42 dəfə oxunub

Özbəkistan Beledçisi

Özbəkistan təəssüratları
Özbəkistanda ilk dəfə uşaq yaşlarımda olmuşam, çox bulanıq xatırlayırdım Daşkənd şəhərini, yeganə xatırladığım isə çox yaşıl olması idi.
Bu gün Özbəkistan çox dəyişib, tarixiliyi qalıb, eyni anda isə investisiyalar cəlb etməklə sürətlə inkişaf edir. Bunu turist axınından da hiss etmək mümkündür.

Gələk 1 həftəlik Özbəkistan səfərimin xülasəsinə.
Azalın birbaşa Bakı-Səmərqənd uçuşu ilə cəmi 2 saata çatdıq tarixi Səmərqənd şəhərinə. Sərhədkeçmə prosesi çox rahatdır, bunu niyə vurğulayıram? Çünki qonşu ölkələr olan Qazaxıstan və Rusiyada çox sorğu-sual edirlər vətəndaşlarımızı, burada isə heç bir sual vermədən "Xush kelibsiz" deyib yola salırlar sizi. Cümlə çox tanışdır, hə? Bu mövzuya da qayıdacam.
Hava limanı çox səliqəli və yenidir. Mərkəzə cəmi 20 dəqiqədə taksi ilə gedə bilərsiniz, Yango geniş istifadə edilir, qiymətləri isə çox ucuzdur. Taksilərin demək olar hamısı "qaz" ilə işləyir və ən bahalı sinfi belə çağırsanız, həmişə "Chevrolet" gələcək sizi aparmağa - məntiqlidir, nə də olsa yerli istehsaldır.


Özbəkistan bəlkə də nadir ölkələrdəndir ki, bizi çox gözəl başa düşürlər, Türkiyədəkindən fərqli olaraq. Hətta azərbaycanca danışmağa cəhd edirlər. Azərbaycanlılara qarşı çox yaxşı münasibətləri var, azərbaycanlı olduğunuzu bildikdə, Nəsibə Abdullayevanın mahnılarına qulaq qonağı edəcəklər sizi, bu sürücüdən asılı olaraq bəzən Üzeyir Mehdizadə də ola bilər.
Səmərqənd çox gözəl şəhərdir. Tarix qoxur şəhər, Gur-i Əmir türbəsində Əmir Teymurun qəbrini görmək də çox təsirli idi, axı onun qəhramanlıqlarını təhsilimiz boyu eşidərək böyümüşük. Nəhəng, Özbəkistana özəl naxışlarla bəzədilmiş abidələr sizi valeh edəcək.


Heç 1 çaynik çayın 1 manatdan daha ucuz olduğu yer ağlınıza gətirə bilirsiniz? Bəli, bu Özbəkistanda mümkündür, haqqında bəhs etdiyim isə künc-bucaqda olan kafelər yox, məhz turistik mərkəzlərdə yerləşən "Choyxona"lar idi - bəli, onlar restoranları məhz belə adlandırırlar.
Restoranlar da çox ucuzdur, Bakıdan 2 dəfə ucuz deyərdim hətta. Ümumiyyətlə Özbəkistanda pis kabab yemədik, kabablar çox dadlı idi, sevənlər üçün əsl cənnət. Məşhur "özbək aşı" dadmaq üçün isə "oshxona"lara gedə bilərsiniz ki, bu yerlərdə yalnız aş verilir.


Səmərqənd aşı bildiyimiz özbək aşından bir az fərqlidir, daha az tərkib hissələrindən istifadə olunur, bildirçin yumurtası ilə təqdim olunur adətən. Dadı haqqında çox söz deməyəcəm - zövq məsələsidir. Amma ümumi təsvir etməli olsam bunları deyərdim - düyüsü daha bərk, çoxlu yağların qarşığı olan və pambıq yağının bəzən kəskin qoxusu. Özbəkistanın əsas "milli məhsul"udur pambıq yağı, kərə yağı isə demək olar heç harada tapa bilməzsiniz.


