176 dəfə oxunub

İzmir Bələdçisi

Salam, əziz gəzəyənlər. Qurban bayramı ərəfəsində İzmirə kiçik səyahətim oldu. Bu müddətdə şəxsi maşından istifadə etməmişəm. İzmir hava limanından izbanla şəhərə gəldim. Metro üçün izmirimkart lazımdır. Mən, səhv etmirəmsə, karta 140 tl verdim. İzban istifadə edərkən düşəcəyiniz yerdə çıxışda gedişinizə uyğun pulun qalanını almağa narıncı aparat var. Vurmağı unutmayın.


Mən açığı qız dostumun yanında qaldığımdan izmirdə otel məsləhəti verə bilməyəcəm. İlk gün bir az qaldığımız yerdə dincələndən sonra axşama doğru Alsancak, Konak tərəfə getdik. Bir az gəzəndən sonra Columbia coffeedə oturduq. Şirniyyatlar dadlı idi. İşçilər də mehriban idi. Sabahısı günü Alaçatıya yola düşdük. Alaçatıya İzmir otoqarından çeşmeturizm avtobusuna bilet alaraq getdik. Biristiqamətli bilet qiyməti 270 tl idi. Alaçatı mərkəzində olan Sardunya hoteldə qaldıq. İki nəfər üçün 65 avro ödədik. Məncə, Alaçatı standartları üçün qiymət yaxşı idi, xüsusən də lyuks gözləntiniz yoxdursa. Ətrafında isə uyğun qiymətə yemək, şirniyyat, kofe yerləri vardı. Otelin yanından Ilıca plyajına dolmuş gedir. Bir adam üçün səhv etmirəmsə, 40 tl verdik Ilıcaya getməyə. Ilıca plyajında adamı 200 tlə şezlong götürdük. Dəniz gəldikdə qumlu, ilıq idi. Amma dənizdə plastiklər görmək məni üzdü açıqcası. Hətta üzərkən əlimə belə keçdiyi oldu. Alaçatıda 2 gün qalıb, gecə saatları İzmirə qayıtdıq. Alaçatıdan gecəyarısına qədər şəhərə qayıdan avtobuslar gəlir. Sabahısı isə avtobusla Karaburuna getdik. Avtobuslar (karaburun turizm adlı şirkətə aiddir) İstinyePark AVM tərəfdən 200 tlə aparır. Biz daha çox sakitliyi sevdiyimizdən Karaburunu daha çox sevdik. Dənizi Ilıcadan daha soyuq və daşlı olsa da, qat-qat təmiz və şəffaf idi. Mən oraya dalış etməyə getmişdim.

Dalış üçün Octopus İzmir dalış mərkəzini istifadə etdim. Yoxlama dalışı 3000 tl idi və dalışdan sonra müəssisədə şezlonqlarda dincəlmək, məkandan istifadə etmək pulsuz idi. Karaburun balaca yerdir, amma Alaçatı kimi səsli yerdən uzaqlaşıb sırf passiv və sakit tətil etmək istəyirsinizsə, sizə uyğun olacaq. Sadəcə dalışçün oranı nəzərdə tutduğumdan qalmağa yer tutmamışdıq, amma sonda kaş qalardıq dedik. Dalışdan sonra sahildəki restoranların birində oturduq. 1200 tlə 2 çupra, salat, 2 içki təklif edirdilər. Karaburundan şəhərə avtobuslar ən geci 20.00dan çıxır və tez dolur. Əvvəldən rezerv edin mütləq.
Ümumi vaxt keçirib bəyəndiyimiz məkanlar bunlardır:
Boho Social Pub- məkanın açıq hava terrası və qapalı hissəsi var. İçkilərini sevdik. Qız qıza gecəyə qədər otura biləcəyiniz yerdir. Biz gedəndə uşaqla gələn ailə də vardı. Saatlara görə endirimli menyuları da var.
Alaçatı Alaköy pastanesi- bura doğum günüm üçün getmişdik. Doğum günüm olduğunu biləndə şam, hədiyyə peçenye verdilər. Fərqli çayları var. Biz tropikal çay, çiyələkli julet tort, profiterol və antep fıstıqlı kazandibi götürdük. Mən normalda kremli tortları həvəslə yeməsəm də, çiyələkli tortu çox bəyəndim. Utanmasam, kremə nə qatmısınız soruşacaqdım
Esma Cafe Craft Alaçatı- istidən sərinləmək üçün məkan axtaranda təsadüfən qabağımıza çıxdı. Məkanı işlədən bəy çox incə biri idi, mən hətta bir az Vedat Milora bənzətdim. Kafedə demək olar, hər şeyin bir hekayəsi var. Kafenin adı isə əziyyətlə təkbaşına uşaq böyütmüş, çox sevdiyi qaynanasının adından gəlirmiş.
Çeşme kahve-burada geriqayıtmamışdan öncə oturmuşduq. Qaldığımız otelin küçəsində idi. Qiymətləri götürdüyünüz şeydən asılı olaraq, Bakı və Bakıdan aşağı səviyyədə idi.


