248 dəfə oxunub

Malayziya Səfərim

Genclik salam herkese.
Men Malayziya haqqinda yazmaq isteyirem belke biraz uzun olacaq ama seyahetseverler ucun faydali olacagini dusunurem.
Malayziya viza teleb etmir getmeden once Malaysia Digital Arrival Card(mdac) doldurmaq mutleqdir girisde baxilir. Getmeden iki gun onceden doldurmaq kifayetdir cox besitdir ve qisa surede maile cavab gelir.
Olkeye giris: Burokrati cooox yavas isleyir dusunurem xusuile girisde cox az sernisin olmasina baxmayaraq en az 45deqiqe gozlemeli olursan ve girisde iki uc defe olkeden cixis tarixini ve cixis biletini sorusdu.
Kuala Lumpur: paytaxt sehere en az bes gun ayirmaq lazimdir eger slow seyahet sevirsizse Chinatown,Hawker, Food courts, Batu caves,Bukit Bintang ve s. deyisik yerlerde ve her birine getmek ucun mutleg grab istifade edilir yada public transport. Grab taksi ve diger seyler xidmeti olan bir appdir cox yaxsi isleyir ve cooox ucuzdur.


Adalar:Penang, Batu Ferringgi,Langkawi, Borneo xusuen Sabah sahilleri mutleg sekilde gorulmeye deyer.usaqdan boyuye herkes ucun deyisik activities var. Umumiyyetle Malayziyanin tekce adalarini gezmek hem passiv hem aktiv istirahet ucun en az uc hefte lazimdir.

Yemekler: spicy food but delicious
Bizim agiz dadimiza uygun coooox secim var ama yemekleri acidir hetta acisiz olsun desen bele acili geliryaninda Malaylarin traditional ickisi teh tarik (bir nov caydir ve lezzetlidir) icmekle aciligi azaltmaq olar-kind of tips
Olkeni gezerken ozunu hem Malayziya hem Cin hem Hindistanda hiss edirsen ve menim en xosuma gelen terefi bir birine uzaq bu uc din ve mikletin huzur icinde yasamasidir.


Menfi terefleri: kucelerde pedestrian area demek olar ki yoxdu ne boyuk seherlerde ne adalarda. Bu terefden cox yorucudur.
Bele aglima gelenler indilik bu qeder suallariniz olsa seve seve cavablandiraram.
Have a safe and nice travel to everyone

