1653 dəfə oxunub

Katalonların paytaxtı - Barselona

Barseonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hər kəsə Salamlar 

Bu dəfə İspaniyanın ???????? əsas turistlik mərkəzlərindən olan Barcelona haqqında məlumat vermək istəyirəm sizə????

54435918_2299619903391671_6563308574930370560_n
1) Əvvala onu deyim ki, mən adətən "Bayquş rejimi" tək gəzməyi üstün tuturam kaprizsiz olur deyə???? Başlayaq hava limanında düşərkən çox da ciddi yoxlama olmadı. Hətta mən elə gedirdim ki "qaqa tez yoxla tələsirəm" modunda security belə çox sual vermədi. Hava limanından çıxarkən bir çox seçim var.???? Taxi, birbaşa AeroBus və digər Avtobus xətləri???? ????????. Qiymətlərinə gəldikdə taxi heç sərfəli deyil.. Oturan kimi salam verdin 2,5€ başlanğıc pul yazır. Daha sonra isə məsafəye görə artır. Aerobus 5.6€ 1 stansiya ilə mərkəzi dayanacaq Plaza de Espanya-ya gedir. Digər nəqliyyatlardan 46 nömrə də elə həmin stansiyaya gedir və bunu T-10 kartı ilə həll etmək olar. 10.20€ 10 gediş yüklənir. və 45 dəqiqə ərzində digər nəqliyyat sistemlərini də pulsuz change edə bilərsiz. Qeyd edim ki T-10 metro avtobus tramvay hamısında keçərlidi.

54799605_2299619136725081_6807244274753601536_n
2)Keçək gəzib görməli yerlərə.
Bir çox futbolsevərlər bilirdi ki, 13 Mart Barcelona-Lyon Çempionlar Liqasının oyunu var idi. Mən də futbol azarkeşi və Barsa fanatı olduğum üçün bu oyunu qaçıra bilməzdim ????.
Əsasən hər kəsin ən çox gedib gördüyü yer ???? Camp Nou Muzeyidir. Daha sonra SAGRADA FAMILIA, PARK GÜELL, MAGIC FONTAN, BAQARUE bazarı,TIBIDABO San Paomo Dernitado müasir xəstəxanası, Les Rambles küçəsi və s. 

53806304_2299619686725026_2235765163170988032_n
3) Keçək mətbəxlərinə. Menu-ların və küçələrin brend yeməyi Paella milli yeməyi və daha sonra məşhur olan Patatas Bravasdi????. Alkaqollu????içkilərdən mütləq Sangria ,Estralla(piyve) Mort Subite(albali dadli) yerli içkisin dadın. Əgər alkaqol içmirsizsə gedin ağ su için????????‍♂ ????. zarafat edirəm. Cremat, Cafe con leche adlı yerli coffee-ləri var icə bilərsiz.
4) Sonda demək istəyirəm ki, özəlliklə bura gələcək turist xanımlar biraz diqqətli olmalıdılar. Bəzi oğurluqlar olur ki onlarda qrup halında çalışırlar.????Ruhun belə duymur. Yeni ki Pasportu və pulunuzu otelinizdə və ya harda qalacaqsınızsa orada saxlayın. Onsuz da heç bir polis səndən pasaport istəmir özünü normal aparırsansa.????
Bu arada 3 gün ərzində (12-15 Mart) həmyerlilərimi görmək də mənə çox xoş oldu. Onlara da burdan təşəkkür edirəm hər şey üçün. Yenə görüşəcəyik deyirəm???? Şəkillərini paylasmamağımı dedilər(Reklam olar????) yalnız dostluğumda olanlar görüb bilirlər ????. Ümumilikdə Barcelonaya 2ci dəfə gedərsən sualına mütləq gedəcəm deyirəm və siz də gedin. Xüsusilə yayda????

54278777_2299619786725016_1367030353071439872_n
WC-də 40 şəkil çəkməkdənsə önəmli yerlərdə 1-2 şəklimin olmağın daha
üstün tutduğum üçün şəkilləri az paylaşıram sorry????????

Hal hazırda İsveçdəyəm amma ora haqqında yazmayacam. Uje limiti doldurmuşam????. Növbəti postda (Norveç haqqında ) görüşmək umidile????. See you????

Sona qədər oxuduğunuz üçün təşəkkürlər. ????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Isgenderli

