958 dəfə oxunub

Macəra dolu Amerika

Hamı səyahət hekayəsini yazır, mən də
həyatımın dönüş nöqtəsi olan Miami səfərimdən danışım... Əsas da çoxlarının xəyalı olan Amerika vizasını 3 günə almağımdan ..

Dəməli il 2015 universiteti yeni bitirmiş saf uşağam o zamanlar , işsiz idim və öz işimi (Romantic Decoration) qurub 3 ayda cəmi 10 manat xeyir qazanmağı baxmayaraq hələ də inad edib iş axtarmırdım .
Günümün çox hissəsini kompyuter qarşısında keçirirdim və o vaxtlar , Facebookda yarışlar keçirilirdi mən də birinə qatılmışdım .
Yarışın qalibini 2 həftəlik Amerikaya göndərirdilər Və o yarışda qalib mən olmuşdum ????
Olanlar da bundan sonra oldu ????
Bu arada EF komandasından kimsə varsa təşəkkür edirəm çox kömək etdiler o vaxt mənə əsas da Könül xanım ????
Oktyabrda mail gəldi ki qalib olmuşam evdə dedim Amerikaya gedəcəm əlbəttə ki inanmadılar , o vaxt maddi durumumuz yaxşı deyildi.. Nə yalan deyim mən də inanmırdım heç Noyabrda Miami plajında zaqar edərəm ????
.. . Nəisə zəng etdilər getdim ofisə təbrik etdilər və hər şeyi şirkət qarşılıyacağını dedilər (təkcə viza rüsümümu mən ödəyəcəkdim)
1 həftə sonra zəng edib mənim viza müraciəti üçün ofisə yaxınlaşmağımı istədilər və 200 $ gətirməyimi dedilər.. Bir təhər pulu düzəldib kart hesabına qoyub getdim.
DC 160 doldurduq (çox sıxıcı suallar var bu arada) və viza görüşüm noyabrn 5-nə təyin edildi.. Amma bir problem var idi ki, yarış qaydalarına görə mən noyabrn 1-i gedib 15-i qayıtmalı idim.. Ona görə də viza görüşüm əvvələ alınmalı idi bu isə bilən bilir çox çətin işdi ????
Vaxtı çox saylı xahişlərdən sonra bir təhər dəyişə bildik və Viza görüşünə getdim. lnterview növbəsi gəldi yaxınlaşdım ordakı xanıma 20 ildi bildiyim "salam necəsən" sözünü Amerikan aksenti ilə Azərbaycan dilində elə dedi ki beynim hərəkətə keçib "I m fine and you" cavabını verdi ???? Xanım gülərək rahat ol Azərbaycanca danışa bilərsən mən anlayıram dedi, 3-4 sualdan sonra mənə yaxın günlərdə xəbər olunacağını dedi və sağollaşdı 3 gün sonra 30 okyabrda xəbər gəldi və çox insanın xəyalı olan 1 illik Amerika vizasını 3 günə aldım ..

