303 dəfə oxunub

Malayziya Bələdçisi

Salam, Gəzəyənlər!
Bu postda Sizinlə Asiya səyahətindən öyrəndiklərimi bölüşmək istəyirəm. Planım Malayziya və İndoneziyada toplam 3 ay keçirmək, müxtəlif şəhərləri gəzməkdir. Bu yazıda Malayziyanın paytaxtı Kuala-Lumpur və Pinanq ştatı haqqında yazacam.


Tövsiyə etdiyiniz yerləri mənə bildirsəniz, sevinərəm. Əlavə olaraq postdakı qeydlərimi yaxşılaşdıracaq fikirlərinizi də bildirməkdən çəkinməyin.
Bilet: Toplam təxminən 490 AZN-ə Bakı - Əbu Dabi (Wizzair 115 $) - Dubay (Şəhərlərarası avtobus) - Kuala-Lumpur (Batik air 170$ ) (bileti uçuşdan təxminən 30 gün əvvəl almışdım, yoxsa daha ucuz almaq olardı). Biletlərdən həm qiymət baxımından, həm də gözləmə vaxtı baxımından çox məmnun qaldım. Hətta birbaşa uçuşa (Bakı - İstanbul və s. üzərindən) nisbətdə belə daha tez çatdım.

Viza: Malayziyaya viza yoxdur, başqa sözlə, girişdə ödənişsiz viza verilir. Tələblərdən biri ölkədən çıxış biletinizin olmasıdır, məndə yox idi, lakin miqrasiya əməkdaşlarını “plansız gəzəyən” olduğumla bağlı razı saldım. İndoneziya viza tələbi var, mən birbaşa Bakıdakı səfirlik vasitəsi ilə 2 aylıq tək giriş viza almışam.


Kuala-Lumpur (Malayziya): Şəhər olduqca müasir şəhərdir. Yaxşı nəqliyyat sistemi, müxtəlif mətbəxlərə aid restoranlar və s. var. Axtardığınızı tapacaqsınız. Ümumilikdə isə mənim üçün ən problemli məsələlərdən biri yemək olub. Daha çox Pakistan, Ərəb mətbəxinin olduğu restoranlarda yeyirəm.
İqlim: Hal-hazırda Malayziyada yağışların bol olduğu sezondur. Lakin bu halda belə, yağış mənə ciddi problem yaratmayıb, demək olar hər gün eyni vaxtda yağır (15:00 - 16:00) və qısa müddətdə dayanır. Malayziyada olduğum digər bölgələrdə, misal üçün Lanqkavidə demək olar heç yağmır.


Bazarlıq: Malayziyada ümumilikdə bizə nisbətən ucuz və ya eyni qiymətdir, nəqliyyat, texnologiya, geyim, ərzaq və s. Nümunələr:
150 km qatar nəqliyyatı - 4 AZN
360 km avtobus nəqliyyatı - 16 AZN
Təhlükəsizlik: Məncə, Malayziya olduqca təhlükəsizdir. Əksini hiss etdiyim hər hansı bir hadisə ilə rastlaşmamışam. Küçədə yaşayan insanlar çoxdur, bu ilk baxışda narahatlıq hissi yaradır, lakin buna öyrəşdikdən sonra əvvəlki qədər narahat etmir. Əlavə olaraq, insanlarda ingilis dilini bilmə səviyyəsi yüksəkdir və kömək etməyi sevərdirlər. Suallarınız varsa, cavablamaqdan məmnun olaram.


Gəziləcək yerlər haqqında növbəti postlarda yazacam.
Instagram-da gəzdiyim yerlər, Malayziya, İndoneziya və digər asiya ölkələri haqqında da məlumat paylaşıram, siz də izləyə bilərsiniz:
https://www.instagram.com/bashiroglu/