Paylaşan:
Ilaha Afandi

DİGƏR BLOQLAR

İki Günlük Qax Gəzintimiz

Salam yoldaşlar. İki günlük ( yoldaşım və mən) Qax gəzintimiz başa çatdı, bununla mən şimal-qərb zonasının ptünn rayonlarında olmuş oldum. Təəssüratlarımı bölüşürəm:1. Hotel olaraq "Ramramay"ı seçdik, 2 nəfərlik otaq gündəlik 50 manat (səhər yeməyi daxil). Otelin şəraiti və xidmət əla, hotel rayon mərkəzində yerləşir. 2. İlk olaraq İçəribazardan başladıq, böyük deyil, amma iki maraqlı xatirə evi var. Taxtadan tikilmiş Müslüm Maqomayevin atasının, bir də AXC ordusunun həkimi Cəlal Məmmədovun yaşadığı ev. Hə, bir də burada aksessuarların satıldığı dükan var, maraqlı əl işi qolbaq aldım.3. Gələk dini abidələrə. Müqəddəs Georgi kilsəsi aktiv şəkildə fəaliyyət göstərir, dini mərasimlər keçirilir (bəxtimizdən rast gəldi). Gülnur restoranı ilə üzbəüz kilsə var (adıyadımdadeyil) baxımsızdır və işləmir. Düz onun yanın Qax Tarix və Diyarşünaslıq Muzeyi yerləşir, təmirdən yeni çıxıb, ekspozisiyaya bağlıdır hələ ki. Kürmük məbədninə çıxıb düşmək yarım saatdan çox vaxtımızı almadı, vəziyyəti yaxşı deyil. İçərisində divarlarda "azərbaycansayağı" yazılar var. 4. İlisuda Ulu məscid- 1617-1618-ci illərdə tikilib, 1700-1701-ci illərdə bərpa olunub. Yanında qədim qəbirləri görə bilərsiniz. 5. Kürmük çayı ətrafında əla mənzərə var, "Sultanların qəbrinə" yaxın getsək də təmiz hava bizi elə məst etmişdi ki, yadımızdan çıxıb ora getmək.6. Sumuqala yaxud Sumuqqala- XVIII əsrə aiddir. Giriş pulludur: böyüklər 1 manat, məktəblilər 20 qəpik. Qalanın içərisinə daxil olub yuxarı qalxmaq olur, köhnə dövrlərə aid eksponatlar var. Yeri gəlmişkən, Polad Bülbüloğlu və Həmidə Ömərovanın baş rolda oynadığı " Qorxma mən səninləyəm" filmi İlisuda və adını çəkdiyim qalada çəkilib. Yaşlı bir adamdan ünvanı soruşanda məlum oldu ki, o da filmdə çəkilib. Deyir hər gün üçün bizə 7 manat, atlara 15 manat yazılırdı.7. Ləkit kəndində Mamırlı şəlaləsinə xüsusi maşınlar var, bunu bilirsiniz böyük ehtimalla, 20 manat gediş gəliş. Amma təqribən 150 metr piyada gedilməlidir. Şəlaləyə gedən yolda çoxlu qutab və maxara bişirilən yerlər var, qiymət münasibdir. 8. Olduğumuz restoranlardan İlisuya gedən yolda "Akasiya"nı çox bəyəndik, mənzərəsi superdir. Mərkəzdə "Yaşaroğlu" var, qəşəng pizza yedik orada. 9. Amma 2 gün ərzində taksiyə çox pulumuz çıxdı, şəxsi maşın olmayanda normaldır.Paylaşan: Agshin Kerimli

