150 dəfə oxunub

Montenegero: Kotora Səyahət

Gəlin sizlə qəşəng Montenegronun çox əntiqə Kotor şəhərindən bir iki kəlimə təcrübə bölüşüm
Kotorda mütləq ediləcəklər
Kotora getmisizsə mütləq Adriatik dənizində çoxlu üzüb, günəşlənməli və dəniz aktivitelərindən istifadə etməlisiz
Adriatikin Kotor sahilləri təmiz ama nisbətən daşlıdı ona görə gedəndə uyğun dəniz ayaqqabısı aparın özünüzlə.
Dənizsahili çox qəşəng restoranlar var, dənizə qarşı günbatımında balıq supu və balıq steak mütləq dadmalısız Bunun üçün Dobrota qəsəbəsini seçsəz peşman olmazsız
Mütləq gəmi turu götürün, turun qiyməti bir nəfər üçün 30 euro müddəti isə 3-3,5 saat olur.
Gəmi turuna daxildir:
Our lady of rocks-Dənizin ortasında adadır içərisində qədim kilsə yerləşir.


Perast
Mamula adası-həbsxana kimi istifadə olunub.
Blue Cave- mavi sularda 15 metr dərinlikdə 30-40 dəq üzmək üzə bilmirsizsə sizə jilet verirlər və su çox duzlu olduğunda batmırsız
Submarine Cave- ordunun gizlənməsi üçün istifadə olunub.


Adrenalin sevirsizsə qəşəng musiqi sədaları altında yüksək sürətlə gedən gəmidə oynamağa cəhd sizi lap çox xoşbəxt edəcək
Kotor şəhər mərkəzində gəziləcək yerlər;
Kotor old town
Cathedral of Saint Tryphon
Clock Tower
Church of Saint Nicholas
Castle of San Giovanni


The Old City Walls and Bastions
Kotor Cats Museum
Kotor Bazaar
Boka (Bay of Kotor)
Church of St.Luke
Piazza of the Arms
Restoranlar
Konoba Portun
Pescaria Dekaderon
Cesarica
Tanjga


Kotor ölmədən mütləq görüləsi və dənizində üzüləsi şəhərdi, mütləq gedin. Sualiniz varsa yaza bilərsiz, daha çox insan postdakı informasiyadan xəbərdar olub, gəzib xoşbəxt olsun deyə paylaşa bilərsiz

Daha ətraflı məlumatları və şəkilləri instagram (https://instagram.com/hilalabdullayeva?utm_medium=copy_link) hesabımdan izləyə bilərsiz

