309 dəfə oxunub

Qütb İşıqlarına Doğru - Kiruna ve Abisko Bələdçisi

Salamlar. Bu dəfə yenə Şimal qütbü və onun gözəli Aurora haqqında yazacağam. Öncəsində Laplandiya bölgəsinin sadəcə Finlandiyaya aid olmadığını, Norveç-İsveç-Finlandiya-Rusiyanın şimal qütb dairesi içində qalan bölgələri olduğunu söyləmək istərim. Deməli belə, daha öncə Qütb işıqlarını Murmansk, İslandiya, Norveç Lofoten adalarından izləmə şansımız olmuşdu. Bu dəfə yeni il qabağı isə rotanı İsveçə doğru çevirdik. İsveçin Kiruna ve Abisko bölgəsi bunun üçün ideal bir yer, blue hole deyilən bir bölgə olduğundan çoxda buludlu olmur. Öncədən bildirim Aurora görmək tamamən şans işi, KP dəyərləri çoxda önəmli deyil siz BZ dəyərini baz alın , əgər “-“lərə düşübsə kp “0” olsa belə göy üzü möhtəşəm göstəriyə hazırlaşır deməkdir. İşıqların görülmə ehtimalı yüksək olan bölgələrdə qalarsanız əlavə tur paketi almağa ehtiyac olmur. Çox öncədən edilən planlama ilə çox uyğuna gətirmək mümkün bu tətili. Mənim məsləhətim hər hansi bir tur şirkətilə getməməyiniz, məlum qiymətlər dodaq uçuqladır.

Nəysə, öz planimi anlatmağa başlayıram.
Uçuş İst-Stockholm-Kiruna şəklində idi, Türkiyədə yaşayanlar kampanyalar zamanı çox ucuza biletləri ala bilər, mən bu şəkildə alıram il boyunca biletlərimi çox cüzi bir qiymətə.

Kirunadan 4günlük maşın kiralamışdıq , bunuda 3ay öncəsindən həll etmişdik, son dəqiqəyə qalırsa maşın tapa bilməzsiniz , tapsanızda qiymətləri katastrofik olacaq. Qonağlama yerləri Camp alanı idi ama içində özəl banyo, tualet, mətbəxi var idi. Bundan əlavə bu saydiqlarim ortaq alandada mövcud idi. 3 gün Camp Alta Kiruna, 1 gün isə Camp Ripan da qaldıq. Konum olaraq Camp alta mükəmməl bir yerdəydi, önü donmuş göl idi və Aurora gənəldə ən gözəl donmuş və ya donmamış göllər olan bölgələrdən görünür. Camp Ripan isə biraz şəhər mərkəzində qalirdi çevrə işıqlari Aurora üçün görüntü kirliliyi yaradir, bunu öncədən düşünsəydim 4günüdə Camp Altada qalırdıq.


Elə gəldiyimiz ilk gün Aurora bizi qarşıladı, dəfələrlə görsəmdə yenədə doyamadığım bir gözəllikdir. Şəkil və video çəkmək üçün sağlam bir tripod şərt. Video çəkmək istəyənlərə bir məsləhət , telefonu hızlı çəkim moduna alıb çəkin o zaman çox təmiz bir şəkildə telefon auroranı çəkə bilir.


Orada olduğumuz müddətcə qatıdığımız turlar snowmobile və husky ilə kızak turu idi. Büdcə əl verirsə önərirəm. Amma bu qədər yolu oraya qədər gediriksə məncə bir çox şey üçün öncədən para ayirmaq mümkün. Ortalama 1 nəfər üçün 130 euro kimi düşünə bilərsiniz.
Bunlardan əlavə dünyanın ilk buz otelidə Jukkasjarvi kəndindədir , oda Kirunadadır. Hər il yenisi sıfırdan düzəldilir. Bu il 35ci İcehotel qurulmuşdu. Bunların içində gecə qalmaqda mümkün amma qiymətləridə bir o qədər ecazkar yəni fərqli bir dənəyim yaşamaq üçün 1 gecə qalınabilir. Bundan əlavə İcebar bölümüdə var, ordada buzdan bardaqlarda içkilər içə bilərsiniz.
İcehotel girişi 35 euro.


