180 dəfə oxunub

Maldive seyahet - Maldiv Beledçisi

1 heftelik (25.01-01.02) Maldive seyahetimle bagli fikirlerimi bolusmek isteyrem.
AZAL la bir basa Male ye (6saatdan biraz cox ucus vaxti) ayraportdan speed boatla texminen 1 saat getdikden sonra mohtesem Thoddoo adasina catdiq. Portdan otelin numayendeleri qarsilayib balaca xususi masinla otele getirirler.
Thoddoo kuceleri xosunuza gelmeye biler amma cimerliyi dogrudan cennetdir. Qumu suyu izah edilmeyecek derecede gozeldir. Cimerlikde lejanka zontikler ve yellencekler demek olar butun turistlere bes edecek saydadir. Yellencekler ise xususi eylencelidir.
Biz Shams Thoddoo qonaq evinde qaldiq, qaldigimiz muddetde cox razi qaldiq, 5 mertebeli kicik yeni binadir. Otaqlari genis, temirli, ve temizdir. Otelin cemi 7-8 otagi var, ve aile terefden idare olunur. Butun kollektive ela, komekcil ve guleruz idiler.
Biz seher yemeyi ile goturmusduk bezen sam yemeklerini de elave odenisle otelde edirdik, adam basi 15$ kicik qabda sup, ve esas yemek meyve desert ve sudan ibaret. Men her defesinde butov okean baliqlari secirdim, kifayet qeder boyuk orta dadda olurdu. Elave olaraq Black Ancor ve Astra restoranlarinda nahar ve sam yemeyini yeyirdik. Ortalama 2 nefer ucun 40-50$ cixirdi (spirtli icki olmadan).
Qiymetler marketlerde cox bahadir. Maqnitler 3-5 $ dan baslayir. Ve diger suvenirler daha yuxari qiymete. Cimerlikdeki meyve ve kokteyil yeri marketle eyni qiymete satirdilar.
Butun ehali, saticilar dogrudan mohtesemdirler. Mehriban, guleruz ve semimi. Misirdeki sirtiq saticilardan sonra burdaki insanlara heqiqeten yaxsi menada sok olmusdum.
Biz olan muddetde ilk gun guclu yagis yagdi (duzu dilxor olduq) amma seheri gun dehset gun, daha sonralar arada az az yagis yagirdi amma cimmeye manecilik yaratmirdi, hetta yagisda denizde cimmeyin ayri zovqu var idi. Yagisida mohtesem olurdu.
Turlardan snorkeling goturduk, Ramzitour instagram sehifeleride var, duzu tam beyendim desem yalan olardi, cox adam getmisdi, hardasa 25 nefer. Cox telesgen edirdiler, sanki tik qoyurdular. Mantelerle ve sharkla uzduk, ve sand bath deyilen yere getdik , duzu videolari coxda beyenmedim. Adada diger snorkeling turlar var idi onlari yoxlamaq olar.
Adada masin yoxdur ancaq otellerin qonaqlari qarsilamaq ve yola salmaq ucum xususi masinlari var, esasen motor bike ve velosiped istifade edirler. Velosiped gunluk rent 5$, motorbike 20$.
Bir de gedermmi? Mutleq, madfi imkan olanda

Ada olaraq tereddud edeneler eminlikle sece bilerler, otel olaraq da biz razi qaldiq, qiymetine uygun idi, otelin qisa videosu var, kim istese sexsiye gondere bilerem.
Men tur olaraq tur agency den almisdim, tur ile daha ucuza gelirdi, kimese maraqli olsa elaqelendire bilerem.
Uzun olsa da istedim detalli yazim, kimin basqa suali olsa buyura biler.

