11 dəfə oxunub

Italiya Bələdçisi

Salamlar dəyərli qrup üzvləri,
Bu postda Sizə İtaliya istiqamətində növbəti rəsmi səfərimizdə seçdiyimiz otel, Frascatidə yerləşən “Villa Tuscolana”nın tarixi və möhtəşəmliyindən danışmaq istəyirəm.

Əgər sakit, passiv istirahət etmək, sözün əsl mənasında dincəlmək, təmiz hava, gözəl mənzərədən zövq almaq, aileniz, dostlarınız və kolleqalarınızla gözəl vaxt keçirmək, eyni zamanda rahat işləmək və tədbirlərinizi təşkil etmək istəyirsinizsə, o zaman Villa Tuscolana gözəl seçimdir.



Tuscolanaya Qatarla Roma Terminidən Frascatiyə ( 3 stansiya, 2,1€) gəlib oradan piyada 20-25 dəq getmək olar ( ve ya Frascatidən taxi ilə).
Bu tarixi Villa Tuskolo dağının yamaclarında yerləşir. Bu, Tuskolandakı on villadan biridir və Frascati şəhərinə baxan təpədə dominant mövqe tutur. 1578-ci ildə Markus Tullius Cicero'nun qədim Roma iqamətgahının xarabalıqları üzərində yerli adı "La Rufinella" Alessandro Rufininin vəsiyyətinə əsasən inşa edilmişdir.


Əsrlər boyu danılmaz əzəməti sayəsində Villa Tuskolana Roma aristokratiyasının ən mühüm ailələrinin bir çoxuna mənsub idi. Napoleonun qardaşı Şahzadə Luçano Bonapart, Burbon kraliçası Mariya Kristina və Kral II Viktor Emanuel kimi Avropanın hər yerindən gələn məşhur şəxsiyyətlər illər ərzində möhtəşəm otaqları canlandırıblar.
1872-ci ildə villanın ətrafında aparılan arxeoloji qazıntılar zamanı burada tarixi izlər tapıldı və tədricən Parisdəki muzeylərə hədiyyə edildi. Sonrakı sahibi Elisabetta Aldobrandi Lancellotti, daha sonra həyati layihəsini həyata keçirdi: Villa Tuskolanı digər iki villası, Villa Aldobrandi və Villa Lancellotti ilə yeraltı tunellər vasitəsilə birləşdirdi.
1834-cü ildə villada qonaq olan italyan şairi Cüzeppe Gioachino Belli bu ab-havadan elə heyran olmuşdu ki, ona bir sonet həsr etmişdir: “La Rufinella”.

İkinci Dünya Müharibəsi zamanı Villa Tuscolana düşmən bombardmanı nəticəsində zədələnmiş, lakin dərhal sonra o, Salesian Ordeni tərəfindən bərpa edildi və bu gün heyran ola biləcəyimiz inanılmaz bir otelə çevrildi.
Otelin qiymətləri gündəlik 70-100 € civarındadır. Xidmət və yeməkləri çox möhtəşəmdir. Bookingdən və ya Villanın resmi saytından bron edə bilərsiz.

