1461 dəfə oxunub

Kutaisiyə getməyin yolları

Bu il WizzAir Kutaisi aeroportunda Avropanın 19 şəhəhərinə birbaşa reyslər edəcək. Reyslərin qiymətinin əlverişli və birbaşa olması Azərbaycan vətəndaşlarını bu aeroportdan uçmağa sövq edir. Məndən ən çox soruşulan suallardan biri də Kutaisiaeroportuna getməyin yollarıdır. Bu dəfə sizə Bakıdan Kutaisi aeroportuna getməyin ucuz və qısa yolları haqqında danışacam. Hər şeydən əvvəl uçuşun vaxtına nəzər yetirmək lazımdır. Mən uçuşları iki yerə bölürəm, günorta 13:00-a qədər olan və 13:00-dan sonra olan uçuşlar.

Düşünürəm ki, o bloqun “Qatar/Taksi” hissəsi sizə çox lazım olacaq.

13:00-A QƏDƏR OLAN UÇUŞLAR

Bu halda tövsiyyə edirəm ki, uçuş günündən 1 gün əvvəl Tiflisdə olasınız. Misal üçün, uçuşunuz 11 fevral saat 11:00-dırsa 10 fevralda artıq Tiflisdə olmalısınız. Georgianbus şirkəti hər uçuş üçün Tiflisdən Kutaisi aeroportuna birbaşa transfer təşkil edir, 20 laridir. Adətən uçuş saatından 6-7 saat öncə Tiflisdən çıxır avtobusları. Səfər təxmini 4 saat çəkir. Biletləri www.georgianbus.com saytından ala bilərsiniz. Avtobusa minik Liberty metrosunun yanındakı Puşkin parkındandır, bu linkdə dəqiq yeri görə bilərsiniz: https://goo.gl/maps/tPyrT2pabdq . Uçuşunuz səhər saat 6-7 arasıdırsa və 5 lari qənaət eləmək istəyirsinizdə öncəki gün gecə ən geci 23:00-da Didube metrostansiyasında yerləşən regional avtovağzaldan Batumiyə edən avtobuslarla da Kutaisi aeroportuna gedə bilərsiniz. Amma sürücüyə mütləq deyin ki, aeroportda düşəcəksiniz. Gedişhaqqı 15 lari olacaq.

13:00-DAN SONRA OLAN UÇUŞLAR

Bu halda Tiflisdə uçuş günü səhər tezdən olmağınız lazımdır. Uçuşdan ən geci 6 saat öncə Kutaisi aeroportuna gedəcəyiniz avtobus yola düşməlidir. Uyğun olaraq GeorgianBusdan və ya regional (Didube) avtovağzaldan istifadə edə bilərsiniz.

GeorgianBus avtobuslarının çıxmağına 20-30 dəqiqə qalmış avtobusun yanında olsanız yaxşı olar, çünki biletdə yer göstərilmir və gec gəldiyinizdə yeni avtobusu əlavə yarım saat gözləməli olacaqsınız.

KUTAİSİ-BAKI

Kutaisi aeroportundan Tiflisə yalnız GeorgianBus-la getmək olar. Tiflisdən isə Bakıya ya axşam çıxan qatarla, ya da vağzalın qabağından avtobusla Qırmızı Körpüyə ordan da ya taksi, ya da avtobusla gedə bilərsiniz.

Tiflisdən Kutaisi aeroportuna qatar reysi hələ ki yoxdur. Kutaisi şəhərinə gedən qatar isə uyğun vaxtda getmir.