Bir də bizim qaldığımız otelin küçəsində dadlı dondurmalar var idi. Məkan adı kimi təəssüf ki, yadımda qalmayıb. Bir topun qiyməti max 60 tl idi və dadlı idi həqiqətən. Biz antep fıstıqlı dondurma aldıq, yediyim ən yaxşı fıstıqlı dondurma ola bilər, içində bütöv fıstıqlar vardı.

DİGƏR BLOQLAR

Çin bələdçisi - Hanqcou, Nankin, Şanxay, Pekin

Şanxaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.13 günlük Çin səfəri.Vaxtında deyim yazı uzundu, üzürlü hesab edin ????Demək ofisdə oturduğumuz yerdə e-mail gəldi ki, 13 günlük Çinə getmək lazımdır.Dedim bu qədər işin içində necə gedəcəmasfgüjajeqıaNəysə təcili biletləri alıb Bakı-Doha-Hangzhou reysiylə uçduq Çinə.Əsas məsələni qeyd edim, hələ Çin səfirliyi kimi çox qəliz səfirlik görməmişəm. Təsəvvür edin İsrail səfirliyi bunların yanında toya getməlidir. Çin Azərbaycanlılar üçün turist vizası vermir. Ancaq iş vizasıdır, onun üçün də Çində sizi dəvət edən şirkət miqrasiya idarəsindən ştrix kodlu dəvətnamə göndərməlidir. Bunu isə yalnız böyük şirkətlər edə bilir. Bu dəvətnamə üçün Çində miqrasiya idarəsi məhkumluq haqqında arayışın Ədliyyə Nazirliyində təsdiqi, sonra isə Çin səfirliyində təsdiqini istəyir. ASAN xidmətin verdiyi məhkumluq haqqında arayışı qəbul etmirlər. Çində görüşəcəyimiz böyük şirkətlərin birində işləyən Azərbaycanlı dostumuzun sayəsində dəvət məktubunu qısa müddətdə aldıq. Çinə çatanda müsəlman ölkələrindən ilk dəfə Çinə gələnləri saxlayıb sorğu sual edirdilər. Yarım saat sonra növbə mənə çatdı. 10-15 dəq sorğu sual oldu, sonra məndən telefondakı şəkilləri göstərməyimi istədilər. 2200-lük foto alboma baxmağa başladılar. Gəldi çıxdı albomun axırında Tayvanda çəkdiyim şəkillərə. Gözü Tayvan bayrağına sataşdı. Şəkili açdı ki, bir tərəfimdə Amerika, o biri tərəfimdə isə Tayvan bayrağı şəkil çəkdirmişəm ???? Elə bil qıza şapalaq vurdular, üz ifadəsi dəyişdi və tez keçdi içəri. 5 dəq sonra məni otağa çağırdılar. Gördüm fərqli geyimdə bir təhlükəsizlik işçisi sənədlərimə baxır. Çamadana baxmaq istədi, açdım çamadana da baxdılar, 10 dəqiqə də bu sorğu sual etdi. Sonra üzr istəyib, çamadanımı toplamağa kömək edib yola saldılar.Çində UBERin əvəzinə öz taxi xidmətləri olan Didi işləyir. Qiymətləri çox yaxşıdır.13 gün içində Çində 4 böyük şəhərdə olduq: Hangzhou, Nanjing, Shanghai, Pekin(Beijing). 