281 dəfə oxunub

İtaliya Səfərimiz: Roma – Milan – Como – Florensiya

İtaliya Səfərimiz: Roma – Milan – Como – Florensiya
Salam, əziz gəzəyən dostlarımız!
Uşaqla səyahət edən ailələrə bir az ürək dirək vermək üçün bu paylaşımı edirəm — yəni hələ də hər şey çox gözəldir!
10 günlük İtaliya macəramızda 3 şəhər gəzdik və hər biri öz nağıl kimi gözəlliyi ilə bizi valeh etdi

Roma — sadəcə möhtəşəm!
Sanki nağıllar aləmindəsən… şəhər başdan-ayağa tarixi abidələrlə doludur.
Qiymətlər bir az yüksək olsa da, hər büdcəyə uyğun yeməklər tapmaq mümkündür. Marketlərdə də hər şey var.
Biz uşaqla səyahət etdiyimiz üçün ev kirayələdik (Termini stansiyasının yaxınlığında) və heç bir qorxulu vəziyyətlə qarşılaşmadıq


4 günümüzü Romaya ayırdıq — tam da yetərli oldu
Roma → Milan
Omio proqramı ilə qatar bileti aldıq, yol təxminən 3 saat çəkdi və çox rahat keçdi.


Milan
2 gün ərzində şəhəri gəzib, sonra Como gölünə günlük səyahət etdik.
Diqqət edin — növbələr çox uzun olur!
Biz Bellagio və Varenna-ya getmək istəsək də, gəmilər dolu idi, ona görə Nesso istiqamətini seçdik və… sanki nağıla düşdük!
Como mütləq görülməli yerdir!


Növbəti dayanacağımız: Florensiya
Milandan Florensiyaya yollanaraq səfərimizi tamamladıq.
Bu marşrutla getsəniz həm yorulmayacaqsınız, həm də İtaliyanın ən gözəl yerlərini görə biləcəksiniz

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Düsseldorf

Düsseldorfdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salam gəzməkdən doymanlar ???? İstədim bir post da mən yazım. Bəlkə də bu haqda yazıblar artıq. Üzürlü sayın)Xlll əsrdən şəhər statusu alan Düsseldorf bahalığa görə VI, yaşayış standartlarına görə isə V yerdə durur. Bahalığa görə Berlinlə rəqabət aparır. Bura bir çox qonşu avropa ölkələrinə yaxın olduğu üçün yaşamaq üçün buranı üstün tuturlar. İş tapmaq istəyən və ya biznes qurmaq istəyənlər Berlindəki vergi ağırlığından qaçmaq üçün bura üz tuturlar. 650 minlik əhalisi olan və Reyn çayının hər iki tərəfinə yayılan bu şəhərdə çoxlu Çinli və Yapon iş adamları var.Təbii ki, Türkiyəli qardaşlarımızın da sayı Berlindəki qədər olmasa da tez-tez rast gəlmək olur. Yuxarıda qeyd etdiyim vergi məsələlərinə görə aparıcı şirkətlət baş ofislərini burda açmağa çalışırlar. Dünən bir yaponla yerli pivə içərkən xeyli söhbətləşdik. Dediyinə görə 90 min yapon yaşayır ki, bu da əhalinin 1%-ni təşkil edir. Bunu deyəndə üzü güldü, sankı qağaların gələcəkdə gör burda nəğayrajax sözləri gözündən oxunurdu)). Bəlkədə buna görə “little tokio” deyirlər. Ev kirası daxil olmaqla aylıq yaşayış üçün 3000-3500 avro pul qazanmaq lazımdır. Təbii ki, hər kəs bu qədər qazana bilmir. Gələn il Yaponiyada keçiriləcək olimpiya oyunlarına dəvət etdi)Bu şəhərin Almaniyanın "Pivə Şəhəri" adlandırılması təsadüfi deyil. Ən qədim hissəsi olan ALTSTADT-da 300-ə yaxın pivəxana var. Amsterdamda hər yerdən nəşə iyi gəldiyi kimi burda da hər tərəfi pivə iyisi bürüyüb. İnsanlar masa arxasında oturub aramsız pivələr butulkalarını boşaldırlar (şəkillər paylaşacam). Sadəcə oturub 'ayn alt' deməyiniz kifayətdir. Sizə dərhal yerli pivə gətirəcəklər.Bu arada Almancam o qədər itidir ki, nəsə almanca deyən kimi "Naaaayn"(yeşilcam filmlərindəki Naaalaan Nayrrr nolamazzz səhnələrini xatırladır), Danqr Şön, bitti şön, ya ya ya (bunu 3 dəfə deyəndə gülümsəyirlər nəsə xoşlarına gəlirlər) das ist fəntəstiş kimi sözlərlər dialoqları bağlayırdım).Əhalisinə gəldikdə isə yerli əhali çox gülərüz, mehriban və yardımsever insanlardır. İngilis dilisi zəif olanlar belə əl qol işarələri ilə başa salmağa çalışırlar. Burada ingilis dili bilməyənlərə Berlinlə müqayisədə daha çox rast gəldim. Almaniya deyəndə gözümün qabağına Hitler gəlirdi. Amma bu səfərdən sonra neqativ steoritipi aradan qaldırdım. İngilislərdən daha isti qanlı gəldi mənə. Görəsən Mayn Kampfi oxusam alman dilini sevə bilərəm?))Gələn dəfə vaxt tapan kimi az adamın kəşf etdiyi bir Hollandiya kəndi haqında yazacam.Bir də Flixbus üçün 3 ədəd 20%lik voucher'lər var. Kimin bu yaxınlarda səfəri varsa mənə xəbər etsin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vuqar Ali

