1162 dəfə oxunub

Litvanın cənnət məkanı - Trakai

Trakaidəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Əziz Gəzəyənlər, Sizə Litvanın cənnət məkanı Trakai haqqında danışmaq istəyirəm. Vilnüsa gedib də bəyənmədim, darıxdım deyirsinizsə özünüzü mütləq təbiət qoynunda yerləşən Trakaiyə atın. Vilnüsdən 25 dəqiqəlik məsafədə yerləşən Trakaiyə həm avtobusla, həm də qatarla gedə bilərsiniz. Biletin qiyməti də çox ucuz 2 avro civarındadır. 5 göllə əhatə olunmuş, yaşıllıqlar içində ada olan Trakai həm də Latviyanın ən qədim Knyazlıqlarından biri olub. Öz məxsusi kiçik şirin, rəngbərəng taxta evləri, güllü-çiçəkli bağları ilə Trakai insanın gözünü oxşayır. Trakaiyə məni çəkən digər bir məqam 14-cü əsrdə Krımdan buraya köçürülmüş və hazırda sayı cəmi 300 olan Karaim türklərinin bu ərazidə məskunlaşması idi. Karaimlər yəhudi dininə sitayiş edən türklərdəndir.
Trakai elə çox böyük deyil və siz oranı 1 günə gəzib bitirə bilərsiniz. Gedilməli olan mütləq yerlərdən biri, tarixi 14-16-cı əsrlərə dayanan Trakai Qalasıdır. Qalaya giriş 8 avrodur, tələbə kartı ilə isə 4 avro. Qalada zəngin muzey ilə yanaşı orta əsrlər işgəncə alətlərini görə və eyni zamanda 2 avronuzdan keçib ox və arvalaet ata bilərsiniz. Qalada hətta pasportunuza Trakai Krallığının möhürünü də vura bilərsiniz.

trakai1
Yeməyə gəlincə, Trakaidə göl boyu yerləşən restoranlarda gözəl mənzərəni izləyərək nahar edə bilərsiniz. Qiymətlər çox da baha deyil. Mütləq Karaim türklərinin milli yeməyi olan Kibinai-nin dadına baxın. Toyuqlu və göbələklisi çox dadlı idi. Pivə həvəskarları isə qara pivənin dadına mütləq baxsınlar. Özüm içən omasam da dostlarım dedi yaman dadlıdır ????. Gələk əsas məsələyə, Trakaiyə getmisinizsə mütləq aktivitələrə qoşulun. Bura da siz sadə qayıqla, katamaranla gəzməkdən tutmuş, surfing, kayaking, diving edə və hava şarında uça bilərsiniz. Qayıqda və katamaranda 1 saatlıq gəzinti adambaşı 5 avro, diving isə 50 avro civarında idi.
Mən isə şiddətli dərəcədə kayak sürməyinizi tövsiyə edərdim. Biz vaxt olaraq 3 saatlıq günbatımı turu seçmişdik və həm kayak sürdük, həm də günbatımı zamanı yaranan möhtəşəm mənzərəni gördük. Turun qiyməti adambaşı 25 avro idi. İlk təcrübəm və dərinlik qorxusu olduğu üçün başlanğıcda bir az qorxsam da, sonradan sürməyi öyrəndikdən sonra həm kayakingdən, həm də mənzərədən çox böyük zövq aldım. Bələdçimiz bizə yolu göstərir, sürməyi öyrədir, qısa fasilələrlə ətraflı məlumat verirdi. Kayak sürməyə getsəniz özünüzlə mütləq əlavə paltar götürməyi unutmayın, birdən sizin də kayak sürən dostunuz ikitəkər sürmək və avtoşluq etmək istədi????.

