172 dəfə oxunub

İtaliya-İspaniya-Portuqaliya səyahəti

İtaliya-İspaniya-Portuqaliya səyahəti
WizzAir-in bizə bəxş etdiyi nemətlər sayəsində Avropanın ta o başına, su qiymətinə gedə bilirik. Allah canlarını sağ eləsin.
Çoxdandır planlaşdırdığım bir üçlük var idi. Nəhayət o gün gəlib çatdı, oktyabr ayının sonları havaya görə narahat olsam da, mülayim hava şəraitində səyahətimi gerçəkləşdirə bildim.
Bakı-Roma reysi ilə, tarixi dillər əzbəri olan Romaya yola düşdüm. Amma artıq İtaliyaya çatmamış, otel qiymətlərindən də hiss etmişdim ki, məni nələr gözləyir. Fiumicino hava limanından şəhər mərkəzinə (Termini stansiyasına) getmək üçün ən rahat yol ekspress qatarlardır, təktərəfli gediş qiyməti 16€-dur.

Romanın hər küçəsi, hər addımı tarixdir. Kolizeydən tut, Vatican City-yə qədər sizi valeh edəcək bu şəhər.
Şəhərdə ən əlverişli nəqliyyat vasitəsi metro və skuterdir. Həm vaxtınıza qənaət etmiş olacaqsınız, həm də pulunuza. Avtomobil icarəsi qiymətləri sizi aldatmasın, parkinq, şəhərə giriş və yanacağa ödəyəcəyiniz pul sizi qorxuda bilər.
Skuterlər də ucuz deyil əslində, bir neçə nəfər skuter icarəyə götürsə taksi ilə eyni qiymətə başa gəlir.
Roma, italyanların özlərinin də dediyi kimi, bərbad nəqliyyat sisteminə malik olan bir şəhərdir. Vay o gündən ki, gecə küçədə qalasınız. Taksilər son nəfəslərinə qədər vəziyyətdən istifadə etməyə çalışacaqlar. Uber var deyə də həvəalənməyin, sürücülərin hamısı imtina edir sifarişdən. Bu məsələyə axırda yenə qayıdacam.


İtaliya həm də mətbəxinə görə dillər əzbəri olan ölkədir. Getmişkən pizza və əsl italyan qəhvəsinin, şərabının dadına baxmağı unutmayın. Pasta isə elə bizdəki pastadır. Xüsusi bir şey gözləməyə dəyməz.
İtalyanlar çox tənbəl insanlardır, ki “siesta” adlı bir mədəniyyətləri var. Nahar fasiləsini 2-3 saatdan az etmirlər. Ancaq yesinlər, yatsınlar. Bizə oxşayırlar deyəndə də çox sevinməyin, həm də çox yaxşı yalan danışmağı bacarırlar. İtaliya böyük ölkədir və hər bölgənin insanı, mədəniyyəti fərqlidir təbii ki, İtaliyaya xüsusi bir plan hazırlayıb, hər bölgəsini gəzmək daha məsləhətli olar.
İtaliyada ucuz olan yeganə şey süvenirlərdir, dostlarınıza bol-bol süvenir almağı unutmayın. Cəmi 1€, hər yerdə də eyni qiymətədir.

Vatikanı mütləq ziyarət edin, hətta çalışın bazar günü 12:00-da orada olun ki, Roma Papasının xeyir-duasına da canlı şahid olasınız. Ən az 2-3 saat növbədə gözləməyə dəyər. St. Peter Basilica kilsəsi isə, sizi əmin edirəm, yer üzündə ən möhtəşəm kilsədir. Ümumiyyətlə, İtaliyanın arxitekturası, sənət əsərləri insanı ağzı açıq qoyur. Bircə Romanın dar küçələri mənə çox boğucu gəldi.