Paylaşan: Abdulla Bashiroglu

DİGƏR BLOQLAR

İtaliya - Florensiya bələdçisi

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Florensiya haqda postlar olsa da, birini də mən yazım Toskaniyanın mərkəzindən, Renesansın vətənindən. Florensiyanın əsası Y. Sezar tərəfindən qoyulub, veteran əsgərlər yerləşdirmək üçün yaradılıbmış. Florensiyanı “orta əsrlərin Afinası” adlandırırlar. Deyilənlərə görə hətta ilk dondurmanın, italyan gelatosunun vətənidir. Mediçilər öz saraylarında XVI əsrdə dondurulmuş desertlərdən istifadə edirmişlər və sonradan bu desertlər satışa çıxarılır. Florensiya həm də operanın və pianonu vətənidir. Florensiya ilə bağlı Stendal sindromu və ya Florensiya sindromu deyilən xəstəlik var. XIX əsrdə Stendal bu şəhərə gəlir, gəzdiyi yerlər onda güclü ürəkdöyüntüsü, həyəcan yaradır və psixoloqlar bu halları digər turistlərdə də müşahidə etdiklərindən xəstəliyi təsdiq edirlər. Florensiyaya gəlmə səbəbim həm də Dan Brownun Inferno (Cəhənnəm) əsəri idi. Bir neçə il əvvəl oxumuşdum kitabı, Florensiyaya gəlməmişdən əvvəl yenidən oxudum adı çəkilən yerləri qeyd etdim. Əsərdə hadisələr Florensiya, Venesiya və İstanbulda baş verir.Keçək şəhərin gəziləsi yerlərinə:1. Santa Maria de Fiori və ya Duomo. Florensiyanın şah əsəridir. 1293-cü ildən tikilməyə başlayıb. 140 il çəkib tikinti. Böyüklüyünə görə dünyanın üçüncü kilsəsidir. Kilsə uzun müddət kupolsuz-gümbəzsiz qalıb. 1436-cı ildə Bruneleschi tamamlayır. Qarşısında Brunellescinin heykəli var. Diqqətlə baxsaz görərsiniz ki, üzü yuxarı yəni, gümbəzə baxır. Kilsəyə giriş pulsuzdur. Amma uzun növbələr var. Amma gümbəzə qalxmaq üçün bilet almalısınız. 463 pillədir. Lift yoxdu, nəzərə alın.2. Cənnət qapıları. Santa Maria de Fiorenin qarşısında yerləşən qapıdır. Qapını maraqlı edən odur ki, qızıldandandır və müxtəlif səhnələr təsvir olunub. Qarşısında turist növbələri olur. İkinci dünya müharibəsi vaxtı qapını zədələnməsin deyə çıxarıb gizlədiblər. 1948-ci ildə yenidən öz yerinə gətirilib.3. Piazza della Signoria (Sinyoriya meydanı). Roma imperiyası zamanı teatr olub yerində. Vechio sarayı burda yerləşir. Meydanda Neptun fontanı, Meduzanın, Herkulesin heykəlləri var. Vekko sarayının qarşısında həm də Davidin heykəli var. Originalı Uffuzi qaleriyasındadır.4. Vekko sarayı. Florensiyanın dövlət binası kimi tikilsə də sonradan bir müddətlik Mediçilərin sarayına çevrilib XVI əsrdə. Sarayda maraqlı eksponatlar var. Əsasən də xəritələr zalı. Təəssüf ki, həmin zalda XVI əsrə aid Armenia adlı xəritə də var. Dantenin ölüm maskası da bu saraydadır. Növbədə dayanmamaq üçün saraya bileti online almışdım 13.50 avro. Əgər zəng qülləsinə qalxsanız bilet 19.50.5. Ponte Vekko yəni Vekko körpüsü. 1345-ci ilə aiddir tarixi. Orta əsrlərdə ət bazarları olub, indi isə zərgər mağazaları.6. Uffizi qalereyası. Renesans dövrünün kolleksiyalarını özündə cəmləyib. Buranı Mediçi ailəsi dövlət adamları üçün ofis kimi açıblarmış. Mikelancelonun Davidi burda nümayiş olunur. 20 avro giriş.7. Boboli bağları və Pitti sarayi. Bağ 16 - 18-ci əsr heykəllərilə zəngindir. Açıq muzey demək olar. Bu bağda ən çox ziyarət edilən yer Grotta Grande adlı mağaradı. Hər zaman açıq olmur, Hər saatın tamamında buraxırlar qrup şəklində. Tək bağa giriş 10 avro, əgər Pitti sarayına və o ərazidə olan muzeylərə girsəniz 38.Hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Heyderli