trakai5

Adrenalin sevənlərə isə məsləhət qamışlıqların arası ilə sürməkdir ????Əlqərəz arada bələdçi fasilə edib sizə yerli şirniyyat, çay və qəhvə də təklif edəcək. İstəsəniz həmin vaxt göldə çimə də bilərsiniz, axşama doğru su o qədər isti idi ki. Bəxtiniz gətirsə axşam qaladan atılan atəşfəşanlığı da izləyə bilərsiniz. Bizim seçdiyimiz kayaking turu bu linkdedi- www.northnortheast.lt . Əvvəlcədən bron etməyi unutmayın. Hə bir də, günbatımı turu götürsəniz Vilnüsa gedən son avtobusa və qatara çatmayacaqsınız. Narahat olmayın əlavə 5 avro ödənişlə şirkət sizi Vilnüsa çatdıracaq. Xoş istirahətlər!!!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Hokuma Abbasova

DİGƏR BLOQLAR

Dünyanın yeni 7 möcüzəsindən biri Petra

Dünyanın yeni 7 möcüzəsindən biri Petraya gedirikÜmumi bu səyahətə 6 gün 5 gecə ayırmışdım. 7-si Bakı-Abu Dhabi uçuşum oldu və Abu Dhabi Amman uçuşu eyni saatlarda olduğu üçün 1 gün Abu Dhabidə keçirib, biraz günəşlənib 8-zi səhər saatlarında Ammana uçdum (Wizzair hava yolları ilə). Vəə budur mən xəyalın qurduğum Petraya çoox yaxınlaşdım 8-9-10-11 iyun tarixlərin İordaniyada keçirdim və minimum 3 gecə qalacağım üçün #jordanpass almışdım( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet). Geri dönüşüm isə Amman-İstanbul və 1 gün İstanbulda olduqdan sonra İstanbul-Bakı şəklində olduDüşünürəmki İordaniyanı gəzmək üçün 5 gün az imiş. Hərkəs İordaniya dedikdə ancaq Petranı düşünür , məndə belə düşünürdüm amma Ammanı, Aqabanı gəzib ölkənin abu-havasını hiss etdikdən sonra anlayırsanki bu ölkədə kəşf etməli çoox yer varDeməli:Toplam biletlər - 550 azn ( daha tez alsaydım daha ucuz düşəcəkdir) Toplam- 200 azn ( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet) Jordanpass- 170azn ( viza xərci və muzeylərə pulsuz giriş verir minimum 3gecə qalmalısan amma) Hava limanından xüsusi avtobus var şəhərdə 2dayanacaqda dayanır ancaq( 7th circle və Abdali) təxminən 5-10 azn arası.və Petraya və ya başqa istiqamətə getmək üçün Jett ( şəhərlərarası rəsmi avtobuslarıdı) - təxminən 50-55azn iki istiqamət. Careem app üzərindən sifariş edirdim taksini. Uberdə işləyir və güvənlidir bu ikisi. Bu xərc gedəcəyiniz yerə , hotel yerləşməsinə görə dəyişə bilir. Nəzərə alınki Amman təpələr üzərində yerləşən şəhərdi və bəzən o yüksəkliyə piyada qalxmaq çətin olur. Bu taksilər yalnız Ammanda işləyir. Aqabada yaşıl rəngli yerli taksilər var idi. Bu da adama görə dəyişən xərcdir. Nəzərə alınki 1jod - 2.24azn-dir Ölkə olaraq bahalı ölkədir bunuda nəzərə alınMən internet üçün esim Airalo almışdım( Beynəlxalq)Mənim digər ölkələrdə də vaxt keçirdiyimi nəzərə alsaq ümumi 1200-1500 azn xərc hesablamaq olar.Dəyərmiydi? DəyərdiAmmanın mehriban insanları, axşam qaynayan şəhərə qarışıb onlarla xoş ünsiyyəti yaşamaq və tarixi yerlərin görməyə, Vadi musada milli mətbəxi dadmaq, gecə işıqları seyr etməyə, Petranı sözlərlə ifadə edə bilmərəm sadəcə illərdir arzum idi o anı yaşamaq və yaşadım Vəə Aqaba dənizi, Yunanıstanı xatırladan Aylasını görməyə bəli dəyərdiTəkrar gedərəmmi? gedərəmSəyahətlə bağlı detallı paylaşımlar gələcək yenədə

