242 dəfə oxunub

Istanbul Səyahəti

İstanbula 23-28 Aprel arası 5 günlük səfərim oldu. Həyatında nə vaxtsa ilk dəfə İstanbula gedəcək, və Yaprak Dökümü serialının fanatı olan dostlara məsləhətim var.
Yaprak Dökümü fanatı olduğumuz üçün o serialın çəkildiyi "Lazın köşkü"-nə getdik. Ora necə getdik?

Taksim meydanı ( İstiqlal deyilən küçəsindən ) aşağı düşən yol var "Tarlabaşı prospekt"-i deyilən yerdi ( kimdən soruşsaz sizə başa salacaqlar). Oradan "70 FE" rəqəmli avtobusa minib, son dayanacağı olan "Eminönü" deyilən ərazidə düşürsünüz oradan Üsküdara gedən vapur xəttini tapırsınız ora minirsiniz ( 27 Tl -di bir gediş və İstanbul kartı ilə işləyir ).


Üsküdar dayanacağına vapurla çatandan sonra , yolu keçib "50 T" rəqəmli avtobusa minib, Bəylərbəyi sarayını keçəndən sonra Bəylərbəyi dayanacağı deyilən ərazidə düşürsünüz ( orada hərşey rahat olur, avtlbusda bütün dayanacaqlar yazılır və səslənir). Çatandan sonra kimə desəz yolu sizə başa salacaq 5-dəqiqəlik yoldu, köşkün yerləşdiyi küçə "Şemsi Efendi sokağı"dır


Paylaşan: Kenan Haqverdi

DİGƏR BLOQLAR

Belçika(Brüssel) və Niderland(Amsterdam)

Salamlar. Bu dəfə ki, postum Belçika(Brüssel) və Niderland(Amsterdam) barədə olacaq. Faydalı olması diləyi ilə.Səyahət bileti: Mən Budaşetdən Brüsselə WizzAir ilə 38 avroya gedib gəldim. Brüsseldən Amsterdama isə Flixbusla 25 avro ödəməklə bilet aldım. Müddət isə uyğun olaraq 1.55 və 2.45 saatdır. Burda ilk oxuyanda Brüsselin çox darıxdırıcı şəhər olduğunu anladım. Lakin gedib gördüm ki, bu fikir kökündən yanlışdır Brüssell sizə həm bol gəzinti, maraqlı binalar və təamlar vəd edir. Brüsseldə mütləq etməli olduqlarımız:Grand Palace və onun ətrafını gəzməkWaffle , Qızardılmış kartof və pivələrinin dadına baxın. Dadanda anlayırsan ki, Belçika niyə bunlara görə məşhurdur. Belçika sevə-sevə izlədiyimiz Şirinlər, Tin-tin kimi animasiyaların vətənidir. Buna görə də Comic Art museuma mütləq baş çəkin. Menniken Pis. Əslində bir çoxlarına maraqlı gəlsə də bunun maraqlı rəvayəti var. Həmin uşaq şəhərə düşmüş bombanı elə onu tanıtdıran hərəkəti ilə söndürdüyü üçün partlayışın qarşısını alıb. Atomium . Şəhər mərkəzindən 30-40 dəqlik metro ilə məsafə var. Çox böyük bir tikilidir. İçəri isə olduqca maraqlıdır. Tələbə olduğum üçün bilet 9 avro oldu.Mini Avropa . Giriş 17 avro idi. Qəpiyinə kimi dəydi. Heç darıxmayacaqsız. Yaşından asılı olmayaraq hamı əyləni bilir.Amsterdam hissəsiBir an öncə özünüzü şəhər mərkəzinə, kanallar olan hissəyə çatdırmaq istəyirizsə o zaman metro ilə Nieuwmarkt stansiyası ən uğurlu seçimdir. Şəhərdə tək bəyənmədiyim məqam Narkotik məmulatların aşırı istifadəsi və satışı oldu. Hətta bəzi küçələrə girəndə iydən maska taxmağa məcbur qalırsız. Düşünürəm bu barədə çox şişirdiblər. Van Gog muzeyinə isə getmək planınız varsa öncədən online bilet alın. Məsələn mən getdiyim gün artıq bütün biletlər satılmışdı təəssüfki. Mütləq Holland pendiri və tülpan soğanaqları alın. Xüsusən də pendir çeşid və dadları olduqca fərqlidir.Brüsseldə Hostel Bruegel(gecəsi 24 avro) Amsterdamda isə St.Christopher Inn hostelində qaldım. Düz şəhərin mərkəzində yerləşir hər ikisi.Ümumi hər şey daxil 3 gecə 4 gün üçün olan xərcim 360 Avro oldu.Hər birinizə xoş istirahətlər . Əlavə suallarınızı buyurub rəydə yaza bilərsiz.Paylaşan: Xasay Mirzəli