Gələk taksi məsələsinə. Hava limanından şəhər mərkəzinə və əksinə taksi qiyməti fix 50€-dur. Qətiyyən artıq pul tələb etdiklərində ödəməyin. Mən də 50€-ya getsəm də, taksi sürücüsü qadın məndən başqa 2 nəfər də götürdü məni gözlədib. Hələ, İtaliyanın bank sistemində qəza olub, kartla ödəniş ala bilmirəm nağılları da danışdı.
Bir də, aerporta yaxındır deyə aldanıb son gün üçün otel rezervasiya etməyin, 7 km məsafəyə də, taksi qiymət oxuyur, çalışın gediş-gəlişinizi elə saata salasınız ki, taksidən istifadə etmək məcburiyyətində qalmayasınız.


Məsləhət görə biləcəyim otel isə Via Flaviadır, qiyməti daha münasib, otaqlar səliqəli və təmiz, səhər yeməyi də qiymətə daxildir.

Portuqaliya və İspaniya haqqında yazana qədər, məni instagramda izləməyi unutmayın: renatmajidov

Paylaşan: Renat Majidov

DİGƏR BLOQLAR

Norveç - Oslo bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bir müddətdir Norveçdən gəlmişəm əslində, ancaq təcrübəmi indi bölüşmək üçün vaxtım oldu. 4 müxtəlif şəhərdə oldum: Larvik, Drammen, Oslo, Bergen. Ən çox Oslo'da qaldığım üçün ordan məlumatlar paylaşmaq istərdim.Oslo Pass alsanız transportation cəhətdən heç bir problem yaşamayacaqsınız. 2 günlük qiymət yetişkin biri üçün 655 NOK'dur (68 Euro). Tələbəsinizsə, tələbə kartınızı göstərib demək olar ki, hər yerdə 20-25% endirimdən istifadə edə bilərsiniz. Bundan başqa Oslo Pass ilə bir çox muzeylərə giriş pulsuz olacaq sizin üçün.Norveç xüsusən Oslo çox bahalı şəhərdir bilindiyi kimi. Bunun üçün də qalmaq məsələsində Anker Apartment'i seçə bilərsiniz (günü 25 Euro). Ancaq çox az büdcəniz varsa Oslo'da Red Cross charity cəmiyyətinin təşkil etdiyi xüsüsi sığınacaqlar var. Günü 15 NOK'dur (1.50 Euro). Kişilər, qadınlar və cütlüklər üçün ayrıca sığınacaqlar var. Hər biri müxtəlif address'lərdədir. Axşam saat 22:00 açılıb, səhər 07:00 bağlanır. Bu sığınacaqlarda daha çox evsizlər gecələrini keçirir. Əşyalarınızı bura özünüzlə gətirməyiniz məsləhət deyil. Bagbnb istifadə edərək günü 5 Euro, əşyalarınızı store edə bilərsiniz. Red Cross cəmiyyətinin işçilərinə yaxınlaşıb onlardan City Survival Guide booklet götürün mütləq. Burda ucuz və ya pulsuz yemək və başqa şeylər üçün müəyyən ünvanlar əldə edəcəksiniz. Supermarket'lər içində isə ən ucuz və keyfiyyətlisi Coop'dur. Şəhərin bir çox yerlərində rast gələ bilərsiniz.Must see places' də isə Oslo'da bu yerləri deyərdim:1) Viking Ship Museum2) Frogner Park3) Vigeland Museum4) Fram Museum5) Norwegian Folk Museum6) Norwegian National Gallery (Edvard Munch məhşur Scream əsəri burda saxlanılır)7) Oslo Opera House8) Holmenkollen Ski Museum & Tower9) Aker Brygge (Eternal Peace Flame burdadır)10) Akershus Fortress11) Royal Palace12) Oslo City Hall13) Norway’s Resistance Museum14) Tjuvholmen Sculpture Park15) University Botanical Garden16) Vigeland Park17) Huk Naturist Beach (Nudist Beach ????????)18) Middelalderparken19) Grorudparken20) Vaterlandsparken21) Bjerkedalen parkÜmumiyyətlə Norveç'də xüsusilə Oslo'da çox parklar var. Burda sadəcə bəzilərini qeyd etdim. Google Maps'də asanlıqla tapa bilərsiniz. Çalışdım ki, yazını bacardığım qədər qısa və ətraflı tutum. Getmək istəyən hər bir kəsə xoş səyahətlər və uğurlar ✌️✌️????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zahid Zahidli

1534 dəfə oxunub

5 gün İstanbul!