Paylaşan: Sevinj Osmanli

DİGƏR BLOQLAR

Mərkəzi Avropa bələdçisi - Vyana, Praqa, Budapeşt

Qrupda ayrılıqda Vyana, Praqa və Budapeşt haqda yetərincə post var. Əgər siz bu 3 şəhərdən heç birində olmamısınızsa amma səyahət planınız varsa, ümid edirəm postda bu 3 şəhərin müxtəlif nüanslara görə müqayisəsi sizə yardım edə bilər.Budapeşt - digər 2 şəhərdən üstünlükləri:1. Nəqliyyat sisteminin rahatlığı: (istədiyiniz yerə vaxtında və rahat çata bilərsiniz. Nəqliyyat qiyməti isə o qədər də baha deyil, 1günlük kartın qiyməti hardasa 5 avro təşkil edir.2. Dunayın möhtəşəmliyini görmək istiyirsizsə, mütləq Budapeştə baş çəkməli və kiçik gəmilərlə Dunay turuna çıxmalısız. Şəhərin əsas məşhur yerləri elə Dunay ətrafında cəmlənib. (Parlament ,körpülər və s)3. Daha ucuz şəhər olması: gündəlik ərzaq, qiymətlərindən tutmuş restoran və kafelərdə təklif olunan qiymətlərə görə daha sərfəlidir. Yeni il ərəfəsi bu ucuzluq daha da gözə çarpır.4. Parklarda və ictimai yerlərdə free wifi-lardan çox rahat istifadə. Əgər macar nömrəniz yoxdusa, narahat olmağa dəyməz. Şəhərin ictimai Wifi sistemi sizi darda qoymayacaq.5. Daha sakit şəhər: hava qaraldıqdan sonra Budapeştdə həyat Vyana və Praqaya nisbətən daha sakit olur. İnsanlar da əsasən Dunay sahilində gəzintiyə və vaxt keçirməyə üstünlük verirlər. Əgər siz gurultu,səs-küy xoşlarımırsınıza, dəyərləndirə bilərsiniz.6. Təbiət- Budapeştin daha bir üstün tərəfi böyük parklarının çoxluğu və açıq təbiətlə şəhərin birgə harmoniyasıdı. Elə şəhərin içindəcə siz parklarda təmiz havadan həzz ala bilərsizVyana - üstün tərəflərini sadalamağa başlasaq ilk insanların daha elitar və aristokrat davranışı və ümumi xarakterini qeyd etmək lazımdır.1. Dəbdəbəli və bahalı həyat görmək istiyirsizsə, Vyanaya mütləq baş çəkin.2. Şəhərsalma sisteminin möhtəşəmliyi: demək olar ki, bir-birinə yaxın mədəniyyətlər olduğu üçün Vyanada yerləşən bir çox tikililərdə alman dəqiqliyini və interyerini görə bilərsiz. Piyada istədyiniz yeri çox asanlıqla gedib tapmaq mümkündür.3. İncəsənət və tarixlə maraqlanırsızsa, Vyanada Gothic üslubda kilsələr, müxtəlif binalar, muzeylər sizi gözlüyür.4. Əyləncə: şəhərdəki müxtəlif oyun və atraksion parkları gənc yaşda olanlar üçün əsl cənnətdir. Disneyland tipli əyləncə xoşluyanlar şəhərin bir neçə yerində karusellərdən və müxtəlif əyləncə mərkəzlərindən yararlana bilərlər.Praqa -1. Şəhər canlılığı: Praqada 2-3 gün ardıcıl bütün gün boyu gəzsəniz belə şəhərdə darıxmıyacaqsız. İnsanların gülərüzlüyü və səmimiyyəti sizə "soyuq avropa insanı" ifadəsini unutduracaq. 1 dəfə Praqada olmaq kifayət etmir. Təkrar olaraq yenə gəlmək istiyəcəksiz2. Gecə həyatı: Praqa gecə yatmır desək şişirtmiş olmarıq. Hava tam qaralandan sonra şəhər başdan-başa işıqlara bürünür. Publar, kafelər, restoranlar, klublar gecə yarısına və ya səhərə qədər sizin ixtiyarınızdadı.3. Bu şəhərdə həqiqətən pivə şərqdə çayın sevildiyi qədər sevilir. Praqada mütləq yerli pivə növlərinin dadına baxa bilərsiniz, eləcə də pivə muzeyini ziyarət edə bilərsiniz.4. Şəhərin təmizliyi: Şəhərin mərkəzi və turistik yerlərində insanların sıxlığına baxmıyaraq şəhərin təmiz olması diqqəti cəlb edir. "Yerdə kağız da görmərsiniz" ifadəsi məncə elə Praqaya uyğun gəlir.Əlbəttə ki, müqayisəni uzadıb üstün tərəfləri daha da sadalamaq olar. Lakin, bir insanın səyahət etdiyi yeri bəyənməsi, zövqündən,səyahət etdiyi mövsümdən və s. şeylərdən asılıdır. Gəlməmişdən əvvəl isə nə qədər yaxşı səyahət planı hazırlasanız bir o qədər rahat və yaddaqalan vaxt keçirəcəksiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Erkin Afandi

1336 dəfə oxunub

Yeni il bələdçisi - Varşava, Krakov, Vroslav, Qdansk, Kopenhagen, Malmö

Salamlar, Sizlərlə bu yaxınlardakı səyahətimizi və xərcərimizi paylaşmaq istədim.8 gün - 6 şəhər -3 ölkə. 217 euro=413AZN29.12.2019 Baku-Kutaisi airport - 25AZN30.12.2019 WIZZAIR:Kutaisi-Warsaw - 18AZN31.12.2019 ICC Train:Warsaw-Wroclaw - 21AZN03.01.2020 ICC Train :Wroclaw-Gdansk - 23AZN04.01.2020 RYANAIR:Gdank-Copenhag - 17AZN04.01.2020 Oresunds:Copenhag-Malmo - 23AZN06.01.2020 FLIXBUS:Malmo-Copenhairp - 10AZN06.01.2020 WIZZAIR:Copenhag-Kutaisi - 48AZN06.01.2020 Kutaisi airport-Baku. - 25AZN Transport =210AZNYerləşmə: Evlər30.12.2019-31.12.2019 1gecə Warsaw 74AZN31.12.2019-03.01.2020 3gecə Wroclaw 265AZN03.01.2020-04.01.2020 1gecə Gdasnk 92AZN04.01.2020-06.01.2020 2gecə. Malmo 207AZN Evlər = 638AZN/3nəfər = 213AZNƏlavə xərclər:1) Bir illik MULTI viza a) Rüsum 66 AZN + b) Şəkil 3 AZN + c) Hesab arayışı 10 AZN + d) Sığorta. 10 AZN =89AZN2) Kutaisi Airportunda avtomobil üçün dayanacaq ödənişi7GEL X 8gün =56 GEL = 33AZN/3 nəfər =11AZNÜmümilikdə 210+213+89+11=523AZN-lik (əslində 152AZN Airbnb kuponu istifadə etmişəm 523-152= #371AZN ) səfərimiz #Varşava dan başladı. İlk günün yorğunluğu ilə buranı 5-6 saat gəzə bilsəkdə Varşavanı görmək üçün əsas səbəb bizim dildə tam olaraq nə deyildini bilmədiyim Türkiyə Türkcəsində" #StalinKazığı" deyilən PALAC KULTURY İ NAUKİ -dir. Deyilənə görə müharibədən sonra Stalin Polşa xalqı arasında Böyük bir bina yoxsa Metro tikilməsi haqqında sorğu keçirir, Polşalıların əksəriyyəti Metronu seçsədə Stalin sorğunun tam əksini bu binanı Polşa xalqının savaş hədiyyəsi olaraq tikdirir.1952-1955ci illərdə tikilən bu bina 231m hündürlükdə 3288 otaqlı, Polşanın ən hündür 8-ci binasıdır. Stalindən sonra Polşalılar onlara zalımlıq edən birinin hədiyyəsini yıxmaq istəsə də binanın çox möhkəm olması səbəbindən sökə bilməyiblər, sonradan dövlət binanı Mədəniyyət və Elm sarayına çevirib. 31 Dekabr səhəri Varşavadan #Wroslaw-a yola düşdük .Yeni ili Wroclawin Old City si,onların dilində Rynek-ində Azərbaycanlı dostlarımızla qeyd etdik, Keçən il yeni ili Salzburgda qeyd etsəkdə deyərdimki İlk dəfə bu bayramın necə möhtəşəm konsertlə keçirilə biləcəyini bildim Wroclaw deyərdimki Polşanın ən aktiv şəhərdir.Hər küncündə dəmirdən cırtdan heykəlləri olan bu şəhər tarixinin qorunub saxlanması səbəbindən möhtəşəmdir.Növbəti gün Wroclawda yaşayan dostumuz Emin Quliyev öz avtomobili ilə bizi #Krakow-ı gəzdirdi.Krakowda bir neçə saat olduq və deyərdim ki Wroclawa çox bənzəyir. Wroclawi bizə sevdirdiyi, Krakowı bizi tanıtdığı və bütün hər şey üçün dostumuz Emin Quliyevə təşəkkür edərəm.3 Yanvar qatar ilə #Gdansk a gəib çatdıq, gəzdiyimiz bu 4cü və ən gözəl Polşa şəhəri oldu, Baltik dənizinin sahilində yerləşən Gdanskı, mərkəzindən keçən Motlawa çayına və möhtəşəm tarixi binalarına, küçə musiqiçilərinə görə sonradan getdiyimiz Kopenhagenə bənzətdik.Növbəti gün #Kopenhagen dəydik. 12saat dayanmadan əvvəldən navigatorda işarələdiyim şəhərin demək olar bütün nöqtələrini gəzdik. Kopenhagen həqiqətən mütləq gediləsi şəhərdir. Bu gözəl şəhər gördüyüm avropa şəhərlərinin içində ən fərqli olan Valetta və Praqa ilə ilk üçlüyümə daxil oldu.#Öresundkörpüsü Kopenhaegi Malmoya bağlayan bu körpü təxmini 500km yolu 16km-ə endirir. Körpünü ilk olaraq iş yoldaşımın məsləhət bildiyi Bron/Broen serialda gördükdən sonra haqqında maraqlandım. 2000-ci ildə tikilən ,aşağı mərtəbəsi dəmir yolu, üst mərtəbəsi isə avtomobil yolu olan ikimərtəbəli bu körpü 16km uzunluğundadır.İsveç tərəfdən 8km körpü, ayaqları İsveçə baglı olduğu üçün İsveçə aid olan 4km uzunluqlu süni adanın üzərində tikilmiş hissəsi və Danimarka tərəfdən 4km su altı tüneldən ibarətdir.Kopengahen airportu Öresünd boğazına yaxın olduğu və həmçinin boğazdan gəmilər keçdiyi üçün mühəndislər çətinliklə üzləşiblər.Belə ki Körpu hündur olsa gəmilər keçə biləcək amma Təyyarərin airporta düşməsinə mane olacaq, hündülüyü az olsa isə gəmilər keçə bilməyəcəkdi, bu səbəbdən #Öresund İsveç tərəfsən 60m hündürlükdə körpü, Danimarka tərəfdən 11m sualtı tünel kimi tikilib. Sevimli serialımda hər dəfə gördüyüm bu körpünü, Soundtrack-ı Hollow Talk dinləyərək yarım saata Malmöya çatmağın marağı tam ayrı idi.Körpünü keçib axsamı #Malmo da qalıb , Sabahı gün isə Malmonu gəzdik, Malmo haqqında deyə biləcəyim tək şey #Pilldammsparken Malmo parkinin tam ortasından keçən yolda yağışlı havada gecə gəzmək Malmönu sevməyə kifayət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Vusal Ekberov

1887 dəfə oxunub

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...İnsanları da çox qonaqpərvərdi.Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...???? Yaxşı mənada təəccübləndirən məqamlar:???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1192 dəfə oxunub

İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

2503 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!