225 dəfə oxunub

Roma, Venesiya, Piza, Florensiya

Salam
28 avqust-4 sentyabr tarixlərində İtaliyada (Roma, Venesiya, Piza, Florensiya) şəhərlərində olmuşam.
Romada 4 gecə, Venesiyada 1 gecə, Pizada cəmi 5 saat, və Florensiyada 1.5 gün (1 gecə).
Görüş gününü 30 maya götürə bilmişdik (çətinliklə), ancaq ilk şengen vizam olsada problemsiz verdilər.
İtaliyanın möhtəşəmliyindən danışmayacağam, məncə bunu hər kəs bilir


İlk öncə qiymətlər barədə demək istəyirəm, bir çox insanın dediyi qədər “qorxunc” deyil. Əlbəttə məqsəd şoppinqdirsə - brend məhsullar bahadır, hər yerdə olduğu kimi. Otel qiymətləridə çox da münasib deyil, ancaq yemək və s. normaldır.



Öncəliklə məsləhətim odur ki, bir neçə şəhərə gedəcəksizsə qatar biletlərini öncədən alın. Məsələn biz 1.5 ay öncədən almışdıq, Roma-Venesiya 1 adam 45 avroya. Getmədən bir gün öncə baxdıqda isə qiymət 1 nəfərə 98 avro idi.



Biletləri İtalotreno, Trenitalia-dan almışdıq.
Roma möhtəşəm şəhərdir, hər bir küçəsi sanki tarixdir. Kolizey və Vatikan muzeylərinə biletləri öncədən almağ lazımdır, yoxsa dəhşət növbələr olur. Vatikanda St.Peter’s Basilica-da kupola qalxmağı məsləhət görürəm, bütün şəhərə gözəl mənzərə açılır.
Biz biletləri online almağımıza baxmayaraq səhər 7-8də artıq yola düşürdük ki çox adam olmasın, səhər tezdən getməyi məsləhət görürəm.


Otelləri helə yerdə seçmişdik ki, həm tarixi yerlərə, həmdə vağzallara yaxın olsun. Cəmi 3 dəfə metro+avtobusdan istifadə etmişik bu müddətdə.
Bunuda qeyd edim ki, Pizaya 4-5 saat tam bəs edir, Piazza de Miracoli-dən başqa gəziləsi yer tapa bilmədik.
Və mütləq Gelatto yeməyi məsləhət görürəm

Yeməklərdən isə Pizzalardan başqa heç nəyi bəyənmədiyim üçün bir söz deyə bilməyəcəyəm, lakin zövqlər müxtəlifdir

Paylaşan:

Valida Sadigzade

DİGƏR BLOQLAR

İzmir səyahəti (Part 2)