DİGƏR BLOQLAR

Everest Baza Kampına səyahət

Everest regionundakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#arzularinizindalincagedin Everest baza kampına səyahətimi artıq bir il idi ki, gözləyirdim, planlayırdım, psixoloji və hardasa fiziki də özümü bu səyahətə hazırlayırdım. Aylar keçdi, məqam yetişdi, mən də yola düşdüm. Bu tərəflərə ilk səyahətimdir.Bu trekkinqin hazırkı və məşhur yolu ilə bir dəfəlik təyyarə ilə 2860m yükəkliyə qalxmağı deyil, aşağılardan kəndləri görə-görə yuxarı qalxmaq qərarına gəldim. Bu həm də fiziki cəhətdən bədənimi daha yuxarılara yaxşı öyrəşdircəkdi. Belə də oldu. Ancaq tekkinqimin ilk günündə bel çantamdan və təbii ki, aşağı-yuxarı çıxıb-düşmələrdən bir təhər olmuşdum. Ancaq 2-3 gündən sonra hər şey keçib getdi. Bu tekkinqlə növbəti dəfə özümü, fiziki və psixoloji gücümü yoxlamaq istəyirdim - hara qədər gedə bilərəm, hara qədər dözə bilərəm deyə...Gözlədiyimdən də çox uzun getdim. Namche Bazaar-a gedən yolda (3440m) bir şəxslə tanış oldum. Vladimir Starov, Krasnoyarskdan dostları ilə gəlib, sən demə idman ustası imiş, belə trekkinqləri bir nəfəsə su kimi içir. Mənə trekkinq planlarını göstərdilər, mən də böyük bir səhv edib, razılaşdım. Niyə səhv? Çünki onların The Three Passes (üç pereval) keçib daha sonra Kala Pattar və Everest baza kampına gedib trekkinqi bitirmək istəyirdilər. Bu 3 pereval isə çox çətin gediləsi yoldur. Ən azı mənim üçün, çünki mən buna fiziki hazır deyildim. Özü də qarlı-boranlı bir havada, gidsiz və portersiz (yəni çantamı özüm daşıyırdım) və ayaq barmağımda problem ola-ola...Uzun sözün qısası ilk pereval Renjo La Pass 5360, ikinci Cho La Pass pereval 5420 m, bu ikisinin arasında Gokyo Ri 5357m və Everest baza kampına 5360m gedib çıxdım. Üçüncü perevala yalnız Vladimir özü getdi, qurpda isə mənimlə birgə 6 nəfər idik. Kala Pattara isə qalxmadım, qar yağdığından Everesti və digər pikləri görməyəcəkdim, ona görə ora boşuna qalxmağın mənası yox idi mənimçün və təbii ki, çox yorğun idim.19-20 gün çəkən trekkinqdə 7-8 gün 4000m-dən yuxarıda gecələdik. Amma heç bir yüksəklik və ya dağ xəstəliyi yaşamadım :) Məhz elə buna görə trekkinqin klassik üsulunu seçmişdim. Ancaq bütün yol boyu deyim ki, heç bir lodge-da istilik sistemi yox idi. Bütün gecelər də ən azı 0-a yaxın olur. Sümüklərimə qədər buzladım. Zato aşağı enəndə istinin, duşun qədir-qiyməti daha yaxşı bilinir))Bol-bol səyahət edin, qəşəng şeylər öyrənin özünüz haqda Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

