114 dəfə oxunub

Mərakeşdə 5 Günlük Səfər

Yaxın oturun, sizə Mərakeşdə keçirdiyim 5 günlük səfərimdən danışım.
Mərakeş səfərim Ryanair ilə Barcelonadan Rabata uçmaqla başladı. Vaxt məhdud olduğu üçün daha cənuba, Marrakesh, Casablanca, ve Saharaya getməyi növbəti səfərə saxladım. Bu dəfə əsas diqqətimi Rabat, Fes və Chefchaouen şəhərlərinə yönəltdim.
Rabat hava limanından şəhərə ALSA avtobusu işləyir — qiymət 25 dirham, və kartla ödəniş mümkündür. Rahat və səliqəli idi.
Valyuta məzənnəsi: 1 avro ≈ 10 dirham.
Vacib qeyd: Mərakeşdə kart sistemi geniş yayılmayıb. Mütləq nağd pul aparın.
Mərakeşin paytaxtı Rabat məni xoş təəccübləndirdi. İnsanlar mehriban və rahat, şəhər isə səliqəli və sakit.
Kasbah des Oudaias-da mavi və ağ rənglərin harmoniyası, okean mənzərəsi və
Andalusiya bağı — hamısı bir araya gəlib ruhu dincəldir.
Medina (köhnə şəhər) – sadə, azad, turist təzyiqindən uzaq. Mərakeşdə həyat medinalarda döyünür. Medina sadəcə bazar deyil — keçmişlə bu günün iç-içə keçdiyi bir həyat fəlsəfəsidir.
Hər medinanın öz “temperamenti” var:
Rabat – səliqəli və rahat
Fes – dolğun və xaotik
Chefchaouen – sakit və estetik
Rabatdan Fesə qatarla gedə bilərsiniz. Təxminən 3 saat çəkir səfər. 1st class bilet 170 dirhamdir, kondisinerli, bağlı kabində gedirsiniz. Bileti onlayn və ya vağzaldan ala bilərsiniz.
Fes Mərakeşin ən qədim və ən mistik şəhərlərindən biridir. Burada yerləşən Al-Qarawiyyin Universiteti — 859-cu ildə qurulub və dünyanın ən qədim fəaliyyət göstərən universitetidir. Qadın alim Fatima al-Fihri tərəfindən təsis edilib.
Fesdə nələri görmək lazımdır?
Fes el-Bali medinası – 10,000-dən çox dar küçə, scooter belə girə bilmir. GPS işləmir, azmaq normaldır. Yaxşı olar ki gidlə gəzəsiniz bu bazarı, gidi tapmağa ehtiyac qalmır, özləri tapır. Qiyməti mütləq əvvəldən danışın, ya da GetYourGuide appindən də book eləyə bilərsiniz. Mən 3 saat üçün 150 dirhama razılaşdım, axırda 200 istəyirdi, bir az narazılıqdan sonra daışdığımız qiymətdə razılaşdıq. Ümumiyyətlə Mərakeşdə özünüze turist kimi aparmayın, bir az “bazar adamı” mooduna girin, içinizdəki azərbaycanlını sərbəst buraxın.
Chouara dəridüzləmə sexi – göy, sarı və qırmızı rənglərdə dəri boyama prosesi. Çox təsir edicidir, amma baxmaq üçün dəridən əşya satan dükanlara girib tip vermək və ya nəsə almaq lazım olur. Burdakı qoxuya özünüzü mənəvi olaraq hazırlayın. Dərini təmizləmək üçün ekoloji göyərçin poxundan istifadə edirlər deyə hər yer pox iylənir, siz də məni bağışlayın. Turistlərə girişdə nanə verirlər iyləmək üçün.
