2693 dəfə oxunub

Monteneqro və Balkan ölkələri bələdçisi

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.

Artıq yay gəlib və gəzmək istəyən hər kəs tətil programını hazırlamağa başlayıb. Büdcənizə min bərəkət və xoş istirahətlər əziz @gezeyenler :) 
Mənə ünvanladığınız suallara əsasən sizlərə,hər səyahətçinin səyahət planına uyğun olacaq (səyahətçilərin büdcə, zaman, seçdiyi istirahət növünə görə) bir neçə hissədən ibarət olan Monteneqro və Balkan ölkələri haqqında ətraflı məlumat paylaşacam.

1️⃣ci Hissə  (İqlim, Nəqliyyat)
✅Səyahət planınızdan asılı olaraq:
1. İqlimi - Ölkənin cənub hissəsi, sahilyanı bölgələri ilin çox günü yağışlı və günəşli olur. Monteneqronun məşhur şəhərləri sahilyanı şəhərləridir.
2. Monteneqronun turistik sezonu həm qış, həm də yay sezonu üçün uyğundur. Turistlər qışda skiing üçün ölkənin şimal bölgələrinə üz tuturlar. Fevral - mart aylarında sahilyanı şəhərlərdə turistlər üçün müxtəlif karnavallar, festivallar təşkil edilir və bunlar açıq havada keçirilir və ödənişsizdir. Yay aylarında sahilyanı şəhərlərə turistlərin daha çox axın etdiyi aylardır.
3. Sahilyanı bölgələrdə qış sərt keçmir, ən soyuq aylar, dekabrın ortasından - fevralın ortasına kimidir.
✅ Hava limanları
1. Ölkənin iki hava limanı var: Podgorica (paytaxt şəhər, skadar gölü, Bar şəhəri və s. kimi görməli yerlərə yaxın şəhərdir) və Tivat (Xorvatiyaya və Monteneqronun sahilyanı şəhərlərinə yaxın şəhərdir). Tivat hava limanına Azerbaycan, Rusiya, Türkiyə kimi bir çox ölkələrdən uçuşlar yalnız yay sezonunda olur və Pasha travel artıq 2 ildir yay sezonunda bu hava limanına, uyğun qiymətə, birbaşa uçuşlar təşkil edir.
2. Həmçinin sezondan asılı olmayaraq Türkiyədən Montenegroya tur avtobusları da gəlir.
✅ Nəqliyyat
1. Şəxsi maşın və ya rentacar ilə gəzməyi düşünürsünüzsə zaman itirmədən ölkəni daha yaxından kəşf ede bilərsiz. Top views üçün şəxsi maşın əvəzolunmazdır, her yere avtobus getmir. Yanacaq qiymətləri təxmini olaraq belədir ardıcıllıq 

Mne, Bosna, Makdn
*Super 95 (1.37€, 1.16€, 1.13€)
*Premium 98 (1.41€, 1.21€, 1.17€)
*Diesel (1.25€, 1.18€, 1.02€) 
Texmini rent a car qiymətiləri (bokasun firmasının) Opel Corsa Manual (<7 gün -50 €, >7 gün -45€), Ford Flesta Manual(45-40€), Audi A4 Automatik (65-60€)

Taxi firmaları (mənim yaşadığım şəhərdə -Hercegnovi)
-novitaxi (tel: 19767) 24 saat
-taxi more (tel: 19730) 24 saat

Avtobus qiymətləri haqqında isə aşağıdakı link’dən maraqlana bilərsiz. Link’də həm ölkə daxili, həm da qonşu ölkələrə gedəcək avtobuslar və qiymətləri göstərilir.
https://busticket4.me/EN
* Avtobus bilet qiymətlərində avtobus firmalarına göre 1-2 euros fərq olur.

2️⃣ci Hissə
-Dil
-Çimerlikler
✅Dil- Ölkənin dili serb dilidir, rus dilli turistler az-çox yerli insanları anlaya bilər. Xarici dil olaraq İngilis dili istifadə edilir. Ölkədə rus dilini bilən təbəqə çox yaşlı təbəqədir. İngilis dili daha çox turizm sahəsində istifadə olunur.
✅Çimərliklər- Sahili narin qum olan çimərlikləri çox azdır. Əksər çimərliklər ya çınqıl, ya da iri daşlıdır. Bir çox çimərliklərdə dənizin suyu təmiz, dalğasızdır. Buna səbəb dağlarla əhatə olunmasıdır. Çimərliklərdə işlətmə sistemi olmadığı üçün kafe-restoranı olmayan çimərliklər də var, həmçinin ətrafın natəmizliyi də sizi narahat edə bilər.

