248 dəfə oxunub

Positano: Italiya Səyahəti

Salamlar, sizinlə bir kısmat Positano təcrübələrimi bölüşmək istədim
Mənə görə İtaliyanın ən gözəl dənizkənarı incilərdən biri məhz Positanodur. Burda tam olaraq İtalyan ruhunu hiss edib, qəşəng passiv istirahət etmək olar.
Amalfi sahillərində tətil planlamısınızsa oteli Salerno şəhərində tutsaz əla seçim olar. Çünki bütün qəşəng qəsəbələr bura yaxındır və Salernoda otellər nisbətən daha ucuzdu. Həm şəhər çox qəşəngdi

Salerno portdan Positanoya birbaşa gəmilər gedir. Demək olar hər saatda çıxan gəmilər var. 1 nəfər üçün gediş-dönüş biletinin qiyməti 30 avrodur. Səhər 1ci gəmi ilə Positanoya yola düşüb sonuncu gəmi (18:35) ilə qayıda bilərsiz. 1.5 saata Positanoya çata bilərsiz.


Salernodan Positanoya getmək üçün 2-ci seçim isə avtobusdur. Avtobusun tək tərəfə qiyməti 3 eurodan başlayır. Avtobuslar gediş sxeminə uyğun olaraq Salerno dəmiryol vağzalının qarşısından çıxır. Avtobus yolu çox gözəldir, mənzərə adamı bihuş edir ama bir o qədər də problemlidi. Çünki yollar dar olduğu üçün tıxac dəhşət olur. Gəmi ilə 1.5 saata getdiyiniz yolu 3+ saata gedirsiz. Nəzərə alsaz ki, vaxtınız azdır gəmi ilə getmək daha avantajlıdır.


Positanoda isə şəkil çəkmək üçün ideal yer yuxarı hissədəndir. Pilləkənlar ilə sahildən bura qalxa bilərsiz. Çimərliklərdə ödənişli və ödənişsiz hissələr var. Ödənişli hissədə çətir və “sunbed” 1 nəfər üçün təxminən 25 eurodan başlayır. Düz həmin yerin yanında ödənişsiz çimərliyə peştamalınızı(dəsmalınızı) salıb Positanonun qara qumundan, isti dənizində, qəşəng günəş vannasından zövq ala bilərsiz
Limonlu dondurma, dadlı italyan mətbəxi, limoncello spritz dadıb belə qəşəng informativ post yazdığım üçün mənə gözəl arzular diləyib istirahətinizdən zövq ala bilərsiz Daha ətraflı məlumatları və şəkilləri isə instagram (https://instagram.com/hilalabdullayeva?utm_medium=copy_link) hesabımdan izləyə bilərsiz
Sevgilər
#italy#positano#amalficoast— Positano, Costa D'amalfi, Italy'da