Feslə bağlı vacib qeydlər:
-Hər yardım təklifi səmimi olmaya bilər.
-Bəziləri sizi bilərəkdən azdırıb sonra “kömək” üçün pul istəyir. 10-20 dirham təklif etsəniz, “uşaq pulu” deyib inciyirlər — Ümumiyyətlə, insan faktoru baxımından Fesi o qədər də bəyənmədim. Buna baxmayaraq, Fesin qədimliyi və dərin ruhu insana təsir edir.
Fesdən Chefchaouenə və başqa qatar getməyən yerlərə isə CTM avtobusları ilə gedə bilərsiniz. Biletləri onlayn ya vağzaldan ala bilərsiniz. Əgər baqajınız varsa hər baqaj üçün əlavə 5 dirham alırlar. Avtobuslar komfortlu və kondisionerlidir.
Şəhərlərdə taxi istifadə edə bilərsiniz. Taksilər münasibdir, amma minmədən əvvəl qiyməti mütləq soruşun ki, sonra “atmasınlar”.
Mərakeş mətbəxinin dadına mütləq baxın, çox dadlı olur yeməklər. Mərakeşdə yemək yalnız qida deyil — bir ritualdır, bir hissdir, bir səyahətdir. Hər loxma səni bu torpağın tarixinə, iqliminə və ruhuna bağlayır.
Tagine – həm yeməyin adı, həm də onun hazırlandığı konus formalı keramika qabdır. Bu qabın özəlliyi ondadır ki, yemək buxarla öz suyu ilə bişir, və nəticədə heyrətamiz yumşaqlıq və dərin dadlar ortaya çıxır.
Mərakeşdə tagine-in saysız versiyası var:
•Limonlu və zeytunlu toyuq tagine – turş, duzlu və ədviyyəli.
•Balıq tagine – sahil şəhərlərində xüsusilə dəniz ləzzəti ilə dolu olur.
•Ətli, ərik və badamlı tagine – şirin və duzlu dadların harmoniyası.
Yemək adətən isti çörək (khobz) ilə servis olunur – barmaqla batırıb, yavaşca tagine sousuna batırmaq…
Sahil şəhərlərində, xüsusilə Rabat və Tangier kimi yerlərdə, dəniz məhsulları inanılmaz dərəcədə təzə və münasib qiymətlidir.
•Təzə oysterlər – dənizdən yeni çıxarılıb, buz üzərində təqdim olunur. Limon suyu, bəlkə də azacıq acı sous – və voilá!
•Qızardılmış kalmar, karides və ahtapot – kənarı xırt-xırt, içi yumşaq.
•Grilled seabass və sardina – sadə, amma ləzzətin zirvəsində.
• Nanəli yaşıl çay (atay) – Mərakeşin rəsmi içkisidir. Səmimi qarşılanmanın bir hissəsidir və bol şəkərlə içilir.
•Şirniyyatlar – badamlı briwat, kətan toxumlu ghriba, ya da bal içində üzən pastilla… Hər biri əhvalını qaldıracaq.
Son olaraq, Mərakeş – rənglərin, qoxuların və emosiyaların ölkəsidir. Rabat səni dincəldəcək, Fes düşündürəcək, Chefchaouen isə qəlbini sakitləşdirəcək.
Amma əsl Mərakeş — medinanın dar küçələrində, əllə bişmiş çörəkdə və bir az tanımadığın, bir az da çox tanış olan xırda adətlərdir.