Salam 5 gün ərzində İstanbulda oldum təcrübəmi bölüşmək istədim. Düşünürəm ilk dəfə gedənlər üçün kömək olacaq.#istanbul 1. Nəqliyyat İstanbul kartı metro, tranvay və bus dayanacaqlarında aparatdan ala bilərsiz. Çalışın istanbul kartdan istifadə edin. Bank kartları ilə giriş etsəz əlavə komissiyon tutulacaq. Kartı bank kartı ilə doldursaz əlavə 7 tl, bank kartı ilə keçmək istəsəz əlavə 13 tl və daha üzəri tuta bilər. Xətlər üzrə qiymətlər fərqlidir, minumum 27 tl və maksimum 98 tl (Böyük adada) gördüm.Çalışın taksidən istifadə etməyin, çünki sayğac qoşurlar və çox pul qoparmaq üçün daha uzun yollardan apara bilərlər. Metro ilə 100 tl yə gedə biləcəyniz yerə sizə 800 tl qiymət oxuyurlar. Metro stansiyaları demək olarki hər adfım başı var.2. Tax freeBir çox mağazalarda taxfree ala bilərsiz bu bizim bir növ ədv geri al ilə eynidir. Ödədiyiniz məbləğin müəyyən faizini geri alırsız. Bunun üçün öncədən mağazaya deyinki taxfree versinlər. Taxfree sənədləri aldıqdan sonra geri qayıdanda hava limanında qeydiyyat üçün yaxınlaşanda taxfree edə biləcəyniz yeri soruşun və ancaq o pəncərəyə yaxınlaşın. Taxfree üçün aldığınız məhsulları çalışın bir yerə yığasız, çünki orda çek üzrə bütün məhsulları açıb baxırlar və kameraya göstərirlər. Bir yerə yığın ki, açıb baxılması rahat olsun. Və çox zamanınız getməsin.3. Misirçarşısı, Kapalıçarşı və.sBu çarşılar yəni bazarlar yalnız baxıb gəzmək üçün maraqlıdır, amma ordakı qiymətlər çox bahadır. Orda 100 tl olan bir məhsulu kənarda 20 tl falan ala bilərsiz. Turistik yerlərdə qiymətlər çox şişirdilmiş olur.4. İstanbul E-Passİstanbul epass xarici vətəndaşlar üçün nəzərdə tutulmuş bir platformadır. Bununla muzeylərə, saraylara, adalar turuna, və müxtəlif xidmətləri pulsuz və ya endirimli əldə edə bilərsiz. Çox sərf edir yekunda 240 euro xidmətdən mən 178 euro verərək istifadə edə bildim. Zaman çatdıra bilsəz daha çox xidmətindən istifadə edə bilərsiz, müddətləri günlük olur. 5. Türk paxlavaları (sevdiyim)Turistik yerlərdə kq 2000 tl üzəri olan paxlava və şirniyyatları "Tatlı Park" mağazalarından 170, 180 tl qiymətinə ala bilərsiz.6. AdalarƏn böyük və maraqlısı Böyük adadır. Orda Yorgi kilsəsi var. Velo götürməyi məsləhət görmürəm. Yolları çox hündür olduğu üçün qalxmaq sizə əziyət olacaq velo ilə. Yorgi kilsəsini mərkəzdən minibus ilə gedib Luna parkda düşüb piyada getmək olur, amma çox hündürdü çox əziyət çəkdim qalxan zaman. Velo ilə heç qalxılası deyil. Böyük adada Şok və A101 mağazaları var qiymətləri normaldır. Su falan alsaz ordan ala bilərsiz. Dəniz qırağı restoranlarda cəlbedici gəlir amma qiymətləri yüksəkdir, 1 kq Levrek bişirtdirik 2 nəfərə 10 % xidmət haqqı ilə 2000 tl üzəri qiymət çıxır. Balıq 1800 tl idi amma danışıb 1400 tl yə sala bildim. Ümumiyyətlə çalışın heç vaxt ilk deyilən qiymətlə razılaşmayın o zaman daha aşağı təklif edirlər.7. Ayasofiya Ayasofiyaya hamının dediyi kimi namaz vaxtı pulsuz girib görmək mümkündür. Sultan Ahmed məscidinədə rahat girdik ödəniş istəmədilər. 8. Yerebatan sarayı(Bazilika sarıncı)Ayasofiyanın yanında yerləşir, su anbarı məqsədilə Bizanslar dönəmi tikilib. Çox maraqlı yerdi. İstanbula getsəz mütləq gedib oranı görün. Ceyms Bondun bir filmidə orda çəkilib. 9. Dolmabahçe sarayıÇox böyük saraydı. Ayrı otaqları və hər otağın öz dizaynı, mebelləri və naxışları var. Çox gözəl və maraqlı yerdi.10. Olivyum outlet, Form İstanbul AVMOlivyum outletin adı outletdi. Qiymətləri demək olarki digər mağazalardakı ilə eynidir. Boş yerə əziyyət çəkib getməyin.Form İstanbul çox böyük və maraqlıdır, orda İKEA - nın, Decathlon-nun böyük mağazaları var. Qiymətləri münasibdir. Bakıdan çox ucuzdur.11. Otelİnsanları çox mehriban və yardımsevərdiMən Pera Luna Residence də qaldım. Çox bəyəndim. Taksim meydanın yanında idi. Xidmətləri çox yaxşı idi. Otaqları səliqəli təmiz rahat, wifi normal, səhər yeməyidə əla idi. İşçiləridə mehriban idi. Mən orda hər hansı istəyimə "yox" cavabı almadım)Əlavə kimin nə sualı olsa yaza bilər. #istanbul #istanbulotel #türkiye #ilkPaylaşan: Ejder Humbet