4-ü də çox böyük və çox inkişaf etmiş şəhərlərdir. Bu şəhərlərdə mərkəzdə evlərin ortalama qiyməti $10,000 / m2-dən başlayır. Və hər kəs də ev almağa can atır ????Hangzhou və Nanjingdə hər birində 8 milyon, Şanxayda 27 milyon, Pekində də 24 milyondan çox əhali var.Sürətli qatarları çox yaxşı işləyir, Şanxay - Pekin reysində sürət 347 km/h qədər qalxmışdı. İstənilən şəhərə qısa müddətdə çatmaq üçün çox əlverişli nəqliyyatdır.Xarici turistlərə çox az rast gəlinir, daxili turizm isə dəhşət işləyir. Qaldığımız bütün otellər Çinli turistlərlə dolu idi.Çində whatsapp, facebook, messenger, instagram, google, gmail, YouTube işlətmək istəyirsinizsə mütləq VPN yükləyin. Çində bunlara qadağa qoyulub və heç biri işləmir.Gördüyüm 4 böyük şəhərdən ən gözəli Şanxaydır. Şərqin New Yorku da deyilir. Buranın adamları da digər şəhərlərə nisbətən mədənidir, amma adam dəhşət çoxdur ????‍♂️ rəsmi rəqəmlərə görə 26,5 milyon.Çində adam bir birinə toxunanda heç kim üzr istəmir. Təzə təzə üzr istəyirdim gördüm heç kimə çatmır. Baxırlar ki, nəyə üzr istəyirsən. Məntiq odur ki, ”adam adama dəyər də” ????10 gün içində ilk dəfə Şanxayda çox yaşlı bir day day (bunlara yaş vermək olmur hər hal 200 yaşı olardı ????) ayağıma toxunduğuna görə üzr istədi. Hər-hal dayının cavanlığında adam az olub, o devirdə üzr istəyiblərmiş.Yeməklərinə öyrəşmək üçün 13 gün az müddətdir, şirin souslu balıqlarını və digər fərqli qoxulu yeməklərini yemək asan deyil ???? ona görə də çalışdım ancaq dəniz məhsulları yeyim. Axır ki, lobster də yedim ✅Pekinə yolunuz düşsə, Pekindən 50km məsafədə Çin səddinə mütləq gedin.Sürətli qatarla getməyiniz məsləhətdir. Nəzərə alın ki, çinlilər çox bərbad maşın sürürlər, piyada keçidində çox nadir halda yol verirlər. Əslində başa düşüləndi, piyada keçidində hamıya yol verməyə cəhd etsələr, bir də pensiya vaxtında gedib evə çatarlar. Adam o qədər çoxdur yəni ????Əsas xərclər və xidmətlər barədə qısa məlumat:* Baku-Doha-Hangzhou. 14 saat, 664 AZN* Pekin - Baku. 8 saat, 617 Dollar* Taxi xidməti: Didi* 5 ulduzlu otellər: 140 $ / gün* VPN- StarVPN* Çin dili üçün: iTranslate application.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramil Azmammadov

