145 dəfə oxunub

Monteneqro Turum

Təkrar salamlar,size söz verdiyim kimi Monteneqro turumun ikinci hissəsini sizinlə paylaşmaq istəyirəm.
Elə isə gəlin ən çox verilən suallardan başlayaq.
Dostlar men getməyə bir həftə qalmış uçuş bileti aldigim üçün bir başa tivat uçuşumu tək gediş 600-700 manat arasi almışdım. Deqiq yadımda deyil. Bakıya başqa ölkədən qayıtmışdım. Podgorico ve Tivata bir başa uçuşlar var. Ucuz bilet almaq üçün aylar öncəsindən alın bileti.


En esası podgoricaya getməyə dəyməz. Düzdür paytaxt şəhərdir ancaq vaxt itkisidir. Biz ora getmədik. Ola bilsin Podgoricaya bilet ucuz olacaq o zaman ora uçun ama ordanda maşınla tivata ve ya diger şəhərlərə gedin.
Monteneqroda 2hefte qaldiq. Maşin kirayəsi,6 uçuş ve digər xərclər daxil iki nəfərə teqribi ?000 euro xercimiz çixdi. Ancaq hər şey sizin xerclərinizdən aslıdır. Sizde ise 2-3000 euro ilə də həll etmək olar maşın ve uçuslar daxil 2 hefte




Maşını hardan kirayələmək sərfəlidir?
Dostlar biz tivat səhərinə eniş etdik. Hava limani içərisində bir çox rent a car şirkətləri var ancaq ən məsləhətlisi hava lımanı tərəfdə yerləşən şirkətlərdir. Səbəb odur ki onlarda depozit tələbi yoxdur. Biz günlük 60$-a audi markalı avtomobil kirayələdik.
Harda qalmaq məsləhətlidir?
En məsləhətlisi eger rahatlıq istəyirsinizsə airbnb və hoteldir. Günlük minimum 50$-a evlər var. Biz qaldigimiz evlər avqust ayı oldugu üçün 60-100$ aralığında idi. Lakin ekonomik tur istəsəniz hostellərdədə günü 10-30$ qala bilərsiz. Biz 4 gün hotel( Tivat,Perast),qalan günləri isə apartmant kirayelədik)
Getməyi məsləhət gördüyüm şəhərlər
Biz tivat(liman şəhəri) şəhərine endiyimiz üçün orda 4gün qaldiq. Elə ordanda kruz turu götüre bilərsiz. Bir nəfər 10$ olmalidir.


Daha sonra kotor,perast(en sevdiyim), budva(gözəl çimərlikləri var),herseg-novi,sveti stefan,zablıjak,durmitor ve.s şəhərlərinə gedə bılərsiz. Biz çox şəhərlərində olduq hansi ki turistlik deyil( maşin bizi apardı deyək)
Yeməklər haqqında əvvəlki postumda yazmışam. Keçid edib baxa bilərsiz. Məsləhət görürem ki dəniz məhsullarına üstünlük verəsiniz.
Hansı taksi xidmətindən istifadə edək?
Monteneqroda bolt və uber taksi xidmətləri yoxdur. Bunun əvəzinə özlərinə aid taxi sirkətləri var. Ve ya googldan taksi nomrələri götürüb WhatsApp Vasitəsi ilə də taksi çağıra bilərsiz.
Gecə həyatımız ancaq deniz kenarindaki publar oldu. Çünki getməyə normal klub tapa bilmədik. Normallarıda gece 12 dən sonra açılır . Qarşımıza ən çox açıq havada olan kulublar çıxdı. Onlarında pubdan bir fərqi yox idi mənə görə.( əslində gecə həyatı mənlik deyil,mənimki ancaq təbiət,dağ,dənizdi,sakit ortamlardı).



Belə.. ümüd edirəm ki, suallarınızı etraflı cavablandırdım. Semimi suallarınızı cavablandıracam.
Səyahətlərim haqqında ətraflı məlumatlanmaq istəyirsinizsə instagram səhifəmə nəzər yetirə bilərsiz.
Sizə xoş istirahətlər. Hər zaman gəzməkdə.

