179 dəfə oxunub

Malta və Sicilya səyahətimiz

Salamlar hər kəsə Sizə 10 günlük Malta və Sicilya səyahətimizin planlamasından danışmaq istəyirəm.
İlk öncə onu qeyd edim ki bütün planlamanı chat gpt vasitəsilə xüsusilə uşağı da nəzərə alaraq etmişik.




Malta- Bu kiçik ölkə məncə çox adamın səyahət listində yoxdur. Amma biz o qədər çox sevdik ki izah edə bilmirəm.
5 gecə Maltada olduq. Bu arada nəqliyyat sistemi avtobusdur. Gediş haqqı 2.50 eur dur. Biz demək olar hər yerə avtobus ilə getdik. 1-2 dəfə taksi istifadə etdik. Ölkə kiçik olsa belə gəziləcək yerləri çoxdur.
1-ci gün paytaxt Valetta şəhərinə ayırdıq.
- Upper Barakka Gardens
- St Johns Cathedral
- Republic Street
- St Elmo qəsri
Və Maltis yeməklərini dadmaq istəsəniz Cafe Gordina


2-ci gün Rabat və Mdina şəhərinə avtobus ilə getdik.
- Rabatda St Paul Katakomblara getdik
- Mdina şəhəri çox gözəldir. Ölkəd həm ərəblərin həm ingilislərin həm də İtaliyanıarın izləri var. Dilləri bu üçünün qarışığıdır
3-cü gün Three Cites yəni Valettanın qarşı tərəfindəki 3 şəhərə ferri ilə keçdik
- Vittoriosa, Senglea, Cospicua şəhərlərin gəzdik. Vittoriosada Marritime muzeyə girdik. Giriş 16 eur. Muzeydə keçmişdə Maltadakı gəmilər, kapitanların, gəmi işçilərinin geyimini və s görə bilərsiz


4-cü gün çimərlik günümüz idi.
- Ən gözəl qumlu çimərliklər Mellieha kəndindədir.
- Və çimərlikdən Temel Reis filminin çəkildiyi kiçik qəsəbəyə getdik. Popeye village. Giriş 19 eur idi.Bura o qədər rəngli və gözəl idi ki. Həm biz həm Altay sevdi
5-ci gün Comino adasına Blue Lagoon və Gozo adasına getdik. Valetta- Comino- Gozo ferri üçün bilet 15 eur-dur



- Blue Lagoonda çox adam olur ona görə də çimmək üçün yer çətin tapılır.
- Gozo adasını düşünürəm ayrıca 1 gün ayırıb gəzsək daha yaxşı olardı. Burada Gozo adasını xarici hücumlardan qorumaq məqsədilə tikilən Citadel in Victorio qalasını gəzdik.


Maltadan sonra biz təyyarə ilə Sicilya adasına keçid etdik. Sicilya isti və məsafələr uzaq olduğu üçün burada maşın kirayələdik. Sicilyada Catania şəhərində 3 gecə Palermoda isə 2 gec qaldıq. Bunun səbəbi ən yaxın şəhər və kəndlərə daha rahat getmək idi.
1-ci günümüzü Catania şəhərinə ayırdıq
- Piazza Duomo meydanı
- Cataniada balıq bazarı (Fish Market)
- Villa Bellini parkı
2-ci gün İtaliyada Etna vulkanına çıxdıq. Kanat vasitəsilə 2500 m hündürlüyə qalxılır. Kanat qiyməti 100 eur-dur 1 nəfərə.
3-cü gün Xaç atası filminin çəkildiyi Savoca kəndinə gəldik. Filmin səhnələrindən biri Bar vitellidə digər isə San Nicola kilsəsində çəkilib.