Geyim-keçim isə brend almaq istəsəniz bizdən çox fərqli deyil qiymətləri, bir az ucuz ola bilər, amma yerli bazarlarda qiymətlər əladır, şəkil çəkdirmək üçün isə idealdır bu paltarlar! Bazar mədəniyyəti bizimkinə çox yaxındır, bazarları gəzmək xüsusi zövq verir. Quru meyvələr almağı unutmayın, çox dadlı və ucuzdurlar! Qiymət endirməyə hər zaman ürəkli olun.
Səmərqəndə 1 tam gün gəzməyə, 1 tam gün isə alış-verişə ayırmaq kifayət edəcək ki, səfərinizi buna uyğun planlaşdırasınız.


Növbəti şəhərimiz Buxara idi, Buxara isə gəzdiyimiz 3 şəhərdən ən gözəli oldu mənim üçün. Buxara bir az daha "bahalı" təəssüratı bağışlasa da digər şəhərlərlə müqayisədə, ümumilikdə isə münasib idi burada da qiymətlər.
Buxara da tarixi zəngin yerdir, "Bolo Hauz" məscidi ən bəyəndiyim yer oldu. Şəhər mərkəzində axşamlar canlı musiqi, rəqs şouları olur ki, əsl mədəniyyətlə yaxından tanış olasınız.
Buxaranın restoranları da çox gözəl və autentikdir. "Zolotaya Buhara" məsləhət görəcəyim restoranlardan biridir.
Növbəti və son şəhərimiz, paytaxt Daşkənd idi. Daşkənddə deyim ki, xüsusi görməli bir yer var, əslində yox. Amma metrostansiyalarını bir-bir gəzməyə dəyər. Hər stansiya bir muzeydir elə bil. Daşkənd təbii olaraq daha müasir şəhərdir, çeşidli hotel seçimləri, hər büdcəyə uyğun restoranları ilə sizi valeh edəcək.
Elə Daşkənddən də Bakıya, birbaşa Azalla geri döndük, cəmi 3 saatdan da az müddətdə.


Özbəkistan haqqında yekun fikrim - insanları bizə qarşı çox doğma, qiymətləri münasib, tarix qoxulu. İnsanlar danışanda onları başa düşmək həm maraqlı, həm də çox səmimi və duyğulu bir hiss bağışladı mənə. Yenə gedərəmmi? Gedərəm - Fərqanə, Xivə, Ürgənc şəhərlərini də görmək istəyərəm. Gülərüzlə "Xush gelibsiz" sözünü bir daha eşitmək üçün gedərəm.


Unutduğum məqamlar ola bilər ki, mütləq sizinlə şərh hissəsində bölüşəcəm xatırladıqca.
--
Məni instagramda izləyin, çünki hələ görməli olduğum çox yer var:
Paylaşan: @renatmajidov

