1752 dəfə oxunub

Mavi qübbəli kilsələr adası - Santorini

Santorinidəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Daha öncə Santorini barədə yazılan posta və postlara qüvvət olaraq, ora getmək istəyənlər üçün istərdim ada barədə daha geniş məlumatlar verim.Santoriniyə Naxos adasından gəldik, biraz yorğunçuluq olduğu üçün əvvəlcədən adanı gəzəcəyimiz marşrutu belə planlaşdırmamışdım. Yalnız adaya çatmağımıza yarım saat falan qalmış, fikirləşdim ki, girib internetdə baxım görüm nə məlumatlar tapıram.

İlk qabağıma çıxan blogdan aşağıdakı xəritəni tapdım, hansında ki, əsas qaymaq yerləri göstərilib. Yerlərin şəkillərini və məlumatlarını tapıb baxdım və adanın bir ucundan digər ucuna qədər ardıcıl gedilə biləcək məkanları seçdim.

68886312_2375216149203666_9162466093472677888_n

Adada cəmi 10-11 saat vaxtımız olacağına görə, düşündüm ki, ən salamatı icarəyə maşın götürməkdir (sürə bilmək və vəsiqənin olmağı yaxşı şeydi ????). Başladım Santorinidə olan bütün kirayə maşın ofislərinə bir-bir zəng etməyə. “Late booking” olduğuna görə, üstəlik də 1 gecəlik heç kəs maşın vermək istəmirdi. Ən sonda ümidlərim ölənə yaxın, ofisin birindən “hə” cavabı aldım. Nissan Micro/avtomat qutu, 1 sutkalıq kirayə 70 avroya götürdüm.

Adaya çatdıq və gecələyəndən sonra, səhər saat 7-dən etibarən düşdük adanın canına. Təyin etdiyim marşrut üzrə gəzməyə başladıq. Arada yeməyə yer lazım olduqca, Tripadvisor istifadə edirdim. Açığını desəm, məncə maşın götürməsəydim, adadan bu qədər həzz və xoş təəssürat almazdım bəlkə də. Yəni götürməyimə dəydi.

69093478_2375216579203623_5514406144530972672_n

Firada “Skaros Rock”a qalxdıq. Çox bomba məznərə açılır ordan və qayanın ən təpəsinə qalxmaq ayrı bir adrenalin verir. Videoda həmin mənzərəni görə bilərsiniz. (aşıq musiqisini sevməyənlər səssiz baxsınlar ???? - https://www.facebook.com/cuvarov/videos/pcb.832509447144273/2375217885870159/?type=3&theater&ifg=1) Skarosun özündə köhnə qala tikilisinin qalıqları hələ də qalmaqdadır.

Daha sonra nahara Oiada yerləşən “Lioyerma pool adlanan” adlanan pulsuz hovuza getdik. 1 dənə dondurma alaraq saatlarla vaxt keçirə biləcəyiniz yerdir.
Ordan Amoudi Bay restoranlarından birinə getdik. Həmin kiçik körfəzdə 4 dənə yanaşı restoran var, hansılar ki, dəniz məhsullu yeməkləri dəhşətli dərəcədə dadlıdır və adam əlindən tərpənmək olmur. Yeri çox gözəl, servisi də çox yaxşı idi. Lobsterin yanında verdikləri xüsusi sousda vermişel isə dəhşət... onu mütləq dadın ???? 76 avro xərcimiz çıxdı salat, yemək və içki qarışıq hamsına.

69237409_2375216519203629_3664554057877422080_n
Ammoudidən sonra isə adanın aşağı küncündəki maraqlı çimərliklərə getdik.

Yeri gəlmişkən, adanın yuxarı nöqtəsindən aşağı nöqtəsinə qədər təxmini 20-25 dəqiqəyə çatırdıq. Yollarda bir dənə də olsun işıqfor, polis və s. yox idi. Sürət nişanları olsa da, sürəti hamı özü seçirdi ???? Bir mənfi cəhət, yolların gecə ümumiyyətlə işıqlandırılmaması idi.