1244 dəfə oxunub

Thailanda 12 Günlük Tətil Səfərim

17 Noyabr 2025 tarixində Thailanda 12 günlük tətil səfərimdən yazıram bəlkə getmək istəyənlər üçün faydası ola.Vizanı 4-5 gün ərzində onlayn thaievisa.go.th saytından təxminən 43 dollara aldım. İşdən vaxtım olmadığı üçün elə də ətraflı araşdırma etmədim, sadəcə əsas məqsədim öncə Phuketə gedib, bir neçə gün orda qalıb, sonra Phi-Phi, Krabi, Koh Samui və s. digər xırda adalara getmək idi. Oteli Phuketin ən turistik yerindən birində - Patongun mərkəzində tutdum. Phuketə gəldiyim gündən hər gün demək olar ki, dayanmadan yağış yağdı (həmin vaxtı Thailandın cənubundakı bir çox bölgələrədə olduğu kimi) və bu səbəbdən planladığım heç bir ada turlarına gedə bilmədim. Phuketdə 4 gün qalıb ümidlə gözlədim amma. Həmin 4 gün ərzində sadəcə qiymətləndirmək üçün plajlarına, şəhərin bir neçə turistik yerlərinə getdim, gecə həyatına nəzərdən keçirdim. Diqqətimi çəkən, şəhərdə Muai-Thai döyüşlərinin genişi promosunun aparılması idi. Döyüşə biletlər təxminən 1500baht (80 manat) idi.Ümumilikdə, şəxsən mənim Phuket heç xoşuma gəlmədi. Bura gələnlər üçün ən yaxşısı elə növbəti gündə ada turları götürüb getməkdi. Ada turlarının ən məşhur paketlərindən biri "Phi-Phi, Khai, Bamboo island, Maya Bay"-dir. Bundan başqa "James Bond" adası və "Similan" adası məşhur. Similan ən yaxşısıdır, amma Phuketdə çox uzaqdır (gəmi ilə 3 saat dedilər).Broşurlarda qiymət 3900baht (təxminən 200 manat) göstərilsə də, adətən 2500bahta qədər endirim edirlər. Phuketdə qiymətlər Thailandın digər yerləri ilə müqayisədə ümumilikdə bahadı.4 gün yağışlı havada qaldıqdan sonra spontan olaraq, günəşin bol olduğu Thailandın başqa bölgəsini google'də axtardım və şimaldakı Chiang Mai'ı tapdım.Chiang Mai əsasən dağlarla əhatə olunmuş, mənzərəli, spiritual, peaceful şəhər təəssüratı yaratdı məndə. Burda fillərin olduğu sığınacaqlara turlar məşhurdur. 