17 dəfə oxunub

Rusiya - Gürcüstan səfəri

Salam gəzəyənlərr, gəzməyi planlayanlarr və ümumən gəzməyb gəzənləri izləyənlərrrr
Gəlin sizə biraz Rusiya - Gürcüstan səfərimdən danışım.
Gediş planım Azərbaycan - Rusiya(Rostov - Moskva - Veliky Novqord - Sank Peterburg) + quru yol ilə Gürcüstan (Tiflis - Kutaisi - Batumi)ni əhatə edirdi.


İlk öncə Rusiyaya gedərkən diqqət edilməli mövzulara toxunum…
Mövcud müharibə səbəbiylə əlaqədar Rusiyada bir çox sanksiyalar hələdə qüvvədədir. Məsələn VPN istifadə etmədən bir çox proqramlar işləmir. Onun üçün ilk Vpn-i hazır edin telefonunuzda.


Bu sanksiyalar həm sosial şəbəkə həmdə bir sıra səyahət proqramlarına təsir edib.
▫️Booking-işləmir amma onu əvəz edəcək “Ostrovok” tədbiqini istifadə edə bilərsiniz. Qalacağınız Otel/Hostelləri buradan rahatlıqla rezerv edə bilərsiz.


Google maps - işləmir. Amma onun əvəzinə Yandex maps istifadə edə bilərsiz. Onuda deyim ki, Yandex maps Rusiya üçün Google-dən daha yaxşı işləyir. Gedəcəyiniz yerə hansı marşurut gedir, harada minib-harada düşəcəyinizə buradan baxa bilərsiz.




(Note) Şəhər mərkəzlərində Gps yaxşı işləmir. Yerinizi səhv göstərə bilər. Ona görədə yerinizi ətrafınızda olan məkanlara görə daha dəqiq təyin edin.
Heç bir beynəlxalq kart işləmir. Yalnız “Сбербанк” işləyir. Onuda ordan əldə edə bilərsiniz.
Taksi üçün Yandex taksi - istifadə edə bilərsiniz.


Şəhərlər arası nəqliyyat üçün tutu.ru(və ya proqramından) istifadə edə bilərsiniz. İstər avtobus, istərsədə qatar biletlərin burdan əldə edə bilərsiz. Əlavədə xidmətləridə mövcuddur.
İndi keçək səyahətmizə İlk gəzdiyim şəhər Rostov na Donu oldu. Don çayının ətrafında olan bu şəhər başdan sona yaşıllıqla əhatə olunmaqdadır. Həmçinin siz burada kiçik gəmi turlarıda götürə bilərsiniz. Mövcud müharibə şəraiti olmasa idi burada Paraşutdan tullanmada mövcuddur və Moskvadan daha ucuzdur Amma təəssüflər olsun ki, Rostovda hal hazırda yalnız hərbi aviasiya işləməkdədir… Buna görədə paraşutu dayandırıblar…


Ordan sonrakı dayanacağım Moskva oldu. Rostov - Moskva (Avtobus).
Moskva sadəcə ömürdə bir dəfə görüləsi şəhərdir məncə. Yəni çoxda vauu deyiləcək kimi gəlmədi mənə. Bir səfər gedilərsə ikinci səfər arzulamaram şəxsən. Bir Qırmızı meydanı, Kremli-si var. Hə birdə tıxaclı şəhəri, qarışıq metrosu ilə yadda qaldı. 2-3 gün Moskvaya bəs edər məncə. Hə birdə turduğum hostel kapsul - tipli hostel idi. İlk səfər üçün maraqlı gəldi Otaqda kapsul tipli yataqlar idi. (gecəsi 17-Azn).
Sonraki dayanacaq Veliky Novgorod oldu (Qatarla). Moskva və Sankt-Peterburg yolunun üzərində olan bu şəhər Rusiyanın qədim şəhərlərindən biridir. Çoxda böyük olmayan bu şəhərdə çay kənarında gəzib, İlmen gölünə gedə bilərsiz. Birdə kilsələri gəzə bilərsiz. Veliky Novgorod Piterə yaxın olduğu üçün növbəti dayanacağım təbiki Sankt-Peterburg oldu (avtomobil ilə).
Baxın Piteri gəzməyə həqiqətən dəyər


Göz oxşayan bu şəhərin hər yerində demək olarki turistlərə rastlamaq olur. Əgər muzeyləri sevirsizsə Ermetaja mütləq baş çəkin. Ümumən şəhərin abu-havası çox əladır. Qayıqla gəzinti götürərək şəhər hakqında ümumi məlumat toplay bilərsiz. Kilsələrin isə memarlıq üslubu çox gözəldir. Açılıb bağlanan körpü və s. (körpünün açılma saatına internetdən baxa bilərsiniz)
Hələ bura yayda səfər edərsəniz buranın bəyaz gecələrini demirəm