186 dəfə oxunub

Bosniya bələdçisi - Sarayevo-Konjic-Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bu günə kimi olduğum heç bir ölkə haqqında paylaşım etməyi lazım bilməmişdim, amma indi bunu özümə nəsə borc bilirəm ????Bosniya: Sarayevo-Konjic-MostarÖncədən deyim reklamı olmayan və kəşf edilməyən möhtəşəm ölkədi. Dağların üzərində salınan şəhərlər, dağların başından ətəyinə uzanan qırmızı örtüklü köhnə evlər, tarixin izləri, təbiət, yaşıllıq, çaylar, göllər, hətta şəlalər belə bu ölkəni möhtəşəm edən əsas amillərdi.Bosniyanın pul vahidi mark, qısaca "km"di və manatla demək olar eynidi. Ona görə həm avroya, həm manata nəzərən hesablamalarda heç bir çətinlik olmayacaq. Statusda yazacağım km kilometri deyil də, bunların pul vahidi olacaq, çaşmayın ????Başlayaq nəqliyyatdan: Budapeştdən Sarayevoya WizzAirlə 10 avro gediş, 12 avro gəliş bileti aldım. Aeroportdan şəhərə 8 kilometrdir və bu yol birbaşa avtobusla 5 km-dır (2.5 avro). Şəhər içi bir neçə dayanacaqda saxlayır, sonuncusu isə "Old town"du. Daha ucuz gəlmək istəsəniz 2 kilometr piyada tramvay dayanacağına (adı Stup-dı) gedib, ordan Tram 3-ə minərək şəhərin mərkəzinə gedə bilərsiz. Bilet qiyməti 1.6km, sürücüdən alsaz 1.8 kmdı (0.8 və 0.9 sent). Şəhər içi nəqliyyatdan istifadəyə çox da ehtiyac olmur, hər yerə piyada gedə bilərsiniz, əgər tənbəl deyilsizsə.Şəhərlər arası nəqliyyat: Sarayevodan-Konjicə online tələbə endirimi ilə 2.58 avroya avtobus bileti aldım. Normal qiyməti 5 avrodu. Bus stansiyasında isə əlavə xidməthaqqı olaraq 2km (1 avro) alırlar. Konjic-Mostar avtostop elədim, çox asan oldu, 10-15 dəq gözləməli olmuşdum. Mostar-Sarayevo tələbə endirimi ilə bus stansiyasından 12km-a (6 avro) bilet aldım. Normal qiymət 22km (11 avro). Şəhərlərarası buslarda komfort deyilən şey yoxdu, bizdəki rayon busları kimidir.[Əlavə edim ki, Mostardan Blaqaja və Kravice şəlalərini görməyə gedə bilərsiz. Mənim vaxtım çatmadı deyə alınmadı. Blaqaj Mostardan 11 km məsafədə yerləşir. bus stansiyasının qarşısındakı dayanacaqdan ictimai nəqliyyatla (bus) gediş-gəliş 4 km (2 avrodur). Bileti sürücüdən alırsız. Kravice isə 40 km məsafədə yerləşir Mostardan. Getmək üçün bus stansiyadan gedir və bileti stansiyadan alırsınız, bunun qiymətini bilmədim. Konjic-Mostar yolunun üzərində isə Jablanica gölü və kiçik şəhəri var, şəxsi maşınla getsəniz burda da bir neçə saatlıq saxlaya bilərsiniz.]Qalmaq: Hostel və Hotellər ucuzdu, mən büdcəli səyahətçiyəm deyə ancaq hosteldə