Paylaşan: Ismayil Huseynov

DİGƏR BLOQLAR

Yaşıllıq, dəniz və qırmızı kərpiclər şəhəri - Oslo

Bu il Yeni ili keçirmək üçün Norveçə 2 günlük səyahətə getdim və Osloda yeni il keçirdim.Ümumiyyətlə, Osloda ilk getdiyim yer hamımızın TQDK-nın coğrafiyasından çox yaxşı tanıdığı, Avropada neft və qazla zəngin nadir yerlərdən olan Şimal dənizinin Norveç sahili idi. Və ilk görüşdə sevgi kimi, gördüyümün yalnız dəniz və günəş olmasına baxmayaraq, yarım saat ancaq sahilə baxdım. Şaxtalı hava, nazik buz bağlamış su, gözü kor edən parlaq günəş və Norveçə vurulmuş mən. (bu arada, bu cümlə həyatımda yazdığım ən bədii cümlə ola bilər).“İlk Skandinav ölkəsi” şokumu (təbii ki, belə bir şey mövcud deyil ancaq başqa cür həmin an keçirdiyim hisləri izah edə bilməzdim) keçirəndən sonra dənizin qırağındakı binanın “Oslo Opera House” (Oslo Operasının) olduğunu başa düşdüm. Bir az qəribə səslənsə də ora getməmişdən əvvəl bina haqqında eşitdiyim yeganə məsləhət “Ora gedirsənsə, mütləq ayaq yoluna gir, pulsuzdu” idi. Və mən binaya dırmaşmaq, pilləkənin üstündəki qarla oynamaq, yıxılmağa qədər hər şeyi etsəm də ayaq yoluna getmək yadımdan çıxdı. Amma “Google”-a inanaraq deyə bilərəm ki, həqiqətən də Operanın ayaq yolusu binanın özündən geri qalmırmış. Qısacası, əsl “skandinavskiy” modern memarlıq görmək istəyən Oslo Operasına getsin. Nə bilim e, çıxın binanın üstünə, sürüşün aşağı, qağayılara yem atın və ən əsası da çoxlu şəkil çəkdirin!Onu da deyim ki, Oslo həqiqətən də çox bahalıdır. Mənim kimi səhər yeməyi üçün Norveçin ən ucuz marketi “REMA 1000”-ə gedə bilərsiz hansı ki, bizim Oba marketin ögey qardaşıdır. Amma ən ucuz kombinasiya olan portağal şirəsi və 2 şokoladlı maffini qiymətinin 115 kron yəni 23 manat olduğunu da unutmayın.Oslo operasından sonra ikinci turistik dayanacağım bir az  gəzdikdən sonra çatdığım Oslo domkirke-yi (Oslo Kafedralına) idi. Binanı ilk görən kimi ağlıma Göy Göldəki alman kilsəsi gəldi. Hər ikisi arxitektura cəhətdən bir-birini xatırlatsa da maştabları arasındakı fərqi yəqin ki, vurğulamağıma ehtiyac yoxdur. 1690-cı illərdə tikilmiş kafedralın qarşısına Danimarka kralı 4-cü Kristianın heykəli qoyulub. Amma maraqlı sual budur ki, o kralın burada nə işi var?? Belə ki, imperializm dövründə mövcud olmuş Danimarka krallığının tərkibinə Norveç və hətta İsveçin bəzi hissələri daxil olub. Ona görə də Danimarka kralının heykəlini burada görmək heç də təəccüblü deyil. Aşağıda 2 dənə 10 manatlıq hot-dog yeməmişdən əvvəl şəklini çəkdiyim Oslo kafedralının və xatirəsi əziz Kral Kristianı görə bilərsiz.Heç özüm də bilmirəm mənə nəsə olmuşdu yoxsa normalda Skandinav havası insanı acdırır, amma mərkəzə çatanda səyahətçinin başına gələcək ən pis hadisə ilə qarşılaşdım. Şəhər mərkəzində acıram???? Osloda hər addımbaşı insanın qabağına “Narvesen” butkaları çıxır. İçəridə ürəyiniz nə istəyir tapa bilərsiz, amma hot-dogları “prosto” superdi. Oslonun mərkəzində bu butkaların təkliflərindən ucuz ancaq su içmək olar, o da hər yerdə pulsuz olduğu üçün. 2 hotdog-a və içkiyə 30 manat verəndən sonra yenə də doymadım amma özümü o yerə qoymadım. Bəsdir, bu qədər də olmaz axı)))Yenidən sahilə düşdük və qarşımıza ilk çıxan yer elə “Norway Resistance Museum” (Norveç Dirəniş Muzeyi) oldu. Muzeydə diqqət mərkəzində olan əsas məsələ ikinci dünya müharibəsi dövründə norveçlilərin faşizmə qarşı göstərdiyi qəhrəmanlıqlardır. Muzeyin heç içinə girmək lazım deyil, çöldə müxtəlif növ artileriyanı, topları, tüfəngləri görə bilərsiz. Yaşıllıq, dəniz və qırmızı kərpicli binalar…İngilislər demiş, Norway at its best!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Abbasov