Paylaşan: Hilal Abdullayeva

DİGƏR BLOQLAR

Qışda Antalya səyahəti

2021 ilk qış səyahəti, gönül istərdiki KKC olsun ama məlum səbəblərdən dolayı ölkədaxili olmuş oldu.Antalya- ruslar və azərbaycanlılara görə ancaq çimərlik şəhəri olaraq təsəvvür edirdim, qış fəslində Türkiyədə isti şəhərlər arasında ən çox gəziləcək yerlər listəsində ilkdə görüncə və detaylı araşdırmalar finalı olaraq onu seçmiş olduq.6günlük bir plan hazırladım, 1ci gün. 2.günPerge antik kent. Side antik kentKursunlu şəlalə. Manavgat şəlaləKöprülü canyon. Green canyon Tazı canyon. Land of Legends3.gün. 4.günAkvarium. Doyran göletDuden şəlalə. SaklıkentKaleiçi(ps həftəsonları türkiyədə sokağa cikma yasagi oldugundan iki günü evdə diger aktiviteleri ederek dinlendik )1. Müzekartı ilə tüm müzey və antik kentler freedir giris.2. Canyonlara giris free3. Kursunlu selale -4.50tl4. Manavgat selale-7tl5. Land of Legend biz atraksiyonlara minmedik ona gore de normal giris free6. Akvarium sansimiza 4atraksyonluk paket 55tl aldiq normalda 200tllik olani(1ayliq bir kompaniya)Yeməklər-1. Antalya yöresel yemeyi-piyaz ama sarımsağı bol və çox qəribə bir ingredients olduğundan yemədik, 2. SirdanciCebo adlı bir restoran var, şırdan yedik orda, görünüşü anormal ama dadı mükəmməl bir fərqli təam,(heyvanın mədəsinin dərsindən hazrlanır)- sirdanin biri 18tl ama doyumculdur3. İrmik helvasi+dondurmalı -dadlıdırQiymətlər isə şəhərə görə normaldır.Airbnb dən 6günlük bir villa kiraladiq,(05326006855-Turgut abi, ev sahibi,hetta danisdiqda endirim de edir,cox yardimsever ve nazik adamdir,) Antalyanin Serik adli bir bolgesinde idi, iki günü həftəsonunu bağçada günəşli havada kofemizi içib kitabımızı oxuyaraq hem passive hem active tətili yaşamış olduq, arada o iki gün sayəsində çox da yorulmamışıq olduq.Antalyada gezilecek yerler coxdur ve bunlari təəssüfki masinsiz gezmek qeyri-mümkün,və yerli birisiylə gəzmək daha əlverişli olur, bizim sürücümüz şansımıza Azərbaycanlı Mahir -05436999954 (həm də yerlim Gəncəli və onun türk girlfriendi Nurseli oldu( qizin adını 3cü gün mesaj olaraq birbirimizə atdıq ki unutduqda baxaq) biz yola 3dost olar çıxdıq ama 5 dost olaraq davam etmiş olduq, gənclər o qədər yardımsevər,səbirli, gülərüz qısacası nə qədər positivlik varsa onlardadır, Mahirə mən planı göndərdim rotanı o çizdi hətta digər extra məkanları o özü əlave etdi, Ödəmədə isə olduqca çox güzəşt etdi.Listede olan məkanlar Antalyaya getdinizsə mütləq gəzilməli yerlərdir(Saklıkent qışda gedib qar görmək istəyənlər üçün) zatən şəkillərdən anlaşıldığı kimi şəhərə heyran qalmamaq nə mümkün, antik kəntləri gəzərkən çox qəribə tarifi zor olan hisslər yaşayirdiq, m.ö olan roma kəntlərinə ayaq basmaq və onları yaşamaq(izlədiyim filmləri, oxuduğum kitabları xatırladıqca sanki onları yaşayirdim) bu hissləri ilk dəfə piramidləri görərkən yaşamışdım. Yani texnikanin olmadigi bir zamanda bu insanlar bu möhtəşəmliyi necə yaratmişsa artik..daşlar,sütunlar arasındakı sm/m dəqiqliyi də ayrı bir incəlik.Təbiət aləlvanlığına gprə də Antalya özəlliklə seçilir, canyon/şəlalə/göl bolluğudur, həmdəki mənzərəsi də ən əlası. Şəkillərə extra effekt vermeyə gərək olmur yani o dərəcə bir gözəllik.Şansımıza restoranlar bağlı idi, ama yol üstü olan restoranlarda oturmaga icazə var və aylar sonra qismət oldu restoranda oturub normal nahar etmək,o da çox qəribə hiss idi Digər səyahətsevərlər kimi mən ümid edirəm bu çətin və stressli günlər geridə qalar, normal həyata zamanla geri qayıda bilərik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Bunyatzada

2057 dəfə oxunub

Pisaya getməlimi, getməməlimi?!