qalıram, bu dəfə də elə etdim. Sarayevoda 2 gecə 4 nəfərlik otaq 26 km, Konjic 1 gecə 4 nəfərlik otaq 12km, Mostar 1 gecə 4 nəfərlik otaq (breakfast daxil) 16km book etmişdim. Deyim ki, hər birində otaqda tək qaldım ????Hostelləri çox bəyəndim. Konjic-də anlaşılmazlığa görə səhv hosteldə qaldım, amma səhv olaraq qaldığım da pis deyildi (20 km verdim).Qidalanma: Qaldığım hostellərdə mətbəx olduğundan özüm bişirirdim səhər və günorta yeməyin, axşamı isə restoranda yeyirdim. Restoranlarda qiymətlər ucuzdu. 6-10 km-a normal yeməklər yeyə bilərsiz.Əlavə xərclər: 1 muzeyə getdim "War Childhood Museum" 8 km idi entrance. Normalda muzeylərlə çox da aram yoxdu, amma bu muzey əməlli təsir etdi mənə. Müharibə uşaqların gözüylə, mühəribə uşaqlıq üçün nədir əsas tutularaq hazırlanmışdı. Bosniya müharibələri zamanı uşaqların xatirələrindən və sitatlarından bəhs edirdi. Kitabı da var, çox təsirlidi.Daha isə Sarayevoda kanatla dağın zirvəsinə qalxın mütləq. 2 kilometrlik yol, və 1600 metr yüksəkliyə qaldıracaq sizi. Qiymət tək 15 km, qayıdışla birgə 20km-dı. Məsləhətim tək gedişli bilet alıb, qayıdanda özünüz düşün piyada.Diqqət ediləsi məqamlar: Şəhərlərdə əksər restoranlar və mağazalar ancaq nəğd qəbul edir, xüsusən də Mostar və Konjicdə bu daha çoxdu. Ona görə də nəğd pul daha çox götürün. Məsələn, Mostarda nəğd pulum olmadığından ən yaxşı görünüşü (çay və körpü) olan restoranlarda otura bilməmişdim. Hətta bus stansiyası da nəğd qəbul edir ancaq.Görməli yerlər: Abidələr olaraq elə də çox deyil, hər şəhərin old town hissəsi çox möhtəşəmdi, həmin küçələrdə adam özün köhnə dövrlərdə hiss edir. Şəhər daxili köhnə və yeni qəbirstanlıqlar maraqlıdı. Sarayevoda dağın üzərində bir neçə dağılmış qalalar var ki, onlara gedə bilərsiniz. Şəhərə çox gözəl görüntü açılır. Hətta onların birində kafe də var, çay içə bilərsiniz.Daha da körpülər, çaylar, çayın sahili ilə gəzərək özünüz kəşf edə bilərsiniz. Əlavə olaraq Mostar-da Sniper Towerə gedin deyərdim, içinə girişlər bağlı olsa da, bina özü adamda qəribə hisslər yaradır. Bosniya müharibəsi zamanı snayperçilərin yerləşdiyi binadı. Çoxlu graffiti nümunələri görə bilərsiniz binada. Ümumiyyətlə, müharibənin qalıqları hər yerdə var demək olar. Bəzi binaların üzərində güllə deşiklərin də görə bilərsiniz. Hətta şəhərlərdə "Dont forget" yazılmış graffiti nümunələri çoxdu.Başqa nə sualınız yaransa, şərh yaza bilərsiz.9 iyun 2018.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Punhan Talibkhanli