2369 dəfə oxunub

Vietnam Bələdçisi

Salam dostlar, Size Vietnam yolculugumdan danisim biraz, Ilk once biletler , biz Baki-Abu Dhabi - Delhi - Hanoi almisdiq etihad airlines ile ancaq bizi Abu dhabiden Hindistana buraxmadilar ki tranzit vizamiz yoxdu , biz dusunduk ki eyni airportdan gedirikse problem olmaz, her neyse netice olaraq yeni bilet aldiq Cinden ucduq (transit visa lazim deyil) buda risk idi cunki gov seyfelerde melumat yox idi, amma siz rahat alin bilet. Hanoi coxxx beyendim, ve umumi olaraq vietnam safe yerdi, men podruqam ile getdim bir qram narahat olmadiq. yemekler - biz random gedib hardasa oturub yeyirdik, Pho onlarda her yerde yaxsidir, sadece biraz pintilik hiss olunur olkede umumi hazir olun En beyendiyim yemek Bun cha oldu sekili de paylaştım, mohtesem idi.transport olaraq sleeping busla gedirdik olke icinde , oldugunuz her seherin tur agencyne yaxinlasib ala bilersiz , online risk elemirdik cunki yalanci doludu olke, exotic meyveler alanda bele local adamdan xahis edin komek elesin, qiymet ferqi unreal di. Nese alanda voopwe mutleq bazarliq edin. Ha Long bay adalarina mutleqqq gedin, biz yene random tur aldiq sehv etmiremse 40$ idi , ve cox gozel gun kecirtmish olduq. Ba na Hills en meshur Golden Bridge olan yer, Da nangda yerlesir , nezere alin ki boyuk eylence merkezidi , tek eller deyil yani gunun yarsi rahat gedecek ora, giriş 35$ idi. Amma deyer. Hoi an cox sirin bir yer idi, bu arada her seherin oz pivesi var, biz hanoi icirdikBamboo suyu zektun dadir meslehet gormurem,yumurtadan olan kofeni men beyenmedim podruqam beyendi. Ho chi min city hec beyenmedik, bilseydik cixis seheri de Hanoi gorsederdik visada, ho chi mine baxin diqqetle ki waste of time olmayasiz.Hanoide o qatar kecen yer gesengdir amma stresslidi, yer tapmaq cetindi, seher tezden meslehet gormurem cunki hami o vaxti gedir , biz 11den sonra getdik yer taptiq. Ta van Village gede bilmedik cunki tsunami olmusdu dagilmisdi oralar, ancaq cox isteyirdik. Podruqamla olan sekildeki yer Dang Thi Hoa , cooox dexilisiz yerdi, o yere gore butun bizim travel bloggerleri sildim ozumde Cunki yer men dusundum ki maraqli yerdi, cunki instagramda bizimkilerde ele gordum, ancaq bildiyiniz qaraj, icini doldurublar ki insanlar sekil ceksin. heyif bizim vaxtimiza , gunun yarsi yola getdi. Neyse instagramda geseng sekil isteyirsizse gedin. Ancaq orani isleden dayidan biraz melumat almaq istedik dedi tarixi falan yoxdu sekil ucun yerdiUmumi olaraq yemekleri gozeldi, insanlari sirin amma yalanci , orda uzun muddet qalan xaricilerle calisin tanis olun geseng meslehet verirler. Hotelleri ucuzdu, biz onceden book etmirdik hec bir yerde , gedib yerinde merkezde baxirdiq, ancaq siz ele etmek mecbur deyilsiz.Cox geseng experience idi ve minimum 2 hefte ayirin Vietnama:) cox detallara girmedim ancaq suallariniz olsa commentde cavablayaram.sevgiler