3342 dəfə oxunub

Berlin bələdçisi - fərqli bir baxışla

Berlindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Şəhərlər də insanlar kimidir. Təqdimata ehtiyac var. Necə təqdim etdinsə elə də tanınıb, sevilir...Hansısa şəhərə getməmişdən öncə burada girib postları çox eşələmişəm. Şərhləri diqqətlə oxuyub analiz etmişəm.Əslində burada post paylaşan hər kəs öz məsuliyyətini bu tərəfdən anlamalıdır. Çünki sən yazdığınla azdan-çoxdan ictimai fikir formalaşdırırsan.Ümumiyyətlə, burada yazılan şərhləri oxuyanda insanların getdiyi şəhərlərə çox vaxt niyə getdiyini anlaya bilmirəm. Buna görə kimisə qınamaq da olmaz. Çünki adamlar var Münhenə sadəcə pivə içməyə gedə bilər. Burada qəbahət yoxdur. Amma sonra şəhər barədə fikirlərini məncə elə özündə saxlasa yaxşıdı. Şəhəri gəzməmisənsə deməli sən onu kəşf etməmisən ..Berlinə getməmişdən öncə burada postları oxuyurdum. Şərhlərdə şəhər barədə məndə çox pis təəssuratlar yaratmışdılar.Nə var axı Berlində? kimi fikirlər də yazan var idi.Keçək əsas məsələyə. Berlin şəhərində 3 gün oldum və onun 1 gününü Berlinə 35 km məsafədə olan Potsdam şəhərinə həsr etdim.Nə var Berlində? Berlinə niyə gedək?Berlinə təkcə Almaniyanın paytaxtı deməklə kifayətlənmək olmaz. Berlin II Dünya müharibəsinə şahidlik etmiş və müharibədən "sağ çıxmış" bir şəhərdir, hansi ki, hal-hazırda Avropada ən mühüm nəqliyyat qovşaqlarından biri sayılır. Şəhərin arxitektur tikililərinin bir çoxu barokko üslubunda olduğu üçün bu sahəyə marağı olan insanları məcbur edir ki, hər binanın qabağında ayaq saxlayıb o möhtəşəmliyi bir müddətlik də olsa gözdən keçirsin.Bu vaxta qədər olduğum şəhərlərin içində nəqliyyat infrastrukturuna görə ən bəyəndiyim şəhər məhz Berlin oldu. Gedəcəyin yerə 3-4 fərqli nəqliyyat, hətta elektrosomakatla getmək olurdu. Bundan gözəl nə ola bilər axı? Konkret vaxt itkisi yaşamırsan.Elə təkcə Tiargarteni gəzməyə adamın 4-5 saatı rahat gedir. Yaşıllıqdan, ətrafdakı quşların səsindən insanın endorfini kəllə-çarxa qalxır.Berlinə həm də muzeylər şəhəri demək olar. Bir-birindən fərqli və maraqlı muzeylər elə "Muzeylər adası" adlanan zonada yerləşir.PerqamonBode muzeyiQədim muzeyQədim milli qalereyaYeni milli qalereyaBerlin rəsm qalereyasıDalem muzey mərkəziYəhudi muzeyiAlman tarix muzeyiRus-Alman muzeyiAlman texniki muzeyiTəbiətşünaslıq muzeyiKino muzeyiQənd muzeyiEtnoqrafiya muzeyiÇekpoyn-Çarli kimi bir-birindən maraqlı muzeylər məhz Berlində yerləşir.Berlinin tarixi tərəfindən danışsam gərək ömrümü bu postu yazmağa həsr edim. Ona görə ən gözəl və tarixi yerlərinin sadəcə adını yazmaqla şəkillərdə oraları sizə göstərəcəm.İmperator Vilhelmin memorial kilsəsiPotsdam meydanıReyxstaqBrandeburq qapılarıUnter den LindenAleksandr meydanıBerlin divarıKansler idarəsiQırmısı sovetlər eviHolokost qurbanalarının xatirə abidəsiQələbə sütunuŞarllotenbuqr qəsriBerlin Dövlət konsert zalıQərbi Kaufhaus univermağıOlimpiya stadionuŞapandau qəsriBu postu uzada bilərəm ama bilirəm ki, uzun postları heç kim oxumur. Ona görə sözümün canının nə olduğunu demək istəyirəm. Gedəcəyin şəhəri araşdır, ora niyə gedəcəyini, o şəhərin nə kimi önəmlilik daşıdığını öyrən. Şəhər barədə fikirləri intellektual gənclərdən al, hansısa şəhərdə 15-20 dəq. olub özünə maqnit alıb, qayıdan adamdan yox. Şəkil çəkdirdiyin yerin tarixini bilməsən mahiyyət baxımından Heydər Əliyev Sarayı və ya Bode muzeyinin qabağında şəkil çəkdirsən fərq etməz. Hər ikisi gözəl və qeyri-adi tikilidi.P.S. Heç görün mən Berlin divarı və ya Parlament binasından danışdım? Heç onları şəkillərdə də görməyəcəksiz????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Zade