Piterdən sonra geri qaytmağa başladım. Yenidən Rostova gəlib səhəri gün qatarla Beslana(Vladiqafqazdanda maşınlar gedir) yola düşdüm. Ordan isə 3000rubl(təxmini 50-Azn) ödəyərək Gürcüstana(Tiflis) yol aldım. (İstəsəz sürücünün nömrəsini verə bilərəm sizədə. Tiflis - Vladiqafqaz arası sürücü işləyir).
Gürcüstan girər girməz özünü, doğmalıqnı hiss etdirdi. Gömrükdən problemsiz, sorğu sualsız keçib Kazbek dağlarının mənzərəsi ilə yol aldıq Tiflisə. Oradada isti münasibət görərək düşdüm Tiflisin canına Aşağı-yuxarı gəzib, xəngəldən yeyib Kutaisinin planlarını qurdum. Əgər Gürcüstana gəlmisizsə mütləq surətdə Martvili kanyonu və Prometheus mağarasına baş çəkinn məncə (Bunun hakqında ayrıca post edəcəm inşəAllah).
Nə isə Tiflisdən Kutaisi(Martvili kanyonu və Prometheus mağarası) turu alıb çıxdım yola. Qırığ-qırığ ingiliscəmnən Kanyonun möhtəşəmliyindən zövq alaraq, Mağaranın zövqün çıxarıb turla geri dönərkən mən Kutaisidə düşdüm. Oradanda avtobus ilə yol aldım Batumiyə.


Batuminidə aşağı-yuxarı gəzib, dənizə girib, xaçapuridən yeyib dadın çıxardım. Sonra isə yenidən Tiflis - Bakı reysi ilə geri döndüm Bakıya
(Mənə görə Gürcülər çox istiqanlı və bizi sevən millətdir. Məsələn Ruslarda o soyuqluq az çox var. Amma Gürcülərr
Özüm çox detallı anlatmadım ki, oxuyanda yorulmayasız. Nə sualnız olsa yazın cavablaym)