221 dəfə oxunub

Misir bələdçisi

Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər .Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər. V sinifdə " История древнего мира” keçəndən , Misir, İtaliya ( qədim Roma) , Yunanıstan tarixlərinin vurğunu oldum . Demirəm dəlicəsinə arzuladım, yox, sadəcə içimdə sakit və qəti bir inam yarandı - mən böyüyəndə bu tarixləri gözümlə görəcəm ))Gəzəyənlər, sizinlə Misir haqda bölüşmək istiyərdim.Misir Afrika materikində yerləşir , şimaldan Aralıq , şərqdən Qırmızı dəniz əhatə edir . Bu iki dənizi 1869-cu ildə süni salınmış Süveyş kanalı (Suez Canal ; Суэцкий канал) birləşdirir . Kanal Asiya və Afrika'nın coğrafi sərhədi hesab olunur və hər il Misirin büdcəsinə 4- 5 milyard $ gəlir gətirir .Bir maraqlı faktı da deyim . Juzeppe Verdi "Aida" operasını Misirin hıdivi İsmayıl paşanın istəyiylə Süveyş kanalının və Qahirə Opera teatrının açılışı eşqinə yazmışdı . (Hıdiv - Misirin vise-sultanının titulu deməkdir. 1867-dən 1914-dek Misir Türkiyə'nin himayəsi altında olmuşdu).Dünyanın 7 möcüzəsindən 2-si bu diyarda yerləşir - Misir piramidaları və İskəndəriyyə Fənəri (Александрийский маяк ;Lighthouse of Alexandria).İlk dəfə Misirdə 2007 oldum. Sonrakı gedişlərimin səbəbi nə tarixə vurğunluğum, nə Qahirə və Nil çayına bayıldığım olmadı ), Qırmızı dəniz oldu❗️Qahirə (Cairo ; Каир)- "Şərqin qapıları" , "1000 minarələr" şəhəri adlanılır . Gəzməli , görməli , heyran olmalı yerləri çoxdu . Misirin paytaxtı nə qədər möhtəşəmdirsə, o qədər də çirkli , çooooxxxx çirklidir .Şəhər boyu uzanan süni salınmış su kanalını qahirəlilər zibillə necə doldurmuşdularsa, təmizləmək mümkün olmadığından, kanalı betonla doldurub örtmək qərarına alınmışdı. İnsanları da məndə heç də müsbət fikir yaratmadılar (İstirahət zonaları tam ferqlidi❗️ Yaşıllıq, gül-çiçəkli , ideal təmizlik , xidmət edən otel personalı - mədəni, gülərüz, temkinli . Yəni hər şey çox səviyyəli ( olduğum otellərə esaslanaraq söyləyirəm) İstirahət etməyi iki tipə bölürəm : passiv - çimərlik +otel istirahəti və aktiv , yəni , rükzaki aldın belinə - ayaqlarına qüvvət, gözünə işıq - gəz və gör. Misir üçün bu iki tipin sintezi əlverişlidi . Mart, aprel, may ayları məsləhətlidir .Olduğum bölgələr- Таба, Шарм-эль-Шейх, Эль-Гуна , Хургада, Марса-Aлам . Hər birindən çox razı qalmışam . Çimərlik istirahəti üçün hər bölgə uyğundur . Dayvinq və vindsörfinq üçün -1ci Şarm-el-Şeyx ve Mars'a-Alam, 2ci Xurqada məslətlidir. El-Quna sakit istirahət üçün gözəl bir yerdi❗️Tabaya nəzər salın. Yordaniya, İsrail və Saudi Arabistan'la sərhəddir. “InterContinental Taba Heights Resort” otelinə 18 qünlük tur-paket qötürdük . Tabada , yerli turfirmaların vasitəsile 3 qünlük İsrail'ə , 1 qünlük İordaniyaya ekskursıya aldıq. Avtobusla gecə 22.00 yola çıxdıq , 20 dəqiqəyə İsrail sərhədində olduq . Turist axını çox olduğundan və sərhədçilər canı-dildən yoxlama apardıqları səbəbdən 3 saat vaxt itirdik.Yordanıyaya gəmiylə 30-35 dəqiqəyə çatdıq , sərhəddə problem olmadı .Böyük Sfinks - insan sifətli , şir bədənli bu skulptura çox sirlər daşıyır . Piramidalardan qədim sayılır .Herodot 445 il e. e. Misirdə olmuş və səyahəti haqda tarix yazmışdır. Sfinksdən bir kəlmə belə söyləməmişdir . Səhra qumu Sfinksi dərin basdırdığı səbəbden , Herodotla görüş baş tutmamışdı )))Luksor və Karnak məbədlərini 3 km uzunluğu olan sfinkslər xiyabanı birləşdirirdi . İndiyədək bu xiyabanın qazıntıları davam edir . Fotoda - Luksor məbədinin birinci giriş qapıları və svinkslər xiyabanının bir parçası .Xatşepsut məbədi . Xatşepsut qadın-firon olub, 1489-1968 il b.e.e hökümranlıq edib. Misirin tikinti inkişafında və iqdisadiyyatının yüksəlməsində böyük iz qoyub .Fotodakı məbədi firon öz sağlığında özü üçün 9 il müddətində tikdirib. Bizim zamana yalnız məbədin fundamenti toxunulmaz qalıb . Gördüyünüz möhtəşəm tikinti təzə yaradılmışdır .Xatşepsut sifətli qranit sfinks və Xatşepsutun mumiyası Qahirə muzeyində saxlanılır.P.S.Misir tarixində 4 qadın-firon olub: Tetişeri , Axxo-tep ll, Yaxmos-Nefertari və Xatşepsut.Qədim və tükürpədici tarixi olan bu diyari gəlib görməyə dəyər ❗️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi 