İstəyinizə uyğun çimərliklər 
⭐️Budva şəhəri (məşhur çimərliklər bu şəhərdədir)
1. Mogren Beach -Budva old city yanında (200m) yerləşir. Sahili qumdur.
2. Jaz Beach (4km) -məşhur çimərliklərindən biri. Restoran, kafe var. Sahili qum və çınqıl. Uşaqlı #gəzəyənlər üçün uyğundur. Həmçinin kürekli botlar, kayaklar ve jet ski kiralıya bilərsiz.
3. Becici Beach (1.8km) -sahili qumdur. Xalq çimərliyi ilə birgə otel müştəriləri üçün də çimərlikləri var.
4. Trsteno Beach -qum, çıngıl qarışımlı sahili var. Ən sevdiyim çimərlik deyə bilərəm. Ətrafında hal-hazırda təmir işləri gedir, kafe-restoran və başqa işlətmələr hələ ki, çalışmır (ehtiyyat yeyəcək, içəcək alın yanınıza). Sadəcə suyunun rənginə, şəffaflığına, təmizliyinə göre ora getməyə dəyər. Mütləq özünüzlə dənizin dibində üzən balıqları görmək üçün gözlük götürün.
5. Budvada sahili günlük 100€-dan başlayan çimərliklər də var. Bunlar :
-Dukley Beach (otel)
-Queen's Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)
-Milocer və ya King’s Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)
-Aman Beach (Sveti Stefan) -adam başına 50€ ödəniş etmək lazımdır. Lakin həmən qarşısında xalq çimərliyi var 
⭐️Digər çimərliklər
1. Dobrec -sahili çıngıl, suyu şəffaf. Hersegnovi, Rose, Zanjice ve Miriste'dən qayıq ilə getmək mümkündür və turistlər arasında daha az tanınan bir çimərlikdir. 2. Lucice -balaca körfez, ətrafı yaşıllıqlarla əhatə olunub. 3. Plavi Horizonti 4. Mala Plaža (Ulcinj) 5. Petrovac (Budva) və s.

3️⃣cü Hissə
-Qidalanma
-Alışveriş
✅Qidalanma
Balkanların mətbəxi demək olar ki, bir-birinə yaxındır və Osmanlı mətbəxindən də bəzi ləzzətlər bu ölkənin mətbəxinə keçmişdir. Porsyonları əksər məkanlarda böyük olur, sifariş edərkən diqqət edin 
⭐️Fastfood
1. Çevapi (bizim lülə kabab), və sifariş edərkən donuz əti yemirsinizsə, qiymənin tərkibində donuz ətinin olmamasını öncədən dəqiqləşdirin. (Min. 2.5 €, təxmini 5 tikə çevapi və digər əlavələr)
2. Pizza -mənə görə ləzzətli pizzaları burada dada bilərsiniz. (Min. 5-6 €)
3. Giros -yunan mətbəxindən, bir növ şaurmaya bənzəyən yeyəcəkdir. (Min. 3€)
⭐️Digər yeyəcəklər
-Ət yeməkləri həm dad, həm də qiymət baxımından çox sərfəlidir. -Dəniz məhsulları qiymət baxımından bir az yüksəkdir.
⭐️İçəcəklər
-Montenegro həm də şərabları ilə məşhurdur.
-Çay sifariş edərkən, sizə limon, bal ilə servis edilir. Bu cür çay servisinin səbəbi var yerlilərə görə çay xəstə olarkən içilirmiş, və bu ənənə belə də davam edir. (Fincanda servis edilir, min. 1€)
⭐️RESTORANLAR
Montenegroda, əsasən də sahilyanı bölgələrdə əksəriyyət məkanın mənzərəsi gözəldir.
Amma elə restoranlar var ki, oraya məhz mənzərəsinə görə getmək lazımdır. Əlbəttə gündüz vaxtı 
1. Gradska Kafana (Hercegnovi)
2. Forte Rose (Hercegnovidən qayıq ilə gedə bilərsiniz)
3. Çatoviça Mlini (Hercegnovi Kotor arasındakı, erazi Morinj) -dadlı balıqları ilə məşhurdur. Köhnə dəyirman ərazisini restorana çeviriblər, paylaşdığım şəkili həmin məkanda çəkmişəm.
4. Verige 65 (Kostanjica, Kotor)
5. Admiral Cafe & Restaurant (Hercegnovi)
6. Restaurant Galion (Kotor)
7. Fish restaurant Djardin (Perast)
8. Big Ben (Tivat) və s.
✅ Alışveriş