@mysticseva_

Paylaşan:

Seva I-va

DİGƏR BLOQLAR

Qızıl sahilindəki adət-ənənələr

Bu Qana ki var - çox mırt ölkədi. Adamın dünyaya gəlməsindən ta rəhmətə getməsinədək nəsə oyun çıxarırlar. Deyəcəm indi.Çox qonaqpərvərdilər. Bizim kimi və daha betər. Qohum-qardaşa dəymək üçün əvvəlcədən xəbərdarlıq etmirlər. Bir dəstə lapdannan axışıb gəlib bir neçə həftəlik, hətta bir neçə aylıq qala bilərlər. Bizdə olur belə şeylər? Qohum-qonşudan uzağam deyə tam xəbərim yoxdu. Hə, deməli, qonaq gəlir və nəbadə əlini cibinə sala. Pəhh! Ev yiyəsi səmimi qəlbdən inciyə bilər. Bütün yemək-içmək-gəzmək xərcləri hamısı qonaq qəbul edənlikdi. Ürəyi soyumur və qonaq artıq evinə qayıdanda yolpulu da verir. Bunu day bilmirəm sevindiyindən nəzir kimi verir, ya bu da içdən gələn bir şeydi.Kimsə rəhmətə gedəndə vur-çatlasının həddi-hüdudu olmur. Bu hay-haray səviyyəsinə görə heç də toy mərasimindən geri qalmır. Rəhmətə gedənin ailəsi eksklüziv həşirə düşür: televiziyada, qəzetlərdə elan verir, rəhmətliyin çöhrəsi həkk olunmuş suvenirlər hazırlayır, ağlaşmaCELL-in ən ləyaxlı nümayəndəsini dəvət edir, yer tutur, DJ axtarıb tapır, öz qarderoblarını düz-qoş edirlər (Qanada yas geyimi qırmızı-qara rəngdə olur). Rəhmətliyi son mənzilə yola salmaq üçün bəzən yad adamlar da axışıb gəlir və hamısı da əlidolu. Dəfn mərasimindən sonra hamı yeyir, içir, şənlənir ki, rəhmətliyə düşdüyü yerdə xoş olsun. Elə dəfn mərasimində çiyinlərində tabut rəqs edənlər də bunu deyir.Ailədə nə qədər çox uşaq olarsa - bir o qədər baş ucalığıdır. 10-cu uşaqdan sonra onun atasına qoyun hədiyyə edilir. İkibaşlı don geydirməyin. Xoş niyyətlə hədiyyə olunur, nəyəsə işarə kimi yox. Qanada uşaqlar ana xəttiylə zad olur (İsraildəki kimi), ona görə də hədiyyə nəslin artırılmasına sədaqətlə xidmət edib əziyyət çəkən atalarına düşür.Sıravi ailədə 4-5 uşaq norma sayılır. Evlənəndən 1-2 il sonra uşaqdan səs-səmir yoxdursa bütün nəsil kilsəyə dua etməyə üz tutur. Bəli, mən sizinlə razıyam: bizdən ibrət götürüb 9 aydan sonra həşir qaldırmaqları daha məqsədəmüvafiqdir.Sup və tərəvəz salatı yemirlər. Soussuz yeməklərsə onlara ümumiyyətlə çatmır. Yerli mətbəxlərində desert yoxdur. Ən möhtəşəm delikatesləri də bol ədviyyatla səpilmiş və qəşəngcə qızardılmış qamış siçovuludur.3-4 saata nahardı. Nuş olsun.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

866 dəfə oxunub

Motsartın vətəni – Vyana bələdçisi

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay qabaq. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.lk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz.Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər, ona görə də ehtiyat igidin yaraşığıdır ????Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yollarının saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləqMacarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım, buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Waysşirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.Vyanada nə yeməli? sualının cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən dönmək olmaz. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostel, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edir. Sarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya MuseumsQuartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Muzey rayonundan çıxıb Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınızParlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathausçıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu bgörülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq ???? Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim və aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh  

