məktəbinin müəllimi, araşdırmaçı Sakit müəllim bizi qonaq çağırdı. Mamruxun ümumi tarixindən, onun fərqli dövrlərdə yaşadığı tarixi, mədəni dəyişikliklərdən söhbət elədi. Bu gün həm də bizi maraqlandıran digər məsələ Mamruxun incisi deyə biləcəyimiz Armatay ( Ay ilahəsi) məbədi haqqında öyrənmək, mümkün olsa ora qalxmaq idi. Təəssüf ki, məlumat alsaq da, bələdçisiz ora qalxmaq qeyri-mümkündür. Dağ-meşə içində dağılmaqda olan məbədi tapmaq xeyli müşkül olacaqdı. Mamruxun qədim olduğunu bilirdim. Amma dəmir dövrünə aid məbədlərin, qəbirlərin varlığından xəbərsiz idim. Kəndə olan marağım daha da çoxaldı. Uşaq vaxtı arı köçləri ilə bura gələndə kəndin gözəlliyi az-çox yadımda idi. Amma bugün bir təbiətsevər olaraq bu gözəlliyə  vuruldum. Sakit müəllimin qonaqpərvərliyi, danışdığı maraqlı tarixi hadisələr(özü tarix müəllimidir), regionun tarixi əhəmiyyəti barədə bir çox mövzular mənim üçün əsl meditasiya oldu.Yenicə çıxmışdıq ki, rəssam Əhməd müəllim, hələ də, kənddə olub - olmadığımızı soruşdu. Dünən gələcəyimi xəbər vermişdim. Təzədən yeni Mamruxdan köhnə Mamruxa qalxdıq, dağın lap dibinə. Dünəndən velosiped sürdüyümə görə xeyli çətinlik çəkdim. Şıxəmir isə hər gün sürməyinin verdiyi rahatlıqla rahatca davam edirdi. Həqiqətən həyətinin dizaynı, evinin divarlarındakı rəsmlər, evin rəssama məxsus olduğunu deyir. Bütün kəndi, dağ və meşələri görə biləcəyimiz kəndin bu hissəsində saxurların milli-mədəni məsələləri barədə söhbət elədik. Sakit müəllimin danışdığı tarixi faktların üstünə Əhməd müəllimlə də daha çox sosial mövzuları xırdalamaq Mamrux və onun saxurların tarixindəki rolunu daha aydın başa düşdüm.Daha sonra qonşuluqda olan, Qafqaz Albaniyası dövründə imarət olsa da hazırda tövlə kimi istifadə olunan bir binaya baş çəkdik. Baxımsız vəziyyəti ilə bəlkə də 20-25 il ömrü qalıb. Ya da ev sahibi yeni tövlə tikərkən sökməli olacaq. Çox acınacaqlı vəziyyətdir. Ümumiyyətlə, Zaqatalada çoxlu tarixi binalar eyni taleyi yaşayır. Şəhər mərkəzindəki alban kilsəsi də həmçinin. Sağollaşıb, üzü bizim kəndə doğru yol aldıq. Kənddən çıxandan sonra bir kənardan Mamruxun aşağıdan şəklini çəkdim. Həqiqətən tam da yaşamaq istəyərəm dediyim yer idi. Ətrafında dağ meşələri, içindən və yanından axan çaylar, geniş bağlar, səmimi insanlar. Bir sözlə, mənə görə hüzuru tərif edəcək çox şeyləri burada tapdım. Bir də Zaqatalada Çardaxlar kəndini bu qədər bəyənirəm. Amma Mamrux artıq ilk pillə oldu mənim üçün.Bugün yaşadığım digər təcrübə isə Mamruxun qonaqpərvərliyidir. Sakit və Əhməd müəllimi Facebook sosial şəbəkəsi üzərindən söhbətlərimiz olsa da ilk dəfə real görüşürdük. Bizi sanki illərin tanışları, dostları kimi qarşıladılar. Belə fikirləşirəm ki, kimsə mənə evini açıbsa ora getməmək ədəbsizlikdir. Bu gözəl insanlar sayəsində Mamrux çox gözəl xatirələrlə yaddaşıma həkk olundu. Onlar mənə görə bütün Mamruxu təmsil edirdilər.Kəndimizdən olan, Gəncədə yaşayıb-yaratmış saxur yazıçımız Əhməd İsayev son əsərlərindən birini kəndimizə həsr edib. Adını da “Saxurların gözü Suvagil” qoyub. Bizim kənd dünyada saxurların kompakt yaşadığı ən böyük yer olsa da (təxminən 7000 nəfər – 1400 yaxın ev) mənə görə gözəllik və tarix baxımından “Saxurların gözü Mamrux”dur.Hər bir Azərbaycanlının öz milli-mənəvi dəyərlərinə sahib çıxaraq, onları qoruyub saxlaması ümidi ilə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

2045 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!