Buranin yaxinlarinda Sami kəndi var, Nutti Sami Siida. Reindeerleri görmək və bəsləmək üçün buraya gələ bilərsiniz. Giriş və bəsləmə qiyməti daxil 27 euro ya başa gəlir.
Bunlardan əlavə Arctic gün doğumu və gün batımını izləmək isə baha biçiləməz. Özəlliklə bu dönəmlərdə günəş doğa bilmədiyindən üfüqdə qalır və göy üzündə mavi çəhrayi çalarlar şou göstərir
Gedəcək olanların termal içliklər, içi polarlı papaq, termal əlçək, su keçirməz qar botu götüməsi lazım.
Son olaraq öz xərcimizi verə bilməyəcəm amma 2 nəfər üçün gözlədiyimin çox altında bir rəqəm çıxdı. Öncədən planlama hər zaman qazandırır. Təxminən bakıdan çıxan turlarin bir nəfərə verdiyi qiymətin yarisina mən 2 nəfərlik tətilimi ayarladım, onun üçün belə bir düşüncəsi olan varsa özü biraz araşdırsa işin içindən çıxa biləcək.
Aurora üçün bir çox app var, hər birini yükləyib izləyin deyirəm. Bundan əlavə ay döngüsünədə mütləq baxın, dolunaya dənk gəlib hüsrana uğramayın sonra.
Şanslıysanız göy üzündə Pileus buludlarinida görəcəksiniz, bu coğrafiyaya özəl bir durumdur bu
Yeni iliniz mübarək, arzusunda olan hər kəsin bu gözəllikləri görməsini diləyirəm. Daha da bol uçuşlu, sağlıqlı huzurlu illərə