Savocadan Taormina şəhərinə keçid etdik. Taormina çox gözəl idi. Dənizi, küçələri, lokal kafeləri.
Artıq 4-cü gün səhər Catania ilə sağollaşıb. Palermo şəhərinə yollandıq. Maşın ilə 2 saatlıq yoldur. Yolüstü Cefalu şəhərinə və çimərliklərinə də getdok. Cefalu da Taormima qədər gözəldir. Palermoda 2 gecə qaldıq.
- Mərkəzi gəzdik. Maraqlı dar küçələri lokal kafeləri var. Bura Cataniadan daha ucuzdur.
- Palermo Cathedrala girdik.
- Məşhur bazarı Ballaro Marketə girdik. Bura çox xoşuma gəlmişdi
Amma düşünürəm planlamada Taormina və ya Cefalu şəhərinə üstünlük verərək 2 gün passiv istirahət edib qayıda bilərdik

DİGƏR BLOQLAR

25 günlük Avropa gəzintisinin "ƏN"-ləri

Sonuncu Avropa turumu necə planlaşdırdığım və nə qədər xərc çıxması barədə çoxsaylı suallar gəldiyindən ümumiləşdirib post yazmaq qərarına gəldim. Otel xərcləri müxtəlif olduğu üçün onları yazmayacam. Amma istəyənlər üçün məsləhət görəcəyim otellər var.1) Bakı-Tbilisi - 35 avro - 1 saat (buta)2)Tbilisi-Kutaisi - 7 avro - 4 saat (Georgianbus)3)Kutaisi-Roma - 70 avro(wizzair baqajla) - 4 saat, Romada 4 gün4)Roma-Venesiya-40 avro (Qatar-Trenitalia- 8 saat) gecə qatarında 4 yataqlı kupedə getdik. Gecə saat 12-də Roma Terminidən çıxır və səhər 8-də Venesiyaya çatır. Beləcə şəhərlər arası səyahət xərcinə 1 günlük otel xərci aradan çıxır və rahatca yatıb yuxunuzu ala bilərsiz), Venesiyada 2 gün5)Venesiya-Milan-15 avro-2 saat (Qatar Trenitalia)-Milanda 1 gün6)Milan-Lisbon-40 avro-(Ryanair)-3,5 saat , oturacaq seçimi ilə birlikdə, gecə uçuşu olduğundan 1 gecəlik otel xərci yenə də cibimizdə qaldı.7)Lisbon-Sintra-Roka burnu-Cascais-Lisbon (Qatarla-15 avro) Lisbon 3 gün, digərləri üçün 1 gecə 2 gün8)Lisbon-Azor adaları-40 avro-2,5 saat (Ryanair) -Azor adalarında 7 gün-Uçuş saatları otellerin check in-out saatları arasında olduğu üçün çox rahatdır.9)Azor-Porto-30 avro(Ryanair)-2,5 saat, Porto-1 gün-1 günə burdan doymadıq, ən az 2-3 gün keçirmək lazımdır.10)Porto-Barcelona - 10 avro-1 saat (Ryanair)-Barcelona 4 gün11)Barcelona-Palma de Mallorca-9 avro-50 dəqiqə (Ryanair) Mallorcada-2 gün12)Palma de Mallorca-İbiza-30 avro-(AirEuropa)-30 dəqiqə-İbiza 1 gecə 2 gün-doymadıq.13)İbiza-Barselona-15 avro(Ryanair)-50 dəqiqə14)Barselona-Kutaisi-90 avro-uçuş--5 saat (wizz air)-baqajla birlikdə15) Kutaisi-Tbilisi- 7 avro (Georgianbus)-4 saat16)Tbilisi-Baku-30 avro(Buta)-1 saatBeləliklə təxminən 25 gün ərzində bütüb nəqliyyata çəkilən ümumi xərc- 480 avro. (2 uçuş və 1 qatarla səyahət gecə olduğu üçün 3 gecə otellərə pulumuz çıxmadı.)-Eyni tarixlərdə Bakıdan İtalyaya tək gediş-dönüş biletinin qiyməti 600 avroya yaxın edirdi.-Bütün uçuşlarda 10kq-a qədər çiyin sumkasını pulsuz içəri keçirdik. Bundan əlavə dostumla xərcləri yarı yarı bölüşüb 1 dənə də əlavə baqaj aldıq.-Ryanair ən sevdiyim low cost oldu. 10-a yaxın uçuşun heç birində çiyin sumkasını yoxlamadılar. Ryanairdə bütün uçuşlarda oturacaqı da özümüz seçdik və yuxarıda yazılan qiymətə daxildir.-Ryanairdə camaat 2 çiyin sumkasını belinə asıb (hər çiyin sumkasının 1 qulpunu) rahatca içəri keçirirdi.-Bütün uçuşları, gediləcək şəhəri səyahətdən 1 ay əvvəl özüm planlaşdırdım, Avropa daxili uçuşlar üçün skyscanner və ryanai applardan istifadə etdim. Otellərin hamısını booking.com-dan bron etdim və oteldə ödəmə varinatını seçdim.Mənim fikrimcə:-Ən tarixi şəhər-Roma-ən sevdiyim şəhər-Lisbon-Səyahətin ən möhtəşəm yerləri-Azor adaları, Sintra, Cascais və nisbətən Venesiya (Portuqaliya ümumiyyətlə candır)))-Ən böyük xəyal qırıqlığı-Barselona-Ən əyləncəli-İbiza və Mallorcada Magaluf şəhəri-Ən dadlı çaxırlar-Roma və Porto-Ən dadlə yeməklər-Lisbon və Azor adaları-Ən möhtəşəm mənzərə-Sete Citades və Lagoa de Fogo gölləri-Ən möhtəşəm abidə-Sagrada Familia-Ən ucuz yer-Lisbon, Magaluf və Azor adaları-Ən bahalı-Barselona[gallery ids="1987,1986,1985,1984,1983,1982" type="rectangular"]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1283 dəfə oxunub