4109 dəfə oxunub

"Pizzanın vətəni" Neapol

Neapoldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bakının qardaş şəhəri olan Neapol. (Həqiqətən qardaş şəhərdilər ) Amma başdan xəbərdarlıq edim, yazı genişdir :)Şəhər mənə görə Avropa şəhərindən çox, Latın Amerikası şəhərlərini xatırlatdı. Həm tikilişinə, həm də qayda-qanun hərləməyəm adamlarına görə :DHər nəysə, məsələyə şəhərə necə çatmaq olar ondan başlayım. Özüm Romadan səyahət elədiyim üçün avtobusla getdim. 2.5 saatlıq yoldur, bilet qiymətləri gedəcəyiniz saata və şirkətə görə 9-14 avro dəyişir. (goeuro.com) Neapolda avtovağzal Garibaldi metro stansiyanın yaxınlığında yerləşir. Bu yeri yaxşı yadda saxlayın, yenə lazım olacaq :) Metro ilə gedirsiniz Toledo stansiyasına. Metronun arxitekturasını görməyə dəyər, həmçinin, şəhərin mərkəzi küçələrinə çıxışdır o stansiya. Bilet bir gediş üçün 1.10 avro, bir günlük bilet (sadəcə metro üçün) 3.50 avro, bütün nəqliyyat vasitələri üçün isə 4.5 avro. Orda sizə 1 avrodan bilet satmaq istəyənlər olacaq, arxanıza baxmadan uzaqlaşın  Ümumən, Neapolda kim kömək təklif eləsə, "aa, nə yaxşı insandır" deməyin, çoxu fırıldaqçıdır  İçlərində yaxşıları da olur amma. Məsələn, 1 günlük kart almaq istəyirdim, amma aparat 5 avrodan böyük pulları qəbul eləmədiyi üçün ala bilmirdim. Ən xırda pulum 10 avro idi. Yanımda dayanan bir qızdan xahiş elədimki, 2 dənə 5 avrosu varsa 10 avro ilə dəyişək. Dedi yoxdu, amma al bu 5 avronu biletini al. Təbii ki almadım, sonra bilet məntəqəsindən aldım bileti :)"Bir addım atmazdan öncə iki dəfə düşün. "Bu qaydanı Neapolda unudun. Bir addım atmazdan öncə 10 dəfə düşünün, çünki ətrafdakı oğrular sizin çantanızı, və ya telefonunuzu oğurlamaq üçün əvvəldən sizin hara addım atacağınızı düşünüb ona görə plan qururlar  Tədbirli (və ya şanslı) olduğum üçün başıma heçnə gəlmədən geri qayıtdım, amma couchsurfinglə eyni adamın evində qaldığım yunan oğlan şəhərə çatan kimi telefonunu oğurlatmışdı, özüdə əlində işlətdiyi halda :) Scouter ilə ruhunu belə incitmədən yanından ötüb telefonunu əlindən alıblar. Çalışın bel çantanızı qabaq tərəfdən asın, arxa cibinizə heçnə qoymayın, yolun sağı ilə hərəkət edəndə telefonu sağ, solu ilə gedəndə sol əlinizdə tutun."Tanrının əlinə sahib Maradona". Futbola baxanlar bilər, Maradona Napoli klubunun canlı əfsanəsidir. Şəhərdə ona qarşı elə böyük sevgi var ki, hər yerdə şəklini, formasını tapmaq olar. Hətta, məni qonaq edən oğlanın dediyinə görə, Maradonanın adını daşıyan kilsə belə var."Pizzanın vətəni" Neapol... Əgər ora gedib pizza yeməyəcəksinizsə, heç boşuna getməyin. Kiçik bir məsləhət: "Di Matteo" adlı yerə gedin pizza üçün, ən məşhur yerlərdəndir. Ünvanı: via dei Tribunali 