4️⃣cü Hissə (Sual-cavab)
Bu postumda mənə ünvanladığınız sualları cavablandıracam, ümid edirəm sizlərə faydalı olacaq
1. Viza teleb olunur?
✅ Montenegro (90gün) və aşağıdakı sərhəd ölkələr Azerbaycan vətəndaşına viza tətbiq etmir. Bosniya və Herseqovina (90gün), Makedoniya (90gün), Albaniya (90gün), Serbiya (90gün)
2. Turist vergisi ödəmək lazımdır?
✅Bəli, Montenegroda qaldığınız hər gün üçün 1€ (1 günün qiyməti) ödəmək lazımdır. 30 gündən əlavə qalırsınızsa, ondan sonrakı günlər üçün ödəniş etmirsiz.
3. Qonşu ölkələrə getmək üçün sərfəli nəqliyyat, transport nədir?
✅Öncəliklə Montenegronun öz şəhərlərini gəzmək və qonşu ölkələrə getmək üçün aşağıdakı linkdən faydalana bilərsiniz
https://busticket4.me/EN
4. Çimərliklərdə şezlong qiymətləri nə qədərdir? Şezlong kiralamadan çimərlikdən istəfadə etmək mümkündür? Çimərliyə giriş ödənişlidirmi?
✅Şezlong qiymətləri 5-7€’dan başlayır. Saat 19:00-dan sonra dövlətin qanununa göre şezlonglar ödənişsiz olur.
Demək olar ki, əksər çimərliklərdə xalq üçün yer ayrılır, və şezlong kiralamadan çimərlikdən istifadə etmək haqqınız var 
Ölkənin əksəriyyət çimərliyinə giriş sərbəstdir.
5. Teknə turları haqqında
*Teknə turu sezonu 01 May-31 Sentyabr
✅ Teknə turları üçün özünüz teknə kiralaya da bilərsiniz, əsasən Budvadan (saatı 30-40€’dan başlayır, ) ya da bir nəfərlik biletinizi alıb tur təklif edən teknələrə üz tutursuz (15€’dan başlayır)
⭐️Kiralıq teknə turu xidmətinə daxildir: 
-Dəniz gəzisi Budva Riviera, Becici, Kamenova, Milocer, Sveti Stefan, The Island of st. Nicholas
-Bir neçə çimərliklər -Drobni pjesak, Petrovac, H3 (Nudist), Trsteno, Zanjice, Ploce, Nicholas adasındakı çimərlik.
-Bigovo balıqçı kəndi, Blue cave, Kotor Körfəzi (Hercegnovi və Kotor)
-Balıq tutma
-Teknə ilə gecə gəzintisi
⭐️Turist teknə turlarına daxildir
-bəzi turlar səhər başlayır, bəziləri isə səhər və ya günortadan sonra olmaqla 2 hissədən ibarət olur.
-hop on - hop off (2.5 saat, bilet 15€)
-Kotor-Perast-Island lady of the rocks (hər teknə turu fərqli yerlərə gedir)

5️⃣ci Hissə 
Ölkənin rəsmi bayramları 

️☃️QIŞ fəslində olan bayramlar
01.01- Yeni il
02.01- Day of Saint Ignatius of the God-Bearer - chicken Christmas.
05.01- Tucindanan.
06.01- Milad (Badnji dan).
07.01- Yanvar – Milad
14.01- Köhnə yeni il 

YAZ fəslində olan bayramlar

15.04- Uşaqlar bayramı
01.05- Əməkçi bayramı
12.05- Müqəddəs Basil Günü
21.05- Monteneqronun Müstəqillik Günü
Dəyişən tarixlərlə Pasxa

️YAY fəslində olan bayramlar

03.06- Monteneqronun Müstəqillik Günü
04.07- Partizan bayramı
13.07- Monteneqronun dövlətçiliyi günü
28.08- Monteneqronun Krallığının elan etdiyi gün

PAYIZ fəslində olan bayramlar

01.11- Bütün müqəddəslərin günü
29-30 noyabr Respublika Günü

Fəsillərə görə şəhərlər
️QIŞ
* Adriatik sahili boyunca yerləşən bölgələr il boyu şimal bölgələrə nisbətən daha mulayim olur, qış aylarında orta temperatur 11 ° C. Bu ərazilərdə qış sıxıcı keçir, turistlərin diqqətini çəkmək üçün festivallar təşkil olunur.
*Qışın 3 ayı soyuq (orta temp. -10 ° C) keçən şimal bölgələrdə turistlər üçün Zabljak və Kolasin istirahət mərkəzlərində xizək mövsümüdür (yanvar, fevral)