Gəzəyən məsləhəti - sevimli restoranlar

Olduğunuz ölkələrdə ən sevdiyiniz restoran, kafelər hansılar olub?  Mənim ilk 7liyim bunlardır. Yolunuz bu şəhərlərdən düşsə, mütləq baş çəkin:1. The Test Kitchen (Keyptaun, CAR) - Porsiyalar çox kiçik olsa da, mükəmməl dad yaradırlar. Bu restoran hər il dünyanın fərqli yemək jurnallarında "Dünya üzrə Top 50, Top 100 Restoranlar" listinə düşür. Bütün yeməklər gözünüzün önündə hazırlanır. Təamlar doymaq üçün deyil, zövq almaq üçündür. Biraz toppuşlar burdan birbaşa McDonaldsa doymaq üçün rahat gedə bilər. 2. Copa Lima (Rio, Braziliya) – Rionun mərkəzində Kopokabana tərəflərdə əsas mərkəzi küçələrdə olan balaca Fast Food kafeləridir. Əjdaha burgerləri və təbii şirələri olur. Alırsan 1 burger, 1 şirə. Düşürsən 2 küçə aşağıda yerləşən və dünyanın ön məhşur çimərliklərindən sayılan Kopokabanaya. Oturursan sahildə, vurursan bədənə əlindəkiləri. 5 Ulduz restoranlardan daha çox zövq alırsan. 3. The Rules (London, Birləşmiş Krallıq) - Londonun ən qədim restoranıdır, 1798-ci ildən fəaliyyətdədir. Sezonuna düşsəniz, məhz gündəlik olaraq ovlanmış ceyran, maral və digər heyvanların ətlərindən hazırlanmış təamların dadına baxa bilərsiniz. Təkcə interyer restoranın qiymətləri haqqında nəticə çıxarmanıza yardımçı ola bilər. Amma yeməklərin dadı interyeri ikinci plana salır. Bu restorana turistlər və yerlilər xüsusən onlarla növü olan ingilis pudinqləri üçün gəlirlər.4. Café de Tacuba (Meksiko, Meksika) - öz tarixinə uyğun freska və divar rəsmləri ilə dizayn edilmiş retsoranda Meksika mətbəxinin ən dadlı yeməklərini dada bilərsiniz. Restoran 1912-ci ildən fəaliyyət göstərir və bütün interyer bir tarixdir. Mən ençiladas və miçelada sifariş vermişdim. Yeməkləri də çox dadlıdır. Heyif ki, Bakıda heçbir restoran, kafe, pab miçelada vermir.5. Texas Steak House (Dubay, BƏƏ) – Həyatımda yediyim ən dadlı steykləri burada yemişəm. Dubai Mall-da (Fountain Restaurant Area – Lower Ground Level) yerləşir. Dubaya gedəndə mütləq özünüzə bir qonaqlıq verin orada.6. Mama Africa (Keyptaun, CAR) – Keyptauna gələnlər üçün “must be” restorandır. Qiymətləri biraz yüksək olsa da, Krokodil, dəvəquşu və birçox başqa heyvanların ətlərindən hazırlanmış qrillərin və MicroBrewery-lərin dadına baxmağa dəyər bir yerdir. Həm də canl Afrika musiqisi ilə. 7. Компот (Odessa, Ukrayna) – Odessadan yolunuz düşsə, dovşan ətindən olan pelmenilərinin (kompotla  ) və Borşlarının dadına baxın. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Baba Aghayev