69413522_2375216339203647_6805907165535010816_n

Əlavə olaraq qeyd edim ki, nağd pul bizə demək olar ki, lazım olmadı. Hər yerdə pos terminal var. Sadəcə ictimai nəqliyyatda məncə nağd pula ehtiyac olur.
Ümumilikdə ada çox xoşumuza gəldi. Santorinini tam yaşamaq üçün 2 gün bəs edər, amma məncə kirayə maşınla.
#Santorini #Greece

Daha geniş məlumat, əlavə muzeylər və ideyalarla keçiddən tanış ola bilərsiniz: https://santorinidave.com/best-things-to-do-santorini

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elvin Cuvarov

DİGƏR BLOQLAR

İstiqamət ↬ Balkanlar

Warsaw – Budapest – Sarajevo – Mostar – Kotor – Budva – Shkoder – Ohrid – Skopje – Tbilisi – Baku26 iyul 2019Warsaw – BudapestFlixbus: 21 EURBilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.27 iyul 2019Budapest: dostumun evində qaldım28 iyul 2019Budapest (BUD) – Sarajevo (SJJ)Wizzair: 13105 HUF (39 EUR)Bilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir, bu qiymət Discount Club üzvləri üçün keçərli idi.28 iyul 2019Sarajevo – MostarBus: GlobTour / Croatia Bus 38 BAM (6 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.28-31 iyulMostar: Kovac Apartment 120 EUR (Apartment with Balcony)Yaşayış bronu booking.com saytından edilmişdir.31 iyul 2019Mostar – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.31 iyul – 03 avqustBudva apartments: 170 EURYaşayış bronu airbnb.com saytından edilmişdir.01 avqust 2019Budva – Kotor – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.03 avqust 2019Budva – ShkoderBus: GetByBus / Old Town Travel 89 HRK (12 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.03 avqust 2019Shkoder: Vllaznia Hotel 45 EURYaşayış bronu hotels.com saytından edilmişdir.04 avqust 2019Shkoder – Tirana (bus): 300 ALL (3 EUR)Bilet avtobusun içində əldə edilmişdir.Tirana – Ohrid (taxi): 70 EUR (avtobusun qiyməti 18 EUR idi və növbəti avtobusa yer yox idi deyə taksi ilə getməyə qərar verdik)04-06 avqust 2019Ohrid: Apartment Ain Naum 80 EURYaşayış bronu booking.com saytından edilmişdir. 06 avqust 2019Ohrid – Skopje: 17 AZNBilet öncədən turizm agentliyindən əldə edilmişdir.06 avqust 2019Skopje – İstanbul – TbilisiPegasus Airlines: 106 EURBilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir.Gəzməli-görməli yerlər:1) Sarajevo – 4-5 saat kifayət edir şəhər ilə tanış olmağa, sonra Cevabcici Zeljo-ya gedib gəşəng lülə kabab yeyib növbəti şəhərə yola düşə bilərsiniz.2) Mostar: 1 gün şəhəri gəzib növbəti günləri aktiv istirahətə sərf edə bilərsiniz. Biz Neretva çayına (Konjic-ə) rafting-ə getdik. 35 EUR (səhər yeməyi, geyim, 4 saatlıq çaydan zövq almaq, günorta yeməyi və avtovağzala/avtovzağzaldan çatıdılma daxil). Həmçinin də Blagaj-a və Kravica Waterfall-a gedə bilərsiniz.3) Budva, Kotor, Sveti Stefan – bura əsl passiv istirahət üçündür. Amma o demək deyil ki, aktiv əyləncə üçün heçnə yoxdur. Əlbəttə ki, var: qayıq, paragliding və sairə əyləncələr bu zonada mövcuddur. Sveti Stefan mütləq gediləsi yerdir, suyun təmizliyi hər şeyə dəyər. Tarixi məkanlara da mütləq baş çəkin (Budva Castleç Citadela və sairə).4) Shkoder: biz getdik, siz getməyin... Yalnız göl var, ona da turlar yalnız səhər tezdən olur... Şəhər isə çox darıxdırıcıdır.5) Ohrid: Makedoniyanın göz muncuğu sayılan bu göl ətrafı şəhərdən yaxşıcana zövq ala bilərsiniz. Əsasən passiv istirahət üşün nəzərdə tutulub. Digər sahillərə getmək üçün gəmi turu götürə bilərsiniz. Biz Saint Naum sahilinə tur götürmüşdük.6) Skopje: heykəllərin əlindən tərpənə bilməyəcəyiniz şəhər... addımbaşı heykəllər sizi izləyəcək. Vaxtınız varsa Matka Canyon və Mount Vodno-ya getmək olar.Ümumi xərc: 1500 AZN civarında (adambaşı)Xərcləri rahat idarə etmək üçün Tricount mobil tətbiqini məsləhət görərdim.Booking.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.booking.com/s/35_6/ilgar637Airbnb.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz:https://www.airbnb.com/c/iafandiyev?currency=EURŞəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenlerP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