DİGƏR BLOQLAR

Bavarian bounty - Eibsee gölü və Garmish Partenkirchen şəhəri

Bavarian bounty - Eibsee gölü və Garmish Partenkirchen şəhəriBavariyaya gələrkən qarşıma 4 məkandan (Eibsee və Königsee gölləri, Neuschwanstein qalası və Valhalla) heç olmasa birinə getmək məqsədi qoymuşdum. Əslində, məqsəd elə bu regionun təbiətini görüb yüngülcə haykinq etmək və alınsa, ölkənin ən hündür zirvəsi Zugspitze dağına çıxmaq idi.Xoşbəxtlikdən, bu məkanlardan ikisində oldum, xüsusilə Garmish Partinkirchendə yerləşən Eibsee gölündə (digəri Regensburqdakı Valhalla). Doğrudur, getmədən əvvəl bu ərazilər haqda xırda araşdırmalar etmişdim, lakin Garmish Partinkirchenin ən çox adına aşiq olmuşdum  (belə uzun və sentimental səslənən adları sevmə fetişim ola bilər :dd).Anyway, Alp dağlarının ətəyində yerləşən bu məstan şəhərə Münhendən qatarla gəldim. Qatardan enər-enməz telefonla sonradan cəmi 1-2 şəklini saxlayıb qalanlarını siləcəyim bir vaqon şəkil çəkdim.Şəhərə o qədər vuruldum ki, 1 saat ərzində bu möhtəşəm məkanı boschuna gəzərək eynəklərimi bu gözəlliyin sehrinə buraxdım, lakin çox sərxoşlaşmayıb Garmishə gəlməyimə səbəb olan Eibsee gölünə avtobusla necə gedəcəyimə dair düşünməyə başladım. Gölə 9840 nömrəli avtobus gedirdi, lakin dayanacaqda gözləyən Vasmoy bazarı izdihamını görəndən sonra beynimdə WTF-lar "cəh-cəh" vurmağa başladı, ancaq basabaslardan transportlara minmə təcrübələrimizdən faydalanıb özümü onsuz da dolu gələn busa birtəhər salıb, 40-45 dəqiqə ayaqüstə, özü də 30 illik backpackla təyinat nöqtəsinə çatdım.Düşən kimi də adama uzaqdan Zugspidze dağı "halo" dedi. Bu mənzərə qarşısında necə ekstaz yaşadığımı görərdiniz, red bullum çatmırdı qanadlanım zad. Hətta acından mədəmə siqnal göndərən içimdəki bull bürcü də gözəlliklər qarşısında doyub özünü əsrarəngiz görünən Eibsee gölünün mənzərəsinə verdi.Göl, həqiqətən, şəkillərdə olduğu kimi gözəl idi. Saatlarla gölün qarşısında vaxt keçirmək həyatın ən zövqlü anlarından biri idi, daha yaxşı mənzərələri kəşf edənədək Eibsee gölü və ona ev sahibliyi edən Garmish Partenkirchen şəhəri visitlədiyim məkanların zirvəsindən hər yerə yuxarıdan aşağı baxacaq.Zirvə demiş, göldən qayıdan kimi istədim ölkənin ən hündür dağı Zugspidzeyə kanatla qalxım, lakin Münhenə qayıtmalı idim deyə bura və onunla birgə yuxarıda qeyd etdiyim Neuschwanstein qalası ilə Königsee gölünü növbəti Bavariya səfərinədək təxirə saldımPaylaşan: Akber Aghazadeh

202 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.Salam hər kəsə ☺✋Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər????☺ Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.Keçək digər ölkəmizə????2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək✋????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

2647 dəfə oxunub

Fukuoka (Yaponiya) bələdçisi

Fukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Kimilərinin Anime-lərdən sevdiyi, kimilərinin "Son Samuray" filmindən bildiyi, kimilərinin "Prado" sayəsində sadəcə adını eşitdiyi, hər şeyə rəğmən hər kəsin sevimlisi Yaponiya və ya Yaponiya İmperiyası... İkinci dünya müharibəsinde törətdiyi vəhşiliklərdən sonra tövbə edib düz yola gəlmiş, özünə dünya arenasında yenidən nüfuz qazanmış Yaponiya :))) Vizayla bağlı veriləcək sualları nəzərə alaraq onu deyim ki, viza məsələsini təhsil aldığım universitet həll etdi..Yaponiyaya səfərim akademik idi, Şanxayda təhsil aldığım universitetin dəstəyi və Yaponiya tərəfinin dəvəti ilə Fukuoka və Nagasaki şəhərlərində bir aylıq xüsusi proqram sahəsində oldum...Yaponiya həqiqətən də Anime və Kinolarda təsvir olunduğu kimidir (şəxsən görməsəydim, bəlkə də inanmazdım)...Şəhərlər super təmiz, xidmət sektorunda çalışan insanlar super nəzakətli, nəqliyyat vasitələri super şirin və rahat və hər şey super bahalı :))) Olduğum Fukuoka şəhəri Yaponiyanın 4 ən böyük adasından üçüncüsü olan Kyuşu və ya Küsü adasının paytaxtıdır və Yaponiyada yaşanılacaq ən gözəl və sakit şəhərlərdən bir hesab olunur..Gəzməli yerlərinə gəldikdə isə, Fukuoka şəhər muzeyi (giriş pulsuzdur), Sintoist məbəd və ehramları (pulsuzdur və getməyə dəyər), Hakata Kanal şəhərciyi (getməsəniz də olar), Maizuru və Ohori parkları və Yaponiyanın ən hündür mayakı hesab olunan Fukuoka şəhər mayakına gedib (Şərqi Çin dənizinin sahilində yerləşir) 9 AZN ödəməklə ən üst mərtəbəyə qalxıb bütün şəhəri seyr edə bilərsiniz (getməyə dəyər)..Nəqliyyat vasitəsi olaraq metro və avtobuslardan istifadə etməyə çalışın, taksi məsələsini ümumiyyətlə ağlınızdan keçirtməyin..Avtobusla bir gediş 4 AZN, həmçinin metroda da ən ucuz gediş haqqı 4 AZN-dir..Metroda gediş haqqı məsafəyə görə dəyişir ki, bu az qala bütün dünyada belədir... Yaponiya da Çin və Koreya kimi böyük ölçüdə Qərb mədəniyyətinin təsirinə məruz qalıb deyə, bəzi hallarda Asiya ölkəsində olduğunuzu unuda bilərsiniz, hətta Yapon memarlıq üslubunda bina görmək üçün gedəcəyiniz tək yer məbəd və ehramlardır..Dil məsələsinə gəldikdə isə siz "Advanced English" bilsəniz də az hallarda işinizə yarayacaq, çünki çox az yapon ingilisce bilir, amma sizi anlamasalar belə hər cür köməklik edəcəklərinə əmin ola bilərsiniz..Bir çox yerdə hələ də Çin herqolifləri istifadə edirlər deyə mənim üçün rahat oldu..Yemək məsələsi nə gəldikdə isə dəniz məhsulları daha çox yeyilir..Çiy balıq əti qarşınıza çox çıxacaq, ilk başda çiy əti udmaqda çətinlik çəkə bilərsiniz amma tədricən öyrəşəcəksiniz..Çiy at əti də çox məşhurdur..Fukuoka şəhəri ilə bağlı hələlik bu qədər, növbəti status Naqasaki səfərim haqqında olacaq... Paylaşdı: Vusal Guliyev