3891 dəfə oxunub

Niyə təyyarələr əsasən ağ rəngdədir?

Təyyarələrin ağ rəngdə olmasının 5 səbəbi:Belə bir test edək. Portağılın rəngi nə rəngdir? Narıncı. Bəs Təyyarənin? Çoxunuz ağ rəng deyəcək. Bilirəm bəziləri də deyəcək ki, ağ rəngdən də başqa rəngdə olur. Məs S7-nin əsas hissəsi yaşıl və WizzAir- in isə bənövşəyi rəngdədir. Bəs niyə görə bu qədər hava yolları ağ rəngə üstünlük verir. Gəlin səbəblərinə baxaq:1)İnsanların ağ rəngə yay aylarında üstünlük verməsinin səbəbi günəş işığını özündən əks etdirməsidir. Təyyarə istehsalçıları da bu prinsipi əsas tutaraq təyyarəni sərin saxlamaq üçün bu rəngə üstünlük verirlər. Bundan əlavə ağ rəng günəş şüaları radiasiyasını minimuma endirir. Təyyarələrin bütün hissəsi metaldan ibarət deyildir. Bəzi hissələri plastik, karbon-fiber və fiber-glass-dan istifadə olunur. Günəş şüalarına ən çox məruz qalan hissə də elə bu hissələrdir. Ona görə də qızğın günəşdən ən çox qorunması lazım olan yerlər. təyyarənin burun və kontrol hissələri daxil olmaqla ağ rəngdə olmalıdır.2)Henri Ford dövrünün məşhur biznesmenlərindən olub belə bir söz demişdir. İstənilən müştəri qara rəngdə olduğu müddətdə istədiyi rəngə boyanmış bir maşına sahib ola bilər. OK, bildim bir az qarışıq oldu. Qısaca demək istəyir ki, ən dəbli maşınlar qaradır. Bu sözü ilə maşın industriyasında inqilaba səbəb oldu və bugün ən çox sürülən maşınlar qara rəngdir. Amma bunu deməkdə əsas məqsəd qara rəngli maşınların istehsalının daha ucuz başa gəlməsidir. Təyyarələrdə isə ağ rəng daha ucuz başa gəlir. Əlavə rənglərdən istifadə ekstra 50,000$-dan 200,000$-a qədər xərcə başa gələ bilər.3)Digər rənglərdən istifadə təyyarənin ağırlığına 450 KG-dan əlavə çəki əlavə edir və təyyarə ağırlaşır. Daha çox ağırlıq daha çox yanacaq sərfiyyatı deməkdir.4)Əlavə rəngin gətirdiyi ağırlıq ,yanacaq sərfiyyatı və bahalı olması onu gələcəkdə satmaq üçün ciddi problem yaradır. Çünki siz daha ucuza daha az yanacaq sərfiyyatı istifadə edən eyni keyfiyyətdə məhsulu ala bilərsiniz. Niyə əlavə pul ödəyəsiniz ki. Əgər gələcəkdə bir müddətdən sonra satılmağı düşünülürsə bu məqamlar düşünülməlidir.5) Təyyarənin üzərində olan cızıq və ya xəsarət ağ rəngdə daha tez nəzərə çarpır. Hətta təyyarə qəza uğrayıb dənizə və ya okeana düşsə xilasedicilər yerini tez aşkar edib kömək edə bilirlər.Bu məlumatlarım sizə uçuş zamanı necə kömək edəcəyi barəsində bir fikrim yoxdur. Amma əminliklə deyə bilərəm ki, siz bu məlumatları bilən tək-tük sərnişinlərdən biri olacaqsınız????P.S. Şəkildəki dünyanın ən böyük sərnişin təyyarəsi Emirates-in "Airbus A380plus" modelidir. 2 mərtəbəli olub maksimum 853 nəfər sərnişin daşıya bilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlan Jabrayilov