2093 dəfə oxunub

Dördü bir arada - Barselona, Paris, Malta, Roma turu

Salam dostlar,Bugün artıq 1həftəlik səyahətimin son günüdür, öz təəssüratlarımı paylaşacam sizlərlə.İlk rotaBarselona????Paris (Ryanair, 10€+extra cabin bagaj 6€) Normalde ucuz hava şirkətləri Beauvais airporta eniş edir. Burdan ticket machine dən 17€ ödəyib bus shuttle la şəhər mərkəzinə gedilir(barsadan parise ucuş 10€, ama şəhəri içi 80km yol 17€ :)) . Porte Maillot ən son stop. Və metro çox yaxındır bura, metro ilə istədiyiniz yerə gedə bilərsiz. Mən səfərə çixmadan öncə bir program hazirlayiram,bir birilerine yaxin olan yerləri ilk siraya və sonra digərlərini dizirəm, bu vaxt və nəqliyyata pul vermə acısından rahatdır. (Parisdə nəqliyyat 1.50€) Sizə tavsiyəm qalacağınız yerin adresini öncədən google mapdan təyin edin ki bus shuttledan düşdükdən sonar necə getmək olar,(istiqamətlərin hər birin word də yazıb print etmişdim, hər ehtimala ki şifi zone olmasa mənə köməyi olsun). Ilk istiqamət Eiffel, Pont de Bir Hakeim, Arch de Triump, Grand Palais-Petit Palais, Pont Alexandre III, Elysee Palace, Alace de la Concorde(bu mənim ilk günə olan program idi). Paris mənimçün ən sevdiyim şəhər idi deyə bilərəm, Eiffel Toşer un gecə görüntüsünü izləmək səyahətimin ən xoş anı olduğun deyə bilərəm :)II rotamizParis????Malta(ucuşlar eyni şirkət və eyni qiymət) Şəhərdə restoranlar, nəqliyyat ucuz və ən əsası hər yerdə free şifi var. Şəhər mərkəzinə 1.50€ bus gedir. Və yuxarıda qeyd etdiyim kimi programı mütləq şəkildə ayarlayıb yola qoyulun.Parisin sərt soyuğundan sonra Malta bizə isti şokolad icirmişik kimi gəldi :) Bu ölkəni çox sevdim, havası kimi insanları da isti idi. Paris və Roma kimi möhtəşəm binaları olmasa da ama özünə xas bir füsunkarlığı var, Games of Thrones izləyənlər bilər, filmin çəkildiyi səhnələri gəzmək də maraqlı bir teessürat oldu.Maltada ən sevdiyim yemek Çin şefinin hazırlanış şəklini baxaraq sifariş verdiyim suşi oldu, Malta və suşi nə alaka ama yemək olaraq ən sevdiyim bu oldu :DIII rotamizMalta????RomaRyanair Ciampino airporta enir, və burdan şəhərə ən ucuz gediş variantı; airportdan 2€ train üçün bilet almanız ve bus shuttle train stationa getməniz ki bus 1,20€. Toplam mərkəzə gediş haqqı 3,20€. Ama calışın qalacağınız yeri terminidə ayarlayın. Cünki hər yerə yaxındır. Dostlar Romada ən sevdiyim cəhət buslara pul vermirdik və hec kəs də istəmirdi. Ilk oncə qəribə gəldi sonra müşayiət etdik yerli əhali kimi istəyir kartı istifadə edir kimi yox :D Parisdə nəqliyyata cox masraf etmişdik. Romada bu bizimçün əla oldu :)Ilk Pantheondan başlasaz zaten gerisi yürüme məsafəsinde bir birinə yaxındır. Spagetti və pizza burda yeməmək günah olur diyeyim, hər təami öz aşpazından dadmağın dadı başkaymış. Gerçek pasta və pizza necə dadır mən Romada bildim :)Dostlar yazilacaq təəssuratlar çoxdur ama başağrısı olmasın deyə bu qədərin yazdım.Romanı sevdim ama bəzi qanunların çıxmaq şərtiylə, gecə airportda 4saat cöldə gözlədik, havalimanı bağlanırmış ve bunu heç kəs bilmirdi, 100a yaxın insan o soyuq havanı çöldə keçirdi saat 4də açılırmış, belə bir acımasız halları var, bunu çıxmaq şərti ilə hər şey əla oldu :)Bu ölkələrə səfər edəcək olanlar üçün nə məlumat gerekse əlimdən gələni qədəri köməklik etməyə hazır, messenger hizmetinizde hazır :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Bunyatzada 