3464 dəfə oxunub

Kiyev səfəri

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. İstədim 6 günlük Kiyev səfərim haqqında bəzi təəssuratlarımı paylaşım. Orda heç olmayanlar üçün bəlkə faydalı ola bilər. Uzun alınsa öncədən əhvinizə sığınıram.  :) Norveçə viza imtinası aldıqdan sonra bir az məyus oldum amma sonra fikirləşdim ki, bayram günlərini boşuna verməyim. Bayrama 9 gün qalmış bilet sifariş etdim. Onu deyim ki, Buta-da 10 gün öncədən artıq bayram tarixlərinə yer yox idi. Skyscanner-lə scan elədim gördüm ki, Kiyevə Heydər Əliyev hava limanından ən ucuz bilet (gediş-gəliş) 735 AZN-dir. Tbilisi beynəlxalq hava limanından isə 354 AZN. Azal sağ olsun. Qərara gəldim burdan Qırmızı Körpüyə kimi gedim (12 AZN), ordan da balaca minibuslar olur, bir neçə sərnişin yığıb birbaşa hava limanına aparır. Elə oldu ki, 2 nəfər olduq, hərəmiz 25 lari verdik və sərhəddən birbaşa hava limanına getdik (15 AZN).Kiyevdə 2 aeroport var, bildiyiniz kimi. Biri Borispol (əsası- ancaq şəhərdən uzaq) və Juliana (şəhərə bir qədər yaxın). Hava limanına daxil olarkən ilk olaraq "yeriyən exchang"-lər səni qarşılayır və dəfələrlə ucuz qiymətə valyuta dəyişməyi təklif edirlər. Qətiyyən etməyin.  Məlumat mərkəzindən rəsmi exchange-lərin yerini öyrənib, orda bir qədər valyuta dəyişə bilərsiz. Şəhərə getmək üçün taksi götürə bilərsiz. Amma onlar 2-3 qat baha qiymətlər deyəcək. Hava limanından çıxan kimi Skybus deyilən avtobuslar var. 100 (6 AZN) griven verirsən səni aparır dəmiryol vağzalına. Sizə deyim ki, Kiyevdə gediş haqqı bizdən 2 dəfə çoxdur (metro və avtobus) 8 griven (50 qəpik). Təbii ki, benzinə görədir. Dəmir yol vağzalının yanında Vogzalnı adlı metro stansiyası var. Ordan mərkəzə gedə bilərsiz. Ukraynada hələ də yaşıl rəngli jetonlar qalıb. Təbii ki, kartlar da var. Yəni turist kimi jeton almaq daha əlverişlidir məncə.Biraz şəhər haqqında. Şəhəri Dnepr çayı iki yerə bölür. Sağ və sol sahil. Sağ sahil mərkəz və daha çox iş mərkəzidir. Sol sahil daha çox yaşayış kompleksləridir. Şəhərdə çoxlu Soborlar (dini məbədlər) var. Vladimir, Uspenski, Sofiya soborları əsaslarıdır. Əsas görüləsi yerlər də məhz onlardı. (Tarixilik nöqtəyi nəzərdən.) Kiyevə getmisinizsə mütləq Kiyev Lavrasına dəyin. Əgər təbii ki, sizə maraqlıdırsa. Dnepr çayının sahili də gözəldi. Müxtəlif tədbirlər keçirilir. Şəhərdə bu günlərdə müxtəlif sərgilər keçirilirdi. Köhnə arxitektur tikililər çoxdur. Əsas küçəsi, yəni oranın targovusu- Kreshatikdir. Müxtəlif klublar da var hardaki tematik party-lər keçirilir. Facebook-da öncədən event-ləri axtarıb tapmaq olar.Qalmaq məsələsinə gəldikdə həm otellər çoxdur, həm də hostellər. Amma mən mərkəzdə mənzilə üstünlük verdim. OLX saytından bir elan tapdım. Mənzilin sahibi təklif etdi ki, Airbnb üzərindən danışaq. Eyni mənzili airbnb-də bron etdim. Həm də orda feedback-ləri oxumaq imkanı yarandı. Əslində elə airbnb-dan bron etmək məqsədə uyğundur. Mərkəzi məhəllədə -Lesi Ukrainka bulvarı adlanan yerdə günü 650 qrivenə (40  AZN, 6 gün 40*6=240 AZN) bütün şəraiti ilə mənzil bron etdim. Mətbəxi xoşuma gəldi.Puzataya xata deyilən self service restoranlar şəbəkəsi var. Orda məsələn bir çox Ukrayna təamlarının dadına baxmaq olar. Qiymətlər normaldır yemək barəsində. Taksi xidmətləri çoxdur və ona görə də rəqabət mühitində qiymətlər yaxşıdır. Əsasları Uber və UKlon (şəhər içi sərfəlidir). Bunlar application əsaslı taksi xidmətləridir. Başqaları da var (qısa nömrəli). Sadəcə Uber gərək Ukrayna nömrəsinə bağlı ola. Mən Vodafon aldım. Bütün sərfəli tarifləri ilə mənə 13 grivenə (8 AZN) başa gəldi. Roaming də edə bilərsiz öncədən amma mən də çox pis işləyirdi xüsusəndə internet. İnsanları (təbii ki, hər kəs ayrıca bir fərddir) ümumilikdə xoş (friendly) təəssurat bağışlayır. Nəsə soruşanda deyirlər, kömək edirlər. Xidmət sahəsinin işçiləri də nəzakətlidirlər.Qimətlər haqqında yazdıqlarımdan savayı onu deyə bilərəm ki, ixrac olunan məhsullar ucuz deyil hətta bəzi məqamlarda bizdən bahadır. Məsələn Collins dükanında sadə futbolka 25 AZN-dir. Halbuki bizdə 15 AZN almaq olar. Xidmət sahələri və yerli məhsullar əksinə ucuzdur bizdən. İnsanlar sosial iqtisadi vəziyyətdən narazıdırlar. Və ayın 31-də olacaq seçkilərə hazırlaşırlar.Sonda bir-iki cümlə də məşhur Ukrayna xanımları haqqında deyim. Onu müşahidə etdim ki, mərkəzdə gözə dəyən xanımlar, xüsusən də gənc xanımlar bizdəki kimi "vahid gözəllik şablonları"na tərəf gedirlər. Ona görə də ümumi mənzərə inqubator effektini xatırladır. Bir qədər kənar şəhərlərdə vəziyyət başqadır. Ümumilikdə fərq sadəcə davranışlar sistemindədir bu da ki, normaldır, hər cəmiyyətin özünə məxsusluğu var. Sonda olduğum yerlərdən bir neçə şəkil yükləyəcəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shaig Samadov