Paylaşan Beyim Ahmedli Çeçe

DİGƏR BLOQLAR

Bir Gəzəyənin Türkiyə günlüyü - Datça, Pokut, Sal

DatçaDatçadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Egenin ən gözəllərindən Datçaya necə getmək, 1 gündə nə etmək, dənizə harada girmək olar?- Datçaya ən yaxın havalimanı Dalaman havalimanıdı. Havalimanı-Datça arası 2,5-3 saata yaxın sürür.- Datçaya girmədən yolunuzun üstündə Kızlan kəndi var, köhnə dəyirmanlarıyla məşhurdu, istəsəz baş çekin, yola çox yaxındı. (Mən keçən il getmişdim, bu dəfə getmədim)- Datça girişində Olive Farm var, mütləq gedin. Zeytun bağının içində gözəl bir çiftlikdi bura. Yeməklik yağdan güneş yağına, kremdən sirkəyə, qab-qacaqdan şampuna-sabuna qədər zeytun ve badamdan istehsal edilən məhsulların satıldığı mağazanı gəzin, kafesində portağal suyu için. Satılan məhsulların qiyməti bahadı, amma keyfiyyəti əladı.- Olive Farmı gördükdən sonra ana yola çıxıb 1 kilometr davam etdikdən sonra sağa Eski Datçaya yol dönür. Datçanın ən şirin yeridi bura. Mütləq gəzin, görün. Agapi Kafenin musiqilərinin müşayiətiylə arxa bağçada bir şeylər için, qalxmaq istəməyəcəksiniz. Bütün Egede gördüyüm ən gözəl musiqi seçimi olan yerdi. Can Yücel sokağında şəkil çekdirməyəni ve buzlu badəm yeməyəni döyürler????- Eski Datçanı gördükdən sonra yeni Datça sahilə enin, Sevgi Yolunda yürüyün, Yoldan mavi bayraqlı Hastanealtı çimərliyine enin, bəyənməsəz Kumluk, onu da bəyənməsəz Taşlık çimərliyinə gedin.- Sonra Datçadan Mesudiyəyə doğru yola çıxın. 25 dəqiqə sonra Mesudiyənin möhtəşəm Palamutbükü koyundasınız. Nostalgia Kafedə bölgənin ən ləzzətli Kabak çiçəyi dolmasını yeyin, özünüzü dənizə atın:) Palamutbükündən geri dönərkən Ovabükü ve Hayıtbükü koylarına da girə bilərsiz - Palamutbükünə görə daha kiçik, daha səssiz, amma suyu eyni dərəcədə gözəl koylardı. Ya da dənizdən bezdik deyirsizsə Palamutbükünün üstündən yarımadanın ucuna doğru gedib Knidos antik şəhərini görə bilərsiz.- Datça gezisini bitirib geri döndüyünüz zaman qəsəbənin çıxışındakı Datça Vineyard-a mütləq baş çəkin. Əla şərablar, möhtəşəm ambiyans ve üzüm bağları sizi gözləyir. Şərabın istər dadına baxın, istər bəyəndiyinizi alın.- Datçaya bir gedən bir də gedir, unutmayın :)Pokut-Sal-HazindağÇamlıhemşindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qara dənizlə bağlı burada bir post paylaşdım, hələ də az qala her gün inboxda kimsə nəsə soruşur. Ona görə dedim, izninizlə, ayrı-ayrı bölgələrlə bağlı ayrı-ayrı postlar halında detallı məlumatlar yazım ki, daha aydın olsun:)Qara dənizə ilk dəfə yolu düşənlərə tövsiyəm Pokut-Sal-Hazindağ marşrutudur. Bu marşrutu 3 günə gəzə bilərsiz.- Avtobusla Bakıdan ve ya Tiflisdən (Batumdan) gedəcəklər Rizə Ardeşende və ya Pazarda düşür, Çamlıhemşin dolmuşuna minir. Hər saat başı dolmuş var - 7 lira.Taksiylə getmək istəsəz Ardeşendən Çamlıhemşine 60 lirədi.İşin çətin hissəsi bundan sonradı.