YAZ

* Mart ayında sahil və mərkəzi bölgələrdə temperatur 16 ° C’dir, lakin yaz aylarında tez-tez gur, günlərlə yağış ️yağır, bu isə bəzi gəzəyənlər üçün əlverişli olmaya bilər. Dağlarda xizək mövsümü Mart ayının son günlərinə qədər davam edir.
*Aprel bütün ölkə üçün isti havalara keçid ayıdır, lakin yağışlı havalar davam edir. Yağışlara baxmayaraq aprel ayında hava gəzmək üçün əlverişlidir.
*May ayında, dənizkənarı istirahət mərkəzləri qonaqlara qapılarını açılır. Hava yaxşıdır, lakin hələ üzgüçülük üçün uyğun deyil.

YAY

* Adriatik sahilində yay çox quru və isti olur. İyun ən rahat aydır. Temperatur təxminən 30 °-28 ° C.
*Dağlıq bölgələrdə təxminən 25 ° C.

PAYIZ

*Sentyabr və noyabrın ilk yarısı Adriatik sahillərində Velvet Mövsümüdür, yəni Adriatik dənizinin suyu hələ də üzgüçülük üçün kifayət qədər istidir.
*Soyuq havalar noyabr ayından başlayır.

6️⃣cı Hissə
Montenegro turu
1. Öncəki postlarımdan birində qeyd etdiyim kimi ölkənin 2 hava limanı var: Tivat, Podgorica
Monteneqroda görüləcək yerlər
-Hercegnovi, Tivat, Perast, Kotor, Budva, Çetinye, Bar(təmiz zeytun yağı), Ulcinj(Albaniya ilə sərhəd), şimalda -Nikşiç, Jabljak(Black lake, doğa yürüyüşü, üzgüçülük), Tara(zip line), Durmitor, Ostrog
✅Tivat hava limanı ilə gələn turistlər üçün təxmini gəzi turu belədir 
1. Tivat -ən məşhur yeri Porto Montenegro, bu şəhərə təxmini 1 saat zaman ayırın.
2.Ferry ilə yolu qarşi tərəfə keçin (Ferry’də minik maşın üçün bilet 4.5€), keçdiyiniz yer Kamenari adlı ərazidir. Əgər zamanınız varsa Kamenaridən avtobus ilə Hercegnoviyə gedin, yoxdursa yolu əks istiqamətdə davam edərək, Perast, Kotor, Budva, Bar, Ulcinj kimi şəhərlərə üz tutun.

7️⃣ci HİSSƏ
(Montenegroda edile bilecek aktiviteler)
Aktiviteler fesillere göre, bölgeye göre deyişir. 
Yay-yaz aylarında 
1. Velo tours
2. Boat Tours
3. Rafting (şəffaf suyu olan Tara çayı)
4. Paragliding (yamaç paraşütü) (Budva)
5. Kitesurfing (Ulcinj şəhərindəki sahil, Long beach bu idman növünü sevənlər üçün ən uyğun sahildir)
6. Windsurfing
7. Kayaking
8. Adventure Park Lovcen (uşaqlar üçün daha uyğun yerdir)
9. Zip Line (Zabljak, Njequsi) 3 tip zip line var, qısa- Red Rock, orta- Tara, uzun- Extreme
10. Diving 

Qış aylarında

Ski (Zabljak, Kolasin) Qışda turist çoxluğundan, saat 11’dən sonra ski spor alətləri bitir.

8️⃣ci HİSSƏ və son paylaşımım 
✅Montenegro ilə qonşu olan ölkələr və ya digər Balkan ölkələri
⭐️1. Mənim ən çox bəyəndiyim balkan ölkəsi Xorvatiyadan başlayaq . Viza tələb olunur. Ən məşhur şəhərlərindən biri Dubrovnik.
“Game of thrones” serialından sonra turist sayısı 100% artdı və yay turist sıxlığı olan aydır. Şəhəri gəzmək bir və ya yarım gün bəs edər. Rentacar ilə gələnlər DİQQƏTLİ olun, ölkədə maşınlar üçün park pulu çox bahadır.
Dubrovnikə yaxın digər gözəl bir şəhər isə Cavtat şəhəridir.
Vaxtınız olursa, mütləq Xorvatiyanın bir çox şəhərlərini gəzin. Xorvatiya turum haqqında paylaşım etmişəm #seyahat_arzusuuuxorvatiya
⭐️2. BİH (Bosniya)
Mostar körpüsü (memarı türk olub)