 

Paylaşdı: Azər İsmayıl

DİGƏR BLOQLAR

Sərfəli London

Londondakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.KUTAİSİYƏ QƏDƏRUçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).AVİABİLET VƏ UÇUŞGediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.LUTONDAN LONDONALuton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.GECƏLƏMƏKGecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .VİZABritaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.QİDALANMALondon dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur ????SONDABu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl  

892 dəfə oxunub

Bir səyahət - 6 şəhər

ROMA, VENESİYA, MİLAN, BUDAPEŞT, KİYEV, ODESSA.6 şəhər, 3 ölkə hamısı eyni postda.Bu qrupdan bir dostumuz dediyi kimi qurban olduğum Wizzairdən biletləri seçib çıxdıq yola ????Gəzməli görməli yerləri şəkillərdə göründüyündən və postu oxuyanları yormamaq üçün mümkün qədər qısa qeydlərlə növbəti şəhərlərə keçəcəm. Başdan deyim ki, gözləntilər fərqli, baxışlar fərqli, şəhərlərlə bağlı yekun qərarlar fərqli ola bilir. Böyük kütlənin sevdiyi haranisa sevməyə bilərəm və ya əksi.Öncəliklə Roma.. Kutaisi - Roma reysiylə çatdıq şəhərə. Çatdıq derken dostum Elçin və mən ???? Paris səfərimiz də birlikdə olmuşdu. Romaya gediş biletini bir neçə ay öncədən 70 aznə almışdıq (tək gediş). 7 euro aeroportdan şəhərin mərkəzinə getmək üçün bus bileti aldıq. Oteli Terminidə seçdiyimiz üçün şəhərin əsas gəzməli-görməli yerlərinə uzaq deyildi. Maps.me, canımız gözümüz ???? taksisiz, avtobussuz, kasıb malı, ayaq gücünə ???? Fikrimcə, hər şəhəri ayaqla gəzmək lazımdı. Mümkün qədər avtobussuz, metrosuz. Necə deyərlər qarış-qarış, xəyalındaki hansısa şəhərdə addımladığını dəfələrlə hiss edərək.. Mənə görə hansısa şəhərdə piyada gəzməkdən yorulmursansa bu gəzinti deyil.Roma çoxunun bildiyi kimi tarixi şəhərdi. Min illərlə əvvəl tikilmiş tikililər. Normalda mənim tarixi şəhərlərlə aram yoxdu, ama Romanı orta dərəcəli də olsa sevə bildim. Şəhərdə əsas xoşuma gələn hər bir tərəfinin gəzmək və gözəl şəkillər üçün uyğun olması idi. Bir də şəhərdə bir-birinə yaxın məsafələrlə olan bulaqlarını sevdim. Sərin su - yay aylarının vazkeçilməzi. Roma dondurmasının dadına baxdıq, Pizzasının da dadını bildik. Şəhər Paris qədər olmasa da bahalı idi. Bahalığa görə ən çox təsir edəni də 1 eurodan WC keyfi  Roma plani quran dostuma tez vatsappda yazmışdım, bağırsaqların düzəlməyincə uzaq dur bu şəhərdən, Bakıdakılardan bərk bərk yapış  Şəhərin əsas görülməli hər küçəsini addım-addım gəzdik. Adriatik dənizinə getdik plyajına. Vatikana getdik, ora tamam başqa aləmdi. Burda çox Roma fanı var ama mənim üçün şəhərin gözəlliyi 3/5. Romanı istər-istəməz daha öncə getdiyim Parislə müqayisə etməli olurdum. Şəhərləri qarşı-qarşıya qoymağı sevən deyiləm ama insan özündən asılı olmadan orda eləydi burda beləydi edir. Bilmirəm ən çox sevdiyim şəhərdi deyə yoxsa nə Parisə əlavədən on dəfə də gedərəm, ama Romaya ikinci dəfə gedərdimmi? Getməzdim.Keçdik Venesiyaya.. Bu şəhərə getmədən youtubedə dəfələrlə 4k videolardan izləmişdim. Şəhəri sevəcəyimdən şübhəm yox idi. Şükür elə də oldu. Nağıl kimi şəhərdi Venesiya. Fərqli şəhərdi, valehedici şəhərdi. Məsələn, mən ömrümü o şəhərdə yaşamaq istərdim. Elə bir şəhərdi. Deyərdim, dərdi-kədəri unutduran, gözəlliyini gördükcə gözləri güldürən şəhərdi.Milan - Ən az bu şəhərdə oldum ama ən çox bu şəhəri sevdim. Tam mən istəyən şəhərlərdən. Müasir hündür mərtəbəli binalar, gözəl parklar, gözəl yollar, böyük və gözəl görünüşlü alış-veriş mərkəzləri, bahali maşınlar. Belə müasir şəhərlərdə mənə elə bir hiss gəlir ki, sanki bütün milyonerlər yığışıb əlində-ovcunda nə varsa şəhəri gözəlləşdirməyə sərf edib. Şəhəri gəzdikcə düşünürdüm mən nə savab işləmişəm indi buraları görürəm, Naxçivandan Milana uzanan həyat hekayəsi falan filan ????????Ümümulikdə İtaliya səfərim haqqında bu qədər.Keçdik Budapeştə. Macarıstanın paytaxtı. Bu şəhəri də nədənsə görmək istəyirdim. Şükür, qismət oldu. Buda və peşt şəhərlərini birləşdirən Dunay çayı. Mənzərə super idi. Qiymətlər İtaliya ilə müqayisədə daha ucuz. 1 euro = 310 forint idi. Şəhəri gəzməkdən böyük keyif aldım) Hətta o dərəcə ki, gündəlik 25-30 km piyada gəzintidən ayağım da şişmişdi) ama dəyərdi.Kiyev - Mənə görə Bakının bir neçə il əvvəlki halı. Yolları, parkları oxşar, metrosu birəbir eyni. Kiyevdə çox zamanımız olmadı deyə təkcə mərkəzi hissəsinə getdik, o da 15-20 dəqiqə piyada gəzməmiş dedilər, qaqa olanımız budu ???? Ama bir dönər yedim ki, gəl görəsən. Dadı damaqdan getməyən, yedikdən sonra əlavədən barmaq yedirdən )) haçansa yenidən Kiyevə getməli olsam tapacam o yeri, ya da haçansa milyoner olsam sırf o dönəri gedib yeyib qayıdacam  Xəyallarımda da kasıbçılıqdi, dönər zad Dediyim kimi daha çox müasir şəhərlərdən zövq aldığımdan bu şəhəri sevmədim, mənə görə sıxıcı, vaxt ayrılmayacaq şəhərdi, gözləntim isə böyük idi.Odessa - Ukraynanin digər şəhəri - Turistik şəhər. Kiyevlə müqayisədə daha çox bəyəndim. Qara dəniz sahillərində piyada gəzinti çox gözəl idi. Dadlı yeməklər, gözəl parklar, gözəl çimərliyi.- Uzaqlara getmək, dənizlər, sərhədlər, ölkələr, inanclar aşmaq fürsəti yarandığı zaman heç düşünməyin. Gəzmək yaşamaqdır. Arzusunda olan hər kəsə qismət.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hüseyn Hacıyev

1541 dəfə oxunub

Şengen ölkələrinə viza alarkən nələrə diqqət etməli

Əziz dostlar ????,✏ Eynitipli sualların çoxsaylı sorğusu nəticəsində mühüm bir məsələyə toxunmaq istəyirəm ✈(Mövzu Şenqen ölkələrinə şamil olunur????)#asansəfirlik #viza- Hansı ölkə asan viza verir ?- Hansı səfirlikdən viza almağı məsləhət görürsüz ?- A ölkəsindən viza alıb, orda qalmayıb B ölkəsinə gedə bilərəm mi ?- İlk girişi başqa ölkədən etsəm problem olar mı?Əvvəla hansı ölkəyə (və ya bir neçə ölkə) getməyi və ya harda daha çox qalmağı planlaşdırırsızsa, həmin ölkənin səfirliyindən viza almalısız. Vizanın giriş çıxışını tam dəqiq və aydın şəkildə qeyd edirsiz. Məsələn, Çexiyaya vəya Danimarkaya getmək istəyirsiz, siz giriş kimi Budapeşt və ya İtaliyanı göstərə bilərsiz lakin o ölkədə viza aldığınız ölkədə çox qalmamaq şərtilə. Ancaq məqsədə uyğun olardı ki, girişi viza aldığınız ölkədən edəsiz (çıxışı başqa ölkədən etsəz də olar).Digər mühüm məsələ isə çalışın səfirliyə turist olduğunuzu sübut edin. Normal qaydada sənədlərinizi hazırlayın. İlk növbədə, marşrutunuzu dəqiqləşdirin, məsələn, siz Macarıstan səfirliyindən viza almısız və Budapeştə (və ya hər hansı bir şəhərində) gedib orada 4 gün qalmağı planlayırsız, ordan isə hər hansı bir ölkəyə keçə bilərsiz (Macarıstandakı gün sayından az olmaq şərtilə və şenqen sazişinə daxil olan istənilən ölkəyə). Lakin bəzi dostlar bunu bildirmək istəmir. Niyə? Nəyə görə? Burda qorxulu heç nə yoxdu inanın mənə. Mən tərəfdarıyam ki, səfirliyə qarşı hər zaman dürüst olun. 5-6 ədəd A4 verməyin, əgər bir neçə ölkəyə səfər edirsizsə. Onlar sevir ki, detallı informasiya verəsiz onlara. Fikrimcə çətin və ya kaprizni səfirlik yoxdur, onları qane etməyən turistik namizəd vardır deyə düşünürəm. Bəlkə də yanılıram amma şəxsi təcrübəmdən nəticə çıxarıram hələki. Yəni bir ölkə niyə turistin önünü kəsib ölkə büdcəsinə zərər vursun.Getdiyiniz ölkədə qalacağınız yerin Hotel və ya hostel olması fərq etməz, əsas odur sənədli-sübutlu olsun. Booking.com, Hostelsworld.com kimi saytlar etibarlıdır.Bank hesabı məsələsinə gəldikdə isə, əvvəla onu deyimki aldığınız maaşa uyğun bir rəqəm göstərməyiniz daha məqbuldur və arzuolunandır. Yəni şərt deyil, 700 AZN maaş alıbda 1 həftə üçün 3000 AZN göstərəsiz, 1000-1500 AZN (ölkədən asılı olaraq) göstərsəz kifayətdir.- Əgər siz otel/hostel, avtobus/qatar biletlərini, təyyarə biletlərini ödəniş etmisizsə, bank hesabında qalacağınız gün sayına görə 40-80 euro/1 gün vəsait yerləşdirməlisiz, yox əgər bunları almamısız bron etmisizsə, o zaman həmin xərcləridə günlük xərcinizin üzərinə əlavə etməlisiz.Məsələn,70-80 euro / 1 gün Skandinaviya, Qərbi və mərkəzi avropa ölkələri - Fransa, Belçika, Hollandiya, Ispaniya, Avstriya, İsveçrə və s.40-60 euro / 1 gün daha çox Şərqi Avropa və Baltikyanı ölkələr - Macarıstan, Polşa, Çexiya və s. üçün keçərlidir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck

987 dəfə oxunub

Niyə vizadan imtina alırıq?!

Viza müraciətləri ilə bağlı dəfələrlə müxtəlif statuslar bölüşülüb burada. Niyə biz imtina alırıq sualları ilə. Son 3 ildə bugünədək 1000-ə yaxın viza müraciətinin içində olmuşam. Ümumi olaraq çıxardığım nəticələri sizinlə bölüşmək istərdim. Heçkimlə mərcləşmək üçün deyil bu post. :) Dediyim kimi 100-lərlə viza müraciəti əsasında çıxardığım nəticələrdir: Bir konsulun sənədlərə baxıb, nəticə çıxardığı onlarla nüans var. Bunları 3 qrupda birləşdirmək olar: I. Ölkəyə Bağlılıq Sizi ölkəyə bağlayan məqamlar hansılardır və nəyə görə qayıdıb gələcəksiniz. Ailəniz, iş yerinizdəki vəzifəniz, həmin şirkətin neçə illik işçisi olmanız, şirkətinizin nüfuzu, maaşınız, adınıza olan mülklər və s. II. Səyahət Tarixçəsi Nə qədər gəzmisiniz? ABŞ, Kanadaya gedirsinizsə, yaxın Avropaya baş çəkmisinizmi heç olmasa? Yoxsa mən necə inanım ki, siz qaçmırsınız? III. Maliyyə Statusu Bank hesabınız, bank hesabınızla maaşınızın birbirinə uyğunluğu (çoxları buna fikir vermir) və s. Bunlardan əlavə nəzər yetirilməli digər məqamlar:        1. Hansı ölkə vizasına müraciət etməkdən asılı olmayaraq, həmin ölkədə hansı şəhərə gedəcəyinizi, həmin şəhərə NİYƏ gedəcəyinizi, həmin şəhərdə HARALARI gəzəcəyinizi təyin edin. Gəzəcəyiniz yerlərin 1-2sinin adını əzbər öyrənin.       2. Mehmanxananız təxmini olaraq hara yaxındır, öyrənin. “Niyə bu mehmanxananı seçmişiniz?” sualına səmimi cavabınız olsun. Çünki büdcəmizə uyğundur. Çünki Eyfelə yaxındır. Çünki bu otellər şəbəkəsinə loyalam. Çünki pəncərələri okeana baxır. Çünki yanında Shopping Mall var. Hava limanının yaxınlığındadır və s.       3. Sənədləri sizin üçün kimin hazırlamasından asılı olmayaraq baxın, bütün sənədlərinizin nədən ibarət olması ilə bağlı məlumatlı olun. Çünki əksər hallarda o sənədləri səfirliyə siz təqdim edəcəksiniz və səfirlik əməkdaşlarının sualları yarandığı təqdirdə siz məlumatlı olmalısınız.     4. Ölkənin iqtisadi vəziyyəti pisləşdikcə emiqrasiya artır. Bu vəziyyətdə özünüzü “hamı mənə borcludur” kimi aparmayın. Səfirliklərdəki işin, viza qərarının insan hüquqlarına heçbir aidiyyatı yoxdur. Yəni səfirlik işçiləri sizə vizanı verməkdə borclu deyillər. Real dünyaya qayıdın.       5. Sizdən hansı sənədlər istənilirsə, heç olmasa onları tam hazırlayın. Sənədin çox olması problem deyil, uzaqbaşı nəyisə özünüzə qaytaracaqlar. Az olması isə problemdir.       6. Hər an telefon zənginə hazır olun. Səfirlik işçiləri həm sizə, həm iş yerinizə zəng edib, dəqiqləşdirmə apara bilərlər.       7. UK-də Ərizə Formasında Maliyyə rəqəmlərinə ciddi fikir verin. Sualları siz nə gəldi doldurasınız deyə, qoymayıblar.       8. Öz səfər məqsədinizi ya Application Formlarda, ya da əlavə məktubla tam izah edin. Səfər məqsədinizi dəqiqliklə göstərin.      9. Şengendə bir neçə ölkəyə səyahət edəcəksinizsə, təkcə Bakı – Roma (məsələn) – Bakı deyil, həm də Roma – Paris, Paris – Madrid, Madrid-Roma biletlərinizi də qoyun.      10. Bəzi səfirliklər qoyduğunuz bron bileti sonradan alıb gətirmənizi tələb edə bilər ki, vizanı versin. Məsələn Yunanıstan səfirliyi. Sonradan çox xərcə düşməyəsiniz deyə, mümkün qədər reallıqda alacağınız biletin bronunu qoyun.      11. Qərbi Avropa Ölkələri (İsveçrə və Lixteynşteyndən (ona da İsveçrə baxır) başqa) booking.com qəbul edir. Şərqi Avropanın isə əksəriyyəti imzalı, peçatlı otel vauçeri tələb edir. Bəziləri hətta mütləq ödənişin olunmasını, bəziləri isə tam ödənişin olunmasını tələb edir.      12. US viza müsahibəsinə yola verdi hazırlaşmaq, 160 dolları havaya atmaqdır. Bütün dünyanın arzusunda olduğu ölkədir, niyə də belə ciddi intervyu etməsinlər?! Qınamağa heç haqqımız da yoxdur. Ondansa reallığı qəbul edib, suallara dürüst, dolğun cavab verin. Ən yaxşı taktika dürüstlükdür.      13. Çoxları yazır ki, səfirlik işçiləri bizimlə kobud davranır. Onları o vəziyyətə biz özümüz salmışıq. Necə? Səfirliyin veb səhifəsindən yazılan cavabları oxumadan təkrar-təkrar eyni sualları verməklə. 5 sənəd istənildiyi halda, 3 sənəd gətirib, özümüzü 5 sənəd gətirmişik kimi aparmaqla. 35 Avro verib, elə bil kartof alırıqmış kimi, vizamızı tələb etməklə. Bu insanlar hərgün eyni suala 100 dəfə cavab verir, eyni hallarla təkrar təkrar rastlaşırlar. Birazca anlayış göstərib, yaxşı mənada onları yola verək.      14. Şengen zonası, Avropa Birliyi və Avrozona fərqli anlayışlardır. Birincisi coğrafi birlikdir və öz aralarında sərhəddi götürmüş 26 ölkəni nəzərdə tutur. İkincisi iqtisadi və siyasi birlikdir. Üçüncüsü isə maliyyə/valyuta birliyidir. Tək girişli Şengen vizası aldıqda 26 ölkə üzrə (Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Lixteynşteyn, Litva və Estoniya) sərhədsiz hərəkət etmək imkanı qazanırsınız. Lakin son zamanlar müəyyən hallarda ölkələrarası qeyri-formal məntəqələrdə nəqliyyatı saxlayıb, Şengenin hansı ölkədən alındığını və s sorğulayırlar. Qaydalara əsasən siz bir neçə Şengen ölkəsində qala bilərsiniz. Lakin vizanı ən çox qalacağınız ölkədən almanız lazımdır. Yuxarıdakı Şengen ölkələri içərisində Monako, San Marino, Vatikan olmasa da, bu ölkələr də tək girişli Şengen ilə səyahət etmənizə icazə verilən ölkələrdir. Rumıniya, Xorvatiya və Bolqarıstan Avropa Birliyi üzvləridir lakin Şengen üzvləri deyil. Amma Multiple Entry Şengen vizanızla bu ölkələrə də gedə bilərsiniz. Lakin diqqət edin ki, Multiple Entry Şengen vizanızın ilk səyahəti Şengenə olmalı, sonradan bu ölkələrə keçməlisiniz. Serbiya üçün tələblər tez-tez dəyişsə də, bura üçün də Double və ya Multiple Entry Şengen keçərlidir.      15. ABŞ Vizası ilə ABŞ-dan əlavə bir neçə Mərkəzi Amerika ölkəsinə səyahət edə bilərsiniz. Ölkələr bunlardır: Meksika, Honduras, Salvador, Nikaraqua, Kosta Rika, Panama, Dominikan Respublikası, Puerto Riko.      16. Bu sual da tez-tez verilir: Əgər London üzərindən US, Kanada, Avstraliya, Yeni Zellandiyaya uçursunuzsa və Londonda overnight qalmalısınızsa, şəhərə UK vizasız çıxa bilərsiniz. Şərtlər bundan ibarətdir ki, Londondan outbound uçuşunuz növbəti günün gecə 12sini keçməməli, həmin 4 ölkədən birinə uçuş biletiniz və vizanız olmalıdır.      17. Viza ala bilmirsiniz? Mən yerinizdə olsam, qapıda viza tətbiq edən və ya vizasız ölkələrə gedərəm. Nepal, Vyetnam, İndoneziya, Malayziya, İordaniya, Qətər, Livan, Kolumbiya, Ekvador, Montenegro, Bosniya, Makedoniya, Ukrayna, Türkiyə və daha necə gözəl ölkələr var. Gedin gəzin, səyahət tarixçəsi yığıb sonradan vizalı ölkələrə müraciət edin. Şanslarınız da yüksələcək. Kimlərinsə keysləri bu yazdıqlarımla yenə üst-üstə düşməyə bilər. Amma burada 1-2 deyil, 1000-ə yaxın viza keysinin verdiyi nəticələri qeyd etmişəm. 3 ildə bütün öyrəndiklərimizi yazsam, 100-ə yaxın punkt olardı. Ən çox soruşulanları qeyd etdim. Hərkəsə uğurlar.   Paylaşdı: Baba Ağayev

4514 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!