2525 dəfə oxunub

Portuqaliyaya Səyahət

Portuqaliya - mistik gözəllikPortuqaliyaya səyahət aktuallaşır deyə bu ölkəyə səfərim haqda paylaşmaq istəyirəm.Səfərim Porto şəhərində keçirilən bir meçə saatdan başladı. Portonun dumanlı, çox soyuq və yağışlı vaxtına düşdük. Şəhərin sanki ruhu, öz tərzi yoxmuş kimi göründü və buna görə marağımı çəkmədi. Amma:1. Yerli handmade shoplar saysız-hesabsızdır. Milli nəsə almaa istəsəz Lissabona saxlamayın, Portoda inanılmaz gözəl seçimlər var.2. Vintaj konseptdə shoplar, kafelər o qədər gözəldir ki. Məncə o şəhərdə elə əsas həmin shopları gəzmək lazımdır.3. Onların məşhur kitabxanasına 1 saat növbə dayanacaqsızsa, etməyin. Çox mənasız bir yerdir. Sadəcə turist tələsidir. İnandırım sizi o tərz interyerlər Avropanın istənilən şəhərində var və darısqal, basabas deyil))) Hövsan avtobusunun basabası üçün darıxanıvız olsa, buyurun, mütləq baş çəkin.Mən xəstə və ağır çanta ilə omduğum üçün soyuğa dözmədim və ordan tez qaçdım.Lissabon:Yeməklər: dəniz məhsulları, sangria, pastel de belem və adamın gözünü doydurmayan şirniyyatlarTransport: Lisbon kart almaq sərfəlidir. Sadəcə nəzərə alın ki, Sintra və Kaskais Lisbon daxilində sayıısa da kartlar orda keçmir. Amma ora avtobus və qatarla rahat gedilir. Və ekstra vəziyyətlərdə taksi də çağırmaq olar, qiyməti normaldır, elə bil Yangonun təzə vaxtlarda olan taxi qiymətləridir:))Lisbonda vaxtınız azdırsa mütləq görməli:- Tiles/Azulejo muzeyi (mən tiles dəlisi olduğum üçün mənimçün ora inanılmaz möhtəşəm yer idi)- Monastery, Lisbon kartla giriş pulsuzdur. Əfsanə yerdir- Time out market. Elə bilin ki, Four Seasonsun restoranının yeməklərini McDonaldsda yeyirsiz. Fine dining təqdimatında yeməklərdir, qiyməti isə adi sıradan restoran qiymətinədir. Gözəl atmosferi var oranın: Adam saatlarla oturub söhbət etmək istəyir. Əndirəbadi Dəniz məhsullarını burda dadmaq sərfəlidir.Sintra. Portuqaliyada ən sevdiyim yer bura oldu. Sehrlidir, mistikdir, təbiəti gözəəəldir, rəngarəngdir. Xüsusən mistik olan Regalieradır. Sarayı, tuneli - necə detallı işlənib, necə düşünülüb - valeh olur adam. Pena Palace nağıllardan bir castledır sanki. Sintra özü çox cosy, şirin bir yerdir.Kaskais. Kiçik bir kurort guşəsidir sanki. Sentyabrın əvvəli getmək ideal olar məncə. Biz sentyabrın sonunda getdik, dənizdə su dağ çayının suyu kimi buz idi, amma camaat çimirdi. Nəsə dənizdən çox danışmayım, keçim Boca de Infernoya. Hündür dalğa sezonu oktyabrdan başlayır deyə o qayaları payızın sonu izləmək məsləhətdir. O mənzərəni izləmək meditasiya effekti verir, gözəllikdir.Cabo de Roca - Avropanın ən qərb nöqtəsi. Ora windbreaker üst geyimində, şalvarda getmək mütləqdir. Yoxsa mənim kimi tam zövq almayacaqsız. Bəlkə də yayda elə soyuq olmur, amma sentyabrda dözülməz idi. Mənzərə gözəldir, Adama bəzən vahimə kimi də gəlir, sanki dünyanın ən kənarındasan. Amma deyirlər oradan hava aydın olanda Amerika torpağını da görmək olur. Cabo de Rocaya Sintradan avtobusla getmək olur.Hə, bir də Portugese Sardine dükanlarına girin mütləq. Nağıldır nağıl!Paylaşan: Aydan Khalilova

