Krit adasına yay mövsümündə Azal-la birbaşa reyslər mövcuddur (həftədə 1 dəfə)
Adaya səyahət etmək üçün şengen vizası tələb edilir.
Adada
passiv istirahət üçün kifayət qədər inkişaf etmiş otel infrastrukturu mövcuddur
Çimərliklərin çoxu qumlu-çınqıllıdır, dənizin suyu çox şəffafdır
Qumlu çimərliklər əsasən Elounda və Xanya bölgəsindədir
Şimal hissədə otel infrastrukturu inkişaf edib, cənub hissədə yox (dağlıq ərazi imkan vermir)
Krit adası əslində küləklidir, amma Bali bölgəsində külək demək olar hiss edilmir
Taksi üçün mobil tətbiq yoxdur, otelə və taksi məntəqələrindən sifariş edirsiniz
İnsanları çox mədəni, səmimi, mehriban, gülərüzdür. Ada insanları çox səmimi olur ümumiyyətlə.
Şəhərdə olan canlı musiqili restoranlarda axşam yeməyi yeyin mütləq, özünüzü tanımadığınız insanlarla milli rəqs edərkən tapacaqsınız Krit mətbəxi qeyri-adi ləzzətlidir.
Krit adasında təxminən 40 milyonadək zeytun ağacı var, zeytunları və zeytun yağları əsl nemətdir, mən özümlə gətirdim

Adanın tarixi minilliklərə dayanır və Avropanın ən qədim sivilizasiyalarından biri olan Minoy mədəniyyəti burada formalaşıb. Ümumiyyətlə çoxlu sivilizasiyalar görüb (Roma, Bizans, Venesiya, Osmanlı, Yunan)
Adadan romantik Santorini adasına gəmi ilə səyahət edə bilərsiniz. İnstagramda gördüyünüz mavi damlı ağ şəhəri görməyə kifayət edəcək, şəhərin atmosferini alacaq, tarixini öyrəməcəksiniz.
İraklion mərkəzdə kifayət qədər mağazalar var, qiymətlər də çox münasibdir. Səyahətinizi burda bitirə bilərsiniz, hava limanına çox yaxındır.
Əzizlərinizə və dostlarınıza hədiyyəni duty-free-dən ala bilərsiniz. Təxminən şəhərdə gördüyünüz hər şey eyni qiymətədir və seçim çoxdur.
Aktiv istirahət sevirsinizsə rent-a car edib bir səfər müddətinə çox bölgəsini görə bilərsiniz, ada böyükdür. Mən təxminən bütün turistik bölgələrində oldum.
Narıncı yağış yağsa qorxmayın, Saxara iqliminin ildə 1-2 dəfə hədiyyəsidir Krit adasına, biz gördük Bütün ada narıncı rəngə boyanmışdı.