1186 dəfə oxunub

Avropanın Qüdsü - Sarayevo

Sarajevo, Bosnia və Hersoqovina (Mənim 3-cü ana vətənim) Gürcüstandan sonra demək olar ki, ən çox sevdiyim ölkə Bosniyadır.  İki dinin bir-birinə gözəl şəkildə qarışmış olduğu bir ölkə görmək istəyirsinizsə, mütləq bura gəlin. Bosniyaya gələn zaman nə etməlisiz? Hava limanından taksi adətən 30 KM-ə mərkəzə gətirir, amma qırmızı taksiləri sifariş verəndə cəmi 15 Markdır. )"Old Town"-ı tam şəkildə gəzdiyinizdən əmin olun. Bahalı restoranlara getmək burda maraqlı deyil. Küçədə olan kiçik kafelərdə oturub Bosnia kofesi içməyin ləzzəti başqadır. Bosnia kofesini necə içməlisiz? 1) Qaşığı cəzvənin içinə salaraq tam hal alana qədər qarışdırın sonra balaca stəkana süzün. Stəkanın yanında olan qəndin bir hissəsini kofeyə batıraraq dişləyin və daha sonra kofeni için! Başqa formada içsəz, Bosniyalıların kofe mədəniyyətini təhqir etmiş olacaqsız  Sarajevonu gəzdikdən sonra qatarla Mostara gedin. Vağzal mərkəzdən 10 dəqiqə kənardadı. Ümumiyyətlə, bu şəhərdə transporta ehtiyac yoxdu. Hər yerə ayaqla gedə bilərsiz.Gediş-gəliş bileti qatar üçün 20 Marka yaxındır. Qatar səhər saat 7-də çıxır, 10-da Mostara çatır. Geri dönüş də saat 5-dədir. )Mostarı kəşf etmək üçün 3 saat bəsdi) Ona görə də, orda olan müharibə muzeyinə gedin, körpünün ətrafını gəzin.Mostarı bitirdikdən sonra taksi ilə Buna-Balagaj-ı mütləq siyahınıza salın. Ordakı Dərviş evinə girib mağaraya daha yaxından baxmaq şansınız olacaq)Blagaj-da mütləq balıq yeyin! Orada yeyəcəyiniz balığı heç yerdə tapmayacaqsız.Ümumilikdə, Sarajevoda tramvayın qiyməti 1.50 Markdır. Tramvaya daxil olanda sürücüyə pulu verərək bilet alacaqsız, sonra o kartı ordakı aparata salmalısız. Əgər, nəzarətçilər sizin biletsiz olduğunuzu görsələr, 50 Mark cərimələyəcəklər.Çim-çim etmək istəsəz, gərək bir az pul xərcləyəsiz))) NEUM-a gedərək Adriatik dənizində üzə bilərsiz. Amma ora getmək+qalmaq və s . baha başa oturur deyə, Sarajevoda swimming pool-a getmək daha ucuz gəlir. 7 Mark!!!Prinsipcə, soyuq suyu sevirsinizsə, Mostarda olan ərəfə çayda da çimə bilərsiz)Cable-Car -a mütləq gedin! Sarajevonu yuxarıdan izləmək başqa maraqlıdır. Bir nəfər üçün gediş-gəliş 20 Markdır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Natiqqizi‎

2224 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!