256 dəfə oxunub

Özbəkistan - Səmərqənd

Səmərqənddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, əziz gəzəyənlər!Çoxdandır istəyirəm paylaşım nəsə, amma tənbəllik edirəm. Amma Özbəkistan səfərindən elə xoş abu-hava ilə qayıdacağam ki, paylaşmasam ürəyim partlayar????1) Elə də çox hava yolu şirkəti uçmur bura. Mənim səyahət günlərimə yalnız THY uyğun idi. Sağ əllə sol qulağı qaşıyan kimi, Xəzərin bu tərəfinə İstanbuldan gəlmişəm. Çox yorucudur, eyni səhvi eləməyin. Bakıdan həftədə bir dəfə birbaşa reys var.2) 5 ulduzlu hoteldə belə internet normal işləmir, restoranlarda da internet çox vaxt olmur. İzolyasiya olunmağa hazır olun.3) Mənim əsas səfərim Taşkentə idi. Amma burada o qədər də görməli bir şey yoxdur. Hamı deyirdi ki, görmək üçün mütləq Səmərqənd, Buxara və Nukusa getmək lazımdır. Mən iş üçün səfərdəyəm və artıq qalmağım mümkün deyil deyə böyük mübarizə nəticəsində digər kolleqalarımı təşkilatdaxili iclasımızı Səmərqənddə eləməyə razı saldım. Yaxşı ki, razı salmışam. Əfsanədir!Deməli, səhər Taşkentdən Səmərqəndə təyyarə ilə getdik. Bilet 10 avrodur təxminən. Uçuş müddəti isə 45 dəqiqə. Axşam qayıdanda isə qatarla 4 saata qayıtdıq. Bilet 5 avrodur təxminən. Amma bir də Özbəkistanın Afrosiyab adlı sürət qatarı var, daha yaxşıdır. Lakin bilet tapmaq mümkün deyil. Gedəsi olsanız azı bir həftə əvvəldən alın. Həm Özbəkistan hava yolları, həm də dəmiryolları çox peşəkar təşkil olunub. Çox rahatdır. Küçələri təmiz olduğu kimi, airport, vağzal, qatar, hər yer tərtəmiz idi.3) Səmərqənddə hər şey 14-15-ci əsrdə tikilib. Bildiyiniz kimi, Əmir Teymur dünyada nə qədər yaxşı memar, elm adamı, aşbaz var imişsə yığıb gətirirmiş Səmərqəndə. Bu gələn ağıllı başlar da nələr nələr tikib düzəldiblər. Xüsusilə Əmir Teymurun mavzoleyinə və Registan adlanan,şəhərin mərkəzindəki qədim əraziyə, Bibi Xanım Məscidinə, Şaxizinda kompleksinə, Registanda Əmir Teymurun nəvəsi Ulug bəyin tikdirdiyi məhşur mədrəsəyə getməyi tövsiyyə edərdim.4) Mən yemək mövzusunda çox seçiciyəm. Çox vaxt harasa gedəndə ya bir italyan kafesində tapıram özümü, ya da ac qalıram. Bura Albaniyadan sonra yeməkləri ən dadlı olan ölkə oldu. Özbək plovuna söz yox. ???????? Taşkentdə Plov Mərkəzinə və ya Navat restoranına getmək olar. Amma plovu yalnız günorta bişirirlər.5) insanlar öz dillərindən çox rusca danışırlar. İngilis dili ilə navigate eləmək çətindir. Lakin, o qədər qonaqpərvərdilər ki, anlatamam???? Səmərqəndə səhər 7də çatmışdıq, özbək həmkarımız bizi valideynlərinin evinə dəvət etdiƏvvəldən planlamamışdıq deyə şəxsən getməmək üçün çox təkid elədim. Amma sağ olsun həmkarım, 9 nəfər hərəsi bir ölkədən olan adamı səhər açılmamış sürüyə-sürüyə apardı. İclası onların evində eləyəsi olduq. 4-5 saatlıq müzakirəmiz ərzində dayanmadan isti çay və kofe gətirirdilər, bəlkə 100 litr içmişik. O qədər soyuq idi ki hava!???? hələ bu qədər əziyyət çəkdikləri azmış kimi, günorta bizi plova da qonaq edib, elə yola saldılar.????6) Həm Taşkentdə, həm də Səmərqənddə ictimai nəqliyyat yaxşıdır. Amma taksi də çox ucuzdur. Maksimum 1-1.5 avro.7) Yerli pul Som'dur. 1 avro təxminən 9000 som edir. Hər yerdə mübadilə kursu eynidir. Dövlət tərəfindən tənzimlənir. Amma çalışın səfərin sonunda sizdə som qalmasın. Geri çevirmək olmur.8 ) Bizim qiymətlərlə müqayisədə bura ucuzdur. Əsas məsələ. :) bir də at ətindən hazırlanan dadlı kolbasaları var, yoxlayın 9) Mən bazara getməyi də məsləhət görərdim. Amma nəsə alanda qiymətlə oynayın. Aldatmasınlar :) 20 mindən 10 minə düşmüşdü bir nəfər məsələn :)Ümid edirəm, oxuyanda yorulmadınız. Hələlik????‍♀️#lamiisinUzbekistanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lamiya Rzayeva 