5-6 saatlıq (half-day) belə turların broşurlardakı qiyməti təxminən 1700bahtdır (90 manat). Amma burda Phuketdəki qədər çox endirim etmirlər, maksimum 100-200baht düşürlər. Mən də 1500bahta belə bir tur götürdüm. Chiang Maidan təxminən 1.5 saatlıq məsafədə yerləşir və çox bəyəndim. Ümumilikdə, Chiang Maia gedib qalmağa yer seçəcəksinizsə, ən məşhuru Nimmanheim (daha modern və nisbətən bahalı otellər) və Old City'dir (daha tarixi, məbədlər, daha ucuz qiymətə nisbətən köhnə otellər). Piyada gəzməyi sevdiyim üçün oteli Old City'də seçdim, sonra sadəcə görmək üçün Nimmanheim'a getdim. Qərar olaraq kəsinliklə Old City-də qalmağı tövsiyə edirəm.Old City'də həmiçinin hər həftənin bazar günləri Sunday Walking Street deyilən Night Market keçirilir. Bu indiyə qədər gördüyüm ən böyük və ən "crowded" night market'di. Amma çox maraqldı. Ümumilikdə, burda 3 gün qaldım və bəyəndim.Yenə spontan olaraq Chiang Maidan birbaşa Pattayaya bilet aldım. Planım burda da 4 gün qalmaq idi. Qəribədir ki, mərkəzdə otel tapmaqda çətinlik çəkdim biraz, qiymətlər də bahalanmışdı. Sonra öyrəndim ki, 28-29 noyabrda, Pattayada Beynəlxalq Atəşfəşanlıq festivalı keçirilir və bu səbəbdən Pattaya Beach yaxınlığındakı (3km.dan az məsafədə) bütün otellər 28-29-u tarixlərində tam dolu idi.Pattayanın gecə həyatı başqa leveldi Thailandın heç bir bölgəsi (hətta Bangkok belə) rəqabət belə apara bilməz. Amma mənim burda ən çox bəyəndiyim geniş Pattaya plajı və ətrafındakı saysız-hesabsız restoranlar, barlardı. Plajda dincəlib istədiyin vaxt sadəcə yolu digər tərəfə keçib yemək yeyib təkrar qayıda bilərsən plaja. Plajda şezlonqlar ödənişlidi (günlük 100baht). Məhz elə Fireworks festival'ı da bu plajda keçirildi. Çox xoşuma gəldi bu festival. Hər il burda keçirilir səhv etmirəmsə, yenə getməyə dəyər.Sonuncu gündə isə North Pattaya Bus Terminal'dan (Rong Reaung) Bangkoka (Ekkamai stansiyası) avtobusla bilet alıb (150baht) getdim. Avtobus təxminən 2 saata gedir. Bangkokda daha əvvəl olduğum üçün heç yerə getmədim, sadəcə dönüş uçuşuma qədər qalıb dincəldim. Ümumiyyətlə, Bangkoku bəyənmirəm, və yəqin ki, heç vaxt tətilimi orda sərf etmərəm P.S. yazdıqlarım subyektiv fikrimdi, ola bilsin, kimlərinsə qeyd olunan yerlərdə öz zövqünə uyğun daha fərqli təəssüratları olub.P.P.S. olduğum bəzi yerlərdən şəkilləri də əyani vasitə kimi əlavə etmişəm. Bundan başqa əgər kiməsə əlavə məlumat lazım olsa, şəxsi mesaj bölməsinə yazar, comment'lərə baxa bilməyəcəm böyük ehtimalla.Paylaşan: Intiqam Qurbanov

