140 dəfə oxunub

Mozambik Səfərim

Hər kəsə salam,
Cənubi Afrika Respublikası(CAR) və Mozambik arasında yerləşən, kiçik ölkələrdən biri olan Eswatini’yə (əvvəlki adı Swaziland) etdiyim qısa səfərdən şəkilləri paylaşıram. Təyyarə ilə CAR-nın Johannesburg şəhərindən King Mswati III International Airportuna 45 dəqiqəlik uçuşla və ya maşınla da gedə bilərsiniz. Təyyarə ilə gedirsinizsə maşın kirayələyib gəzmək daha yaxşı olar. 2-3 günə ölkənin əsas yerlərini görmək olar. Əsas görməli yerlər - Hlane Royal National Park, Mantenga Cultural Village, Mlilwane Game Sanctuary və s. Bundan başqa hiking və zip lining edə biləcəyiniz yerlər də var. Əhali mehribandır, çox təhlükəli yer deyil. Yollar, xüsusilə də magistral yolların vəziyyəti yaxşıdır. Başqa ölkələrdə safariləri gördüyüm üçün Eswatinidə təbiət parklarına getmədim.


Şəkillərdən birində, arxa planda execution rock (Edam qayası) adlanan hündürlüyü 1110 metr olan bir dağ görünür. Yerli qəbilələrin dediklərinə görə cadugərlik və bu sənət vasitəsilə insanları öldürmək kimi müxtəlif cinayətlər törətməkdə günahlandırılan insanlar bu qayanın zirvəsinə aparılıb və daha sonra üzü üstə qayadan aşağı itələnirmişlər, amma bu şəkildə cəzalandırma artıq müasir həbsxanalarla əvəzlənib.


Maraqlananlar üçün, bu ölkədə kişilər istədikləri sayda qadınla evlənə bilərlər, yetər ki hamısına eyni qaydada şəraiti olan ev ala bilsinlər( şəkillərdə gördüyünüz ot və ağac budaqlarından düzəlmiş evlərdən də olar)

Hə bir də təxminən 10-15 inək, və ya onun pul qarşılığı məbləğini verməlisiniz. Hal-hazırdakı kralın 15 həyat yoldaşı və 45 uşağı var.

Paylaşan:

Anar Gojayev

DİGƏR BLOQLAR

İSPANİYA SƏYAHƏTİ

Salam əziz Gəzəyənlər! Bu dəfə sizə İSPANİYA (Barselona-Madrid) gəzintisindən bəhs etmək istəyirəm.İspaniya özünəməxsus mədəniyyəti, musiqisi, mətbəxi, rəqsləri, insanları və bir çox gəzib-görməli yerləri ilə tanınan və çox sevilən ölkədir.BARSELONA’dan başlayaq. Barselona Avropanın ən öndə gedən turistik mərkəzlərindən biridir. Şəhər İspaniyanın “Catalunya” ərazisində yerləşir. Yerli əhalisi Katalonlardır və dilləri İspan(Castellano) dilindən biraz fərqlənir, yazılışı daha çox fransız dilinə bənzəyir. Buna baxmayaraq yerli əhali, demək olar ki hamsı İspan dilində danışa bilir. Şəhərdəki tablolarda hər bir şey 3 dildə: katalan, ispan və ingilis dilində yazılıb.Əminliklə deyə bilərəm ki, şəhər indiyə kimi gəzdiyim digər bütün şəhərlərdən tamamilə fərqlənir. Bir sözlə şəhər qaynayır. Kənarda dağlar, digər tərəfdə isə palmaların dəniz ilə sintezi bir-birini tamamlayır. Küçədə çalınan mahnılar isə insanın zövqünü oxşayır. İnsanlar hərə öz keyfində: kimisi çimir, kimisi futbol oynayır, kimisi mahnı oxuyur, kimisi dostları ilə içib, deyib-gülüb əylənir.Havası isə may-iyun aylarında səyahət etmək üçün idealdır. Barselona həmçinin öz gecə həyatı; klubları və pub’ları ilə də çox məşhurdur.Şəhərin yol infrastrukturu çox gözəl qurulub. Metro və avtobus ilə istədiyiniz yerə çox rahatlıqla gedə bilərsiniz. Yox açıq hava istəyirsinizsə, onda asanlıqla velosiped də kiralaya bilərsiniz.Bir çox yazıda şəhərin təhlükəli olduğunu oxumuşduq. Zənnimcə heç də elə deyil. Ehtiyatlı olsanız rahatlıqla gəzə bilərsiniz. Yox olmasanız, onsuz da bütün şəhərlər təhlükəli sayılar. Bir sözlə, hər şey sizdən aslıdır.Tarixi abidələr o qədər çox olmasa da, gəzməyə bir çox yer var:La Sagrada Familia kilsəsi, Barsenola Katedralı, Bazar, Park Güell, Montjuïc dağı, Barceloneta çimərliyi, Port of Barcelona, La Rambla küçəsi, Nou Camp stadionu və s.Onsuz da bir tərəfdən başlasanız, şəhər özü sizi gəzdirəcək.Keçək MADRİD’ə.Şəhər İspaniyanın mərkəzində yerləşir. Fikrimcə Madrid “underrated” şəhərdir. Deyilənlərin əksinə Madrid darıxdırıcı deyil, əksinə, çox gözəl və eleqant, getməyə dəyər bir şəhərdir. Nə də olsa Krallığın paytaxtıdır.Madridi mən daha çox Vienna’ya bənzətdim. İri, əzəmətli saraylar və binalar. Yol infrastrukturu eynilə Barselonadakı kimi çox ideal qurulub. Bundan əlavə şəhərdə elektron samakatlardan da istifadə edə bilərsiniz.Madrid’in havası Barselona’ya nisbətən daha isti idi (söhbət May ayından gedir). Günorta vaxtı şəhərdə az adam olur - “siesta” vaxtıdır.6’dan sonra isə şəhər qaynamğa başlayır. Amma yenə də istənilən vaxt şəhərdə turist görmək mümkündür.Barselonaya nisbətən Madriddə yerli əhali ilə daha çox qaynayıb-qarışmaq olur. Madrid Barselonaya nisbətən daha təhlükəsizdir deyə bilərəm.Madriddə görüləsi bir çox yer var:Palacio Real de Madrid, Plaza de Cibeles, Puerta del Sol, Plaza Mayor, Parque de El Retiro, Museo Prado, Santiago Bernabeu stadionu və s.Ümumilikdə hər iki şəhər: həm BARSELONA, həm də MADRİD çox təmizdir. Təmizliyə xüsusilə diqqət yetirirlər. Yol infrastrukturu üst səviyyədədir.Gələk insanlarına. Hər iki şəhərdə yerli əhali çox mehriban və gülərüzdürlər. Eləbil hamının üzündən xoşbəxtlik yağır. Nə sual soruşsan kömək etməyə çalışırlar. Burada insan İspan istiliyini hiss edir. Və onu da qeyd edim ki, əksəriyyət, gözləntilərimizin əksinə ingilis dilində danışa bilirdi. Avtobus sürücüsündən tutmuş polisə kimi (Müqayisə edəsi olsaq, gördüklərimə görə deyə bilərəm ki, İspaniya bu cəhətdən İtaliya və Fransadan öndədir).Barselonada miqrantların sayı çoxdur. Əksəriyyəti eyni dili danışdıqları üçün(İspan dili) Latın Amerikasından gələnlərdir və demək olar ki hərəsi bir işlə məşğuldur - sevindirici haldır.İspan mətbəxinə gəldikdə isə - çox zəngin və ləzizdir. Yeməklərdən “Paella”nın, içkilərdən isə “Sangria”nın dadına mütləq baxın. Qalanları isə zövqünüzdən aslıdır.Bir sözlə hər iki şəhər gedib görməyə dəyər!Hərəsinə neçə gün bəs edər deyə soruşsanız, Madrid üçün rahatlıqla 3, Barselona üçün isə 4 deyərəm. Lakin, Barselonada 1 həftə qalsanız belə, darıxmazsınız (Qeyd: Şəkillər özümə məxsusdur: instagram.com/nihvds)