211 dəfə oxunub

Medellinə Səyahət

Soy el fuego que arde tu piel, Soy el agua que mata tu sed.Medellin. Unudulması mümkün olmayan şəhər. Qəhvənizi hazırlayın, sizi maraqlı bir səyahətə aparacam Royal Aliyev ilə çıxdığımız 22 günlük səyahətin ən yadda qalan şəhəri Medellin haqqında sizə bələdçilik edəcək məlumatlar paylaşmaq istəyirəm.Çoxlarımız Medellini əsasən Pablo Escobar haqqında çəkilən film və seriallardan tanıyırıq. Ancaq Medellin şəhərinin səni valeh etməyi üçün heç bir cinayətkar dəstəyə ehtiyacı yoxdur. Şəhər dağlarla əhatələnib və havası, yaşıllığı, yeməkləri, insanları ilə səyahətinizi unudulmaz etməyə qadirdir. Ancaq keçmişdə yaşanan və təsiri bu günə qədər davam edən xoşagəlməz hadisələr şəhərin abu-havasında özünü bir qədər göstərir.Jose Maria Cordova beynəlxalq hava limanından Uber və ya digər taksilərlə şəhərə gələ bilərsiniz. Ancaq bizim kimi əlavə xərclərsiz səyahət edirsinizsə, 1700 pesoya (nağd) avtobus sizi San Diego Mall'un yanına gətirəcək. Sadəcə diqqətli olun sürücü əlavə pul istəyə bilər, verməyin. Oradan da ya metro, ya da taksi ilə davam edə bilərsiniz.Metro istifadəsi çox rahat və təhlükəsizdir. Kartlar girişdə satılır və bir gedişin qiyməti təxminən 4000 pesodur.Medellin rəsmi olaraq 16 Comuno'ya bölünüb, ancaq şəhər böyüməkdə davam edir. Bunlardan ən məşhurları və təhlükəsiz sayılanları:• Comuna 14 – El Poblado• Comuna 11 – Laureles – Estadio• Comuna 13 – San Javier• Comuna 10 – La Candelaria (El Centro)Comuna 14 – El PobladoBunlardan ən turistik və təhlükəsiz olanı Komuna 14 – El Poblado hesab olunur. Burada müxtəlif əyləncə məkanları, kafe-restoranlar, bir sözlə turistlərin qaynaşdığı məkan kimi tanınır. “Parque Lleras” və “Provenza” kimi məşhur yerlər buradadır. Biz də hostelimizi buradan tutmuşduq. Linki şərhdə tapa bilərsiniz.Comuna 11 – Laureles – EstadioƏgər daha sakit yer axtarırsınızsa, bu kommunanı seçə bilərsiniz. Amma yenə də deyirəm: Comuna 14 Comuna 10 – La Candelaria (El Centro)Bura şəhər mərkəzi sayılır və burada ticarət mərkəzləri, muzeylər, tarixi binalar tapa bilərsiniz. Gündüz maraqlı olsa da, axşam saatlarında bir qədər ehtiyatlı olmaq tövsiyə olunur.Comuna 13 – San JavierPablo Escobarın vaxtında buralar polisin belə girə bilmədiyi yerlər sayılırdı. Hər gün burada silahlı qarşıdurmalar, adam oğurluğu, qətllər baş verirdi. Narkotik ticarəti buradan bütün dünyaya yayılırdı. 1993-cü ildə Escobar zərərsizləşdirilsə də, bu ərazilərdə FARC qruplaşması hakim olmuşdu. 