219 dəfə oxunub

New York - Miami Səyahətim

Sizə bu yaxınlarda New Yorkun məşhur Central Park-ından başlayıb, Miami-nin Ocean Drive sahillərində tamamlanan səyahətimdən danışımBütün New York səyahətim boyu, bəlkə də ən yadda qalan xatirə, helikopterlə gün batımı zamanı Central Parkın üzərindən uçaraq şəhəri seyr etməyim, digəri isə şəhərin səs-küyündən uzaqlaşmaq istədiyim anda Central Parka bir addım atmaqla sanki şəhərdən tədric olunma hissini yaşamağım idiGələk ən vacib nüaslara 1. Viza: Ən vacib məqamlardan biri viza idi. Amerika vizası ilk dəfən hamıya 1 illik verilir. Əsas məsələ isə sizi ölkəyə bağlıyan əsaslı faktorların olmasıdı. Misal üçün siz bir şirkətdə uzun müddətli işləyirsizsə, evlisizsə və bunun kimi ölkənizə loyallıqınızı sübut edəcək faktorların olmalıdır. Son zamanlar vizaya müraciət edənlərin əksəriyyəti müsbət cavab alır, əlbətdə ki bütün lazımı sənədlər və ölkəyə bağlılıqı sübüt edən faktorlar qaydasındadırsa 2. Təyyarə biletləri: New Yorka təyyarə biletləri əsasən gediş-dönüş 1200-1500 ₼ arasında dəyişir. Amerika daxilində isə uçuşlar daha münasibdir. Məsələn, New York-Miami-New York marşrutu üzrə bileti 340 ₼-ə əldə etmişdim 3. Qidalanma və restoranlar: Qidalanma çox zəngin və müxtəlif idi. Gözləntilərimin əksinə olaraq, yeməklərin dadı çox dadlı idi. Ən bəyəndiyim yerlərdən biri, Spiderman filmində Peter Parkerin kuryer kimi çalışdığı Joe’s Pizza və 1888-ci ildən fəaliyyət göstərən, pastrami sendviçi ilə tanınan Katz’s Delicatessen idi. Qiymətlər isə misal üçün böyük boy Pizza 18-20$, sandwich 25-30 $ arası dəyişirdi 4. Nəqliyyat: Şəhərdaxili nəqliyyatda metro ən ideal seçim idi. Bir gediş haqqı təxminən 5 ₼ (2.75 $) idi. Demək olar ki, istənilən nöqtəyə metro ilə rahat çatmaq olurdu. Amma doğrudan da deyilən kimiymiş. New York metrosunun öz atmosferi var... 5. Səfər tarixi: New York üçün yaşıllıq və günəşli havanı yaşamaq istəyənlər üçün May-Sentyabr ayları idealdır. Miami üçün isə okeandan zövq almaq istəyənlər Noyabr-Aprel ayları daha uyğundur. Digər aylarda tropik yağışlar səyahəti çətinləşdirə bilər 6. Büdcə: Ortalama olaraq 1 nəfər üçün təyyarə, viza, qidalanma, fəaliyyətlər və otel daxil olmaqla 4000-5000 ₼ arası büdcə kifayət edir. Əlbəttə, bu rəqəm hər kəsin səyahət formasından və komfort seçimlərindən asılı olaraq dəyişə bilərBir söznən hər kəsə xoş və yadda qalan səyat arzulayıramhttps://www.instagram.com/asad_zeynalov...Paylaşan:Zeynalov Asad