934 dəfə oxunub

Maraqlı, məzəli heykəllər şəhəri – Bratislava

Bratislavadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bratsilavanı görmək arzum Polşadan gələndən sonra baş qaldırmışdı. Nə əlaqə deyəcəksiz? Polşadan, lap dəqiq desən Krakovdan Budapeştdə qayıdanda, avtobusla qayıtmışdım və yolun böyük bir hissəsi Slovakiya ərazisindən keçirdi. Slovakiya ərazisindən keçən 3-4 saatlıq yolda Slovakiyanın təbiətinə sadəcə heyran qalmışdım. Beləcə Slovakiyanın möhtəşəm təbiətini gördükdən sonra, Bratislavanın da Budapeştə yaxın olması faktını nəzərə alıb, Rəhman Əfəndi ilə (blogdakı Roma yazısının müəllifi ???? ) qərara gəldik ki, bir Bratislavaya baş çəkək. İnternetdəki kiçik araşdırmalardan sonra gördük ki, Bratislava elə də böyük şəhər deyil, əhalisinin sayı da yarım milyondan azdır. Beləcə, forumlardakı fikirlərdən qərara gəldik ki, Bratislavaya bir günlük səyahət təşkil edək. Səhər qatarla çıxıb, axşam tərəfi də geri dönək.Və beləcə 2015-ci ilin bu günlərində sendiviçimizi, suyumuzu və meyvəmizi çantamıza qoyub, Budapeştin Keleti dəmir yolu stasiyasından qatarla Bratislavaya doğru yola düşdük. Təxminən 2.5 saat sonra artıq Slovakiyanın paytaxtı Bratislavadaydıq. Bratislava yerləşməsinə görə çox əlverişli məkandadır. Belə ki, Bratislavadan qatarla Praqaya 4 saata, Budapeştdə 2.5 saata və Vyanaya isə cəmi 1 saata çata bilərsiniz. Bir maraqlı faktı da qeyd edim ki, Vyana və Bratislava dünyadakı ən yaxın 2 paytaxt şəhəridirlər. Aralarındakı məsafə təxminən 65-70 kmdir. Bu 3 qonşu şəhərə gələnlər, 1 günlərini (6-8 saatlarını) ayırıb Bratislavanı doya-doya gəzə bilərlər.Bratislava haqqında fikirlər heç də bir mənalı deyil. Ölmədən bu şəhəri görün deyənlər də var, bu şəhəri görmədən ölün deyənlər də ???? Mən açığı sevdim Bratislavanı. Kiçik amma bir o qədər də şirin şəhərdir. Kiçik və rəngarəng Old Townu, məzəli heykəlləri, xudmani, arxaya söykənib kofeçay içilə bilən, ingilislər demiş “cozy” kafeləri və dondurmaları ilə, məni gəldiyimə peşman etmədi Bratislava.Deməli səhər saat 10 kimi, hardasa çatdıq Bratislavanın dəmir yolu vağzalına və öyrəndik ki, şəhər mərkəzi elə də uzaq deyil, başladıq mərkəzə piyada yeriməyə. Yol üstü bir neçə parkın yanından keçəndən sonra gəldik çıxdıq əvvəlki adı Grassalkovich sarayı olan, Prezident sarayına. İnşası 1760-ci ildə bitən bina, hazırda Slovakiyanın Prezident sarayı kimi fəaliyyət göstərir. Bina Barok musiqi həyatını Pressburqdakı (Bratislavanın Avstriya-Macarıstan imperiyası dövründəki adı) mərkəzi olub. Məşhur bəstəkar Jozef Haydn bir çox əsərlərini məhz bu binada premyeraya qoyub. Sarayın arxasında fransız bağları var, giriş sərbəstdir, əlinizi-qolunuzu sallayaraq fransız bağlarına girə bilərsiniz. Biz də geri dönüşdə səhv etmirəmsə Rəhmanla bu bağda sendviç yeyə-yeyə pivələmişdik ????Sarayın yanından İçəri şəhərə doğru irəliləyib, çatmışdıq taa Old Townun mərkəzindəki, Hlavni Namestie adlanan mərkəzi meydana. Meydan demək olar, bütün mərkəzi Avropa şəhərlərində olan meydanların bir oxşarıdır və eynilə digər şəhərlərdəki kimi tarixiliyini qoruyub saxlayıb. Və əlbəttə ki, keçmiş Avstriya-Macarıstan imperiyasının ərazisi olması ilk baxışdanca özünü hiss elətdirir. Demək olar bütün binalar o dövrün memarlıq üslubu ilə tikilib.Old Townu yeni şəhərlə St. Michael’s qapısı ayırır. Bu qapı əsl nağıllardakı sehrli güzgüyə bənzəyir. Qapıdan kənəra çıxınca sovetlərin təsirindən bozarmış yeni Bratislavanı görmək olar. Qapıdan digər tərəfdə isə, şirin, rəngli bir içəri şəhər sizi gözləyir. Məncə heç o nağıldan ayrılmamaq üçün bu qapıdan çölə çıxmayın ????Bratislavadan ən yadıma qalan isə Müqəddəs Elizabet kilsəsi (St. Elizabeth church) oldu və ya digər adıyla Mavi Kilsə. Açığı demək olar ki, yeni şəhərlərə gedərkən mütləq ordakı bir neçə kilsəyə baş çəkirəm amma heç zaman beləsiylə qarşılaşmamışdım. Kiləs tamamilə mavi və ağ rənglərin ahəngiylə dekorasiya olunub və marçipandan hazırlanmış torta bənzəyir. Hətta gedib əlimlə kilsəni yoxladım ki, bəlkə doğrudan bizim Sumqayıtdakı 50 metrlik tortlar kimi bu da marçipan kilsə tortdur, yoxlayandan sonra gördüm ki, əsl kilsə imiş ???? Kilsə o qədər şirindir ki, deyərdim, məhz elə bu kilsəni görmək üçün də getmək olar Bratislavaya ????Bundan başqa şəhərdə bir neçə yeni və köhnə körpü var, onlara baş çəkmək olar və əlbəttə ki, uzaqdan uçan naməlum obyektə bənzəyən UFO restoran-observatoriyaya. Dunay çayını üzərindəki körpülərdən birinin sonunda yerləşən bu UFO həm restoran, həm də observatoriya kimi fəaliyyət göstərir. Liftlə yuxarı çıxıb bütün Bratislavanı izləyə bilərsiniz.Bratislavanı izləyə biləcəyiniz digər yer isə Bratislava qəsridir. Qəsr Karpat dağlarının sonlarında olan qayalardan birinin üzərində yerləşir, ona görə də ora çıxmaq istəyənlərin ayaqlarına qüvvət ????. Qəsrdən bütövlükdə Bratislavanı seyr edə bilərsiniz. Açıq-aydın havalarda isə Vyana və Macarıstanın bəzi hissələrini gözlə görək olar. Qəsrin içində Slovakia Milli Muzeyi yerləşir. Qiymətini xatırlamıram amma Slovakiya reallığını nəzərə alanda elə də baha olmamalıdır. Təbii bir Ermitaj və ya Viktoria və Albert deyil, amma hər halda Slovakiya tarixiylə tanış olmaq üçün baş çəkmək olar.İndi isə gəldik çatdıq Bratislavanın heykəllərinə. Açığı başqa hansısa bir şəhərdə bu qədər maraqlı, məzəli və çox sayda heykəl gördüyümü xatırlamıram, ona görə də Bratislava mən heykəllər şəhəri deyərdim.Bratislava və heykəl sözünü bir araya gətirsək, çox güman ki, ağlımıza gələn ilk şey məşhur kanalizasiya borusundan baxan Cumil heykəli olar. Rəvayətə görə bu Cumil məllim fasilədə yuxarı hava almağa çıxmış kanalizasiya işçisidir ya da ki, küçədən keçən qadınların ətəyinin altına baxan şorgöz. Orasını mən də dəqiq bilmədim, hər halda siz gedib, görüb qərar verərsiniz.Şəhərdə Cumildən başqa, Napaleon ordusu əsgərinin, Bratislavaya şənlik gətirən, küçədən keçənləri şapkasını çıxararaq salamlayan, qadınlara “sizin əlinizdən öpürəm” deyən Schöner Nacinin, Hans Xristian Andersenin, paparazzinin və s. heykəllərini görmək olar.Bratislava haqqında bu qədər. Yazının uzunluğu, elə şəhərin böyüklüyü ilə mütənasib oldu bu dəfə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1320 dəfə oxunub