3611 dəfə oxunub

SƏYAHƏTİNİZƏ RƏNG QATA BİLƏCƏK MOBİL TƏTBİQLƏR (applications)

İndi kasada-masada, suda-muda, kartda-martda fala baxmırlar! Application! Səfərinizi planlaşdırmağa, vaxta, pula qənaət etməyə yardımçınız ola bilər bu cubbulu tətbiqlər (applicationlar).1️⃣ PackPointSaatlarla səfər üçün çamadan yığmısız və sonra da bəlli olur ki, nəsə yaddan çıxıb? Onda qoy bunu sizin üçün PackPoint etsin. Gedəcəyiniz şəhəri, tarixi, yola sərf edəcəyiniz vaxtı, səyahətdə nəylə məşğul olacağınızı qeyd edin və o sizin əvəzinizə yol üçün lazım olan nə varsa - hamısının siyahısını özü tərtib edəcək. Sonradan lazım olmayanları siyahıdan çıxara bilərsiz. Əsas odur ki, yaddan çıxan heç nə olmayacaq və yadınızda belə olmayan, amma səfərdə karınıza gələ biləcək nəyisə tətbiqin hesabına əlavə etmiş olacaqsız.iOS üçün - https://itunes.apple.com/…/packpoint-travel-pac…/id896337401Android üçün - https://play.google.com/store/apps/details…2️⃣ Flightradar24100-dən çox ölkədə səyahət üçün ən yaxşı tətbiq kimi seçilən Flightradar24 sizi maraqlandıran təyyarənin tipi, aviaşirkəti, marşrutu, sürəti, hündürlüyü, uçuş və enmə vaxtı barədə məlumatı 3D effektlərlə sizə peşkəş edəcək. Lap heç özünüz olmayın, dost-tanışdan kimsə harasa təyyarəylə səfər edirsə, siz də narahat qalmayasız deyə, həmin reysin nömrəsini tətbiqə əlavə etməklə uçuş barədə sadaladığım məlumatlarla tanış ola bilərsiz.iOS üçün - https://itunes.apple.com/…/flightradar24-flight…/id382233851Android üçün - https://play.google.com/store/apps/details…3️⃣ SkyGuruBu tətbiq təyyarəylə uçuşlardan hürkənlər üçündür, aerofobiyadan əziyyət çəkənlər üçün sanki bir psixoloqdur adamla bərabər təyyarədə uçur. Uça-uça da təyyarədə baş verən cüzi bir məqamla bağlı belə açıqlama verir, məsələn, təyyarə qəfil enəndə deyir ki: "Sən canı panikaya düşmə, bu, normal haldır, filan şeydən ötrüdür". Aerofob da özünə gəlib həşirə düşmür.iOS üçün - https://itunes.apple.com/app/id1382240614Android üçün - https://play.google.com/store/apps/details…4️⃣ Rome2RioAvtomobillə və ya qatarla səyahət edənlər hərdən A-dan B-yə çatmaq üçün C və D-dən keçməli olurlar. Bu halda tətbiq bir neçə ölkə arasında belə marşrutunuzu cızıb verir sizə. Hətta, məsələn, Antalyadan Tbilisiyə çatmaq üçün hansı avtobuslardan istifadə etməlisiz, Moskvadan Ulan-Batora çatmaq üçün neçə qatar dəyişməlisiz. Hər seqment üzrə təqribi qiymət və bilet ala biləcəyiniz saytı da göstərilir.iOS üçün - https://itunes.apple.com/…/rome2rio-find-out-ho…/id569793256Android üçün - https://play.google.com/store/apps/details…5️⃣ RailPlannerQatarların gediş-gəlişi filanı ilə bağlı adam hərdən öz ölkəsində də çaş-baş qalır, o ki qalmışdı xaricdə. Avropa üzrə bu problemin həllində RailPlanner tətbiqi qulunuz ola bilər. Offline rejimdə bütün stansiyalar üzrə cədvəlləri göstərə, birbaşa hərəkətdir ya yox barədə böyük məmuniyyətlə xəbərçilik edə bilər.iOS üçün - https://itunes.apple.com/…/rail-planner-offline…/id579547877Android üçün - https://play.google.com/store/apps/details…6️⃣ MobikeBu tətbiq vasitəsilə icarə üçün nəzərdə tutulan velosiped seçirsiz, dayanacaqda onu blokdan çıxarıb istifadə edirsiz, bezəndə də onu ya xüsusi dayanacaqda, ya da elə küçənin ortasında (əgər şərtlər buna icazə verirsə) qoyub gedirsiz.iOS üçün - https://itunes.apple.com/app/id1044535426Android üçün - https://play.google.com/store/apps/details…7️⃣ StravaVelosipedlə bağlı daha bir tətbiq. Bu tətbiqdən hətta təkcə səyahət zamanı yox, elə fitnes məqsədi ilə də istifadə edə bilərsiz. Tətbiq sizin velosipeddə və ya adi qaçışda qazandığınız uğurları digər istifadəçilərlə paylaşır. Başqalarıyla ən yüksək göstərici uğrunda yarışa da bilər, yeni cığırları birgə kəşf edə də bilərsiz.iOS üçün - https://itunes.apple.com/app/strava-cycling/id426826309Android üçün - https://play.google.com/store/apps/details?id=com.strava8️⃣ OruxMapsCığırlardan kənarda trekinqə və ya velosipedlə səyahətə hazırlaşırsızsa, Maps.me tətbiqi bəs etməyə bilər. OruxMaps vasitəsilə çadırı harda qurmaq, su mənbəyini necə tapmaq olar və sair kimi məlumatları tapmaq olar.Android üçün - https://www.oruxmaps.com/cs/en/9️⃣ Citymapperİctimai nəqliyyatla bağlı sizə olmazın köməkliyi göstərməyə hazır olan tətbiq. Marşrutunuzun ilkin və sonuncu məntəqələrini qeyd edirsiz və tətbiq sizə həmin yerə necə çatmaq barədə ətraflı məlumat verəcək (o cümlədən tranzitlə, piyada və ya velosipedlə). Hər nəqliyyat növü üzrə tətbiq qiymətləri də göstərir və, məsələn, avtobusun nə vaxt gələcəyini də diqqətinizə çatdırır. Bir əmması var, o da tətbiqin yalnız böyük şəhərlərdə işləməsidir. Citymapper-də tapmadığınız şəhəri digər tətbiqdə - Moovit-də axtarın.iOS üçün - https://itunes.apple.com/…/citymapper-transit-n…/id469463298Android üçün - https://play.google.com/store/apps/details…???? BudgyDost-tanışla səyahət etdikdə xərclərlə bağlı qanqaraçılıq yarana bilər. Restoranda kim pulu ödədi, avtomobilə görə icarə pulu kimin cibindən çıxdı, parkdakı piknik kimin hesabına başa gəldi - bütün bu kimi məqamlarda qardaş qırğınına çıxmamaq üçün Budgy-də ümumi büdcə tərtib edə bilərsiz. Bütün ödənişləri bura əlavə edin və səfərin sonunda o, hesablayıb deyəcək ki, kimin kimə nə qədər borcu var.iOS üçün - https://itunes.apple.com/ru/app/budgy-2/id1156229427Android istifadəçiləri, vəziyyəti özünüz birtəhər yola verin.1️⃣1️⃣ Google Arts & CultureYaxınlığdakı muzeylərin koordinatları, iş qrafiki, muzeydə nələrə baxa bilərsiz və sair barədə məlumat ala biləcəyiniz tətbiq də budur.iOS üçün - https://itunes.apple.com/…/app/google-arts-cul…/id1050970557Android üçün - https://play.google.com/store/apps/details…1️⃣2️⃣ YugglerƏliuşağlısızsa, səyahət zamanı arada uşağın da marağlı vaxt keçirməsi barədə düşünməlisiz. Amma siz düşünməyin. Qoy bunu Yugger düşünsün. Uşağlar üçün əyləncə meydançaları, hovuzlar, zooparklar, muzeylər və s. barədə