275 dəfə oxunub

Qızıl sahilindəki adət-ənənələr

Bu Qana ki var - çox mırt ölkədi. Adamın dünyaya gəlməsindən ta rəhmətə getməsinədək nəsə oyun çıxarırlar. Deyəcəm indi.Çox qonaqpərvərdilər. Bizim kimi və daha betər. Qohum-qardaşa dəymək üçün əvvəlcədən xəbərdarlıq etmirlər. Bir dəstə lapdannan axışıb gəlib bir neçə həftəlik, hətta bir neçə aylıq qala bilərlər. Bizdə olur belə şeylər? Qohum-qonşudan uzağam deyə tam xəbərim yoxdu. Hə, deməli, qonaq gəlir və nəbadə əlini cibinə sala. Pəhh! Ev yiyəsi səmimi qəlbdən inciyə bilər. Bütün yemək-içmək-gəzmək xərcləri hamısı qonaq qəbul edənlikdi. Ürəyi soyumur və qonaq artıq evinə qayıdanda yolpulu da verir. Bunu day bilmirəm sevindiyindən nəzir kimi verir, ya bu da içdən gələn bir şeydi.Kimsə rəhmətə gedəndə vur-çatlasının həddi-hüdudu olmur. Bu hay-haray səviyyəsinə görə heç də toy mərasimindən geri qalmır. Rəhmətə gedənin ailəsi eksklüziv həşirə düşür: televiziyada, qəzetlərdə elan verir, rəhmətliyin çöhrəsi həkk olunmuş suvenirlər hazırlayır, ağlaşmaCELL-in ən ləyaxlı nümayəndəsini dəvət edir, yer tutur, DJ axtarıb tapır, öz qarderoblarını düz-qoş edirlər (Qanada yas geyimi qırmızı-qara rəngdə olur). Rəhmətliyi son mənzilə yola salmaq üçün bəzən yad adamlar da axışıb gəlir və hamısı da əlidolu. Dəfn mərasimindən sonra hamı yeyir, içir, şənlənir ki, rəhmətliyə düşdüyü yerdə xoş olsun. Elə dəfn mərasimində çiyinlərində tabut rəqs edənlər də bunu deyir.Ailədə nə qədər çox uşaq olarsa - bir o qədər baş ucalığıdır. 10-cu uşaqdan sonra onun atasına qoyun hədiyyə edilir. İkibaşlı don geydirməyin. Xoş niyyətlə hədiyyə olunur, nəyəsə işarə kimi yox. Qanada uşaqlar ana xəttiylə zad olur (İsraildəki kimi), ona görə də hədiyyə nəslin artırılmasına sədaqətlə xidmət edib əziyyət çəkən atalarına düşür.Sıravi ailədə 4-5 uşaq norma sayılır. Evlənəndən 1-2 il sonra uşaqdan səs-səmir yoxdursa bütün nəsil kilsəyə dua etməyə üz tutur. Bəli, mən sizinlə razıyam: bizdən ibrət götürüb 9 aydan sonra həşir qaldırmaqları daha məqsədəmüvafiqdir.Sup və tərəvəz salatı yemirlər. Soussuz yeməklərsə onlara ümumiyyətlə çatmır. Yerli mətbəxlərində desert yoxdur. Ən möhtəşəm delikatesləri də bol ədviyyatla səpilmiş və qəşəngcə qızardılmış qamış siçovuludur.3-4 saata nahardı. Nuş olsun.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