85011396_1266195733575639_4136038847324618752_n

Amma o zamanlar mənim üçün problem Amerika vizası yox pul idi cəmi 285 dollar pulum var idi ???? evdə də vəziyyət yaxşı olmadığı üçün evdən də pul ala bilmirdim , kimdənsə borc almağa utanırdım o vaxt Ismayil Gulubayli Zəng etdim və görüşdüm ondan 50 manat pul istədim ki bəs sabah Amerikaya gedirəm milli pulum yoxdu ???? Baxdı mene dedi ki səndən biraz əvvəl tanışım məndən 55 manat pul istədi ki Sumqayıtda toya gedəcək , sən isə 50 manat istəyirsən və deyirsən ki sabah Amerikaya gedəcəksən ???????????? o gün nə vaxt yadıma düşsə gülürəm )
Nəisə vaxt gəldi çatdı arzuların Ölkəsi Amerikaya getməyə Bakıdan İstanbula orda da Miamiye uçacaqdım..
Səhər evdən çıxdım getdim Koroğlu metrosuna uçuşa 1 saat qalıb mən isə manatlıq taxiyə oturub adamların dolmağını gözləyirəm..Adama deyərlər bu nə rahatlıqdı)) və Taxi doldu getdik havalimanına .. Ora çatdım Məlumat mərkəzindəki qız dedi ki bəs gecikmisiz qapılar bağlanıb ???? Təsəvvür edin min bir əziyyətlə ora kimi gəlmişəm hər şey bir yana rəsmi iş yeri olmadan bank hesabı olmadan Amerika vizası almışam və 4000 dollar dəyərində olan hədiyyədən sırf manatlıq taxidə vaxt itirdiyimə görə məhrum oluram .(Kahr olası fakirlik). O an beynimdə hər şey slow motion kimi gedirdi ???? .. Və başladım xahiş etməyə ki (yalvarmağın biraz mədəni forması) buraxsın məni bəlkə hələ təyyarə qalxmayıb falan qız birinə zəng etdi və sonra "bəxtiniz gətirib biznes klassdan kimsə gecikib deyə hələ təyyarə qapıları bağlanmayıb tez getsəniz çata bilərsiz bəlkə" O vaxt hava limanında 3-cü mərtəbəyə qalxmağım bəlkə də ən sürətli qaçış vaxtım idi))
Bir əlimdə sumka bir əlimdə şalvarın kəməri necə qaçıram elə bil Amerika görməmişəm heç ???? qaçıb çatdım bir təhər təyyarəyə və uçdum İstanbula.. Ordan da 12 saatlıq uçuş ilə Miamiyə.. Bunula da macera dolu Amerika günləri başladı.. Filmlərdə gördüyüm küçələrdə gəzirdim , Atlantik okeanında zaqar edirdim həyatımın ən unudulmaz günlərini yaşayırdım özü de ki adi çörəyin 5 dollar suyun minimum 3 dollar olan şəhərində mənim isə 285 dollar bir də 40 manat cibimdə pul var idi..
Ardı var....

Bəlkə də bu yarışda da bəxtimi sınamalıyam yeni macəra üçün #gezeyenler #aviasalesaz ????

84603798_1266196716908874_4379253890290286592_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aki

DİGƏR BLOQLAR

Vizasız Niaqara səfəri