Paylaşan: Isa Mammadov

DİGƏR BLOQLAR

Çin Bələdçisi

Çin ilə bağlı əvvəlki postum çox diqqət çəkdi deyə qərara gəldim bu dəfə də Çində olduğum ən gözəl şəhərləri sıralayım: 1. Sanya( 三亚 ) - Boşuna bura Çinin Havaiisi demirlər. Tropik cənnət , fevral ayında 30+ dərəcədə dənizdən zövq alıb , tropik meyvələr yemək istəyirsinizsə əla seçimdir. Bu şəhərdə məni ən təəccübləndirən məsələ hamının rus dilində danışması idi. 2. Şanxay (上海)- Meqapolis , əzəmətli binalar - paralelində isə bol yaşıllıq. Bu şəhər Çinin inkişafının ən yüksək nöqtələrindən biridir. Disneylandə getməyi də unutmayın. 3. Hangzhou (杭州)- Şanxayın yaxınlığında yerləşən bu şəhərin təbiətini sevirəm. Safari parkı əladır. Gölündə böyük Çin gəmiləri ilə üzə bilərsiniz. 4. Nanjing (南京)- tarixi sevənlər üçün əla seçimdir. Dağın ətəyində qədim böyük heykəlləri ən çox bəyəndiyim hissəsi olmuşdu. Məbədlərinə isə mütləq gedib görmək lazımdır. Çox əzəmətlidir. 5. Chongqing - bir çox videosunu görmüsünüz və həqiqətən bu şəhərdə aşağı yuxarı anlayışı yoxdur. Yerin altı ilə metroda getdiyiniz yerdə bir də görəcəksiniz ki, 20 mərtəbəli binaya yuxarıdan baxırsız. Piyada gəzmək çox yorucudur bu şəhərdə ona görə ancaq 1 dəfə gedib görülməli şəhərdi. Qeyd edim ki, bu siyahı gəzdiyim şəhərlərin içindən seçdiklərimdir. Daha gözəl bir neçə şəhəri də var olmadığım, onları bura əlavə etməmişəm.Paylaşan: Neriman Aliyev

175 dəfə oxunub

Bolqarıstan bələdçisi - Sofiya

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam olsun gəzəyənlərə də, gəzməyənlərə də)Bolqarıstan-Sofiya haqqında qısa şəkildə təəssüratlarımı bölüşüm, getməyi planlaşdıranlar üçün maraqlı olar düşünürəm.Qrupda Sofiya haqqında kifayət qədər postlar paylaşıldığı üçün detallara girmirəm) Bildiyimiz kimi, Buta ilə birbaşa reys var, uçuş müddəti təxmini 3 saat 25 dəqiqə olur. Ölkəyə giriş üçün isə ya Bolqar vizası, ya da multi-şengen vizamız olmalıdır.Sofiya aeroportundan şəhərə gəliş çox rahatdır. Cəmisi 1.60 levə ( = 1 man. 60 qəpik) metro bileti alıb, aeroportdan çıxan kimi qatara minirsiz və yarımca saata olursuz şəhər mərkəzində (Serdiko m/st.) Metroları çox təmiz, geniş və səliqəlidir, adətən kondisionerlə təchiz olunub və bürküdən söhbət gedə bilməz)Milli valyutası “lev”( şir) adlanır. Təxmini manatla eynidir: 1 azn=1.03 lev.Şir bir növ Sofiya şəhərini symbolize edir, bu səbəbdən şəhərdə Şir heykəli və adında lev sözü olan bir sıra nəsnələrə rast gəlinir.Şəhər vaxtilə uzun müddət Roma imperiyası, sonra isə Osmanlı imperiyasının əsarətində olmuş, ən son isə Sovet Rusiyası tərəfindən işğal edilmişdir. Buna görə də şəhərdə 3 fərqli mədəniyyətin nümunələrinə (məscidlər, kilsələr və digər tikili qalıqları) rast gəlinir.Ümumilikdə şəhərdə sanki Sovet aurası var.Şəhərdə public transportda 1 gedişin qiyməti 1.60 levdir. Bir gün ərzində istənilən ictimai nəqliyyatdan (metro, tram, bus) limitsiz sayda istifadə etmək imkanı verən biletlər də satılır ki, bu da çox sərfəlidir. Qiyməti də cəmi 4 lev.Elə bu qrupdakı yoldaşlardan birinin məsləhətiylə H2O adlı hosteldə qaldım, gecəsi cəmisi 12 azn-ə. Qiymətinə görə əla yerdir. Məkəzə ve Serdiko metro st. çox yaxındır. Təmiz və səliqəlidir, personal da yardımsevərdir. Yeganə mənfi cəhəti gecə yatanda xoruldayanların çox olması idi.Hostelin yaxın ətrafında gəzməli yerlər, restoranlar, parklar və s., bir sözlə, hər şey var.Restoranlarda qiymətlər bizdəkindən çox yox, cüzi bahadır. Mərkəzdən kənar yerlərdə ucuz yeməkxanalar tapa bilərsiz.Hər gün pulsuz turlar təşkil olunur. Ətraflı məlumatı “free sofia tour” səhifəsini axtarış edib ordan əldə edə bilərsiniz. Mükəmməl tur bələdçiləri olur. Martin adli guide var, çox məsləhət görürəm) adam işini o qədər entuziazmla görür ki, 2 saatlıq turdan zövq alacağınız qarantidir)Sofiyada parklar çoxdur və ərazicə böyükdürlər, gəz-gəz bitməz.. Ən məşhurlarından biri South Parkdır. Çox sakit və səliqəlidir, əsl istirahət etməli yerdir)Popular touristic destination olmasa da, Sofiya məndə gözəl, sakit və hüzurlu şəhər təəssüratı yaratdı.P.S. İmkanınız olarsa (məndə olmadı təəssüf ki), şəhərdən təxmini 1 saat məsafədə yerləşən Vitoşa dağına da mütləq baş çəkin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Mammadli