Demək hələ bilmirəm necə yazacam necə qruplaşdıracam sırf test kimi yazıram, əgər hansısa ideanız, əlavəniz, “bu artıqdı” dediyiniz bir şey varsa mənə mütləq yazın. Çox çox sevinərəm.  Ehmm.. ???? Başlayıram.Professor imtahana kitab seçimini bizə buraxanda baxıram ən az səhifəli kitab hansıdırsa onu seçirəm. Bu şəhəri seçməyim də bir az ona oxşadı.Pisa!Bu əyri binanı məncə çox-çox adam tanısa da “mütləq getməlisiz!” dediyim bir şəhər deyil. Düzü heç şəhər deyil ora mənə görə. Mikrorayon kimi bir yerdi.Və bu məşhur binadan başqa heeeeç nəyi yoxdu desəm inanarsız?Bina haqqında sizin wikipediadan da tapa biləcəyiniz məlumatları yazmaq istəmirəm.Bina tikiləndə sadəcə kilsə zəngi üçün nəzərdə tutulub, torpaq əyri olduğundan sürüşməyə başlayıb. Ən maraqlısı isə son 800 ildə bina hər il 2 millimetr sürüşməyə davam edir. Burdakı gəzintimizlə bağlı isə onu deyim ki, getməyimizə peşman deyiləm amma getməsək də olardı. Bir şeydə özümə molodec deyirəm ki, 1 gün heç ayırmamışdım bura 8-9 saat ayırmışdım amma siz getsəniz 3-4 saat edin bu vaxtı.Qatarla Romadan çıxdıq üzü şimala doğru və ilk dayanacağımız bura oldu. Qatardan düşdüyümüz andan avtobusa mindiyimiz ana qədər yağış kəsmədi (arada 1-2 saat kəsdi). Biz də gəldik, qülləni gördük, bir-iki dənə əlimizi elə tutduq ki, guya biz əyirik, guya əyilməyini qoymuruq kimi şit-şit şəkillər çəkəndən sonra gördük ki, elənəcək başqa heçnə yoxdu, yağışın da heç azalma kimi bir niyyəti yoxdu, yaxınlıqdakı otellərə üz tutduq. Bir otağa 5-6 saatlığına 150 Euro deyəni kim, 100 Euro deyəni kim, axır 2 otağın hərəsini 40 Euroya danışdım (2 fərqli ailə idik) girdik otağımıza. Sumkalardakı bütün paltarlar yaş olmuşdu, onları sərdik qızdırıcıların üstünə. Mamam və qardaşım otağa girəndən çıxana qədər yatdılar. Mamamın rəfiqəsi ilə mən gördük yağış kəsib biraz dedik çıxaq gəzək bəlkə görüləsi başqa yerləri var.Gəlməmişdən çox araşdırma eləmişdim hər şəhər haqqında, (həmişə araşdırma eləməyi xoşlayıram), hamı yazmışdı ki, orda Pisa qülləsini görməkdən daha vacibi Panini yeməkdi. Paninin də şəkillərinə baxıb “pff kolbasa çörəyi bizə başqa adnan sırıyırlar” dedim hələ. Nəysə, üz tutduq bekarçılıqdan həmin bu Paninisi məşhur yerə. Oh My God! O necə dad idi elə. Yəni mamam oxusa yüz faiz deyəcək artırıram, mənim amma yediyim ən dadlı kolbasa çörək idi (yenə də kolbasa çörək statusundan çıxmır o :D) . Qiyməti hardasa 5-6 euro idi səhf eləmirəmsə, içərisinə neçə cür pendir, neçə çür ət (mal əti, donuz əti və s.), göbələklər və başqa tərəvəz növləri + müxtəlif souslar əlavə edirlər. Çörəyi biraz bərk olur, amma dadını çox bəyənmişdim.Lokal mağazaları elə çox yoxdu, elə daha çox suvenirlər restoranlar idi. Bir də yarmarka tipdə bazarı olurmuş amma biz gedən vaxt havaya görə qurulmamışdı o.Axşam otelimizdən çıxdıq getdik avtobusumuza, Florensiyaya doğru.. ..Panini aldığımız məkanın adı L'OstellinoRomadan Pisaya gedən qatara 17 Euro vermişdik adambaşı. 2 saat 20 deqlik məsafədə idi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nigar Sani