Trebinje (yarım gün bəs edər)
Sarayevo (ölkənin paytaxtı və özünüzü Türkiyədə hiss edəcəksiniz )
⭐️3. Makedoniya ????Üsküp (Skopje) ölkənin paytaxtı (bir və ya yarım gün bəs edər)
Ohrid (milvarisi ilə məşhurdur)
⭐️4. Albaniya
Albaniyanın paytaxı, Tirana - mənə görə sıxıcı şəhər, vaxt itkisi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nigar Musazade

 

 

 

 

 

 

DİGƏR BLOQLAR

Fransanın qastronomiya mərkəzi - Lyon

Lyondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bu il iyunFukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getməkplanım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi - nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir "bon jour" deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

810 dəfə oxunub

Sankt-Peterburq, qısaca Piter bələdçisi

Sank-Peterburqdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə!Əgər siz tarix, memarlıq, incəsənət aşiqisinizsə, o zaman mütləq şəkildə ölmədən görüləcək şəhərlərdən biri olan Sankt-Peterburqa baş çəkməlisiniz. Şəhərin haqqında googleda, youtubeda, bloqlarda kifayət qədər məlumat verilib deyə mən mümkün olduğu qədər praktiki məlumatlar verəcəm. Avropaya getməkdən ötrü viza prosedurlarında o qədər pul, vaxt, əsəb xərcləməkdənsə, burdan bura, necə deyərlər əlimizin altındakı Piterlə gəzəyənlik tarixçənizi zənginləşdirə bilərsiniz, nə viza istəyir, nə də çoxlu pul.Buta hava yolları ilə 3 ay əvvəl bileti aldığımıza görə ucuz başa gəldi, gediş-gəliş 241 manat. Butanın saytı fokus-mokus çıxarıb donmasaydı 200 manata da almaq olardı (nəysə). Qalmağa yer üçün gəldikdə Piterin mərkəzində çoxsaylı hostellər var, hostelworld saytından ucuz qiymətə hostellər tapa bilərsiniz. Əsas reytinq balına baxın, rəylərə baxın, locationun tam mərkəzdə olmasına baxın. Bizim qaldığımız hostel çox da əla olmasa da idarə edərdi, 8 gecə üçün 120 azn normaldır məncə.Gəzməli yerlərə gəldikdə, Piterə gedib Ermitaja getməmək günahdır. Mütləq şəkildə 1 gününüzü Ermitaja ayırın, dünya incəsənətinin ən məşhur nümunələri bu möhtəşəm sarayda saxlanılır, bundan başqa Ermitaj həm də çarların yaşayış binası olduğu üçün otaqlardakı möhtəşəmliyə baxdıqca ağlınızı itirəcəksiniz  :D (Ermitaja giriş 700 rubldur)Digər bir gününüzü Peterhof və ya Petrodvorets adlanan yerə ayırın (1-ci və 2-ci şəkillər). Burada Rus çarlarının yay sarayı yerləşir. Sarayın möhtəşəmliyi qarşısında valeh olmamaq mümkün deyil. Rusca bilirsinizsə nə yaxşı, çünki bələdçi xanımlar hər bir otaq haqqında ərtaflı məlumatlar verirlər. Saray daxilində hər bir yarımsaatdan bir qrup halında pulsuz ekskursiyalar olur. Saraydan çıxdıqdan sonra Fin körfəzinə qədər olan böyük parkda gəzib o möhtəşəmliyə bir daha valeh olun. (Saraya