İzmir səyahəti / 3-10 sentyabrİzmir / 1 günLagora Old Town & Bazaar – erkən check-in istəyim puç oldu, booking.com Genius Level 2 olduğum üçün otağımı pulsuz upgrade etmişdi Standard Room-dan Deluxe Room-a və cəmi 3 Deluxe var imiş, hər 3-ü də məşğul imiş... beləliklə sındı qol qanadım yanıma düşdü, yatmaq planlarım da alt üst oldu... baqajı qoydum oteldə, dedim 2-də gələcəm (amma gəlmədim), düşdüm şəhərin canına... Otel çarşıda (mərkəzdə, bazarda) yerləşirdi deyə (Çankaya və Konak m/st yaxınlığında / arasında) bir anlıq vosmoyun bazarına və ya sədərəyə gəlmiş kimi hiss elədim özümü. Şəhəri biraz gəzib gördüm ki, yox, nə isə o deyil eee, üzümü tutdum Optimum alış-veriş mərkəzinə. MADO-da gəşəng isti səhər yeməyini yeyib alış-veriş edirdim ki, dostum yazdı ki, bəs çatmışam, gəleyrəm Optimuma, 2-3 vacib alınası şeylər var, ordan kak raz gedərik birgə otelə, mənim çantamı qoyarıq və şəhəri gəzərik. Mən də onun qol qanadını sındırıb demək istəyirdim ki, bəs otel düz vosmoy bazarına baxır, amma heç zad demədim ki, gəlib göz şahidi olsun, qulaq şahidi deyil Gəziləsi/görüləsi yerlər: Çarşı (Kəməraltı), Saat qülləsi, Liman, dənizkənarı park/bulvar, Optimum və Forum Bornova alış-veriş mərkəzləri, Konak Pier AVM, Smyrna Antik Kent, Alsancak Sevgi Yolu, Kadifekale, Tarihi Asansör Binası.Şəhər sənayə mərkəzi təəssüratı bağışladı, qətiyyən sevmədik və onsuzda gözləntimiz aşağı idi.Qayıdaq otelə: qiymətə səhər yeməyi daxil idi, otelin yerləşməsi qaneedici olmasa da, özü çox authentic bir yer idi. Yüngülvari bizim Şəki Karvansarayına oxşayırdı, axşamlar musiqi gecələri olur, veranda da oturub jazz-a flan qulaq asırsan, lap belə romantişnı, hüzur içində olursan... Amma gəl ki oteldən burnunu kənara çıxaran kimi: “vosmoyun bazarına xoş gəlmisiniz”... Rezki abu-havanın dəyişməyi adamı konkret ruhdan salırdı... Səhər yəməyi standart idi, özləri servis edirlər açıq havada olan restoranda, çay pulsuz və limitsiz olsa da qəhvə ödənişli idi.Nəqliyyat: İzmir kartı almağınız və HES kodunu oxutdurmağınız məsləhətdir. Metro ilə rahat istədiyiniz bir çox yerə gedə bilərsiniz, əlavə olaraq İZBAN (qatar) ilə də havalimanına və ya digər yerlərə getmək mümkündür. Əsas məsələ: İZBAN istifadə edəndə İzmir kartı ilə check-out etməyi (xüsusi sarı aparatlarda, çıxışda olur) unutmayın.Sumqayıta (oxu: İzmirə) sağ ol deyib, yollandıq daha əyləncəli hesab etdiyimiz Çeşmə-yə... Çeşmə / 2 gün İzmirdən Çeşməyə avtobus ilə 2 yerdən getmək mümkündür: İzmir Beynəlxalq Avtobus Terminalı (İzmir Otogar) və Fahrattin Altay Aktarma Merkezi (FAAM) (zona olaraq Üçkuyular). İkinci yer metro ilə əlçatan olduğu üçün, biz hələ onu seçdik. FAAM-dən Ceşməyə “cesmeseyahat” transfer avtobusları işləyir. Biletləri https://www.cesmeseyahat.com/ veb-səhifəsindən online və ya FAAM-də yerində bilet satışını həyata keçirən nümayəndədən almaq olar. Biletin qiyməti 1 nəfər üçün 26 TL-dir. Avtobusda maska taxmaq mütləq idi. Avtobus qalacağımız otelin yanından keçdiyi üçün, xahiş etdik, yaxınlıqda olan dayanacaqda saxladı və ordan otelə 3 dəq piyada yolu keçib gedəsi olduq. Calis Hotel - Twin Room – yerləşməsi yaxşı idi, piyada mərkəzə 10-15 dəq yolumuz