Paylaşan: Rutidu Elvin

DİGƏR BLOQLAR

Türkiyə-Monteneqro-Albaniya səyahəti – 2-ci hissə

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əvvəlki postda qeyd etdiyim kimi, Albaniyaya bileti İstanbul üzərindən almışdıq: İstanbul-Tirana-İstanbul 240 AZN. Bu səyahət planımızda Albaniyanı sadəcə tranzit kimi keçməyi nəzərdə tutmuşduq. Məqsədimiz Montenegro-Bosniya Herzeg-Serbiya turu etmək idi. Ancaq Albaniyada bizə gəlmişkən Adriatik sahillərində Saranda, Vlore, Ksamil kimi gözəl yerlərə də baş çəkməyimizi məsləhət gördülər və planlarımız dəyişdi. Tiranaya çatar-çatmaz ilk öncə yollandıq beynəlxalq avtovağzala 23 Euroya Tirana-Budva biletimizi aldıq, çıxdıq 5 saatlıq bir yola, gecə saat 11-də Budvaya çatdıq. 100 Euroya 3 gecə 4 günlük apart kirayələmişdik booking.com-dan, həm dənizə yaxın, həm mərkəzə. Montenegroda aktiv istirahətə üstünlük verdik.İlk günümüzü Budvada keçirdik. Budva plajında sanki Odessadasan, şəhər ancaq ruslardan ibarətdir sanki. Budva Old Townu gəzdik. Həm tarix, həm təbiət, həm dəniz - üçü bir arada hər kəsin istirahət zövqünə uyğun bir yerdir. Qiymətlər digər Avropa ölkələriylə nisbətdə çox ucuzdur. İnsanları çox yardımsevərdir. Bir də yeməklərinin porsiyası hədsiz çoxdur, 1 porsiya 2 nəfərə kifayət edir, büdcənizə qənaət etmiş olursunuz. Restoranlarda yeməklər 8-15 euro civarındadır, amma daha ucuz yeməkləri dənizkənarı fastfood cafelərdə tapa bilərsiniz, məsələn, böyük pizza dilimi 1,5-2,5 euro arası, giros (bildiyimiz toyuq dönəri) 2-3 euro və.s. Budvada edilməsi mütləq olan Cruis turudur-18-20 Eurodur, tam bir gününüzü alır, Blue Cavede üzmək çox maraqlıdır. Saat 9-dan sonra isə gənclər üçün gecə həyatı başlayır, dənizkənarı boyunca gündüz yemək xidməti göstərən restoranlar gecə cluba çevrilirlər. Amma qiymətləri barədə məlumatım yoxdur.  Əlavə olaraq Budvaya avtobusla 15 dəqiqə məsafədə Sveti Stefano adası yerləşir. Ada 1 oteldən ibarətdir və içəri giriş otel sakinlərindən başqa hər kəsə qadağadır. Amma adanın ətrafında dənizin suyu mükəmməldir. Mütləq baş çəkin və hətta biz dənizə girəndə axşam saat 8-9 idi, mükəmməl bir hissdir. Tərtəmiz su və tək-tük insanlar var.  İkinci günümüzü Kotor Bay turu etdik, amma turla yox, özümüz. Beləliklə büdcəmizə qənaət etdik. Şəhərlərarası avtobus xərcləri bir istiqamətdə 2-5 euro arası dəyişir məsafədən asılı olaraq. İlk dayanacağımız Kotor oldu. Kotor Budvadan daha kiçik, daha sakit və də daha şirin yerdir. Şəhəri tam gəzmək üçün 3 saat kifayətdir. Demək olar ki, bütün restoranlarda ən azı 1 ofisiant türkcə bilir, ingilis dili səviyəniz yoxdursa, türkcə danışa bilərsiniz. Kotorda mütləq edilməli olan: Kotor qalasının ən yüksək nöqtəsinə çıxıb şəhəri bir nöqtə kimi seyr etməkdir. Qalanın ən hündür zirvəsi 2 km-dir, ancaq hava isti olduğu üçün səhər günəş çıxmadan getmək məsləhətdir.Biz cəhd etmədik ona görə də. 3-4 saatlıq Kotor gəzintisindən sonra yollandıq Perast qəsəbəsinə. Perast kiçik balıqçı qəsəbəsidir, hətta o qədər kiçikdir ki, qəsəbə sadəcə sahilboyunca bir küçədən ibarətdir. 1 saat Perast üçün kifayətdir. Perastdan Our Lady of the Rocks adasına bot taxi ilə 5 euroya getdik və döndük. Ada sadəcə 1 kilsədən ibarətdir, ama Perasta gözəl mənzərə açılır. Gedib görməlisiniz. 