DİGƏR BLOQLAR

Tayland Bələdçisi

Taylanddan bütün gəzəyənlərə eşq olsun. Gəl sizə mən söhbət açım öz viza təcrübələrimdən. Bəlkədə bir çoxunuzunda başına gəlib. Deməli vizaya müraciət eliyəndə səfirlikdə ya vizasız ölkəyə gələndə sərhəddə passportumu görən hərkəs 2 sual soruşur. 1 Bu pasport hansı ölkənindi? 2 Hanı sənin geri dönüş biletin? A kişi, kamboca acından günorta durur yuxudan məndən geri dönüş bileti istəyir. What the funnn?Passport məsələsin birtəhər Türkiyə Rusiya neighbor deyib keçişdiriəm.Geri dönüş biletinin də ucuz varyantını internetdə biraz qurdalanıb birneçə etibarlı sayt tapmışam. Deməli bu saytlardan bilet alanda mənə PNR kod olan bilet verillər. Bu bileti soxuram sərhəddəki polisin gözünə deyir Xoş gəlmisən.Deməli bunu qısa bir list kimi hazırlamışam, qiymətiylə filan.Tiketvisa.com - 9$ oneway | 15$ round trip | avtomatik bookingOnwardticket.com - 16$ oneway | 23$ round trip | avtomatik bookingVerifiabletickets.com - 12$ oneway | 19$ round trip | manual booking (bilet gələnə qədər sinqapura qar yağır)Başqaları da var amma çoxu axırıncı kimi manual bilet rezervasiyası eləyir deyə yavaşdı ya da tamailə saxta bişeylər generate edirlər ona görə məsləhət görmürəm.Qısa bir qeyd: Evdə oturub 'Fotoşop' ilə saxta bilet filan düzəltməyə çalışmayın  çünki bir çox immigrasiya polisi PNR kodu havayollarının sistemindən yoxlayır. Tutsalar cərimə + ölkəyə giriş qadağası və daha çox problemlər...Nəysə gəzməyə davam! Hamıya 2025-də daha çox ölkə, xoşbaxlıx, can sağlığı — WatArun, Bangkok Thailand'da.

Hüzurlu və xoşbəxt insanlar şəhəri - San Diego

San Diegodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyənlər qrupunun üzvləri ????Bu gün sizin diqqətinizi Amerikanın???????? ən gözəl guşəsi sayılan San Diego şəhərindən az da olsa məlumat paylaşacağam, odur ki popcorn hazırlayıb, ekrana daha yaxın əyləşə bilərsiniz ????Əvvəla, dostlar, Massachusetts ştatının Boston şəhərində yaşadığım üçün, və deyərdim ki Amerikanın ən qədim və mənim ən favorit şəhərim sayılsa belə, bura öz çox sərt soyuq havası ilə məşhurdu, və havanın temperaturun dəyişmək üçün California ştatının San Diego şəhərinə üz tutmağı qərar verdim.....✈️✈️✈️Sizə San Diego haqqında bir az məlumat vermək istərdim, sizin popcornunuz onsuz da hələ hazır deyil ????San Diego şəhərinin cəmi 1.5 milyon əhalisi var, Amerikanın 8-ci ən böyük şəhəri, və California əyalətinin ən böyük 2-ci şəhəri sayılır.... Əsasən 60% ağlardan, və 30% latın-amerikalıların yaşaması bir təəccüb doğurmur... Niyə soruşa bilərsiniz? Çünki çox maraqlı olsa da əvvəl Mexicanın ərazisi olub Californiya ştatı, və Amerika ???????? və Mexico ???????? mübaribəsindən sonra, California ştatı Amerikanın ərazisi altına keçib, və çoxlarınızın məlumatı var ki ispan dili ikinci dövlət dili sayılır...San Diego haqqında həmişə gözəl şeylər eşitmişdim, əsas da il boyu isti havası və insanların daha mədəni və mehriban olması mənim diqqətimdən yayına bilməzdi....