291 dəfə oxunub

Pakistanın Ən Böyük Şəhəri Karaciyə Səfər

Salam dostlar, sizə Pakistanın ən böyük şəhəri olan Karaciyə səfərim haqqında danışmaq istərdim.
İlk öncə bildirmək istəyirəm ki, səfər işlə bağlıydır və turizm məqsədi daşımırdı.
Pakistana Azərbaycan vətəndaşları 2 cür gedə bilər turizm və biznes hər iki halda siz online viza almalısız, biznes olsa əlavə sizi dəvət edən təşkilatın məktubuda olmalıdır.

Birbaşa olaraq Karaciyə reys olmadığı üçün Bakı - Şarja - Karaci getdim. Hava limanından enən kimi necə ağır havası olduğunu hiss etmək olur, asma və ya nefes almaq ilə problemi olanlar üçün düşünürəm çətin ola bilər.


Səhər haqqında :
Şəhər özü dumanlı və çirkli idi, təxmini 17 milyon insanın yaşadığı şəhər üçün yaşıllıqların sayı həddin artıq azdır, Karaci Pakistanın indusrtrial və maliyyə mərkəzi sayılır çoxlu zavod fabriklər sənaye və istehsalat obyektləri var və bu ölkənin ən böyük şəhəridir.
Təhlükəsizlik:
Hər bir bankın böyük şirkət və təşkilatın girişində və içərisində əli silahlı mühafizəçiləri görə bilərsiz. Təhlükəsizlik cəhətdən oteldə bizdən xahiş etdilər ki, axşam saat 10 sonra oteli tərk etməyək. Qismən təmiz və təhlükəsizlik yerlər məscidlər və onun ətrafını hesab etmək olar.

Yeməklər :
Hər bir Azərbaycanlı kimi buna çox önəm verirəm . Yeməkləri təbii ki bol ədviyyatlı və açıydı, lakin öncədən desəz ki, acı etməsinlər normal hazırlayıb təqdim edirler. Street food- lardan uzaq dururdum çünki mənlik deyil). Sem əminin Macdonald's-larıda kömək edirdi arada). Lakin küçədə səyyar meyvə satanlardan rahatlıqla meyvə alıb yemək olur, xüsusi ilə banan və yemişləri çox dadlı idi.

Gəzməli yerlər :
Şəhər vaxtı ilə İngiltərə müstəmləkəsi olduğu üçün onlara aid marağlı binalar var missal üçün Frere Hall və Empress Market. Başqa sakit və şəhərin səsindən uzaq, ailəvi və xarici vətəndaşlar üçün nəzərdə tutulmuş parklar var misalçün Cahangir park( parkın içində tovuz quşular var). Başqa gəziləsi yerlər ərəb denizi sahili və həmin dənizə gedən yolda körpünün üstündə qartal yemləmək olur.
Pakistanı görmək xoş ve qeyri adi oldu. Kimin hər hansı sualı varsa buyursun.

Paylaşan: Huseyn Suleymanov

DİGƏR BLOQLAR

Mozambik Səfərim

Hər kəsə salam,Cənubi Afrika Respublikası(CAR) və Mozambik arasında yerləşən, kiçik ölkələrdən biri olan Eswatini’yə (əvvəlki adı Swaziland) etdiyim qısa səfərdən şəkilləri paylaşıram. Təyyarə ilə CAR-nın Johannesburg şəhərindən King Mswati III International Airportuna 45 dəqiqəlik uçuşla və ya maşınla da gedə bilərsiniz. Təyyarə ilə gedirsinizsə maşın kirayələyib gəzmək daha yaxşı olar. 2-3 günə ölkənin əsas yerlərini görmək olar. Əsas görməli yerlər - Hlane Royal National Park, Mantenga Cultural Village, Mlilwane Game Sanctuary və s. Bundan başqa hiking və zip lining edə biləcəyiniz yerlər də var. Əhali mehribandır, çox təhlükəli yer deyil. Yollar, xüsusilə də magistral yolların vəziyyəti yaxşıdır. Başqa ölkələrdə safariləri gördüyüm üçün Eswatinidə təbiət parklarına getmədim. Şəkillərdən birində, arxa planda execution rock (Edam qayası) adlanan hündürlüyü 1110 metr olan bir dağ görünür. Yerli qəbilələrin dediklərinə görə cadugərlik və bu sənət vasitəsilə insanları öldürmək kimi müxtəlif cinayətlər törətməkdə günahlandırılan insanlar bu qayanın zirvəsinə aparılıb və daha sonra üzü üstə qayadan aşağı itələnirmişlər, amma bu şəkildə cəzalandırma artıq müasir həbsxanalarla əvəzlənib. Maraqlananlar üçün, bu ölkədə kişilər istədikləri sayda qadınla evlənə bilərlər, yetər ki hamısına eyni qaydada şəraiti olan ev ala bilsinlər( şəkillərdə gördüyünüz ot və ağac budaqlarından düzəlmiş evlərdən də olar) Hə bir də təxminən 10-15 inək, və ya onun pul qarşılığı məbləğini verməlisiniz. Hal-hazırdakı kralın 15 həyat yoldaşı və 45 uşağı var.Paylaşan: Anar Gojayev