2002-ci ildə keçirilən böyük bir əməliyyat nəticəsində bu qruplaşmanın da sonu gətirildi və insanlar rahat nəfəs almağa başladı.Hazırda bu məkan Medellinin əsas turistik bölgəsidir və hər gün minlərlə turist buranı ziyarət edir. Lakin məsləhət görülür ki, gəzərkən mərkəzi küçələrdən kənara çıxmayasınız, yoxsa sizi Xoşqədəm də axtarıb tapa bilməz. Buraya müxtəlif turlarla da gedə bilərsiniz. Yaxud bizim kimi metro ilə San Antonio stansiyasında xətti dəyişib narıncı xətt üzrə San Javier stansiyasında düşsəniz həm büdcəyə qənaət etmiş, həm də sərbəst gəzmiş olarsınız.Burada kafelər, restoranlar, suvenir dükanları və vaxtilə baş vermiş silahlı qarşıdurmaların izlərini daşıyan divarlar üzərində maraqlı qrafiti əsərləri görə bilərsiniz.Təhlükəsizlik baxımından ehtiyatlı olmaqla bu şəhərdə rahat gəzə bilərsiniz. Sadəcə olaraq:Tanımadığınız küçələrə girməyin Sizə yaxınlaşıb narkotik və digər təkliflər edənlərə "yox, təşəkkür edirəm" deyib uzaqlaşın Gecə vaxtı çox da küçələrdə gəzməyə meyil etməyinQiymətlər demək olar ki, hər büdcəyə üçün tapmaq olar. Yeməkləri isə bizim ağız dadımıza tam uyğun gəlir.Yemək seçimləri boldur, amma birini mütləq sınayın deyirəm: Bandeja Paisa . İçində ət, düyü, lobya, yumurta, avokado, patacon (qızardılmış banan) və daha nələr var. Bir boşqabı elə doludur ki, ikiyə bölüb rahatlıqla paylaşmaq olar. Biz bir porsiya ilə ikimiz də tam doymuşduq. Dadı isə... sözlə izah etmək çətindir, mütləq dadmaq lazımdır. İçgiləri isə sadəcə möhtəşəm. Xüsusən pivə həvəskarları üçün...Digər görüləsi yerlərdən:• Museo de Antioquia – Burada məşhur rəssam Fernando Boteronun əsərlərini görə bilərsiniz . Muzeyin yaxınlığında onun heykəlləri ilə dolu meydan da yerləşir.• Metrocable (funikulyor) – Şəhərin panoramasını yuxarıdan seyr edə və Arví Parkına gedə bilərsiniz .Əgər əlavə vaxtınız varsa, yaxınlıqda yerləşən Guatapé şəhərinə və oradakı məşhur El Peñón qayasına gedə bilərsiniz . Daha ətraflı Royal Aliyev in Guatape haqqında postundan oxuya bilərsiniz.Buraya həm turlarla, həm də sərbəst şəkildə getmək olar. Bunun üçün Caribe metro stansiyası yaxınlığındakı Terminal de Norte avtovağzalından 22000 pesoya avtobus bileti ala bilərsiniz . Redbus proqramı ilə onlayn rezervasiya da mümkündür, lakin terminalda təsdiqləmək vacibdir.Qayıdanda Guatapé şəhərini gəzməyi də mütləq tövsiyə edirəm.Sonda isə onu deyim ki, yağışdan sonra günəş necə çıxırsa, Medellin də qaranlıqdan işığa yüksələn bir nağıldır. Keçmişi ilə üzləşməkdən çəkinməyən, cəsur şəkildə gələcəyini yazan bir şəhərdir.Bonus: Narcos serialına marağı olanlar üçün Pablo Escobarın vurulduğu yer, evi və qəbrinin olduğu ünvanları şərhdə paylaşacam Mənimlə birlikdə səyahət etmək istəyirsinizsə, Instagram profilim: @azerhsnPaylaşan Azer Hasanov