2-ci gün üçün sonuncu dayanacağımız Herzeg-Novi oldu amma başımıza gələcəklərdən xəbərsiz idik. Herzeg-Noviyə çatar-çatmaz Budvaya geri dönüş üçün bilet almaq istədik, amma tapana hədiyyə düşür dedilər. Burda birşeyi anladıq: Balkanlarda nəqliyyat sistemi çox aşağıdır: Bir-birindən 2 saatlıq məsafədə yerləşən şəhərlər arasında ən sonuncu avtobus axşam saat 5-6 arası yola düşür. Biz isə Herzeg-Noviyə elə saat 6-da çatmışdıq. O saatdan sonra evinə qayıtmağa bir avtobus tapsan cənnətə düşmüsən deməkdir.???? Taxi isə azı 60-70 euro qiymət oxuyur insana. Artıq gəlmişik, onsuz ya burda gecələyəcik ya başqa bir çarəsinə baxarıq, kefimizi pozmayaq, gedək şəhəri gəzək deyərək düşdük Herzeg-Novinin küçələrinə.Burada digərləri kimi dar küçeleri ile xoş gelen Old Town, sahili canlı həyatı ilə ürəyimizi oxşadı. Restoranda qiymətlər elə Budva, Kotor kimidir, hər büdcəyə uyğun yemək tapa bilərsiniz. Sıra gəldi Budvaya geri dönməyə, həyatımızda ilk dəfə gecə saat 11-də biraz qorxuyla biraz tərəddüdlə avtostopdan istifadə etdik. Əslində gedəcəyi yer Kotor olan, orada yaşayan bir rus qardaş “gecədir, yollarda qalmayın” deyərək bizi təmənnasız Budvaya qaldığımız ünvana qədər gətirdi, çox çox minnətdar olduq.Səhərisi gün artıq aktiv istirahətdən yorulmuşduq deyə Bosniya-Herzeg və Serbiyanın əvəzinə çox təriflənən Sarandaya (Albaniya) getmək qərarı aldıq. Bunun üçün ilk öncə Budva-Ulcinj avtobusu ilə Ulcinjə getdik, ordan da avtobusla Tiranaya getməli idik. Amma rəfiqəm avtobusda əşyasını unutdu və o avtobus bir də 4 saat sonra Ulcinjə gələcəkdi, 4 saat gözləməli olduq, nə yaxşı da ki, bu hal başımıza gəldi deyirik hər dəfə yadımıza düşəndə. 4 saatı avtovağzalda oturmaq əvəzinə gəlmişkən buranı da görək dedik və Ulcinj Olt Towna getdik, Ulcinj qalası hər halda Adriatic dənizinə açılan ən gözəl mənzərədir deyə düşünürəm, bir də günəş batımı vaxtına düşsəniz. Elə möhtəşəm mənzərə hələ görməmişdim. Qalanın ən yüksək zirvəsində balıqçı restoranı var. Oranın ən bahalı restoranıymış amma, 1 porsiya kefal, 1 porsiya Pasta, 2 qədəh ağ şəraba 30 euro hesab ödədik. Oradan da xoşbəxt ayrıldıq yola düşdük Albaniyaya.Ulcinj-Tirana-Saranda istiqamətində gecə yola düşüb səhər 12-də Sarandaya çatdıq. Ulcinj-Tirana 15 Euro, Tirana-Saranda 12 Euro. Saranda paytaxt Tiranadan 5 saatlıq məsafədə bir sahil şəhəridir. Kiçikdir, gəziləcək yerləri varmı? Yoxdur, əsl passiv istirahəti sevənlər üçün ise möhtəşəmdir, sadəcə masmavi sulu dənizi, təmiz plyajı, bir də restoranlarla dolu bir dənizkənarı bulvarı var. Plajı qumlu deyil, xırda daşlıdır. Bir də Bakıdan fərqli olaraq, plajda istədiyin çətirdən istədiyin lejankadan istifadə edə bilərsən, heç kəs səndən 3 manat-5 manat ödəmə tələb etmir. Yeməklər çox ucuz, və porsiya Montenegroda oldugu kimi çoxdur. İnsanları çox gülərüzdür. Yenə booking.com-da tapdığımız bir apartda 3 gecəyə 60 euro ödəyərək gecələdik. Bir də Sarandadan avtobusla 15 dəqiqə məsafədə yerləşən Ksamil adası var, kiçik Maldiv adaları adlandırırlar, bəmbəyaz qumlu masmavi suyu ile göz oxşayır. Albaniyaya getməyi düşünənlər başqa yerlərinə vaxt və pul sərf etməsinlər. Saranda və Ksamilə getmək kifayətdir. 7 günlük Montenegro-Albaniya səyahətimizə 1 nəfərə 400 euro pul xərclədik, aldığımız hədiyyələr, yol xərcləri və.s. daxil.P.s. Post çox uzun olsa da bütün məlumatları paylaşmaq istədim, bəlkə yararlanan olar deyə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova 