188 dəfə oxunub

Solo Barselona Səyahətim

Solo Barselona səyahətimilk olararağ tək səyahət etmənin mənə görə ən gözəl tərəfi öz daxilimə etdiyim səyahətdir...Özünü tapmağdı.Özünlə danışırsınız, özüvə əsəbləşirsiz və özünüzü olduğunuz kimi qəbul edirsən.Bunu tək yəmək yəyəndə avtobusda tək oturarkən edə bilərsiz.Yaxud hər hansı bir şəhərin ən məşhur meydanında tək başına çantanız belinizdə , ətrafi insanlari seyr edərkən...İnanın, başqa cür mümkün deyil. Yanınızda söhbət etməli olduğunuz biri və ya insanlar varsa, nə qədər çalışsanız da, özünüzü nə istədiyinizi sakitliyi tapa bilməzsiniz….Indi gecek gezintime Men qaca qaca gezmeyi hec sevmirem düzü qaldigim seherlerde en azi 5 gün qaliram cünki en azi 3 günden sonra o weherin ruhunu hiss ede bilirsen yollar tanis gelir eyaglarin özü seni hotele dogru yöneldir ve men bu duygunu cox sevirem ve Barselonada bu 5 gün o qeder dolu dolu kecdiki .Bu 4 gecəni hostelde qaldim otagimi 10 tanimadigim qizla bölüşdüm yene yeni insanlar tanis oldum ve yeni seyler öyrendim.Barselona seyahet edeceksinizse mütleq esyalarini diqqetli secmelisiz burda ogurlug coxdu .Men bel cantami öne taxaraq gezdim.Gün ərzində əhtiyacim olacaği qədər məbləğ götürdüm yanimda vacib sənədləri hosteldə qoydum. Park Güell müzeyine biletlerimi 3 həftə öncə aldiç online və çox bəyəndim.Mənim üçün daddli yemək səyahətin yarisidiFoodbloger ola bilerem yene .Ciutat comtal restorani bu səyahətimdə ən sevdiyim məkan olduLa Pallarese çox qədim restorandi burda daddli şirniyyat Chrurros yeye bilersizLa Papa sağliğli səhər yeməyi yeyə bilərsiz çox moderm idi .Özümü Flamenco şosuna aparidim çox təsirləndim mükəmməl idi.Qiyməti 30 € idi dəyərdi öncədən almamisdim bileti şəhərin mərkəzində gördüm sizində qarşiniza çixacaq mütleq və aldim :)Zara Bershka Massimo Dutti Mango Pull Bear və sairə menim yadima düşənler bunlardi ispan markalari olduğu üçün qiymətlər münasib idid bol bol alişveriç elemek olar Və bu səyəhətimdə bol bol sangria içdim.İspanlarin hazirladiğlari bir içkidi. Bura bol bol şəkillər yükləyəcəm :)Qoy şəkillər danişsinPaylaşan: Günesch Kroeger

138 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.Salam hər kəsə ☺✋Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər????☺ Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.Keçək digər ölkəmizə????2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək✋????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