287 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Malik Abdullayev

1437 dəfə oxunub

Laqom ölkəsi - İsveç bələdçisi

Stokholmdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Yazılarım bəyənilibmiş demə, mənə də ilham gəldi, dedim Lagom ölkəsindən biraz yazım sizin üçün.Lagom nədir?İsveçlərin Laqom fəlsəfəsi sadəcə qulağa fərqli gələn bir sözdən ibarət deyil. Bu, sadəliyi, harmoniyanı və məmnunluğu birləşdirən həyat tərzidir, daha dəqiq desək həyatın tarazlığıdır.Lagom qısa fika anlarından tutmuş, funksional və rahat, hər detalı düşünülmüş şəkildə dizayn edilmiş evlərə qədər, gündəlik həyatın sevinclə dolu olduğu İsveç həyat tərzini əks etdirən bir anlamdır. İsveçlərin laqoma olan sevgisi fərdi seçimlərdən çox kənara çıxır. Belə ki, bu anlayış davamlılıq, bərabərlik və sağlam iş-həyat tarazlığı kimi sosial dəyərlərə nüfuz edir. Bu, hər kəsdə "kifayət qədər", “nə az, nə çox” olmasının olduğuna inanan bir mədəniyyətdir. Məsələn İsveçdə gəzərkən bahalı maşın görməyiniz nadirdir, amma bir çox isveçli geniş və rahat evlərdə yaşamağı üstün tutur. Lagom! Şirkət rəhbəri? Əsla yolda tanıya bilməzsiz. Eyni şirkətin rəhbəri və əməkdaşı eyni avtobusdan istifadə edə, eyni mağazadan geyinə, eyni restoranda yemək yeyə bilər. Lagom! 6-ci sinifə kimi isveçli uşaqların məktəbdə qiymət almadıqlarını bilirdiz? Uşaq yaşlarından fərqliliyi, üstün və ya aşağı olduğunu hiss etməsin deyə. Lagom! Və bu misalları sonsuza kimi gətirmək olar..İndi isə keçim öz gözlərimlə gördüklərimə:Mən Stokholm, Göteburq və Malmö şəhərlərinə getdim. Yaxşı otellər seçməyimə baxmayaraq, otaqlar, fikrimcə daha kiçik, yığcam və dəbdəbəsiz idi. Ümumiyyətlə İsveç dəbdəbəsi sadə və şık deməkdir. Bariz nümunə olaraq məhşur isveç markalarını misal gətirmək olar, məsələn hamımızın yaxşı tanıdığı H&M və ya İkea. Şəhərlər: Stokholm. Skandinaviyanın ən böyük şəhəridir. İlk baxışdan soyuq, boz görünsə də, qaldıqca mülayimləşən bir ab-havası var sanki. Fikrimcə mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısı: Stokholma gəldikdə ilk gedəcəyiniz yer yəgin ki Köhnə şəhər (Gamla Stan) olmalıdır.Bu da, fikrimcə, köhnə şəhərdə görməli olduğunuz yerlər (sıralamanı da yazdığım kimi etsəz, dairə şəklində gəzmiş olacaqsız ki, vaxta qənaət edəcəksiz) 1. Gamla Stan Metrostansiyasından çıxırsız;2. Stockholm’s Narrowest street (ən dar küçəsi);3. Alman Kilsəsi (fikrimcə ən gözəl kilsələrindən biri);4. Nobel Prize Muzeum (bilet 24 AZN). Bu meydanda ağ kərpiclərlə işarələnən qırmızı evi görün, burada edam olunmuş 96 isveçlinin xatirəsinə həsr olunub, və su gələn çarxa baxın (orta əsrlərdə quyu olub).5. Nikola Kilsəsi (istəyə görə, görə bilərsiz);6. İron Boy (Liss Ericksonun Aya baxan oğlan heykəli, çox balaca, şəkər monumentidir);7. Müqəddəs Georgi və Əjdaha monumenti (istəyə görə);8. The Art Gallery (istəyə görə);9. The Royal Palace (balaca muzeydi, İsveç krallarına həsr olunub);10. Bura gəlmişkən Royal Chapel-i mütləq görün. 11. 3-cü Qustavın xalqının cəsarəti üçün ucaltdığı obeliski görün.12. Qaraulun dəyişməsini izləyir. (Düşünürəm ki bu Stokholma gələn hər turistin planına daxil olunmalıdır, qışqa həftədə 3 dəfə, yay aylarında hər gün bu dəyişimi seremoniya kimi edirlər. Bəzi özəl günlərdə/bayramlarda hətta daha fərqli səviyyədə keçir). Hər gün saat 12:00 da başlayır, bazar günləri 13:00 (yenə də gəldiyiniz gün saatları yenidən yoxlayın). 