Şəhərin təmizliyi, evlərin ispan tərzdə tikilməyi məni sanki qədim zamana qaytardı bir anlıq....????????????San Diegoya gedib amma Zoo-Parkı görməmək günah sayılar deyə mən də üzümü zooparka tutdum. Xatırladım ki, dünyanın ən böyük və ən çox sayda turistlərin axını məhz bu zooparka olur.... Düzünü desəm zooparkı çox da bəyənmədim (55$ giriş pulu). Çünki zoopark həddindən artıq böyük idi, və gəzməkdən artıq çoox yoruldum. Təsəvvür edin istədiyiniz hər bir heyvanı orda tapa bilərsiniz ;) Pandanı görmək üçün ora getməyə məcbur idim və peşman olmadım))) Hayıf deyil bizim zoopark?)))) 10 dənə heyvan olur, onun 8-i obeddə olur, ikisi isə yatır)))) Nə isə....Ən sevdiyim isə yer Sea World (40$ offer up dan) adlı akvarium oldu...Deməli burda balinalarin, su itilərin showsunu izləyə bilərsiniz... Və ən maraqlısı odur ki, sanki teatr kimi oturursunuz və əvvəlcədən xəbər edirlər ki, ilk 10 sırada oturanlar suya bata bilərlər və bu daha çox həyəcanı artırır, mən isə 5-ci sırada otmuşdum deyə evə gedəndə sanki paltaryuyan maşına məni salıb çıxartmışdılar ???????????? Balinaların çox güclü quyruqları var imiş))))Gecə heyatından biraz məlumat verim ????Həftənin 5-ci və 6-cı günü San Diegonun ????downtown-nu həddindən artıq insanlardan dolu olur, hərə bir yerdə əylənir, və mən də bu həyəcanı əldən verməmək üçün dostumla bir bara getdik... Havanın isti olması, və barların təmiz havada olması mənə çoox ləzzət elədi..... Latın amerikali qızlarının gözəlliyi sanki hansısa bir Braziliya və ya Columbia şəhərində özünü hiss etməyə vadar edir (bizim qızların gözəlliyinə çata bilməzlər).Hətta hərdən düşünürdüm ki, insanı bu qədər gözəl yaratmaq nəyə lazım? LolQızların səmimi, və daha ünsiyyətli olmaları gecəni daha maraqlı etdi, əlbəttə oğlanlar da öz yerini və daha mədəni olmaqları gözdən yayınmadı...Və mən həqiqətən vuruldum San Diego gecə həyatına????????????San Diego öz gözəl, və ağlasığmaz dənizlərindən meşhurdu, bəli burda dənizə girməyə pul ödəmirsən, lejankalar yoxdu))) Qarpız yeyən də görməzsiniz, əvəzində isə voleybol oynayan, turnik edən gənclərlə rastlaşa bilərsiniz.... San Diego okeana çıxışı var deyə suyun temperaturu yayda ancaq isti olur, axşamlar isə havanın temperaturu aşağı düşür....Ən gözəl günəş batmasın izləmək üçün okean qırağına minlərlə insan yığılır, və inanmayacağınız bir mənzərəni öz gözlərinizlə görə biləsiniz - rənglərin bir-birinə qarışması. Saatlarla oturub təmiz havadan zövq alıb, insanları izləyə bilərsiniz. Bu arada San Diegoda çoxlu sayda rusiyalilar var, bu isə daha da oranı maraqlı etdi mənim üçün ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