1964 dəfə oxunub

Positano: Italiya Səyahəti

Salamlar, sizinlə bir kısmat Positano təcrübələrimi bölüşmək istədim Mənə görə İtaliyanın ən gözəl dənizkənarı incilərdən biri məhz Positanodur. Burda tam olaraq İtalyan ruhunu hiss edib, qəşəng passiv istirahət etmək olar.Amalfi sahillərində tətil planlamısınızsa oteli Salerno şəhərində tutsaz əla seçim olar. Çünki bütün qəşəng qəsəbələr bura yaxındır və Salernoda otellər nisbətən daha ucuzdu. Həm şəhər çox qəşəngdiSalerno portdan Positanoya birbaşa gəmilər gedir. Demək olar hər saatda çıxan gəmilər var. 1 nəfər üçün gediş-dönüş biletinin qiyməti 30 avrodur. Səhər 1ci gəmi ilə Positanoya yola düşüb sonuncu gəmi (18:35) ilə qayıda bilərsiz. 1.5 saata Positanoya çata bilərsiz. Salernodan Positanoya getmək üçün 2-ci seçim isə avtobusdur. Avtobusun tək tərəfə qiyməti 3 eurodan başlayır. Avtobuslar gediş sxeminə uyğun olaraq Salerno dəmiryol vağzalının qarşısından çıxır. Avtobus yolu çox gözəldir, mənzərə adamı bihuş edir ama bir o qədər də problemlidi. Çünki yollar dar olduğu üçün tıxac dəhşət olur. Gəmi ilə 1.5 saata getdiyiniz yolu 3+ saata gedirsiz. Nəzərə alsaz ki, vaxtınız azdır gəmi ilə getmək daha avantajlıdır. Positanoda isə şəkil çəkmək üçün ideal yer yuxarı hissədəndir. Pilləkənlar ilə sahildən bura qalxa bilərsiz. Çimərliklərdə ödənişli və ödənişsiz hissələr var. Ödənişli hissədə çətir və “sunbed” 1 nəfər üçün təxminən 25 eurodan başlayır. Düz həmin yerin yanında ödənişsiz çimərliyə peştamalınızı(dəsmalınızı) salıb Positanonun qara qumundan, isti dənizində, qəşəng günəş vannasından zövq ala bilərsizLimonlu dondurma, dadlı italyan mətbəxi, limoncello spritz dadıb belə qəşəng informativ post yazdığım üçün mənə gözəl arzular diləyib istirahətinizdən zövq ala bilərsiz Daha ətraflı məlumatları və şəkilləri isə instagram (https://instagram.com/hilalabdullayeva?utm_medium=copy_link) hesabımdan izləyə bilərsizSevgilər#italy#positano#amalficoast— Positano, Costa D'amalfi, Italy'daPaylaşan: Hilal Abdullayeva

137 dəfə oxunub

5 gün İstanbul!