2590 dəfə oxunub

Mənfi və müsbətləri ilə Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əgər gəncsinizsə və ya yaşınız çox olsa da ruhunuz cavandırsa, səyahət boyunca bol-bol əyləncə, dəniz, qum, günəş, tarix, müasirlik, möhtəşəm memarlıq görmək istəyirsinizsə yaxın durun Barselona tam sizlik şəhərdir. Qrupda daha əvvəllər Barselonanın müsbət cəhətləri haqqında bir çox postlar paylaşılıb. Təəssüf ki, Barselonanın bir çox mənfi cəhətləri də olduğundan bügun hər ikisinə toxunacam.Yazıya başlamazdan öncə dünya memarlığı tarixinin ən xüsusi adlarından biri olan Antoni Gaudi haqqında yazmaq istəyərdim. Gaudi olmasa bu gün Barselona yəqin ki, sıradan Avropa şəhərlərindən biri olardı. Onun yaratdığı möhtəşəm Sagrada Familia, Casa Vicens, Casa Batllo, Park Guell, Casa Milanı görmək üçün bu gün Barselonaya milyonlarca turist gəlir. Bu binaları çıxsaq Barselonada gəzib görməli çox az tarixi yer qalır. Maraqlıdır ki, 1908-ci ildən öldüyü 1926-cı ilə kimi həyatını Sagrada Familiaya ayıran bu insan 1926-da tramvayın altında qalıb yaralananda ona çox gec kömək göstərilmiş və 3 gün sonra xəstəxanada ölmüşdür.  1) Ucuz necə getməli - Kutaisidən Wizzair vasitəsilə Barselonaya ucuz bilet ala bilərsiz. Mən Barselonadan-Kutaisiyə bileti baqajla birlikdə 90 avroya almışdım. Baqajsız səhv etmirəmsə 50-60 avro idi. Yay sezonunda bilet qiymətləri bahalaşdığından bu sezon üçün 1-2 ay əvvəldən almağı məsləhət görürəm. Aeroport çox böyükdür, 2 terminalı var, low-cost təyyarələr terminal 2-yə uçurlar. Aeroportdan şəhərə metro-avtobus-qatar və taksi ilə gedə bilərsiz. Taksi bahadır, Ən rahatı “Aerobus” adlanan avtobuslarla şəhərə getməkdir. Qiyməti birtərəfli 5.90 avrodur. Espanyol və ya Katalunya meydanlarında düşüb otelinizə metro ilə və ya piyada gedə bilərsiniz.2) İctimai nəqliyyat qiymətləri - Avtobus və metrolarda 1 gedişin haqqı 2.20 avrodur. Amma ən rahatı 10 avroya satılan T10 adlanan 10 gedişlik kartları alıb istifadə etməkdir. Beləcə 1 gediş cəmi 1 avroya başa gələcək. Əgər 2-3 nəfərsizsə hərənizə ayrıca 1 dənə T10 kartı almağa ehtiyac yoxdur. 1 kartdan hamı istifadə edə bilir. Əlavə olaraq deyim ki, T10 kartları aeroportdan gedən sarı xəttli metro və aeroport avtobuslarında keçərli deyil. Metro və avtobus sistemi çox rahatdır və öyrənmək çox rahatdır. 3) Müsbət cəhətlər- Şəhər çox əyləncəlidir. İnsanlar deyir-gülür, əylənir, burada bulvar hissəsində gəzdiyiniz zaman anidən qarşınıza sarı qumlu sahillər çıxır. Sahillərdə çimib günəşlənib insalarla qaynayıb qarışıb voleybol, futbol və digər maraqlı oyunlara qatıla bilərsiniz. Axşamlar publar dolub daşır. Şəhərdə gəzərkən məsələn selfi çəkmək istədikdə arxadan gələnlər kadra girir, əl sallayır, tullanır, əcaib formalara düşə bilirlər. Zara, H&M və bu tipli markaların hər yerdə böyük mağazaları var, qiymətlər ölkəmizdəki ilə müqaisədə daha ucuzdur. Bir sözlə əsl gənclik şəhəridir. Barselonadan 1 saatlıq məsafədə olan İbizaya, Mallorcaya Ryanairlə 10-20 avro ödəyib gedə, həmin adalarda əyləncənin pik həddinə çata bilərsiniz. Qatarla şəhərin 1 saatlıq məsafəsində yerləşən PoRT Aventura parkına gedib adrenilin manyakı ola bilərsiniz. 4) Mənfi cəhətlər-Barselonada qarşılaşdığım ən böyük mənfi hal oğurluq, soyğunçuluğun çox yüksək həddə olmasıdır. Hələ otelimizə ilk girişdə dəyərli əşyaları seyfdə saxlamağı, şəhərə çıxarkən üstümüzdə mümkün qədər az dəyərli əşya götürməyimizi məsləhət gördülər. İlk dəfə Katalunya meydanında metrodan düşdükdə insanların çiyin sumkalarını qabaqdan asdığını, qadınların çantalarını ikiəlli tutub gəzdiklərini gördük. Las Ramblas küçəsində yemək yeyərkən yanımızda olan çinli ailə telefonu stolun üzərində qoymuşdu. 