292 dəfə oxunub

Dəbdəbənin ünvanı - Dubay bələdçisi

Dubaydakı bütün otel, apartment və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.Dubay səyahət qeydləriMart ayı üçün Bakı-Abu Dabi arasında olan wizzair biletlərinin sərfəli olduğunu görüb Dubay turu etmək qərarına gəldim. Yanvarın sonunda aldığım bilet qiymətləri baqajsız gediş-dönuş 80 avro, baqajla 160 avro idi. Hazırda növbəti aylara da bu qiymətlərə, endirim vaxtlarında isə daha ucuz bilet tapa bilərsiz. Ümid edirəm bu post mənim kimi ilk dəfə Dubay səfəri edənlərə kömək olar.Deməli Abu-Dabi hava limanında gömrükdən keçib çıxışa gəldikdən sonra məlumat hissəsinə yaxınlaşıb Abu Dabi-Dubai İbn Battuta Mall arasında hər saat başı hərəkət edən express avtobusa 35 dirhəm ödəməklə bilet ala bilərsiz. (1 manat 2.16 dirhəmdir) Avtobuslar hava limanının çıxış qapısında dayanır və rahatdır. (Geri dönüşü də eyni avtobusla edə bilərsiz, 24 saat işləyir) Taksilər bahadır amma adam sayı çoxdursa taksi də sərf edər. Dubayda uber normal taksilərə görə xeyli bahadır. Normal küçədə dayanan bütün taksilərdə taksimetr var, açılış qiyməti 5 dirhəm, minimum ödəniş 12 dirhəm olacaq, qısa məsafələr üçün rahatdır.- Harada qalmalıGetməzdən əvvəl xeyli axtardım və sonda Dubai Marina bölgəsində qalmaq qərarına gəldim. Bundan sonra 100 dəfə getsəm də Marinadan başqa bir bölgədə qalmaram, məsləhətdir. Dubai Marina suni kanal vasitəsilə 2 hissəyə ayrılıb, sahil və yaxta hissəsi. Yaxta hissəsi ətrafında kafe, restoranlar, Marina Mall, Pier 7 restonlar qrupu və digər maraqlı yerlər var. Xüsusən hava qaraldıqdan sonra gəzib zövq ala bilərsiz. Beach of JBR hissəsində isə gününüzü sarı qumlu dəniz kənarında keçirə bilərsiz. Marina bölgəsində ərəblər azdır, adətən xaricilər burada yaşayır. Otel olaraq “Millenium Place Marina”nı seçdim, qiyməti sərfəli idi, normal otaq seçməyimə baxmayaraq pulsuz olaraq balkonlu marina mənzərəli otağa update etdilər, yeməkləri əla idi, məsləhət görürəm. Şəhərdə restoranlarda yemək qiymətləri xeyli bahadır, hazır olun.- Hara getməli İlk növbədə telefonunuza “Get your guide” proqramını yükləyib gəziləcək yerlərə rahatlıqla bilet ala bilərsiz.Otellərdə təklif edilən tur qiymətləri xeyli bahadır, boşuna pul xərcləməyin. Metro, avtobus üçün 6 dirhəmə “nol card” alıb istifadə edə bilərlər. Həmçinin telefona nol card applikasiyasını yükləyib balansını da telefondan artıra bilərsiz. Metroda məsələn Marina DMCC stansiyasından Burj Khalifaya qədər 5 dirhəmdir. Eyni yola metronun gold class hissəsinin qiyməti isə 10 dirhəm idi. Çalışın elə biletinizi gold class hissəsinə alın. Silver class hissəsində demək olar ki, hind və pakistanlılar olur və dəhşət səs-küy edirlər, oturmağa yer də tapılmır. Gold hissədə isə turistlər, sakitlik və oturmağa yer + yerüstü çəkilmiş bu metro xətti ilə gözəl Dubay mənzərəsini izləyə bilərsiz.- Nələr etməli:1-Dubai Miracle Garden- Dünyanın ən böyük təbii gül bağı olan bu yerdə gəzməkdən doymaq olmur. Çiçəklərə bürünmüş “Airbus A380” isə parka daha çox maraq qatır. Giriş 35 manat, “Emirates mall”un qarşısından 105 saylı avtobusa minib birbaşa parka gedib qayıda bilərsiz. Avtobus qiyməti 5 dirhəm.2-Aya Universe Dubai- Dubai Wafi mallda yerləşən 12 tematik parkdan ibarət bu möhtəşəm yerə mütləq gedin, unutmayacağınız xatirə olacaq. Fərqli tematik parklar ilk dəqiqələrdən sizi tamamilə fərqli, həyəcanlı, işıq, səs və ən son texnologiyalar kainatına aparacaq. Bura haqqında çox şey yazmaq olar, ən yaxşısı gedib gözlərinizlə görüb o, hissi özünüzün yaşamasıdır. Giriş qiyməti 45 manat.3-Burj Khalifa və Dubay Fontan-Dünyanın ən