1360 dəfə oxunub

Fransanın qastronomiya mərkəzi - Lyon

Lyondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bu il iyunFukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getməkplanım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi - nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir "bon jour" deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

1158 dəfə oxunub

Aralıq dənizinin tətil cənnəti - Antalya bələdçisi

Sizə aşiq olduğum Antalya haqqında danışmaq istəyirəm. Əvvəlcə deyim ki, mən daha əvvəl də Antalyada təxminən 2 həftə olmuşam. Amma bu qədər sevməmişdim. Anladım ki, bir şəhəri 1 həftə gəzməklə kəşf etmək mümkün deyil.Antalya çox böyük şəhərdir. Ona görə də ora getmədən əvvəl necə bir tətil etmək istədiyinizə qərar verməlisiniz. Daha çox sakit, tarixi yerlərə səyahət yoxsa hərarətli klubların olduğu yerə getmək istədiyinizdən əmin olun.Antalyaya gedirəm deyəndə Türkiyə içində şəhər Antalya nəzərdə tutulur. Hətta avtobuslar, tramvaylar sadəcə şəhər Antalya içində hərəkət edir. Mən deyərdim ki, Antalyaya gedirəm adı ilə araşdırma etmədən mərkəzə gedən çox turist var.Antalya mərkəzə getsəniz- Kaleiçi ilk növbədə görməli olduğunuz yerdir. Burada qədim evlər hazırda hoteldir, dənizə açılan mənzərə, turistlər üçün "pazarlanan" bir neçə yer var. Yol Hadrian kapıları deyilən yerdən başlayır, Saat kulesi və uzun yollar sizi Güllük adlana yerə gətirir. Təxminən saat 16:00- da başlayan yol 20:00- da bitəcək. Antalyada Konyaaltı və Lara plyajlarına gedə bilərsiniz. Lara qumlu, Konyaaltı isə daşlıq plyajdır. Amma Antalyanın ilçələrinə (ilçə- rayonlar mənasına gəlir. Şəhərin rayonları) gedəcəksinizsə, burada nə vaxtınızı öldürün nə də pulunuzu xərcləyin. Amma Antalyaya getmişkən dənizə girmədən Konyaaltı mənzərəsini görməyə dəyər. Midye sevirsinizsə, İşıklar caddesində (Bu cadde Kaleiçii kimi birşeydir, Kaleiçinə daxil ola biləcəyiniz məhşur Hadrian qapıları bu caddede yerləşir) 07 Midye adlı restoranda təzə-təzə midyelərdən yeməyinizi məsləhət görürəm. Balık ekmek isə mənim Antalya fovaritimdir. İstanbulda olan balık ekmekden fərqlidir. Əsas fərq odur ki, burada balığın növünü özünüz seçirsiniz. Məsələn mən levrek və ya çupradan balık ekmek yeməyi sevirəm. İçinə isə açıq bufedən turşu və tərəvəzlər götürüb qoya bilərsiniz. Mən sadəcə turşu ilə yeməyi çox sevdim. Siz də getsəniz yoxlayın. (İşıklarda Mc donaldsın yanındakı balık ekmekçi daha qəşəngdi)İşıklar caddesində alış veriş üçün xeyli mağaza var. Amma AVM-ə getmək istəsəniz, çox da uzaqda yerləşməyən MarkAntalyaya, xeyli uzaqda yerləşən (trene minib Sinan stansiyasında edib gedə bilərsiniz) Deepo-a gedə bilərsiniz. Bundan başqa 5M migros deyilən AVM-də var. Amma İstanbula gedəcəksinizsə buradan çox alış veriş etməyə dəyməz. Onu da unutmayın ki, Antalyada daha cəsarətli geyimləri rahatlıqla geyinə bilərsiniz. Antalya qəribə olanlardan biri də o idi ki, şəhərin ilçelerinə getmək üçün otogara getmək lazımdır. Çünki çox uzaqdır. Mənim səfərlərim ən çox Side-Manavgat tərəfə olurdu. Otogardan 23 tl verərək 2-2.5 saata Manavgata çatmaq olur. Manavgatda məhşur şəlaləyə getmədən olmaz deyib ora getdik, ora getmişkən mütləq kamp alanlarında kamp edin- xüsusilə Olimposda. Kamp çox ucuz hesab etməyin 150 tl kimi bir pul çıxır, sadəcə həm hotel çox daha bahadır həm də kampın öz marağı var.Side Antik kentine gedin, burada qədim Romalıların qurduqları şəhərin qalıntılarını kəşf edib, çox gözəl dumduru bir sahilə keçid edəcəksiniz. Təbii ki, Türkiyədə tarixi yerlərə giriş ücretlidir səhv etmirəmsə 60 tl pul aldılar biletə. Amma tələbəsinizsə 30 tl-ə 1 il istifadə edə biləcəyiniz muzekart da ala bilərsiniz. Turistlər isə bu kartı 600 tl-ə ala bilərlər. Antik kent ətrafındakı restoranların çox baha olduğunu unutmayın. Burada ən ucuz yemək gözleme ola bilər. O da yenə xeyli baha qiymətə. Sidede alı. veriş mərkəzləri də var, oradan özünüzə paltar da al bilərsiniz. Belekdə tətil getməyənlər üçün çox gözəl gələ bilər, amma mən getdim gördüm heç qəşəng yer deyil. Mərci supu belə 25 tl-dir ən bərbad lokantada. Dəniz isə eyni dəniz. Sadəcə gözəl hotellər var, orada qalıb hotelin dadını şıxartmaq olar. Amma bu mənim üçün belədir, əgər siz klublar, gecə, "yaz aşkı" axtarırsınızsa Belek sizlikdir. Gecələr bahalı klublarda coşmaq üçün bura ideal yerdir. Bir də Land of Legend adlı bir şəhərcik kimi yer var. Burada böyük ticarət mərkəzi, möhtəşəm Aquapark, axşamlar şoular və s turistləri coşdurur. Amma o qədər bahalıqdır ki, mən kiçik-kiçik divarlar arsənda qalan boşluqlardan Aquaparka baxa bildim sadəcə.Belekə yaxın olan (əslində uzaqdır, Anatlya yaxın sayılır) Tarixi yerləri sevirsinizsə, Aspendosa mütləq gedin. Bu antik tiyatrda çox fərqli bir akustika var və insanı vahiməyə salır. Getmişkən Aspendosun hekayəsini də oxuyun və yaxınlıqdakı körpünü də ziyarət edin. Yox, mən Maldivlərdəki kimi dənizə getmək istəyirəm deyirsinizsə, yenə gedirsiniz otogara və Kaş-Kalkan avtobusuna minib yollanırsınız ora. Üffff, üffff cənnəttttdir Kaş! Kaputaş plyajına getməyi unutmayın. ora getmişkən Pataraya da gedin. Patara Kleopatra üçün salınan səhradır. Hekayəsini oxuduqdan sonra ora getmək istəyəcəyinizə əminəm. Gecə dönmək isə çətin işdir, gecələməli olacağınızı da nəzərə alın. Alanyada da yenə həm gecə dünyasına dala, gündüzlər mavi sualarda üzə biləriniz. Burada gəziləcək yer Alanya qalası və Dim mağaralarıdır. Təbii ki bir birindən xeyli uzaqdı. Antalyada sizi gəzdirəcək biri yoxdursa, yola aşırı çox pul xərcləməli olacaqsınız. Təbii ki, bu avtostopla gəzməyənlərə aiddir. Alanyada da qəşəng kamp yerlərindən birində qaldım mən. 1 gecə kamp edərək qalmaq mənim üçün daha uyğun idi. Siz də google-da kamp alanı yazaraq belə yerləri tapıb gecələyə bilərsiniz. Antalyay getmişkən ən azından Dalış edib, yeraltı dünyanı kəşf edin. Qiymətlət ən ucuzu Kemer de olsa da burada dalış keyfiyyətli deyil. Ən yaxşısı baha da olsa Kaşdır. Amma pulunuz çatmasa 135tl verib Kemerde de dala bilərsiniz. Məhşur KəmərKəmərdə ancaq klub və beachlər var. 3 günlük tətil istəyirsinizsə əsl sizin yerinizdir. Dəniz, klub, əyləncə. Suya da yaxşıdır. Lakin uzun müddət kemerde qalmağa dəyməz. Deyirlər, Adrasan da qəşəngdir, amma gedə bilmədim. Amma sizə məsləhətim əgər nəqliyyat sıxıntınız varsa, günübirlik turlarla gedib gəzin. Düzdür tez-tez göstərib keçəcəklər hər yeri, amma gəzib görmüş olacaqsınız. Hətta köprülü kanyona gedib rafting də edə bilərsiniz bu günübirlik turlarla. Qiymıtləri də aşırı baha deyil. Antalyaya çaşıb İyulda gedərsiniz, o səhvi etməyin. Ən gözəli avqustun 10-dan sonradır. (ən tezi)Əgər Antalyada uzun müddət qalacaqsınızsa siz də mənim kimi tələbə evi kirayələsəniz daha ucuza qala bilərsiniz. Mən 1000 tl-ə Antalyanın mərkəzində otaq kirayələdim. (Bu qiymətə başqa yerdə ev kirayələnir, amma Antalya çox baha şəhərdir)Və getmək istədiyiniz şəhərin Antalya olduğunu bilərək gedin, bu şəhərdə tətil çox bahadır.#Antalya#Alanya#Kemer #Kəmər#Kaş#Side #Manavgat #OlimposƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Əminə Məmmədova

2742 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!