giriş 450 rubldur) Bu saraya getməkdən ötrü Avtovo metrosundan çıxıb mini avtobuslara minib 1 saata gedə bilərsiniz.Digər bir gününüzü Çarskoe Selo adlanan yerə ayırın, Bu Piterə təxmini 1 saatlıq məsafədə yerləşən kənddir belə deyək. Yekaterinanın məşhur sarayı bu yerdə yerləşir. (3-cü şəkil). Burada da saray daxilində pulsuz ekskursiyaya qoşulub bələdçi xanımların gözəl izahatı ilə tanış ola bilərsiniz. Burda da sarayın ətrafı böyük bir ərazidə park var, yayda getsəniz böyük gölün ətrafında zövqlə istirahət edə bilərsiniz. (saraya giriş 700 rubldur) Bundan başqa Çarksoe Seloda Yekaterinanın sarayının yanında Puşkinin oxuduğu Litsey binasına da girə bilərsiniz. Şəxsən məni çox təsirləndirmişdi (giriş 150 rubldur). Bu saraya getməkdən ötrü Moskovski metrosundan çıxıb mini avtobuslar ilə 1 saata gedə bilərsiniz.Şəhərin mərkəzində getməli məşhur kilsələr: Kazan Cathedral, Saint İsaac Cathedral, Spas na Krovi adlanan məşhur kilsələrə mütləq baş çəkin. Birinci kilsəyə giriş pulsuz, digər ikisinə giriş 400 rubldur. Saint İsaac kilsəsinə bilet alanda Kolonada deyilən damına çıxmağa da bilet alın. Ordan şəhəri hündürdən müşahidə etmək olur. bütün bu kilsələrə mərkəzdən ayaqla asanlıqla getmək olur.Bundan başqa Piterdə mütləq getməli məkan Grand Maket Rossiya adlı böyük maket muzeyidir. 4 saata ancaq gəzib bitirdiyimiz Rusiyanın bütün bölgələrinin maketidir. Elə möhtəşəm bir məkandır ki, ağzımız açıq qalmışdı. Giriş 480 rubldur. Bu məkan Moskovskiye Vorota adlı metroya yaxın yerləşir.Digər must see yer isə Okeanarium adlı böyük akvariumdur ki, mütləq zövq alacaqsınız.Giriş 600 rubldur. Zveniqorodskaya metrosuna yaxın yerləşir.Əgər dinə bağlı insansınızsa Piterdə çox möhtəşəm məscid də var, ora da baş çəkə bilərsiniz. Biz mərkəzdən ora ayaqla getmişdik deyə hansı metroyla ora getmək olar bilmirəm.Digər getməli yer Petropavlovskaya Krepostdur ki, Ermitajın yanından körpünü keçib ayaqla gedə bilərsiniz. Ayrıca adada yerləşir, bu ada məşhur dovşan heykəlləri ilə məşhurdur.Piterdə nə yeyim, nə içim deyirsinizsə bu barədə korluq çəkməyəcəksiniz. Hər addımda kiçik kafelərdə istər fast food,istər yerli xörəklər, dadlı isti şokoladlar, bitki çayları,blinçiklər, bulkalar yeyə bilərsiniz  :)Metro sistemi çox rahatdır, getməzdən əvvəl googledan Piterin metrosunun sxeminin şəklini telefona yükləyin və rahatlıqla gedə biləcəyiniz yeri tapın. Metroda 1 gediş 45 rubldur. Bundan başqa yandex maps programını mütləq şəkildə yükləyin, çoooox işinizə yarayacaq. Avtobusları da 40 rubldur. Bircə cibgirlərdən muğayat olun, pasport, pul kisəsindən muğayat olun. Qalan elə deyildiyi kimi təhlükəli deyil, ən azından Avropa şəhərlərindən daha təhlükəsizdir.Paylaşdı: Aytən Əliyeva