hündür binası. Möhtəşəmdir. Yaxındakı fontan şoularının arxa fonunda daha da gözəl görünür. Binanın 124 və 125-ci mərtəbələrinə giriş bileti təxminən 90 manat, Fontanın şousu zamanı botla səyahət 30 manatdır. Arxa fonda Burj Khalifa mənzərəsi ilə şəkil çəkdirmək istəyirsizsə çalışın insanların az olduğu həftə içi günorta saatlarına qədər buraya gedin. Fontan şouları isə səhv etmirəmsə saat 18-dən sonra başlayır. Həftəsonu axşam saatlarında buraya getmək isə peşimanlıqdır, insanlar az qala bir-birini əzir.4-Dubay Muzeyi (Al Fahidi Fort)- 1787-ci ildə inşa edilən və Dubayın ən qədim yeri hesab edilən bu qalaya gəldikdə Dubay muzeyini də gəzə bilərsiz. Maraqlı yerlərdən biridir, gedib gəzməyiniz məsləhət görülür. Marinadan bura gəlmək üçün qırmızı xəttlər DMCC-stansiyasından Burjuman stansiyasına gələ, oradan isə taksi ilə qısa məsafə və ya piyada gedə bilərsiz.5-The view at the palm- Palm towerdə olan və 240 metr hündürlükdə yerləşən bu yerə getməklə dünyanın möcüzələrindən sayılan möhtəşəm Palm Jumeriaha baxa və gözəl şəkillər çəkə bilərsiz. Qiyməti 35 manat.6-Souk Madinat Jumeriah- İçərisində İstanbulun kapalı çarşısı kimi bazarı olan bir yerdir. 7 ulduzlu Burj Al Arab mənzərəsi ilə şəklinizin olmasını istəyirsizsə gedə biləcəyiniz yerlərdən biridir.7-Dubai Safari- Səhrada safari, kvadrosikl, dəvə minmək və Al Khayma kampının daxil olduğu 4-7 saat aralığında davam edən turu yuxarıda göstərdiyim proqramdan 60 manata ala bilərsiz. Gəlib birbaşa oteldən götürürlər və otelə qaytarırlar.8-Global village- Dünyanın 80-90 ölkəsinin mədəniyyətlərini birləşdirən bu yeri heç bəyənməsək də, fərqli ölkələrin maqnit və ya hədiyyəlik əşyalarını almaq üçün baş çəkə bilərsiz. Getməsəz də bir şey itirmərsiz.9-Dubai mall-Dünyanın ən böyük tiracət mərkəzlərindən biridir. Mağazalarda qiymətlər bizdəki qiymətlərdən xeyli bahadır. Mallda olan elektrotexnika qiymətləri də bizdən bahadır. Mallda gediləsi maraqlı yerlərdən biri Dubai Aquariumdur və əlavə pinqvin paketindən asılı olaraq qiyməti 70-100 manat arasında dəyişir.10-Mall of Emirates & ski dubai-Emirates mall Marina bölgəsinə yaxın olduğu və içərisində olan Carefour hipermarketinə görə tez-tez gedirdim. Bu mallda olan ski dubai-ə gedib qışı yaşaya və xizək sürə bilərsiz. Mart ayında Bakının soyuğundan qaçıb yenidən qışı yaşamaq maraqlı olmadığından mənə maraqlı olmadı J11-Aquaventure Waterpark- Palm Jumeriahda yerləşən dünyanın ən böyük su parklarından biri olan bu aquaparka giriş bahadır amma ömründə 1 dəfə gediləcək yerlərdən biridir. Giriş adambaşı 100 $-a yaxındır və bu qiymətə locker daxil deyil. Locker üçün də əlavə 75 dirhəm istəyirlər. Atlantis otelində qalanlar üçün parka giriş pulsuzdur.12-Xline dubai Marina zipline- Dünyada şəhər içi ən uzun ziplayndır. Marinada göydələnlərin arasından keçən bu ziplaynı istifadə etməyi çox istəyərdim amma qiymətini gördükdən sonra səssizcə geri qayıtdım. Qiyməti 300 manatBunlardan başqa Dubai Creek, qızıl bazarı, ədviyyat bazarı, dubai frame, dubai future museum və digər maraqlı yerlərə gedə bilərsiz. Ucuz elektrotexnika tapmaq üçün Baniyas metro stansiyasından düşüb mağaları gəzə bilərsiz. Hər yer saxta mallar qaynayır, mənə etibarlı gəlmədiyi üçün heç nə almadım. Dubaya çox gedənlər yəqin ki, ucuz və etibarlı elektrotexnika alınacaq yerləri bilirlər deyə posta əlavə edə bilərlər. Mənə Dubay əvvəllər heç vaxt maraqlı gəlməsə də deyə bilərəm ki, əgər getməmisizsə wizzairin yaratdığı bu fürsətdən istifadə edib mütləq Dubaya baş çəkin, peşiman olmayacaqsız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gəzgin Həyat