1056 dəfə oxunub

Gəzəyən məsləhəti - İtaliya

Milandakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yəqin ki, son günlər trend olan 700 rəqəmi sizin də qarşınıza çıxıb. Təsəvvür edin böyük bir zalda qabaq sırada oturub 2 saat ərzində bir neçə dəfə gülmək üçün 700 manat ödəyirsiz. Yox, yox bu bizlik olmadı. Bəs bir gəzəyən 700 manata nə edə bilər deyə fikirləşsək çox nəticə tapa bilərik)))Məsələn 9 gün İtalyanın şimalında 5-6 şəhər gəzib, gözəl otellərdə qalıb sakitlikdən və təbiətin gözəlliyindən həzz ala bilərsiz. (Nə danışırsan Azalla Bakı-Milan-Bakı bileti qiyməti 800 manatdır deyənlər, yararlana bilərlər) Növbəti aya iki nəfər dostuma köməklik üçün hazırladığım mini İtalya turunu paylaşım, görün 700 manata nələr etmək olar.19.11.2019-Tiblis-Milan-49 manat ✈️✈️ (Ryanair-4 saat 10 dəqiqə)19.11.2019-20.11.2019-Canova Hotel Milan 3*-130 azn (2 nəfərlik otaq)20.11.2019-Milan-Como gölü-10 azn ???????? (qatarla-35 dəqiqə)20.11.2019-22.11.2019-Villa Belvedere Como Lake Relais 3*-200 azn (2 gün-2 nəfərlik otaq)22.11.2019-Como-Milan-Garda gölü-30 manat ???????? (qatarla 2 saat)22.11.2019-24.11.2019-Hotel Cristal 3*-175 azn (2 gün 2 nəfərlik otaq)24.11.2019-Garda-Venesiya-20 manat ???????? (qatarla 1.5 saat)24.11.2019-26.11.2019-Hotel Plaza 4*-190 azn (2 gün-2 nəfərlik otaq)26.11.2019-Venesiya-Milan-Bergamo-50 manat ???????? (qatarla 3 saat)26.11.2019-27.11.2019-Citywalls Guest House-80 manat (1 gecə, 2 nəfərlik otaq)27.11.2019-Milan Bergamo-Tbilisi-49 manat ✈️✈️ (Ryanair-4 saat 10 dəqiqə)-Ümumi nəqliyyat xərci- Adamabaşı-200 manat-Ümumi otel xərci-(Adambaşı-385 azn)-Axı 700 manat olmadı, bəs qalan 115 manata nə edərəm fikirləşirsizsə onu da Visametric İtalyaya verib İtalya vizası ala bilərsiz-Bu otellər dostlarımın olduğu otellərdir, istəsəniz hostel və ya daha ucuz oteldə qalıb otel xərcini yarı-yarıya azalda bilərsiz.-P.S-Eyni tarixlərdə Ryanairlə Milan-Barcelona və ya Barselona-Milan bilet qiyməti 20 manatdır,-Bir səyahətdə 3 ölkədən az görməsəm qayıda bilmərəm deyirsizsə İtalya, Comodan-İsveçrə Luganoya qatarla cəmi 40 dəqiqəyə çata bilərsiz. Bilet qiyməti 24$-İtalyada möhtəşəm Alp mənzərəsi görmək istəyənlər Garda və ya Milanda avtomobil kirayə götürüb şimala Dolomitlərə gedə bilərlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

2605 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!