1290 dəfə oxunub

Laqom ölkəsi - İsveç bələdçisi

Stokholmdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Yazılarım bəyənilibmiş demə, mənə də ilham gəldi, dedim Lagom ölkəsindən biraz yazım sizin üçün.Lagom nədir?İsveçlərin Laqom fəlsəfəsi sadəcə qulağa fərqli gələn bir sözdən ibarət deyil. Bu, sadəliyi, harmoniyanı və məmnunluğu birləşdirən həyat tərzidir, daha dəqiq desək həyatın tarazlığıdır.Lagom qısa fika anlarından tutmuş, funksional və rahat, hər detalı düşünülmüş şəkildə dizayn edilmiş evlərə qədər, gündəlik həyatın sevinclə dolu olduğu İsveç həyat tərzini əks etdirən bir anlamdır. İsveçlərin laqoma olan sevgisi fərdi seçimlərdən çox kənara çıxır. Belə ki, bu anlayış davamlılıq, bərabərlik və sağlam iş-həyat tarazlığı kimi sosial dəyərlərə nüfuz edir. Bu, hər kəsdə "kifayət qədər", “nə az, nə çox” olmasının olduğuna inanan bir mədəniyyətdir. Məsələn İsveçdə gəzərkən bahalı maşın görməyiniz nadirdir, amma bir çox isveçli geniş və rahat evlərdə yaşamağı üstün tutur. Lagom! Şirkət rəhbəri? Əsla yolda tanıya bilməzsiz. Eyni şirkətin rəhbəri və əməkdaşı eyni avtobusdan istifadə edə, eyni mağazadan geyinə, eyni restoranda yemək yeyə bilər. Lagom! 6-ci sinifə kimi isveçli uşaqların məktəbdə qiymət almadıqlarını bilirdiz? Uşaq yaşlarından fərqliliyi, üstün və ya aşağı olduğunu hiss etməsin deyə. Lagom! Və bu misalları sonsuza kimi gətirmək olar..İndi isə keçim öz gözlərimlə gördüklərimə:Mən Stokholm, Göteburq və Malmö şəhərlərinə getdim. Yaxşı otellər seçməyimə baxmayaraq, otaqlar, fikrimcə daha kiçik, yığcam və dəbdəbəsiz idi. Ümumiyyətlə İsveç dəbdəbəsi sadə və şık deməkdir. Bariz nümunə olaraq məhşur isveç markalarını misal gətirmək olar, məsələn hamımızın yaxşı tanıdığı H&M və ya İkea. Şəhərlər: Stokholm. Skandinaviyanın ən böyük şəhəridir. İlk baxışdan soyuq, boz görünsə də, qaldıqca mülayimləşən bir ab-havası var sanki. Fikrimcə mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısı: Stokholma gəldikdə ilk gedəcəyiniz yer yəgin ki Köhnə şəhər (Gamla Stan) olmalıdır.Bu da, fikrimcə, köhnə şəhərdə görməli olduğunuz yerlər (sıralamanı da yazdığım kimi etsəz, dairə şəklində gəzmiş olacaqsız ki, vaxta qənaət edəcəksiz) 1. Gamla Stan Metrostansiyasından çıxırsız;2. Stockholm’s Narrowest street (ən dar küçəsi);3. Alman Kilsəsi (fikrimcə ən gözəl kilsələrindən biri);4. Nobel Prize Muzeum (bilet 24 AZN). Bu meydanda ağ kərpiclərlə işarələnən qırmızı evi