1508 dəfə oxunub

İndoneziyanın Flores adaları

Bali adası haqqında postlar çoxdur amma mən sizə İndoneziyanın Flores adalarından ve oraya bağlı olan Komodo əjdarhalarının yaşadığı Komodo adasından söz açacağam. Balinin dini hinduizm , burası isə müsəlman nüfusun yaşadığı bir adadır. Balinin xaotikliyindən bezənlər, fərqli bir ortam huzur arayanların mütləq getməsi gərəkən bir yerdir. Və ən əsası, insan həyatında neçə dəfə əjdarha görəbilər ki? 2 həftəlik İndoneziya tətilinin çox hissəsini Balidə keçirdikdən sonra təyyarə ilə Labuan Bajo’ya uçduq. Yol 1 saat sürür. Buraya gəlmənin alternativ yolları var, ən məsləhətlisi havayoludur. Gəmi ilə Lombokdan da keçmək mümkün. Getmədən öncə Labuan Bajodan təknə turu almışdıq. Günübirlik turlarda vardı amma ki getmək istədəyimiz bəzi yerləri pas keçirdi. Ona görə də 1 gecə qonağlamalı təknə turu almalı olduq. Turun uğradığı yerləri maddə maddə yazacağam:1. Kelor adası: tərtəmiz suları ilə bəyaz qumlu plajı olan , köpək balığı balalarının sürüsü ilə üzə biləcəyiniz bir yerdi. Toxunmurlar hətta insanlardan qorxub qaçırdılar2. Kalong adası: günbatımında demək olar ki bütün təknələr buraya doğru yol alır. Səbəbi isə o saatda yarasa sürülərinin uçuşu. Günbatımıyla bu mənzərə birləşincə müthiş görüntülər ortaya çıxmışdı. Yaşadığımız ən gözəl anlardan birisiydi3. Padar adası: Gecəyi təknədə keçirdikdən sonra sabah saat 4də oyanıb Padar adasına doğru yola çıxdıq. Məqsəd gündoğumunu adanın təpəsində qarşılamaqdı. Yanlış xatırlamırsam 287 pillə qalxmaq lazım idi. Yolun çox hissəsi rahat idi amma yenədə yorurdu. Təpəyə çıxdığımız zaman isə gördüyümüz mənzərə nəyə desən dəyərdi. Gündoğumu ilə birləşincə mənzərinin dadından doyulmurdu. Göyüzü sarının tonlarına bürünmüşdü. Yürüyüş yolunda marallar desən var, nikah fotosesiyası üçün gələn desən o da var4. Pink beach: Çəhrayı rəngli qumlu plajı ilə məşhur olan yer. Bu rəngi qumlara qarışan mərcan resiflərindən alır. Şəklini paylaşacam. Günəş sahilə vurunca rəngi daha da bəlirginləşir. Üzmək üçün su tərtəmiz idi , gördüyüm ən təmiz plajlardan birisidir. Burayı görməyi çox istəyirdim5. Komodo adası: Səbəbi ziyarətimizin əsas nədəni. Turun sonunda buraya gətirirlər. Komodo National park olaraq keçir rəsmi adı. İçəridə yerli əhalinin yaşam alanı var. Maddi olaraq rəfah səviyələri ürəkaçan deyildi. Dünyada bir yerlərin bolluq içində üzüb, bir yerlərin səfalət çəkməsini sorğulayır insan. Komodo əjdarhalarını görmək üçün az biraz yol qət edirsiniz və nəhayət qarşısınızdadır. Yaxınına getməyə qəti şəkildə icazə verilmir, ac zamanında insanı belə udabilər. Yetərli miqdarda bəslənmişsə ayda 1 dəfə bəslənməsi bəs edir. Normalda yeməsi üçün qoyun, quzu çoxaldırlar. Bu əjdarhalar zəhərlidir, nadirdə olsa turistlərə saldırmış olduğları zamanlar olmuş amma kimsə böyük bir xəsarət almayıbMəncə Baliyə qədər getmişkən bir neçə gününüzü buralara ayırabilərsiniz . Balidən çox daha gözəldir buralar

185 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!