266 dəfə oxunub

Sehirli aləm - Norveç bələdçisi

Norveç barəsində qeydlərim:Planlama edərkən əsas məqsəd gözəl və ensiz fyordları görmək, ən gözəl qatar səyahətlərindən biri hesab olunan Flam qatarından istifadə etmək, təbiət qoynunda olan çoxlu yürüyüş nöqtələrinə getmək (əsas Trolltunga) , Skandinav mədəniyyəti ilə tanış olmaq, Vikinglər kəndini ziyarət etmək, Şimal qütb işıqlarını görmək idi. Bir qədər araşdırmadan sonra www.norwaynutshell.com səyahət turu qabağıma çıxdı. Bu sizi ən gözəl fyordları görmək üçün qatar və ferry (bərə)-ləri bron edir. Onların etdikləri sadəcə ayrı-ayrı qatar, avtobus, ferry-ni sizin yerinizə bron etməkləridir. Bu biletlərin hər birini özünüz ayrılıqda almaqla həm daha çox qənaət etmiş olursuz, həm bir qatarı qaçırtmaqla bütün səyahət planınız məhv olmuş olmur (mən qaçırtdım və planım pozulmadı), həm də bu planlardan kənara çıxmalar etməklə səyahəti daha maraqlı etmək olur (Məsələn Flam-da bir neçə saat deyil, bir gecə qalmaq və orda şəlaləyə yürüyüş etmək olur, Vikinglər kəndinə getmək, daha şimala gedərək qütb işıqlarını görmək və s.) Qeyd edəcəm necə edə bilərsiz.1) Oslo paytaxt olduğundan ilk nöqtə olaraq bura gəlib səyahəti burdan başlamaq daha əlverişlidir 2) Oslo-Bergen qatarı istifadə etməklə Bergenə gəlib iki gecə qalmağı tövsiyə edirəm (sayt www.vy.no- bileti burdan almaq olur)3)Bergen-Myrdal və Myrdal-Flam ayrı-ayrılıqda qatar biletlərini almaq (www.vy.no) , ikinci qeyd etdiyim Myrdal-Flam turistik hesab olunur və ən gözəl qatar turlarından biri hesab olunur. 4) Flam-da bir gecə qalmağı tövsiyə edirəm, norwayinanutshell ilə edəndə isə sizə bu imkan təklif olunmur. 5) Səhəri günü Flam-Gudvangen ferry ilə (www.norwaysbest.com saytından almaq olar) Norveçin fyordları arasında ön gözəli və ensizi hesab olunan Nærøyfjord-u və digər fyordları gəzmiş olursuz.6) Gudvangen-də Vikinglər kəndinə gəlib oranı gəzib eyni gündə axşam Odda-a yola düşmək orda gecəni qalıb səhər Trolltungaya yürüşə başlamaq qayıdın gecəni yenə Odda-da qalıb yorğunluğu çıxarmaq7) Səyahət dövrü Sentyabr-Aprel arasıdırsa, daha da şimala, Tromso-ya gedərək qütb işıqlarını görmək (Bunun üçün yenidən Bergen-ə qayıdıb təyyarı ilə getmək daha ucuz və asadır)Daha ətraflı:Oslo: Əsas tövsiyə edəcəyim yerlər: Norveç Mədəniyyət Tarixi Muzeyi (mütləq gediləsi yerdir), Oslo Kitabxanası (ödənişsiz), Frognerpark (ödənişsiz), Viking gəmi muzeyi (Viking tarixi ilə maraqlanan şəxslər üçün maraqlıdır, mənə maraqlı gəldi), Nobel muzeyi (tapmaca şəklində qurulub, maraqlıdır) Digər görüləsi yerlər şəhərin mərkəzindədir, Opera binası, Kral sarayı və s. şərkəzi gəzdikcə görünür. Oslo Pass almaqla muzey və nəqliyyatdan ödənişsiz istifadə etmək olar, amma çox muzey gəzmək planı yoxdursa tövsiyə etmirəm, ondansa günlük nəqliyyat gedişi almaq daha sərfəlidir. Həm də Oslo Pass ilə bütün zonaların nəqliyyatı pulsuz deyil, məsələn hava limanı daxil deyil o zonaya. Yuxarda sadaladıqlarımı gəzmək mənə 3 gecəyə kifayət etdi. Bergen: Rəngarəng evlər, böyük balıq marketi, çoxlu yürüş nəqtləri və s. var. Funikulyordan istifadə edərək Fløyen-ə qalxıb ordan şəhəri görmək mütləq lazımdır, əla görüntü var. Funikulyor ilə çatdıqdan sonra müxtəlif hündürlüklərə yollar var və işarələr ilə getmək mümkündür. Tövsiyə olunan Ulriken-ə getməkdir. Qalmağa yer Bergen Budget Hostel-i tövsiyə edirəm. Münasib, təmiz və rahatdır. 