190 dəfə oxunub

Çin- QR kodla idarə olunan ölkə: Çin Bələdçisi

Çin- QR kodla idarə olunan ölkə…Gəlin sizə 14-cü ölkəm olan Çin səfərimdən danışım. Səfər işlə bağlı idi, yaxşı tərəfi vizanı çox sürətli aldım, pis tərəfi cəmiyyətə çox da qarışa bilmədim (bəlkə elə bu da yaxşı tərəf imiş kim bilir ). Beijing (Bei-şimal, jing-paytaxt) hava limanına düşən kimi anladığım ilk reallıq – Çin dilini bilmirsənsə Çinə getmə, ya da bələdçi tap. Ölkədə ingiliscə danışa bilən adam görəndə qucaqlayıb bağrına basmaq istəyirsən. Yanımda daim ingilis dilini bilən çinli olduğu üçün şanslı idim. İlk günümüz Pekin şəhərində keçdi, açığı Pekini gəzən zaman özümü elə də xaricdə hiss etmirdim. Şəhərin əksər hissəsi bizim mikrorayonlar stilindədir. Ölkənin kommunizmdə olması və keçmiş SSRİ ilə yaxınlığı Pekin şəhərini gəzəndə hiss olunur. 1 gün ərzində getdiyim yerlərdən başa düşdüm ki, ən maraqlısı elə Çin səddi imiş.Burda suvenir almaq istəyəndə səfərimin 2-ci reallığını anladım. Çinin əksər yerlərində cibindəki dollar adi kağız parçası, bank kartın isə cüzdanında artıq yer tutan mənasız əşyadır. Səfərin 2-ci günü tozlu Pekində oturub qatara getdik Nanjing (Nan-cənub, jing-paytaxt) şəhərinə. Qatarları bizim qatarlardan cüzi sürətli olsa da (345 km/saat) qiymətdə bizimkilərə çatmaz. Cəmi 1,000 km məsafə getməyimizə baxmayaraq başqa bir ölkəyə gəlmişdik sanki. Ultra müasir, yaşıllıqlar içində olan şəhərdən dünyanın 3-cü ən böyük çayı Yantsızı keçir. Şəhər çox təmizdir, mərkəz hissələrdə maraqlı dükanlar, çox sayda ticarət mərkəzləri var. Burda gördüyüm yolları olduğum heç bir Avropa ölkəsində görməmişəm. Yoldan söz düşmüşkən maşın sürməkdə bizə oxşayıblar, bir birinin yoluna çıxmaqda bizdən daha peşəkarldırlar. Şəhərdə maraqlı yerlərdən biri Niu Beer PUB-muzey idi. Çox yerə getmək şansım olmadığı üçün digər maraqlı yerlər haqqında məlumatım yoxdur. İndi gələk səfər öncəsi məni ən çox həyəcanlandıran yemək məsələsinə. İnternetdə dolaşan it, siçan videoları səfər öncəsi adrenalin versə də çatandan sonra mıyus oldumİnternetdəki o mənzərələrə heç yerdə rast gəlmədim. İlk dəfə Çin səddində kiçik restoranda toyuq yeməyində toyuğun pipiyini və ayağını görəndən sonra başa düşdüm ki, türk restoranı tapmaq lazımdır. Axşam yeməyini Türk restoranına salsaq da, sonradan restoranın elə əsl Azərbaycan restoranı olduğunu, hətta işlədənin mənimlə eyni qəsəbədə qaldığını bildim. Pekinə səfəriniz olsa nömrəsini verə bilərəm. Sonrakı günlərdə Çin mətbəxindən əsasən dəniz məhsullarını yedik, çox dadlı yeməkləri var. Bütün dünyanın əksinə olaraq Çində süfrəyə şorba (sup) gəldisə bilin ki, süfrəyə daha yemək gəlməyəcək. Yəgin oxuduqca düşünürsüz ki, bütün bunların QR koda nə dəxli var . Çində facebook, instagram və WhatsApp olmasa da daxildə özləri üçün çox mükəmməl işləyən sistem qurublar- WeChat. Dükanda ödəniş etmək istəyirsən? – QR kodla et, dilənçiyə pul vermək istəyirsən? – QR kodunu skan et, restoranda yemək sifariş etmək istəyirsən? – ofisiant çağırma, stoldakı QR kodu skan et və sifarişə başla və s. İnsanlarda demək olar ki nəğd pul kütləsi yoxdur. İnsanlar bütün alış verişlərini QR kodla edirlər. Sistem mükəmməl işləyir, amma nəsə içimdə o hiss yarandı ki, bunun səbəbi rahatlıqdan çox, insanlara nəzarətdir. Yazı uzun olsa da bilirəm ki, məlumatlandırıcı çox şey yoxdur içində sadəcə təəssüratlarımı bölüşmək istədim. Bütün çətinliklərə baxmayaraq Çin mütləq səfər edilməli ölkər sırasındadır. Arzusunda olanlara tezliklə Çin səfəri nəsib olsun.— Nankin, Jiangsu, Çin Halk Cumhuriyeti'de.Paylaşan: Ruslan Huseynov