2 gün əvvəl Niaqara şəlaləsinə gedəndə olmazın bir hadisə yaşadım. Niaqara şəlaləsinin Kanada - ABŞ sərhədini əmələ gətirən körpüdən çəkiliş etmək istəyirdim və bu səbəbdən 50 sent atıb, turniketdən keçdim. Tək deyildim, yanımda alman bir xanım vardı (tədbirdən tanış olmuşuq). Mən də, kişi-kişi çəkirəm, danışıram ???? Nəsə, bu xanım keçdi ABŞ tərəfə ki, işim var, biz filan vaxtı Kanada tərəfdə olan Hard Rock kafenin qabağında görüşək. Həmin gün də dayanmadan yağış yağırdı və passportu, pulu maşına qoymuşdum ki, zədələnməsin. Kanada tərəfə gələndə məlum oldu ki, passport yoxlaması var. Təsəvvür edin ki, Gürcüstan-Azərbaycan sərhədini Gürcüstan tərəfdən keçirsiz (yoxlamasız) və bilirsiz ki, Azərbaycan tərəfə vizanız yoxdur, amma geri qayıtmağa passport lazımdır. Yağış yağır, məni də babat “lomka” basıb. Öz-özümə deyirəm ki, bu şəlaləni gördün, vacib idi körpüdən çəkmən? İçim-içimi yeyir ki, 45 gün viza cavabı gözlə, sonra da gəl sərhəddən deport olun. Növbə mənə çatanda gömrük əməkdaşı ilə aramızda belə bir dialoq baş tutdu:- Salam- Salam- Mən Azərbaycan vətəndaşıyam. Kanada tərəfdən heç bir yoxlamağa olmadığı üçün elə zənn etdim ki, körpünün üstünə çıxmağa sənəd tələb olunmur. Passportum Kanada tərəfdə maşında qalıb.- Ölkəyə hardan girmisiz? (elə sifət aldı ki, dedim vəssalam)- Bakı-Franfurt-Montreal ilə gəlmişəm- Amerika vizanız var?- Yoxdur.- Kanada ərazisini niyə tərk etdiniz bəs?Bu sözü deyəndə cin necə vurdusa quracağım cümlə yadımdan çıxdı ????Bu sözü demişdi ki, qaqa telefonu götürüb zəng elədi. 2 dəqiqə sonra hündür bir gömrük məmuru dalımca gəldi və məni apardı. Kanada tərəfdə sənədlərində problem olanların saxlanıldığı yerə. Sizə yer deyirəm, ərəb, afrikalı və başqa millətdən olan adamları yığıblar bir otağa. Baxan kimi bilinir ki, bu adamların sənədlərində ciddi problem var. Dərdimi kimə izah etdimsə yaxın duran olmadı. Axırda bir təhər internet tapdım və dostlara SOS siqnalı göndərdim.1 saata passport gəlib çıxdı və məni buraxdılar. İşin gözəl tərəfi isə adım sistemə salınmadı və gömrük məmuru passportda olan vizanı görəndən sonra mənimlə bağlı ilkin yazmış olduğu sarı vərəqi gözümün önündə cırdı. Heç adam vizada olan məlumatları kompüterlə dəqiqləşdirmədi belə. Həmin an qorxudan çox böyük bir təəssüf hissi vardı ki, günün sonunda o da yoxa çıxdı. Vəziyyət barədə xəbər tutan kimi Torontodan Niqaraya gəlməyə hazır olduğunu bildirən Alı qardaşıma da buradan hər şey üçün təşəkkür edirəm. :) )Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nihat Valizada