2253 dəfə oxunub

Orta Asiya bələdçisi - Qırğızıstan

Qırğızıstan gördüyüm ən özünəməxsus ölkələrdəndir deyə bilərəm.Orta Asiya ölkələrini bəlkə də mən çox sevirəm, bilmirəm. Amma zövq alıram buralara səyahətdən.İlk olaraq deyim ki, artıq Bakı-Bişkek reysi açılıb. Amma mən Bakı-Daşkənd reysi ilə, Özbəkistan hava yolları ilə gəldim. Bilet Azaldan biraz daha ucuzdur, amma get-gəl 400$ etdi. Sonra Daşkənddən maşın götürüb kiçik qrup ilə səyahətə başladıq. (Özbəkistanı artıq 2 il qabaq çox gözəl gəzdiyim üçün bu dəfə az qaldım)Özbəkistanın cənubunda yerləşən Andican şəhərinə getdik, ordan da Qırğızıstanın Oş şəhərinə keçdik. Quru sərhədi keçmək hardasa 3,5 saat çəkdi. Amma rahat, incitmədən keçirtdilər (quru sərhəddə ən çox Özbəkistan saxlayır). Qırğızlar Azərbaycandan olduğumu görüb, elə pasport yoxlamasında çox xoş qarşıladılar məni, 10-15 dəq söhbət elədik, keçdim. Əsas məsələ isə Oş-Bişkek yolunda başladı. Yol möhtəşəmdir. 700km-dən biraz uzun olan yol, bütünlüklə perevaldır demək olar ki, ona görə də biz toplam 14 saata getdik bu yolu. Yolda Chickan kendində bir qonaq evində qaldıq, və səhər möhtəşəm dağ və çay mənzərəsinə oyandıq.Sonra yola düşdük və yolda çoxlu sayda quraşdırılmış yurtalar gördük. Birində dayandıq və yüklədiyim videodaki o şirin nənə və nəvələri ilə tanış olduq. Yurtalar yay ayları üçün nəzərdə tutulub, çünki dağlar yayda belə çox soyuq olur. Burada qoyun/quzu/inək otarırlar. Amma adət-ənənələrini qoyurub saxlayırlar. Çox gözəl hisslər ilə ayrıldım buradan.Ölkənin bir başından digər başına maşın ilə səyahətim bitdi. Qırğızıstanın buqədər gözəl olduğunu düşünməzdim heç. Bişkekdən başlasaq, şəhəri (mərkəzini) bir gün içində gəzib bitirə bilərsiz. Sovietləri xatırladan şəhərdə elə ən təzə olan tarix muzeyidir. Mərkəzdə gəzdiyiniz zaman çoxlu sayda divar rəsmləri ilə qarşılaşacaqsınız ki, sırf Qırğızıstanda olduğunuzu xarıtladır. Bundan əlavə mərkəzdə yerləşdirilən yurtada, at südü ala, milli geyimlərlə şəkil çəkdirə bilərsiz. Şəhərdə çoxlu sayda park salınıb, elə təzəlikcə (10ay əvvəl) Azərbaycan-Qırğızıstan dostluq parkı(Heydər Əliyev parkı)-da bunlara daxildir. Hə, şəhərdə bir gün gəzdikdən sonra gedə bilərsiz Ala-Archa Milli Parkına. Yəgin ki, buralarda ən görüləsi yerdir deyə bilərəm.Tər-təmiz dağ havası, yam-yaşıl meşələri adamı lap valeh edir. Hələ Ak-Say şəlaləsinə çatsaz, başqa bir gözəllik ilə qarşılaşırsız.Şəlaləyə 5-6 km piyada yol getməlisiz və 2665m hündürlüyə qalxmalısız. Yol biraz çətindir, ona görə də xüsusi ayaqqabınız olsa yaxşıdır, amma əziyyətinə dəyir.Bişkekdən çıxıb Qırğızıstanın mirvarisi olan Issık-Kula getdik. Ən turistik tərəfi də Borteri kəndi sayılır. Gölün suyu hər zaman soyuqdur sanki, amma gözəlliyinə söz yoxdur. Maraqlısı budur ki, burada hamı cibinə uyğun qalmağa yer tapa bilər. Yəni gölə sıfır məsafədə otaqların gecəsin 15-20 AZNdə tapa bilərsiz, və ya premium otellərdə gecəsini 250-300 AZNdə götürə bilərsiz. Ətraf şəhərlər/kəndlərdə demək olar ki görüləsi çox yer yoxdur, əsas əyləncə elə gölün özüdür, və təbii ki su üstü və altı müxtəlif atraksionlar.Ən turistik yerində belə fikrimcə nə yemək, nə də atraksionlar baha deyil. Ortalama 4 nəfərlik axşam yeməyi sizə 50-60 AZN başa gələ bilər. Ölkəni maşın ilə səyahət etməyin çox yaxşı fikir olduğunu düşünürəm, çünki əsas gözəlliyi bəzən yolları/dağları/çəmənləridir. Qırğızlar da özbəklər və taciklər kimi çox qonaqpərvərdilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1342 dəfə oxunub