var idi, Cesme Otagara da 15 dəq piyada yol idi, şəhərdən otelə qayıdanda amma pilləkənları qalxmaq yorğun adamlar üçün zülm ola bilər (məsələn, mənim dostum üçün). Otel iki 3 mərtəbəli binadan ibarətdir, binaların arasında kiçik hovuz var. Şəkillərdə çox gəşəng görsənir, amma əslində normdur, vau deyiləsi yer deyil. Bizim otağın 2 balkonu var idi, 1nin qapısının tutacağı qırıq idi, digəri amma işləyirdi. Otaq çox kiçik idi, xüsusi ilə hamam-tualet (cəmi 2 kv.m.). Diş sürtmək üçün yüngülvari əyilmək belə mümkün deyildi, hər şey iç-içə idi... Otelin səhər yeməyi normal idi, işçilər özləri xidmət göstərirdi, nə istədiyini, nə qədər istədiyini deyirdin, boşqaba çəkib özləri verirdilər. Limitsiz çay və kofe də öz yerində. Gəziləsi/görüləsi yerlər: Çeşmə Sahil, Çeşmə Qalası, Tekke Plaj, İlica Halk Plajı Restoranlar: Casa De Costa (hər şey yaxşı idi, gəşəng interyeri və mənzərəsi var, qiymətlər normal idi, menu da zəngin idi, bir sözlə məsləhətdir) Çeşme Sahilini gəzəndə gözümüzə gəmi (tekne) turları sataşdı, tripadvisor-da flan yoxladıq və seçimi Lady Bente üzərində saxladıq: orta səsli musiqi, animasiya / disko flan yoxdur, 4 dayanacaq (hava küləkli olduğu üçün bizim halda 3 dayanacaq oldu), 8 saat (10:30 – 16:30) ərzində koy-larda dəniz keyfi, bir sözlə əsl keyfiyyətli və sakitçilik / hüzur dolu zaman keçirmək üçün əla seçimdir. https://www.cesmeladybente.com/program/ - saytda ətraflı maraqlana bilərsiniz proqram ilə. Qiymət yemək daxil 150 TL idi adam başı, lejankalar var idi (hər iki mərtəbədə), say olaraq isə cəmi 60-70 nəfər var idi (kovidə görə). Yeməkləri birinci koy-da biz çimdiyimiz halda personal ocaqda hazırlayırdı, iki seçim var: közdə balıq və közdə toyuq, birincini seçmişdim və çox dadlı idi. Çeşməni çox bəyəndik, xüsüsən də tekne turuna görə! Növbəti gün bura ilə sağollaşıb yollandıq Kuşadasına. Bunun üçün təəssüf ki birbaşa transfer tapa bilmədik, ona görə “cesmeseyahat” ilə geriyə İzmirə gəlib, yenə də Optimum AVM-də alış-veriş edib (baqajları Optimum-un içində baqaj saxlama kamerasına qoymuşduq – 12 saat cəmi 20 TL) yollandıq hava limanına və Havas Avtobus Xidmətini istifadə edərək getdik Kuşadasına (biletin qiyməti 43 TL idi). Ətraflı avtobusların istiqamətləri və servis saatları barədə: http://www.havas.net/.../OtobusServisNok.../Pages/Izmir.aspx Kuşadası / 3 gün Havas Avtobus-larının Kuşadasında dayanacağı Kuşadası Avtobus Terminalıdır (Otogar). Qalacağımız oteldən avtobus terminalına 15 dəqiqəlik piyada yol var idi. Eliada Hotel – twin room - yerləşməsi əla idi, piyada mərkəzə 5 dəq yolumuz var idi. Hovuzu, çox gəşəng (pişiklər ilə bol) terrası var idi və bu terrasda hər gün səhər yeməyi təqdim edilirdi. Bu otel bu səyahət boyu qaldığımız otellərin ən yaxşısı idi (hər cəhətdən). Səhər yeməyi: açıq bufe türk kahvaltası – özümüz götürürdük hər şeyi, çay və kofe limitsiz, amma bundan sonra qərar vermişəm ki, Turkiyə otellərinə gedəndə səhər yeməyi daxil otaqlar götürməyəcəm... Eyni şeydən bezdiyimiz üçün arada MADO-ya flan baş çəkirdik brunch üçün (MADO-nun isti kalvaltası üçün sino gedirəm). Gəziləsi / görüləsi yerlər: Kuşadası Sahil, Kuşadası Karvansaray, Ladies