2 gecə kifayət edir.Bergendən çəkdiyim video : https://youtu.be/ytRVrLejFvAMyrdal–Flåm qatarı: Hər iki tərəfdə gözəl mənəzərələr olsa da Myrdal- Flåm qatarında solda oturmağı daha çox tövsiyə edirəm. Qatar turistik olduğundan qədimi üslubda interyeri var. Bəzi yerlərdən yavaş kecir, şəlalə hissəsində fasilə üçün saxlayır və şəlalənin yanından meşəlikdən xalq musiqisi ilə rəqs edən qadın peyda olur. Onların mifologiyasına görə bu cazibədar meşə ruhudur və insanları yoldan çıxartmağa çalışır. Ehtiyatlı olun! Video: https://youtu.be/21s3y4VLj_AFlam: Dağların ətəyində olan kiçik və sakit bir şəhərdir, hətta şəhərə gün işığı düşsün deyə dağın başına güzgü də qoyulub. Burda bir gecə qalmaqla həm Şəlaləyə doğru qalxmağ və dincəlməy üçün tövsiyə edirəm. Qalmağa isə Brekke Gard Hostel Flåm-i məsləhət görürəm, təbiət qoynunda kiçik domiklərdə olan bir hosteldir. Video: https://youtu.be/XvkT1XLhVoUFlam-Gudvangen ferry marşurutu: Səyahət vaxtı güclü küləkli olduğunu nəzərə alaraq ona uyğun geyim gətirmək lazımdır. Vikinglər kəndinə baş çəkmək çox maraqlıdır. Xüsusən də, Vikings serialına baxıb bəyənmisizsə. İçəridə zaman çox maraqlı keçir, onların yaşam tərzini, nə ilə məşğul olduqlarını, döyüş alətlərini, toxuculuğda istifadə etdikləri metodları, qayıqları və s. görmək olar. Vikinglər kəndində çəkdiyim videoya burdan baxa bilərsiz: https://youtu.be/eZ_UmJswRssTrolltunga : Bura məşhur yürüyüş nöqtələrindən biridir. Bura ən yaxın qala biləcəyiniz yer Odda-dir. Daha münasib qalabiləcəyiniz ev: https://www.airbnb.com/rooms/33370470?guests=1&adults=1...Səhər tezdən (6-7) yürüşə başlamaq tövsiyə olunur. P2 parking dayanacağına qədər öz maşınınız yaxud avtobusla gəlib ordan P3 dayanacağına xüsusi mini-avtobusla gedə bilərsiz.Qəbzi özünüzdə saxlasaz qayıdışda endirim olacaq. Maşın kirayələmisizsə öncədən bron etməklə P3-də də park edə bilərsiz amma tövsiyə etmirəm yol çox meylli olduğundan hər maşın qalxmır, öz mini-avtobusları ilə daha təhlükəsiz və rahatdır (marşurut cədvəli ilə trolltunga.com-da tanış olmaq olar). Yol uzun olduğundan rahat yürüş ayaqqabısı, çərəzlər, və əgər varsa varsa yürüş çubuqları götürmək işinizi rahatladacaq. Yol boyu təbii bulaqlar olduğundan su qabınızı yolda doldura bilərsiz (qış ayı deyilsə). Ümumiyyətlə qış ayında getmək tövsiyə olunmur və İyunun əvvəlindən Sentyabrın sonuna qədər bələdçisiz gedə bilərsiz)Trolltungadan çəkdiyim video: https://youtu.be/VVVts67wk_YTromso: Şimalda yerləşən bu şəhər digərləri kimi gözəldir, lakin tək səbəb olaraq qütb işıqları üçün ora getməyi tövsiyə edirəm (Əgər Sentyabr-Aprel arası tarixdədirsə). Qütb işığını görmək üçün buludluluq və geomaqnit aktivlik əsas rol oynadığından bir qədər çox qalmağı tövsiəy edirəm ki, qaldığınız günlərdən birinə təsadüf etsin. Mən getdiyimin ilk günü qaldığım evin yuxarısından gördüm. Amma camping ləvazimatlarınız varsa kanat ilə hündürə çıxıb gecəni orda keçirib şansınızı artıra bilərsiz. Bu evdə qaldım və qütb işığıbı bu evdən gördüm: https://www.airbnb.com/rooms/44228799?guests=1&adults=1...Sahibi də çox yaxşı cütlükdür . Xəstəliklə bağlı qərarlar/qadağalar tez-tez dəyişdiyindən getməmişdən öncə mövcud qaydaları ətraflı araşdırmaq lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alakbar Valiyev

1917 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!