2123 dəfə oxunub

Bir gəzəyənin İzmir səyahəti

İzmirdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.İzmir səyahəti…Hava limanından şəhər mərkəzinə necə getmək lazımdır ?Hava limanından çıxdıqdan sonra yaxınlıqda İzban (yer üstü hərəkət edən tramvay) stansiyası var. Həmin stansiyanın girişində İzmirim Kart satılır. 3 gedişlik 16 tl-yə ala bilərsiniz. Bu kart vasitəsi ilə Metro, İzban, Vapur (gəmi) və Avtobuslardan istifadə edə bilərsiniz. Hər hansı bir nəqliyyat vasitəsi ilə gediş haqqı 3 lira təşkil edir. Azərbaycanda 50-100 tl alıb sonra gedin İzmirə. Çünki hava limanında dolları ucuz dəyişirlər. Karta balans yükləmək üçün hər stansiyanın girişində yükləmə qurğuları var. Kartı yaxınlaşdırıb pulu daxil edirsiniz. İzbandan başqa bütün nəqliyyat vasitələrində ilk 90 dəqiqə ərzində kartdan 2-ci dəfə istifadə etsəniz gediş bir dəfə pulsuz olacaq. Məsələn bir kartla iki nəfər keçərsə 2-ci sərnişin pulsuz keçəcək. Getməzdən əvvəl google-dan izban və metro (raylı sistemler) xəritəsini telefonunuzda saxlamağı məsləhət görərdim. Beləliklə hansı stansiyada enməli olduğunuzu daha dəqiq biləcəksiniz. Metro və İzbanlarda monitorlar var və hər stansiya anons edilir. Hamısında kondisioner işləyir. Taxi-lər olduqca baha qiymətə olduğundan bu yöntəm sizin üçün sərfəli olacaqdır.Nömrə əldə etmək.Nömrə əldə etmək üçün Türk telekom və ya Turkcell nümayəndəliklərindən birinə müraciət edib pasportunuzu təqdim etməklə nömrə ala bilərsiniz. Lakin diqqət edin ki, şənbə və bazar günləri nömrələrdə əməliyyat aparmaq mümkün olmur. İstirahət günləri yalnız online ödəniş etmək mümkündür. İnternet paketi aldıqdan sonra gedəcəyiniz yerlərə sizi Google Map tətbiqi aparacaq.OtelOteli Konak və ya Çankayada tuta bilərsiniz. Bu yerlər şəhərin mərkəzi sayılır. Kordon-a (sahil) yerimə məsafəsindədir. Sizə Konakda, Gazi Bulvarında, 9 eylül meydanının yaxınlığında yerləşən Efehan Otel-i məsləhət görərdim. Booking.com-dan otelə nəzər yetirə bilərsiniz. Mərkəz bir küçədə yerləşir. Pəncərə açıq olduqda avtomobil səsləri gəlir amma pəncərə bağlı olduqda (kondisioner işləyəcək yəqin ki) səs yoxdur. Təmiz və hər şəraiti olan bir oteldir.MağazalarBöyük mağazalar yoxdur İzmirdə kiçik mağazalardır amma axtardığınız hər şey var. Ən çox da Migros Jet. Burada axşam 22.00-dan sonra spritli içki satışı qadağandır.Restoranlar və yeməklərRestoran seçimləri sahil boyu uzanan yolda, yəni Kordonda yol boyu davam edir. Balıq, fast-food, şirniyyat kafeləri, pub-lar. Fast food kafelərdə çox zaman yemək və içki 20 tl-ni keçmir. Xüsusi ilə Kordonda Kumrucu Şevki deyilən yerdə İzmirə xas olan fast food “Kumru”nu yeyin. Restoranlarda xidmət yüksək səviyyədədir. Bir kofe içəndə belə saatlarla otura bilərsiniz.Alış-verişAlış veriş üçün Kıbrıs Şehitleri Caddesi-nə gedə bilərsiniz. Bura da mərkəzdədir. Koton, Mavi, LC Waikiki kimi tanıdığımız mağazalar və digər dünya markaları bu yerdə mövcuddur. Burada qiymətlər Azərbaycan manatı ilə müqayisədə ucuz olsa da daha ucuz yer istəsəniz Saat Kulesinin yaxınlığında De Facto, Flo mağazaları var. Əgər daha da ucuzunu istəsəniz həmin küçədə Kemeraltı Çarşısı var. Bu bazarda hər şey satılır. Ədviyyat, yorğan-döşək, paltar, çantalar, şirniyyat və sairə.Alış-veriş üçün başqa bir seçənək olaraq Karşıyakada "Mavişehir" deyilən yerə gedə bilərsiniz.İzmirİzmirin özündə Basmane deyilən bölgədə Agora açıq hava tarixi müzeyinə baş çəkə bilərsiniz. Giriş 12 tl təşkil edir.Tarihi Asasör-ə çıxıb şəhər mənzərəsi izləmək pulsuzdur. Oraya gedən yolda olduqca yorucu pilləkənlər var. Amma şəhərin mənzərəsini izləyərək enib çıxırsınız.Fuar kütlür park Konakda yerləşir. Demək olar ki şəhərin mərkəzidir. Böyük bir parkdır. İçində Lunapark da mövcuddur. Bütün ekstrim atraksiyonları burada tapa bilərsiniz.