Berlin, Paris, Budapeşt - Avropa Bələdçisi

Salam dostlar.Bu marşturumuz 3 Avropa şəhəri - Berlin, Paris, Budapeşt idi.Istəyirəm Paris haqqında təəssüratlarımı sizinlə bölüşüm.1. İlk öncə onu demək istərdimki Parisə gedən əksər tanışlarımdan “çox çirkli şəhərdir” cümləsini eşitmişdim, amma yalnış olduğunu gördüm. Gəzdiyim bütün yerlər tər-təmiz idi. Bəlkə də high turizm sezonu vaxtında çirkli olur, deyə bilmərəm, amma mən çox təmiz gördüm şəhəri.2. ⁠Şəhər insanı özünə heyran edir, arxitekturası çox gözəldir. Sanki şəhəri eyni menar işləyib və ya eyni rəssam çəkib. Möhtəşəm hisslərlə ayrıldıq şəhərdən.3. ⁠Bahlı şəhərdir bəli, amma digər Avropa şəhərləri ilə müqaisədə o qədər də baha deyil. Münasib qiymətə dadlı restoran, dadlı şirniyyatlar yeyəcəyiniz kafelər tapa bilərsiniz. Bu şəhərdə xərclədiyimiz hər qəpiyə artıqlaması ilə dəyir(“Champs-Elysees”ə yaxın bir yerdə çox ləzzətli ördək əti və soğan supu dadacağınız münasib qiymətli restoran adı bölüşmək istərdim sizinlə -“Paris Follie’s”.4. ⁠Çalışın vaxtınız varsa ictimai nəqliyyatdan az istifadə edin və şəhərin görməli yerlərini ayaqla qarış-qarış gəzin. İnsan həqiqətən də zövq alır. Çox önəmli nüans isə Səyahətə kiminlə çıxmağınızdı. Sonuncu dəfə Romaya dostlarla gedəndən sonra “bundan sonra həyat yoldaşımdan başqa heç kəslə Biləcəridən o terəfə gedən deyiləm” qərarı ən doğru qərarım olub. Hərkəsə bol səyahət arzu edirəm. Sizə məsləhətim bu gözəl şəhərdə siz də olmamısınızsa mütləq gedin.Hələlik!Paylaşan Aysel Quliyeva