1 saniyənin içində telefonu necə götürüb qaçdılarsa Çinlilər heç ayağa durmağa imkan tapa bilmədilər. Ona görə şəhərə çıxarkən üzərinizdə ən yaxşısı telefon və xərcləyə biləcəyiniz qədər pul götürməkdir. Qaranlıq düşdükdən sonra mərkəzi Las Ramblas küçəsində turist olduğu hiss olunan hər kəsə qaralar yaxınlaşıb narkotik almağı təklif edirlər.-Növbəti mənfi cəhət otellərin çox baha olmasıdır. Demək olarki ən səviyyəsi ulduzlu otellərin günlüyü 100 avroya yaxındır. Hostellərin qiymətinə başqa ölkələrdə 3-4 ulduzlu otellərdə qalmaq olur. Yemək-içmək qiymətləri də cib yandırandır).-Növbəti mənfi cəhət muzeylərə girişin çox baha olmasıdır. Əgər ora getmisinizsə Sagrada Familiaya mütləq girin. Amma digər muzeylərə girməsəniz də birşey itirmərsiniz.-Nələri görməli və nə etməli-1) Sagrada Familia - Dünyada bir hissəsinin tikintisi davam edə-edə başqa bir hissəsi remont olunan ikinci bir belə abidə varmı bilmirəm. 1882-ci ildən bəri tikilməyə başlayan, 137 ildir tikintisi davam edən, ağırlığı 200 min tondan ağır olan, bu möhtəşəm yer ölmədən öncə mütləq görülməli yerlərdəndir. 2026-cı ildə, Gaudinin ölümünün 100-cü illiyinə qədər tikintisinin bitməsi planlaşdırılır. Buraya baxanda insanın ağzının açıq qalmamağı mümkün deyil. Giriş qiyməti içərdəki muzeylərlə birlikdə 22-32 avro aralığında dəyişir.2) Casa Milla və Casa Batllo- Hər iki bina Katalunya meydanından 10 dəqiqəlik məsafədə bir-birinin yaxınlığında yerləşir. Dalğalı sonsuzluq (∞) formasında tikilməsi ilə məhşurdur. Büdcənizə qənaət edirsinizsə hər iki binanı çöl tərəfdən görmək yetərlidir. İçəri tərəfdən elə də mütləq görüləsi bir şey yoxdur. Yenə də görmək itəyənlər üçün Casa Milla giriş qiyməti-22 avro, Casa Batllo-25 avro3) Camp Nou turu- Xüsusən Barselona azakeşləri üçün mütləq gediləsi yerlərdəndir. Bir Real tərəfdarı olaraq içəri girməsəm də muzey və stadion turunun qiyməti səhv etmirəmsə 35 avro idi.4)La Rambla küçəsi- Barselonanın mərkəzi küçəsi, Katalunya meydanından başlayıb dəniz sahilinə qədər davam edir. Küçənin hər iki tərəfindən alışveriş edib, restoranlarda günün yorğunluğunu keçirib keçən insanları izləyə bilərsiniz.5)Mercat de la boqueria- La Rambla küçəsində yuxardan aşağı enərkən sağ tərəfdə böyük bir insanlar topluluğu görsəniz bilin ki, bu məhşur bazarın girəcəyidir. Hər cür ekzotik meyvələrin, fast food tipli yeməklərin, şirniyatların satıldığı yerdir. Əsasən ekzotik meyvələri kiçik parçalar halında 1-2 avroya satırlar. Heç Asiya turunda burda yediyim qədər ekzotik meyvə yeməmişdim. Başqa yerdə od qiymətinə olan kəsilmiş Longan, manqo, manqustin, pitaxaya, papaya, karamboladan az-az yeyib heç 10 avro xərcimiz çıxmamışdı.)) 6) Barceloneta sahilləri - La Rambla küçəsindən aşağı enib sahil boyu gəzdikdə Barseloneta sahilləri qarşınıza çıxır. Dəniz, qum, günəşin keyfini çıxarıb, futbol voleybol oynayanlara və digər əyləncələrə qoşula bilərsiz. Sahil kənarında hər cür şərait, duş, soyunub-geyinmə otaqları, saxlanc yerləri var. 7)Park Guell - Düzü bura gözlədiyim kimi woow bir yer olmadı. Giriş qiyməti təxminən 8-10 avro idi deyə getmək olar.8)Espanyol meydanı - Buraya getməklə Las Arenas Avm, Kral sarayı və sehrli hovuzu görə bilərsiniz. Poble Espanyol adlanan ispan kəndinə də mütləq səfər edin.9)Montjuic və Tibidabo təpələri - Hər ikisinə səfər etməklə Barselonanı yuxardan izləyə bilər və gözəl təbiətdən zövq ala, Tibidabo təbəsində olan Müqəddən ürək kilsəsinə girə bilərsiniz.10) Port aventura atraksion parkı - Sants qatar stansiyasından Port Aventuraya təxminən 1 saata gedə bilərsiniz. 1 günlük giriş haqqı 55 avrodur.Bunlardan başqa Barselonada bir çox gəzməli görməli yerlər var. Sənət sevərlər Picasso muzeyinə gedə bilərlər. Şəhərdə bir neçə dənə 18+ muzeylər də var. Barselonaya gedib Tapas yemədən, içki içirsinizsə Cava və Vermut içkilərindən dadmadan gəlməyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

2200 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!