Laqom ölkəsi - İsveç bələdçisi
Stokholmdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Yazılarım bəyənilibmiş demə, mənə də ilham gəldi, dedim Lagom ölkəsindən biraz yazım sizin üçün.Lagom nədir?İsveçlərin Laqom fəlsəfəsi sadəcə qulağa fərqli gələn bir sözdən ibarət deyil. Bu, sadəliyi, harmoniyanı və məmnunluğu birləşdirən həyat tərzidir, daha dəqiq desək həyatın tarazlığıdır.Lagom qısa fika anlarından tutmuş, funksional və rahat, hər detalı düşünülmüş şəkildə dizayn edilmiş evlərə qədər, gündəlik həyatın sevinclə dolu olduğu İsveç həyat tərzini əks etdirən bir anlamdır. İsveçlərin laqoma olan sevgisi fərdi seçimlərdən çox kənara çıxır. Belə ki, bu anlayış davamlılıq, bərabərlik və sağlam iş-həyat tarazlığı kimi sosial dəyərlərə nüfuz edir. Bu, hər kəsdə "kifayət qədər", “nə az, nə çox” olmasının olduğuna inanan bir mədəniyyətdir. Məsələn İsveçdə gəzərkən bahalı maşın görməyiniz nadirdir, amma bir çox isveçli geniş və rahat evlərdə yaşamağı üstün tutur. Lagom! Şirkət rəhbəri? Əsla yolda tanıya bilməzsiz. Eyni şirkətin rəhbəri və əməkdaşı eyni avtobusdan istifadə edə, eyni mağazadan geyinə, eyni restoranda yemək yeyə bilər. Lagom! 6-ci sinifə kimi isveçli uşaqların məktəbdə qiymət almadıqlarını bilirdiz? Uşaq yaşlarından fərqliliyi, üstün və ya aşağı olduğunu hiss etməsin deyə. Lagom! Və bu misalları sonsuza kimi gətirmək olar..İndi isə keçim öz gözlərimlə gördüklərimə:Mən Stokholm, Göteburq və Malmö şəhərlərinə getdim. Yaxşı otellər seçməyimə baxmayaraq, otaqlar, fikrimcə daha kiçik, yığcam və dəbdəbəsiz idi. Ümumiyyətlə İsveç dəbdəbəsi sadə və şık deməkdir. Bariz nümunə olaraq məhşur isveç markalarını misal gətirmək olar, məsələn hamımızın yaxşı tanıdığı H&M və ya İkea. Şəhərlər: Stokholm. Skandinaviyanın ən böyük şəhəridir. İlk baxışdan soyuq, boz görünsə də, qaldıqca mülayimləşən bir ab-havası var sanki. Fikrimcə mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısı: Stokholma gəldikdə ilk gedəcəyiniz yer yəgin ki Köhnə şəhər (Gamla Stan) olmalıdır.Bu da, fikrimcə, köhnə şəhərdə görməli olduğunuz yerlər (sıralamanı da yazdığım kimi etsəz, dairə şəklində gəzmiş olacaqsız ki, vaxta qənaət edəcəksiz) 1. Gamla Stan Metrostansiyasından çıxırsız;2. Stockholm’s Narrowest street (ən dar küçəsi);3. Alman Kilsəsi (fikrimcə ən gözəl kilsələrindən biri);4. Nobel Prize Muzeum (bilet 24 AZN). Bu meydanda ağ kərpiclərlə işarələnən qırmızı evi görün, burada edam olunmuş 96 isveçlinin xatirəsinə həsr olunub, və su gələn çarxa baxın (orta əsrlərdə quyu olub).5. Nikola Kilsəsi (istəyə görə, görə bilərsiz);6. İron Boy (Liss Ericksonun Aya baxan oğlan heykəli, çox balaca, şəkər monumentidir);7. Müqəddəs Georgi və Əjdaha monumenti (istəyə görə);8. The Art Gallery (istəyə görə);9. The Royal Palace (balaca muzeydi, İsveç krallarına həsr olunub);10. Bura gəlmişkən Royal Chapel-i mütləq görün. 11. 3-cü Qustavın xalqının cəsarəti üçün ucaltdığı obeliski görün.12. Qaraulun dəyişməsini izləyir. (Düşünürəm ki bu Stokholma gələn hər turistin planına daxil olunmalıdır, qışqa həftədə 3 dəfə, yay aylarında hər gün bu dəyişimi seremoniya kimi edirlər. Bəzi özəl günlərdə/bayramlarda hətta daha fərqli səviyyədə keçir). Hər gün saat 12:00 da başlayır, bazar günləri 13:00 (yenə də gəldiyiniz gün saatları yenidən yoxlayın). 