2904 dəfə oxunub

Dünyanın ən elit xizək məkanı – Courchevel

Courcheveldəki bütün otel, apartament və hostelləri  bu linkdən book (bron) edə bilərsiz.Xizək mövsümünün başlamasına az qalmış dedim xizək kurortu olan Courchevel haqqında yazını sizlərlə paylaşım. Deməli Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Hətta gəzən şayiələrə görə Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyibmiş. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi ???? Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artıq. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.Courchevelə varıf gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır. Amma bu işin bir əmması var ki, hava limanından Courchevelə getmək üçün maşın kiralayacaqsınızsa Lyon qiymətlər ucuz olduğundan daha sərfəli varyant kimi görsənir.Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə xəyalqırıqlığına uğrayıb fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim ????İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.Yemə-içmə məsələsinə gəldikdə burada ayaq saxlayacaqsan ya da əl ???? Bura 1860-cı illərə qədər müstəqil ərazi olub adı isə Savoy (Savoie) bu üzdən buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, Pilatus,  La chabotte, Cap horn və Mercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur, dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında sünii göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmmışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?! ????https://youtu.be/9akAWlQOd8k?t=4Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır amma qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır ????Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır və 175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.https://youtu.be/obL8XsGw4GA Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

712 dəfə oxunub

Mərakeş bələdçisi

Mərakeş səfərim sona çatır sabah. Qrupda praktiki məlumatlar olan post tapmamışdım gəlmədən öncə, ona görə gördüklərimlə bağlı qısa notlar götürmüşdüm burada paylaşmaq üçün əsl qışa dönmədən öncə.Bu post Mərakeşə səyahət etməyə hazırlaşan yaxud səyahət etmək istəyən Backpacker-lər (əsasən SOLO) üçündür (Maroc, Morocco, Fez, Merakesh, Mərakeş).ÜMUMİ PRAKTİKİ MƏLUMATLAR:Sim card - ilk iş, mən Inwi məsləhət görürəm, 50 dirhəmə 11 giga və 1 saat danışıq işi görür əgr telefonu kənara qoyub ölkəni gəzmək istəyirsinizsə.Taxi - həmişə hərəkətdə olan taksiyə əl edin, hər şəhərdə eyni rəngdə taxi maşınları var və qiyməti siz deyin, şəhərdaxili hara gedirsiz gedin 20 dirhəmdən çox olmamalıdır (aeroportları çıxmaqla - bəzən kənarda ola bilir aeroport) və hətta bəzi şəhərlərdə eyni qiymətdi hər yerə (Essaouira 7-8 dirhəm).Scam - küçədə heç kimdən heç nə soruşmayın qəti. Kim də nə desə “la, shokran” yaxud “no, merci” kifayət edir uzaqlaşdırmaq üçün əgər çox gəlsələr. Mağazalarda çalışanlardan soruşa bilərsiniz. Əgər kimsə hiss etsəniz ki yaxşılıq etmək istəyir həqiqətən də, öncədən bildirin ki, ona heç bir pul ödəməyəcəksiniz (mənim başıma neçə dəfə gəldi və mən bunu deyəndə onların hamısı dedilər ki “mənim dilimdə “sağ ol” desən bəs edər”)Haggling - hər yerdə qiymət danışa bilərsiniz rəsmən, milli geyim tipli nələrsə almaq üçün ən yaxşısı dərzi + mağaza olanlardı. Hansılar ki qiymətdə daha flexible’dılar enmək üçün. Bir də, mağazaların bağlanan vaxtı daha çox qiymətdə enirlər kimi hiss etdim.Restaurant - hər qiymətə hər cür restoranlar var, amma ən yaxşısı restorana girmədən öncə review check eləməkdi. Çünki zəhərlənmə yaxud ərzaq keyfiyyəti pis olan restoranlar çoxdu və bunu rəylərdə görə bilərsiniz.Language - bəzi postlarda oxumuşdum Mərakeşdə Fransızca danışmaları ilə bağlı, bura gələndə anladım ki, Fransızca bilməyənlər imiş bunların Fransızca danışa bildiyini düşünənlər. Bizdə rusdan ingilisə olan dəyişim kimi (yaşlı cavan nəsil), bunlarda da fransızdan ingilisə dəyişim gedir. Fransızca yaxşı danışan təbəqə universitetə filan getmiş təbəqədi. Hansı ki siz onları küçələrdə çalışan görməyəcəksiniz, gördüklərinizsə “broken french” danışır və danışdıqları ləhçə isə ərəbcələrinin standard ərəbcədən fərqli olduğu qədər fərqlidi Fransadakı fransızdan. Adi rəqəmləri, bahadır, sağa, sola və axtardığınız şeylərin adlarını fransızca öyrənsəniz elə onlar qədər bilmiş olacaqsınız və kifayət edəcək, belə o səviyyədə onsuz da ingilisi də bilirlər ona görə problem olmamalıdır ümumi.Alcohol - barların bəzilərindən başqa demək olar ki. çox yerdə tapmaq olmur. Carrefour’da satılır amma 20:00’da satışı dayandırırlar əksərən və çox bahadı, hətta Belçika qiymətlərindən belə baha idi :)Hashish - Mərakeş Avropa İttifaqının 70% importunu qarşılayır, bütün keyfiyyətlərdə bütün qiymətlərdə tapa bilərsiniz küçələrdə. Chefchaouen hashishi məşhurdur.Security - bütün ehtimallarda, üzərinizdə sizə anında lazım olacaq məbləğdən çox pul, sənəd ya pul qabı gəzdirməməyi tövsiyə edərəm. Əlinizde telefon gəzməməyi, həmişə arxadan kimsə gəlir ya gəlmir yoxlamağı, axşam tək çıxmamağı (ümumiyyətlə qrup yaxud bir neçə nəfər olanda həmişə daha yaxşıdı) tövsiyə edərdim.Rent a car - etməsəniz daha yaxşı əgər yerli biri yoxdursa sizlə, çünki şirkətlər həmişə nəsə tapır əlavə pul almaq üçün. Maşın sürmək fəlakət kimidir. Yol işarələri filan bir çox şəhərlərdə yox vəziyyətdədir.Transport - biletləri ok qiymətlərə ala bilersiniz. Rəsmi website’larından (aşağı əlavə edirem linkləri - website’lar fransızca yaxud ərəbcədi, amma google chrome istifadə edərək avtomatik tərcümə edə bilərsiniz):Train - sürət və normal qatarlar var (hər yerində yox amma). Şirkətin adi ONCF > https://www.oncf-voyages.maBus - avtobus şirkətləri CTM və Supratours > https://ctm.ma ve https://www.supratours.maVisa - Schengen ölkəsi oturumu olanlara çox rahat, online prosesdir və 1 saata göndərdilər e-visani. Digərləri üçün rəsmi website yoxlayın çünki sadələşdirmə prosesi gedir keçən ildən.ÜMUMİ TƏƏSSÜRATLARIM: Super ölkədir. Gəzməyə, görməyə dəyər. Çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil (Azərbaycandan bahadır ən azı) sözsüz ki, hansı ölkə ilə müqayisə etmənizə bağlıdır.GETDİYİM ŞƏHƏRLƏRLƏ BAĞLI QISA:EssaouiraBeach city, horse riding və surfing məşhurdu dəniz kənarında. Daha təhlükəsizdir digər yerlərə baxanda. Taxi 7-8 dirhəmdir hər yerə. Aeroportdan şəhərə bus da var, taxi də (taxi daha yaxşıdır, çünki bus qarışıqdır). Accommodation: Beach hostel. Gediləcək bar isə Taros ola bilər, canlı musiqi + alcohol + terrace.MarrakechXaotik amma gözəldir. Bahia üçün guide tutsaz əla olar çox öyrənmək üçün. Badi’ni özünüz də ziyarət edə bilərsiniz. Parklara mütləq gedin. YSL fanısızsa onun muzeyinə gedə bilərsiz. Online alın mütləq çünki sıra çox uzundu (combined ticket ile Majorelle ve Berber museum də görə bilərsiniz >https://www.museeyslmarrakech.com). Gueliz ərazisində gəzməyi unutmayın. Taxi üçün hərəkətdə olanları saxladın, 10-20 dirhəm arası gedə bilərsiniz Medina ilə digər yerlərin arasında. Riad Rouge Marrakech mütləq qalmalı olduğunuz yerdir.Sahara tour MerzougaZagora’ya sahara tour adı ilə aparsalar getməyin qəti. Orada qum təpələri filan yoxdur. Merzouga qışda çox soyuqdu axşam, getsəniz bunu nəzərə alın (mənfiyə düşür və isitmə yoxdur heç harda əgər luxury tour almamısınızsa). 1000 dirhəmə satılan turu biz 700’ə almışdıq danışıb, kontaktı var istəsəniz paylaşa bilərəm. Göy üzü filan super görünür (Milky Way daxil).CasablancaBir günlük görmək olar məscidə bir də bir neçə gözəl yerlərinə görə. Lissabona oxşayır biraz (daha dağınıq versiyası).RabatTəmiz, gözəl, az turist olan, aldatma filan halları çox az olan bir şəhərdir. Bir gün keçirtmək olar.ChefchaouenToy öncəsi gözəllik salonundan yenicə çıxmış cliché Azərbaycanlı qıza bənzətdim bu şəhəri. Estetik olaraq çox gözəldi, amma şəhərin ruhu yoxdur. Şəhəri süni olaraq şəkil çəkdirmək üçün yaradıblar sanki. Hər yer bir-birinə oxşayır və mən 3 gün qalsam da çölə çıxmağa çox da həvəsim olmurdu eyni şeyleri görməkdən bezdiyim üçün. Hiking üçün əla trekler var hansi ki ora ile bağlı mavi sözündən sonra ilk ağlıma gələn onlardı. Baraka hosteldə qalmağa dəyər.FezTarixi şəhərdir və keçmiş paytaxt olub. Burada daha çox yemək bişirmək və hamam tipli aktivitələr edə bilərsiniz. Riad Verus və Medina Social Club əla hostellərdir.Daha detallə ümumi məlumatlar istəsəniz planlamaya kömək məqsədilə bu website istifadə edə bilərsiniz: https://worldofwanderlust.comSON SÖZ:Təhlükə və s. ile bağlı olan cəfəngiyyatlara çox da inanmayın. Dünyanın hər yeri təhlükəlidir ehtiyyatlı olmasanız.Gözlərinizin çekdiyini isə heç bir kamera çəkə bilməz. Telefonu kənara qoyub getdiyiniz yerlərdə gözlərinizlə bütün gözəllikləri mütləq çəkin :)Hər fəsil hər yerdə fərqli gözəldir. Deyilənlərə əsasən, Mart, Aprel, Sentyabr və Oktyabr gözəl aylardır Mərakeşə səfər üçün.Bon voyage!

837 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!