822 dəfə oxunub

London-Kutaisi yolundakı əhvalat

Həə qrupun əziz üzvləri, Bu hekayəni qrupda üç-dörd ay əvvəl hekayə yarışı üçün yazmışdım amma paylaşmaq bu günə qismət imiş. Maraqlı və fərqli bir hekayə olduğunu düşünürəm və Sizlərin ixtiyarına buraxıram.  “London – Kutaisi”Təxminən 2018-ci ilin May ayı idi . Artıq ailəlikcə dəqiqləşdirdik ki, böyük qardaşım - Kənanın, sentyabrın 7-də Bakıda toy məclisi olacaq. Hər bir balaca qardaş kimi mən də çox sevinir, həmin günün tez gəlməsini arzulayırdım. Axı bu bizim ailədə ilk belə hadisə olacaqdı. Günlər bir-birini əvəzləyir və mən də artıq öz planlarımı yavaş-yavaş yekunlaşdırırdım. Qərara gəldim ki, Avqust ayının 12-si ailəmlə birlikdə Bakıya yollanım. Artıq biletlər alınmış və həmin günün gəlməsini gözləyirdim. Lakin, uçuşdan üç gün əvvəl telefonuma gələn zənglə bütün planlarım dəyişdi. Mənə Amerikanın 13-cü ən böyük şirkəti olan “General Electric Healthcare” – in London ofisində bir illik təcrübə qazanmaq şansı çıxdı və məndən tez bir zamanda işə başlamağımı istədilər. Mən də qərar verdim ki, bu cür şansı qaçırtmaq çox böyük səhv olar və biletimin tarixini həmin ayın 26-na (“Bank Holiday” gününə - Birləşmiş Krallıqda il ərzində səkkiz gün milli bayram olur və bu günlərdən biri də Avqust ayının 26-na düşür) dəyişdim. Yəqin yeganə insan olaram ki, işə başlamadan menecerimlə bir həftə sonraya tətil götürməyi müzakirə elədim və çox sağ olsun ki, məni başa düşüb icazə verdi.Planım ilk öncə London-Kutaisi uçuş xətti ilə Kutaisiyə (Gürcüstan), oradan da avtobus ilə Tiflis şəhərinə yollanmaq idi (buradan AZAL-a xüsusi təşəkkürlərimi çatdırıram  ). Planımın sonrakı hissəsində isə Tiflisdən taksi ilə bizim “Qırmızı Körpü” sərhəd məntəqəsinə, oradan da taksi ilə birbaşa Bakıya yollanmaq dururdu. Hər şeyi çox incə nöqtəsinə qədər beynimdə hesablamışdım. Lakin, hesablamadığım iki şey vardı: Gürcüstanın köhnə bir SSR dövləti olması və həyatın və insanların Birləşmiş Krallıqdakı kimi asan və sadə olmaması. Və budur. Həmin gün gəldi. Saat 15:45-i göstərir. Hava çox günəşli və istidir (normalda Londonda nadirən belə hava görmək mümkündür). Mən əlimdə balaca çamadanımla Londonun beş hava limanından biri olan Luton hava limanına yollanıram. Günəş şüaları üzümdə öz isti hərarətini hiss elətdirdikcə mən öz-özümə həyatın nə qədər gözəl, yaşanılır və əsrarəngiz olduğunu düşünürəm. Hər şey nə qədər də mükəmməldir deyə xəyala dalmışdım ki, bizim “Növbəti stansiya Memar Əcəmi. Zəhmət olmasa əşyalarınızı  unutmayın.” ifadəsinə oxşar bir ifadə ilə xəyallar aləmindən ayılıb reallığa qayıtdım. :) Artıq mən hava limanına çatmışdım. Yavaş-yavaş irəliləyib, təhlükəsizlik zonasından keçdim və gəlib çıxdım bizi aparan təyyarəyə. Ünsiyyətcil insan olduğumdan nə təsadüfdürsə yanımda oturan xanım da mənim kimi Bristol şəhərində yaşayıb, təhsilini orada almışdı. Beləcə biz düz beş saat dayanmadan Bristolun zəngin küçə incəsənətindən, möhtəşəm Bristol limanından (xüsusilə isti yay aylarında liman boyu düzülmüş barlarda çalınan, qəlb oxşayan musiqilərdən) və Bristola səyahət edərkən mütləq və mütləq gedib görüləsi məhşur “ Klifton Saspenşin Körpü”sü (The Clinfton Suspension Bridge) haqqında uzun-uzadı söhbətləşdik. Zamanın necə axdığının heç fərqində belə olmadıq. Bir daha orada əmin oldum ki, səyahət etməyin ən gözəl tərəflərindən biri də tanımadığın insanlarla gözəl münasibət qurmaqdır, hansi ki, sonradan be lə gözəl xatirəyə çevrilir.Axşam saat 10:00 – da Gürcüstanın Kutaisi hava limanına endik. Hamı kimi sərhəd məntəqəsindən keçib, Tiflisə gedəcək avtobus biletlərinin satıldığı yerə gəlib çıxdım. Təxminən