görün, burada edam olunmuş 96 isveçlinin xatirəsinə həsr olunub, və su gələn çarxa baxın (orta əsrlərdə quyu olub).5. Nikola Kilsəsi (istəyə görə, görə bilərsiz);6. İron Boy (Liss Ericksonun Aya baxan oğlan heykəli, çox balaca, şəkər monumentidir);7. Müqəddəs Georgi və Əjdaha monumenti (istəyə görə);8. The Art Gallery (istəyə görə);9. The Royal Palace (balaca muzeydi, İsveç krallarına həsr olunub);10. Bura gəlmişkən Royal Chapel-i mütləq görün. 11. 3-cü Qustavın xalqının cəsarəti üçün ucaltdığı obeliski görün.12. Qaraulun dəyişməsini izləyir. (Düşünürəm ki bu Stokholma gələn hər turistin planına daxil olunmalıdır, qışqa həftədə 3 dəfə, yay aylarında hər gün bu dəyişimi seremoniya kimi edirlər. Bəzi özəl günlərdə/bayramlarda hətta daha fərqli səviyyədə keçir). Hər gün saat 12:00 da başlayır, bazar günləri 13:00 (yenə də gəldiyiniz gün saatları yenidən yoxlayın). 13. Gamla standan Riksplan tərəfdən çıxsaz ..14. Parlament Evini də görə bilərsiz. Parlamentin yerləşdiyi kiçik adadan çıxan kimi .. 15. “Evsiz tülkü” monumentinə də göz atın .. 16. Həvəsiniz olsa şəhər Ratushasını da görə bilərsiz (bir balaca aralıqdadır);17. Oradan da yeni şəhərə, ən məhşur və tursitik küçələrindən olan Drottninggatan-a keçə və axşamı gəzə, suvenir ala, gəşəng restoranlarda otura bilərsiz.18. Şəhər kitabxanasını biraz ayrı yazıram, çünki bir balaca uzaqdır, amma düşünürəm ki, mütləq ziyarət olunmalıdır. Gördüyüm ən gözəl kitabxanalardandır və bir neçə dildə, böyük seçim ilə kitablar təqdim edirlər. 19. Vasa muzeyi (sadəcə muzey deyil, həm də 17ci əsrdə batmış real gəmidir. Muzeydə təqdim olunan eksponatların 98% əsl gəmidən çıxardılan əşyalardır.20. Skansen açıq hava altında muzey (bütün İsveçi bir gün içində görmək istəyirsinizsə bura gəlin). 21. Telefonplan (bu binada olan pəncərələrin rəngini telefona yükləyəcəyiniz tədbiq vasitəsi ilə dəyişə bilərsiz). 22. Stokholmun metrosu haqqında eşitmişdiz? Bəli, dünyanın ən gözəl metrostansiyaları burada yerləşir. Niyə belə gözəldir bəs? Məsələ bundan ibarətdir ki, ölkədə/və şəhərdə çox sayda soyuq günlər olur, insanlar da metrodan tez-tez istifadə edirlər, və buqədər metrodan istifadə edən insanlar, soyuq havadan boz metrolara enib daha da keyfdən düşməsinlər deyə, bu məsələyə kreativ yanaşmaq istəyiblər. Və beləcə dünyaya məhşurlaşan Stokholmun metrostansiyalarını tikilməyə başlayıblar. Bəzilərində özünüzü həqiqətən muzeydə hiss edirsiz. Mənim