866 dəfə oxunub

Trabzon, Rize Bələdçisi

Hər kəsə salam! 6-7 ilə öncə digər profilimlə bu qrupda aktiv paylaşımlar edirdim, o vaxt hələ Covid də yox idi, dollar da 0.78 idi, yəni xeyli gəzirdik. İndi külfət də çoxalıb, xərclər də artıb, amma yenə də gəzirik 2025-ci ilin ilk səfərini Trabzon və Rize tərəflərə etdik. İllər öncə yay fəslində öz maşınımla 2 həftə oraları tam gəzmişdim. Videolardan qış fəslinin də möhtəşəm olduğunu görmüşdüm. Noyabr ayında Azal endirim elan etdi və gediş gəliş biletini cəmi 150 aznə aldıq. Səfərə dostumla 2 ailə yola düşmüşdük, nadir səfərlərdən idi ki, uşaqlarsız çıxırdıq. Bu formatda getməyimiz bəzi xərcləri azaltmağa da kömək edirdi, məsələn maşın icarəsi kimi. Maşını hava limanın çıxışından günü təximini 100 azn götürdük. İlk getdiyimiz yer Uzungöl idi, illər öncə qaldığımız Yeşil Köşk oteli oranın ən hündürdə yerləşən oteli idi. Bizim bəxtimizdən həmin gün ora qar yağmışdı və Uzungölün ətrafı ağa bürünmüşdü. O vaxtkı kimi bu dəfə də şərait və xidmətdən çox razı qaldıq. İki gecə orda qalıb, yola düşdük Rize tərəflərə. Yaylalara qalxmamış Çamlıhemşində təbiətin qoynunda iki gün bungalovda qaldıq. İnstagram səhifələri : peakbungalov, airbnb-dən bron etmişdik. Son iki günü isə bu səfərin ən gözəl hissəsi idi, çünki Ayder yaylasının ən yuxarı hissəsində olan Elizan dağ evlərində qalırdıq. İnstagram səhifəsi : ayderelizandagevleri. Qarın hündürlüyü 1.5 metrə çatırdı. Otaqlara gedən yolu cığır kimi açırdılar, otaqlar şomine (odun peçi) ilə qızırdı. Gecə səhərə kimi 2-3 dəfə oyanıb odun atırdım ki, soyuqdan ölməyək )) Əyləncə hissəsi isə dağda snowmobile sürmək idi. Qiyməti baha olsa da, dəyərdi. 2 nəfər üçün 30 dəqiqəsi 4000 tl. İnstagram səhifələri : snowcrossturkey. Sürərkən çəkdiyim videonu ray ban meta eynəyi ilə çəkmişəm, iki əliniz də məşğul olanda çəkiliş üçün ən gözəl vasitələrdəndi. Hər kəsə xatirələrlə dolu gəzintilər arzulayıram. Kimin nəsə sualı olsa məmnuniyyətlə yardımçı olmağa çalışaram.— Trabzon, Türkiye'de.Paylaşan: Miraziz Seyidov

242 dəfə oxunub

Fironlar diyarı - Misir bələdçisi (II hissə)