172 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.Gələk hər kəsi maraqlandıra biləcək suallara:1. Bilet neçəyədir ?Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.2. Hansı viza lazımdır?İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.3. Hotel qiymətləri necə?Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.5. Qiymətlər necədi?İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.6. Camping qaydaları:İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.7. Bir həftə vaxtım yoxdursa necə?Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ahmed Ahmedov 

2241 dəfə oxunub

Hindistan bələdçisi - Goa

Goadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hindistan ???????? 22.01.2013-18.04.2014 10.10.2014-03.03.2015 Deməli, gənclər, təsəvvür edin ki, oturmusuz evinizdə çay içirsiniz, heç kimlə işiniz yoxdu, telefonunuza gələn bir mail ilə qısa bir zamanda Hindistana getməli olacağınızı və təqribi 3 ay orda yaşayacağınızı öyrənirsiniz. Hər kəsə salam bu arada. Vizanı Moskvada aldım, 10 iş günü deməklərinə baxmayaraq 7 iş günü sonrası visa hazır olmuşdu. Visanın dediklərindən tez hazır olmasına sevinməmişdim :)) Hindistana ilk səfərim Moskva - Doha (Qətər) Doha - Dobalim (Goa İndian) baş tutmuşdu. Təyyarə hava limanına enərkən tam ciddi deyirəm, öz-özümə təyyarədən enməyəcəm, bu təyyarə ilə də geri dönəcəm deyə fikirləşirdim. Mənzərə sadəcə qorxunc idi. Təyyarə endi, ön sırada oturmağıma baxmayaraq təyyarədən enən axırıncı mən oldum. Yaşayacağım evə doğru yol aldım. "Luis quest House" adı keçən qonaq evinin sahibi Mr.Luis məni qarşıladı. Evin açarlarını verdikdən sonra bunları dedi: "Hindistana xoş gəldin. İlk baxışdan xoşa gəlməsə də əslində çox gözəl yerdir Goa. Və insanı iki dəfə ağladır Hindistan, bir gələndə bir də gedəndə." Bir çoxumuz kimi Hindistan adı çəkiləndə ağlıma ilk gələn, Taj Mahal, Fillər mənim dostumdur, Bob Morley, yaşayış səviyyəsi çox aşağı olan bir ölkə , biraz dərin fikirləşsək, Mohandas Gandhi, yoga, büstlər, büdlər və s. gəlirdi. Əlbətdə ki, bütün bu sadaladığım hər şey var və olub bu ölkədə amma sadəcə bunlar yox. Hindistan haqqında nə qədər yazsam azdır, sadəcə 9 ay yaşadığım Goa Ştatı haqqında yazım. Hindistanın 29 ştatı var və Goa bunların içərisində ən varlısıdır. Orta əmək haqqı Goada 5400 rupi yəni (94$) Goada əsas dillər konkani və ingilis dilidir. Əhalisi 1,8 milyondur. Bu arada Hindistanda 22 qəbul olunmuş dil var. Əsas nəqliyyat vasitəsi motordur. Paytaxt Ponjim. Goada içkili və yaxud sürücülük vəsiqəniz olmadan motordan istifadə edirsinizsə bunun cəzası 100 rupi ilə 500 rupi arası dəyişir. Orta təbəqə yaşayan çox azdır, bu demək olar ki, bütün Hindistanda eynidir. Çox varlı təbəqə var və çox kasıb. Goa yay istirahəti üçün əslində