13. Gamla standan Riksplan tərəfdən çıxsaz ..14. Parlament Evini də görə bilərsiz. Parlamentin yerləşdiyi kiçik adadan çıxan kimi .. 15. “Evsiz tülkü” monumentinə də göz atın .. 16. Həvəsiniz olsa şəhər Ratushasını da görə bilərsiz (bir balaca aralıqdadır);17. Oradan da yeni şəhərə, ən məhşur və tursitik küçələrindən olan Drottninggatan-a keçə və axşamı gəzə, suvenir ala, gəşəng restoranlarda otura bilərsiz.18. Şəhər kitabxanasını biraz ayrı yazıram, çünki bir balaca uzaqdır, amma düşünürəm ki, mütləq ziyarət olunmalıdır. Gördüyüm ən gözəl kitabxanalardandır və bir neçə dildə, böyük seçim ilə kitablar təqdim edirlər. 19. Vasa muzeyi (sadəcə muzey deyil, həm də 17ci əsrdə batmış real gəmidir. Muzeydə təqdim olunan eksponatların 98% əsl gəmidən çıxardılan əşyalardır.20. Skansen açıq hava altında muzey (bütün İsveçi bir gün içində görmək istəyirsinizsə bura gəlin). 21. Telefonplan (bu binada olan pəncərələrin rəngini telefona yükləyəcəyiniz tədbiq vasitəsi ilə dəyişə bilərsiz). 22. Stokholmun metrosu haqqında eşitmişdiz? Bəli, dünyanın ən gözəl metrostansiyaları burada yerləşir. Niyə belə gözəldir bəs? Məsələ bundan ibarətdir ki, ölkədə/və şəhərdə çox sayda soyuq günlər olur, insanlar da metrodan tez-tez istifadə edirlər, və buqədər metrodan istifadə edən insanlar, soyuq havadan boz metrolara enib daha da keyfdən düşməsinlər deyə, bu məsələyə kreativ yanaşmaq istəyiblər. Və beləcə dünyaya məhşurlaşan Stokholmun metrostansiyalarını tikilməyə başlayıblar. Bəzilərində özünüzü həqiqətən muzeydə hiss edirsiz. Mənim favoritlərim: - T-CENTRALEN (3 xəttin kəsişdiyi stansiya) hara da getsəz buradan keçəcəksiz yəgin ki.Göy xətt üzrə ən gözəl stansiyalar: - KUNGSTRÄDGÅRDEN (50-60i illərdə sökülən binalardan qalan əsərləri stansiyanın içərisinə yerləşdiriblər,əsl muzeydir sanki)- RADHUSET! (Məhkəmə binasının olduğu stansiya)- FRIDHEMSPLAN (dəniz)- VÄSTRA SKOGEN- SOLNA CENTRUM! (Qırmızı stansiya)- HALLONBERGEN- RISSNE! (dünya xəritəsi)- TENSTA (həmrəyliyə həsr olunub)Qırmızı xətt üzrə:- ALBY- STADION (rəngli, göy qurşağı)- TEKNISKA HÖGSKOLAN- UNIVERSITETET (universitetin stansiyası, divarlarında müxtəlif formulalar, xəritəlır çəkilib. Ən gəşəng eskalator da buradadır)- MORBY CENTRUMYaşıl xətt üzrə: - THORILDSPLAN (supermario oyunun içindəsiz sanki)1-12;19;20;21 haqqında görsəl reels paylaşmışam instaqram səhifəmdə. Metro haqqında da hələ paylaşacam Maraqlıdırsa izləyə bilərsiz.https://www.instagram.com/uls_valley Malmö: Ərazisi sadəcə 76km2 olan Malmoda 15 park var, bu da Malmonu İsveçin park şəhəri edir. İsveçi Danimarkaya, Skandinaviyanı Orta Avropaya Birləşdirən şəhərdən Avropanın ən uzun Eresun körpüsü başlayır.Yəgin ki isveçlərdən çox datlar yaşayır bu şəhərdə. Çünki Kopenhagendə mənzil kirayəsi daha bahadır. Eresun Körpüsündən keçid ödənişli (36avro) olsa da, bəzi datlar hər gün bu yolu gedib gəlməyi üstün tutur. Kopenhagendə işləyir, Malmoda yaşayır.