otuz lari (Gürcüstanın pul vahidi) verib, orta sıralardan özümə yer seçdim. Çox yorulduğumdan düşündüm ki, biraz yatım, onsuz avtobus üç saat yarım yol gedəcək. Bir saat yol getdikdən sonra avtobus ilk fasilə verməli olduğu dayanacaqda saxladı. On beş dəqiqəlik fasilədən sonra yolumuza davam elədik və hər şeydə bundan sonra başladı...Avtobusda kifayət qədər azərbaycanlı sərnişinlər var idi. Kimisi bir-birilə söhbət edir, kimisi yatır, kimisi də mənim kimi sadəcə kənardan hər şeyi izləyirdi. Elə bu an avtobusdakı sərnişin xalalardan biri (azərbaycanlı) həyəcanlı şəkildə Birləşmiş Krallıqdakı yaşama icazəsi kartını gömrük işçiləri tərəfindən yoxlanıldıqdan sonra geri verilmədiyini dedi və əl çantasını axtarmağa davam elədi. Yanımda oturan digər azərbaycanlı oğlan, Samir (şərti addır - 35 yaşı olardı) xalanı (58-62 yaş arası olardı) sakitləşdirməyə çalışır və eyni zamanda məsləhət bilirdi ki, mütləq şəkildə yaxınlaşsın Britaniyanın Tiflisdəki səfirliyinə. Onlar tez bir zamanda həmin kartı tapa bilərlər və ya yenisi ilə əvəzləyə bilərlər. Mən isə hələdə kənardan sadəcə bu olanları izləyir və ara-sıra “SOCAR”ın yol boyu benzin doldurma məntəqələrini pəncərədən görüb öz-özümə həm təəccüb edir (niyə bu qədər çoxdur?), həmdə sevinirdim (bayrağımızı hər gördükcə milli hisslərim yavaş-yavaş üzə vururdu) :). Xala ilə oğlan uzun-uzadı müzakirələrdən sonra nəhayət ki, bir qərara gəldilər, amma qərar nə qərar...Sizə nədən danışım, kimdən danışım, Sizə xalanın yanındakı gəlinindən danışım. Bizim bu gözəl xalamız bu səyahəti tək eləmirdi. Onun yanında bir gəlini də vardı. Bütün bu hadisələr baş vərən vaxtı (haqqına girmədən) sadəcə gördüyüm və xatırladığım qədər ilə bizim gəlin çox sakit və təlaşsız görünürdü. Sanki itən mənim kartım, kömək istəyəcəyim insanlarda bunlar idi. Öz-özümə düşündüm ki, yəqin mən səhv anlamışam, kənardan helə görünür və yoxsa niyə belə olsun ki. Çox da fikir vermədən diqqətimi cəmlədim bizim “məşhur” qərara. Bizim xalamız müzakirənin ən gərgin anında üzünü mənə tutdu və aşağıdakı dialoq yarandı:Xala: Bala, sən də azərbaycanlısan?Mən: BəliXala: Bala, sən də Bakıya gedirsən?Mən (beynimdə): Bu məsələ nəsə yaxşı yerə getmir. Bəlkə deyim getmirəm? Onsuz avtobusda kifayət qədər məndən yaşca böyük azərbaycanlılar var və Bakıya gedirlər. Amma nə hikmətdisə heç birindən bir səs də çıxmır amma hamısının gözü üstümdədi. Sanki, hamısı “hə” deməyimi gözləyir. Mən tam qərarsız qalmışam bu anda. Mən: Xala, üzr istəyirəm eşitmədim.Xala: Bala, deyirəm Bakıya gedirsən?Mən: Bəli, xala. Xala: Bala, sən də mənim bir nəvəm. Gəlinimi Bakıya qədər apararsan?Mən (beynimdə): Xala, mən nənə axtarışında deyiləm. Təklif üçün sağ ol. :D. Gəlinimi Bakıya apar nə deməkdir? Bu sualdan sonra mənim beynimdə qısa qapanma yarandı. Mən: Xala (sözüm kəsildi)Samir: Hə xala, aparar. Niyə aparmasın ki?! O da bir azərbaycanlıdı da. Mən güvənirəm ( hansı ki, bir saat yarım əvvəl tanış olub).Mən: Xala (sözüm yenə kəsildi və mən hələ özümü mədəni aparıram)Samir: Xala, narahat olma. Tiflisdən minərlər taksiyə və üzü sərhəddə. Sonra da ordan taksiynən Bakıya. Xala: Çox sağ ol e, bala. Sən də mənim bir nəvəm. Mən (beynimdə): Nəvə deyib durub ee. Ötürmür. :D Gəlini aparmaq nədi?? Mənə hələ də çatmır. Bu əşya deyil, oyuncaq deyil. Bu insandır, insan!Samir: Hə, xala narahat olma. Məsələ həll olundu. Mən: Əəə, bir-bir (Tağı Əhmədov). Samir bir dəqiqə! Xala, mən Bakıya gedirəm, amma mən necə aparım bu gəlini? Mən ola bilər yolda gecikdim. Mən özümdə birinci dəfədir gedirəm bu yolu. Özüdə biz təyyarə ilə getmirik. Taksi ilə gedirik və gecə saat dörddür. Mən ehtiyat edirəm. Birdən hadisə olar və bunun məsuliyyəti mənim boynumda qalacaq.Xala: Bala, sən də mənim bir nəvəm. Mən qayıdacam Kutaisi hava limanına və sənədlərimi oradan alacam. Bu gəlində səninlə gəlsin.  