çox gözəl bir seçimdir. Yay yəni bizim qış. Dəniz sezonu Goada oktyabr ayında başlayır və aprelin ortalarına kimi davam edir sonra isə musson yağışları başlayır. Dənizə (Hind okeanına axan Ərəb Dənizi) 150-200 metr məsafədə 4 nəfərlik bir ev kiralamaq təxmini 250$-300$. Ümumilikdə götürsək ucuzluqdu. Hindlilər gedən kafelərdə yemək yesəniz 1$-1,5$ biraz bahalı restoran və ya kafelər 5$-7$ pulunuz çıxacaq. Bu arada Hindlilər yeməklərini əllə yeyir, oturduğunuz kafedə iki gənc sevgili bir-birlərinə əlləri ilə aş yedizdirsələr təəccüblənməyin) "Old Mong". Goaya məxsus romdur 40 dərəcə spirt qiyməti 1,5 $, amma çox dadlıdır. Hindistan mətbəxi şəxsən mənim çox xoşuma gəldi. Masala, chicken tikka masala, Lamp biryani və s. Bu arada Bakıda olanda hind restoranları görmüşdüm, yolunuz düşsə məncə bir dadına baxın. Çox acı bir mətbəxtdi və çox baharatdan istifadə edirlər. Hindistanda əsas din Hindiuzimdir, əhalinin 80%-i bu dinə inanır, 13% İslam, digər faizləri isə büdpərəstlər və xristianlardır. Goada 30% xristianlar yaşayır. Goa keçmişdə Portugaliyanın əsarəti altında olduğu üçün ştatda çoxlu kotolik kilsələrinə rast gəlmək mümkündür. Hindistanın tarixi doğurdan çox zəngin və maraqlıdır, əgər yolunuz düşsə, Xampi, Karnataka, Murdeşvar bu şəhərlərdə yerləşən tarixi abidələri kilsələri ziyarət edin. Təbiəti çox gözəldir. Goada həyatınızda görə biləcəyiniz ən gözəl gün batımını izləyə bilərsiniz. Goanı bəlkə də başqa bir dünya adlandırmaq olar, insanların yaşam və davranış tərzi çox fərqlidir. Bir anlıq keçmişə qayıtmış kimi olur insan. 100-150 il əvvələ. Hindistanın ucqar bir şəhərinə getsəniz telefon və televizorun icadından xəbəri olmayan insanları görə bilərsiniz. İnək, siçan, ilan və başqa bir çox heyvanlar Hinduizm dinində müqəddəs sayılır. Avtobusda gedərkən 1,5 saat yoldan ilanın keçməsini gözlədiğim olub, yoldan qovmaq günahdır çünki gərək özü keçsin. Evə siçan girəndə həmin gün o evdə bayram kimi qeyd olunur, çünki ən mehriban tanrılarından olan "Ganeş" siçanın üstündə hərəkət edib. Heyvanlara qarşı olan bu sevgi və hörmət səbəbi reankarnasyondur. Ölümdən sonra təkrar dünyaya gələndə, həyatlarını həmin hörmətsizlik etdikləri heyvan olaraq davam etdirməsi qorxusu. Qadınların alınlarında olan Xal "Bindi" 3-cü gözdür. Qadınları pis əməllərdən, pis düşüncələrdən qoruyasan nöqtə. Bekar qadınlarda qara, evli qadınlarda qırmızı olur. Eyni zamanda evli və subay qadınların geyimləri "sara" da fərqlidir. Hindistandan gedəndə mr.Luis dediyi kimi heç də ağlamadım, əksinə çox sevinirdim. Amma tam 7 ay sonra öz istəyimlə 5 ay qalmaq şərti ilə bir daha qayıtdım... 26 fevral 2018. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Cavid Bayramov

2018 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!