13. Gamla standan Riksplan tərəfdən çıxsaz ..14. Parlament Evini də görə bilərsiz. Parlamentin yerləşdiyi kiçik adadan çıxan kimi .. 15. “Evsiz tülkü” monumentinə də göz atın .. 16. Həvəsiniz olsa şəhər Ratushasını da görə bilərsiz (bir balaca aralıqdadır);17. Oradan da yeni şəhərə, ən məhşur və tursitik küçələrindən olan Drottninggatan-a keçə və axşamı gəzə, suvenir ala, gəşəng restoranlarda otura bilərsiz.18. Şəhər kitabxanasını biraz ayrı yazıram, çünki bir balaca uzaqdır, amma düşünürəm ki, mütləq ziyarət olunmalıdır. Gördüyüm ən gözəl kitabxanalardandır və bir neçə dildə, böyük seçim ilə kitablar təqdim edirlər. 19. Vasa muzeyi (sadəcə muzey deyil, həm də 17ci əsrdə batmış real gəmidir. Muzeydə təqdim olunan eksponatların 98% əsl gəmidən çıxardılan əşyalardır.20. Skansen açıq hava altında muzey (bütün İsveçi bir gün içində görmək istəyirsinizsə bura gəlin). 21. Telefonplan (bu binada olan pəncərələrin rəngini telefona yükləyəcəyiniz tədbiq vasitəsi ilə dəyişə bilərsiz). 22. Stokholmun metrosu haqqında eşitmişdiz? Bəli, dünyanın ən gözəl metrostansiyaları burada yerləşir. Niyə belə gözəldir bəs? Məsələ bundan ibarətdir ki, ölkədə/və şəhərdə çox sayda soyuq günlər olur, insanlar da metrodan tez-tez istifadə edirlər, və buqədər metrodan istifadə edən insanlar, soyuq havadan boz metrolara enib daha da keyfdən düşməsinlər deyə, bu məsələyə kreativ yanaşmaq istəyiblər. Və beləcə dünyaya məhşurlaşan Stokholmun metrostansiyalarını tikilməyə başlayıblar. Bəzilərində özünüzü həqiqətən muzeydə hiss edirsiz. Mənim favoritlərim: - T-CENTRALEN (3 xəttin kəsişdiyi stansiya) hara da getsəz buradan keçəcəksiz yəgin ki.Göy xətt üzrə ən gözəl stansiyalar: - KUNGSTRÄDGÅRDEN (50-60i illərdə sökülən binalardan qalan əsərləri stansiyanın içərisinə yerləşdiriblər,əsl muzeydir sanki)- RADHUSET! (Məhkəmə binasının olduğu stansiya)- FRIDHEMSPLAN (dəniz)- VÄSTRA SKOGEN- SOLNA CENTRUM! (Qırmızı stansiya)- HALLONBERGEN- RISSNE! (dünya xəritəsi)- TENSTA (həmrəyliyə həsr olunub)Qırmızı xətt üzrə:- ALBY- STADION (rəngli, göy qurşağı)- TEKNISKA HÖGSKOLAN- UNIVERSITETET (universitetin stansiyası, divarlarında müxtəlif formulalar, xəritəlır çəkilib. Ən gəşəng eskalator da buradadır)- MORBY CENTRUMYaşıl xətt üzrə: - THORILDSPLAN (supermario oyunun içindəsiz sanki)1-12;19;20;21 haqqında görsəl reels paylaşmışam instaqram səhifəmdə. Metro haqqında da hələ paylaşacam Maraqlıdırsa izləyə bilərsiz.https://www.instagram.com/uls_valley Malmö: Ərazisi sadəcə 76km2 olan Malmoda 15 park var, bu da Malmonu İsveçin park şəhəri edir. İsveçi Danimarkaya, Skandinaviyanı Orta Avropaya Birləşdirən şəhərdən Avropanın ən uzun Eresun körpüsü başlayır.Yəgin ki isveçlərdən çox datlar yaşayır bu şəhərdə. Çünki Kopenhagendə mənzil kirayəsi daha bahadır. Eresun Körpüsündən keçid ödənişli (36avro) olsa da, bəzi datlar hər gün bu yolu gedib gəlməyi üstün tutur. Kopenhagendə işləyir, Malmoda yaşayır.