1639 dəfə oxunub

Hollandiya bələdçisi - Amsterdam və Haarlem

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Amsterdam Hollandiya mənim 14-cü ölkəm oldu. Bu şəhərə düşdükdən sonra başa düşdüm ki, həyat burada qaynayır  hər axşam mərkəzdə çoxlu eventlər keçirilir. Bizi Amsterdamda qarşıladıqları üçün Fuad və Yasinə dərin təşəkkürümü bildirirəm! Bizi gözəl yerlərlə tanış etdilər və birlikdə gözəl vaxt keçirdik. Ümumilikdə 4 gün keçirdik Amsterdamda və qalmağa yer üçün Couchsurfingdə Haarlemdə qaldıq.Haarlem kiçik şəhər olmasına baxmayaraq mütləq gediləsi görüləsi şəhərdir. Qaldığımız ev isə sadəcə möhtəşəm idi. Tarixin bir parçası olan evlərdə qalırdıq yerli pendirləri və digər şeyləri birlikdə yoxladıq. Hollandiyada olan ən böyük çətinliklərdən biri də gecə 2-dən sonra heçkəs çöldə alkohol içərək restoranların qarşısında otura bilməz. Hər yeri yığışdırırlar. 24 saat işləyən yerlər demək olar ki, yoxdur. Evimiz Haarlemdə olduğu üçün ilk gecə qatarı buraxdıq düşündük səhərə qəədər oyaq qalaq. Saat 4-5-ə qədər işləyən barlar tapdıq mərkəzdən bir xeyli uzaqlıqda Couchsurferlər ilə gecə yazışdıq 20-25 arası adam toparlaya bildim və getdik. Nə halda getdik, necə getdik o 25 adamla bilmədik  Çalışın ayıq qalın bu şəhərdə  Səhər 7də Haarlemə çatdıq və onda başa düşdük ki, günəş çıxır insanlar hələ çox azdır şəhərdə və sən demə transport mərkəz küçələrdə icazə verilmirmiş sadəcə ayaqla gəzə bilərsən ya da velosiped. O şəhər məni gözəlliyi ilə valeh etdi.Amsterdamın Legendi Isa da o müddətdə orda olacaqdı əvvəldən danışmışdıq görüşəcik təsadüfən o da həmin günü Haarlemdə idi və biz birlikə hamımız görüşdük. Oturduğumuz restoran Jopenkerk Haarlem yalan olmasın 50 tip pivə təqdim edir sizə menyuda  Pivə qiymətləri çox bahadır Hollandiyada amma siz bunu tətil bitəndən sonra hiss edəcəksiniz narahat olmayın Və sonda isə bizim eXclusive görüşümüz dostumuz canımız Azərbaycanı gözəl təmsil edən Milli Dəstənin gözü ürəyi Shamil ilə görüşdük  Bizi çox gözəl yerlərə apardı  Gözəl experience olan bir şəxslə həm də həmvətənlərimlə başqa ölkələrdə görüşmək mənə çox xoşdur. Gələcəkdə sizin də şəhərlərə gəlsəm adamyeyən deyiləm çoxlu gözəl memories ola bilər  Bu yaxınlarda Amsterdamlılar şikayət etdikləri üçün demək olar ki Amsterdamda Deturizm gedir. Deyəsən turistləşdirmə onlara baha başa gəlir deyə artıq əsas I  Amsterdam yazısını da bildiyiniz kimi götürüblər və bu yaxınlarda artıq Red Light Streeti də sökməyə hazırlaşırlar. Şəhərdə polis heroin və digər maddələrin təsirində olan insanların leşini daşımaqla məşğuldur  Hərə bir tərəfdə uzanıb təsirindən ayılacağı saatı gözləyir gecə saatlarında  Gecə səhərə qədər qalacaqsınızsa 1-ə qədər öz yemək ehtiyyatınızı tutun yoxsa səhərə qədər ac qala bilərsiniz. Bu cəhətdən gec saatlara qədər işləməyən restoranlar tərəfdən Amsterdamı bəyənmədim. Bir klub tapıb 2ci gecəmizi səhərə qədər küçədə yox ən azı orda keçirə bildik. Həyatımda ilk dəfə Tesla elektrocarını taksi kimi xidmət göstərən gördüm Amsterdamda  Qatar Transport sistemi bərbad vəziyyətdə deyərdim Amsterdam barədə. Ən azı isə Haarlem və Amsterdamdaxili gedişləri nəzərdə tuturam. Hər addımbaşı azərbaycanlılara rast gəlib 2dəqiqə ayaqüstü xoş mehriban söhbətlərimiz oldu hamınızı tanımasam da hamınıza səmimiliyiniz üçün təşəkkür edirəm. #səyyaholmagəzəyənol #gezeyenler #gəzəyənlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