İzmirdə saat kulesi təmirdə olduğu üçün tam yaxınlaşa bilmirsiniz. Deyilənə görə sentyabrda açılacaq.Karşıyaka deyilən yer İzmirin dəniz yolu ilə daha tez gedilən bir digər tərəfidir. Burada Bostanlıya gedib günəşin batışını izləmək üçün xüsusi yaya köprüsü deyilən yerdə mənzərəni izləyə bilərsiniz, lakin burada hərdən dənizdən kanalizasiya qoxusu gəlir. Karşıyaka İzmirin digər tərəfinə bənzəmir daha fərqli bir abu havası var.Alsancak-da Sevgi Yolu deyilən bir yer var. Sevgi yolu sağı və solu sıra-sıra palma ağaclarından ibarət olan çox gözəl bir küçədir. Burada kitab və bəzək əşyaları satılır. İstəyə uyğun bəzək əşyası istəsəniz həmin yerdə Bülent adında bir kişi var. Çox yaxşı insandır. O sizə ən sərfəli qiymətə istədiyiniz şeyi düzəldib verəcək.Axşam saatlarında kordonda günün batışı möhtəşəm bir mənzərə yaradır. Hər axşam. Bütün restoranlar dolur, insanlar sahil boyu yaşıllıqlarda uzanır, söhbət edir, mahnılar oxuyurlar.AvtovağzalÇankaya və ya Konakdan 302 nömrəli avtobus sizi bir başa Avtovağzala (Otogar) aparacaq. Burada yuxarı mərtəbədə şəhərlar arası avtobuslar, aşağıda isə İzmir içi avtobuslar hərəkət edir. Hər şirkətin öz bilet satış pəncərəsi var və qabağında hansı yönə hərəkət etdiyi yazılıb. Sizə Kamil Koç avtobus şirkətini məsləhət görərdim. Avtobuslar səhər saatlarından gecə yarılarına qədər işləyirlər. Əgər bileti online almaq istəsəniz “obilet” tətbiqini yükləyib ala bilərsiniz amma bu zaman biletləri 3-4 tl baha alacaqsınız.Çeşme-Alaçatı-Ilıcaİzmirə bağlı olan Çeşme-də Ilıca deyilən bir çimərlik var. İzmirin ən məşhur və ən təmiz çimərliyidir. Buradaki çimərlik, qum, dəniz hətda Miami ilə müqayisə olunur. Su təmizdir, çimərlik isə pulsuzdur. Sadəcə günəşlənmək üçün xüsusi yer istəsəniz 1 yer üçün 40 tl ödəməli olacaqsınız. Çeşme kiçik bir yerdir. Bir məkrəzdən ibarətdir bir də Yat Limanı-Marina-dan. Buraya da getməyi unutmayın. Çox gözəl mənzərəsi var. Çeşme-dən sonra Ayayorgi deyilən sahil kənarı var. Burada Tren Beach Club-da gedə bilərsiniz. Burada hər gün Türkiyənin ən məşhur müğənniləri ilə qumsalda party keçirilir. Giriş 80tl təşkil edir.Efes – SelçukAvtovağzaldan Selçuk-a gedən mikro avtobuslar var. 7-8 tl ilə Selçuk avtovağzalına gedirsiniz. Oradan Efes müzeyinə hərəkət edən mikro avtobuslara minib davam edə bilərsiniz. Dünyanın ən böyük açıq hava müzeyi olan Efes-də qədim Yunan-Roma mədəniyyətinin və memarlığının qalıntıları ilə tanış ola bilərsiniz. Efes-ə bilet almaq üçün biraz növbədə gözləyəcəksiniz. Bilet 72 tl təşkil edir. Nəzərinizə çatdırım ki, yay vaxtlarında dəhşətli dərəcədə isti olur və kölgə yoxdur. Müzeyin içərisində su və limonadlar çox baha qiymətə satılır. Məsləhət olardı ki, suyunuzu əvvəlcədən mağazadan alasınız.Kuşadası – AydınKuşadası İzmirə bağlı deyil. Ada Aydın şəhərinə bağlı, kristal təmizliyində sulara sahib olan möhtəşəm bir yerdir. İzmirdən cəmi 1 saat 15 dəqiqə uzaqlıqdadır. Avtobusla bir başa gediş haqqı 17 tl təşkil edir. İzmirdə avtovağzaldan yenə Kamil Koç avtobusları ilə bir başa Kuşadası avtovağzalına gedə bilərsiniz. Buradan Kuşadası sahilə-mərkəzə enmək çox asandır. Yenə google map sizə kömək edəcək. Burada Güvercin ada-ya getməlisiniz. Güvercin ada limanında 1 saatı 10 tl-lik gəmi turları təşkil olunur. Burada yat limanının da gözəl mənzərəsi var. Kuşadasının ən məşhur pulsuz çimərliyi isə “kadınar plajı” adını daşıyır. Lakin, burada hər kəs istədiyi yerdə dənizə girə bilir. Bütün çimərliklərdə əhali yuyunmaq üçün duşlar və əyin dəyişilən kabinlər mövcuddur, eləcə də pulsuzdur. Kuşadasında restoran qiymətləri İzmirə nisbətən cuzi də olsa ucuzdur.Ümumiİzmirə gəlmişkən 3 saat 15 dəqiqə uzaqlıqda olan Bodruma da getməyiniz məsləhət olardı. Bundan başqa Foça və Seferihisar deyilən ərazilər də görməyə dəyər yerlərdir. Əlavə olaraq Karaburun, Urla və Denizlidəki Pamukkaleyə də getməyiniz yaxşı olardı. İstəsəniz oteli İzmirdə tutub yuxarıda qeyd etdiyim yerlərə 1-2 günlük gedib Təkrar izmirə qayıda bilərsiniz. Çünki İzmirdə ucuz və yaxşı otel tapmaq daha asandır.İzmirdə zibil qutusu azdır. Bunun səbəbi bələdiyyənin bomba təhlükəsinə görə qutuları azaltmasıdır. Bələdiyyə işciləri hər gün küçələri təmizlədiyindən küçələr çox təmizdir. Yerdə zibil görmək demək olar ki, mümkünsüzdür. Yolu keçəndə sürücülər çox səbrlidir. İnsanları səmimi və kömək edəndir. Orada qaldığım müddətdə pis bir insanla qarşılaşmadım.İzmir ümumilikdə gözəlliklərlə dolu bir yerdir. Bunu orada keçirdiyiniz son gündə daha yaxşı başa düşəcəksiniz.Əgər İzmir və ətrafına getmək istəyənlərin əlavə sualı olarsa, cavablandıra bilərəm.Sonda isə qısa görüntülərdən hazırladığım video klipi izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asaf Salahow