Şəhərin ən məhşur binası Turning Torso, ən dadlı yeməyi isə falafel hesab olunur. Şəhərdən günlük gəzinti olaraq Kopenhagenə (Danimarkaya) və ya İsveçin Lund şəhərinə (tələbə şəhərciyi) tur edə bilərsiz.Göteburq:Çox təəssüf edirəm ki, Skandinaviyanın ən böyük 5ci şəhərini (4 paytaxtdan sonra gələn ilk şəhər), port şəhər, ən dadlı balıqların olduğu şəhər (çünki İsveçin iki dənizə çıxışı var- Baltik və Şimal dənizi. Və Şimal dənizi Baltik dənizdən daha təmiz hesab olunur, bu səbəbdən də Şimal dənizinə baxan Göteburqda daha dadlı balıqlar olur), ən əsası Volvo muzeyinin olduğu şəhəri Flixbus-ın avtobusumu ləğv etdiyi üçün normal görə bilmədim. Axşam çatdım, və səhər artıq yola çıxdım Malmo şəhərində. Buraya gəlsəz, gəmi-oteldə qalmağı və təcrübə etməyi məsləhət görürəm. Gecə küləyin səsini, dənizin dalğalanmasını belə hiss edirsiz və həqiqətən dənizdə olduğunuzu düşünürsüz. Unikal bir təcrübədir, sınayın məncə.Bura kimi oxudunuzsa, təbrik edirəm sizi! Ən can alıcı hissəsinə gəlib çatdınız- giymətlərə.Bəli dostlar, bahalı ölkədir (biz manatnan qazanıb isveç kronu ilə xərcləyiriksə, daha da bahadır). Otel: Düşünürəm ki, yaxşı otellərin qiyməti (səhər yeməyi də daxil) gecəsi və bir adama 100$ başlayır. Təbii ki, daha ucuzunu da tapa bilərsiz, ev, hostel də bir seçimdir. Yemək: Nə və harada yeyəcəyinizdən asılıdır. Amma şəhər mərkəzində ən münasib yerdə yeyə biləcəyiniz restoranda min 50 AZN 1 nəfər üçün nəzərdə tutmalısınız (ortalama isə bu 100-150 man 1 nəfər üçündür). Stokholmda pizzanı dilimlədikləri üçün hesaba əlavə 4 avro yazdıqlarını heç vaxt unutmayacam məsələn (xidmət haqqı da məcburi şəkildə 10%dan başlayaraq ödənilməlidir)Bir laxmacun 25-30 AZN (restoran deyil, qatar vağzalında bir dönərxana tipli yerdə). Mən laxmacun sevmirəm və yemirəm, amma o laxmacunun içində bəlkə də qızıl parçası var idi deyə düşünürəm.Muzeylər:1. Skansen - 265 SEK - 45 AZN2. Vasa - Muzeyə giriş biletinin qiyməti gəldiyiniz aydan asılıdır. Belə ki: Oktyabr-Dekabr aylarında 170 SEK (29 AZN) Yanvar-Aprel 190 SEK (32 AZN) May-Sentyabr 220 SEK (37 AZN)3. Royal Palace - 170 SEK (29 AZN) və s.Demək olar ki, bütün muzeylərin girişi bu qiymət aralıqlarındadır.Nəqliyyat:Günlük biletin alınması sərf edir əgər oteliniz tam mərkəzdə deyilsə. Günlük bilet 165 SEK- 28 AZN + 20 SEK kart- təxminən 4 AZN. Kart sizdə qalır, və növbəti 5 il ərzində yenidən doldurub, istifadə edə bilirsiz. Bu bilet bütün ictimai nəqliyyat üçün keçərlidir (avtobus,metro, hətta gəmi üçün) və limitsiz istifadə oluna bilər. Taksi burada bahadır. Mən istifadə etmədim. (Hava limanından otelə 50-55 avro/95-100 AZN)Qışda hava 9:30 açılır və 3:30 da artıq qaralır. Ona görə də qışda gəlirsizsə biraz daha uzun qalmalısız çox yeri gün üzü ilə görə bilməyiniz üçün. Mən qışda gəldim, çünki şimal ölkələrinin qışda bir başqa gözəl olduğunu düşünürəm, və fikrimcə yanılmadım. Amma mütləq şəkildə yaxşı ayaqqabı, geyim gətirin. Buranın soyuğu zarafat deyil.Lakin yay/yazda bir daha ölkənin şimalına getmək istəyərəm.Suallarınız, əlavələriniz varsa, buyurun.Bu arada, İndi Danimarkadan hekayələr,maraqlı məlumatlar paylaşıram, izləmək üçün: https://www.instagram.com/uls_valley keçid edə bilərsiz.2024–də hamıya bol səyahət arzu edirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1499 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!