1597 dəfə oxunub

Maltaya Səyahətim

Aralıq dənizinin ortasında yerləşən özü kiçik, tarixi isə tam tərsinə çoooox böyük olan Maltaya xoş gəldiniz. Malta haqqında danışanda gərək Valletta haqqında ayrı, Gozo haqqında ayrı, Marsaxlok, Marsaskala və s. və ilaxır haqqında ayrı danışasan amma elə bütövləşdirib biraz məlumat verəcəm. Malta 3 adadan ibarətdir. Malta, Gozo və Comino adaları...Comino bunların ən xırdasıdır. Piyada yarım saata filan gəzib qurtarmaq olur. O dərəcədə balacadır. Ən böyükləri isə Malta adasıdır... Valletta Maltanın paytaxtı və əsas şəhəridir...Amma bir nöqtədən sonra sizə sıxıcı gələ bilər. Çünki, hər tərəf betondur (1-2 istisna var təbii ki) Onsuz da balaca şəhərdir. Görüləsi əsas yerləri – Elmo qalası, St. John katedralı, İkinci dünya mharibəsindən qalmış toplar və s. ola bilər. Çimərlikləri: Malta haqqında danışanda “çimərlik” sözü işlətmək məncə günah olmalıdır. Çünki, hər tərəf çimərlikdir və hamısı da olduqca möhtəşəm. Dəniz sevən bir insan üçün həqiqətən də olduqca unikal bir ölkədir. Ən gözəl körfəz və çimərlikləri: (Mənə görə) Blue Grotto (Mavi Mağara) Mellieħa Bay Xrobb l-Ghagin Paradise Bay (Cirkewwa) Ramla Bay (Gozo) Festivallar: Malta il boyu müxtəlif festivallara ev sahibliyi edir. Xüsusilə Saint Julian's və ya Vallettada tez-tez fərqli festivallar keçirilir. Mdina - Səssiz Şəhər: Bu sakit şəhər dar küçələri və daş binaları ilə füsunkar bir yerdir. Vallettadan avtobusla cəmi yarım saatlıq məsafədə yerləşən Mdina şəhəri olduqca qədim bir tarixə sahibdir. Turlar: Əgər Gozo və Comino adalarına gedəcəksinizsə gündəlik turlarla da gedə bilərsiniz amma kefinizdən keçsə Malta adasının uc hissəsində yer ala “Cirkewwa” limanından hər 2 adaya səfərlər də təşkil olunur. Comino adası balaca bir yerdir. Bu başından digər başına piyada maksimum yarım saata çatmaq olur. Amma balaca olsa da qəşəng çimərlikləri var. Gozo adası biraz daha böyükdür və görüləsi yerləri də bir o qədər genişdir. Ən gözəl yerləri isə təbii ki, sahil xəttləridir. Çünki, dənizə çox gözəl mənzərələri var. Dalğıc Cənnəti: Malta sualtı mağaraları və dağıntıları ilə dalğıclar üçün əsl cənnətdir. Comino adasındakı “Blue Lagoon”-a və digər bir çox ərazilərə dalış turları təşkil olunur Dili: Maltanın 2 rəsmi dili var. İngilis və Malta. 1960-cı illərə qədər bu ada Böyük Britaniya nəzarətində olduğundan rəsmi dilləri ingilis dili olub. Təbii ki, Britaniya təsiri təkcə dil ilə yekunlaşmır. Maşınlarda da, elektrik yuvalarında da Britaniya sistemidir...Maşınların rolu sağda, elektrik yuvaları isə 3 girişli... Tarixi: Malta tarixi qalıntılar və qalalarnan doludur. Hər addımbaşı tarixlə bağlı nə iləsə qarşılaşırsınız. Hətta 6000-ə yaxın yaşı olan tikililər belə mövcuddur. “Bə nətər gedim ay qa?” Çox sadə. Bakıdan oturursunuz təyyarəyə gedirsiniz Romaya...Romadan da birbaşa reyslər fəaliyyət göstərir. Özü də kifayət qədər ucuz qiymətə. Yəni gedib tur şirkətlərinə filan pul tökməyin. İctimai nəqliyyat: Maltada hardan hara getməyinizdən asılı olmayaraq tək gedişin qiyməti 2 avrodur. Amma gecə saatlarında bu qiymət 3 avro olur. İstəyirsiniz 1 stansiya gedin istəyirsiniz 12315532 stansiya. Fərq etmir. Amma sizə məsləhətim 2-3 gündən çox qalacaqsınızsa 21 avroya 7 günlük limitsiz kartlar satılır. Onlardan alın və gün ərzində istədiyiniz qədər istifadə edin. 1 həftə boyunca hətta Gozo adasına belə bu kartla səfər edə bilərsiniz. Malta haqqında uzun uzadı danışmaq olar. Həqiqətən də ərazisi balaca amma danışılası mövzusu olduqca çox bir ölkədir. Heyif ki, facebook simvol limiti qoyur Daha ətraflı şəkildə instagram səhifəmdən tanış ola bilərsiniz:https://www.instagram.com/sadi.goo/Paylaşan : Sadig Aghali