2488 dəfə oxunub

Fransanın festivallar şəhəri - Kann

Kanndakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İstidi bilirəm, heç kəsin uzun statuslar oxumağa səbri çatmır.Ama şəkillərdən göründüyü kimi "elə də sıxıcı post olmaz yəqin" deyə düşünüb, buz kimi sularınızı yanınızda hazır edin,  oxumağa başlayın. Mən də yazacağım müddətdə su içib istirahət edəcəm????Deməli yay tətili üçün unikal istirahət təbii ki, dəniz,  çimərlik sayılır.22 yaşımda aeraporta gedib tək-tənha ilk dəfə təyyarəyə minib,yollandım deyilənə görə dünyanın ən böyük aeraportu sayılan Frankfurt Main stansiyasına. Ordan da Fransaya keçdim.(həyat elə gətirdi)Bəlkə bir gün orda-aeraportda başıma gələnləri paylaşaram. Ama hələlik ilk Avropa turumu Fransa ilə başlamağım haqqında QISA yazmaq istəyirəm.????Fransanın bir neçə şəhərlərində oldum,ama indi Kann haqqında yazacam.Çox-çox baha şəhərdi????Bəlkə də tələbəyəm deyə mənə elə gəldi. Bilmirəm. Sən de görüm, adicə yarım litrlik su 2 EURO baha deyilmi? Yəni içmə, öl deyirdilər də ????Şəhərdə gəzəndə yol boyu motosikletlər maşınlardan çox idi. Müxtəlif kabrioletlər, mağazalar, xüsusən də hər növ palmalar, çimərliklə üzbəüz sıralama otellər şəhəri çox bahalı və möhtəşəm göstərirdi. Kann demək olar ki iki yerə ayrılırdı.Sağ tərəf-glamurların alış-veriş etdiyi mağazalar????, sol tərəf-glamurların istirhət zonası olan çimərlik???? Xüsusən günbatımı və yaxtalar Aralıq dənizini çox möhtəşəm göstərirdi. Çimərlik zonası son dərəcə təmiz idi. Ödənişsiz xüsusi bir zona var idi ki, ordan rahat şəkildə istifadə etmək mümkündür. Lakin ödənişli yerləri də baha idi. Heç bir xüsusi özəlliyi yoxdur. Ondansa özün hər şey aparıb istədiyin kimi düz-qoş etsən daha sərfəli olur. Günbatımındakı möhtəşəm mənzərələri heç nəyə dəyişmək olmaz. Eyforiya yaşamaq istəyənlər üçün əsl yerdi. (buz kimi suyun isinməyibsə içə bilərsən)Davam edək..Şəhər boyu velosipedlər, motosikletlər üçün ayrılmış xüsusi yerlər, ev heyvanları saxlayan insanlar üçün zibil qabıları kimi nüanslar da şəhəri səliqəli və təmiz göstərirdi. Ki, insanlar onlardan düzgün istifadə edir.İnsanlarına qaldıqda mehriban və çox patriotdur.Yerli xalq öz dillərindən başqa dildə danışmırdılar və cavab vermirdilər. Yalnız turist gördükdə ingilis və ya rusca nəsə soruşsan cavab alarsan. Əslində çox sevdim elə olmaqlarını.Yeganə sevmədiyim nüansı deyim. Baha olması ???? o heç...Yol mədəniyyətləri demək olar inkişaf etməyib. Piyada keçidlərinə, işıqfora baxan ümumiyyətlə yoxdu. Əgər yolu keçdinsə, sənə halaldı. Hər kəs yığılırdı işıqforun yanına, kimsə cürət edirdisə birinci keçirdi və cürətlənib hamımız da onun arxasıyca))) Hər yol keçəndə hər kəs alqış gözləyirmiş kimi hiss edirdim ????(Mətbəxlərini də sevmədim ama o zövqə görə, ağız tamına görə dəyişir deyə, o haqda danışmaq istəmədim)Belə. Bir sözlə Kanna getmək üçün glamur olmalısan və ac qalmamaq, susundan ölməmək üçün pulun olmalıdı. Mən susum bir az da şəkillər danışsın. Gələcək postlarda görüşərik. Sevilirsən! ❤️#xəyaletmətəsəvvüret #NayPinƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Наиба Новрузова