Samir: Cavid, ə heçnə olmaz. Narahat olma. Mən: Yaxşı, xala. Üç saat yarımdan sonra səhər saat dörddə Tiflis şəhərinə çatdıq. Gecənin qaranlığı və sərin mehi mənə bir anlıq üzərimə yüklənən məsuliyyətdən xilas edib , rahat hiss elətdirdi. Rus dilim “Menya zavut Djavid”den o terefe keçmədiyinə görə Samirdən xahiş elədim ki, bir taksi ilə danışsın və bizi sərhəd gömrük məntəqəsinə aparsın. Yanımıza yaxınlaşan bir dayı ilə (heç qanım qaynamadı ona qarşı) söhbətdən sonra yüz lariyə razılaşdıq. Gözəl nənəmizlə (artıq nəvəsi olmuşdum :D) sağollaşdıq və üzü sərhəddə tərəf yollandıq. On dəqiqə getdikdən sonra taksi sürücüsü maşını saxlayıb məndən pulu tələb elədi. Əvvəldən heç bəyənmədiyim taksi sürücüsünün bu hərəkəti məni daha da narahat etdi. Amma onun qırıq ingilis dili ilə bir təhər razlığa gəldik ki, pulun yarı hissəsini indi, qalan yarısını isə sərhəddə çatanda ödəyəcəm. Artıq qırx beş dəqiqəlik yol mənim gözümdə illərə bərabər bir zamana çevrilmişdi. Telefonumu Britaniyanı tərk edərkən rominq etdirdiyimi düşünürdüm, amma yol boyu telefonumun heç bir siqnal almadığını görüb və internetə çıxışımın olmamasını anlayanda həyəcanım daha da artdı. Ucsuz bucaqsız uzanan və heç bir yol nişan işarəsinin olmadığı yol, sürücünün daima hansısa dildə bir dostu ilə danışığı və rişxənd şəklində gülməyi (məndən haralı olduğumu pulun yarısını verəndə soruşmuşdu), arxa oturacaqda əyləşən gəlinimiz və onun məsuliyyəti və hər an təhlükə gözlədiyim sürücü və bu kimi digər nüanslar artıq məndə Britaniya dövlətinin və cəmiyyətinin mənə aşıladığı təhlükəsizlik hissini qorxu hissi ilə əvəzləyirdi. Bütün bu düşüncələrin içinə qərq olmuşdum ki, məhz o an gəldi...Və budur. Mən artıq “Qırmızı Körpü” sərhəd məntəqəsini görürəm. Uzaqdan da olsa, Azərbaycanımın üç rəngli bayrağını görüb özümə gəldim. Artıq özümü tam təhlükəsiz və qorxmaz hiss edirdim. Taksi sərhəd məntəqəsinin tam qarşısında saxladı. Mən və gəlinimiz maşından düşdük. Sürücünün qalan pulunu verib, təşəkkür etdim. Biraz aralanmışdım ki, arxadan gələn səsə çevrildim:- Salam qardaş.- Mən: Ələykümə Salam. Buyurun.- Siz o sizi gətirən taksini tanıyırsınız?- Mən: Yox, necə ki?- Siz bilmirsiniz o ermənidir?- Mən: Yox, heç bilmirdim. İlk dəfədir bu yolu gəlirəm.- Bəli, qardaş. O bildiyiniz ermənidir. Gələn dəfə gələndə yadınızda qalsın.- Mən: Çox sağ olun. Unutmaram. Biraz aralandıqdan sonra hər şey beynimdə çox aydın bir şəkildə öz yerinə otururdu; mənim niyə sürücünü ilk görüşdən bəyənməməyim, onun mənim haradan olduğumu soruşmağı, pulun yarısını ilk andan almağı və rişxənd ilə gülməyi. Dərin bir nəfəs alıb gəlinimizlə yolumuza, üzü Bakıya doğru istiqamətləndik. Səyahətimizin Azərbaycan tərəfi çox da həyəcanlı keçməsə də, sağ-salamat gəlinimizi evlərinə ötürə bildik. Bu səyahət boyu çəkdiyim stress və həyəcan yenə də AZALa olan fikrimi dəyişmədi. Sonda hamının da marağında olan nənəmə qalanda, hələ də nənəmdən xəbər yoxdur. Ümid edirəm o da sağ-salamatdır. Görənlərdən, xahiş edirəm məni nənəmə qovuşdursun. :D Hekayədən özüm üçün çıxartdığım nəticələr:1. İnsanları tanımadan bu qədər böyük bir məsuliyyəti digər insanlara yükləmək yalnışdır.2. Bəzən belə çıxılmaz anlarda isə ingilislər demiş “ You have to give a go and hope for the best!”3. “Həyatda hər zaman belə şanslı olmaya bilərsən”Sizlərə sayğılarlaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Javid Abbaszada