- Çamlıhemşindən Pokut yaylasına getmək üçün ən lüks variant 4х4 maşın kirayələməkdi. Mən 4x2 ilə də getdim, gedilə bilər yəni, amma ilk gedənlərin çox diqqətli olması lazımdı:)İkinci variant taksidi - taksilər Çamlıhemşinden 200 liraya aparır. Üçüncü variant gündəlik turların biriylə danışmaqdı - yer varsa, sizi de 50 lireyə aparırlar minibüslər. Dördüncü variant avtostopdu. Beşinci və ən çətin variant ayaqla getməkdi - Çamlıhemşin-Pokut arası 17 km ve bunun 12 km-i dik virajlı yollardı. Ən az 13-14 saat yürümək lazımdı.- Bu variantların hər hansı biriylə özünüzü Pokuta atdınızmı, bütün çətinliklər və hesablar yaddan çıxacaq:) Cənnətdəsiz artıq. Pokutda 6 pansiyon var. Qiymətlər adambaşı 200-230 lire arasında dəyişir. Bütün pansiyonlar sabah və axşam yemək verir. Ən gözəl mənzərəsi olan Pokut Doğa Konuk evi ilə Eynetap Pansiyondu. Ən gözəl yeməklər isə Platoda Mola və Pokut Yayla Evindədi.Pansiyonlar yayla evləridi - hər şeyləri tərtəmizdi, amma aşırı lüks gözləməyin, 2000 metr yüksəklikdəsiniz. Meselen, hamamlar ortaqdı - hər otaqda hamam yoxdu, xəbəriniz olsun.Pokutda günorta acınca pulla yemək yeyə biləcəyiniz iki yer var - Patika Kafe və Pokut Doğa Konuk Evi.- Pokutda aşağıda çadır qurmağa icazə yoxdu, amma yaylanın üstündəki təpədə çadır qura bilərsiz.- İstəsəniz Pokuta 15 dəqiqəlik məsafədə olan Sal yaylasında da qala bilərsiz. Salda çadır qadağandı, amma pansiyonlar var. Tövsiyəm Pilunç Pansiyon. Qalmasanız belə Pilunç Çay Evinin sütlacını mütləq yeməlisiz.- Pokutda ən gözəl yürüyüş vaxtı sabah tezdəndi. Saat 5-də qalxıb təpəyə çıxınca 360 dərəcəlik panorama başınızı döndürəcək. Sal yaylasına, Eynetap düzünə, bir də patikadan çıxacağınız bir düzlük var - oraya yürüyüb çiçək toplayıb gələ bilərsiz:) Gec qalsanız duman gələcək böyük ehtimalla, amma narahat olmayın dumanla günəş saniyələrlə yer dəyişdirir.- Bölgənin ən gözəl günbatımı mənzərələrindən biri Sal yaylasının üstündədi. Axşam oraya çıxa bilərsiz. Avqustun ortalarından sonra günbatımını çox aramayın, çox nadir olur.- Pokut ve Salda 2 gün qalmaq bütün bunları görmənizə yetər, 3-cü gün Hazindağa gedin. Pokutdan Hazindağa çox gözəl bir meşə yoluyla 2,5-3 saata gedə bilərsiz. Qara dənizin ən gözəl yollarından biridi. Mütləq gedin:) Hazindağda bir pansiyon var hələlik. Yürmək istəməsəniz o pansiyonun sahibi həm də Pokutdakı Doğa Konukevinin sahibidi, deyərsiz, transferi həll eləyər (pulla tebii:))- Hazindağdan sonra vaxtınız qalsa bir gün də qalıb Amlakit və Samistal yaylalarına yürüyə bilərsiz. Sonra ya Pokuta geri dönüb oradan, ya da Hazindağdan Palovitə keçərək qayıda bilərsiz.- Pokutdan aşağı enincə bir gün də keçirmək istəsəniz və teleferikdən qorxmasanız mütləq Çulina mahallesinə keçin. İnternetdən və ya orada birindən soruşa bilərsiz - Kendini Koruyan Mahalle haradı deyə. Qala da bilərsiz, teleferiklə gedib çay-pive içib qayıda da bilərsiz. Teleferik adambaşı 30 tl, orada qalası olsanız adambaşı 200 lira (sabah ve axşam yemeyi daxil). Gedəndə salamımı söyləyin:)Çulinadan enincə Çinçiva kəndində dayanıb tarixi körpüdə şəkil çəkdirə bilərsiz, ən gözəl üçüncü nəsil kahvecisi Zua’da kahve içib tatlı (dağ çilekli muhallebi istəyin) yeyə bilərsiz, Cugal Kafedə qara lahana sarması və muhlama yeyə bilersiz, Peri Dükkandan hədiyyəlik ala bilərsiz.- Sonrasını sonra yazaram:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1499 dəfə oxunub