məlumatı tezbazar tapıb sizə təhvil verəcək.iOS üçün - https://itunes.apple.com/us/app/yuggler/id741597223Android istifadəçiləri, səfərə uşaqsız çıxın :)1️⃣3️⃣ izi.TRAVELİntrovertlər üçün bələdçidir. Tətbiqdə görməli yerlər barədə audio-bələdçi xidmətindən istifadə etmək olar. Yəni canlı bələdçinin arxasıyca düşüb gəzmək istəmirsizsə, bu tətbiq vasitəsilə istədyiniz tempdə, istədiyiniz vaxt gəzə-gəzə istədiyiniz yer barədə audio məlumat ala bilərsiz. Səfər vaxtı internetə pul xərcləməmək üçün wifi olan yerdə sizə lazım olan turu telefona yükləyin. Tətbiqi işə salanda o, GPS-ə görə təyin edəcək olduğunuz yeri və əvvəlcədən yüklədiyiniz məlumatlar hesabına başlayacaq həmin yer barədə əngə verməyə.iOS üçün - https://itunes.apple.com/app/opas/id554726752Android üçün - https://play.google.com/store/apps/details…1️⃣4️⃣ FoursquareYeyib-içməyi də yaddan çıxarmadıq. Qarşınızdakı restoranın ləyaxlı olub-olmadığı barədə və ya hər hansı suşi-bar axtarışındasızsa özünüz ərazini qeyd edib həmin barın orada olub-olmadığı barədə məlumatı rahatlıqla bu tətbiqdən öyrənmək olar. Həm də başqalarının bu və ya digər iaşə obyektində çəkdikləri fotolarla da tanış olmaq olar. Amma diqqət edin ki, rəylər 100 ilin rəyi olmasın. Çünki qısa müddət ərzində də hansısa kafe imicini dəyişib əvvəlki vaxtlardan fərqli olaraq dovğaya noxud qatmaya bilər. Siz də peşman olassız.iOS üçün - https://itunes.apple.com/…/foursquare-city-guide/id306934924Android üçün - https://play.google.com/store/apps/details…1️⃣5️⃣ HappyCowAdından da bəlli olduğu kimi, vegetarian ve veqanlar üçün yaradılmış tətbiqdir. Ürəyləri istəyən ətə xor baxan restoran-kafeləri burada tapa bilərlər. Həm də tətbiqdə müxtəlif fermer bazarları, sağlam qida mağazaları haqqında da məlumat boldur.iOS üçün - https://itunes.apple.com/…/happycow-find-vegan-…/id435871950Android üçün - https://play.google.com/store/apps/details…1️⃣6️⃣ VivinoŞərab manyakları, sizi də unutmadıq! Kaxetiyada hansı şərabı almaq məsləhətdi? Burqundiyada, Toskanada hansı şərabdan dadmasaz ömrünüzün axırınacan bunu özünüzə bağışlamaya bilərsiz? Dünyanın istənilən nöqtəsində adınıza layiq şərab barədə məlumatı bu tətbiqdən ala bilərsiz. Tətbiqi qoyun qarşınıza və açın sinənizi: məsələn, 50 AVRO-ya ağ italyan şərabı və ya 3,5 ulduzdan yuxarı Gürcüstan şərabı… Tətbiq o dəqiqə axtarışınıza uyğun bütün şərab çeşidlərini reytinq və rəyləri ilə birgə tapıb sizə göstərəcək.Mağazada hər hansı şərabı seçməkdə çətinlik çəksəz, bu tətbiqlə onun etiketkasını skan edin və ən son rəy, reytinqi barədə məlumat alın.iOS üçün - https://itunes.apple.com/app/id414461255Android üçün - https://play.google.com/store/apps/details?id=vivino.web.appP.S. SkyScanner, Uber, Google Maps, Maps.me, BlaBlaCar, Couchsurfing filan barədə də day özünüz bilirsiz. Bir də yazmayım.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1219 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!