Əziz Gəzəyənlər, sizə 4 ildir yaşadığım, insanı nağıllar aləmində hiss etdirən bu gözəl bölgə üçün qısa məlumatlar verəcəm.
Kapadokya, Türkiyənin 6 şəhərini əhatə edən bölgənin adıdır, mərkəzi və görülməli yerlər isə Nevşehir şəhərinə bağlı Göreme, Ürgüp, Avanos, Ortahisar, Uçhisar ilçeleridir.
Necə gələ bilərsiniz? : Bakı - Ankara təyyarə ilə, Ankaradan Nevşehir’ə avtobusla və ya Bakı - İstanbul - Kayseri təyyarə ilə, Kayseridən avtobusla 1 saata bura gələbilərsiniz.
Türkiyənin digər şəhərlərinə nisbətdə, burda hər şey çox bahalıdır bunu öncədən planlamağınızda fayda var. Türkiyədə artıq hər şey bahalıdır, o ayrı məsələ.
Görülməli əsas yerlər:
Göreme Açıq Hava Muzeyi: Qayaların içində oyulmuş qədim kilsələr və ibadət yerləri var.
Uçhisar Qalası: Bölgənin ən yüksək nöqtəsidir. Qaladan bütün peribacalarını izləyə bilirsiniz.
Ürgüp ilçesi: Çox aktiv və gözəl bir ilçedir. Kuruyemişçilər, maraqlı kafe və restoranlar var. Otellər burda Göreme və Uçhisara nisbətən daha münasibdir.
Yerli şərablar da burda olduqca keyfiyyətlidir.
Ihlara vadisi: Aksaray şəhərinə bağlı, yaşıllıqlar içərsində çox gözəl kanyondur, eyni zamanda tarixi kilsələr də çox maraqlıdır.
Görülməsi gereken daha çox yer var, yazsam bitməz. Əsas məkanlar bunlardır.
Gələk maraqlı aktivitelərə: Balon turu, ATV ( QUAD ) turları, At vəya dəvə turları, eyni zamanda bölgəni gəzmək üçün Green tour və Red tour deyə aktivitelər mövcuddur. Green vəya Red tour adam başı 50 avrodur, ATV turu 2 saatlıq günbatımı turları var, adam başı 1000 tl. ( 1 ATV 2 nəfər minə bilər )
Balona gəldikdə isə, qiymət hər gün hətta hər saat dəyişə bilir. Nə qədər çox tələbat varsa, bir o qədər bahalı olur. Hal hazırda təxmini adambaşı 200 avrodur. Qışda isə, 40 avroya minmək mümkündür.
Turlar və ya balon üçün əvvəldən rezervasiya etmək yaxşı olar. Yayda çox isti olur, amma yaz və payız səyahət üçün daha idealdır.
Kapadokya çox sakit, fərqli və vizual olaraq bənzərsiz bir bölgədir. Həm gəzib görmək, həm də bir az sakitləşmək üçün ideal seçimdir, mənə görə.