1180 dəfə oxunub

Barselonadan Lissabona səyahət

Salam, Yoldaşlar!Bu gün sizlərə Milad zamanı etdiyim İspaniya-Portuqaliya səyahətindən danışacağam. Bəlkə kiməsə faydalı olar. Səyahət ümumilikdə 10 gün davam etdi, yolları çıxsaq, hər şəhərdə təxminən 2 gün qaldıq. Marşrutumuz belə idi: Barselona → Madrid → Porto → Lissabon.Alsa/Flixbusla Təxmini 20-30 avro arası(hər gediș).Porto-Lissabon-8 avro(Flixbus)BarselonaBarselona gözəl şəhərdir! İnanın, 2 gün bəs etmir, görməli yerlər bitmir ki bitmir. Daha çox vaxt ayırmaq lazımdır. Xüsusilə Camp Nou (Barselona stadionu) hazırda təmirdədir. Əgər buranı görmək istəyirsinizsə, mütləq təmir işləri bitəndən sonra səyahətinizi planlaşdırın. Əsas məşhur yerləri gəzmək üçün vaxtımız oldu və məşhur paella yeməyinin də dadına baxdıq. Arda Turan Skamyasına getməyi unutmayın.Iconic trenddir artıqBarselona səyahətə dəyər! MadridMadrid üçün 2 gün kifayət etdi, ən azından bizim üçün belə oldu. Bernabeu Stadionu və muzey turu 3-4 saat vaxtınızı alacaq, amma hər qəpiyinə dəyər (qiyməti: 35 avro). Həmçinin Kral Sarayı və The Bullring Arena da olduqca maraqlı yerlərdir və mütləq görülməlidir.Qalmağa gəldikdə, qarışıq (mixed) hostellərdə qalmaq istəyirsinizsə, mən Onefam hostellərini tövsiyə edirəm. Axşamlar özəl partiləri filan olur, qiymətlər də çox ucuzdur. Bizim qaldığımız hosteldə qarışıq olmasına baxmayaraq, otaqda tək qaldıq. İşçilər bacardıqları qədər qonaqları ayrı-ayrı otaqlara yerləşdirirlər. PortoPorto inanılmaz bir şəhərdir! Gecələr sadəcə sahildə oturub saatlarla mənzərədən zövq ala bilərsiniz. Burada mütləq Francesinha və Nata yeməklərinin dadına baxın. Qiymətlər də ümumilikdə Portoda çox ucuzdur. Okean sahili isə gün batımını izləmək üçün möhtəşəmdir. Şəhərin ən yüksək nöqtəsinə çıxıb bütün Portonu seyr etmək də unudulmaz təcrübədir. Əgər futbolla maraqlanırsınızsa, məşhur Dragão Stadionunu da ziyarət edin. LissabonLissabonun özünə 2 gün kifayət edir, amma ətraf bölgələri, məsələn, Sintra kimi yerləri gəzmək istəyirsinizsə, əlavə vaxt ayırmaq lazımdır. Biz də Sintraya getdik, amma Milad münasibətilə bəzi yerlər bağlı idi. Buna baxmayaraq, hiking etdik və şəhərin qalan gözəlliklərini seyr etdik. Lissabonda Torre de Belém abidəsini gün batımı zamanı görməyə getməyə dəyər. Həmçinin, 28 nömrəli tramvayla şəhərin turistik yerlərini gəzə bilərsiniz. Nəqliyyat KartlarıBarselona: 17.50 avro (2 günlük)Madrid: 17 avro (2 günlük)Porto: Gündəlik 6 avroLissabon: Qatar daxil olmaqla kartlar 10-11 avro, sadəcə metro və avtobus üçün isə 6-7 avro.Madeyra adasını isə ayrı bir səyahət kimi saxlamağı tövsiyə edirəm. Orası tamam başqa bir aləmdir! Özümdə oranı ayrı bir zaman saxlamıșam.Bu səyahətə mütləq dəyər! İspaniya və Portuqaliyaya səyahət etməyi planlaşdırırsınızsa, vaxtınızı və marşrutunuzu yaxşı planlayın. Sizlərə maraqlı və gözəl səyahətlər arzulayıram!Paylaşan: Zahid Memmedov

85 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!