Tallin - Pozitivə köklənin!

Piyada SəfərTanımadığım Eston Ailədə Qonaq |250 avronun ardıBəlkə də biz xoşbəxt ola bilərdikBəlkə də xoşbəxtik xəbərimiz yox..Rigadan Tallinə gedərkən bildiyiniz kimi təyyarə tam dolu oldu, 1 nəfər mənə yer çatmadı.Könüllü olaraq növbəti təyyarəni seçdiyimdən 250 avro kompensasiya aldım, amma, yeni biletdə (Riga - Tallin) yer seçməli idim.“Zəhmət olmasa, ən son yer”- 20, 22 ?“Ən Son, belə daha təhlükəsiz”“O, Təbəssümdən sonra”- Neqativə fokuslanmısız“Ən yaxşıya ümidli olub, ən pisə hazır olmaq neqativə fokuslanmaq deyil. Hazırda olan araşdırmalara görə ən son yerlər daha təhlükəsiz, bəli, öləndə öləcəyik, amma, niyə cəhdimi, üzərimə düşəni etməyim?!”*Hadisələr məhz buradan başladıTəyyarədəyəm, ən arxada. Məndən solda cavan xanım və bəy. Ekoloji layihəm və bir çox mövzularda fikir mübadiləmiz oldu. Hava limanında birgə şəkil çəkdirməmizi istədilər, etdik və vidalaşdıq.1 gün sonra Tallini gəzərkən qeyri iradi qaranlıq, yalnız şam işıqları yanan məkana daxil oldum.-Salam, nə gözəl! Gəl bura, səndən danışırdıq...Bəli, təyyarədən tanıdığım Alice və Kauner, daha geniş tərkibdə. Kiminsə *doğum gününü qeyd etdiklərindən həmin gün mənəvi görünən məkana cəm olmuşdular.Səhəri Mr Kauner mənə Təxminən Tallindən 45 km uzaqda yaşayan dostunun məlumatlarını verdi, orada qala biləcəyimi bildirdi mən bir gün sonra dünən gecə Haiba da Şam ağacının yanında Mr Yan ilə görüşdüm, oradan da xeyli yol getdik.Gələndə özü ilə isti su gətirmişdi içməyim üçün, əlcəklərini də təklif etdi, sonra xeyli yol getdik, arabamı da daşıdı...KuliminasiyaNağıllarda olan evə çatdıq, anası məni məhz səmimi təbəssümlə qarşıladı, əksər bizness mühütünə məxsus dodaq və diş hərkətləri deyildi.Evdə Kamin, Sauna və s. Bir az sonra Yanın nənəsi bizə yemək verdi, bayırda isə çox sakir qar yağırdı.Əksər Estonlar kimi nənəsi də rus dilində bilirdi, xeyli danışdıq, kompot verdi.Və Yan mənə bu gün də qalıb dincəlməmi təklif etdi, həmin halda özünün rahat olacağını bildirdi.Yuxudan oyanmışam, meşələr və qar. Bu an saat burada 08:35, olduqca qısa yazdım.Hələlik#estonia #aghamehdi #aghamehdiecoƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agha Mehdi

1660 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!