Misirlə bağlı birinci hissədə getdiyim yerlər haqqında yazmışdım. Bu yazıda isə Misirin məndə oyatdığı təəssurat, insaları və yeməkləri haqqında yazacam.Məndən əvvəl Misirə bir dostum getmişdi və gəlib danışdıqları isə o qədər də yaxşı şeylər deyildi. Kasıb ölkədir, dəlixanadar, iyrənc gündədir və s. Düzdü bu bir az əhvalımı pozsa da, getmək fikrində qəti idim.Birinci yazıda da qeyd etdiyim kimi, ilk mədəniyyət şoku - yolda heç bir qaydalar işləmir və siqnal səsindən ilk gün başım ağrıdı. Orada Azərbaycan sürücülərinin nə qədər mədəni olduğunun fərqinə vardım.Misir insanlarının çoxu fürsətçildi. Bu bəlkə də ölkənin kasıb durumundan irəli gəlir. Məsələn siz küçədə yeriyən zaman birdə hiss edirsiniz ki, arxanızca kimsə düşüb. İlk dəfə bu insanda qorxu yaradır ki, görəsən niyə arxamca düşüb? Nə edəcək mənə?Burda qormağa ehtiyac yoxdur :) Adamlar sizə diqqətlə qulaq asır və görəndə ki, xarici dildə danışırsan sizə kömək təklif edir. Bu kömək isə sizi hər hansı tur agentliyinə aparmaqdan ibarətdir. Çünki həmin bu şəxslər tur agentliyi ilə faizə işləyirlər.İkinçi şok – hamı sizdən Tips (çaypulu gözləyir)Tualetə gedən qapıda bir qadın bir kişi dayanır əllərində rulon salfetka. Siz içəri girəndə salfetka cırıb verir az qalır sənlə kabnetə qədər girsin unitacın qapağını qaldırsın. Təbii ki, sizin qara gözünüzə, qara qaşınıza aşıq olub etmirlər. Tualetdən çıxanda tips istəyirlər. Kuçədən kimdənsə söz soruşursan və həmin dəqiqə sənə kömək edirlər canlabaşla. Amma sonda deyirlər kömək etdim tips ver)) Yəni bunu bilin ki, hər yerdə tips istəyirlər. Həm də sırtıq formada.Amma bunlara baxmayaraq ölmədən öncə görüləcək yerlərdən biridir Misir. Bütün mənfilikləri ilə birlikdə belə bu torpaqlar tarixdir. Orda tarixi görəndə hər şeyi unudursan. Min illər öncə yaradılan şeyləri görəndə insan heyrətə gəlir. İnsan beyni qəbul etmək istəmir ki, bütün bunlar minilliklər öncə necə yaradılıb? Hansı beyinin məhsulu olub? Həmin o tarixə toxunduqca insan özünü o dövürdə hiss edir. Bir sözlə bütün mənfiliklərə rəğmən Misirə getməyimə heç də peşman deyil, yenə də olsaydı təkrar gedərdim:)Keçək əsas məsələrdən biri Yeməyə!Yeməklərdən sizə 1-ci olaraq Koşarı (Koshary) məsləhət görərdim. Demək tərkibi noxud, yaşıl mərcimək, makaron, qızardılmış soğan və xüsusi pomidor sousu. Zövqə görə acı da əlavə edə bilərsiniz. Səhər mərkəzində küçədə bunu iki nəfər və cola daxil 32 pounda (2$) yeyə bilərsiniz.Alexandria şəhərinə getsəniz mütləq dəniz yeməklərini dadın. Burda da düyü ilə şifariş verə bilərsiz. Dəniz məhsulları isə çox dadlıdır.Hamam Mashi – Ən çox məsləhət görülən yeməklərdəndir. Bu yemək içi düyü ilə doldurulmuş çöl quşu, və yanında tərəvəz və düyü ilə təqdim olunur. Dadını soruşsanız o qədər də əla bir şey deyil. Məsələn Gərəf ləvəngisinin əlinə su tökməz :)Fəttah (Fattah) bu yemək də təbii ki düyü ilə təqdim olunur ???? Bildiyiniz düyü və mal əti ilə təqdim olunur. Mal ətinin suda az qaynadılmış versiyası. Ət bərk olur və qədər də dadlı deyil. Sevmədim yəni. Bir adam üçün qiymət 5$-dir.Misir simiti – bir sözlə ifadə edim Türk simiti ürəkdir :)Şakaşuka (Shakshuka) bizim pomidoryumurtanın ərəb versiyası. Məndən məsləhət səhər yeməyin yoxsa mədəniz şakşuk qaynayacaq. Çox acılı olur, ona görə də səhər yeməyin.Humuz (Hummus) – atışdırmalıq. Pis deyildi.Künəfə (Konafa) – Türk künəfəsi ürəkdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asim Celilov

2117 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!