2244 dəfə oxunub

Avstriya - Zalsburq bələdçisi

Zalsburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.???????? #salzburg #visitsalzburg???? Salzburg şəhəri Avstriyanın qərb hissəsində, Münxendən 140 km, Almaniyanın sərhədindən isə cəmi 5 km məsafəsində, Alp dağlarında yerləşir.???? Mozartın doğma şəhəri, "Sounds of Music" musiqi filminin çəkiliş yeri kimi və öz #salzburgfest adlı opera festivalı ilə tanınır.???? Bizdən #kidsfriendly görməli yerlər:????Aldstadt (Old City) - tipik avropalı orta əsrlərdən qalmış gəzməli məhəllədir, cathedral (kilsə) və mərkəzi meydanı ilə. Maraqlı fakt - hətta məşhur brendlərinin (Mcdonald's və s.) adları handmade flüqerlər və şüşə vitrajlarlardan hazırlanıb.???? Şəhərdə ən böyük #beergarden @augustinerbraeu_salzburg 17-ci əsrin monastırında yerləşir, bağda 2000 nəfərə kimi otura bilər, zirzəmidə divarlarda minlərlə pivə fincanları, ikinci mərtəbədə qalereyalarında isə hər zövqə uyğun orta qiymətə yeməkləri sifariş edə bilərsiniz.???? Mərkəzdə Oyuncaq Muzeyi #spielzeugmuseumsalzburg çox xoşumuza gəldi - kiçik və rahat, maraqlı köhnə oyuncaqların kolleksiyası ilə. Məntiqli oyunlar, miniatürlər, dəmir yolları, kuklalar, hətta özünüz bəziləri əlinizə götürmək, yandırıb söndürmək və paltarları dəyişmək üçün vaxt ayıra bilərsiniz (????5????)???? Biz @stadtalm adlı hostel-restoranın iki nəfərlik ayrı otaqda qalmışıq, Old City-nin üstündə dağ meşəsində, qədimi qalanın içərisində yerləşir, oraya ya da antikvar liftlə, ya da piyada (100 pilləkənə yaxın) hiking edə bilərsiniz.#moenchsberg liftin ikitərəfli ????4????. Hosteldə gecələmə ????50????, mənzərələr inanılmazdır, bütün şəhər pəncərədən görsənir, amma məncə Old City-də qalmaq daha rahatdır, oraya isə gəlib meşədə gəzmək və restoranda yemək olar.???? Salzburg - Mozart-ın doğum yeridir, nəticədə onun şəkillərini və musiqisini hər yerdə görəcəksiniz və eşidəcəksiniz. Mərkəzdə Sizi onun evi gözləyir - mozartgeburtshaus (????15????), səhərimiz onun sevimli #cafetomaselli - də isti şokoladla açılacaq, axşam isə məcburi Mozart-konsertine gedəcəksiniz. Ya şam yeməyi ilə bir yerdə klassik salonunda 60????-ya, ya da qədimi qalasında 35????-ya seçməlisiniz.???? Əvvəlcədən sizin tarixlərinizə internetdə Marionetka Teatrının və ya "Sound of Music" müziklinin biletlərini alın, ikisinin çox yüksək reytinqləri var.????️ Yaxşı hava olsa gəmidə tur götürə bilərsiniz, qiyməti 15???????? Qədim qəsrləri xoşlayanlar üçün - mütləq #hohensalzburg -a funikulyorla qalxın, çox yaxşı vəziyyətdə qalıb. Onlayn bilet alın, ikitərəfli funikulyorla bir yerdə 13????⛰️ Bundan əlavə biz Hallein-Bad Dürrnberg duz şahtalarda olmuşuq, gülməli geyim verirlər, gid maraqlı danışır, bir də Almaniyanın sərhədini yeraltı keçirsiniz.???? Möhtəşəm şəkillər üçün tikilmiş #Hallstatt kəndi Salzburgdan cəmi 70 km-də yerləşir, mütləq gedin.???? Salzburgda birinci dəfə bişirilmiş #mozartkugl məşhur marzipanlı konfet alıb, yaxınlarınıza gətirə bilərsiniz.❓Bəs Siz Salzburgda olmusunuz?— Salzburg, Austria şəhərində.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova 

1119 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!