Salam 5 gün ərzində İstanbulda oldum təcrübəmi bölüşmək istədim. Düşünürəm ilk dəfə gedənlər üçün kömək olacaq.#istanbul 1. Nəqliyyat İstanbul kartı metro, tranvay və bus dayanacaqlarında aparatdan ala bilərsiz. Çalışın istanbul kartdan istifadə edin. Bank kartları ilə giriş etsəz əlavə komissiyon tutulacaq. Kartı bank kartı ilə doldursaz əlavə 7 tl, bank kartı ilə keçmək istəsəz əlavə 13 tl və daha üzəri tuta bilər. Xətlər üzrə qiymətlər fərqlidir, minumum 27 tl və maksimum 98 tl (Böyük adada) gördüm.Çalışın taksidən istifadə etməyin, çünki sayğac qoşurlar və çox pul qoparmaq üçün daha uzun yollardan apara bilərlər. Metro ilə 100 tl yə gedə biləcəyniz yerə sizə 800 tl qiymət oxuyurlar. Metro stansiyaları demək olarki hər adfım başı var.2. Tax freeBir çox mağazalarda taxfree ala bilərsiz bu bizim bir növ ədv geri al ilə eynidir. Ödədiyiniz məbləğin müəyyən faizini geri alırsız. Bunun üçün öncədən mağazaya deyinki taxfree versinlər. Taxfree sənədləri aldıqdan sonra geri qayıdanda hava limanında qeydiyyat üçün yaxınlaşanda taxfree edə biləcəyniz yeri soruşun və ancaq o pəncərəyə yaxınlaşın. Taxfree üçün aldığınız məhsulları çalışın bir yerə yığasız, çünki orda çek üzrə bütün məhsulları açıb baxırlar və kameraya göstərirlər. Bir yerə yığın ki, açıb baxılması rahat olsun. Və çox zamanınız getməsin.3. Misirçarşısı, Kapalıçarşı və.sBu çarşılar yəni bazarlar yalnız baxıb gəzmək üçün maraqlıdır, amma ordakı qiymətlər çox bahadır. Orda 100 tl olan bir məhsulu kənarda 20 tl falan ala bilərsiz. Turistik yerlərdə qiymətlər çox şişirdilmiş olur.4. İstanbul E-Passİstanbul epass xarici vətəndaşlar üçün nəzərdə tutulmuş bir platformadır. Bununla muzeylərə, saraylara, adalar turuna, və müxtəlif xidmətləri pulsuz və ya endirimli əldə edə bilərsiz. Çox sərf edir yekunda 240 euro xidmətdən mən 178 euro verərək istifadə edə bildim. Zaman çatdıra bilsəz daha çox xidmətindən istifadə edə bilərsiz, müddətləri günlük olur. 5. Türk paxlavaları (sevdiyim)Turistik yerlərdə kq 2000 tl üzəri olan paxlava və şirniyyatları "Tatlı Park" mağazalarından 170, 180 tl qiymətinə ala bilərsiz.6. AdalarƏn böyük və maraqlısı Böyük adadır. Orda Yorgi kilsəsi var. Velo götürməyi məsləhət görmürəm. Yolları çox hündür olduğu üçün qalxmaq sizə əziyət olacaq velo ilə. Yorgi kilsəsini mərkəzdən minibus ilə gedib Luna parkda düşüb piyada getmək olur, amma çox hündürdü çox əziyət çəkdim qalxan zaman. Velo ilə heç qalxılası deyil. Böyük adada Şok və A101 mağazaları var qiymətləri normaldır. Su falan alsaz ordan ala bilərsiz. Dəniz qırağı restoranlarda cəlbedici gəlir amma qiymətləri yüksəkdir, 1 kq Levrek bişirtdirik 2 nəfərə 10 % xidmət haqqı ilə 2000 tl üzəri qiymət çıxır. Balıq 1800 tl idi amma danışıb 1400 tl yə sala bildim. Ümumiyyətlə çalışın heç vaxt ilk deyilən qiymətlə razılaşmayın o zaman daha aşağı təklif edirlər.7. Ayasofiya Ayasofiyaya hamının dediyi kimi namaz vaxtı pulsuz girib görmək mümkündür. Sultan Ahmed məscidinədə rahat girdik ödəniş istəmədilər. 8. Yerebatan sarayı(Bazilika sarıncı)Ayasofiyanın yanında yerləşir, su anbarı məqsədilə Bizanslar dönəmi tikilib. Çox maraqlı yerdi. İstanbula getsəz mütləq gedib oranı görün. Ceyms Bondun bir filmidə orda çəkilib. 9. Dolmabahçe sarayıÇox böyük saraydı. Ayrı otaqları və hər otağın öz dizaynı, mebelləri və naxışları var. Çox gözəl və maraqlı yerdi.10. Olivyum outlet, Form İstanbul AVMOlivyum outletin adı outletdi. Qiymətləri demək olarki digər mağazalardakı ilə eynidir. Boş yerə əziyyət çəkib getməyin.Form İstanbul çox böyük və maraqlıdır, orda İKEA - nın, Decathlon-nun böyük mağazaları var. Qiymətləri münasibdir. Bakıdan çox ucuzdur.11. Otelİnsanları çox mehriban və yardımsevərdiMən Pera Luna Residence də qaldım. Çox bəyəndim. Taksim meydanın yanında idi. Xidmətləri çox yaxşı idi. Otaqları səliqəli təmiz rahat, wifi normal, səhər yeməyidə əla idi. İşçiləridə mehriban idi. Mən orda hər hansı istəyimə "yox" cavabı almadım)Əlavə kimin nə sualı olsa yaza bilər. #istanbul #istanbulotel #türkiye #ilkPaylaşan: Ejder Humbet

172 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!