94. Şəkildəki pizza üçün servis haqqı daxil 7 avro ödədim. "Aa, qırağı boş xəmirdir ki!" deməyin, çünki ofisiant pizzanı gətirəndə "Romadan bura bunun üçün mü gəldim?" dedim öz-özümə, amma o xəmirin içi yumuşaq donuz əti və buffalo mozzarella doludur. Bu arada adını niyə elə qoyublar bilmirəm, amma adı "World Cup" pizzadır. Digər məşhur təamları sfogliatte adlı şirniyyatdır. Mən limon sevmədiyim üçün bəyənməmişdim dadını, bəlkə siz bəyənirsiniz :) Qiyməti 2-3 avro arasıdır. Digər bir mütləq eləməli olduğunuz şey isə Neapol kofesi içməkdir :) Qiymət 1 avro.Gəzməyə piazza Plebiscito adlı yerdən başlaya bilərsiniz, Toledo metrosu tərəfdədir. Ordan düşün üzüaşağı dəniz qırağına, 7 qaladan birini gəzin. Mən Castle Nuevo adlı yerə getdim, giriş 6 avro idi, pula heyfim gəldi. Hər hansı bir özəlliyi yox idi. Digər qalalar pulsuzdur mən bilən. Şəhərin təpəsindı yerləşən Santelmo-dan başqa. Səhv eləmirəmsə, 2.5 avro idi qalanın başına çıxmaq. Onda bütün Neapol olacaq ayaqlarınızın altında :) Şəhərin əsas yeri məncə spaccanapolidir. Mən hava qaralanda getdiyim üçün yaxşı şəkil çəkə bilmədim, google edin baxın necədir :) Şəhərdə qarşınıza çıxan istənilən kilsəyə girə bilərsiniz, amma ən əsası San Lorenzo kilsəsinə mütləq girməlisiniz.Görünür çox yazdım, keçim Amalfiyə  Neapoldan Amalfiyə getmək üçün yuxarıda lazım olacaq dediyim Garibaldidən gedə bilərsiniz. Ordan çıxıb "Napoli Centrale" adlı stansiyaya keçin və "Circumvesuviana" adlı xətlə gedin Sorrentoya. Qatar bileti 3.90 avro, 1.5 saatlıq yoldur. Sorrentoda vağzaldan çıxan kimi yolun qarşısında avtobuslar görəcəksiniz onsuz. Positanoya gedən bilet alın, 3 avrodur amma 1-2 kəlmə italyanca danışıb 2 avroya almaq olur :) Avtobusda mütləq sağ tərəfdə oturun ki, o möhtəşəm (!) mənzərəni görə biləsiniz. Positanoda düşüb sahilə tərəf gedin və mütləq Amalfi çimərliyində dənizin dadını çıxarın. Mən özüm gedə bilməsəm də, Ravello şəhərinə də gedin, Positanodan 25 km uzaqlıqdadır. Positano turistik yer olduğu üçün hər şey bahadır. Məsləhətim hər yerdə 6-7 avroya yeyə biləcəyiniz pastaya orda 15-18 avro verməkdənsə, sahilə düşən yerdə market görəcəksiniz, orda özünüzə "sandwich" düzəltdirin, 4-5 avrodur. Digər bir variant özünüzlə yemək-içmək aparın PS: şəkilləri də əlavə edirəmPSS: özüm də bu məlumatların hamısını Neapolda təhsil almış Gunel xanımdan alıb ona uyğun hərəkət eləmişəm, bir daha təşəkkür :)PSSS: Şəhərə nəyə görə də olmasa, gözəl Napolitan qızlarına görə getməyə dəyər PSSSS: Özüm yazanda yoruldum, sona qədər oxumağa səbriniz çatıbsa, halal olsun sizə Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Alıyev

1894 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!