303 dəfə oxunub

Pireney yarımadasında gizlənmiş “Balaca Cənnət”

Avropa səyahəti deyilən zaman bəzilərimizin beynində çox zaman bəlkə də standart bir mənzərə canlanır: Kimisi üçün bu mənzərə qədim daş döşəməli küçələr, kimisi üçün brend geyimlərin satıldığı maqazinlər, kimisi üçün tarixi qoxulu tikililər, kimisi üçün hansısa şəhərin “old part” hissəsi və s. və ilaxır... Şəxsən mənim üçün Avropa səyahəti nədənsə mütləq ya payız, ya da yazda, amma nədənsə mütləq sərin havada olmalıdır, bu səbəbdən Avropaya qısaqol geyimdə getməyi arzulamamışam heç bir zaman )))). 2015-ci ilin mart ayında Dubaya getmək üçün hazırlaşırdım. Artıq biletləri alıb, oteli də bron etmişdim. Təsadüfən elə oldu ki, turizm agentliklərinin birində sərfəli qiymətə maraqlı səyahət proqramı gördüm. Səyahət Barcelonadan başlamaqla, İspaniyanın bir neçə şəhəri, daha sonra Fransanın cənubundan - Kann, Nitsa şəhərlərini keçməklə Monacoya, ordan da İtaliyanın şimalına – San Remoya qədər uzanır və eyni istiqamətdə də geri qayıdırdı, uçuş istiqaməti Bakı – Kiyev – Barselona – Kiyev – Bakı idi. Bir az tərəddüd, bir az analizdən sonra “Görəsən, Dubay biletlərini zərərlə də olsa ləğv etməyə dəyərmi ?” deyə düşünərkən bir də özümü Barselonanın hava limanında gördüm ).Barselona haqqında danışmaq məncə artıqdır. Şəhərin Gaudi dəsti-xətti ilə “yazılmış” qeyri-adi arxitekturasından başlayıb, iqliminə qədər, dəniz limanlarını, çimərliklərini, hələ üstəlik, bir azarkeş kimi bu futbol ölkəsinin stadionları haqqında yazmaqla bitməz. Mən isə sizə bu yarımadada gizlənmiş “Balaca Cənnət” haqqında bəhs edəcəyəm. Barcelona gəzintisindən sonrakı ilk məntəqəmiz Kataloniyada - Costa Bravada yerləşən kiçik Lloret de Mar qəsəbəsi idi. Bu qəsəbə haqqında ora gedənə qədər heç nə eşitməmişdim. Qəsəbə Barcelonadan çox da uzaqda olmayan, təxminən 40 dəqiqəlik bir məsafədə idi. Amma Barcelona kimi böyük və modern şəhərdən 40 dəqiqəlik bir məsafədə bu cür gözəl bir yer xəyal belə etmirdim. Bu qəsəbə bəlkə də hər fəsildə “gəl-gəl” deyən nadir yerlərdən biridir. Balacadır, çox balaca – amma bura səyahət etmək üçün o qədər səbəb var ki: say-say bitməz... Yayda – göz oxşayan çimərliklər, yaz payız aylarında – meşəliklərə, yaşıllıqlara bürünmüş dağların sıldırım ətəklərinə vuran dəniz ləpələri, rəngli daşlardan tikilən evlər, əsrarəngiz Kataloniya təbiəti o qədər gözəldir ki, danışmaqla qurtarmaz.​Lloret de Mar bəlkə də gizli duyğularınızın üzə vuracağı nadir yerlərdəndir. 