342 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Roma

Romadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz."#Italiya haqqında çox şey yazılıb amma mən də deyim". Belə başa düşürəm ki, bu cümləni mütləq hər İtaliya postuna əlavə etmək lazımdı deyə mən də geri qalmıyım dedim ???? Fikirləşirəm ki, hamı hər şeyi gözəl bilir #Roma haqqında. Qısa olaraq istifadəetdiyimiz #tips ləri qeyd edim bəlkə kiməsə lazım olar ????İnformasiya dəstəyi üçün italy4.me ve blogoitaliano.com saytları ????????Aeroportdan transfer ru.rome4.us - Sergio ???? super sistem qurublar, rus dilində danışırlar, necə lazımdı qarşılıyırlar + daha ucuza - 50€ - 7 nəfərə qədər minivan gəlmişdi dalımızca.Qaldığımız yer - Relais Baroque - Duz piazza del Popolonin yanında, şəhərin istənilən yerinə gəzə-gəzə getmək şansı. Plus ev yiyəsi super idi. Çalışanlar arasında ukrainka bir də türk var idi sağ olsunlar necə lazımdı qarşıladılar ve kömək elədilər. Ucuz qiymətə, təmiz və gülərüz personalı olan yer axtarırsızsa вам сюда.Yemək ???? - bizə ən çətin olan məsələ bu idi. Heç kim tam məsləhət verə bilmədi yer və bir neçə oturduğumuz restoran da orta səviyyədə idi. Taaa kiii Trastevereyə gedənə qədər ❤️ mərkəzi meydandan girən kimi sol tərəfdə Caramella deyə bir cafe var ???? yeni hələ belə dadlı pizza mən yeməmişdim. Və elə Trasteveredə də yenə canlı musiqi olan kafelər var ki, axşam orda da əylənmək olur. Bir sözlə #mustsee yerlər sırasına Trastevere əlavə olunmalıdı.Bir də əvvəlcədən oxuduğum forumlardakı bəzi #tips ləri də yazım:#Vatican - a gedib də Müqəddəs Pyotr Kilsəsinin купол qalxmamaq olmaz. Və bütün gününüzü sırada dayanmamaq üçün səhər 7:45 də orda olmağınız məsləhətdi. Cəmisi 5 dəqiqə sırada dayanırsız amma ora çıxan ilk ziyarətçilərdən biri olursuz. Roma da bir çox şey məni wow eləməyə vadar etdi amma ordan açılan mənzərə #nocomment #onelove ❤️ 500 dən çox pilləkən qalxmaqdan və dar yerlərdən qorxmursuzsa mütləq mütləq mütləq gedin.Plus Vatican Muzeylərini gəzmək üçün sırada dayanmadan əvvəlcədən bilet almağı məsləhət gördülər mənə və nə yaxşı ki, qulaq asdım. O ki millət 100-500 metrəlik sırada durub amma sən əlində biletinle zor-zor keçirsən yanlarında və sırada dayanmadan səni içəri buraxırlar eee. Bu başqa hissdi)https://italy4.me/…/vati…/kupit-bilety-v-muzei-vatikana.html burda necə bileti almaq olar deyə məqalə var.Bir də Trevi fontanı və Spanish Steps hamı bilir möhtəşəm bir yerlərdi amma özünüzə bir balaca eziyyət verin və səhər 7-de Romanı gəzməyə çıxın. Turistlərlə dolu olan yerləri insanlarsız görmək çox super hissdi. Yəni şəhərin ruhunu ancaq onda hiss edə bilərsən məncə ????4 gün Roma üçün çox az oldu amma neyniyək davam eləməliyik gəzməyi)Daha 4 gün #Florence gəzirik burda maraqlı nəsə tapsaq mütləq paylaşaram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suriya Alizade‎

1305 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!