favoritlərim: - T-CENTRALEN (3 xəttin kəsişdiyi stansiya) hara da getsəz buradan keçəcəksiz yəgin ki.Göy xətt üzrə ən gözəl stansiyalar: - KUNGSTRÄDGÅRDEN (50-60i illərdə sökülən binalardan qalan əsərləri stansiyanın içərisinə yerləşdiriblər,əsl muzeydir sanki)- RADHUSET! (Məhkəmə binasının olduğu stansiya)- FRIDHEMSPLAN (dəniz)- VÄSTRA SKOGEN- SOLNA CENTRUM! (Qırmızı stansiya)- HALLONBERGEN- RISSNE! (dünya xəritəsi)- TENSTA (həmrəyliyə həsr olunub)Qırmızı xətt üzrə:- ALBY- STADION (rəngli, göy qurşağı)- TEKNISKA HÖGSKOLAN- UNIVERSITETET (universitetin stansiyası, divarlarında müxtəlif formulalar, xəritəlır çəkilib. Ən gəşəng eskalator da buradadır)- MORBY CENTRUMYaşıl xətt üzrə: - THORILDSPLAN (supermario oyunun içindəsiz sanki)1-12;19;20;21 haqqında görsəl reels paylaşmışam instaqram səhifəmdə. Metro haqqında da hələ paylaşacam Maraqlıdırsa izləyə bilərsiz.https://www.instagram.com/uls_valley Malmö: Ərazisi sadəcə 76km2 olan Malmoda 15 park var, bu da Malmonu İsveçin park şəhəri edir. İsveçi Danimarkaya, Skandinaviyanı Orta Avropaya Birləşdirən şəhərdən Avropanın ən uzun Eresun körpüsü başlayır.Yəgin ki isveçlərdən çox datlar yaşayır bu şəhərdə. Çünki Kopenhagendə mənzil kirayəsi daha bahadır. Eresun Körpüsündən keçid ödənişli (36avro) olsa da, bəzi datlar hər gün bu yolu gedib gəlməyi üstün tutur. Kopenhagendə işləyir, Malmoda yaşayır.Şəhərin ən məhşur binası Turning Torso, ən dadlı yeməyi isə falafel hesab olunur. Şəhərdən günlük gəzinti olaraq Kopenhagenə (Danimarkaya) və ya İsveçin Lund şəhərinə (tələbə şəhərciyi) tur edə bilərsiz.Göteburq:Çox təəssüf edirəm ki, Skandinaviyanın ən böyük 5ci şəhərini (4 paytaxtdan sonra gələn ilk şəhər), port şəhər, ən dadlı balıqların olduğu şəhər (çünki İsveçin iki dənizə çıxışı var- Baltik və Şimal dənizi. Və Şimal dənizi Baltik dənizdən daha təmiz hesab olunur, bu səbəbdən də Şimal dənizinə baxan Göteburqda daha dadlı balıqlar olur), ən əsası Volvo muzeyinin olduğu şəhəri Flixbus-ın avtobusumu ləğv etdiyi üçün normal görə bilmədim. Axşam çatdım, və səhər artıq yola çıxdım Malmo şəhərində. Buraya gəlsəz, gəmi-oteldə qalmağı və təcrübə etməyi məsləhət görürəm. Gecə küləyin səsini, dənizin dalğalanmasını belə hiss edirsiz və həqiqətən dənizdə olduğunuzu düşünürsüz. Unikal bir təcrübədir, sınayın məncə.Bura kimi oxudunuzsa, təbrik edirəm sizi! Ən can alıcı hissəsinə gəlib çatdınız- giymətlərə.Bəli dostlar, bahalı ölkədir (biz