5632 dəfə oxunub

Avstriya - Zalsburq bələdçisi

Zalsburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.???????? #salzburg #visitsalzburg???? Salzburg şəhəri Avstriyanın qərb hissəsində, Münxendən 140 km, Almaniyanın sərhədindən isə cəmi 5 km məsafəsində, Alp dağlarında yerləşir.???? Mozartın doğma şəhəri, "Sounds of Music" musiqi filminin çəkiliş yeri kimi və öz #salzburgfest adlı opera festivalı ilə tanınır.???? Bizdən #kidsfriendly görməli yerlər:????Aldstadt (Old City) - tipik avropalı orta əsrlərdən qalmış gəzməli məhəllədir, cathedral (kilsə) və mərkəzi meydanı ilə. Maraqlı fakt - hətta məşhur brendlərinin (Mcdonald's və s.) adları handmade flüqerlər və şüşə vitrajlarlardan hazırlanıb.???? Şəhərdə ən böyük #beergarden @augustinerbraeu_salzburg 17-ci əsrin monastırında yerləşir, bağda 2000 nəfərə kimi otura bilər, zirzəmidə divarlarda minlərlə pivə fincanları, ikinci mərtəbədə qalereyalarında isə hər zövqə uyğun orta qiymətə yeməkləri sifariş edə bilərsiniz.???? Mərkəzdə Oyuncaq Muzeyi #spielzeugmuseumsalzburg çox xoşumuza gəldi - kiçik və rahat, maraqlı köhnə oyuncaqların kolleksiyası ilə. Məntiqli oyunlar, miniatürlər, dəmir yolları, kuklalar, hətta özünüz bəziləri əlinizə götürmək, yandırıb söndürmək və paltarları dəyişmək üçün vaxt ayıra bilərsiniz (????5????)???? Biz @stadtalm adlı hostel-restoranın iki nəfərlik ayrı otaqda qalmışıq, Old City-nin üstündə dağ meşəsində, qədimi qalanın içərisində yerləşir, oraya ya da antikvar liftlə, ya da piyada (100 pilləkənə yaxın) hiking edə bilərsiniz.#moenchsberg liftin ikitərəfli ????4????. Hosteldə gecələmə ????50????, mənzərələr inanılmazdır, bütün şəhər pəncərədən görsənir, amma məncə Old City-də qalmaq daha rahatdır, oraya isə gəlib meşədə gəzmək və restoranda yemək olar.???? Salzburg - Mozart-ın doğum yeridir, nəticədə onun şəkillərini və musiqisini hər yerdə görəcəksiniz və eşidəcəksiniz. Mərkəzdə Sizi onun evi gözləyir - mozartgeburtshaus (????15????), səhərimiz onun sevimli #cafetomaselli - də isti şokoladla açılacaq, axşam isə məcburi Mozart-konsertine gedəcəksiniz. Ya şam yeməyi ilə bir yerdə klassik salonunda 60????-ya, ya da qədimi qalasında 35????-ya seçməlisiniz.???? Əvvəlcədən sizin tarixlərinizə internetdə Marionetka Teatrının və ya "Sound of Music" müziklinin biletlərini alın, ikisinin çox yüksək reytinqləri var.????️ Yaxşı hava olsa gəmidə tur götürə bilərsiniz, qiyməti 15???????? Qədim qəsrləri xoşlayanlar üçün - mütləq #hohensalzburg -a funikulyorla qalxın, çox yaxşı vəziyyətdə qalıb. Onlayn bilet alın, ikitərəfli funikulyorla bir yerdə 13????⛰️ Bundan əlavə biz Hallein-Bad Dürrnberg duz şahtalarda olmuşuq, gülməli geyim verirlər, gid maraqlı danışır, bir də Almaniyanın sərhədini yeraltı keçirsiniz.???? Möhtəşəm şəkillər üçün tikilmiş #Hallstatt kəndi Salzburgdan cəmi 70 km-də yerləşir, mütləq gedin.???? Salzburgda birinci dəfə bişirilmiş #mozartkugl məşhur marzipanlı konfet alıb, yaxınlarınıza gətirə bilərsiniz.❓Bəs Siz Salzburgda olmusunuz?— Salzburg, Austria şəhərində.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova 

1233 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!