Beach, Guvercinada qalası, Efes Antik kenti, Şirince köyü, Meryem ana evi, Adaland Aquapark və sairə Restoranlar: Komşu Cafe & Restaurant (bu məkana valeh olmuşduq, yeməkləri möhtəşəm, xidmət üst səviyyədə, möhtəşəm mənzərə, qiymətləri də çox münasib). Lifehack: restorana daxil olmadan kart ilə ödənişin olub olmamasına dair məlumat alın. Bir günümüzü sırf Efes Antik Kenti və Şirince üçün ayırdıq. Əlbəttə ki, mən o mən deyiləm ora ictimai nəqliyyat ilə getməyin yolunu tapmasam Ümumiyyətlə, Türkiyədə turist axını olan yerlərdə dolmuşların (kiçik avtobusların) işləməsi çox yaxşı haldır, hər yeri əlçatan edir. Qiymətlər də çox münasibdir (10 lira-yadək). Efes Antik Kenti-nə giriş üçün minimum 120 TL-dən başlayan qiymətlər ilə təqdim edilən biletlərdən yararlana bilərsiniz. Audio guide, yamac evləri və sairə yerlər əlavə ödəniş tələb edir, lakin bir neçə seçimli (hər yer daxil) biletlər də mövcüddur. Tələbələr üçün giriş pulsuzdur. Şirince köyünə isə Selcukdan dolmuş ilə getmək olur (4 TL). Qəsəbə sizə Lahıcı xatırladacaq, yolboyu möhtəşəm mənzərələr ilə qarşılaşacaqsınız. Qəsəbədə zeytun sabunu, zeytun tərkibli kremlər, geyim, suvenir və sairə xırda-para almaq mümkündür. Lakin Şirince ən çox öz meyvəli şərabları ilə məşhurdur. Burdakı şərab mağazalarını gəzərək doyunca şərablardan dada bilərsiniz və bəyəndiyiniz meyvə şərablarından əldə edə bilərsiniz. Şərabların qiymətləri 50-200 TL arasında dəyişir. Digər günümüzü isə sırf passiv istirahətə həsr edərək Adaland Aquaparkına getdik. Giriş TR vətəndaşları üçün 170 TL, xarici vətandaşlar üçün isə 24 EUR təşkil edir. Lifehack: türkcə danışaraq TR vətəndaşları üçün nəzərdə tutulmuş qiymət ilə içəri daxil ola bilərsiniz Bura da Kuşadasından dolmuş ilə gəlmək mümkündür. Attraksionlar boldur, istənilən səviyyədə dəlilik və əyləncə dolu anları yaşaya bilərsiniz. Aquapark daxilində ödənişi yalnız xüsusi kart ilə etmək mümkündür (depozit yatıraraq kassada). Yeganə mənfi cəhəti: aquapark daxilində satılan fast food-lar heç yaxşı deyildi. Ümumi olaraq, Kuşadasına Avropalılar çox gəldiyi üçün digər turistik şəhərlər ilə müqayisədə bura nisbətən baha idi, amma TL-nin mövcud vəziyyətini nəzərə alaraq narahatçılığa heç bir səbəb yox idi Mənfi cəhət: sizi aldatmağa çalışanlar olacaq (restoranda hesab ödəyəndə kart ilə ödəniş üçün əlavə faiz yazanlardan tutmuş köşkdən içki / aptekdə dərman flan alan zaman kart ilə ödənişə razı olamayanlaradək / kart ilə ödəniş zamanı TL əvəzində USD seçənlərədək). Həmçinin USD-ni TL-yə dəyişmək fikriniz varsa, mütləq İzmirdə edin, çünki burdakı məzənnə dəhşət aşağıdır. Kuşadasından İzmir hava limanına transfer sifariş etdik. Şəhərdə gəzərkən bir turizm agentliyinin qapısında elanı görərək, daxil olub adama 40 TL ödəyərək transferimizi 10 dəq içində aldıq. Transfer Kuşadası Otogarından İzmir Hava limanının həm daxili, həm də beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminallarına sizi 2,5 saata rahat çatdıracaq. Sentyabr gəzintim barədə mənlik bu qədər! Şəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenler #izmir #kusadasi #kuşadası #efes #adaland #şirince P.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz

1965 dəfə oxunub

Qızıl sahilindəki adət-ənənələr

Bu Qana ki var - çox mırt ölkədi. Adamın dünyaya gəlməsindən ta rəhmətə getməsinədək nəsə oyun çıxarırlar. Deyəcəm indi.Çox qonaqpərvərdilər. Bizim kimi və daha betər. Qohum-qardaşa dəymək üçün əvvəlcədən xəbərdarlıq etmirlər. Bir dəstə lapdannan axışıb gəlib bir neçə həftəlik, hətta bir neçə aylıq qala bilərlər. Bizdə olur belə şeylər? Qohum-qonşudan uzağam deyə tam xəbərim yoxdu. Hə, deməli, qonaq gəlir və nəbadə əlini cibinə sala. Pəhh! Ev yiyəsi səmimi qəlbdən inciyə bilər. Bütün yemək-içmək-gəzmək xərcləri hamısı qonaq qəbul edənlikdi. Ürəyi soyumur və qonaq artıq evinə qayıdanda yolpulu da verir. Bunu day bilmirəm sevindiyindən nəzir kimi verir, ya bu da içdən gələn bir şeydi.Kimsə rəhmətə gedəndə vur-çatlasının həddi-hüdudu olmur. Bu hay-haray səviyyəsinə görə heç də toy mərasimindən geri qalmır. Rəhmətə gedənin ailəsi eksklüziv həşirə düşür: televiziyada, qəzetlərdə elan verir, rəhmətliyin çöhrəsi həkk olunmuş suvenirlər hazırlayır, ağlaşmaCELL-in ən ləyaxlı nümayəndəsini dəvət edir, yer tutur, DJ axtarıb tapır, öz qarderoblarını düz-qoş edirlər (Qanada yas geyimi qırmızı-qara rəngdə olur). Rəhmətliyi son mənzilə yola salmaq üçün bəzən yad adamlar da axışıb gəlir və hamısı da əlidolu. Dəfn mərasimindən sonra hamı yeyir, içir, şənlənir ki, rəhmətliyə düşdüyü yerdə xoş olsun. Elə dəfn mərasimində çiyinlərində tabut rəqs edənlər də bunu deyir.Ailədə nə qədər çox uşaq olarsa - bir o qədər baş ucalığıdır. 10-cu uşaqdan sonra onun atasına qoyun hədiyyə edilir. İkibaşlı don geydirməyin. Xoş niyyətlə hədiyyə olunur, nəyəsə işarə kimi yox. Qanada uşaqlar ana xəttiylə zad olur (İsraildəki kimi), ona görə də hədiyyə nəslin artırılmasına sədaqətlə xidmət edib əziyyət çəkən atalarına düşür.Sıravi ailədə 4-5 uşaq norma sayılır. Evlənəndən 1-2 il sonra uşaqdan səs-səmir yoxdursa bütün nəsil kilsəyə dua etməyə üz tutur. Bəli, mən sizinlə razıyam: bizdən ibrət götürüb 9 aydan sonra həşir qaldırmaqları daha məqsədəmüvafiqdir.Sup və tərəvəz salatı yemirlər. Soussuz yeməklərsə onlara ümumiyyətlə çatmır. Yerli mətbəxlərində desert yoxdur. Ən möhtəşəm delikatesləri də bol ədviyyatla səpilmiş və qəşəngcə qızardılmış qamış siçovuludur.3-4 saata nahardı. Nuş olsun.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

900 dəfə oxunub

7 bənddə Trondheim

Trondheimdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz səyahət sevərlər,İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür :)Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi :)Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər :)5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan ;)6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcəkSevgilərləƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fagan Yusifli

1058 dəfə oxunub

Berlin, Paris, Budapeşt - Avropa Bələdçisi

Salam dostlar.Bu marşturumuz 3 Avropa şəhəri - Berlin, Paris, Budapeşt idi.Istəyirəm Paris haqqında təəssüratlarımı sizinlə bölüşüm.1. İlk öncə onu demək istərdimki Parisə gedən əksər tanışlarımdan “çox çirkli şəhərdir” cümləsini eşitmişdim, amma yalnış olduğunu gördüm. Gəzdiyim bütün yerlər tər-təmiz idi. Bəlkə də high turizm sezonu vaxtında çirkli olur, deyə bilmərəm, amma mən çox təmiz gördüm şəhəri.2. ⁠Şəhər insanı özünə heyran edir, arxitekturası çox gözəldir. Sanki şəhəri eyni menar işləyib və ya eyni rəssam çəkib. Möhtəşəm hisslərlə ayrıldıq şəhərdən.3. ⁠Bahlı şəhərdir bəli, amma digər Avropa şəhərləri ilə müqaisədə o qədər də baha deyil. Münasib qiymətə dadlı restoran, dadlı şirniyyatlar yeyəcəyiniz kafelər tapa bilərsiniz. Bu şəhərdə xərclədiyimiz hər qəpiyə artıqlaması ilə dəyir(“Champs-Elysees”ə yaxın bir yerdə çox ləzzətli ördək əti və soğan supu dadacağınız münasib qiymətli restoran adı bölüşmək istərdim sizinlə -“Paris Follie’s”.4. ⁠Çalışın vaxtınız varsa ictimai nəqliyyatdan az istifadə edin və şəhərin görməli yerlərini ayaqla qarış-qarış gəzin. İnsan həqiqətən də zövq alır. Çox önəmli nüans isə Səyahətə kiminlə çıxmağınızdı. Sonuncu dəfə Romaya dostlarla gedəndən sonra “bundan sonra həyat yoldaşımdan başqa heç kəslə Biləcəridən o terəfə gedən deyiləm” qərarı ən doğru qərarım olub. Hərkəsə bol səyahət arzu edirəm. Sizə məsləhətim bu gözəl şəhərdə siz də olmamısınızsa mütləq gedin.Hələlik!Paylaşan Aysel Quliyeva

349 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!