manatnan qazanıb isveç kronu ilə xərcləyiriksə, daha da bahadır). Otel: Düşünürəm ki, yaxşı otellərin qiyməti (səhər yeməyi də daxil) gecəsi və bir adama 100$ başlayır. Təbii ki, daha ucuzunu da tapa bilərsiz, ev, hostel də bir seçimdir. Yemək: Nə və harada yeyəcəyinizdən asılıdır. Amma şəhər mərkəzində ən münasib yerdə yeyə biləcəyiniz restoranda min 50 AZN 1 nəfər üçün nəzərdə tutmalısınız (ortalama isə bu 100-150 man 1 nəfər üçündür). Stokholmda pizzanı dilimlədikləri üçün hesaba əlavə 4 avro yazdıqlarını heç vaxt unutmayacam məsələn (xidmət haqqı da məcburi şəkildə 10%dan başlayaraq ödənilməlidir)Bir laxmacun 25-30 AZN (restoran deyil, qatar vağzalında bir dönərxana tipli yerdə). Mən laxmacun sevmirəm və yemirəm, amma o laxmacunun içində bəlkə də qızıl parçası var idi deyə düşünürəm.Muzeylər:1. Skansen - 265 SEK - 45 AZN2. Vasa - Muzeyə giriş biletinin qiyməti gəldiyiniz aydan asılıdır. Belə ki: Oktyabr-Dekabr aylarında 170 SEK (29 AZN) Yanvar-Aprel 190 SEK (32 AZN) May-Sentyabr 220 SEK (37 AZN)3. Royal Palace - 170 SEK (29 AZN) və s.Demək olar ki, bütün muzeylərin girişi bu qiymət aralıqlarındadır.Nəqliyyat:Günlük biletin alınması sərf edir əgər oteliniz tam mərkəzdə deyilsə. Günlük bilet 165 SEK- 28 AZN + 20 SEK kart- təxminən 4 AZN. Kart sizdə qalır, və növbəti 5 il ərzində yenidən doldurub, istifadə edə bilirsiz. Bu bilet bütün ictimai nəqliyyat üçün keçərlidir (avtobus,metro, hətta gəmi üçün) və limitsiz istifadə oluna bilər. Taksi burada bahadır. Mən istifadə etmədim. (Hava limanından otelə 50-55 avro/95-100 AZN)Qışda hava 9:30 açılır və 3:30 da artıq qaralır. Ona görə də qışda gəlirsizsə biraz daha uzun qalmalısız çox yeri gün üzü ilə görə bilməyiniz üçün. Mən qışda gəldim, çünki şimal ölkələrinin qışda bir başqa gözəl olduğunu düşünürəm, və fikrimcə yanılmadım. Amma mütləq şəkildə yaxşı ayaqqabı, geyim gətirin. Buranın soyuğu zarafat deyil.Lakin yay/yazda bir daha ölkənin şimalına getmək istəyərəm.Suallarınız, əlavələriniz varsa, buyurun.Bu arada, İndi Danimarkadan hekayələr,maraqlı məlumatlar paylaşıram, izləmək üçün: https://www.instagram.com/uls_valley keçid edə bilərsiz.2024–də hamıya bol səyahət arzu edirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1436 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.Yenə nə çox yazdım:)))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1570 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!