2 saata qəsəbəni tam başdan-ayağa gəzə bilərsiniz: əgər gəzə bilsəniz... Amma gəzmək mümkün deyil 2 saata – səbəb isə sadədir: addımbaşı gözəllik, addımbaşı təbiət naxışları və bu naxışları əsla pozmayan insanlar... Ayağınızı basdığınız hər qarış torpaqdan baxdığınız bu “Balaca Cənnət”in ayrı-ayrı istiqamətləri bir başqa gözəldir. Dənizi desən-dənizlərdən, qumsalı desən-qumsallardan, havası desən-hər yerdən fərqlidir. Bu fərqlilik insana o qədər xoş gəlir ki, hər yeni gün, doğan günəşdən, gecə yatana qədər sonsuz pozitivə yüklənirsən.Amma bu qəsəbənin gözəlliyi qədər də, bir balaca riskli turist həyatı var. Xüsusilə yay aylarında bura dünyanın 4 tərəfindən turist axını olur, çünki “WaterWorld” adlanan, dünyanın ən böyük aquaparklarından biri burada yerləşir. Attraksiyonlar və su əyləncələri “n” qədərdir. Riskli tərəf bu attraksiyonlardır deyə düşünməyin ) Riskli tərəf bura gələn turistlərin bəzilərinin 7/24 narkotikanın təsiri altında və içkili halda “beyni dumanlı” dolaşması, əylənməsidir. Ayrıca çimərliyə girən zaman, qumsalda nəzarətsiz qalan mobil telefonunuzun və ya foto kameranızın, hətta paltarınızın belə burda oğurlanması necə deyərlər, adi və normal haldır. Ona görə yaxşı olar ki, oteldən çimərliyə elə birbaşa “geyçim”lərinizi geyinib, gedəsiniz )) Amma, onu da vurğulamamaq haqsızlıq olar ki, bu neqativ hallar əksər hallarda yalnız yay aylarına təsadüf edir.Lloret de Mar sahil boyu uzanan bir qəsəbədir. Yay aylarında bu qəsəbə yatmır. 24 saat dayanmadan fəaliyyət göstərən restoranlar, gecə klubları, çimərliklər yorulmaq bilmir ki, bilmir. Əllərindəki içki şüşələri ilə sarmaş-dolaş gəzən qızlar, oğlanlar, yaşlılar... Hər tip insan görə bilərsiniz burda. Və hər fərqli tipin ruh halının və düşüncə tərzinın başqa bir insanınkı ilə uzlaşmaq ehtimalı sıfır nisbətindədir. ))) Ona görə də macəra sevən insanlar üçün Lloret de Mar unudulmaz yay tətili imkanıdır – bu imkandan yararlanın )) Yox əgər mənim kimi sakit yerlərə üstünlük verirsinizsə və sizə qələbəlik yox, sükut və təbiət daha çox hüzur verirsə, o zaman Lloret de Mara ya payızda, ya da yazda gedin. Amma mütləq gedin ))) Sizə bəhs edəcəyim gizli cənnət haqqında bu qədər.Növbəti yazılara qədər...PS: Yanında şəkil çəkdirdiyim Bakı nömrəsi olan BMW X5 markalı avtomobil Monacoda, Monte Karlo casinosunun qabağında park etmişdi ))) Kimindir bilmədim, amma ümid edirəm casinodan üzüağ çıxıb )))))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl

1631 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!