1138 dəfə oxunub

Ərkivan əhvalatı-Həyəcan axtaranlar üçün

#gezeyenlerQrupda xaricə getmədiyinə görə pis olan insanlar var. Çox insan hansısa yaşa qədər xaricə çıxmayıb (çox az ailə bunu dəstəkliyir), sadəcə bunun üçün səy göstərmək lazımdı. İndi istədiyim yerə gedə bilirəm. Amma 22 yaşıma qədər bu belə deyildi. 22 yaşdan sonra çox yerlər gəzib, çox insanlar tanımışam...psixoloji təzyiq, evdə səyahətlər haqqında verilişlər, hər yolu yoxluyun. Rəfiqəm psixoloji təsir üçün ailə wp qrupu açmışdı və 2019-da 26 yaşında iki ölkəyə səyahət etdi. Odur ki, çalışın.Başqa bir məsələ isə mənim başıma gələnlərlə bağlıdır. #həyəcanüçünuzaqlaragetməklazımdeyilÖz yurdumuzun insanları da sağolsunlar, kifayət qədər adrenalin  sevəndilər. Necə? Deməli, günlərin bir günü Masallıya getməliydim. Hamı getmişdi, Bakıya gec gəldiyim üçün məni gözləməmişdilər. Mən də 20 yanvardan taksi tutub, arxalarından getdim. Həmin vaxt cənuba bu təzə yol çəkilməmişdi. Salyanda maşında problem çıxdı, biraz da gecikdik. Biraz deyəndə +3 saat. Telefonumun bateriyası da Masallıya girəndə söndü. Hava qaralan vaxta düşdük. Bu şofer geri qayıdıb müştəri götürməli idi . Küçəyə girə bilməyəcəyini dedi. Masallıda Ərkivan krugu deyilən yer var, taksilər orda durur. Dedi istəyirsənsə orda düşürdüm (ama dedi ki, indi gecə olduğuna görə bu vaxtı narkamanlar olur. Kaş düşüb aptekdən zəng elətdirərdim, orda hamı bir- birini tanıyır). Dedim yox yolda düşüb piyada gedərəm . Nəysə, Ərkivanda lazım olan yerə çatdıq. (Ərkivan haqqında qısa məlumat: Ölkəmizin ən sıx əhalisi olan kəndidir. Buna görə qəsəbə adı verildi. Həm də “bulaqlar kəndi” kimi də tanınır. (8-ci sinif coğrafiya kitabı))Nəysə düşdüm.. Yol qaranlıq... uzaqlarda işıqlar... hər yer də yamyaşıl ağaclar... Maşını fırladanda yolun o tərəfində siqaret çəkən iki nəfər görmüşdüm (hətta elə bildim səhv gördüm). Düşən kimi sürətli yeridim ki, uzaqlaşım. Bir də gördüm bunlar arxamca gəlir. Çox sürətli getdiyim üçün rahat idim. Uzaqlaşmışdım. Sonra arxama dönəndə gördüm ki, bunlar arxamca qaçırlar, ilk dəfə doğurdan qorxdum (çünki qaçanda zombiyə oxşuyurdular). Soyuqqanlı olmağa çalışdım. Birinin həyətinə girməyi fikirləşdim. Açıq darvaza görüb içəri girdim. (işıqlı- mışıqlı qəşəng yaşıl  həyət idi). Gedib qapını döydüm.Bir kişi qapını açdı, arxasıyca da həyat yoldaşı. Salamlaşıb onlardan kömək istədim. Vəziyyəti izah edirdim, elə o vaxt bu iki qaqaş həyətə girdi (18 yaşlarında iki uşaq - ürəyimdə dedim). Bunları görəndə kişiyə dedim ki, arxamca qaçan bunlar idi. Kişi dedi bunlar menim oğlanlarımdır (upsss). O boyda Ərkivanda gedib bunlarin həyətinə girmişdim. Oğlanlar bilirsiz niyə meni izləyib? Maraqlı gəlib ki, gecə vaxti (saat 8 radələri), görəsən, bu maşından düşən qiz kimdi?! Bunu deyəndə başımdan tüstü çıxdı, üstlərinə necə cumdum. Qanundan girib məhkəmədən çıxdım. Yaziq ataları çox pis olmuşdu, hələ kişi biləndə ki, kimin qiziyam, xəcalət çəkdi. Əmimin ən yaxın dostu imiş. Kişi həyat yoldaşıyla məni ötürdü. Kim olduğumu onlara məni ötürəndə dedim, o iki uşağın yanında yox, olanlar aramızda qalacaq dedim, razılaşdıq (həyat yoldaşı tipik qeybətcil öz oğlanlarının tərəfin tutan biri kimi təssürat bağışladığı üçün ona inanmadım. Özüm haqda biraz məlumat verib, sonra bu hadisə haqqında kimdənsə nəsə eşitsəm evinizə polis göndərərəm dedim. Və evə çatanda "oğlanlarınız yol kənarında siqaret çəkirdilər" dedim). Üç gün rayonda qaldım, heç nə eşitmədim, əmimin həyat yoldaşı qabağıma həyəcanla qaçmadığına görə deməli, heç kəsə deməmişdilər.. Sonradan bu haqda anama ve çox yaxın qohumuma danışdım.Üstündən illər keçib, bu barədə ilk dəfədir yazıram. #birxatirekimi #aviasalesƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayten Kazımlı

878 dəfə oxunub

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samira Gasimova

604 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!