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ???????????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ???????? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.????????Restoran və yeməklərHər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.Restoranlar ????Que Rikas 6 AznLos Platos De Frida 10 AznVips 8 AznEl taurino 5 AznCafe montejo 9 AznAlabama mamma 6AznMi viejo molino 10 AznLos trompos, 6 AznLa casa de los abuelos 7 AznLa Reina İtzalana 6.50 AznYemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️Dadlı yeməklər.Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrAƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1175 dəfə oxunub

Antalya/Kəmər Səfərim

12-17 avqust 2025 Antalya/Kəmər səfərim ilə bağlı detallı məlumat. Kimlərəsə faydalı ola bilər.- Turpaket almaq özün təşkil etməkdən daha sərfəlidi. Əsasən də air transfer və avia bilet üçün. Çünki taksilər və bilet çox bahadır. Oteller bookingdən elə də fərqlənmir - Otel seçimi edərkən mütləq rəyləri oxuyun, bir çox otellər ulduzlarının haqqını vermir. 5 ulduz otellər 4 ulduz səviyyəsindədir, 4 ulduz otellər isə 3 ulduz. Ona görə qərar verin. Ən az 4 ulduz məsləhətdir. Dənizə yaxın otel tutmaq məsləhətdir.- Bahalıqdan çəkinib getməyənlər, o qədər də dəhşətli deyil, hər şey daxil otel seçsəz və başqa nəsə almasaz əlavə heç nəyə xərciniz çıxmayacaq. Turistik mağazalar, apteklər və s. bahadır. Hər şey demək olar ki, dollar və avro ilə hesablanır. Migros, BIM tipli şəbəkə marketlərdə ucuz nələrsə tapmaq olar. Geyim LC waikiki, Kotonda və s. demək olar ki, Bakı ilə eyni qiymətdir.- passiv istirahət- otel+hovuz+dəniz və sakitlik üçün Antalyanın qəsəbələri- Kəmər, Side, Alanya və s. məsləhətdir. Həm tarixi yerləri gəzmək həm də dənizdən zövq almaq istəyirsizsə Antalyanın özü məsləhətdir.-- Aralıq dənizi aşırı duzludur. Xəzər dənizindən 2 dəfə çox (3.Suya girəndə gözləriniz pis acılanacaq, lakin narahat olmayın, öyrəşəcəksiz. Mütləq dəniz ayaqqabısı götürün, 90 faiz daşlıq, 10 faiz qumluqdur.- İctimai nəqliyyat ( avtobus+tramvay) Antalya şəhər içində 27 TL Antalya kartla, 33 TL bank kartı ilədir. Qəsəbələrdə ancaq nağd ödənişlədir. Qəsəbələr və Antalya mərkəz arası 100 TL civarındadır. Google maps-lə çox rahat istiqamətlərə baxa bilərsiz.- Taksilər bahadır, 4 km-ə təxmini 200 TL-10 m deyirlər. Antalya mərkəzdən qəsəbələrə təxmini 70-90 AZN civarındadır. - Mağazalarda, ictimai nəqliyyatda valyuta olaraq TL, dollar və avro işlənir. Burdan dollar aparıb orda dəyişmək və ya istifadə etmək məsləhətdir. -Gəziləcək maraqlı yerlər siyahısına Antalya Akvariumu, Snow world, Wax museum, Kaleiçi tarixi mərkəz, Antalya saat qülləsi, panoramik lift, Antalya limanı, Düden şəlaləri, Antalya tərs ev, The Land of Legends Tema Park, Hadrians Gate, Aspendos Theatre, Phaselis antik kəndi, Rhodiapolis antik kəndi, Suluada gəmi turu+ Mavi mağara, digər gəmi turları, Kəmər Yörük parkı, Göynük kanyonu, Kəmər G-Marina və s. daxildir.- Gəziləcək yerlərin qiymətlərinə gəldikdə Antalya Akvariumu online bilet 36 dollar, yerində 40 dollardır. Maraqlı yerdir amma 40 dollarlıq deyil. Gəmi turunu bookindən ucuz tampaq olur, Suluada turu bookingdə 45 manat. Snow world, Wax Museum falan her biri texminen 30-40 dollar.- Yeməklər bizdəki kimi dadlı olmur, xüsusən də ətlər. İçkilər, səhər yeməyi və desertlər isə əla. Havası iyun-sentyabr çox isti və rütübətli olur. Biz avqustda 46 dərəcə isti gördük orda. Çıxıb gəzmək mümkünsüzə bərabərdir.Paylaşan: Ogtay Ismayil ·

213 dəfə oxunub

Dünyanın ən elit xizək məkanı – Courchevel

Courcheveldəki bütün otel, apartament və hostelləri  bu linkdən book (bron) edə bilərsiz.Xizək mövsümünün başlamasına az qalmış dedim xizək kurortu olan Courchevel haqqında yazını sizlərlə paylaşım. Deməli Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Hətta gəzən şayiələrə görə Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyibmiş. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi ???? Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artıq. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.Courchevelə varıf gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır. Amma bu işin bir əmması var ki, hava limanından Courchevelə getmək üçün maşın kiralayacaqsınızsa Lyon qiymətlər ucuz olduğundan daha sərfəli varyant kimi görsənir.Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə xəyalqırıqlığına uğrayıb fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim ????İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.Yemə-içmə məsələsinə gəldikdə burada ayaq saxlayacaqsan ya da əl ???? Bura 1860-cı illərə qədər müstəqil ərazi olub adı isə Savoy (Savoie) bu üzdən buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, Pilatus,  La chabotte, Cap horn və Mercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur, dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında sünii göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmmışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?! ????https://youtu.be/9akAWlQOd8k?t=4Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır amma qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır ????Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır və 175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.https://youtu.be/obL8XsGw4GA Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1320 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!