Şəhərin ən məhşur binası Turning Torso, ən dadlı yeməyi isə falafel hesab olunur. Şəhərdən günlük gəzinti olaraq Kopenhagenə (Danimarkaya) və ya İsveçin Lund şəhərinə (tələbə şəhərciyi) tur edə bilərsiz.Göteburq:Çox təəssüf edirəm ki, Skandinaviyanın ən böyük 5ci şəhərini (4 paytaxtdan sonra gələn ilk şəhər), port şəhər, ən dadlı balıqların olduğu şəhər (çünki İsveçin iki dənizə çıxışı var- Baltik və Şimal dənizi. Və Şimal dənizi Baltik dənizdən daha təmiz hesab olunur, bu səbəbdən də Şimal dənizinə baxan Göteburqda daha dadlı balıqlar olur), ən əsası Volvo muzeyinin olduğu şəhəri Flixbus-ın avtobusumu ləğv etdiyi üçün normal görə bilmədim. Axşam çatdım, və səhər artıq yola çıxdım Malmo şəhərində. Buraya gəlsəz, gəmi-oteldə qalmağı və təcrübə etməyi məsləhət görürəm. Gecə küləyin səsini, dənizin dalğalanmasını belə hiss edirsiz və həqiqətən dənizdə olduğunuzu düşünürsüz. Unikal bir təcrübədir, sınayın məncə.Bura kimi oxudunuzsa, təbrik edirəm sizi! Ən can alıcı hissəsinə gəlib çatdınız- giymətlərə.Bəli dostlar, bahalı ölkədir (biz manatnan qazanıb isveç kronu ilə xərcləyiriksə, daha da bahadır). Otel: Düşünürəm ki, yaxşı otellərin qiyməti (səhər yeməyi də daxil) gecəsi və bir adama 100$ başlayır. Təbii ki, daha ucuzunu da tapa bilərsiz, ev, hostel də bir seçimdir. Yemək: Nə və harada yeyəcəyinizdən asılıdır. Amma şəhər mərkəzində ən münasib yerdə yeyə biləcəyiniz restoranda min 50 AZN 1 nəfər üçün nəzərdə tutmalısınız (ortalama isə bu 100-150 man 1 nəfər üçündür). Stokholmda pizzanı dilimlədikləri üçün hesaba əlavə 4 avro yazdıqlarını heç vaxt unutmayacam məsələn (xidmət haqqı da məcburi şəkildə 10%dan başlayaraq ödənilməlidir)Bir laxmacun 25-30 AZN (restoran deyil, qatar vağzalında bir dönərxana tipli yerdə). Mən laxmacun sevmirəm və yemirəm, amma o laxmacunun içində bəlkə də qızıl parçası var idi deyə düşünürəm.Muzeylər:1. Skansen - 265 SEK - 45 AZN2. Vasa - Muzeyə giriş biletinin qiyməti gəldiyiniz aydan asılıdır. Belə ki: Oktyabr-Dekabr aylarında 170 SEK (29 AZN) Yanvar-Aprel 190 SEK (32 AZN) May-Sentyabr 220 SEK (37 AZN)3. Royal Palace - 170 SEK (29 AZN) və s.Demək olar ki, bütün muzeylərin girişi bu qiymət aralıqlarındadır.Nəqliyyat:Günlük biletin alınması sərf edir əgər oteliniz tam mərkəzdə deyilsə. Günlük bilet 165 SEK- 28 AZN + 20 SEK kart- təxminən 4 AZN. Kart sizdə qalır, və növbəti 5 il ərzində yenidən doldurub, istifadə edə bilirsiz. Bu bilet bütün ictimai nəqliyyat üçün keçərlidir (avtobus,metro, hətta gəmi üçün) və limitsiz istifadə oluna bilər. Taksi burada bahadır. Mən istifadə etmədim. (Hava limanından otelə 50-55 avro/95-100 AZN)Qışda hava 9:30 açılır və 3:30 da artıq qaralır. Ona görə də qışda gəlirsizsə biraz daha uzun qalmalısız çox yeri gün üzü ilə görə bilməyiniz üçün. Mən qışda gəldim, çünki şimal ölkələrinin qışda bir başqa gözəl olduğunu düşünürəm, və fikrimcə yanılmadım. Amma mütləq şəkildə yaxşı ayaqqabı, geyim gətirin. Buranın soyuğu zarafat deyil.Lakin yay/yazda bir daha ölkənin şimalına getmək istəyərəm.Suallarınız, əlavələriniz varsa, buyurun.Bu arada, İndi Danimarkadan hekayələr,maraqlı məlumatlar paylaşıram, izləmək üçün: https://www.instagram.com/uls_valley keçid edə bilərsiz.2024–də hamıya bol səyahət arzu edirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova