2952 dəfə oxunub

Kökenhofda lalə bayramı ➡ Hollandiya

Hollandiya gəzəyənlərin bütün il boyu çox maraq göstərdiyi səyahət yeridir. Bu qədər marağın ən əsas səbəbləri burada olan əyləncə həyatı, yel dəyirmanları və ləzzətli pendirdir. Bunlarla yanaşı Hollandiya deyiləndə ilk ağıla gələnlərin başında şübhəsiz ki, lalələrdir. Hər il məşhur olan lalələr üçün Hollandiyada festival təşkil olunur.


Bu festival da Keukenhofda keçirilir. Keukenhof və ya Kökenhof həmçinin Avropa bağı kimi də tanınan dünya üzrə ən iri çiçək bağı olan bu cənnətdən bir guşə Niderlandın cənub-şərqində olan kiçik Lisse şəhərciyinin yaxınlığında yerləşir. Bu ərazidə 7 milyon gül soğanaqları 32 hektar ərazini əhatə edən parkda hər il əkilir. Hər il Keukenhof mart ayının ortalarından may ayının ortalarına qədər açıq olur.


Bu müxtəlif növ zanbaqlardan ibarət ala-bəzək xalça şəklində döşənən çoxsaylı çiçək ləklərindən - yasəmən, qızıl nərgizgülü, qızılgül, yaraşıqlı səhləb çiçəyi və başqa rəngarəng çiçəklərin sərgiləndiyi 3 oranjereyadan təşkil olunmuş parkdır.

Sadəcə 2 ay açıq olan gül bağçasına hər il 800 min turist gəlir. Təkcə Avropadan yox, Çin və Yaponiyadan gələn turistlərin marağına səbəb olan gül bağçası ölkənin ən mühüm turizm obyektlərindən birinə çevrilib. Hollandiya dünya üzrə ən çox gül istehsal edilən ölkədir. Kilometrlərlə uzanan çiçək tarlaları burada xüsusilə, bahar aylarında rəngarəng Hollandiya ortaya çıxarır. 8 həftə davam edən bu festival buraya səyahət edən turistlər üçün sehrli bir abu-hava sərgiləyir.


Keukenhofa səfər etmək üçün ilin ən ideal vaxtı lalərin də ən gözəl göründüyü aprel ayının ortalarıdır. Biz də bura səfər etmək üçün 2019 -ci ildə bu vaxtı seçmişdik. Və bu cənnət kimi yerin sehrinə elə qapıldıq ki, saatlar burda necə keçdi bilmədik, 2 saat sonra uçuşumuzun olduğunun fərqinə belə varmamışdıq, tez tələsik çıxıb hava limanına yollananda təyyarəyə ən son daxil olan da biz olduq.

Keukenhof Parkına necə getmək olar?

Keukenhofa hava limanından birbaşa Express avtobuslar gəlir. Bunun üçün Keukenhof Express (Bus 858) avtobusuna minməlisiniz. Ancaq Amsterdam mərkəzindən parka getmək istəyənlər üçün Bus 854, Bus 50 və Bus 90 avtobusları da fəaliyyət göstərir. Digər yol isə maşın kiralamaqdır.


Giriş ödənişi böyüklər üçün 17 avro təşkil edir. Bu qiymət online alışlar üçün nəzərdə tutulub. Mən bileti getməmişdən 2 həftə əvvəl bu saytdan alıb, çap etmişdim, faydalı olsun deyə sizin üçün də linki qeyd edirəm. https://keukenhof.nl/en/ . Ancaq ya hava limanı yaxınlığında olan bələdçi firmalarından, ya da çatanda bilet satış məntəqəsindən almaq istəsəz qiymət 18 avro olacaq, bəzən isə bu qiymətlər bələdçilərdən asılı olaraq 25 avroya qədər çıxa bilir. Sizə tövsiyyəm həm uzun növbələrdə gözləməyəsiz, həm də daha ucuz olsun deyə elə əvvəldən biletinizi alıb sadəcə nəqliyyat üçün pulu ödəməkdir. Ancaq bələdçi firmalardan alanda nəqliyyat xərci ilə bilet ödənişi birlikdə olur. Yenə də hər bir halda əvvəldən almaq həm cibinizə xeyir olur, həm də rahat keçirsiniz. Bir də onu qeyd edim ki, avtobusa minmək üçün o qədər koreyalı, yapon gəzəyənin arasında səbrlə dayanıb gözləmək lazım olur. Səbrlə dediyim də 1-2 saatdan çox. Çünki ancaq 2 ay açıq olduğu üçün Hollandiyaya səfər edən gəzəyənlər bura gəlməmiş ölkəni tərk etmək istəmirlər. 4-7 yaş aralığında olan uşaqlar üçün bu ödəniş 8 avro, 0-3 yaş arası balaca səyahət sevərlər üçün isə ödənişsiz olur.


Keukenhof parkı hər gün 08:00 ilə 19:30 arası açıq olur. Əgər əşyalarınız varsa və yaxud bizim kimi buradan digər uçuş üçün hava limanına gedəcəksinizsə (hava limanına yaxın olduğu üçün səfər marşrutunu elə planlayın ki, Amsterdamı gəzib tərk edəndə buraya da baş çəkib oradan hava limanına yollanasınız) girişdə olan kilidli komodlara heç bir ödəniş etmədən qoyub güvən içində parkı gəzə bilərsiniz.

Bu parkın içərisində kafe, restoran və hətta istəsəniz piknik etmək üçün ərazi fəaliyyət göstərir. Mütləq ballı çayın burada dadına baxmağı tövsiyyə edirəm. Bura gəlmək üçün ən mükəmməl vaxt günün erkən saatlarıdır. Həm ən yaxşı şəkilləri çəkə biləcəyiniz, həm də turist axını yaşamadan rahat buranı kəşf edə biləcəyiniz vaxtdır.


Hətta burada velosiped kiralayıb bu böyük ərazinin çox hissəsini gəzə bilərsiniz. Biz burada 5-6 saata yaxın vaxt keçirdik. Ancaq buranı gəzmək üçün məncə bir gün belə kifayət etməz. Çünki hər çiçəyin haqqında maraqlansaz, oxusaz, doyunca gəzib kəşf etmək istəsəz gərək buraya bir neçə dəfə gələsiniz.

Lalə festivalının olduğu müddətdə Keukenhofda 7 fərqli ilham bağçası olur. Bunlardan biri Aşçılıq bağçasıdır- hərkəsə açıq olan bu mətbəxdə bağçadan topladığınız tərəvəzlər ilə yemək bişirə bilərsiniz. Arı bağçası da bunlardan bir digəridir. Bu bağça quşların və arıların evi üçün nəzərdə tutulub. Bu bağçaları gəzdikcə sanki cənnətin yer üzərindəki qapılarını bir- bir aralayırsınız. Bu bağçalardan nə qədər danışsan da bitməz, ancaq mənim ən çox diqqətimi çəkən Sevgi bağçası və təkrar istehsal olunan materiallardan düzəldilmiş məhsulların satıldığı Recycling bağçası oldu ki, burada ev üçün lazım olan bir çox əşyalar və faydalı avadanlıqlar tapa bilərsiniz. Təkrar istehsal olduğu üçün daha münasib qiymətə olurlar. Sevgi bağçasının əsas missiyası isə qonaqlara sevgilərini göstərmə və bu kimi duyğuları aşılamaq idi.

Sonda buranı ən sevdiyiniz insanlarla, maraqlı yol yoldaşları ilə gəzməyinizi arzulayıram. Xoş istirahətlər.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Ulkar Ismayilzada

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - New York

New Yorkdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.New York barəsində maraqlı postlar bundan əvvəl də paylaşılmışdı. Paylaşılan fikirlərin davamı və təstiqi, təkrarı olaraq mən də 1 ay ərzində gördüklərimdən bunları deyə bilərəm;- Şəhər yeni gələn turistlər və immigrantlar üçün olduqca bahalı, NYC’də normal işlərdə işləyənlər üçün isə normal şəhərdir. (Minimum əmək haqqı 15 USD)- Nyu Yorkda maşın sürmək əsəb, parking tapmaq problemdir. Digər ştat və şəhərlərdən fərqli olaraq insanlar yeraltı nəqliyyat və ya avtobuslardan istifadə edir. Şəhərdə 450+ metro xətti var və demək olar ki, bir çox yerə metro ilə rahat getmək mümkündür. Bir gedişlik 2.75 USD, bir həftəlik 34 USD, bir aylıq 125 USD)- Ərzaqdan geyimə bütün məhsulları alarkən kassada üzərində yazılan qiymətə 9%’ə yaxın city tax gəlir.- Nyu Yorkda bütün restoran, kafe, taksi başda olmaqla demək olar ki, bütün servis xidmətlərindən istifadə edərkən “çayvoy” verməlisiniz. Bu artıq bir mədəniyyətə çevrilib.- Məsələn çaşıb kafedə 50 USD’lik yemək yediniz. Tips (çayvoy), vergilər verildikdən sonra bu rəqəm 60-70’ə çıxa bilər.- Azərbaycandan fərqli, marketlərdə bir çox məhsullar, meyvələr, tərəvəzlər qablaşdırma ilə satılır. Məs; Bakıda kilo-kilo aldığınız üzümü burda 2 salxımı bir paketin içinə qoyulmuş vəziyyətdə 4-5 USD’ə nuş edə bilərsiniz.- Nyu Yorkun havası olduqca dəyişkəndir. Bir saat hava çox isti olduqdan sonra anidən şiddətli yağış yağa bilər. Yağış isə 10 dəqiqə sonra anidən kəsə bilər.- Nyu Yorku Bakıdan fərqli edən maraqlı cəhətlərdən biri; burada demək olar ki, toz deyilən bir şey yoxdur. (Mən görmədim) Nə maşınlar çirklənir, nə də evdə əşyaların üzərinə toz yığılır.- Nyu Yorkda millətlərin sıx məskunlaşdığı bölgələr var. Məsələn; Chinatown’a getsəniz özünüzü Çində, Koreatown’da Cənubi Koreyada, Brooklyn’in orta hissələrində İsraildə, Brightonda isə özünüzü Rusiyanın hansısa bir bazarında hiss edəcəksiniz.- Şəhərin küçələrində alkoqollu içki butulkası ilə içki içmək qadağandır. Narkotika satmaq qadağan, qəbul etmək isə səhv etmirəmsə leqaldır.- Gəzmək üçün kifayət qədər yerlər var. Bunlardan bir neçəsi; Time Square, Central Park, Empire State Building, Statue Liberty, Rockfeller Center və digərləridir.- Bir otaqlı evlərin qiyməti 1300-1500 USD, roomların qiyməti 500-600 USD’dən başlayır. Ev və ya otaq rent edərkən sizdən deposit qoyulması, kirayə üçün əlavə haqq ödənişləri alına bilər.Bir çox xüsusiyyətlər var ki, yadıma düşdükcə yaza bilərəm. Və ya əlavə etmək istəyən varsa edə bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Anar Aliyev

1078 dəfə oxunub

Mənfi və müsbətləri ilə Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əgər gəncsinizsə və ya yaşınız çox olsa da ruhunuz cavandırsa, səyahət boyunca bol-bol əyləncə, dəniz, qum, günəş, tarix, müasirlik, möhtəşəm memarlıq görmək istəyirsinizsə yaxın durun Barselona tam sizlik şəhərdir. Qrupda daha əvvəllər Barselonanın müsbət cəhətləri haqqında bir çox postlar paylaşılıb. Təəssüf ki, Barselonanın bir çox mənfi cəhətləri də olduğundan bügun hər ikisinə toxunacam.Yazıya başlamazdan öncə dünya memarlığı tarixinin ən xüsusi adlarından biri olan Antoni Gaudi haqqında yazmaq istəyərdim. Gaudi olmasa bu gün Barselona yəqin ki, sıradan Avropa şəhərlərindən biri olardı. Onun yaratdığı möhtəşəm Sagrada Familia, Casa Vicens, Casa Batllo, Park Guell, Casa Milanı görmək üçün bu gün Barselonaya milyonlarca turist gəlir. Bu binaları çıxsaq Barselonada gəzib görməli çox az tarixi yer qalır. Maraqlıdır ki, 1908-ci ildən öldüyü 1926-cı ilə kimi həyatını Sagrada Familiaya ayıran bu insan 1926-da tramvayın altında qalıb yaralananda ona çox gec kömək göstərilmiş və 3 gün sonra xəstəxanada ölmüşdür.  1) Ucuz necə getməli - Kutaisidən Wizzair vasitəsilə Barselonaya ucuz bilet ala bilərsiz. Mən Barselonadan-Kutaisiyə bileti baqajla birlikdə 90 avroya almışdım. Baqajsız səhv etmirəmsə 50-60 avro idi. Yay sezonunda bilet qiymətləri bahalaşdığından bu sezon üçün 1-2 ay əvvəldən almağı məsləhət görürəm. Aeroport çox böyükdür, 2 terminalı var, low-cost təyyarələr terminal 2-yə uçurlar. Aeroportdan şəhərə metro-avtobus-qatar və taksi ilə gedə bilərsiz. Taksi bahadır, Ən rahatı “Aerobus” adlanan avtobuslarla şəhərə getməkdir. Qiyməti birtərəfli 5.90 avrodur. Espanyol və ya Katalunya meydanlarında düşüb otelinizə metro ilə və ya piyada gedə bilərsiniz.2) İctimai nəqliyyat qiymətləri - Avtobus və metrolarda 1 gedişin haqqı 2.20 avrodur. Amma ən rahatı 10 avroya satılan T10 adlanan 10 gedişlik kartları alıb istifadə etməkdir. Beləcə 1 gediş cəmi 1 avroya başa gələcək. Əgər 2-3 nəfərsizsə hərənizə ayrıca 1 dənə T10 kartı almağa ehtiyac yoxdur. 1 kartdan hamı istifadə edə bilir. Əlavə olaraq deyim ki, T10 kartları aeroportdan gedən sarı xəttli metro və aeroport avtobuslarında keçərli deyil. Metro və avtobus sistemi çox rahatdır və öyrənmək çox rahatdır. 3) Müsbət cəhətlər- Şəhər çox əyləncəlidir. İnsanlar deyir-gülür, əylənir, burada bulvar hissəsində gəzdiyiniz zaman anidən qarşınıza sarı qumlu sahillər çıxır. Sahillərdə çimib günəşlənib insalarla qaynayıb qarışıb voleybol, futbol və digər maraqlı oyunlara qatıla bilərsiniz. Axşamlar publar dolub daşır. Şəhərdə gəzərkən məsələn selfi çəkmək istədikdə arxadan gələnlər kadra girir, əl sallayır, tullanır, əcaib formalara düşə bilirlər. Zara, H&M və bu tipli markaların hər yerdə böyük mağazaları var, qiymətlər ölkəmizdəki ilə müqaisədə daha ucuzdur. Bir sözlə əsl gənclik şəhəridir. Barselonadan 1 saatlıq məsafədə olan İbizaya, Mallorcaya Ryanairlə 10-20 avro ödəyib gedə, həmin adalarda əyləncənin pik həddinə çata bilərsiniz. Qatarla şəhərin 1 saatlıq məsafəsində yerləşən PoRT Aventura parkına gedib adrenilin manyakı ola bilərsiniz. 4) Mənfi cəhətlər-Barselonada qarşılaşdığım ən böyük mənfi hal oğurluq, soyğunçuluğun çox yüksək həddə olmasıdır. Hələ otelimizə ilk girişdə dəyərli əşyaları seyfdə saxlamağı, şəhərə çıxarkən üstümüzdə mümkün qədər az dəyərli əşya götürməyimizi məsləhət gördülər. İlk dəfə Katalunya meydanında metrodan düşdükdə insanların çiyin sumkalarını qabaqdan asdığını, qadınların çantalarını ikiəlli tutub gəzdiklərini gördük. Las Ramblas küçəsində yemək yeyərkən yanımızda olan çinli ailə telefonu stolun üzərində qoymuşdu. 1 saniyənin içində telefonu necə götürüb qaçdılarsa Çinlilər heç ayağa durmağa imkan tapa bilmədilər. Ona görə şəhərə çıxarkən üzərinizdə ən yaxşısı telefon və xərcləyə biləcəyiniz qədər pul götürməkdir. Qaranlıq düşdükdən sonra mərkəzi Las Ramblas küçəsində turist olduğu hiss olunan hər kəsə qaralar yaxınlaşıb narkotik almağı təklif edirlər.-Növbəti mənfi cəhət otellərin çox baha olmasıdır. Demək olarki ən səviyyəsi ulduzlu otellərin günlüyü 100 avroya yaxındır. Hostellərin qiymətinə başqa ölkələrdə 3-4 ulduzlu otellərdə qalmaq olur. Yemək-içmək qiymətləri də cib yandırandır).-Növbəti mənfi cəhət muzeylərə girişin çox baha olmasıdır. Əgər ora getmisinizsə Sagrada Familiaya mütləq girin. Amma digər muzeylərə girməsəniz də birşey itirmərsiniz.-Nələri görməli və nə etməli-1) Sagrada Familia - Dünyada bir hissəsinin tikintisi davam edə-edə başqa bir hissəsi remont olunan ikinci bir belə abidə varmı bilmirəm. 1882-ci ildən bəri tikilməyə başlayan, 137 ildir tikintisi davam edən, ağırlığı 200 min tondan ağır olan, bu möhtəşəm yer ölmədən öncə mütləq görülməli yerlərdəndir. 2026-cı ildə, Gaudinin ölümünün 100-cü illiyinə qədər tikintisinin bitməsi planlaşdırılır. Buraya baxanda insanın ağzının açıq qalmamağı mümkün deyil. Giriş qiyməti içərdəki muzeylərlə birlikdə 22-32 avro aralığında dəyişir.2) Casa Milla və Casa Batllo- Hər iki bina Katalunya meydanından 10 dəqiqəlik məsafədə bir-birinin yaxınlığında yerləşir. Dalğalı sonsuzluq (∞) formasında tikilməsi ilə məhşurdur. Büdcənizə qənaət edirsinizsə hər iki binanı çöl tərəfdən görmək yetərlidir. İçəri tərəfdən elə də mütləq görüləsi bir şey yoxdur. Yenə də görmək itəyənlər üçün Casa Milla giriş qiyməti-22 avro, Casa Batllo-25 avro3) Camp Nou turu- Xüsusən Barselona azakeşləri üçün mütləq gediləsi yerlərdəndir. Bir Real tərəfdarı olaraq içəri girməsəm də muzey və stadion turunun qiyməti səhv etmirəmsə 35 avro idi.4)La Rambla küçəsi- Barselonanın mərkəzi küçəsi, Katalunya meydanından başlayıb dəniz sahilinə qədər davam edir. Küçənin hər iki tərəfindən alışveriş edib, restoranlarda günün yorğunluğunu keçirib keçən insanları izləyə bilərsiniz.5)Mercat de la boqueria- La Rambla küçəsində yuxardan aşağı enərkən sağ tərəfdə böyük bir insanlar topluluğu görsəniz bilin ki, bu məhşur bazarın girəcəyidir. Hər cür ekzotik meyvələrin, fast food tipli yeməklərin, şirniyatların satıldığı yerdir. Əsasən ekzotik meyvələri kiçik parçalar halında 1-2 avroya satırlar. Heç Asiya turunda burda yediyim qədər ekzotik meyvə yeməmişdim. Başqa yerdə od qiymətinə olan kəsilmiş Longan, manqo, manqustin, pitaxaya, papaya, karamboladan az-az yeyib heç 10 avro xərcimiz çıxmamışdı.)) 6) Barceloneta sahilləri - La Rambla küçəsindən aşağı enib sahil boyu gəzdikdə Barseloneta sahilləri qarşınıza çıxır. Dəniz, qum, günəşin keyfini çıxarıb, futbol voleybol oynayanlara və digər əyləncələrə qoşula bilərsiz. Sahil kənarında hər cür şərait, duş, soyunub-geyinmə otaqları, saxlanc yerləri var. 7)Park Guell - Düzü bura gözlədiyim kimi woow bir yer olmadı. Giriş qiyməti təxminən 8-10 avro idi deyə getmək olar.8)Espanyol meydanı - Buraya getməklə Las Arenas Avm, Kral sarayı və sehrli hovuzu görə bilərsiniz. Poble Espanyol adlanan ispan kəndinə də mütləq səfər edin.9)Montjuic və Tibidabo təpələri - Hər ikisinə səfər etməklə Barselonanı yuxardan izləyə bilər və gözəl təbiətdən zövq ala, Tibidabo təbəsində olan Müqəddən ürək kilsəsinə girə bilərsiniz.10) Port aventura atraksion parkı - Sants qatar stansiyasından Port Aventuraya təxminən 1 saata gedə bilərsiniz. 1 günlük giriş haqqı 55 avrodur.Bunlardan başqa Barselonada bir çox gəzməli görməli yerlər var. Sənət sevərlər Picasso muzeyinə gedə bilərlər. Şəhərdə bir neçə dənə 18+ muzeylər də var. Barselonaya gedib Tapas yemədən, içki içirsinizsə Cava və Vermut içkilərindən dadmadan gəlməyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1140 dəfə oxunub

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibzade

896 dəfə oxunub

Fransanın qastronomiya mərkəzi - Lyon

Lyondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bu il iyunFukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getməkplanım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi - nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir "bon jour" deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

810 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!